Məhkəmə qərarları › İş №1(004)-379/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-379/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-379/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X9, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X7 ilə 2013-cü ildə faktiki nikaha daxil olmuşdur. Y.Ağayeva ilə nikahlarından 11 avqust 2014-cü il tarixdə X8 adlı qızları anadan olmuşdur. Bu barədə 14 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda 128 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X7 onunla birgə nikahlarından 11 avqust 2014-cü il tarixdə anadan olmuş X6 qaçırdaraq ondan gizlətmiş və onu valideyn kimi hüquqlarından faktiki məhrum etmişdir. Uşaqla görüşmək, ünsiyyətdə olduğunu bildirdikdə 18 dekabr 2023-cü il tarixdə onu nalayiq formada söyərək təhqir etmiş, onu şantaj etmiş və onun barəsində uydurma şayiələr yaymışdır. Y.Ağayeva həmçinin internet informasiya ehtiyatlarından istifadə edərək onun barəsində uydurma şayiələr yaymış və təhqir etmişdir. Y.Ağayeva onun şərəf və ləyaqətini ləkələyən məlumatları həm öz qohumları və həm də onun qohum-əqrabaları yanında ifadə etmiş, onun barəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şərəf və ləyaqətini ləkləyən məlumatlar yayılmışdır. Beləliklə yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Y.Ağayevanın onun barəsində ifadə etdiyi fikirlər həqiqətə uyğun olmayan fikirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 vəkili Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X11 bildirmişdir ki, X2 hazırda Türkiyyə Respublikasında olduğu üçün məhkəmə iclaşında iştirak edə bilmir. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi CPM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən şikayətin icraata qəbul edilib-edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə X2 və X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətin verildiyi yer, şikayətdə qeyd edilmiş təhqir və böhtan olması ehtimal edilən məlumatların nə vaxt və harada yayımlanması qeyd edilməmişdir. Şikayətçi tərəfindən “internet informasiya ehtiyatlarından istifadə edilərək” ifadəsindən istifadə edilməklə qeyri-müəyyənlik yaradılmışdır. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.6. maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar