Məhkəmə qərarları › İş №1(004)-379/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-379/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-379/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçiləri: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərər çəkmiş şəxsin hüquqi varisi: X11, Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil: “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 22 aprel 2022-ci il tarixdə saat 18:30-da “B” kateqoriyalı, AD 216449 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşən “ünvan 3saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyib, yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobilin sağ ön qanadı ilə hərəkətdə olduğu istiqamətdə sağ tərəfindən Tbilisi prospekti ilə C.Cabbarlı küçəsi istiqamətində düzünə hərəkətdə olan X7 etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Bajaj Avenger 220CC” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin ön hissəsi ilə toqquşub motosikletin sürücüsü Kamran Əliyevə alın nahiyəsində, burun belində, sol yanaqda əzilmiş yaralar, hər iki diz oynağının və hər iki baldırın ön səthinin sıyrıqları, başın sol gicgah nahiyəsinin qançır-hematoması və baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunmuş kəllə sümüklərinin sınığı kimi, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, sonuncunun həmin yol nəqliyyat hadisəsi zamanı almış olduğu baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma xəsarətlərindən xx.xx.2022-ci il tarixdə 01 saylı X17 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Toplanmış sübutlar onun təqsirsizliyini təsdiq edir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, 2001-ci il təvəllüdlü oğlu X3 şəhərində anadan olmuş, 18 yaşına kimi onun yanında yaşamışdır. Sonra isə Türkiyə Respublikasında universitetə daxil olaraq orada iki il ali təhsil almışdır. 2019-cu il tarixdən isə Bakı şəhərinə gələrək burada yaşayıb oxumağa davam etmişdir. Oğlu Kamran motosiklet həvəskarı olduğu üçün 2021-ci ilin noyabr ayında özünə “BAJAJ” markalı, “Avenger 220” modelli 99-B-218 dövlət qeydiyyat nişanlı 6.000 (altı min) manat dəyərində motosiklet almışdır. Həmin motosikleti sürmək üçün etibarnamə əsasında idarə etsə də, motosiklet faktiki olaraq X28in mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində o, şəhərdə olan zaman digər oğlu Şahid2 ona zəng edərək böyük oğlu Kamranın idarə etdiyi motosikletlə “Pajero” markalı cip avtomobili ilə toqquşduğunu və Kamranın xəsarət aldığı üçün xəstəxanaya aparıldığını bildirmişdir. O, bu məlumatı alan kimi dərhal 1 saylı X22 getmiş, xəstəxanaya çatan zaman görmüşdür ki, oğlu Kamranı reanimasiya şöbəsinə aparırlar. Bundan sonra həkimlər ona həmin şöbəyə daxil olmağa icazə verməmişlər. O xəstəxananın həyətində gözləyən zaman oğlu Kamranın idarə etdiyi motosikletlə toqquşduğu “Pajero” markalı avtomobilin sürücüsü Anar adlı şəxs ona yaxınlaşaraq oğlunun müalicə və müayinəsi üçün nə kömək lazımdırsa, edəcəyini deyib narahat olmamağı bildirmişdir. Bundan sonra həkimlər oğlu Kamrana ilkin tibbi yardım göstərib onlara gözləməyi bildirmişdir. X28 8 gün 1 saylı X18 reanimasiya şöbəsində koma vəziyyətində qalmış, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində xəstəxanaya gəlmiş polis əməkdaşları oğlu Kamranın vəfat etdiyini bildirmişlər. Bundan sonra oğlunun meyiti daxili müayinə edilməsindən ötrü hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə morqa təhvil verilmişdir. Orada ekspertlər oğlu Kamranın meyitini müayinə etdikdən sonra meyiti ona təhvil vermişlər. Xəstəxanada 2.000 manat, yas mərasimində karta 4.000 manat, qəbir daşından borcu qalmışdı 300-300 manat bir, ümumi 6000 manat Təqsirləndirilən şəxs onlara yasla bağlı köməklik edib. Lakin 20.000 manatdan çox xərci çıxıb. Yas mərasimində Anar 1 dəfə iştirak edib, dəyib və çıxıb gedib. Oğlunun 40 mərasimində Anarın atası gəldi, dəydilər, getdilər, heç mağara girmədilər. İş artıq məhkəməyə gəldikdən sonra təqsirləndirilən şəxsdən şikayətçi oldu, yoldaşının yanına gəlmədilər deyə. Həmçinin müstəntiq oğlunun qanında narkotik çıxdığını dedikdən sonra deyib ki, Anar səndən şikayətçi olacam. Ekspert rəyinə Anar müdaxilə etdirib, niyə morqa getdikdən sonra oğlumun qanında narkotik vasitə çıxdı, 7 gün komada qalıb, necə çəkib narkotiki. Ləkə atılmağı, şər, böhtan, yalan verilən vədlər, Anarın hələ doğulmamış körpəsinin qədrini bilməyi onun fikrini dəyişdi, şikayətçi oldu. Yazılı şəkildə mülki iddia verəcəklər. İstintaqda barışıq ərizəsi verdiyimizdən sonra müstəntiq bildirmişdir ki, oğlunun qanında narkotik vasitə çıxıb. 10-15 gün əvvəl o Anara deyib ki, yoldaşının könlünü alsınlar, qadınlar gəlsinlər, ancaq Anar deyib ki, yoldaşı hamilədir gələ bilməz. Anara deyib ki, vəkil tutaq, oğlunun üzərindəki ləkə götürülsün. Hazırda şikayətçidir. Həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X1 mülki iddia vermiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Çıxışında da bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmır, cəzalanmasını tələb edir. Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci il təvəllüdlü X12 onun əkiz qardaşıdır. Onlar Gəncə şəhərində anadan olmuş, 18 yaşına kimi valideynləri ilə yaşamışdırlar. O, və qardaşı Kamran 2019-cu il tarixdə orta məktəbi bitirib Türkiyə Respublikasının Elazığ şəhərində yerləşən “Fırat” Universitetinə daxil olaraq orada bir müddət təhsil aldıqdan sonra Bakı şəhərinə qayıdaraq burada yaşayıb oxumağa davam etmişdirlər. Qardaşı Kamran da onun kimi motosiklet həvəskarı olduğu üçün 2021-ci ilin noyabr ayında özünə “BAJAJ” markalı, “Avenger 220” modelli 99-B-218 dövlət qeydiyyat nişanlı 6.000 (altı min) manat dəyərində motosiklet almışdır. Həmin motosikleti sürmək üçün etibarnamə əsasında idarə etsə də, motosiklet faktiki olaraq X23in mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində o, öz idarə etdiyi motosikletlə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” melrostansiyası yaxınlığında olan zaman hazırda adını xatırlamadığı, onu və qardaşını tanıyan bir motosiklet həvəskarı ona zəng edərək qardaşı Kamranın idarə etdiyi motosikletlə Bakı şəhəri, Tbilisi prospektində yerləşən Bakıxanov körpüsünün altnda “Pajero” markalı bir avtomobillə toqquşub xəsarət aldığını bildirmişdir. O, dərhal hadisə yerinə gələn zaman X23in yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt qardaşının idarə etdiyi motosikletlə toqquşduğu avtomobilin sürücüsü orada adının Anar olduğunu öyrəndiyi şəxs qardaşına ilkin tibbi yardım göstərmişdir. O, orada dərhal atasına zəng edərək hadisə barədə məlumat verib xəstəxanaya gəlməsini bildirmişdir. O, hadisə yerinə çatdıqdan az bir zaman sonra oraya X26 Xidmətinin əməkdaşları gəlmişdirlər. Bundan sonra TTYX-nin əməkdaşları qardaşını ambulansa mindirib xəstəxanaya aparanda o da həmin ambulansa minib onlarla birlikdə 1 saylı X22 getmişdir. Onlar xəstəxanaya çatandan bir az sonra atası da xəstəxanaya çatmışdır. Orada həkimlər qardaşına ilkin tibbi yardım göstərib Kamranı reanimasiya şöbəsinə yerləşdirib onlara gözləməli olduqlarını bildirmişdir. X23 8 gün 1 saylı X18 reanimasiya şöbəsində koma vəziyyətində qalmış, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində xəstəxananın həyətində gözləyən atası Elşən ona zəng edərək qardaşı Kamranın vəfat etməsini bildirmişdir. Bu zaman o, anasının yanına gedib sonuncudan muğayət olmağa çalışmışdır. Baş vermiş hadisəni təsadüfi yol-nəqliyyat hadisəsi hesab edir. O, qeyd olunan yol nəqliyyat hadisəsini törədərək ehtiyatsızlıqdan X23in ölümünə səbəb olmuş “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə hadisə yerində X23ə ilkin tibbi yardım göstərən zaman görüb. O həmin vaxt Təqsirləndirilən şəxs bildirib ki, heçnə deyə bilməz, əsas valideynləridir. Ailədəkilər hamısı razı oldular ki, hüquqi varis atası olsun. Atası barışıq ərizəsini istintaq zamanı xoşluqla yazmışdı. Lakin hazırda Təqsirləndirilən şəxs şikayətçiyik. Şahid1 ifadəsində göstərmişdir ki, 2001-ci il təvəllüdlü X12 onun dostudur. O, Kamranı 2020-ci ilin ortalarından tanıyır. Onların hər ikisi motosiklet sürən olduqları üçün münasibətləri bu səbəbdən yaranmışdır. Kamran Əliyev 2021-ci ilin noyabr ayında özünə “BAJAJ” markalı, “Avenger 220” modelli 99-B-218 dövlət qeydiyyat nişanlı 6.000 (altı min) manat dəyərində motosiklet alaraq mülkiyyətinə keçirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində dostu Kamran onlara gəlmiş, o da Kamranla birlikdə sonuncunun idarə etdiyi motosikletin tərkinə minib şəhərə getmişdirlər. Bir qədər şəhərdə gəzdikdən sonra o Kamrana demişdir ki, birlikdə gedib onun da motosikletini götürsünlər. Kamran da onunla razılaşaraq motosikletini götürmək üçün onların evinə gəlmişdir. O, öz motosikletini işə salan zaman yanacaq çənində yanacağın az olduğunu görüb Kamrana demişdir ki, birlikdə motosikletə yanacaq almağa getməlidirlər. Bundan sonra onlar Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gəlmişdirlər. O, həmin gün saat 18:30 radələrində öz motosikleti üçün yanacaq alıb qurtarana kimi Kamran öz motosikleti üçün yanacaq alıb oradan Tbilisi prospektinə doğru çıxmışdır. O, da təxminən bir-iki dəqiqə sonra onun ardınca Tbilisi prospektinə doğru çıxaraq həmin prospektlə “Bakıxanov” körpüsünün altındakı dairə istiqamətində hərəkət etməyə başlamışdır. Lakin Kamran sürətli getdiyi üçün o, Kamranı görməmişdir. O, idarə etdiyi motosikleti ilə Tbilisi prospektində yerləşən Bakıxanov körpüsünün altndakı dairəyə doğru yaxınlaşan zaman görmüşdür ki, həmin dairədən İzmir küçəsi istiqamətində qara rəngli “Pajero” markalı bir avtomobil yolun hərəkət hissəsində dayanıb. O, həmin cip avtomobilin yanından keçən zaman sağ tərəfdə bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb motosikletini saxlayaraq həmin şəxsə yaxınlaşan zaman həmin şəxsin X27 olduğunu görmüşdür. O, dərhal Kamrana yaxınlaşıb uzanıqlı vəziyyətdə başını qucağına almış, həmin vaxt Kamranın da dişi qıcanaraq bədənini əsməcə tutmuşdur. Bu zaman Kamranın toqquşduğu avtomobilin sürücüsü sonradan adının Anar olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq Kamranın dilinin qatlanmaması üçün ağzını açmağa çalışmışdır. O, dərhal Kamranın qardaşı Morula xəbər verib onu hadisə yerinə çağırmışdır. Hadisə yerinə dərhal Morul, bir qədər sonra da X26 Xidmətinin əməkdaşları gəlmişdirlər. Bundan sonra TTYXnin əməkdaşları Kamranı ambulansa mindirib xəstəxanaya aparanda Morul da həmin ambulansa minib onlarla birlikdə 1 saylı X22 getmişdir. O isə hadisə yerində qalaraq oraya gəlmiş polis əməkdaşlarına Kamranın anket məlumatlarını demişdir. Daha sonra o, dərhal xəstəxanaya gəlmişdir. Həmin vaxt öyrənmişdir ki, Kamranı reanimasiya şöbəsinə yerləşdirib yaxınlarına gözləməli olduqlarını bildiriblər. X27 08 gün 1 saylı X18 reanimasiya şöbəsində koma vəziyyətində qalmış, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində xəstəxananın həyətində gözləyən tanışlarından biri ona zəng edərək Kamranın vəfat etməsini bildirmişdir. Bundan sonra o, xəstəxanaya gələnə kimi öyrənmişdir ki, Kamranın meyitini morqa aparıblar. Onlar da morqa gedib oradan Kamranın meyitini təhvil aldıqdan sonra Gəncə şəhərinə apararaq Kamranı orada dəfn etmişdirlər. O, qeyd olunan yol nəqliyat hadisəsinin baş verməsini görməsə də, hadisədən dərhal sonra oraya gəlmişdir. Həmin vaxt Kamranın toqquşduğu “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da hadisə yerində olmuşdur. Onu da qeyd etmişdir ki, o, hadisə yerinə çatanda Kamranı yerdə uzanıqlı vəziyyətdə görən zaman sonuncunun qoruyucu baş dəbilqəsinin yerdə olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, yəqin Kamran motosikleti idarə edən zaman həmin dəbilqənin altındakı bağı bağlamadığı üçün dəbilqə hadisə zamanı başından çıxmış və Kamran bu səbəbdən ağır xəsarət almışdır. Həmin hadisə baş vermədən öncə o, Kamranın ardınca öz motosikleti ilə hərəkətdə olduğu üçün təxmin edir ki, Kamran ondan öndə sürətlə hərəkət edirdi, qanacaq doldurma məntəqəsindən eyni svetoforda çıxmışıq, 5-6 saniyə fərq olardı, yolun əyilməsi vardı, anidən Kamran yoxa çıxdı. Svetofordan çıxanda Kamranı görürdü, ancaq yolun əyilməsindən sonra görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşən “Bakıxanov” körpüsü kimi bilinən körpünün altındakı dairəyə daxil olaraq ikinci zolaqla saatda təxminən 30 kilometr sürətlə İzmir küçəsi istiqamətində hərəkət edən zaman sağ tərəfindən saatda təxminən 80 kilometr sürətlə hərəkətdə olan qara rəngli motosiklet sürətlə ona yaxınlaşaraq idarə etdiyi avtomobilin sağ ön qanadına çırpılmışdır. O, dərhal avtomobilini saxlamışdır. Bu zaman onun avtomobili ilə toqquşmuş motosikletin sürücüsü zərbənin təsirindən motosikletin üzərindən havaya sıçrayaraq avtomobilinin qarşısında yerə düşmüşdür. Həmin vaxt motosikletin sürücüsü qarşısında yerə düşmədən əvvəl başında olan qoruyucu papaq başından çıxdığı üçün həmin motosikletin sürücüsü yerə düşən zaman başından ağır xəsarət almışdır. O, dərhal motosiklet sürücüsünə yaxınlaşaraq özü ilkin tibbi yardım göstərib dilinin qatlanmasına icazə verməmişdir. Bu zaman oraya başqa iki nəfər şəxs motosikletdə gələrək onun toqquşduğu motosikletdə olan sürücünü tanıdıqlarını, həmin sürücünün X12 olduğunu bildirmişlər. Bundan sonra o, Kamranın dilinin qatlanmamasına görə ağzını sıxdığı üçün əli məşğul olduğundan X26 Xidmətinə orada olan şəxslərdən zəng vurmalarını xahiş etmişdir. Bundan bir qədər sonra hadisə yerinə TTYX-nin əməkdaşları gəlib X19 Tibbi Mərkəzə aparmışlar. O isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdə sonunculara yaxınlaşıb özünü təqdim edərək toqquşmuş avtomobillərdən birinin ona məxsus olduğunu bildirmişdir. Orada polis əməkdaşları tərəfindən müvafiq sənədləşmə işləri aparıldıqdan sonra onu sərxoşluğun müayinəsi yerinə göndərmişdirlər. O da sərxoşluğun müayinəsindən keçib ayıq olmağı barədə akt aldıqdan sonra polis əməkdaşlarından icazə alıb Kamran Əliyevə xəstəxanada köməklik göstərmək üçün oraya getmişdir. O, orada Kamran Əliyevin ailəsinə yaxınlaşaraq sonuncunun müayinəsi üçün maddi və mənəvi köməklik göstərmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa keç kim olmamış, həmin vaxt o hər hansı bir bədən xəsarəti almamışdır. O, Kamran adlı şəxsi əvvəlcədən tanımamış, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin hadisə zamanı Kamran Əliyev idarə etdiyi motosikletin ön hissəsi ilə onun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qanadı ilə toqquşmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobil tam saz vəziyyətdə, yol örtüyü də düz, quru asfalt olmuşdur. Hadisə vaxtı yağışsız açıq hava olduğundan o, yol şəraitini aydın müşahidə edə etmiş, hadisə anında idarə etdiyi avtomobilin hərəkət sürəti təxmini 30 km/saat olmuşdur. Onun hərəkəti üçün təhlükə idarə etdiyi avtomobil ilə Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşən körpünün altındakı dairədən İzmir küçəsi istiqamətində hərəkət edən zaman sağ tərəfindən təxminən 25-30 metr uzaqdan Kamran Əliyevin idarə etdiyi motosikletlə ona doğru sürətlə hərəkət etməsini gördüyü andan yaranmışdır. Həmin yerdən toqquşma nöqtəsinə kimi o, təxminən 10-15 metr məsafə qət etmişdir. Həmin vaxt hadisə anidən baş verdiyi üçün o yalnız əyləci basıb idarə etdiyi avtomobili saxlaya bilmişdir. Hadisə vaxtı onun diqqətini yol şəraitindən heç nə yayındırmamışdır. Həmin vaxt orada kimlərin olmasını bilməsə də, sonradan ora polis əməkdaşlarının gəlməsini xatırlayır. Onun həmin vaxt idarə etdiyi avtomobilində heç bir yük olmamış, özü də hadisə zamanı ayıq olmuş və sərxoş vəziyyətdə olmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Müdafiəçi3 məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə təqsiri tam olaraq sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mitsubishi Pajero markalı avtomobillə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq Bajaj Avenger 220CC markalı motosikletin sürücü X7 ölümünə səbəb olmuşdur. Ekspert rəyindən aydın görünür ki, Mitsubishi Pajero markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs motosikletə yol vermədən qarşı sol hərəkət hissəsinə çıxmamamlı idi, bununla yanaşı motosikletin Mitsubishi Pajero markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olduğundan Pajeronun yolayrıcına daxil olması motosikletin hərəkəti üçün təhlükə yaratmış olur. Əlavə olaraq da nəzərinizə çatdırmalıyam ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa bildirmişdir ki, zərərçəkmiş tərəflə Təqsirləndirilən şəxs arasında heç bir barışıq əldə edilməmiş, təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisinə öz peşmanlığını göstərən heç bir davranış ortaya qoymamışdır. Təqsirləndirilən şəxs tərəfindən bildirilən bütün ifadələr məhkəmə istintaqını yanıltmağa yönəlmiş, səmimi olmayan ifadələrdir. Aydın görünür ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə yanaşı hələ törətdiyi faciənin böyüklüyünü önəmsəməkdədir. Belə ki, təqsirləndirilənin yol verdiyi nöqsanlar səbəbi ilə bir ailə öz övladını itirmiş, ailənin bütün gələcəyə olan ümidləri puça çıxmışdır. Həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş tərəfə vurulmuş maddi və ya mənəvi zərər də ödənilməmişdir. Açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs ən sərt cəzanın tətbiq edilməsi zərurəti mövcuddur. Hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində yəni 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bununla yanaşı bildirmişdir ki, zərərçəkmişin hüquqi varisi X11 tərəfindən cinayət mühakimə icraatında cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə 28500 manat, iddianın verilməsi üçün ödənilmiş 175,5 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 100000 manat olmaqla, cəmi 128675,5 manat pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi verilmişdir. Qeyd etmişdir ki, X12 bir həftə Mərkəzi Klinik xəstəxanada koma vəziyyətində qalmışdır. Həmin müddət ərzində ailəsi çox böyük maddi və mənəvi zərər görmüşdür. Belə ki, maddi ziyan olaraq hər gün xəstəxanaya 600-700 manat dərman vasitələrinə və digər lazımı prosedurlara xərcləri çıxmışdır. Ümumiləşdirmə edərək deyə bilər ki, xəstəxanaya 16500 manat xərcləri çəkmişdirlər. Həmçinin Kamranın dəfn işləri və yas mərasimi ilə əlaqədar olaraq 18 min manat xərc çəkilmişdir. Belə ki, 3 gün yas mərasimi verilmiş, 10-dan çox cümə mərasimi verilmişdir. Bu xərclərə həmçinin Kamranın nəşinin Gəncə şəhərinə aparılması, ona orada 1200 manatlıq mağarın alınması və Bakıdakı yasla əlaqədar mərasim zalının icarəyə götürülməsi daxildir. 34500 manat xərcin 6000 manatı cavabdeh tərəfindən ödənilsə də qalan 28500 manat maddi ziyan ödənilmədən qalır. Həmçinin təqsirləndirilən şəxsin hüquqazidd əməli nəticəsində ailə ağır mənəvi sarsıntı və iztirab keçirmişdir. 21 yaşlı oğulu itirmək yəqin ki, insan üçün dəhşətli ağır hadisədir. Baş vermiş hadisə nəticəsində təkcə Kamranın özü yox, həmçinin onunla bağlı ailədə qurulan xəyallar, ümidlər və arzular da yox oldu. Hesab edirəm ki, oğul ölümü ilə valideynin çəkdiyi mənəvi iztirabın mövcudluğunun sübuta ehtiyacı yoxdur. Normal insan fərdi olaraq oğul itirmək ən ağır mənəvi sarsıntılara səbəb olur. Mənəvi zərər insan fərdinin mənəvi bağlarının zədələnməsi nəticəsində yaranır. Mənəvi bağlar valideyn-övlad, dostlar və qohumlar arasında ola bilər. Qeyd edilən mənəvi bağlarının ən məhkəmə valideyn-övlad arasında olur. Bu mənəvi bağlar zədələnməsi valideynə ən ağır mənəvi sarsıntı və iztirab verir. Hazırkı iş üzrə isə qeyd edilən mənəvi bağlar zədələnmədən ziyadə olaraq heç vaxt bərpa olunmamaq üzrə məhv olmuşdur. Həmin mənəvi sarsıntının dəyəri pul ilə ölçülə bilməz və bunun hər hansı meyarı yoxdur. Lakin praktikada formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, dəyən mənəvi zərər 100000 manat həcmində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində, yəni 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və vurulmuş maddi zərərə görə 28500 manat, mənəvi zərərə görə 100000 manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Cinayət işi üzrə artıq məhkəmə istintaqı başa çatmış və dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 -ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istənilmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verməsini bildirsə də, lakin həmin əməlin törədilməsini məhz onun təqsiri ucbatından törədilib - törədilməməsi ilə bağlı ziddiyyət olduğundan, iş üzrə məhkəmə tərəfindən təkrar komisyon kompleks məhkəmə video texniki və yol nəqliyyat hadisələri avtotexniki ekspertizası təyin olunmuşdur. Ekspert rəyindən məlum olur ki, hadisənin baş verdiyi yer yaşayış məntəqəsinin daxilində yerləşməsi nəzərə alınaraq, baş verən sahənin hərəkət sürətini məhdudlaşdıran digər yol nişanının təsir dairəsində olmaması şəraitində Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən sürət həddi orada saatda 60 km olmuşdur. Hadisə yaşayış məntəqəsində baş verdiyindən və yaşayış məntəqəsində Bajaj Avenger 220 CC markalı motosikletin sürət həddi saatda 60 km dən artıq olmuşdur. Belə ki, video görüntüyə əsasən onun orta sürət həddi saatda 87 km saat olmuşdur. Toqquşmaya qədər olan son 19,60 m məsafəni yavaşıyan sürətlə tormozlama prosesində hərəkət edərək həmin məsafəni 0,84 saniyəyə qət etmişdir. Toqquşma göründüyü kimi motosikletin qabaq hissəsi ilə Mitsubishi Pajero markalı avtomobilin qabaq sağ yan hissəsi arasında baş vermişdir. Hadisənin baş verməsinə səbəbli əlaqənin məhz motosikletin sürətlə hərəkətdə olması ilə əlaqədardır. Qeyd edim ki, rəyə əsasən motosikletin toqquşma yerim çatmadan onu dayandırmağa texniki imkanı olmuşdur. Bu hadisənin törənməsində səbəbli əlaqə olduğundan və o yüksək sürətlə gəldiyindən hadisənin qarşısını ala bilməmişdir. Eyni zamnada Təqsirləndirilən şəxs artıq hərəkətdə olarkən sürətlə gələn motosiklet məhz sürətə görə gözlənilməz anda onun idarə etdiyi avtomobilə çırpılmışdır. Hadisə motosikletin sürətli hərəkət etməsi ilə bağlı olduğundan, o,istəsə də belə hadisənin qarşısını ala bilməzdi. Azərbaycan Respublikassı Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qərarına əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktik halları hərtəfəli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında Qanununun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsininin qarşısını almaq üçün texniki cəhətdən imkanın olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Kostitusiyasının 71-ci maddəsində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində göstərildiyi kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət verilməsini dair hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, qəza olub, hadisə olub, bu danılmaz faktdır. Hadisə yerində də köməklik göstərib. Xəstəxənadakı xərclərdən tutmuş, dəfn xərclərinə qədər. Hüzürdə də iştirak ediblər. Lakin ekspertizanın verdiyi sonuncu rəyə görə, videoda da göstərilmişdir, motosikletlə birlikdə hərəkət edən digər qara avtomobilə də baxanda onların sürəti aşağı olub. Piyada keçidi də görsənir yolda. Digər maşın maneəsiz keçir. Hadisənin baş verməsinə səbəb sürət həddini aşıb keçmə olmuşdur. O əlindən gələni etmişdir, lakin sürət həddi çox olduğu üçün hadisə baş vermişdir. Ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin 53 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən:

1. X7 adına tərtib edilmiş KTM-in 4591 saylı xəstəlik tarixinin kserosurətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 19:15-də həmin xəstəxanaya gətirilmişdir. Daxil olarkən vəziyyəti ağır olmuş, müvafiq müayinələrdən keçmiş, müalicə təyin edilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, vəziyyəti getdikcə daha da ağırlaşmış və xx.xx.2022-ci il tarixdə saat 01:30-da ölüm baş vermişdir. Son klinik diaqnoz: Ağır kəllə beyin travması. Baş-beyin əzilməsi ağır dərəcəli. Billateral gicgah, təpə və stenoidal sümüyünün qanadının kəllə əsasında keçən yerini dəyişimiş sınığı. Sağ gicgah nahiyəsində epudural hematoma.

2. X7 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: alın nahiyəsində, burun belində, sol yanaqda əzilmiş yaralar, hər iki diz oynağının və hər iki baldırın ön səthinin sıyrıqları, başın sol gicgah nahiyyəsinin qançır-hematoması və baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunmuş kəllə sümüklərinin sınığı.

3. Göstərilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və ümumilikdə ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.

4. X7 ölümünə səbəb, almış olduğu xəsarətlər nəticəsində baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma olmuşdur, ölüm xx.xx.2022-ci il tarixdə xəstəxanada baş vermişdir ki, bu da meyitin müayinəsi ilə inkar olunmur.

5. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Amfetamin, Metamfetamin və Tiryək qrupuna aid olan Heroin aşkar edilmişdir. Etil spirti aşkar edilməmişdir.

İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “əmtəəşünaslıq ekspertizasının” 3558 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 4500,00 manat olmuş 2018-ci il buraxılışlı “Bajaj Avenger- 220” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosiklin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 3600,00 (4500 m- 20%) manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “əmtəəşünaslıq ekspertizasının” 3559 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, tədqiqata təqdim edilmiş Avto Servis “Sahil” firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 149 №li qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı, mühərrik həcmi 3000 sm3 “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 890,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 540,00 manat, təmir-bərpa işlərinin qiyməti - 350,00 manat.

İbtidai istintaq dövrü İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “yol nəqliyyat hadisələri ekspertizasının” 8/1315 saylı, xx.xx.2022-ci il tarixli (ekspertlər Hikmət İbişov, Ayaz Namazov) rəyinə əsasən:

1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Baja Avenger 220CC” markalı, 99-B-218 dövət qeydiyyat nişanlı motosikletin sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü K.E.Əliyev motosikleti yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəydən görünür ki, hadisə şəraiti, nəqliyyat vasitələrinin surətləri, nəqliyyat vasitələrinin hadisəyə qədər qət etdiyi məsafə, təhlükə anı məhz müstəntiqin ekspertiza təyini barədə xx.xx.2022-ci il tarixli qərarında müəyyən etdiyi “hadisə şəraitinə” uyğun rəy verilmişdir. Beləliklə ibtidai istindaq dövründə keçirilmiş “yol nəqliyyat hadisələri ekspertizasının” xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, hadisənin baş vermə şəraiti müstəntiqin qərarında nə cür təsvir edilmişdirsə, ekspert də həmin şəraitə uyğun rəy vermiş və istintaq tərəfindən göstərilən belə bir şəraitə əsasən ekspert belə bir rəyə gəlmişdir ki, bu cür şəraitdə hadisənin törədilməsində təqsirkar Təqsirləndirilən şəxs olmuşdur. Müstəntiqin ekspertiza təyini barədə xx.xx.2022-ci il tarixli qərarında hadisənin baş vermə şəraiti kimi qeyd edilmişdir ki, “sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə “Bakıxanov” körpüsünün altındakı dairədən İzmir küçəsi istiqamətində hərəkətdə olan zaman sağ tərəfdən Tbilisi prospekti ilə ona doğru saatda 80 kilemetr sürətlə hərəkət edən Kamran Əliyevin idarə etdiyi motosikleti 29 metr məsafədən gördüyü andan yaranmışdır. Həmin andan toqquşma nöqtəsinə qədər Təqsirləndirilən şəxs 14 metr məsafə qət etmiş, K.Əliyev isə idarə etdiyi motosikletlə 29 metr məsafə qət etmişdir. Hadisə yaşayış məntəqəsi ərazisində baş vermiş və icazə verilən maksimum hərəkət sürəti 60 km/saatdır.

Lakin hadisənin baş vermə şəraiti və bu şəraitə görə kimin təqsirli olmasında mühüm əhəmiyyət kəsb edən hal kimi hadisəyə qədər nəqliyyat vasitələrinin sürətləri və hadisəyə qədər qət etdikləri məsafə, həmin yolda icazə verilən sürət həddi, ümumiyyətlə hadisənin əvvəldən axıra qədər baş verməsinin videogörüntüsünün olduğu halda real görüntülər əsasında bu şəraitin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb etsə də müstəntiq bu məsələlərə tam aydınlıq gətirmədən, videogörüntülər əsasında şəraitin müəyyən edilərək ekspertizanın keçirilməsini təmin etməmişdir. Bu halların aydınlaşdırılması üçün məhkəmənin 23 avqust 2022-ci il tarixli qərarına əsasən təkrar komisyon kompleks “məhkəmə-videotexniki” və “yol-nəqliyyat hadisələri avtotexniki ekspertizası” təyin edilmiş, ekspert qarşısında bu zidiyyətli məqamlara aydınlıq gətirilməsi üçün, əsl həqiqətin üzə çıxarılması üçün, hadisənin törədilməsində hansı sürücünün hərəkət (hərəkətsizliyinin), ehtiyatsızlığının səbəbli əlaqəsinin müəyyən etmək üçün suallar qoyulmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuş və “Təhlükəsiz şəhər xidməti”nin kameralarında qeydə alınmış və DVD formasında cinayət işi materiallarına əlavə edilmiş video görüntülər nəzərə alınmaqla həmin sualların cavablandırılması tələb edilmişdir: 1) Videogörüntü əsasında hadisə baş verən zaman “Mitsubishi Pajero” markalı, 99-RT 772 dövlət qeydiyyat nişanlı avtomobilin və “Baja Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürətləri saatda neçə kilometr olub? 2) Həmin yolda sürət həddi “Yol Hərəkəti haqqında” Qanununa əsasən müəyyən olunurmu? 3) Mitsubishi Pajero markalı **-RT-*** nömrə nişanlı avtomobilin yola daxil olduğu anda onun görmə məsafəsi müəyyənləşdirilsin və görmə məsafəsinə əməl edərək yola daxil olması qiymətləndirilsin. Mitsubishi Pajero markalı **-RT-*** nömrə nişanlı avtomobilin yola daxil olduğu anda təhlükə anı və maneə mövcud idimi? 4) “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yola daxil olarkən “Bajaj Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikleti neçə metr məsafədən görməliydi? Yəni həmin yol neçə metr məsafədə boş olmalıydı ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü həmin yola daxil olsun? 5) Videogörüntüdə görünən real vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü “Yol Hərəkəti haqqında” Qanunun tələblərinə əsasən həmin yol daxil olmasına icazə verilirdimi? Real vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsünün həmin yola daxil olmasında Qanunun tələbləri pozulmuşdurmu? 6) Motoskiletin qeyd olunan məsafədən görünməsi üçün onun sürət həddi saatda neçə km. olmalı idi? 7) Mitsubishi Pajero markalı **-RT-*** nömrə nişanlı avtomobillə Bajaj Avenger 220CC markalı 99-B-218 nömrə nişanlı motosikletin toqquşma yeri (yolun eni, zolağın sayı müəyyən edilməklə) və anı müəyyən edilsin. 8) “Mitsubishi Pajero” markalı avtomobil “Bajaj Avenger” markalı motosikleti vurmuşdur (toqquşmuşdur), ya “Bajaj Avenger” markalı motosiklet “Mitsubishi Pajero” markalı avtomobili vurmuşdur (toqquşmuşdur)? 9) “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Baja Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosiklet üçün təhlükə anı və maneənin hansı andan əmələ gəlməsi müəyyən edilməklə, bu andan hesablanmaqla toqquşma anına qədər neçə metr məsafə qət etmişdirlər? 10) Hadisə “Mitsubishi Pajero” markalı avtomobilin yola daxil olduğu anda və ya yoldan çıxdığı anda baş verməsi nəzərə alınmaqla, hansı nəqliyyat vasitəsinin hansı nəqliyyat vasitəsinə yol verməli olması, təhlükə anının və maneənin avtomobilin və motoskiletin sürücülərindən hansı üçün mövcud olması müəyyənləşdirilsin. 11) “Bajaj Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin qeyd olunan sürətlə hərəkətdə olmasına Qanunla yol verilirmi? Motoskiletin həmin sürətlə hərəkətdə olması nəticəsində “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisənin qarşısını almaq imkanı olmuşdurmu? 12) Mitsubishi markalı avtomobilin yola daxil olduğu anda motosikletin olduğu yer nəzərə alınmaqla, Mitsubishi markalı avtomobilinin sürücüsü tərəfindən moteskiletlə toqquşma anına kimi keçən müddət, motoskiletin qət etdiyi məsafə müəyyən edildikdən sonra Mitsubişi markalı avtomobilin sürücüsünün və ya motoskiletin sürücüsündən hansının ilkin olaraq hadisənin qarşısını almaq vəzifəsi olub-olmaması və texniki imkanın olub-olmaması müəyyən edilsin? 13) “Bajaj Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürət həddi müəyyən olunduqdan sonra, o artıq hərəkətdə olan “Mitsubishi Pajero” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb baş verə biləcək hadisənin qarşısını almaq üçün hər hansı tədbir görmüşdürmü və hadisənin qarşısını almaq imkanı olmuşdurmu? “Bajaj Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünün belə bir vəzifəsi olmuşdurmu? 14) Hadisənin baş verməsi ilə əlaqədar “Baja Avenger” markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünün hərəkət-hərəkətsizliyində səbəbli əlaqəsi olmuşdurmu? 15) Hər iki avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun hansı norması pozulmuşdur, həmin pozuntunun hadisə ilə səbəbli əlaqəsi və ekspertiza qarşısında qoyulmuş yuxarıdakı suallara bütün cavabların nəticəsi üzrə hadisənin baş verməsinin ilkin səbəbkarı kim olmuşdur?

İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “yol nəqliyyat hadisələri ekspertizasının” 8/2381-4/1313 saylı, xx.xx.2022-ci il tarixli (ekspertlər, İntiqam Babayev, Hikmət İbişov) rəyinin tədqiqat hissəsinə əsasən müəyyən edilir ki, hadisə baş verən yerdə yol quru, düz, asfaltbeton örtüklüdür. “Bajaj Avenger 220CC” markalı motosikletin hərəkəti istiqamətində “Düzünə hərəkət”, “Mitsubishi Pajero” markalı avtomobilin hərəkəti istiqamətində isə “Sola hərəkət” məcburi hərəkət istiqamət nişanları vardır. Hadisə yerində icazə verilən maksimum sürət həddi 60 km/saatdır (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 23 avqust 2022-ci il tarixli qərar, hadisə yerinə baxış keçirilməsi haqqında 22 aprel 2022-ci il tarixli protokol və onun sxemi). Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil ilə Tbilisi prospekti 3 ünvanında yerləşən “Bakıxanov” körpüsünün altı hissəsindən qarşı hərəkət hissəsinə çıxaraq sola, yəni İzmir küçəsi istiqamətində hərəkətdə olarkən sağ tərəfdən Tbilisi prospekti ilə hərəkətdə olan sürücü K.Əliyevin idarə etdiyi Bajaj Avenger 220CC markalı motosiklet ilə toqquşmuşdur. X20 220CC markalı motosikletin qabaq hissəsi ilə Mitsubishi Pajero markalı avtomobilin qabaq sağ yan hissəsi arasında baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 23 avqust 2022-ci il tarixli qərar hadisə yerinə baxış keçirilməsi haqqında 22 aprel 2022-ci il tarixli protokol və onun sxemi). Videoyazıların məhkəmə ekspertizasının rəyindən məlum olduğu kimi, “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin orta sürəti V “Mitsubishi Pajero = 28 km/saat, “Bajaj Avenger” markalı motosikletin orta sürəti isə V Bajaj Avenger = 87 km/saat olmuşdur. “Bajaj Avenger” markalı motosiklet toqquşmaya qədər olan son 19,60 m məsafəni yavaşıyan sürətlə, yəni tormozlama prosesində hərəkət etmiş və bu məsafəni t=0,84 sanyə qət etmişdir. “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin STOP xəttindən toqquşma yerinə kimi məsafə qət etdiyi məsafə S=18,5 m və məsafəni qət etmə müddəti t = 2,04 saniyədir. “Bajaj Avenger” markalı motosikletin bilavasitə toqquşma anında sürəti 83 km/saat olmuşdur. Hadisənin baş verdiyi yerin yaşayış məntəqəsi daxilində yerləşməsi nəzərə alınmaqla hadisə baş verən sahənin hərəkət sürətini məhdudlaşdıran digər yol nişanının təsir dairəsində olmaması şəraitində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən hadisə baş verən sahədə icazə verilən surət həddi 60 km/saatdır. Təqdim edilən məlumatlara əsasən, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mitsubishi Pajero markalı avtomobil ilə Tbilisi prospekti 3 ünvanında yerləşən “Bakıxanov” körpüsünün alt hissəsindən qarşı hərəkət hissəsinə çıxaraq sola, yəni İzmir küçəsi istiqamətində hərəkətdə olarkən sağ tərəfdən Tbilisi prospekti ilə hərəkətdə olan sürücü K.Əliyevin idarə etdiyi “Bajaj Avenger 220CC” markalı motosiklet ilə toqquşmuşdur. Toqquşma “Bajaj Avenger 220CC” markalı motosikletin qabaq hissəsi ilə “Mitsubishi Pajero” markalı avtomobilin qabaq sağ yan hissəsi arasında baş vermişdir. Hadisə yaşayış məntəqəsində baş verdiyindən və yaşayış məntəqəsində Bajaj Avenger 220CC markalı motosikletin 60 km/saatdan artıq sürətlə hərəkət etdiyindən, sürücü K.Əliyevin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Mövcud metodikanın tələbinə əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Sürücü K.Əliyevin hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla, yəni “Bajaj Avenger 220CC” markalı motosikletin yaşayış məntəqəsində icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə toqquşmanın baş verməsi arasında səbəbli əlaqənin olub olmamasının müəyyənləşdirilməsi məqsədi ilə rəyin tədqiqat hissəsində hesablamalar aparılmışdır. Hesablamalara əsasən hərəkət üçün təhlükə yarandığı anda motosikletin toqquşma yerindən olduğu məsafə 48,6 metr olmuşdur. Mövcud şəraitə uyğun motosikletin hadisə baş verən yerdə maksimum icazə verilən 60 km/saat sürətinə uyğun dayanma yolu müəyyən edilmişdir. Aparılmış hesablamalara əsasən məlum olmuşdur ki, tədqiq edilən şəraitdə motosikletin icazə verilən 60 km/saat sürətinə uyğun dayanma yolu 41,2 metrdir. Buna görə də aparılmış texniki hesabatlara əsasən sürücü K.Əliyevin hərəkəti üçün təhlükə yaranan anda Bajaj Avenger 220CC markalı motosikletin hərəkət sürətinə uyğun toqquşma yerindən olduğu məsafənin (Sa=48,6 metr) həmin motosikletin mövcud yol şəraitində maksimum icazə verilən hərəkət sürətinə uyğun dayanma yolundan (Sd.i=41,2 metr) böyük olması onu izah edir ki, sürücü K.Əliyev avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etdirməsi şəraitində təhlükə yaranan anda vaxtında tormozlama əməliyyatı aparmaqla Bajaj Avenger 220CC markalı motosikleti toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının nəticəsində qoyulmuş suallara aşağıdakı kimi rəy verilmişdir:

1. Tədqiqata təqdim olunmuş 01 ədəd DVD-R diskə yazılmış “TT1_TŞ2-073 3- 2022-04- 22_18h25min00s000ms” adlı videoyazıya görə tədqiq hissədə göstərilmiş məsafələrdə “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin orta sürəti V Mitsubishi pajero = 28 km/saat, “Bajaj Avenger” markalı motosikletin orta sürəti isə V Bajaj Avenger = 87 km/saat olmuşdur. “Bajaj Avenger” markalı motosikletin toqquşmaya qədər olan son 19,60 m məsafəni yavaşıyan surətli hərəkət etmişdir. “Bajaj Avenger” markalı motosikletin bilavasitə toqquşma anında surəti V= 83 km/saat olmuşdur.

2. Hadisənin baş verdiyi yerin yaşayış məntəqəsi daxilində yerləşməsi nəzərə alınmaqla hadisə baş verən sahənin hərəkət sürətini məhdudlaşdıran digər yol nişanının təsir dairəsində olmaması şəraitində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən hadisə baş verən sahədə icazə verilən sürət həddi 60 km/saatdır. 3.4.6. Video texniki ekspertizasının rəyindən məlum olduğu kimi, “Mitsubishi Pajero” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs motosikletə yol vermədən sola dönmə əməliyyatı edərək qarşı sol hərəkət hissəsinə çıxmamalı idi. 5.15b. Təqdim edilən məlumatlara əsasən, Mitsubishi Pajero markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

7. Nəqliyyat vasitələri arasında toqquşma yol-nəqliyyat hadisəsi yerinin sxemində göstərildiyi, həmçinin videogörüntüdən məlum olduğu kimi, soldan sağa 3-cü hərəkət zolağında baş vermişdir.

8. Hərəkətdə olan nəqliyyat vasitəsiləri arasında kontakt baş verdikdə bu hadisə nəqliyyat vasitələrinin toqquşması hadisəsidir.

9. Motosikletin mövcud yol şəraitində maksimum icazə verilən hərəkət sürətinə uyğun dayanma yolu 41,2 metrə, Mitsubishi Pajero markalı avtomobilin stop xəttindən yola daxil olduğu andan Bajaj Avenger 220CC markalı motosikletin toqquşma yerindən olduğu məsafə 48,6 metrə uyğundur. 10.11b.12b. Mövcud vəziyyətdə Mitsubishi Pajero markalı avtomobilin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən Bajaj Avenger 220CC markalı motosiklet Mitsubishi Pajero markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olduğundan Mitsubishi Pajero markalı avtomobilin yolayrıcına daxil olması Bajaj Avenger 220CC markalı motosikletin hərəkəti üçün təhlükə yaratmış olur. 11a.12a.14.15a. Təqdim edilən məlumatlara əsasən “Bajaj Avenger 220CC” markalı 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

13. Videoyazıların məhkəmə ekspertizasının rəyindən məlum olduğu kimi Bajaj Avenger 220CC markalı, 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü toqquşmaya kimi tormozlama əməliyyatı apararaq toqquşma yerinə kimi etmişdir.

Bununla da hazırkı vəziyyətdə hadisə şəraitinin nə cür baş verməsini müəyyən etmək üçün müstəntiqin qərarında göstərilənlərlə, məhkəmə istintaqı zamanı keçirilmiş, hadisənin baş verməsinin qeydə alındığı real videogörüntülər əsasında müəyyən edilmiş şərait arasında fərqlər meydana çıxmışdır. Belə ki, müstəntiqin qərarında nəqliyyat vasitələrinin sürətləri, təhlükə anına qədər qət etdikləri məsafə ilə məhkəmə-videotexniki və yol-nəqliyyat hadisələri avtotexniki ekspertizasının rəyində müəyyən edilənlər fərqli olmuşdur. Sonuncu rəy isə real görüntülər əsasında verilmişdir. Hadisəni özündə real əks etdirdiyindən, həmin sonuncu rəy daha mötəbərdir. Həmin rəyin şübhə altına alınması üçün əsas və səbəblər yoxdur. Məhkəmə istintaqı dövrü keçirilmiş ekspertiza hadisənin qeydə alındığı real videogörüntülər əsasında, ekspert tərəfindən hadisə yerinə baxışla keçirildiyindən, daha ətraflı tədqiqat aparıldığından, məhkəmə həmin ekspert rəylərindən məhkəmə istintaqı dövründə keçirilmiş “təkrar komisyon kompleks məhkəmə-videotexniki və yol-nəqliyyat hadisələri avtotexniki ekspertizası” rəyini kifayət qədər əsaslı hesab edib, mötəbər sübut kimi qiymətləndirir. Beləliklə hadisənin ittiham aktında göstərilən şəraitdə, həmçinin ekspertiza təyini barədə müstəntiqin qərarında göstərdiyi şəraitdə əmələ gəlməsi təsdiq edilmir. Hadisə məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəyində müəyyən edilmiş şəraitdə əməl baş vermişdir. Əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında, eyni zamandı müstəntiqin ekspertiza təyini barədə qərarında göstərilən formada mövcudluğunu qəbul etmək qadağandır, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamışdır, CPM-nin 7.0.4-cü maddəsində müəyyən edilmiş belə bir cinayət təqibi aparılmayıb. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham — CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamdakı əməl ehtiyatsızlıqdan törədilən cinayət əməlidir. Məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəyində Mitsubishi Pajero markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin həmin rəydə baş vermiş hadisədə “Bajaj Avenger 220CC” markalı 99-B- 218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X7 hərəkətlərində də «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulduğu qeyd edilmiş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd edilmişdir. Bununla da görünür ki, həm Mitsubishi Pajero markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, həm də “Bajaj Avenger 220CC” markalı 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulduğu qeyd edilmiş və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olması qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı hadisənin qeydə alındığı videogörüntüyə baxış keçirilərkən də açıq aydın görünür ki, Mitsubishi Pajero markalı avtomobil STOP xətdən yolarıcına daxil olarkən, həmin toqquşma yerindən aralıda yoda piyada keçidi mövcuddur, həmin yolda piyada keçidinə ilk olaraq digər bir “qara rəngli avtomobil” daxil olur, sonra “Bajaj Avenger 220CC” markalı motosiklet daxil olur və “Bajaj Avenger 220CC” markalı motosiklet sürət həddini artıraraq həmin “qara rəngli avtomobili” ötür. Artıq hadisə yerinə çatana qədər da eyni yolda hərəkət edən motosiklet həmin yolda hərəkət edən “qara rəngli avtomobili” ötüb keçərək Mitsubishi Pajero markalı avtomobillə toqquşur. Halbuki, Mitsubishi Pajero markalı avtomobil eyni yolda hərəkət edən həm həmin “qara rəngli avtomobil” üçün, həm də “Bajaj Avenger 220CC” markalı motosiklet üçün təhlükə yaratmış olurdu. Hətta yerləşməyə görə “qara rəngli” avtomobil Mitsubishi Pajero markalı avtomobilə daha yaxın olmuşdur. Hadisə ehtiyatsızlıqdan törədilən hadisə olduğu üçün, eyhtiyatsızlığın 2 forması vardır. CM-nin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-nin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-nin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Lakin həm videogörüntüdən, həm məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəyində də göründüyü kimi, Mitsubishi Pajero markalı avtomobil “qara rəngli avtomobil”in hərəkəti üçün hər hansı bir maneə törətmədən hərəkətinə davam edir, Mitsubishi Pajero markalı avtomobil keçib getdikdən sonra “qara rəngli avtomobil” də Mitsubishi Pajero markalı avtomobilin arxasından keçib gedir. X21 markalı avtomobilin sürücüsünun eyni yolda hərəkət edən “qara rəngli avtomobil”ə münasibətdə əməlində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq formasında ehtiyatsızlığı mövcud olmamış, cinayət hadisəsi baş verməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mitsubishi Pajero markalı avtomobilin sürücüsü avtomobili yaşayış məntəqəsinin daxilində idarə etdiyindən və bu zaman icazə verilən sürət həddi 60 km/saat olduğundan, Mitsubishi Pajero markalı avtomobilin sürücüsü həmin yola daxil olarkən haqlı olaraq zənn etməlidir ki, həmin yolda hərəkət edən avtomobil saatda 60 km sürətlə hərəkət etməlidir və həmin sürətlə hərəkət edən avtomobilə münasibətdə həmin dairəyə daxil olmaq üçün təhlükəsizliyini ölçüb biçməlidir. Manevr edərkən həmin yolda saatda 60 km sürətlə hərəkətə münasibətdə yol hərəkəti iştirakçılarına təhlükə yaradıb-yaratmamasını düşünməlidir. Mitsubishi Pajero markalı avtomobilin həmin 60 km/saat icazə verilən yolda etdiyi manevri videogörüntüdən də göründüyü kimi “qara rəngli avtomobilə” münasibətdə hər hansı bir hadisə baş vermədən uğurla həyata keçirilir. Eyni yolda hərəkət edən həmin “qara rəngli avtomobil”ə münasibətdə əməlində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq formasında ehtiyatsızlığı mövcud olmamış, cinayət hadisəsi baş verməmişdir. Lakin motosikletin sürücüsünün həmin yolda saatda 87 km sürətlə hərəkət etməsi Mitsubishi Pajero markalı avtomobilin sürücüsünün həmin dairəyə daxil olarkən təhlükəsiz manevrinin ehtiyatsızlığını əhatə etmir. Mitsubishi Pajero markalı avtomobilin sürücüsü həmin dairəyə daxil olarkən həmin yolda saatda 60 km sürətlə hərəkət edən yol nəqliyyat iştirakçıları üçün maneə yaratmadan manevrini sona çatdırmağı düşünməlidir. Yəni CM-nin 26.2-ci və CM-nin 26.3-cü maddələrindəki özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq Mitsubishi Pajero markalı avtomobilin sürücüsü üçün dairəyə daxil olanda həmin yolda hərəkət edən avtomobillərin sürətinin saatda 60 km olmasına münasibətdə hadisənin qarşısını alacağını güman etməsinin və ya qabaqcadan görməli olduğu və görə biləcəyinə münasibətdə təqsirinin olmasına səbəb ola bilərdi. Əgər “Bajaj Avenger 220CC” markalı motosiklet saatda 60 km sürətlə də hərəkət etsəydi, yenə də hadisə baş verəcəkdisə, bu zaman baş vermiş hadisədə səbəbli əlaqə məhz Mitsubishi Pajero markalı avtomobilin sürücüsünün həmin dairəyə daxil olarkən ehtiyatsız davranışı ilə əlaqədar ola bilərdi. Lakin ekspert rəyində də, rəyin tədqiqat hissəsində də göründüyü kimi “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsü saatda 60 km sürətlə hərəkət etsəydi, həmin hadisə baş verməyəcəkdi. Hadisənin qarşısı alına bilərdi. Buna görə də hadisənin baş verməsində səbəbli əlaqə saatda 60 km sürətlə hərəkətinə icazə verilən yolda “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsünün saatda 87 km sürətlə hərəkət etməsi səbəb olmuşdur. Hətta “Bajaj Avenger” markalı motosikletin bilavasitə toqquşma anında sürəti 83 km/saat olmuşdur. Bununla da bu cür qarşılıqlı ehtiyatsızlıq halında baş vermiş cinayət əməlində kimin təqsirinin olması üçün, həmin ehtiyatsızlıqların hansının məhz hadisənin baş verməsi ilə səbəbli əlaqəsinin olmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmənin Plenum qərarında da bu halın müəyyən edilməli olması əks etdirilmişdir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu bəndində izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Qərarın 20-ci bəndinə əsasən CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Bununla da məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək hesab edir ki, ekspert rəyində də göstərildiyi kimi həm Mitsubishi Pajero markalı avtomobilin sürücüsünün, həm də “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulduğu qeyd edilsə də, onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olması qeyd edilsə də, yol verilmiş pozuntulardan məhz “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsünün icazə verilən sürət həddini həddən artıq aşmaqla yol verdiyi pozuntu ilə birbaşa baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Bununla da məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza və məhkəmə istintaqı zamanı toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edir. Həmçinin həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Mitsubishi Pajero markalı avtomobilin sürücüsünün təqsiri təsdiq edilmədiyindən, zərərçəkənə yetirilmiş xəsarətlər barədə, ölümün səbəbi barədə tibbi rəy özü-özlüyündə yeganə sübut kimi ittihamın əsasını təşkil edə bilməz. Bundan əlavə “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsü X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Amfetamin, Metamfetamin və Tiryək qrupuna aid olan Heroin aşkar edilmişdir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əsasında keçirilmiş ekspertizanın rəyi daha mötəbərdir. Yol hərəkəti iştirakçılarının yol verdiyi pozuntunun məhz hansının hadisənin baş verməsində səbəbli əlaqəsi dəqiq müəyyən edilir. Həmin videogörüntülərdə də göründüyü kimi “qara rəngli avtomobilə” münasibətdə təqsirləndirilən şəxs maneəsiz, hər hansı bir hadisə olmadan hərəkətinə davam edir, yolu keçir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdiyindən, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması hallarından biri kimi CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.

Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Hazırkı cinayət işi üzrə ittiham aktında göstərilmiş hadisə ilə əlaqədar iddiaçı X11 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilərək, cavabdeh - Təqsirləndirilən şəxs tərəfindən onun cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə 28500 manat, iddianın verilməsi üçün ödənilmiş 175,5 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 100000 manat olmaqla, cəmi 128.675,5 (yüz iyirmi səkkiz min altı yüz yetmiş beş manat 50 qəpik) manat pulun mülki cavabdehdən tutularaq ona ödənilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İş üzrə şəxsin təqsiri sübuta yetirlmədiyindən, ona bəraət verilməli olduğundan, ona qarşı həmin ittihamda göstərilən hərəkətin edilməsi ilə bağlı qaldırılmış mülki iddia da rədd edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “MİTSUBİSHİ PAJERO” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və “Bajaj Avenger-220” markalı 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin X9 qaytarılması nəzərə alınmalı, Yasamal rayonu Tbilisi prospekti 3 ünvanında yerləşən “Bakıxanov” körpüsünün altındakı dairədə quraşdırılmış DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ2-073 nömrəli müşahidə qurğusunun 1, 2 və 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc dövlət büdcəsinə aid edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilsin. Cinayət işi üzrə X8 Təqsirləndirilən şəxs qarşı 128.675,5 manat (yüz iyirmi səkkiz min altı yüz yetmiş beş manat 50 qəpik) məbləğində mülki iddiası təmin edilməsin. Məhkəmə məsrəfi olan ekspertizanın keçirilməsinə çəkilmiş 548 (beş yüz qırx səkkiz) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübutlar olan Yasamal rayonu Tbilisi prospekti 3 ünvanında yerləşən “Bakıxanov” körpüsünün altındakı dairədə quraşdırılmış DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ2-073 nömrəli müşahidə qurğusunun 1, 2 və 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “MİTSUBİSHİ PAJERO” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və “Bajaj Avenger-220” markalı 99-B-218 dövlət qeydiyyat nişanlı motosikletin X9 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar