Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-378/2025 14.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmü ilə qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Akşin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından 2013-cü il zavod buraxılışlı “Hyundai Elantra” markalı avtomobil gətirməsinə dair yalan vəd verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində sonuncunun yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndində yerləşən evində 5500 manat pulu əlbə-əl, xx.xx.2023-cü il tarixdə saat 18:57 dəqiqədə ünvan 1 ünvanında yerləşən “Araz” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 6000 manat pulu elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid X3 adına olan 4169 7414 2904 2946 nömrəli bank kartına, xx.xx.2023-cü il tarixdə saat 18:00 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 550 manat pulu elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid X3 adına olan 5239 1517 6831 8597 nömrəli bank kartına, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 19:05 dəqiqədə Bakı şəhəri, Yamasal rayonu, H.Cavid prospektində yerləşən "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyasının giriş hissəsində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə 520 manat pulu elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid X3 adına olan 5239 1517 6831 8597 nömrəli bank kartına Zərərçəkmiş şəxs göndərdiyi istifadəsində olan arvadı X3 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə aid kart hesablarına köçürtməklə ümumilikdə 12570 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirsiz, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şahid vasitəsi ilə tanımışdır. Sənan ilk dəfə xx.xx.2023-cü il tarixdə şəhid X5 rayonunda dəfn mərasimində iştirak edən zaman tanımışdır. Həmin tarixdə Sənanla dəfindən qayıdarkən yolda söhbət əsnasında, o maşın almaq istəyini, ona bu işdə köməklik etməsini xahiş etmişdir. Söhbət əsnasında Sənan onun avtomobil alqısatqısı ilə məşğul olduğunu bilmişdir. Sənan 2013-cü il zavod buraxılışlı «Hyundai Elantra» markalı avtomobil almaq istəyini demişdir. O, da ona qazi olduğunu, həmdə tanışı Vüqarın yaxını olduğunu deyib Sənana istədiyi avtomobili 17,000 manata Gürcüstan Respublikasından alıb gətirə biləcəyini demişdir. Sənan da onunla razılaşmışdır. Bundan sonra birlikdə yol getdikləri üçün Sənanın yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndinə getmişlər. Sənangildə çay içdikdən sonra Sənan ilkin ödəniş kimi 5500 manat pulu sayaraq ona təhvil vermişdir. Qalan məbləği isə razılaşmalarına görə Sənan, avtomobil Azərbaycana gəldikdən sonra ona hissə-hissə ödəniş etməli imiş. Bir qədər oturduqdan sonra çıxıb getmişlər. Aradan bir neçə gün keçdikdən sonra telefonda danışan zaman Sənan bankdan kreditə pul götürdüyünü, ona avtomobilə görə ödəməli olduğu puldan bir hissəsini ödəmək istədiyini bildirmişdir. O, da ona etiraz etməmişdir. Bundan sonra Sənan onun istifadəsində olan, lakin həyat yoldaşı X3 adına olan "xxxx"a aid kartına xx.xx.2023cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 550 manat, sonuncu dəfə isə xx.xx.2023cü il tarixdə 520 manat olmaqla ümumilikdə 7070 manat pul köçürmüşdür. Sonradan o, Sənandan ümumilikdə aldığı 12570 manat puldan 10000 manat pulu avtomobil alqı-satqısı ilə məşğul olan « Akşin » adlı alverçiyə Gürcüstan Respublikasından Sənan üçün 2013-cü il zavod buraxılışlı «Hyundai Elantra» markalı avtomobil gətirməsi üçün vermişdir. Qalan 2570 manat pulu isə özündə saxlamışdır ki, avtomobil gəldikdən sonra razılaşdıqları məbləğdən qalan pulu da Sənandan alıb avtomobili gömrükdən keçirsin. Bir neçə gün keçdikdən sonra Akşin ona Bakı şəhərində Gömrük Məntəqəsində «Hyundai Elantra» markalı avtomobil olduğunu, həmin avtomobilə baxmasını, bəyənəcəyi təqdirdə ona verəcəyini demişdir. Həmin avtomobilin video görüntülərini də ona «Whatsap Ani» mesajlaşma proqramında göndərmişdir. O, da həmin videonu Sənana göndərmişdir. Sənan da bir qədər keçdikdən sonra ona zəng edərək avtomobili bəyəndiyini bildirmişdir. O, da bu barədə Akşinə məlumat vermişdir. Akşin ona avtomobilin növbədə olduğunu, növbə çatdıqda ona təhvil verəcəyini demişdir. O, da heç nə deməyib onunla razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra Akşinlə əlaqə saxlamağa çalışsa da, onunla danışa bilməmişdir. Sonradan maşın alverçilərindən eşitmişdir ki, o, bir neçə şəxsi aldadaraq pullarını ələ keçirib harasa getmişdir. Akşin ona adətən «Whatsap Ani» mesajlaşma proqramında xarici ölkəyə aid mobil nömrə ilə zəng edirmiş. Həmin nömrəni isə hazırda xatırlamır. Sənan ondan avtomobil barədə soruşduqda ona bu barədə heçnə deməmiş, bir az səbirli olmasını, avtomobilini verə bilməsə pulunu tam qaytaracağını bildirmişdir. Sənan da ona heç bir söz deməyərək razılaşmışdır. Sonradan onda qalan 2570 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir müddət keçdikdən sonra o, xx.xx.2023-cü il tarixdə dələduzluq cinayəti törətdiyinə görə Bakı şəhərində Binəqədi rayon Polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Sonradan bilmişdir ki, Sənan onun barəsində şikayət etmişdir. İlk dəfə 5500 manat pulu Sənan ona verən zaman yanlarında qazi Şahid və adlarını xatırlamadığı bir neçə qazi olmuşdur. Qalan pulları isə Sənan onun istifadəsində olan karta köçürmüşdür. Zərərçəkmiş şəxs onun istifadəsində olan həyat yoldaşı X3 adına olan "xxxx" a aid kart hesabına pul köçürməsi barədə arvadı Şəbnəm Əliyevanın bu barədə heç bir məlumatı olmamışdır. Əldə etdiyi puldan isə Şəbnəm Əliyevaya heç bir məbləğdə pul verməmişdir. Bir daha bildirmişdir ki, Sənandan aldığı 12570 manat puldan 10000 manat pulu Akşin adlı maşın alverçisinə avtomobil gətirməsi üçün vermişdir, qalan 2570 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs aldığı 12570 manat puldan sonradan heç bir məbləğdə pul qaytarmamışdır. O, Zərərçəkmiş şəxs və Şahid ilə əvvəllər heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavət, düşmənçilik, qərəzli münasibətləri və borc məsələsi olmamışdır. Akşin adlı şəxsi maşın alverçisi kimi tanısada onun adı, soyadı və atasının adı və yaşayış ünvanı barədə heç bir məlumatı olmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonunun Mürsəlli kəndində Zərərçəkmiş şəxs 5500 manat pulu nağd almış, pulun qalan hissəsini isə Sənan onun istifadəsində olan arvadı Şəbnəm Əliyevaya məxsus **********042946 və **********18597 nömrəli "xxxx" kartlara göndərmişdir. Kartlar üzrə əməliyyatları özü yerinə yetirmişdir. Özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərşəkmiş şəxs, şahidin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. 2020-ci ildə Qarabağ uğrunda gedən Vətən Müharibəsində yaralanmışdır və hazırda Vətən Müharibəsi qazisidir. 2023-cü ildə antiterror əməliyyatında dostu Yusif Əhmədov şəhid olmuşdur. O, Beyləqan rayonunda dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixdə Yusif Əhmədovun dəfn mərasimindən qayıdan zaman Beyləqan rayonu ərazisində Vətən Müharibəsi qazisi Şahid ilə yaxından tanış olmuşdur. Onunla əvvəllər bir neçə dəfə məclislərdə görüşsələr də yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs da Vüqarın yanında tanımışdır. Vüqar Radili ona əqdim edərək onun həmişə qazilərə dəstək olduğunu, Gürcüstan Respublikasından qazilərə bir neçə dəfə maşın gətirdiyini bildirmişdir. O, da söhbət əsnasında özünə avtomobil almaq istədiyini dedikdə, Vüqar ona hansı marka avtomobil almaq istədiyini soruşduqda, o, 2013cü il model “Hyundaı Elantra” markalı avtomobil almaq istədiyini demişdir. Vüqar Radildən həmin avtomobili hansı qiymətə gətirə biləcəyini soruşmuşdur. Radil də onun Vüqarın tanışı olduğuna və qazi olduğuna görə 17000 manata həmin avtomobili gətirə biləcəyini demişdir. O, da əlində o, qədər pul olmadığını, 12000 manat pul düzəldə biləcəyimi, qalan 5000 manat pulu isə hər ay 500 manat olmaqla 10 ay müddətinə ödəyə biləcəyini demişdir. Radil də onunla razılaşmışdır. Ondan sonra onlar birlikdə Beyləqan rayonundan yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndinə getmişlər. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndində evlərinin həyətində 5500 manat pulu sayaraq Vüqara vermişdir. Vüqar da həmin pulu özü sayaraq Radilə onun yanında vermişdir. Ondan sonra Vüqar ona Radil ilə əlaqə saxlamağını, qalan pulu da Radilə özü verəcəyini demişdir. Daha sonra o, onları Bakı şəhərinə yola salmışdır. Aradan bir neçə gün keçdikdən sonra o, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. O, Radilə zəng edərək onunla görüşmək istədiyini, üzərində 6000 manat pul olduğunu, ona vermək istədiyini bildirmişdir. O, da ona işləri olduğu üçün görüşə bilməyəcəyini, göndərəcəyi kart hesabına həmin məbləği köçürməsini xahiş etmişdir. O, da onunla razılaşaraq həmin vaxt olduğu ünvan 2 ünvanda yerləşən “Araz” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Radilin ona göndərdiyi X3 adına olan kart hesabına 6000 manat pul köçürmüşdür. Ondan sonra Radil ilə pulun ona çatıbçatmamasını soruşduqda, Radil ona pulun çatdığını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə o, Radilin ona göndərdiyi X3 adına olan eyni kart hesabına Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 550 manat pul köçürmüşdür. Bundan sonra sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının giriş hissəsində içəridə quraşdırılmış “E- Manat” ödəmə terminalı vasitəsi ilə Radilin ona göndərdiyi X3 adına olan kart hesabına 520 manat pul köçürmüşdür. Onların razılaşmalarına görə Radil bir ay müddətində sifariş verdiyi 2013-cü il model “Hyundaı Elantra” markalı avtomobili Gürcüstan Respublikasından Bakı şəhərinə gətirməli imiş. Radil ilə telefonda danışan zaman o, ona göy rəngli 2013-cü il model “Hyundaı Elantra” markalı avtomobil aldığını, qısa zaman ərzində Bakı şəhərinə gətirəcəyini bildirmişdir. Hətta Radil onun etdiyi sifariş əsasında guya aldığı göy rəngli “Hyundaı Elantra” markalı avtomobilin videosunu Gürcüstan Respublikasında avtomobil bazarından çəkib ona göndərmişdir. O, da ona qazi Vüqarın tanışı olduğu üçün inanmışdır. O, mütəmadi olaraq Radil və Vüqar ilə əlaqə saxlayıb avtomobilin nə vaxt Bakı şəhərinə gələcəyini soruşurmuş. Vüqar da ona narahat olmamasını, Radilin sifariş verdiyi avtomobili qısa zaman ərzində Bakı şəhərinə gətirəcəyini, Radilin heç vaxt ona qarşı səhv addım ata bilməyəcəyini, əgər avtomobili gətirməsə pulu qaytaracağına cavabdeh olduğunu deyirmiş. O, da ortada Vüqar olduğu üçün ona inanıb heç bir söz deməmişdir. Aradan bir müddət keçdikdən sonra o, Radil ilə əlaqə saxlamaq istəsə də onunla danışa bilməmişdir. Sonradan eşitmişdir ki, Radil bir neçə şəxsə qarşı dələduzluq cinayətləri törətdiyinə görə tutulmuşdur. O, ümumilikdə Təqsirləndirilən şəxs 12570 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2020-ci ildə Qarabağ uğrunda gedən Vətən Müharibəsində yaralanmışdır və hazırda Vətən Müharibəsi qazisidir. İİİ qrup əlildir. 2023-cü ildə antiterror əməliyyatında dostu Yusif Əhmədov şəhid olmuşdur. O, Beyləqan rayonunda dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixdə Yusif Əhmədovun dəfn mərasimində Vətən Müharibəsi qazisi Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onunla əvvəllər heç bir münasibətləri olmamışdır. Dəfn mərasimində təxminən 2 ay müddətdir ki, tanıdığı Təqsirləndirilən şəxs da Sənanla tanış etmişdir. Dəfn bitdikdən sonra onlar Bakı şəhərinə qayıtmalı olmuşlar. Onlar, Sənan, Radil və başqa tanışları ilə birlikdə iki maşın Bakıya qayıdırmışlar. Sənanla Radil arxa maşında, o, isə başqa maşında əyləşmişdir. Sabirabad rayonuna yaxınlaşdıqda onlar Sənanı düşürmək üçün maşınları saxlamışlar. Orada söhbət əsnasında Sənan ona Radilin ona Gürcüstan Respublikasından avtomobil gətirəcəyini, bununla bağlı razılaşdıqlarını demişdir. O, da Sənana Radilin bir neçə nəfər şəxsə Gürcüstan Respublikasından avtomobil gətirdiyini bildirmişdir. Ondan sonra hamısı Sənanın yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndində yerləşən evinə getmişlər. Sənangilin evində çay içdikdən sonra Sənan onun və adlarını xatırlamadığı bir neçə qazilərin yanında Radilə beh kimi 5500 manat ilkin olaraq pul vermişdir. Sənan ilk növbədə həmin pulu ondan saymasını xahiş etmişdir. O, da həmin pulu saydıqdan sonra Sənanın yanında Radilə vermişdir. Söhbət əsnasında Radil ona görə Sənana hörmət etdiyini, onun üçün 2013-cü il model “Hyundaı Elantra” markalı avtomobili daha ucuz qiymətə gətirəcəyini desə də, onların ümumilikdə hansı qiymətə razılaşdıqlarını bilməmişdir. Danışıqlarından belə başa düşmüşdür ki, Sənan sonradan hissə-hissə Radilə qalan məbləği ödəməli imiş. Ondan sonra Sənangildən çıxıb Bakı şəhərinə gəlmişlər. Sənan isə rayonda qalmışdır. Aradan bir neçə gün keçdikdən sonra Radil ona Sənan üçün gətirəcəyi göy rəngli avtomobilin şəkillərini də göndərmişdir. Hətta Sənan da ona bu barədə danışanda məlumat verirmiş. O, dəfələrlə Radil ilə danışan zaman Sənanın qazi olduğunu, onun avtomobilini qısa zamanda gətirməsini də deyirmiş. Aradan bir müddət keçdikdən sonra Sənan ona zəng edərək Radilə ümumilikdə 12570 manat pul verdiyini, lakin Radilin onu aldadaraq nə sifariş etdiyi avtomobili gətirdiyini, nə də verdiyi pulunu qaytarmadığını bildirmişdir. Hətta Radilin dələduzluq cinayəti törətdiyinə görə tutulduğunu da Sənan ona demişdir. O, bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sabirabad rayonu, Mürsəlli kəndində yaşadığı evin həyətində Gürcüstan Respublikasından 2013-cü il model “Hyundaı Elantra” markalı avtomobili gətirmək üçün 5500 manat pulu əlbə-əl onun və adlarını xatırlamadığı bir neçə nəfər qazinin yanında Radilə vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobil almaq adı ilə aldığı 12570 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. Cinayət işinin materiallarında olan AZE11508380 və AZE12474519 seriyalı ş/v surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü-ci il təvəllüdlü Çıraqlı Elbar və Çıraqlı Elhaq adlı 2 övladı var. Cinayət işinin materiallarında olan 11 fevral 2025-ci il tarixdə Yasamal RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Rahil Alıyev tərəfindən tərtib edilmiş “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs metronun “Elmlər Akademiyası” stansiyasına gələrək xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sabirabad rayonu Mürsəlli kəndində Təqsirləndirilən şəxs 5500 manat, xx.xx.2023-cü il tarixdə saat 18:57 dəqiqədə Təqsirləndirilən şəxs arvadı X3 adına olan 4169 7414 2904 2946 nömrəli "xxxx" bank kartına 6000 manat, xx.xx.2023-cü il tarixdə saat 18:00 dəqiqədə Şəbnəm Əliyevanın adına olan digər 5239 1517 6831 8597 nömrəli "xxxx" bank kartına 550 manat, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yamasal rayonu, H.Cavid prospektində yerləşən "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyasının giriş hissəsində quraşdırılmış “E-manat” ödəmə terminalının 520 manat pul göndərdiyi yeri göstərərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin, Zaqatala RPŞ-də sonuncu barəsində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə istintaq olunan ********* aylı cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(107)-23/2025 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığ 5 (beş) ay müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ümumilikdə 05 (beş) ay 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-yə dair çıxarışlar, qəbzlər və 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmışdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılandan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-cü maddəsinə əsasən özünü təqsirli qismən bilməklə törətdiyi cinayət əməlindən peşmanlıq hissi keçirməsini onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(107)-23/2025 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, sonuncunun xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığ 5 (beş) ay müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ümumilikdə 05 (beş) ay 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlinin Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə sonuncu barəsində təyin olunmuş 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı ilə müəyyən edilmiş əvvəlki iş üzrə xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ümumilikdə 05 (beş) ay 2 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmünə əsasən cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-yə dair çıxarışlar, qəbzlər və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 1(033)-1/2025 saylı hökmü ilə müəyyən edilmiş əvvəlki iş üzrə xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, ümumilikdə 05 (beş) ay 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(033)- 1/2025 saylı hökmü ilə cəza çəkməsi və seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-yə dair çıxarışlar, qəbzlər və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-378/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-378/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver