Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-379/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “22 saylı” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1962-ci ildə Gürcüstan Respublikasının Samqori rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal bələdiyyəsi bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qulluq mövqeyindən istifadə etməklə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir) Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal bələdiyyəsinin 05 fevral 2020-ci il tarixli, 11 nömrəli əmri ilə həmin tarixdən Yasamal bələdiyyəsinin bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin (Yasamal bələdiyyəsi icra aparatı ərazi idarəetmə şöbəsi) müdiri vəzifəsində işləyərkən, 2025-ci ilin aprel ayının əvvəllərində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfər üçün qəbir yerinin rezervasiyası üçün Şahid2 özünə müraciəti ilə əlaqədar, sonuncuya öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək Bakı şəhəri Yasamal bələdiyyəsinin sədrinin Şahid2 yaxın qohumlarının gələcəkdə dəfn edilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfər üçün nəzərdə tutulmuş qəbir yerinin verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, həmin niyyətlə 2025-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşləri zamanı Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 50.000 manat məbləğində pul vəsaitini istəyib, sonuncunun razılığını aldıqdan sonra, həmin niyyətlə ilkin olaraq 10 aprel 2025-ci il tarixdə qeyd edilən qəbiristanlıqda nəzarətçi vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid3 vasitəsilə 1 saylı Dağüstü Yasamal qəbiristanlığının ərazisində 5.000 manat, 23 aprel 2025-ci il tarixdə isə qeyd edilən qəbiristanlığın çıxışında yerləşən gül mağazasında 45.000 manat pul vəsaitini şəxsən almaqla, özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə ümumilikdə maddi nemət olan 50.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir) Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirli olması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, həmçinin istintaq zamanı toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının CM-nin 312-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə ilk iclasda özünü qismən təqsirli bilərək Şahid2 50.000 manat pul vəsaitini Yasamal bələdiyyəsinin balansında olan 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 qəbir yeri vermək məqsədi ilə aldığını, niyyəti aldığı 45000 manatı yeni qəbir yerlərinin salınmasına xərcləyərək qalan 5000 manatı isə özünə götürməsi olduğunu bildirsə də, lakin növbəti iclasda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 fevral 2020-ci ildən hadisə baş verən tarixədək Yasamal bələdiyyəsi icra aparatı ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin vəzifənin adı təxminən 2021-ci ildə bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi kimi dəyişdirilmiş, lakin şöbənin adının dəyişməsinə baxmayaraq əsasnamədə həmin şöbənin adı hələ də icra aparatı ərazi idarəetmə şöbəsi olaraq qalmışdır. Bələdiyyədə şöbə müdiri kimi vəzifəsi bələdiyyə mülkiyyətində olan əmlakların uçotunu aparmaq, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısının alınması üçün tədbirlər görmək, rayon sakinlərini qəbul etmək, onların müraciətləri barədə bələdiyyə sədrinə məlumat vermək və bələdiyyə sədrinin digər tapşırıqlarını icra etməkdən ibarətdir. Bundan başqa qeyd edir ki, ünvan 2 ünvanında 1 saylı Dağüstü Yasamal qəbiristanlığı yerləşir. Həmin qəbiristanlıq əvvəllər Bakı şəhər icra hakimiyyətinin balansında olmuşdur, lakin 2019-cu ildə qeyd edilən qəbiristanlıq təhviltəslim aktı ilə Yasamal bələdiyyəsinin balansına verilmişdir. Həmin qəbiristanlıqda yerlər tam olaraq dolduğundan, həmin ünvanda uçmuş və “Qanlı göl” adlanan yerin suyunun quruduğu yerdə yeni sahə ayrılmış və orada da yeni qəbir yerləri salınmışdır. Qeyd edilən qəbiristanlıqda şəxslərə verilmiş qəbir yerləri pulsuz olaraq verilir. Qəbir yerinin ayrılması üçün vətəndaş Yasamal bələdiyyəsinin sədrinin adına rəsmi ərizə ilə müraciət edir, əlavə olaraq qeyd edir ki, müraciət edən şəxsin hansı rayonda qeydiyyatda olmasının fərqi yoxdur. Bələdiyyə sədri ərizəyə baxdıqdan sonra ərizəni dərkənarla birlikdə ona yazır və sonra tapşırıq verilir ki, müraciət edən vətəndaşa qəbir yeri ayırsın. Vətəndaşın müraciətinə əsasən ona yalnız iki qəbir yeri ayıra bilirlər. Bundan sonra vətəndaşa yer ayırıb qəbirin yerini göstərirlər və arayış yazılır ki, məsələn müraciət edən vətəndaşın gələcəkdə yaxınları vəfat etdikdə ona iki yerlik qəbir yeri təhkim edilsin. Bəzən isə vətəndaş vəfat etdikdən sonra qəbir yeri üçün vəfat edən şəxsin yaxınları müraciət edir və bunun üçün ölüm haqqında şəhadətnamə tələb edirlər. Mahiyyəti üzrə bildirir ki, xatırladığı qədəri ilə 2025-ci ilin aprel ayının əvvəllərində tanımadığı Bakı şəhər sakini, Anar adlı şəxs 1 saylı Dağüstü Yasamal qəbiristanlığında nəzarətçi işləyən Şahid3 qəbiristanlıqda yaxınlaşaraq ona yuxarı hissədə 1 yerlik qəbir yeri istədiyini bildirmiş, Elçin isə həmin yuxarı hissədə bütün yerlərin dolduğunu bildirmişdir. Elçin bundan sonra Anar adlı şəxsə aşağı hissədə yeni salınmış qəbir yerlərinin olduğunu bildirmişdir. X29 xatırladığı qədəri ilə whatsapp mobil tətbiqi ilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona Anar adlı şəxsin yaxınlaşdığını, qəbiristanlıqda 4 qəbir yeri istədiyini bildirmiş, o da yer olmadığını, həmin boş yerlərin sahiblərinin olduğunu, lakin bir ədəd 4 nəfərlik qəbir yeri olduğunu, özünün də hazırda qəbiristanlığa gəldiyini bildirmişdir. Bundan sonra o və Anar adlı şəxslə yeni salınmış qəbir yerlərinə baxış keçirmişlər. Anar adlı şəxs həmin vaxtı 4 qəbir yeri götürmək istədiyini bildirmişdir. O, Anara 1 qəbir yerinin 20.000 (iyirmi min) manat olduğunu dedikdə Anar etiraz etmiş, o da 15.000 (on beş min) manat olduğunu demişdir. Anarla biraz söhbətdən sonra, 4 qəbir yerinə 50.000 (əlli min) manat verməli olduğunu bildirmiş, Anar da onunla razılaşmışdır. Daha sonra təxminən 10 aprel 2025-ci il tarixdə Anar adlı şəxs ona zəng edərək görüşmək istədiyini və pul gətirdiyini bildirmiş, o da Anara Elçinlə görüşməsini demişdir. Həmin gün Anar qəbiristanlığa gələrək beh kimi Elçinə 5.000 manat pul təqdim etmişdir. Elçin də 5.000 manat pulu gətirib həmin günü ona təqdim etmişdir. Bundan sonra Anarla qəbiristanlıqda bir neçə dəfə görüşmüş, Anar qəbir yerində heykəl qoymaq istədiyini bildirmiş, o da sonuncuya daş sexlərinin yerini göstərmişdir. Belə görüşlərin birində Anara onu tanımadığını, pulu geri qaytarmaq istədiyini bildirmiş, lakin Anar ondan arxayın olmasını, heç bir problem olmayacağını qeyd etmişdir. Bundan sonra 23 aprel 2025-ci il tarixdə Anar ona zəng edərək görüşmək istədiyini bildirmiş, həmin gün qeyd edilən qəbiristanlıqda görüşləri zamanı Anar 45.000 manatı ona təqdim etmişdir. Həmin pulu alıb pencəyinin cibinə qoyaraq Anardan şəxsiyyətini təsdiq edən sənədi istəmişdir ki, yeri qeydiyyata salıb bələdiyyə sədrinin imzası ilə arayış versin. Lakin Anardan sənəd istəyərkən sonuncu sənədin şəklini telefonuna göndərəcəyini bildirmişdir. Bundan sonra iş yerinə gedərkən iş yerinin həyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gələrək onu Baş İdarəyə dəvət etmişlər. Həmin vaxtı 45.000 manatla yanaşı, Anarın ona verdiyi 5.000 manatı da təqdim etmişdir. Ona verilən 5.000 manat pul vəsaitindən Şahid3 və ya hər hansı şəxsə pul verməmişdir. O, adını sonradan bildiyi Şahid2 50.000 manat pul vəsaitini Yasamal bələdiyyəsinin balansında olan 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 qəbir yeri vermək məqsədi ilə almış, niyyəti Şahid2 aldığı 50000 manatı isə özünə götürmək, bundan sonra isə bələdiyyə sədrindən xahiş edərək Anarın onun tanışı olduğunu bildirib qəbir yerlərinin sonuncuya təhkim olunmasına dair arayış almaq olmuşdur. Qeyd edir ki, onun Yasamal bələdiyyəsinin balansında olan 1 saylı Dağüstü Yasamal qəbiristanlığında qəbir yeri vermək səlahiyyəti yoxdur, onlar vətəndaşa yeri göstərirlər, həmin yeri arayışla sadəcə bələdiyyə sədri verə bilir. Şahid2 aldığı puldan kiməsə vermək niyyəti olmamışdır. Şahid2 aldığı 50.000 manat pul vəsaitindən Yasamal bələdiyyəsinin sədri Şahid4 və ya başqa hər hansı şəxsin məlumatı olmamışdır, həmçinin bu barədə onlara heç bir məlumat verməmişdir. 5.000 manat pulu 10 aprel 2025-ci il tarixdə almağına baxmayaraq, xx.xx.2025-ci il tarixdə həmin pulun onun xidməti otağında olması ilə bağlı qeyd edir ki, 23 aprel 2025-ci il tarixdə Şahid2 ona zəng edib görüşmək istədiyini bildirərkən Anarın şikayət etməyindən şübhələndiyinə görə Anarla görüşəndə 5.000 manatı sonuncuya qaytarmaq istəyib, lakin Anarın ona 45.000 manat vermək istədiyini görüb bu fikrindən daşınıb. Əlavə olaraq qeyd edir ki, qəbir yerlərinin ayrılmasına dair bələdiyyənin qeydiyyat kitabına qeydiyyatı Yasamal bələdiyyəsində humanitar şöbənin müdiri Səməd müəllim aparır. Bu məsələ ilə bağlı, yəni Şahid2 müraciəti ilə bağlı qeydiyyat kitabına hər hansı qeydiyyat aparılmamışdır. Həmçinin qeyd edir ki, Səmədin də bu məsələlərdən heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 nömrəli qərarının 13cü maddəsində 6-cı bəndində qəbiristanlıq müdiriyyətinin vəzifələrində dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü ödənişli əsaslarla qulluq edilməsini təmin etmək qeyd olunsa da o, bununla bağlı Şahid2lə heç bir müqavilə bağlamamışdır. Həmçinin qeyd edir ki, qəbiristanlıq müdiri vəzifəsini şifahi olaraq yerinə yetirmişdir, bu məsələlərə nəzarət, qəbir yerinin ayrılması da bələdiyyə sədri tərəfindən həyata keçirilir. Bir daha qeyd edir ki, qəbir yeri ayrıldıqda həmin şəxsin yaxınlarına qəbir yerinin təhkim olunmasına dair arayış verilir və həmin arayış bələdiyyə sədrinin imzası ilə sonuncunun adından verilir. Bundan başqa Şahid2 ona 45.000 manat verdiyi videogörüntü təqdim olundu, həmin görüntüdə olan şəxs özüdür. Həmçinin qeyd edir ki, Şahid2 fəhlə pulu kimi Elçinə 500 manat pul verəcəkdi, lakin bildiyinə görə Elçinə həmin pul verilməmişdir. O, Elçinə Şahid2 rezervasiya etdiyi 4 qəbir yerinin başqa şəxsə aid olubolmadığı barədə məlumat verməmişdir, həmin səbəbdən Elçin bu barədə məlumatsız olmuşdur. Törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, himayəsində olan və ağır xərçəng xəstəliyindən əziyyət çəkən anası X1 baş verən xəstəliyinin kəskin inkişafı ilə əlaqədar 2025-ci ilin aprel ayının əvvəllərində qohuməqrəbalarının əksəriyyətinin, babası, əmisi və bibilərinin dəfn olunduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Yasamal qəbiristanlığı” kimi tanınan yerə gedərək orada qəbir yeri ilə maraqlanmışdır. Həmin qəbiristanlıqda nəzarətçi kimi tanıdığı Elçin adlı şəxsə yaxınlaşaraq anasının ağır xəstə olmasını, digər qohumlarının da burada dəfn olunmaları ilə əlaqədar onlara boş dəfn yeri lazım olduğunu bildirmişdir. Elçini yaxından tanımasa da, yaxınlarının qəbirlərini ziyarət etməsi ilə bağlı Elçini həmişə orada görüb tanımışdır. Elçin də ona qəbiristanlıqda bir qəbir üçün olan boş yer göstərib və qiymətinin 20.000 manat olmasını bildirmişdir. Elçin həmin qəbir yerinin sahibinin olduğunu, həmin şəxsin dediyi qiymətə satdığını qeyd etmişdir. O da Elçinə başqa boş yer göstərməsini, həmçinin bir neçə qəbrlik yer lazım olduğunu demişdir. X29 ona Rizvan müəllimin nömrəsini verəcəyini, bu məsələlərə, yəni burada qəbir yerlərinin satışına səlahiyyətli şəxsin o olduğunu, zəng edib onunla danışmasını məsləhət görmüşdür. O, isə həmin adamı tanımadığını, Elçinin özünün zəng edib Rizvanla danışmasını xahiş etmişdir. Elçin onu Rizvana özünün yaxını kimi təqdim edəcəyini, yekunda iş alınarsa onu da pul verməsini demiş, o da razılıq vermişdir. Bu zaman Elçin mobil telefonu ilə Rizvana zəng edib yanına yaxın adamını göndərəcəyini, qəbiristanlıqdan yaxşı yer verməsini söyləmişdir. Sonra isə Rizvanın hazırda qəbiristanlıqda 9-cu sektor deyilən ərazidə olduğunu, onun yanına getməsini bildirmişdir. Elçin Rizvanın ***-***-**-** saylı mobil telefon nömrəsini ona verərək əlaqəni yalnız “WhatsApp” mobil tətbiqi ilə qurmasını tapşırmışdır. Elçinin dediyi istiqamətdə 9-cu sektor deyilən yerə gedib və Rizvana həmin tətbiqdən yığaraq Elçinin dediyi adam olduğunu bildirib onunla qəbiristanlıqda ayaqüstü görüşmüşdür. Görüş zamanı anasının səhhətini və qohumlarının bu qəbiristanlıqda dəfn olunmalarını bildirərək buna görə qəbir yeri axtardığını demişdir. Rizvan ona 9-cu sektorda yerlərin olduğunu, həmin sektorda bir qəbir yerinə görə qiymətin 20.000 manatdan başladığını, lakin Elçinin yaxını olduğuna görə 15.000 manata verə biləcəyini demişdir. O da zarafatyana şəhərin bahalı yerində ev üçün torpaq sahəsi almadığını, qəbir yeri almaq istədiyini demiş, elə həmin vaxt artıq bu barədə şikayət edəcəyini fikrində qərarlaşdırmışdır. Söhbətin davamında Rizvan burada qiymətlərin bu cür olduğunu, yekun olaraq 13.000 manata verə biləcəyini və başqa cür mümkün olmayacağını, ümumilikdə 4 qəbir yeri üçün 52.000 manat verməli olacağını demişdir. Rizvanın ona dediyi məbləği eşidib daha da əsəbləşmiş, lakin bunu sonuncuya biruzə verməmişdir. Rizvan hətta ona həmin 9-cu sektor kimi deyilən yerdə sata biləcəyi yerləri əyani olaraq göstərmiş, həmin yerlərə baxdıqdan sonra yenə də, fikrində qəti olduğunu, qiyməti aşağı salmasını xahiş etmişdir. Rizvan son olaraq 50.000 manat verməsini, başqa seçim qiyməti olmayacağını bildirmişdir. Bundan sonra Rizvana vaxt verməyini, gedib düşünüb qərar verəcəyini söyləmişdir. Rizvan isə fikrini bir az tezləşdirməsini, yerin qurtara biləcəyini bildirmişdir. Bundan sonra gedib bu barədə düşünərək şikayət etmək qərarını qətiləşdirib növbəti gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə zəng edib məlumat vermişdir. Daha sonra bu faktla bağlı əməliyyat qurulmuş, əməliyyat prosesinin icrası zəminində 10 aprel 2025-ci il tarixdə Rizvanın onda olan mobil nömrəsinə “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng edərək danışığa uyğun olaraq 04 qəbir yerini almaq üçün görüşmək istədiyini, pulu verəcəyini demişdir. Rizvan başının qarışıq olduğunu, onunla görüşə bilməyəcəyini, gedib Elçinlə görüşməsini bildirmişdir. Elə həmin gün gedib qəbiristanlıqda Elçinlə görüşüb sonuncuya artıq 04 qəbir yerini almağa dair Rizvanla razılaşdığını, Rizvanın pulu ona gətirib veməsini dediyini bildirmiş və 5.000 manat pulu Elçinə vermişdir. Həmin vaxt Elçinə yerdə qalan 45.000 manat pulu qısa zaman ərzində düzəldib verəcəyini, ondan Rizvana həmin yerləri mütləq saxlamasını deməsini xahiş etmiş, Elçin də Rizvana bunu deyəcəyini, narahat olmamasını bildirmişdir. Elçinin yanından çıxdıqdan bir qədər sonra Rizvana zəng edib pulu Elçinə verdiyini demiş, Rizvan da pulun verilməsindən məlumatının olduğunu bildirmişdir. 12 aprel 2025-ci il tarixdə Rizvan özü ona zəng edərək görüşmək istədiyini, qəbiristanlığın yanına gəlməsini xahiş etmişdir. Rizvanın zəngindən sonra sonuncunun yanına gedib onunla görüşmüş, Rizvan bu məsələ ilə bağlı bələdiyyənin vəzifəli şəxslərinin narahat olduqlarını, çəkindiklərini, onlara tapşırtdıra bilib-bilməyəcəyini soruşmuşdur. Rizvana artıq onunla danışdığını, başqa kimisə tanımadığını, işini yoluna qoymasını xahiş etmişdir. Bu zaman Rizvan pulun qalanını nə vaxt gətirə biləcəyini soruşmuş, o isə qısa zamanda pulu gətirəcəyini deyib getmişdir. 22 aprel 2025-ci il tarixdə Rizvan özü yenidən ona zəng edərək yuxarıya sənədlərin çatdırılmasının vacibliyini bildirib nə vaxt görüşə biləcəklərini soruşmuş, o, isə cavabında bu həftə ərzində görüşəcəyini demişdir. 23 aprel 2025-ci il tarixdə səhər saatlarında qurulmuş əməliyyatın icrasına uyğun olaraq Rizvana zəng edərək görüşmək istədiyini demiş və Rizvan saat 11:00-da onu həmin qəbiristanlığa görüşə çağırmışdır. O, özünə məxsus 45.000 manat pulla birlikdə saat 11:00-da onunla həmin yerə getmiş, danışıqları zamanı Rizvan pulu qəbiristanlığın içində ona təqdim etməməsini, oranın çıxışında olan gül satılan mağazaya gedib orada verməsini demiş, onlar həmin yerə getmişlər. O da avtomobilində olan 45.000 manat pulu götürüb həmin mağazada Rizvana təqdim etmişdir. Həmin vaxt mağazada heç kim olmamış, Rizvan mağazanın işçisini çölə çıxartmışdır. Daha sonra ikisi də mağazadan çıxmış, Rizvan öz avtomobili ilə oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən hal-hazırkı vaxtadək Bakı şəhəri Yasamal bələdiyyəsinin balansında olan X2 nəzarətçi vəzifəsində işləyir. Nəzarətçi kimi vəzifəsi qəbiristanlıqda qəbir yerlərinin qazılması və qəbiristanlıqda abadlıq işlərinin aparılmasından ibarətdir. Qəbiristanlıqda əvvəllər müdir vəzifəsi olsa da, qəbiristanlıqlar Bələdiyyələrin idarəçiliyinə verildikdən sonra qəbiristanlıqlarda müdir vəzifəsini həyata keçirən vəzifəli şəxsin icra etdiyi bütün öhdəlikləri nəzarətçilər həyata keçirməyə başlamışdır. Qəbiristanlıqlarda qəbir yerlərinin ayrılması proseduru ilə əlaqədar olaraq bildirir ki, vətəndaş ölmüş yaxınlarının dəfn olunması üçün Yasamal Bələdiyyəsinə müraciət edir. Bundan sonra Yasamal Bələdiyyəsində Ərazi İdarəetmə şöbəsinin müdiri Təqsirləndirilən şəxs şifahi formada müraciət edən vətəndaşa qəbir yerinin ayrılmasına dair göstəriş verir. Rizvan müəllimin özü şəxsən ayrılacaq qəbir yerini göstərməkdən ötrü qəbiristanlığa gəlir və həmin yeri ona göstərməklə orada qəbirin qazılmasına göstəriş verir və o da bunu təşkil edir. Bələdiyyədə vətəndaşa qəbir yerinin ayrılmasının rəsmi prosedurasının hansı mərhələlərdən keçməsi, rəsmi qaydada hansı məbləğdə pulun rüsum olaraq ödənilməsi və sair barədə məlumatı yoxdur. Mahiyyəti üzrə bildirir ki, Şahid2 nəzarətçi olduğu qəbiristanlıqda dəfn olunan yaxınlarının qəbirlərini ziyarət edən zaman tanımışdır. Şahid2 2025-ci ilin aprel ayının əvvəllərində qəbiristanlıqda ona yaxınlaşaraq anasının ağır xəstə olduğunu bildirib ona qəbir yerinin ayrılmasına köməklik göstərməyini xahiş etmişdir. Bildirir ki, qəbiristanlıqda əvvəlki illərdə yaxınlarını dəfn edən vətəndaşlar əlavə bir ya iki qəbir yerini də hasara alırlar və həmin qəbir yerlərində gələcəkdə yaxınları öldükdə orada dəfn edirlər. Qəbiristanlıqda adını bilmədiyi bir nəfərin eyni qaydada qəbir yeri var və həmin şəxs ona həmin qəbir yerini satmaq istədiyini demişdir. O da Şahid2 həmin qəbir yerini göstərərək həmin yerin faktiki sahibi ilə özü danışıb qiymətini razılaşa biləcəyini demişdir. Lakin Şahid2 razılaşmayaraq başqa tərəfdən qəbir yeri istədiyini dedikdə, bununla bağlı Təqsirləndirilən şəxs müraciət etməli olduğunu bildirmişdir. Bundan təqribən bir həftə, 10 gün sonra Şahid2 ona qəbiristanlıqda yaxınlaşaraq 5.000 manat pul verib, Rizvan müəllimlə danışıb razılaşdığını, bu pulu ona verməyini xahiş etmişdir. O da Rizvan müəllimə zəng edib Anarın 5.000 manat pul gətirdiyini və pulun onda olduğunu bildirmişdir. Rizvan müəllim həmin gün gələrək pulu ondan götürmüşdür. Sonuncu həmin puldan ona verməmişdir. O, Şahid2 başqa vətəndaş tərəfindən qəbir yerinin satıldığını demişdir, lakin sonuncuya qiymət deməmişdir. Qəbiristanlıqda vətəndaşlara ərazi ayırmaq səlahiyyətinin kimə aid olması barədə dəqiq məlumatı olmasa da, əraziləri ayıran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilir. Şahid2 ona 5.000 manat verdiyi videogörüntüdə olan şəxs özüdür. Həmin görüşə Təqsirləndirilən şəxs göstərişi əsasında getmişdir. Həmçinin qeyd edir ki, Şahid2 ona əlavə olaraq 500 manat verəcəkdi ki, həmin pul vəsaitinə dəfn xərcləri daxil idi, yəni qəbirlərin qazılmasına görə ona fəhlə pulu verməli idi. Bunu həmin görüntünün davamında da görmək olar, belə ki, orada vurğulayır ki, bu dəfn pulu üçündür. Lakin dəfn pulu üçün ona əlavə 500 manat pul verilməmişdir. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid2 verdiyi qəbir yerlərinin başqa şəxsin adına olduğunu zənn etmiş, belə ki, yaxınlarının qəbir yerinin ətrafı təhkim olunmuş şəxslər həmin yerləri başqasına təhkim edə bilərdilər, bu səbəbdən verilən yerin də həmin şəxslər tərəfindən satıldığını, bunu da Təqsirləndirilən şəxs həll etdiyini düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ildən hazıradək Yasamal bələdiyyəsinin sədri vəzifəsində işləyir. Vəzifəsi vətəndaşların müraciətlərinə baxılması, bələdiyyə mülkiyyətində olan ərazilərdə qanunsuz tikililərə yol verilməməsinə nəzarət, bələdiyyə torpaqlarının mülkiyyətə, icarə və istifadəyə və eləcə də vətəndaşlara satılması ilə bağlı sənədləşmələrin icrası və bu kimi işlərdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, sədri olduğu bələdiyyənin mülkiyyətə nəzarət şöbəsinin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Sonuncunun vəzifələri bələdiyyə mükiyyətində olan əmlakların uçotunu aparmaq, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq, rayon sakinlərini qəbul etmək, onların müraciətləri barədə ona məlumat vermək, bələdiyyənin balansında olan qəbiristanlığa nəzarət etmək və onun digər tapşırıqlarını icra etməkdən ibarətdir. 2019-cu ildən Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü Yasamal qəbirsanlığı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil-təslim aktı ilə Yasamal bələdiyyəsinin balansına verilmişdir. 2021-ci ilin yanvar ayından bələdiyyə sədri kimi fəaliyyətə başladıqdan sonra qeyd edilən qəbiristanlığın ümumi fəaliyyətinə nəzarət etməyi, o cümlədən vətəndaşların müraciəti əsasında onlara qəbir yeri ayrılmasını, ümumiyyətlə qeyd edilən qəbiristanlıqla bağlı bütün fəaliyyəti Təqsirləndirilən şəxs həvalə etmiş və bu işlər sonuncu tərəfindən həyata keçirilmişdir. Lakin bu barədə tərəfindən yazılı olaraq həvalə əmri verilməmişdir. Belə ki, vətəndaşlar qəbir yeri ayrılması üçün ərizə ilə rəsmi qaydada bələdiyəyə müraciət edirlər. O da ərizəyə baxıb dərkənarla Təqsirləndirilən şəxs üzərinə yazır və bu işlərlə sonuncu məşğul olur. Vətəndaşa Rizvan tərəfindən qəbir yeri ayrıldıqdan sonra uçot kitabında qeyd aparılır. Bundan sonra tərəfindən vətəndaşa qəbir yeri təhkim edilməsinə dair arayış verilir. Bəzi vaxtlar isə şəxs öldükdən sonra yaxınları tərəfindən bələdiyyəyə müraciət olunur və həmin vaxtı yer ayrılır, yer ayrıldıqdan sonra da yaxınları dəfn xərcini Dövlət Sosial Müdafiə Fondundan almaq məqsədi ilə onlardan arayış alırlar ki, vəfat edən şəxs həqiqətən də qeyd edilən qəbiristanlıqda dəfn edilib. 23 aprel 2025-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etdikdən sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs adını sonradan öyrəndiyi Şahid2 adlı şəxsdən 4 qəbir yeri ayırması məqsədi ilə 50.000 manat pul almışdır. Bundan başqa hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs, nə də ki, Şahid3 ona bu barədə məlumat verməmişlər. Həmçinin qeyd edir ki, qəbir yerləri vətəndaşlara pulsuz ayrılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2000-ci ildən hazıradək Yasamal bələdiyyəsində humanitar şöbənin müdiri vəzifəsində işləyir. Vəzifəsi bələdiyyənin ərazisində yaşayan az təminatlı ailələri qəbul etmək, onların sosial problemləri ilə bağlı məlumatları toplayıb bələdiyyə sədrinə təqdim etmək, bələdiyyə tədbirlərinin təşkilatçılığı və bu kimi işlərdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, işlədiyi bələdiyyənin mülkiyyətə nəzarət şöbəsinin müdiri Təqsirləndirilən şəxsdur, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs vəzifələri bələdiyyə mükiyyətində olan əmlakların uçotunu aparmaq, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısının alınması, rayon sakinlərini qəbul etmək, onların müraciətləri barədə bələdiyyə sədrinə məlumat vermək, bələdiyyənin balansında olan qəbiristanlığa nəzarət etmək və digər işlərdən ibarətdir. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bələdiyyədə əsas işi qəbiristanlığa nəzarət etməkdir. Belə ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü Yasamal qəbiristanlığına dəfn üçün müraciət edən şəxslər Təqsirləndirilən şəxs tərəfindən qəbul olunur və qəbir yeri də onun tərəfindən göstərilir, bundan sonra Təqsirləndirilən şəxs mərhuma aid şəxsiyyət vəsiqəsinin surətini, ölüm haqqında şəhadətnaməni, tibbi arayışı və mərhumun yaxınlarından birinin şəxsiyyət vəsiqəsinin surətini bələdiyyəyə göndərir. Əlavə olaraq qeyd edir ki, bələdiyyə işlərində sənədləşmələri daha yaxşı icra etdiyinə görə Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, qəbiristanlıqla bağlı qeyd kitabını o yazsın. Həmçinin qeyd edir ki, qəbiristanlıq Yasamal bələdiyyəsinin balansına veriləndən hazıradək həmin kitabın qeydiyyatını özü aparır. Təqsirləndirilən şəxs sənədləri göndərdikdən sonra o, 1 saylı Dağüstü Yasamal qəbiristanlığının qeydiyyat jurnalında qeyd aparır. 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfərlik qəbir yeri verilməsi müqabilində Təqsirləndirilən şəxs Şahid2 ilk olaraq Şahid3 vasitəsilə 5.000 manat, daha sonra isə şəxsən 50.000 manat alması məsələsini Təqsirləndirilən şəxs həbs edildikdən sonra öyrənmiş, bu barədə heç bir məlumatı olmamışdır. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid2lə bağlı hər hansı sənədi ona təqdim etməmiş, ona görə də bununla bağlı qeydiyyat kitabında hər hansı qeydiyyat aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Pul əskinazlarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı kiçik ədliyyə müşaviri, X13 Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsininin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, xx.xx.1962-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, Yasamal Bələdiyyəsində nəzarətçi vəzifəsində çalışan Şahid3 vətəndaş Şahid2 yaxın qohumunun dəfn edilməsi üçün Yasamal qəbiristanlığında 4 ədəd qəbir yerinin ayrılması müqabilində ondan 50.000 manat tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş məlumatla bağlı, bu gün şikayətçi - xx.xx.1980-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özü tərəfindən təqdim edilmiş 50 ədəd 100 manatlıq əskinazı cəmi 5.000 (beş min) manat pul məbləğini təqdim etmiş, tələb olunan pulun Şahid3 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə xx.xx.2025-ci il tarixdə Şahid2 üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur (cild 01, i.v. 27-41). “Texniki vasitənin təhvil alınması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı, kiçik ədliyyə müşaviri X13 Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsininin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, vətəndaş Şahid2 4 qəbir yerinə görə Şahid3 5.000 (beş min) manat verən zaman əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısının aparılması məqsədilə xx.xx.2025-ci il tarixdə Şahid2 üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlığı təhvil almış və texniki avadanlıq vasitəsilə qeydə alınmış video görüntünü 1 ədəd “CD” diskə yazaraq protokola əlavə etmişdir (cild 01, i.v. 41). “Pul əskinazlarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı kiçik ədliyyə müşaviri, X13 Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasının Samqori rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, xx.xx.2020-ci ildən hal-hazıradək X5 mülkiyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs vətəndaş Şahid2 yaxın qohumunun dəfn edilməsi üçün Yasamal qəbiristanlığında 4 ədəd qəbir yerinin ayrılması müqabilində ondan 50.000 manat tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş məlumatla bağlı, bu gün şikayətçi - xx.xx.1980-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özü tərəfindən təqdim edilmiş 450 ədəd 100 manatlıq əskinazı, 45.000 (qırx beş min) manat pul məbləğini təqdim etmiş, tələb olunan pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə xx.xx.2025-ci il tarixdə Şahid2 üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur (cild 01, i.v. 42-158). “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 7 ünvanında yerləşən Bakı şəhəri, Yasamal rayonu, Yasamal bələdiyyəsinin bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Təqsirləndirilən şəxs inzibati otağıdır. Baxış zamanı Təqsirləndirilən şəxs baxış üçün xidməti otağını təqdim etmişdir. Otağa daxil olarkən sağ tərəfdə bir ədəd dolab müşahidə edilir. Düz keçdikdə bir ədəd masa və onun arxasında bir ədəd dolab müşahidə edilir. Masanın üzərində olan iş üçün əhəmiyyət kəsb edən 50.000 ( 500 ədəd 100 manatlıq pul əskinasları) manat pulu Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2 ədəd “Samsung” markalı mobil telefonlarını könüllü olaraq təqdim etmişdir (cild 01, i.v. 159-164). “Texniki vasitənin təhvil alınması haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı, kiçik ədliyyə müşaviri X13 Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsininin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, vətəndaş Şahid2 4 qəbir yerinə görə Təqsirləndirilən şəxs 45.000 (qırx beş min) manat verən zaman əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısının aparılması məqsədilə xx.xx.2025-ci il tarixdə Şahid2 üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlığı təhvil almış və texniki avadanlıq vasitəsilə qeydə alınmış video görüntünü xx.xx.2025-ci il tarixli texnikanın təhvil alınması haqqında protokola əlavə edilmiş “CD” diskə yazaraq protokola əlavə etmişdir (cild 01, i.v. 165). Üzləşdirmə aparmaq haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfərlik qəbir yeri ayrılması üçün Təqsirləndirilən şəxs təqdim edilməsi məqsədilə ona 5.000 manat pul vəsaitini şəxsən verdiyini bildirmişdir (cild 01, i.v. 177- 179). Üzləşdirmə aparmaq haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə 1 saylı Dağüstü Yasamal qəbiristanlığında 4 nəfərlik qəbir yeri ayrılması üçün Təqsirləndirilən şəxs həmin qəbiristanlıqda nəzarətçi işləyən Şahid3 vasitəsi ilə ilkin olaraq 5.000 manat, daha sonra isə 45.000 manat pul vəsaitini şəxsən verdiyini bildirmişdir (cild 01, i.v. 215-218). “Diskə baxış keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub hər hansı yazı həkk edilməmişdir. Diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X25” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Disk açıldıqda ad hissəsində “xx.xx.2025” və “xx.xx.2025” qeyd edilmiş 2 ədəd qovluq olduğu görünür. “xx.xx.2025” adlı qovluğa daxil olduqda ad hissəsində “Rec1_20250410_172243” qeyd edilmiş 1 ədəd faylda videogörüntü, “xx.xx.2025” adlı qovluğa daxil olduqda isə ad hissəsində “Rec1_20250423_123722” qeyd edilmiş 1 ədəd faylda videogörüntü olduğu görünür. Baxış zamanı adı “xx.xx.2025” qovluğda olan “Rec1_20250410_172243” yazısı olan videogörüntüdən görünür ki, Şahid2 idarə etdiyi avtomobillə gələrək gül sıtışı ilə məşğul olan mağazanın qarşısında dayanır və həmin vaxtı Şahid3 Şahid2 idarə etdiyi avtomobilin sərnişin üçün nəzərdə tutulan ön oturacağına oturur. Şahid2: Salam, gəl otur, necəsən? Şahid3: Sağ ol. Şahid2: Rizvan müəllimlə danışdım, deyirik orada armatur tökməlidilər. Şahid3: Baxarıq orda, lazım olsa tökülər, orda heçnə lazım deyil. Şahid2: Amma qiymətdə aşağı düşmədi. Şahid3: Yoo, düşməz axı. Şahid2: 50.000 (əlli minə) dörd dənə yer. Şahid3: Elədi də, mənsənə dedimdə, hələ düşüblər, 10.000 (on min) düşüblər sənə. Şahid2: Doğurdan deyirsən? Şahid3: Allaha and olsun. Şahid2: Dediki belə 20.000-15.000 (iyirmi min, on beş mindi) deyir. Şahid3: Düz deyirdə onu. Şahid2: Doğurdan? Şahid3: Allaha and olsun. Şahid2: Deyir amma Elçinə görə. Şahid3: Qurana and olsun, yanınızda da mən zəng elədim, deyir 15.000-20.000 (on beş iyiri mindən) aşağı heç kimə yer vermirəm. Şahid2: Bu gün zəng elədim danışdım, deyir armatur tökdürürəm, qazdırıram. Şahid3: Nə lazımdı özləri edəcəklər. Şahid2: Sən özün üstündə ol işin. Şahid3: Yo, narahat olma. Şahid2: İndi özü hardadır onun? Şahid3: İşdədilər, işlə bağlı qəbir üstünə gediblər. Şahid2: Həə bildim, aydındı. Deməli bu gün neçənci gündü?! Dörddü? Şahid3: Dörddü həə. Şahid2: Birinci, ikinci günə Allah qoysa yenə də çıxarış edəcəm, elədimə, atamın vəziyyəti pisdi, ona görə kalan pullar gedib, gətirmişəm 5.000 (beş min), deməli 4.500 (dörd min beş yüz) ora verirsən, 500 (beş yüz) götürəcəksən özünə. Şahid3: Oldu, oldu. Şahid2: Başqa narazıçılığın yoxdu məndən? Şahid3: yo, yoo. Şahid2: 500 (beş yüz) demişdiki mənə, Elçinə 500 (beş yüz) verəcəksən. Şahid3: O qəbirin dəfni üçündü dəə. Şahid2: Hə, həə, onun üçün. Şahid2 görüntünün 02:56-cı dəqiqəsində pul vəsaitlərini Elçinə təqdim edərək saymasını bildirir. Şahid3 Azərbaycan manatı olan 100 manatlıq əskinasları sayaraq 5.000 (beş min) manat olduğunu bildirir. Şahid2: 500 (beş yüz) ordan götürürsən özünə. Şahid3: Hə, oldu. Şahid2: Mən ona qaldım deməli 45.500 (qırx beş min beş yüz). Şahid3: Ay sağ ol. Şahid2: Onudaki hardasa çox gümankiii, bu həftə inanmıram çünki işlərim çoxdur, qaçmırki?! Birdə gör nə deyirəm, o da mənə sənəd verəcəkdə düzdürmü? Şahid3: Mütləq, mütləq. Şahid2: Yəni, bilirsən niyə, mənim başıma gəlibee. Şahid3: Yoxe, yox, orda hamının sənədi var, özdə təsdiqnən. Şahid2: Hə, ay sağ ol, bilirsən niyə, mən özüm xaricdə oluram, səhv olmasınki.. Şahid3: Kimin adına desən, onun adına verəcək. Şahid2: Sənəddi də əməlli başlı? Şahid3: Əməlli başlı, necə yəni?! Hamısı təsdiqlə. Onda deyim o birisi şeyi nə vaxtdı Allah qoysa? Şahid2: Deməliii, onda Rizvan müəllimin özünə denənki, Allah qoysa 1-ci, 2-ci günə qədərdə. Şahid3: Gələn 1-ci, 2-ci gün? Şahid2: Hə, hə. Şahid3: Oldu. Şahid2: Çox sağ ol Elçin. Məndən narazıçılığın yoxdur? Şahid3: Yo, yoo. Sağ ol. X29 Soltanov görüntünün 04:18-ci dəqiqəsində 5.000 (beş min) manat pul vəsaitini qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq avtomobildən düşür. Həmin görüntü 04 dəqiqə 37 saniyədir. Baxış zamanı adı “xx.xx.2025” qovluğda olan “Rec1_20250423_123722” yazısı olan videogörüntüdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə gül mağazasında görüşürlər. Həmin vaxtı Şahid2 Azərbaycan manatı olan 100 manatlıq əskinaslardan ibarət hər biri 10.000 (on min) manat olmaqla, 4 ədəd bağlama və 100 manatlıq əskinaslardan ibarət 1 ədəd bağlamada 5.000 (beş min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs oturduğu stolun üstünə qoyur. Şahid2 5.000 (beş min) manat olan bağlamanı əli ilə işarə edərək “bu beşdir haa” deyə qeyd edir. Görüntüdə Şahid2 pul vəsaitlərini stolun üstünə qoyarkən Təqsirləndirilən şəxs həmin pul vəsaitlərini götürdüyü görünür. Şahid2: beşdəki vermişəm Elçinə. Təqsirləndirilən şəxs: Bəs beş yüz? Şahid2: Onu da özün verdə qurban sənə. Təqsirləndirilən şəxs: Qəbiri qazmağa görə beş yüz manat. Şahid2: Onu özün verdəə. Təqsirləndirilən şəxs: Necə verim? Vermişəme onu. Şahid2: Doğurdan deyirsən? Təqsirləndirilən şəxs: Quran haqqı vermişəm. Şahid2: Problem yoxdurki? Təqsirləndirilən şəxs: Yox. (Təqsirləndirilən şəxs pul vəsaitlərini sellofan torbaya qoyur) saymağa ehtiyac yoxduki? Bankdan götürmüsən? Bank puludu? Şahid2: Hə, həə, əlbətdə. Təqsirləndirilən şəxs: Kimin adına edirsən oranı? Papanın pasportunu ver mənə. Şahid2: Papamın pasportunu göndərəcəm. Təqsirləndirilən şəxs: Göndər. Şahid2: Göndərəcəm. Təqsirləndirilən şəxs: Nə vaxt göndərirsən? Şahid2: Sabaha zada. Təqsirləndirilən şəxs: Niyə yoxdur burda? Tez aformut edimdə onu. Sənə arayış verəcəme, sənəd verəcəm, elektron bazaya yerləşdirəcəm onun hamısını. Sənin adından.. onun adından ərizə yazacam. Hamısı olacaq, qeyri-qanuni burda heçnə yoxdur. Şahid2: Sabah heç kim gəlib mənim yerimi götürməzki? Təqsirləndirilən şəxs: Mən sənə onu deyirəmdə. Onsuz yeri hazırlayırsandaa düzdü?! Birdəfəlik mərmər elə. Şahid2: Yo, qranit edəcəm. Təqsirləndirilən şəxs: ......(qeyri etik söz) gəlib sənin yerini tutur, üstün basdır, Bundan sonra Şahid2lə Təqsirləndirilən şəxs olduqları yerdən çölə çıxıb aralarında iş üçün əhəmiyyət kəsb etməyən söhbət aparıb ayrılırlar. Həmin görüntü 04 dəqiqə 06 saniyədir (cild 02, i.v. 8-14). “Mobil telefona baxış keçirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A40” markalı telefona baxış keçirilərkən müəyyən olundu ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir. Telefonda olan “Whatsapp” proqramına daxil olduqda +972 53-927-4045 nömrəsində Şahid2 ilə danışıqların olduğu görünür. Belə ki, 08 aprel 2025-ci il tarixdə, saat 13:13-də sonuncunun Təqsirləndirilən şəxs səs yazısı göndərdiyi görünür. Şahid2: Rizvan Müəllim salam, Anardır, Rizvan müəllim qurban sənə mən bu gün çatdıra bilmədim, pulum bankda olduğuna görə günün ikinic yarısında gedəcəyəm, Allah qoysa sabah gələcəyəm, oranı heç kimə qəti vermirsən, mənim sözüm yəhudi sözüdür, buna başımla cavabdehəm, biraz baş qarışıqdı, mən sənə dollarla verim pulu, yoxsa manatla? Sən bunu mənə denən. Bundan sonra Təqsirləndirilən şəxs saat 13:20-də Şahid2 zəng etdiyi, saat 13:22də sonuncunun Təqsirləndirilən şəxs zəng etdiyi, saat 14:53-də sonuncunun Şahid2a zəng etdiyi görünür. 10 aprel 2025-ci il tarixdə, saat 12:13-dən 12:24-ə qədər Şahid2lə Təqsirləndirilən şəxs qarşılıqlı olaraq səs yazıları göndərdikləri görünür. Şahid2: Sabahın xeyir, Rizvan müəllim, dünən gələ bilmədim, boğazım şişib, bilmirəm xəstələndim nədi, günortadan sonra hardasan, qəbiristanlıq tərəfə gəlim. Yoxsa hara gəlim? Təqsirləndirilən şəxs göndərdiyi səs yazısı oxunmur. Şahid2: Yaxşı oldu qurban sənə, onda Elçinə zəng edib Elçinlə görüşərəm, problem yoxdur. Təqsirləndirilən şəxs: Ok. Şahid2: Rizvan müəllim qurban sənə ora heç kimə verilməyib ki, ora söküldü? Fundament zad vuruldu, yoxsa yox? Təqsirləndirilən şəxs: Ora qazılıbdı, hazırdı, bu gündə armatur yığılıb beton tökülür bü günə, narahat olma necə demişik elədi. Şahid2: Fsyo, qurban sənə, çox sağ ol, sənə minnətdaram. Bundan sonra Şahid2 saat 16:31 və 16:32-də Təqsirləndirilən şəxs zəng etdiyi, saat 16:38-də sonuncunun Şahid2 zəng etdiyi görünür. 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2 saat 10:36 və 10:39-da zəng etdiyi və “Salam, vaxtınız olanda məni yığın” yazdığı, Şahid2 də 12:40-da Təqsirləndirilən şəxs zəng etdiyi görünür. 12 aprel 2025-ci il tarixdə, saat 10:15-də Şahid2 səs yazısı göndərdiyi görünür. Təqsirləndirilən şəxs: Sabahınız xeyir olsun, necəsiz Anar müəllim? Mən şəhərdəyəm, helə qəbiristanlıqda, dedim gəlib baxardız buralara, həm də mənim sizinlə ayrıca söhbətim var idi, gördüyümüz işə baxardızda bir. Şahid2: Yaxşı Rizvan müəllim, Bilgəhdəyəm, durum gəlirəm o tərəfə. Təqsirləndirilən şəxs: Oldu qardaş. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:52-də Şahid2 zəng etdiyi görünür. 13 aprel 2025-ci il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxsla Şahid2 qarşılıqlı olaraq bir-birlərinə zəng etdikləri görünür. 17-18-20 aprel 2025-ci il tarixlərdə qeyd edilən şəxslər arasında qarşılıqlı zənglərin olduğu görünür. Şahid2: Sinə heykəli olacaq, niyə balacadıki? 21 aprel 2025-ci il tarixdə, saat 21:05-dən 21:15-ə qədər Şahid2lə Təqsirləndirilən şəxs qarşılıqlı olaraq səs yazıları göndərdikləri görünür. Şahid2: Pula görə narahatsansa problem yoxdur, o pulu gətirim çatdırım. Təqsirləndirilən şəxs: Oldu qardaş. Şahid2: Çox sağ ol, ora mənimdir. Təqsirləndirilən şəxs: Ok. 23 aprel 2025-ci il tarixdə, saat 09:18-dən 09:24-ə qədər Şahid2lə Təqsirləndirilən şəxs qarşılıqlı olaraq səs yazıları göndərdikləri görünür. Şahid2: Rizvan müəllim sabahın xeyir, necesen? Təqsirləndirilən şəxs: X30, saat 11 üçün gəl də, mənim biraz işlərim var. Şahid2: Hə Rizvan müəllim, helə o vaxta şey edəcəm, saat 11 üçün hardasa gələcəm. Həmin tarixdə saat 10:58 və 11:19-da Şahid2 Təqsirləndirilən şəxs zəng etdiyi görünür. Bundan başqa “Samsung Galaxy A40” markalı mobil telefona baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. “X27” markalı telefona baxış keçirilərkən müəyyən olundu ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir, ön hissəsində düymə yoxdur. Həmin telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi (cild 02, i.v. 32- 34). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 daxil olan 3-21-3-02/2- 4570/2025 nömrəli, 02 may 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na uyğun olaraq sözügedən qəbiristanlığın yerləşdiyi ərazi xx.xx.2019-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən Yasamal bələdiyyəsinə təhvil verilmişdir (cild 02, i.v. 37-39). “Sənədlərə baxış keçirilməsi haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 1 saylı Dağüstü qəbiristanlıqda dəfn olunanların qeydiyyatı jurnalının üz qabığı qara rəngli olub üzərində heç bir yazı yoxdur. Jurnalın 1-ci səhifəsində “1 saylı Dağüstü qəbiristanlıqda dəfn olunanların qeydiyyatı jurnalı” yazıları həkk olunmuşdur. Həmin jurnala baxış zamanı Təqsirləndirilən şəxs dörd nəfər üçün nəzərdə tutulmuş qəbir yerinin ayrılması üçün Şahid2 qeyd edilən qəbiristanlığın nəzarətçisi Şahid3 vasitəsi ilə 10 aprel 2025-ci il tarixdə ilkin olaraq 5.000 manat aldığı vaxtdan sonraki tarixlərdə, həmçinin Təqsirləndirilən şəxs şəxsən Şahid2 həmin məqsədlə 23 aprel 2025-ci il tarixdə 45.000 manat aldığı vaxtda “1 saylı Dağüstü qəbiristanlıqda dəfn olunanların qeydiyyatı jurnalı”nda Şahid2lə bağlı hər hansı qeydiyyatın aparılmadığı müəyyən edildi (cild 02, i.v. 88-96). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X28 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, xx/xx-5217 nömrəli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1962-ci il təvəllüdlü Şahid3 Zülfü oğlu yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar (cild 02, i.v. 102). “Baxış keçirilməsi haqqında” 15 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer 1 saylı Dağüstü Yasamal qəbiristanlığıın 9-cu sektorunda yerləşən 4 nəfərlik qəbir yeridir. Qəbiristanlığın giriş hissəsində, sol tərəfdə “9 Sektor” yazısı qeyd edilmişdir. Qəbiristanlığın girişindən 170 metr məsafədə, sol tərəfdə 4 nəfərlik, səthində qum və çınqıl daşlar olan qəbir yerləri olduğu görünür. Baxış iştirakçısı Şahid3 həmin qəbir yerlərini işarə edərək Təqsirləndirilən şəxs ona Şahid2 ayırdığı qəbir yerlərinin həmin sahə olduğunu göstərdiyini qeyd etdi (cild 02, i.v. 106-109). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə texniki ekspertizasının 20 may 2025-ci il tarixli, 5/432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan 500 ədəd 100 nominal Azərbaycan manatı pul əskinasları, cəmi 50000 manat (Əlavə 1) mətbəə çap üsulu ilə hazırlanmışdır, fizikikimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və Mərkəzi Bank tərəfindən tədavülə buraxılan 100 nominal pul əskinası ilə eynilik təşkil edir (cild 02, i.v. 120-125). “Əşyanın maddi sübut qismində tanınması haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal bələdiyyəsinin inzibati binasında olan xidməti otağına baxış keçirilərkən könüllü olaraq təqdim etdiyi 500 ədəd 100 manatlıq (C31901768,C76996497,A75944619,C49382313,C30369288,C75177770,C62661773,A1 2172295,C78972091,C23109607,D10158969,A24309858,A47896536,C70884547,A9914 9538,C00602535,C64197375,C75003035,C51567056,C32775042,D08514930,A4352922 4,C79143466,D02667705,C97707034,A13547790,B10370073,A32547954,D16030125,C6 9357850,C50193696,C37782128,C68241698,C62719796,D12392387,C18756357,A8984 3854,C51420392,B11583217,C32984791,A55477781,C78889872,A87073553,C02586629 ,C66462497,C04325199,A49062514,C0914071,D17086468,A73744193,A60404726,C222 69896,C14008947,D13633331,C48351525,C90163366,C10699807,C03484732,C002031 46,C83465563,C74579275,C99425733,C70834475,C32152798,C27712183,C81488532, D18223844,C40255386,D16635658,C10983488,C70476035,D05249472,D10681946,C22 943878,C91214769,C34687079,C76861846,C83412331,C80006288,C66595141,C85252 426,D17935360,C88497089,C88497022,C98997979,C22080834,C70993292,D07062277, C63968762,C29908244,C15033710,C77701868,D05358849,D14332673,C78472920,C83 578571,D05784844,C72836662,C79437569,D11652141,D11119555,D10435162,C626716 66,C91365898,C46450533,D04052814,D11161552,C28055938,C04301080,C06676539,D 18289100,D10690049,D19643775,C26908959,C11607515,C72712204,C08488338,C224 08848,C17158737,C29669215,A94460951,D00421257,C64989370,C17098167,C833470 83,D10166543,C64050858,C63749314,C88270189,B07140387,C95438064,A04933777,A 35144661,C39750034,D17301435,C94781629,C56094607,C19523979,C85768113,B015 61939,A60212943,C46781592,C99157887,C56094606,C83209685,C13359139,D028096 31,D21408636,C22166741,C34909367,C44591275,B10505849,C94294333,C51263725, D09270343,C76344957,C79728860,C78509827,C76933610,C36885732,C96862770,C45 376667,C00801515,C71073592,C68845502,B12500085,A97386890,C22420221,B115993 26,B16325247,C97374426,A54718221,C91101568,C34302023,C95646534,C03738088,A 10229807,C37901564,D14003832,C80503059,A91276960,A30880332,C23721057,A790 93300,C74371407,C99600474,D11445517,C80982125,C82842010,C82557324,C913152 36,C08175013,C38667197,C15646109,C06568940,C36101298,A71071541,A38657166,C 92103263,D03117145,C06601682,A42173545,A52861116,D17098698,B06153539,C3004 1281,A80395621,C28386930,C93032295,A22951926,B01368867,A21034186,A74336513 ,C83764120,A10732300,C41202157,C63928701,A85028222,C94175221,D09665596,C40 001353,C42833987,C52604911,C01061546,D11638127,C05914685,C53845479,A08831 834,C26075282,B12503946,C78805646,C49941647,C64771751,A53809423,C41149443, C72802701,D19068917,B12990124,A05393833,A64409182,C93888268,C73052016,C39 072756,C10924185,C80808257,C19824813,C05245864,B08951078,D02364499,C98543 652,D14150702,C93564348,C02037548,C91603539,C65780436,C79841978,C26848432, C06731668,C85744883,C78728647,D11524840,B096232085,C307933458,C79599521,A 15773365,C64612246,C13141735,A47946530,C46159397,C06745955,B13203972,C370 13060,C19724791,C95164193,C51085602,A94670366,C57568991,C36179730,C162673 07,A90792239,C29229616,C65467102,A58584682,C03699669,C54133967,A36738410,B 09939270,A27107343,A79530586,D14760284,A28847187,C08966486,C90138286,C443 35515,A27815695,D01544693,D12964184,D20689125,A14228660,C99731391,C447053 66,C48974097,A36350377,B11732982,D07984223,A40545135,C86671563,C30636674,C 73093454,C55262386,D06731555,A92093454,D03592595,C76576892,D06611641,C793 35136,C37951932,C98125176,C50004289,C07638606,C78108926,C80522733,C650474 59,D19533993,A17650201,D22421854,C54107727,C31392591,C99491518,C63765804, C69605076,C64550548,D11686044,C34498473,D05610891,A17499598,C45514765,C18 862841,C16151652,C36759322,C41305743,C59426014,C04958635,C55502595,D12656 119,C08147394,C27073412,C37668306,C245327752,C06915156,C81735331,C2040250 72,C07135217,C42401539,C17926951,C20031497,C48680771,A71848488,D07668071, D00685359,C73653246,C63681975,C53387079,C37365344,C74194986,A86482445,C99 715527,C21509403,C87860150,C15758041,C88066624,C59062139,C22483311,A22650 614,D17935361,C65668174,C85333635,C89661387,C80647102,A34858019,C77613686, B02198762,C82210835,C87930873,C03849132,C05783941,C01753379,C15410758,D04 166570,C84400296,C52980999,C41638072,C89791064,C06408881,C08529897,C08906 85,C06258202,C19860819,A32457859,C10853909,A09663173,C97647235,B13378227,C 74958131,B05564649,B13108128,C92731033,C61280712,C59448502,C56111728,C5055 4384,C41166549,C31884961,C84644309,C39333725,C130655817,C49986789,D217978 43,A30351412,C43935042,D02866356,D12750121,C23921507,C71344931,D02747929, C88738813,C68454921,C19127137,C76642074,D11251199,C50814142,C96576867,C61 034567,C62009756,C31651679,C33860118,C23486070,C69558984,C35930559,C96576 54,C12217979,C21900229,C28316710,C67358763,C95260661,C03155991,C46636336, C69008851,C15532318,C31474775,C61390299,C05110596,C30935469,A03939612,D13 229693,D10799819,C73977831,A05652915,C95104833,C25006694,C82934469,C93865 653,C48972819,C84533847,D00611250,C06697113,C78344370,C55381856,C62433733, C11995760,C46546392,C15367989,C59194380,C47826075,C80161053,C53898786,A67 731015,C46598516,D13816392,C34654234,C61402468,C99791110,C18859432,C24698 071,C56046662,C50657823,D14479080,D02613243,C89354081,A08961046,B06118554, C37937272,C18051940,C58331246,C75047548,A52498618,C02843620,C05785469,C70 134425,B11249288 seriya nömrəli) pul əskinasları ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınması, maddi sübut olan yuxarıda qeyd edilən pul vəsaitlərinin saxlanması üçün Şahid2 təhvil verilməsi qərara alınmışdır (cild 02, i.v. 126-130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 daxil olmuş 21 may 2025-ci il tarixli, 3-28-29/2-5025/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1962-ci il təvəllüdlü Şahid3 Zülfü oğlu arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 02, i.v. 133). “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.3-cü maddələrindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif edilərək ona yenidən ittihamın elan edilməsi, Şahid3, Şahid4, Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən olmadığıdan barələrində Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308, 309 və 311-ci maddələrinin tərkib əlamətləri yaranmadığına görə barəsində Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aldığı pul vəsaitinin hansısa hissəsini vəzifəli şəxsə verməklə onun qərarına qanunsuz təsir etməsi halı müəyyən edilmədiyi üçün əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin tərkib əlamətləri yaranmadığına görə barəsində Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi dəlillərin özünü müdafiə xarakterli olmaqla iszintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qiymətləndirilmədən rədd edilməsi, cinayət törətməyə şərait yaradan halların aradan qaldırılması üçün Bakı səhəri Yasamal bələdiyyəsinə təqdimat göndərilməsi, Azərbaycan Respublikası Baş X11 Qaydalarına əsasən bu icraat üzrə digər şəxslər barəsində cinayət təqibinin rədd edildiyindən icraatın bu hissələrinə aid olan materialların cinayət işindən ayrıca icraata ayrılaraq İdarənin arxivində saxlanılması, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olan 1 ədəd disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Salaxy A40” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi, 19 may 2025-ci il tarixli qərarımla maddi sübut kimi tanınmış 500 (beş yüz) ədəd 100 manatlı əskinasların Şahid2 saxlanması üçün qaytarılması, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi (cild 02, i.v. 144-169). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi — altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən – həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması barədə” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanması, cinayət işi üzrə ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq idarəsinə tapşırılması qərara alınmışdır (cild 01, i.v. 4). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 311.3.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır (cild 01, i.v. 5). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla aparılan danışıqların qərar qəbul edildiyi gündən etibarən 3 ay müddətinə qulaqasma əməliyyat-axtarış tədbiri keçirilməsinə icazə verilmişdir (cild 01, i.v. 18-20). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-546/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında qərar qəbul edildiyi gündən başlayaraq 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və fotoçəkilişlərin aparılmasına, poçt göndərişlərinin yoxlanılmasına, habelə yaşayış yerinə zəruri halda baxış keçirilməsinə icazə verilmişdir (cild 01, i.v. 21-23). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şahid3 ətrafında xx.xx.2025-ci il tarixdən başlayaraq 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və fotoçəkilişlərin aparılmasına, poçt göndərişlərinin yoxlanılmasına, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış keçirilmə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir (cild 01, i.v. 24-26). “İstintaq qrupunun yaradılması haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X9 rəhbərliyi ilə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X10 ibarət istintaq qrupunun yaradılması qərara alınmışdır (cild 01, i.v. 167). “Əməlin tövsif edilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 311.3.3-cü maddələrindən həmin Məcəllənin 308.2 və 311.3.3-cü maddələrinə tövsif edilmişdir (cild 01, i.v. 188). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci ildə saat 18:10-da tutulmuşdur (cild 01, i.v. 190-191). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, i.v. 219-221). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən, saat 18:10-dan hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 17-22). xx.xx.2025-ci il tarixli X6 X3 görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v. 30). Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 854 nömrəli, 13 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 11nömrəli Əmri ilə Yasamal Bələdiyyəsi İcra aparatı Bələdiyyə Mülkiyyətinə Nəzarət şöbəsinin müdiri vəzifəsində təyin edilmişdir. Yasamal Bələdiyyəsində işlədiyi müddət ərzində özünü intizamlı işçi kimi göstərmiş, verilən tapşırıqların öhdəsindən layiqincə yerinə yetirmiş, torpaqların azadlığı uğurunda həlak olmuş şəhidlərin dəfninin təşkilində fəal iştirak etmiş, qazilər və veteranlarla bağlı təşkil olunmuş dövlət tədbirlərində iştirak edərək kollektivi təmsil etmiş, işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmışdır (cild 02, i.v. 42). xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsi üzrə bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri kimi sonuncu ilə Yasamal bələdiyyəsi arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır (cild 02, i.v. 44). Yasamal Bələdiyyəsinin 26 dekabr 2018-ci il tarixli, 65 nömrəli əmrindən görünür ki, xx.xx.2018-ci il tarixdən Yasamal Bələdiyyəsinin İcra aparatının Ərazi idarəetmə şöbəsi Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi ilə əvəz edilmişdir (cild 02, i.v. 54). Yasamal Bələdiyyəsinin 05 fevral 2020-ci il tarixli, 11 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdən Yasamal bələdiyyəsinin Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir (cild 02, i.v. 55). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 nömrəli “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə qərarından görünür ki, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur). Yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etsinlər (cild 02, i.v. 61). 21 may 2025-ci il tarixli qəbzdən görünür ki, X14 atası Təqsirləndirilən şəxs məxsus “X27” markalı mobil telefonu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşunas X7 təhvil almışdır (cild 02, i.v. 131). Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 119 saylı MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21 nömrəli evin 99 nömrəli mənzilində yaşayır. Ailəsi aşağıdakı tərkibdədir: özü Təqsirləndirilən şəxs 06.04.62, arvadı X12 17.03.64, qızı X8 23.05.87, oğlu X14 08.08.92 (cild 02, i.v. 135). 10 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə təltif edilmişdir (cild 02, i.v. 136). 18 fevral 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi dövründə Orduya göstərdiyi dəstək və vətənpərvərlik nümunəsinə görə təltif edilmişdir (cild 02, i.v. 137). xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif edilmişdir (cild 02, i.v. 138). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 170-171). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 daxil olan 3-21-3-02/2- 5632/2025 nömrəli, 30 may 2025-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28nin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs və Şahid3 Zülfü oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 02, i.v. 190). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şahid2 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşunas X7 ********* nömrəli cinayət işi üzrə özünə məxsus 500 ədəd 100 manatlıq əskinaslardan ibarət 50.000 manat məbləğində pul vəsaitini saxlancda qalması üçün təhvil almışdır (cild 02, i.v. 198-199). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, həmçinin işlədiyi müddət ərzində iş yerindən müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü tam təqsirli bilərək əməlini səmimi etiraf etmişdir. O, ilk dəfə cinayət əməli törətməsinə görə təqsirləndirilir. Ona görə də məhkəmə onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşlı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər işlədiyi Yasamal Bələdiyyəsi tərəfindən müsbət xarakterizə olunmasını, “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı, Vətən Müharibəsi dövründə Orduya göstərdiyi dəstək və vətənpərvərlik nümunəsinə görə, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Fəxri Fərmanlar ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayəti qulluq mövqeyindən istifadə etməklə törətməsi Azərbaycan Respublikası CM-in 61.1.13-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur və məhkəmə istintaqı dövründə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini bəyan etmiş, əməlindən səmimi peşmançılıq keçirdiyini, törətdiyi hərəkətlərin hüquqazidd mahiyyətini dərk etdiyini açıq şəkildə ifadə etmişdir. Bu xüsusat onun şəxsiyyətində islah potensialının mövcudluğunu göstərir və təkrar hüquqpozmanın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin uzun müddət dövlət və bələdiyyə strukturunda rəhbər vəzifələrdə çalışması, bu müddətdə iş yerindən təqdim olunmuş xasiyyətnamələrdə yüksək mənəvi keyfiyyətlərə malik, məsuliyyətli və ictimai fəal şəxs kimi səciyyələndirilməsi, şəhid ailələrinə, qazilərə və veteranlara yönəlmiş dəstək tədbirlərində fəal iştirak etməsi, vətənpərvərlik fəaliyyətinə görə müxtəlif dövrlərdə aldığı mükafat və təltiflər onun şəxsiyyətinin müsbət cəhətlərini təsdiqləyən mühüm sübutlar kimi dəyərləndirilir. Bununla yanaşı, təqsirləndirilən şəxsin cinayəti qulluq mövqeyindən istifadə etməklə törətməsi, onun cəmiyyətə və dövlət orqanlarına olan etimadı pozması baxımından mənfi xarakterizə olunan hal kimi nəzərə alınır. Lakin şəxsiyyətini xarakterizə edən müsbət halların çoxluğu, onun peşmançılığı, gələcəkdə cinayət törətmək niyyətinin olmaması və cəmiyyətdən təcrid olunmadan da islah olunacağına dair məhkəmədə formalaşan inam, bu mənfi halın təsirini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin artıq təxminən 3 ay müddətində həbsdə saxlanılmasını, bu dövrdə davranışında müsbət dəyişikliklərin müşahidə olunmasını, hüquqa münasibətində müsbət meyillərin formalaşmasını və sosial mühitdən təcrid olunmanın tərbiyəvi təsirini nəzərə alır. Cəzanın məqsədi yalnız cəzalandırma deyil, həm də islah etmə, təqsirləndirilən şəxsin gələcəkdə yeni hüquqpozmalar törətməsinin qarşısını almaq, habelə onun cəmiyyətə reinteqrasiyasına şərait yaratmaqdır. Təqsirləndirilən şəxs şəxsiyyətində müşahidə olunan müsbət xüsusiyyətlər, törətdiyi əməldən peşman olması və artıq həbsdə keçirilmiş müddət, onun uzun müddət cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığını göstərir. Beləliklə, təqsirləndirilən şəxsin peşmançılığı, nümunəvi ictimai fəaliyyəti, şəhid ailələrinə və qazilərə dəstəyi, vətənpərvərlik fəaliyyəti, əvvəlki məhkumluğunun olmaması, yaş faktoru, həmçinin uzun müddətli həbsdə qalmasının artıq onun üzərində tərbiyəvi və islahedici təsir göstərməsi nəzərə alınaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur və ona cərimə cəzasının təyin olunması məqsədəuyğun və ədalətlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzanı yüngülləşdirilərək ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübutlar - 2 ədəd disk iş materiallarında saxlanılmalı, 500 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Şahid2 qaytarılması nəzərə alınmalı, həmçinin Samsung Galaxy A40 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “22 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 344-cü, 349cu, 351-353-cü, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10.000 (on min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdən hazırki tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin olunmuş cəza yüngülləşdirilərək qəti cəza olaraq 7000 (yeddi min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat miqdarında pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə hökmü elan olunduqdan sonra dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 500 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Şahid2 qaytarılması nəzərə alınsın. Maddi sübut - 2 ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut - Samsung Galaxy A40 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “22 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “22 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-379/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-379/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver