Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-38/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində “B” dərəcəli AD seriyalı 119014 nömrəli sürücülük vəsiqəsinə malik olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, həmin avtomobilin işçi və duracaq tormoz sisteminin nasaz vəziyyətdə olmasını aşkar etməyə imkanı olduğu halda nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla nasaz vəziyyətdə idarə edərək Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini yəni, yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair Qanunun 1 saylı Əlavəsinə uyğun olaraq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda tələbləri pozub həmin qanunun tələblərinə uyğunsuzluqla baş vermiş hadisə arasında səbəbli əlaqə olan hərəkətlər etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda tələblərə riayət etməyərək ünvan 2 A nömrəli ünvanda idarə etdiyi avtomobilin nasazlıq səbəbindən arxaya doğru hərəkət etməsinə mane ola bilməyib yolun sağ tərəfində park edilmiş “X8” markalı ** UJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmək istəyən piyada Zərərçəkmiş şəxs1 avtomobilin sağ yan tərəfi ilə vurub sonuncuya sağ qasıq, oturaq sümüklərinin qapalı, yerdəyişən sınıqları ilə müşayiət edilən bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmaqla yanaşı sonuncuya məxsus “Land Rover” markalı ** UJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qapısının və sol ön güzgüsünün zədələnməsi ilə müşayiət edilən 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurduqdan sonra avtomobilin arxaya doğru hərəkətinə mane ola bilməyib idarə etdiyi avtomobillə yolun əks tərəfinə çıxdıqdan sonra yolun sağ tərəfində yəni, ünvan 3 nömrəli ünvanda park edilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus olan “Kia Sorento” markalı ** CJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ tərəfinə dəyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə avtomobilin sağ qapısının zədələnməsi ilə müşayiət edilən 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2015-cü il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. xx xxx 2020-ci il tarixdə “xxxx” MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmaq üçün müraciət etmiş və həmin şirkətin direktoru Şahid1 tərəfindən ona “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil nasazlığın aşkar edilməsi üçün verilmişdir. Aralarında olan razılığa əsasən avtomobildə heç bir nasazlıq olmadığı halda onunla əmək müqaviləsi bağlanacaqdır. O həmin avtomobili təxminən biriki gün idarə etdikdən sonra avtomobilin mühərrikində müəyyən problemlərin olmasını aşkar edərək bu barədə şirkətin direktoru olan Vüsal İsmayılova məlumat vermiş və sonuncu isə avtomobilin mühərrikində meydana gəlmiş nasazlığın aradan qaldırılması üçün ona ilkin olaraq 1600 manat, daha sonra isə 600 manat olmaqla ümumilikdə 2200 manat məbləğində pul vermiş və avtomobilin mühərrikində olan nasazlığı təmir etdirməyi tapşırmışdır. Bundan sonra o həmin avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən “Ford Service” adlı avtomobil təmiri məntəqəsinə apararaq mühərrikdə olan nasazlığı təmir etdirib bu barədə Şahid1 məlumat vermişdir. Avtomobilin təmiri təxminən 1 ay müddət çəkmiş və tam hazır olduqdan sonra xx xxxx 2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanılmış və həmin gündən sonra rəsmi qaydada işə başlamışdır. Onun əsas vəzifəsi həmin avtomobil vasitəsi ilə şirkət tərəfindən istehsal edilən qablaşdırılmış şəkildə olan içməli suları təyinatı üzrə çatdırmaqdan ibarət olmuşdur. xx xxxx 2020-ci il tarixdə isə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə bir ədədi 19 litr olmaqla 30 ədəd qablaşdırılmış su yüklənmişdir. Həmin yükü təyinatı üzrə çatdırmaq məqsədi ilə yola düşmüş və Yasamal parkının qarşısından Bakı şəhəri Yasamal rayonu Mətubat prospekti istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində yerləşən “3 Tac” adlı binaların yanındakı işıqforda qırmızı işıq yandığı görüb avtomobilin əyləcinə basaraq saxlamışdır. İşıqforun yaşıl keçid işığı yandıqdan sonra qarşısında dayanan avtomobilin hərəkət iştirakçısı olmadığını, yəni park edilmiş vəziyyətdə olduğunu gördüyündən idarə etdiyi avtomobili qarşısında dayanan avtomobilin sol tərəfindən keçməklə hərəkət etdirmək istəmişdir. Bu zaman idarə etdiyi avtomobil qəfildən arxa istiqamətdə hərəkət etməyə başlamış və ard-arda bir neçə dəfə avtomobilin əyləcinə bassa da duracaq tormoz sistemi işləmədiyindən avtomobil arxaya doğru hərəkət etməyə davam etmiş və nəticədə ilkin olaraq yolun sağ tərəfində park edilmiş avtomobilə əyləşmək istəyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və ona məxsus olan avtomobili idarə etdiyi avtomobilin sağ tərəfi ilə vurduqdan sonra yolun əks istiqamətinə çıxaraq yolun kənarında park edilmiş “Kia Sorento” markalı avtomobilin sol tərəfinə dəyərək dayanmışdır. Bundan dərhal sonra o avtomobildən düşərək xəsarət almış Zərərçəkmiş şəxs1 tibbi yardım göstərilməsi üçün hadisə yerinə X10 çağırmış və X10 briqadasının heyəti ilə xəstəxanaya göndərmişdir. Daha sonra o baş vermiş hadisə barədə Şahid1 məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobili “Ford Service” adlı avtomobil təmiri məntəqəsində təmir etmək üçün müraciət etdiyi zaman yalnız avtomobilin mühərəkkində olan problemlərin olduğunu bildirdiyi üçün orada tormoz sisteminə nəzər yetirilməmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində özünə məxsus olan “X8” markalı ** UJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol arxa qapısını açıb əlində olan sellofan torbanı salona qoyduqdan sonra qapını örtüb avtomobili idarə etmək üçün sol ön qapını açıb əyləşmək istəyən zaman qəfildən yolun sol tərəfindən “Ford Transit” markalı avtomobilin sürətlə onun üzərinə doğru arxa-arxaya hərəkət etməsini görüb özünü qorumaq məqsədi ilə səkiyə tərəf qaçmaq istəmiş, lakin həmin avtomobilin sürəti yüksək olduğundan çatdırmayaraq zərbədən yayına bilməmiş və nəticədə həmin avtomobil sağ tərəfi ilə ona məxsus olan avtomobilin sol tərəfinə dəymiş və o iki avtomobilin arasında qalaraq bədən xəsarəti alıb yerə yıxılmışdır. Bundan sonra həmin “Ford Transit” markalı avtomobil arxa-arxaya hərəkət etməyə davam edərək yolun əks istiqamətinə çıxıb yolun kənarında park edilmiş “Kia” markalı avtomobilə dəyərək dayanmışdır. Bundan sonra hadisə yerinə X10 Stansiyasının heyəti gəlmiş və onu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada bədəninin aşağı nahiyəsində sınıqlar olduğundan tibbi əməliyyat olunmuşdur. Hadisə nəticəsində ona məxsus olan “X8” markalı avtomobilin sol ön güzgüsü, sol arxa qapısı zədələnmiş və avtomobilə dəyən zərər evakuator xərci ilə birlikdə 850 manat təşkil etmiş, lakin o avtomobilini artıq özü təmir etdirdiyi üçün ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə razılaşmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs hadisədən sonra onun yanına gəlməmiş və heç bir maddi dəstək göstərmədiyi üçün onunla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Kia Sorento” markalı avtomobili yaşadığı Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində yerləşən 16 nömrəli binanın qarşısında yolun sağ tərəfində park edərək evə getmişdir. Təxminən 10-15 dəqiqə sonra binanın həyətində yerləşən mağazada satıcı işləyən Vidadi adlı şəxs ona zəng edərək “Ford Transit” markalı avtomobilin onun avtomobilinə dəydiyini bildirmiş və o bunu eşitdikdən dərhal sonra avtomobilin yanına gəlib həqiqətən yol nəqliyyat hadisəsinin baş verməsinin şahidi olmuşdur. Ora gələn zaman “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfinin ona məxsus olan avtomobilin sol qapısına dəyərək dayanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o ətrafda olan şəxslərdən hadisənin necə baş verdiyini soruşmuş və ona məlum olmuşdur ki, həmin avtomobil arxaya doğru hərəkət edərək yolun digər tərəfində bir nəfər şəxsi vurmuş və daha sonra arxaya doğru hərəkətini davam etdirərək yolun əks tərəfinə keçib ona məxsus olan avtomobilə dəymişdir. Yolun əks itiqamətinə baxdıqda o həqiqətən də yolun kənarında bir nəfər şəxsin xəsarət almasının və onun yanında qəza törədən sürücü ilə yanaşı başqa şəxslərin toplaşmasının şahidi olmuşdur. Daha sonra isə hadisə yerinə polis əməkdaşları və X10 briqadası gəlib xəsarət almış şəxsi xəstəxanaya aparmışlar. Bundan sonra hadisə törədən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmin hadisə nəticəsində ona məxsus olan “Kia Sorento” markalı avtomobilə 900 manat maddi ziyan dəymişdir. Avtomobilini artıq təmir etdirdiyi üçün ona dəymiş maddi ziyanın ekspert rəyi ilə 720 manat müəyyən edilməsi ilə razılaşmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o “xxxx” MMC-in direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onların şirkətində sürücü vəzifəsinə işə qəbul olunmaq üçün müraciət etmiş və xx xxxx 2020-ci il tarixdə onu əmək müqaviləsi əsasında direktoru olduğu şirkətə sürücü vəzifəsinə qəbul etmişdir. İşə başlamamışdan əvvəl isə yəni xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında atası Şahid2 məxsus olan “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili verərək həmin avtomobilin istifadəsiz qalması səbəbindən müəyyən nasazlıqların olması ehtimalına görə sınaq yürüşləri edib onlara məlumat verilməsini tapşırmışdır. Rəfayıl həmin avtomobili bir-iki gün fərdi qaydada idarə etdikdən sonra avtomobilin mühərrikində nasazılıqlar olmasını bildirmişdir. Bundan sonra avtomobildə olan həmin nasazlıqların aradan qaldırılması üçün Təqsirləndirilən şəxs ilk olaraq 1600 manat, daha sonra isə 600 manat məbləğində olmaqla ümumilikdə 2200 manat məbləğində pul verib qısa müddət ərzində həmin nasazlıqların və ümumiyyətlə avtomobildə aşkar ediləcək digər nasazlıqların da aradan qaldırmasını tapşırıb avtomobil xidmətə tam hazır olduqda onunla əmək müqaviləsi bağlanılacağını və işə başlayacağını bildirmişdir. Təxminən bir ay sonra Rəfayıl həmin avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yerləşən “Ford Service” adlı avtomobil təmiri məntəqəsində təmir edildiyini, artıq avtomobilin saz vəziyyətdə olduğuna əmin olduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanılmış və o, rəsmi qaydada sürücü vəzifəsinə qəbul edilərək işə başlamışdır. Hadisə baş verən günə kimi isə Rəfayıl tərəfindən avtomobillə bağlı ona heç bir şikayət olunmamış və o, normal qaydada işinə davam etmişdir. Onun əsas vəzifəsi həmin avtomobil vasitəsi ilə şirkət tərəfindən istehsal edilən qablaşdırılmış şəkildə olan içməli suları təyinatı üzrə çatdırmaqdan ibarət olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində isə o, Rəfayıl ilə çatdırmalı olduğu sifarişlərlə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman sonuncu idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. Baş vermiş hadisədən sonra o, şirkətin balansında başqa avtomobil olmadığından Təqsirləndirilən şəxs işdən azad etmişdir. Həmin gündən sonra isə onunla heç bir əlaqəsi yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, atası Şahid2 məxsus olan həmin avtomobili Təqsirləndirilən şəxs etibar edildikdən sonra o, həmin avtomobilin uzun müddət istifadəsiz qaldığını, avtomobilə görə Təqsirləndirilən şəxs məsuliyyət daşıdığını və rəsmi qaydada işə başlamamışdan əvvəl nasazlıqları dəqiqliklə yoxlayaraq ona məlumat verməsini tapşırmış, Rəfayıl isə avtomobili bir-iki gün sınaq məqsədi ilə idarə etdikdən sonra avtomobilin yalnız mühərrikində müəyyən problemlərin olmasını, digər detallarının isə saz vəziyyətdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin duracaq tormoz sistemində hər hansı bir problemin olması ilə bağlı ona heç bir məlumat verməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 Eyyub oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 103-105-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid1 onun oğlu olmaqla “xxxx” MMC-in direktoru vəzifəsində çalışır. “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmaqla zərurət yarandıqda oğlunun işləri ilə əlaqədar oğlunun şirkətində işləyən şəxslərə etibarnamə əsasında idarə etmək üçün vermişdir. Bu minvalla xx xxx 2020-ci il tarixdə özünə məxsus olan “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üzrə səlahiyyətləri Təqsirləndirilən şəxs verərək avtomobilin sazlığı ilə bağlı məsuliyyət daşıyacağını onun öhdəsinə qoyub hər hansı bir nasazlıq olması barədə oğlu Vüsala və ya ona məlumatverməsini tapşırmışlar. Bundan təxminən bir-iki gün sonra isə Təqsirləndirilən şəxs avtomobilin mühərrikində problemlər olması barədə oğlu Vüsala məlumat verdiyindən həmin nasazlığın aradan qaldırılması üçün oğlu tərəfindən ona hissə-hissə olmaqla 2200 manat məbləğində pul verilmiş, o, isə öz deməsinə əsasən həmin nasazlığı təxminən bir ay müddətində “Ford Service” adlı avtomobil təmiri məntəqəsində təmir etdirərək aradan qaldırmış və bundan başqa avtomobildə heç bir nasazlığın olmadığını bildirmiş və xx xxxx 2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanaraq rəsmi qaydada işə başlamışdır. xx xxxx 2020-ci il tarixdə isə oğlu Vüsal əlaqə saxlayaraq Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməsini və avtomobilin duracaq tormoz sistemində nasazlıqların aşkar edilməsini ona bildirmişdir. Bundan bir müddət sonra isə Təqsirləndirilən şəxs işdən azad edilmişdir. Bundan başqa heç bir məlumatı olmadığını göstərmişdir. Ona ünvanlanmış suallara cavab olaraq daha sonra göstərmişdir ki, əvvəllər həmin avtomobil Elbrus adlı şəxs tərəfindən idarə edilsə də, o, 2020-ci ilin əvvəllərində işdən azad olunduqdan sonra avtomobil bir müddət istifadəsiz qalmışdır. İstifadəsiz qaldığı üçün avtomobilin qeyd edilən tarixdə yəni xx xxxxxx 2020-ci il tarixdə texniki baxışdan keçirilməsi mümkün olmamışdır. Texniki sazlıqla bağlı sənədlərin hazırda harada olmasını xatırlamadığından istintaq orqanına təqdim etməsinin mümkün olmadığını göstərmişdir. Həmçinin göstərmişdir ki, ona məxsus olan avtomobilin arxa tərəfində zədələnmələr olsa da, əhəmiyyətli olmadığından ona heç bir maddi ziyan vurulmamış və odur ki, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 nömrəli ünvanda baş vermişdir. Protokoldakı qeydə əsasən müəyyən edilir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-KN-*** avtomobili ilə arxaya doğru hərəkət edən zaman piyada Zərərçəkmiş şəxs1 vurmuşdur. Daha sonra isə arxa-arxaya olan hərəkətə davam edərək yolun əks istiqamətində dayanan “Kia” markalı avtomobilə dəyərək dayanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxsna hadisə yerinin baxış protokolu və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi təqdim edildikdə o, həmin sənədlərin düzgün tərtib edildiyini təsdiq etmişdir. (i.v. 8-12) Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2016-ci il tarixdə verilmiş AC seriyalı 812760 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “Ford Transit yük” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyət hüququ ilə Şahid2 məxsusdur, qeyd olunan yük avtomobili xx xxx 2020-ci il tarixdə notarial qaydada verilmiş ƏN-V seriyalı 247540 nömrəli etibarnaməyə əsasən xx xxxxxxxx 2025-ci il tarixədək idarə etmək hüququ ilə sürücü Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. (i.v. 23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi xx xxxx 2020-ci il tarixli 2/4500 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx xxxx 2020-ci il tarixli 93 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – sağ qasıq, oturaq sümüklərinin qapalı yerdəyişən sındıqları bərk küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər qərarda qeyd olunan tarixdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. (i.v. 41-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/1068 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin işçi və duracaq tormoz sisteminin nasaz vəziyyətdə olduğu halda istismar etmişdir. Sürücünün həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (i.v. 44-48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 tərəfindən verilmiş məktubdan görünür ki, Şahid2 məxsus “Ford Transit” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu dəfə xx.xx.2019-cu il tarixdə texniki baxışdan keçirilmişdir. Yeni qanunvericiliyə əsasən qeyd edilən avtomobil xx.xx.2020-ci il tarixə qədər texniki baxışdan keçirilmişdir. (i.v. 54) “DVD-R diskinə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki,xx.xx.2020-ci il tarixdə saat 16:15:28-də əynində qara rəngə bənzər qısaqol yay köynəyi və qara rəngə bənzər şalvar olan kişi cinsindən olan şəxsin əlində sellofan torba yolun sağ tərəfində park edilmiş avtomobilə yaxınlaşaraq avtomobilin sol arxa qapısını açıb həmin sellofan torbanı avtomobilin salonuna qoyması müşahidə olunur. Saat 16:15:32-dəhəmin şəxsin avtomobilin sol arxa qapısını bağladıqdan sonra sürücü oturacağına əyləşmək üçün avtomobilin sol ön qapısına yaxınlaşması müşahidə olunur.Saat 16:15:34-16:15:44-də “Ford Transit” markalı avtomobilin ani məqamda arxaya doğru hərəkət edərək yolun sağ tərəfində park edilmiş avtomobilə əyləşmək istəyən Zərərçəkmiş şəxs1 sağ tərəfi ilə park edilmiş avtomobilin sol tərəfi arasında sıxdıqdan sonra Zərərçəkmiş şəxs1 xəsarət alaraq yerə yıxılması, “Ford Transit” markalı avtomobilin isə arxaya doğru hərəkətə davam edərək yolun əks istiqamətinə çıxdıqdan sonra görüntüyə baxış fonunda sol tərəfdə yaşayış binasının qarşısında park edilmiş avtomobilə dəyərək dayanması müşahidə olunur. Saat 16:16:06-da əynində ağ rəngə bənzər qısaqol yay köynəyi və rəngi tam seçilməyən şalvar olan kişi cinsindən olan şəxsin sol tərəfdən sürətli şəkildə yolu keçərək hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs1 tərəf qaçması və yerdə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşması, həmçinin hadisə yerinə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin və ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarının yaxınlaşması müşahidə olunur. (i.v. 74-75) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3212 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyindən görünür ki:
1. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2005-ci il buraxılışlı “X8 minik” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 110.00 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 90.0 manat Təmir-bərpa işlərinin qiyməti – 20.0 manat
2. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “kia Sorento minik” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 720.00 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 420.0 manat Təmir-bərpa işlərinin qiyməti – 300.0 manat (i.v. 109-112) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 24sentyabr 2020-ci il tarixli 016-87359-1220 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət X7 Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarıan əsasən xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AD 119014 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. (i.v. 34) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 93 nömrəli və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/1068 nömrəli ekspert rəyləri, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3212 nömrəli ekspert rəyi, xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolu, xx xxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolları, DVD-R diskinə baxış keçirilməsi protokolu ilə yanaşı digər istintaq materialları sübut növü kimi qiymətləndirilməklə, üzərində “DVD- R 4.7 GB/ 120 min“ sözləri əks olunmuş “ZYKLEN” markalı bir ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi və iş üzrə maddi sübut kimi tanınmış “X8” markalı ** UJ *** dövlət qeydiyyat nömrə nişanlı, “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nömrə nişanlı və “Kia Sorento” markalı ** CJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin mülkiyyətçilərinə qaytarılması nəzərə alınmalıdır. (i.v. 152-164) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 53) Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 148-149) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X3 məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2014-cü il tarixində Bakı şəhərində anadan olmuş X6 adlı oğlu vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvəllər məhkum olmamasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı qismən ödəməsini, evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. “Land Rover” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Kia Sorento” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 100 (bir yüz) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat X2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. “X8” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, “Kia Sorento” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 və “Ford Transit” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat X2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabınaköçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov