Məhkəmə qərarları › İş №1(004)-38/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-38/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-38/2022 28.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X15, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X19, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkilləri X4, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 nümayəndəsi: “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Laçın rayonu Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, ali təhsilli, üç uşaq atası, Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2019cu il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasını çəkib qurtarmış, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 16-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin sentyabr ayının əvvəllərində, Quba rayonu Qəçreş kəndi ərazisində tanış olduğu Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qardaşı oğlu X13 təhsil aldığı Rusiya Federasiyası Dağıstan Respublikası ərazisində yerləşən Universitetdən Azərbaycan Kooperasiya Universitetinə köçürülməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin universitetə köçürülməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə- hissə olmaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu Qəçreş kəndi ərazisində 10000 (on min) manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov» zavodunun qarşısında 5000 (beş min) manat, 2018-ci ilin oktyabr ayının axırlarında ünvan 2 ünvanında yerləşən Koperasiya Universitetinin qarşısında 3000 (üç min) manat olmaqla, ümumilikdə ona məxsus 18000 (on səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Bakı Dövlət Universitetində təhsil alan bacısı oğlu X21 təhsil aldığı müddətdə yaranmış kəsrlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsrlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs4 aldadaraq 2020-ci ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu X31 küçəsi 23 ünvanında yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında ona məxsus 3000 (üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla belə ittiham aktına əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs - təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərdab rayonu Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Ə.T.X28 Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Təhməz Şamilovun cəzasının müddətinin azaldılması ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təyin edilmiş cəzanın müddətinin azaldılması məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının yaxınlığında 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə də ittiham verilsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Həmçinin ittiham aktına əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs - təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3m aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019cu ilin noyabr ayının əvvəllərində 8000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə də ittiham verilsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Həmçinin ittiham aktına əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs - təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə- bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Bakı Dövlət Universitetində təhsil alan qohumu X8 təhsil aldığı müddətdə yaranmış kəsrlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsrlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs5 aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti.57Q ünvanında yerləşən “Böyük Fırat” restoranının yanında, sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə ona məxsus 10000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə də ittiham verilsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Məhkəmə bu nəticəyə aşağıdakı sübutlarla və hüquqi əsaslandırma ilə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 epizodları üzrə özünü təqsirli bilmiş, lakin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq əməli üzrə ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həmin epizodlar üzrə göstərmişdir ki, o ümumiyyətlə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tanımamışdır, Əlixanın və Adilənin yanında hər hansı bir etibarı yoxdur, Əlixanı və Adiləni aldatmamışdır, Əlixana və Adiləyə hər hansı bir söz verməmişdir, bununla bağlı Əlixandan və Adilədən hər hansı bir məbləğdə pul almamış və onları aldatmamışdır. Həmçinin Zərərçəkmiş şəxs5 də əvvəllər tanımış, uzun müddət tofiqlə münasibəti olmamışdır, Tofiqlə bu işlə bağlı hər hansı münasibəti olmamışdır, ona hər hansı bir işin görülməsi üçün söz verməmişdir, onu aldatmamışdır, ondan pul almamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsində bəzi məqamlar düz yazılmışdır, amma müstəntiq öz bildiyi kimi, müstəntiqin sözləri ilə yazılmışdır. İttiham aktını oxuyanda görmüşdür ki, ifadələri başqa cür yazılıb. Əslində ümumiyyətlə onun əvvəldən hər hansı bir şəxsin əmlakını ələ keçirmək niyyəti olmamışdır. Zərərçəkmişlərdən 3 nəfərini ünmumiyyətlə tanımamışdır, yalnız Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4lə tanışlıq və dostluq münasibətləri olmuşdur. Onların yaranmış problemlərinin həllinə kömək etmək istəmişdir. Lakin sonradan işlər alınmamışdır, buna görə də onlara borclu qalmışdır. Lakin sonradan həmin şəxslər mülki qaydada yox, cinayət qaydada şikayətlər etmişlər. Halbuki onlara qarşı hər hansı dələduzluq eləmək niyyəti olmamışdır, işlər alınmadığından, götürdüyü pulları da qaytara bilmədiyindən, belə bir vəziyyət yaranmışdır. Hazırdı onlara dəymiş ziyan tam ödənilmişdir, bu barədə onların notariat qaydada təsdiq edilmiş ərizələri vardır. Digər epizodlar üzrə isə Zərərçəkmiş şəxs2ı tanımamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Əlixanla Elsevər danışmışdır, Əlixandan pulu Elsevər almışdır. Sonradan Elsevər ona müraciət etmişdir ki, Əlixanın qohumunun işinə kömək edim, lakin kömək edə bilməmişdir. Əlixanla yalnız Ali Məhkəmənin yanında, onların işləri alınmadıqdan çox çox sonra, Əlixan Elsevərdən şikayət etdikdən sonra Əlixanı tanımışdır. Ona görə də Əlixanın pulunu da Elsevər qaytarır. Əlixana hər haqsı bir söz verməmiş, Əlixandan pul almamış, onu aldatmamışdır, onu ümumiyyətlə tanımamışdır. Zərərçəkmiş şəxs3 də tanımamışdır. Zərərçəkmiş şəxs3 onu yalnız cinayət işi üzrə tutulduqdan sonra tanımışdır, o vaxta qədər Adilə ilə hər hansı münasibəti olmamışdır. Adiləyə hər hansı bir söz verməmiş, Adilədən pul almamışdır. Adilənin qardaşı Əspanı tanımışdır. Əspan məhkəmə işi ilə əlaqədar ona kömək etməsini xahiş etmiş, lakin iş alına bilmədiyi üçün Əspandan götürdüyü pulu Əspana qaytarıb vermişdir. Hazırda da Adilənin pulunu Əspan qaytarır. Çünki Adilədən pulu Əspan almışdır, Əspanla onların söhbətləri olmuşdur. Zərərçəkmiş şəxs5 də tanısa da, çoxdandır onunla ünsiyyəti olmamışdır. Tofiqə iş görmək üçün hər hansı bir söz verməmişdir, ondan pul almamışdır. Zərərçəkmiş şəxs4 Tofiqlə danışmış, Məhyəddin ondan pul almışdır. Məhyəddin ona müraciət etmişdir ki, Tofiqin işini görmək üçün Məhyəddinə kömək etsin, o da əvvəl kömək etmək istəmiş, lakin sonradan iş alınmamışdır. Tofiqin pulunu da Məhyəddin qaytarmışdır, çünki Tofiqlə işlə bağlı hər hansı bir söhbəti olmamışdır. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 epizodları üzrə özünü təqsirli bildiyini, onlara vurulmuş ziyanı tam ödədiyini, onların şikayət və tələbinin olmamasını nəzərə alaraq, yüngül cəza verilməsini, həmçinin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 epizodları ilə bağlı həmin şəxləri tanımadığını, onlarla hər hansı bir ünsiyyətinin olmamasını, onlara hər hansı bir söz vermədiyini, onları aldatmadığını, onlardan pul almadığını, buna görə də həmin epizodlar üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində də ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaqdakı ifadəsini müstəntiq öz bildiyi kimi yazmışdır, ona görə də ittiham aktında olan həmin ifadəqi qsmən təsdiq etmişdir. Belə ki, onun ümumiyyətlə dələduzluq eləmək niyyəti olmamışdır, kimisə aldatmaq, pulunu ələ keçirmək niyyəti olmamışdır. Bu məsələlərlə bağlı ifadəsindəki məqamları müstəntiq öz bildiyi kimi yazmışdır ki, təhrif olunmuş formada yazmışdır ki, ona qarşı dələduzluq əməli təsdiq edilsin. Təqsirləndirilən şəxs ittiham aktındakı Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı ifadəsində qeyd edilmişdir ki, 2018-ci ilin sentyabr ayında o, şəxsi işi ilə əlaqədar Quba rayonu Qəçreş adlanan yerdə restoranlardan birinə getmiş, orada Quba hərbi komissarlığında işləyən Seymur adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Seymur ona demişdir ki, «mənim qardaşım oğlu Rusiya Federasiyası Dağıstan Respublikasında yerləşən universitetin iqtisadiyyat fakültəsində təhsil alır, qardaşım da rəhmətə getmişdir, mən onun üçün narahatam, onun Bakı şəhərində yerləşən universitetlərin birinə köçürmək istəyirəm, istəyirəm ki, mənim gözümün qabağında olsun, ancaq bilmirəm ki, necə köçürüm, bunun üçün nə lazımdır». O da Seymurun bu sözünü dinlədikdən sonra, fikirləşmişdir ki, onu aldadsın, pulunu ələ keçirsin, çünki həmin vaxt onun maddi vəziyyəti ağır olmuşdur, ona görə də Seymuru inandırmaq üçün ona demişdir ki, «mən sənin qardaşın oğlunu Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürə bilərəm, bunun üçün pul lazımdı, mənim təhsil nazirliyində tanışlarım vardır, xahiş edərəm, köçürərik, boş şeydi». Seymur ona inanmış, ondan soruşmuşdur ki, «bu köçürmə neçəyə başa gələcək, nə lazımdırsa, mən edərəm, heç olmasa mənim qardaşım oğlu mənim gözümün qarşısında, mənim nəzarətimdə olsun». O da Seymurun ona tam inandığını görmüş, ona demişdir ki, «bu köçürmə üçün 18000 manat pul lazımdır, həmin puldan həm köçürmə üçün nəzərdə tutulmuş rüsumların köçürülməsi, həm də mənim tanışıma hörmət etmək lazımdır, əgər pulu düzəldə bilsən, mən dərhal üçün köçürmə üçün fəaliyyətə başlayacağam». Seymur ona demişdir ki, «mənim üzərimdə 10000 manat pul vardır, həmin pulu sənə verə bilərəm, qalan pulu da təxminən bir həftə - on günə sənə verə bilərəm». O Seymurun onu aldatdığından şübhələnməsin deyə, onunla razılaşmış, ona demişdir ki, «sən 10000 manat pulu ver, mən rüsumları ödəyim, qalan pulu da sonra verərsən». Onun əslində Seymurun qardaşı oğlunun köçürməsi üçün heç bir fəaliyyət göstərmək niyyəti olmamışdır, həmçinin belə bir tanışı da olmamışdır, heç bir dövlət idarəsinə də müraciət etmək niyyəti olmamışdır, məqsədi Seymura yalan vədlər və məlumatlar verməklə onu inandırıb və onun etibarından istifadə edib, pulunu ələ keçirmək olmuşdur. Seymur onunla görüşdüyü vaxt, ilkin olaraq 10000 manat pulu vermiş, həmçinin o Seymurdan qardaşı oğlunun şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surətini istəmiş, Seymur ona həmin sənədlərin surətini vermişdir. Sonra o Seymurdan ayrılmış, Bakı şəhərinə gəlmiş, Bakı şəhərində olduğu vaxt Seymurun qardaşı oğlunun Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürülməsi üçün maraqlanmış, tanışı ilə görüşmüş, ona məlum olmuşdur ki, köçürmə mümkün deyilmiş, çünki köçürmə iyul -avqust aylarında mümkün olurmuş, lakin o Seymura bu barədə sentyabr ayında danışmışdır, ona gör də o bu barədə Seymura heç bir söz deməmişdir, çünki o Seymurun pulunu ələ keçirmək istəyirmiş. Sonradan o Seymura zəng vurmuş, ona demişdir ki, «hər şey yaxşıdı, sənədləri düzəldirəm, inşallah qardaşın oğlunu köçürəcəyik, sadəcə sən qalan pulu da mənə çatdır, mən burada bəzi adamlara pul verməliyəm ki, işi həll edim». Seymur ona demişdir ki, «mən oktyabr ayının əvvəllərində Bakı şəhərinə gələcəyəm, orada görüşərik, bu barədə ətraflı söhbət edərik, həm də mən pulun bir hissəsini sənə verərəm». O da Seymurla razılaşmışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində Seymur ona zəng vurmuş və demişdir ki, «mən Bakı şəhərindəyəm, görüşə bilərik». O da Seymura demişdir ki, «mən bir azdan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alov zavodunun yanma gələrəm, orada səni gözləyərəm». Seymur da onunla razılaşmışdır. O günorta saatlarında Alov zavodunun yanında olarkən, Seymura zəng vurmuş və ona demişdir ki, «mən Alov zavodunun yanındayam, səni gözləyirəm». Bir az sonra Seymur deyilən yerə gəlmiş, onunla görüşmüşdür, görüş zamanı Seymur ona 5000 manat pul vermiş, pulu verəndən sonra ona demişdir ki, «işlər nə yerdədir, düzəlir qardaşım oğlunun işi», o da Seymura demişdir ki, «hər şey yolundadır, inşallah bəzi tanışlarımla görüşdüm, az qalıb, sən qalan pulu da mənə çatdır». Seymur ona demişdir ki, «narahat olma, yaxın günlərdə çatdıraram». O Seymurla sağollaşmış, yaşadığı evinə getmiş, həmin pulu da öz maddi ehtiyyaclarına xərcləmiş, Seymurun qardaşı oğlunun köçürməsi ilə əlaqədar də heç bir iş görüşməmiş, heç bir şəxslə görüşməmiş, Seymura da yalan məlumatlar vermişdir. Sonradan o Seymura zəng vurmuş, onu inandırmaq və aldatmağından şübhələnməsin deyə ona demişdir ki, «qalan 3000 manat pulu da mənə çatdır, mən qardaşın oğlunu Bakı şəhərindəki Kooperasiya Universitetinə köçürmək istəyirəm, mənə deyirlər ki, sən illik təhsil haqqını ödəməlisən, ona görə də pulu mənə təcili çatdır». Seymur da ona demişdir ki, «narahat olma, mən oktyabr aynın axırlarında Bakı şəhərində olacağam, zəng edib görüşərik». 2018-ci ilin oktyabr ayının axırlarında o bakı şəhərində olarkən Seymur ona zəng vurmuş, ona demişdir ki, «mən Bakı şəhərindəyəm, harda görüşə bilərik», o da onu inandırmaq üçün, Kooperasiya universitetinin qarşısında görüşməyin daha inandırıcı olduğunu düşünmüşdür ona demişdir ki, «mən günorta saatlarında Kooperasiya Universitetinin qarşısında olacağam, orada səni gözləyərəm». Seymur da onunla razılaşmış, ona demişdir ki, «yaxşı, səni orada gözləyərəm». O birazdan Kooperasiya Universitetinin qarşısına gəlmiş, orada Seymuru gözləməyə başlamış, bir az sonra Seymur deyilən yerə gəlmiş, onunla görüşmüş, ona 3000 manat pulu vermiş, ona demişdir ki, «işlər nə yerdədir, düzəldə bilirsən». O da Seymura demişdir ki, «hərəkətdəyəm, mənə dedilər ki, qardaşın oğlu Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə köçürülərkən onun illik pulu da köçürülməlidir, ona görə də mən bu 3000 manat pulu illik köçürməyə sərf edəcəyəm, sonra sənin qardaşın oğlunun sənədləri hazır olacaq, nəticədə onu köçürəcəyik». Seymur da onunla razılaşmış, sağollaşıb çıxıb getmişdir. Əslində o adığı pulu heç bir yerə köçürmür, Seymura yalan məlumalar verib, həmin pulu öz maddi ehtiyyaclarına xərcləyirmiş. 2018-ci ilin noyabr ayında Seymur ona zəng vurmuş və ona demişdir ki, «nə oldu, uşağın işi həll olmadı, evimizdə narahatdırlar», o da Seymura demişdir ki, «gec müraciət etdiyimizdən uşağın köçürmə işi 2019-cu ilin fevral ayına qaldı, həmin vaxt yüz fayiz həll olunacaq, narahat olma». Seymur da ona inanmış, demişdir ki, «gözləyirəm, səndən şad xəbər gözləyirəm». 2019cu ilin fevral ayında Seymur yenə də ona zəng vurmuş, ondan soruşmuşdur ki, «nə oldu, uşağın işi həll olmadı, evdəkiləri məndən soruşdular, edə bilmirsənsə mənə de». O da Seymura demişdir ki, «narahat olma, mən tanışlarımla danışmışam, yay ayında bu məsələ həllini tapacaq, tanışlarım mənə belə dedi, səbrli ol, inşallah almar». Seymur onunla razılaşmış, ona demişdir ki, «sənə inanıram, səndən şad xəbər gözləyirəm, görüm nə olur». O Seymura yenə yalan məlumatlar vermiş, istəmişdir ki, ondan şübhələnməsin ki, o onu aldadırmış, qoy ona inansın, ona görə ona yenə də yalan məlumatlar verirmiş. 2019-cu ilin yay ayında da Seymur ona zəng vurmuş, ondan işlərin nə yerdə olmasını soruşmuşdur, o da əvvəlki kimi ona yalan məlumatlar verməyə davam etmişdir, ona demişdir ki, «gözləyirəm, mənə xəbər edərlər». Seymur da ona artıq inanmamış, ona demişdir ki, «istəmirəm, sən məni aldadırsan, hər dəfə yalan danışırsan, xahiş edirəm sənə verdiyim pulumu qaytar, qoy qalsın». O da məcbur qalıb Seymurun ona artıq inanmadığını görüb ona demişdir ki, «narahat olma, sənin pulunu qaytararam». Bundan sonra Seymur hərdəfə ona zəng edib verdiyi pulunu ondan istəyirmiş, oda müxtəlif bəhanələr gətirərək, bu gün sabah pulunu verəcəyini deyirmiş. Beləcə o 2020-ci ilin mart ayına qədər Seymura müxtəlif bəhanələr gətirərək, pulunu qaytaracağını söz verirmiş, amma qaytarmırmış. 2020-ci ilin mart ayının əvvəllərində o Seymura zəng vurmuş, ona demişdir ki, «istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik», Seymur da ona demişdir ki, «mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə». O da eləcə də eləmiş, 500 manat pulu Seymurun göndərdiyi bank kartına yükləmişdir. Sonradan bəhanələr gətirərək Seymurun pulunu ödəməmişdir. 2020-ci ilin may ayında o yenə də Seymura zəng vurmuş, ona demişdir ki, «istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik», Seymur da ona demişdir ki, «mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə». O da eləcə də eləmiş, 1500 manat pulu Seymurun göndərdiyi bank kartına yükləmişdir. Təqsirləndirilən şəxs ittiham aktındakı Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı ifadəsində qeyd edilmişdir ki, Şahid10 onun sinif yoldaşıdır, onunla əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavəti olmamışdır. Zərdab rayon sakini Zərərçəkmiş şəxs2 isə Elsevər vasitəsilə sonralar 2019-ci ilin dekabr ayından etibarən tanımışdır, Əlixanın kürəkəni Maqsudu isə 2019-cu ilin sentyabr ayında Elsevər vasitəsilə tanımışdır, onlarla da əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavəti olmamışdır. 2019-cu ilin avqust-sentyabr aylarında Elsevər ona zəng edərək bildirmişdir ki, “bir nəfər yaxın şəxs var onun işi Ali məhkəmədədir kömək etmək olarmı”. O da Elsevərdən nə iş olmasını soruşmuşdur. Elsevər də ona demişdir ki, «mənim bir tanışım var, Zərdab rayonundandır, adı Əlixandır, Əlixanın oğlu X17 Lənkəran ağır cinayətlər məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Əlixan oğlu Təhməzin cəzasının azaldılması ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə, Əlixanın oğlu Təhməzin cəzasının azaldılması ilə əlaqədar şikayəti təmin edilməmişdir, hazırda da onlar Ali məhkəməyə müraciət etmişlər, sənin Ali Məhkəmədə tanışın var, kömək edə bilərik». O da Elsevərə kömək edə biləcəyini demişdir və bildirmişdir ki, «narahatçılıq yoxdur, mənim Ali məhkəmədə tanışım vardır, kömək edə bilərik». Belə ki, o özü ixtisasca hüquqşünasdır, kömək edəcəkdir deməkdə də hüquqi yardım nəzərdə tutmuşdur. O Elsevərə dəfələrlə bildirmişdir ki, iş haqqında sənədləri gətirsin baxsın. Elsevər bildirmişdir ki, həmin işin görülməsi üçün həmin şəxsin atası Əlixanın yeznəsi Maqsudun 7.000 manat pul olmasını da demişdir. O Elsevərə həmin pulu götürməsini və kömək edə bilər demişdir. Belə ki, onun niyyəti və məqsədi həmin işin düzəlməsi olmamışdır, o həmin pulu ələ keçirmək niyyətində olmuşdur. 2019-cu ilin avqust ayının sonlarında Elsevər ona zəng edərək demişdir ki, “Maqsud poçt vasitəsi ilə 1.000 manat pul göndərib, həmin pulu Fazilə verəcək”. Belə ki, Maqsudu Fazilin vasitəsilə tanımış, sonuncu 1.000 manat pulu vasitəçi olduğu götürmüşdür. O da heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt Fazil özü də onunla telefonla danışmışdır və 1.000 manat pulu vasitəçi olduğu üçün ona çatacağını demişdir. Qeyd etmək istəyir ki, Elsevər ilkin olaraq iş barədə ona demişdir ki, Fazilin onları Maqsudla tanış edəcəyi üçün pul istəməsini demişdir. 2019-cu ilin sentyabr ayının təxminən 4-də Elsevər ona zəng vurmuşdur və ona demişdir ki, «hardasan, təcili görüşməliyik, harada görüşə bilərik». O da Elsevərə demişdir ki, «mən Həzi Aslanov metro stansiyası yaxınlığındayam, nə olub», Elsevər ona demişdir ki, «Əlixanın kürəkəni . Maqsud gəlir, işin həlli ilə əlaqədar pulu gətirir, biz onunla görüşməliyik, səni Xətai metro stansiyasının yanında gözləyirəm», o da Elsevərlə razılaşmışdır, Xətai metro stansiyasının yaxınlığına getmişdir, orada Elsevərlə görüşmüşdür, söhbət zamanı Elsevər ona demişdir ki, «bir azdan Əlixanın kürəkəni Maqsud gəlir, onunla görüşək, görək pulu gətirib, ya yox, hazırda Maqsud 7000 manat pul gətirər, sən bu işi həll edə bilərsən». O da Elsevərin ağzından pulu eşidəndən sonra, fikirləşmişdir ki, pulu əldə edər, onsuzda Ali məhkəmədə tanışı yoxdur, özünü elə aparar guya işi həll edər, Maqsuda da söz verər ki, işini həll edər, əslində həll etməyəcəkdi, pulu ələ keçirəcəkdi, maddi ehtiyyaclarına xərcləyəcəkdir. Ona görə də Elsevərə demişdir ki, «narahat olma, 7000 manat puldan 5000 manatı kimdən xahiş edərəmsə, ona verərəm, sənə də hörmət edərəm, qalan pul da mənim zəhmət haqqımdır». O Elsevərə deməmişdir ki, kimdənsə xahiş edər, tanışı olması barədə də Elsevərə yalan demişdir, əslində nə tanışı olmuşdur, nə də pulu kiməsə verəcəkdi, pulu özünə götürəcəkdi. Həmin şəxslərlə görüşməyə o özünə məxsus avtomobillə getmişdir. Bir az sonra Maqsud və bir nəfər şəxslə gəlmişlər, Maqsud Elsevərlə ona məxsus avtomobildə əyləşmişdirlər. Maşında Elsevər onu Maqsuda təqdim etmişdir, demişdir ki, «bu şəxs Əlibaladır, mənim sinif yoldaşımdır, həm də hüquqşünasdır, onun ali məhkəmədə tanışları vardır, bu işi həll edər, nə söhbətin varsa edə bilərsən». Sonra Elsevər maşından düşmüşdür, o Maqsudla maşında oturmuşdur. Avtomobildə söhbət zamanı Maqsud ona pul vermişdir, həmin pulun 6800 manat olmasını bildirib tezliklə 200 manat da Elsevər vasitəsilə çatdıracağına söz vermişdir. Bundan sonra Maqsud avtomobildən düşüb tanımadığı bir şəxslə sağollaşıb getmişdirlər, Elsevər sonra onun avtomobilinə əyləşmişdir. O Elsevərə demişdir ki, «sən deyirdin ki, bunlan 7000 manat pul verirlər, amma 6800 manat pul verdi, dedi ki, 200 manatı da sənin vasitənlə mənə çatdıracaqlar». Elsevər də ona demişdir ki, «narahat olma, sən onun işini həll elə, deyibsə, çatdıracaq». Sonra o Elsevərə 900 manat pul vermişdir, demişdir ki, “sənə xərclik verirəm, onların işini də düzəldərəm”. Təxminən 2-3 gün sonra Elsevər ona zəng vurmuşdur və ona demişdir ki, «Maqsud gəlir, səni Neftçilər metro stansiyasının yaxınlğında yerləşən çayxanada gözləyərəm, orada görüşək». O da Elsevərlə razılaşmışdır, deyilən yerdə Elsevərlə görüşmüşdür, Maqsud da bir az sonra gəlmişdir, söhbət zamanı Maqsud işin nə yerdə olmasını soruşmuşdur, Elsevər də onu göstərərək, Maqsuda bildirmişdir ki, «Əlibala hüquqşünasdır, çoxlu tanışları vardır, nə lazımdırsa, edəcək». O da həmin vaxt Maqsuda demişdir ki, «nə lazımdırsa, edəcəyəm ki, sizin qohumunuzun cəzası azaldılsın». Sonra Maqsud çıxıb getmişdir, o Maqsuda yalan məlumatlar vermişdir, əslində heç kimə bu barədə müraciət etməmişdir, heç kimdən xahiş etməmişdir, verdikləri ərizənin də cəzasnın azaldılması ilə bağlı olmamasını deməmişdir. Sonra o Elsevərlə sağollaşmışdır, yaşadığı evinə getmişdir. 12 sentyabr 2019-cu il tarixdə Ali məhkəmədə məhkəmə prosesi olmuşdur, o 14 sentyabr 2019-cu il tarixdə Ali məhkməyə getmişdir, istəmişdir ki, maraqlansın məhkəmə hansı qərarı qəbul etmişdir, orada ona məlum olmuşdur ki, məhkəmə müddətin bərpası ilə bağlı Əlixanın ərizəsini təmin etməmişdir və bu barədə qərar qəbul etmişdir. O sonra həmin günü Elsevərlə, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanada görüşmdür, orada o Elsevərə demişdir ki, «məhkəmədən maraqlandım, mənə məlum oldu ki, Əlixanın ərizəsi ilə əlaqədar qərardan şikayət etmə müddətinin bərpa edilməməsi barədə məhkəmə qərar qəbul etmişdir». Bundan sonra Elsevər ona demişdir ki, «onda sən pulu qaytar, dərhal qaytarılmalıdı, mən başqasından xahiş edərəm, işi düzəldər». O da Elsevərə demişdir ki, «mən sənə pulu qaytara bilmərəm, çünki pulu öz maddi ehtiyyaclarıma xərcləmişəm, həmin işlə əlaqədar da sənə dediyim kimi, kiməsə pul verməmişəm, sənə yalan məlumat vermişdim, mənə şərait yarat, həmin pulu sənə hissə-hissə verim, 2-3 günə 1700 manat pulu verə bilərəm, qalan pulu da sənə hissə-hissə verərəm». Elsevər onunla razılaşmışdır. O 2-3 gün sonra Elsevərə zəng vurmuşdur və ona demişdir ki, «biz görüşə . bilərik, pulu sənə verim», Elsevər ona demişdir ki, «bir azdan Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanaya gəl, orada görüşək». O Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanaya getmişdir, orada Elsevərlə görüşmüşdür, üzərində olan 1700 manat pulu Elsevərə vermişdir, Elsevər ondan pulu qəbul etmişdir. Sonra isə 2019-cu ilin dekabr ayınadək o hissə-hissə 2200 manat pulu Elsevərə vermişdir, ümumilikdə 3900 manat pulu Elsevərə vermişdir. Həmin vaxtlar da Əlixan Elsevərə dəfələrlə zəng vurmuşdur və işlə maraqlanmışdır. Bir dəfə Elsevər ona demişdir ki, «Əlixan mənə zəng vurur, işi də həll etməmişik, gəl birlikdə onunla görüşək, onu başa sal», o Elsevərlə razılaşmışdır. 2019-cu ilin dekabr ayında Elsevər ona zəng vurmuşdur və ona demişdir ki, «Əlixan Bakı şəhərinə gəlib o işlə əlaqədar, onunla Xətai metro stansiyasının yaxınlğında görüşək, onu başa sal, gəl məni götür, birlikdə gedək». O da Elsevərlə razılaşmışdır, onu götürüb Xətai metro stansiyasının yaxınlığına gəlmişdir, orada Əlixanla görüşmüşdür, söhbət zamanı Əlixan ondan məhkəmənin qərarını istəmişdir, o da Əlixana demişdir ki, «işin üzərindəyik, çalışırıq, alhahın köməkliyi ilə yaxşı olar», Əlixan ona demişdir ki, «hökmün surətini götürmək istəyirəm». O da Əlixana demişdir ki, «ağsaqqal hökmün surəti verilmir, göndəridəcək ünvana». Daha o Əlixana işin əsl hallarını, yəni müddətin uzadılmasından imtina edilməsi barədə heç bir söz deməmişdir. O da Əlixana demişdir ki, «inşallah bayramdan sonra, yəni dekabr aynın 31-dən sonra iş həll olunacaq». Əlixan onun mobil nömrəsini götürmüşdür, onlarla sağollaşdıb getmişdir. O görüş vaxtı işin əsl hallarını ona görə deməmişdir ki, Əlixan onu aldatdığından şübhələnməsin, fikirləşmişdir ki, bəlkə kömək edər. 2020-ci ilin fevral ayında Maqsud ona zəng vurmuşdur və ona demişdir ki, «biz Elsevərə zəng vururuq, bizim zənglərimizə cavab vermir». O da Elsevərə zəng vurmuşdur, ona demişdir ki, «sən nə səbəbə Maqsudun zənglərinə cavab vermirsən, həm də görüşüb sənə pulun bir hissəsini ödəyim». Elsevər ona demişdir ki, «səni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanada gözləyirəm». O da deyilən yerə getmişdir, orada Elsevərlə görüşmüşdür, görüş zamanı o 500 manat pulu da Elsevərə vermişdir, o ümumilikdə Elsevərə 4400 panat pulu vermişdir, onun Elsevərə 1500 manat verəcəyi qalmışdır, həmçinin Elsevərə demişdir ki, «sən onların zənglərinə cavab vermirsən, bəyəm onların işini həll etməmisən, axı sən mənə dedin ki, mən özüm həll edəcəyəm». Elsevər də ona demişdir ki, «sən pulu qaytar, mən də onların zənglərinə cavab verim, pullarını qaytarım». 2020-ci ilin fevral ayında Maqsud ona zəng vuranda, o onlara demişdir ki, «qardaş məni narahat etməyin, mən sizin işinizlə məşqul oluram». Sonradan istintaq dövründə ona məlum olmuşdur ki, Əlixan ondan və Elsevərdən şikayət edərək, tərəflərindən aldadılmağını və pulunun ələ keçirilməyini qeyd etmişdir. O əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Təqsirləndirilən şəxs ittiham aktındakı Zərərçəkmiş şəxs3 epizodu ilə bağlı ifadəsində qeyd edilmişdir ki, Şahid5 təxminən on ildir ki, tanıyır, onunla aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin oktyabr ayının axırlarında o Şahid5la birlikdə Bakı şəhəri, A.Sultanova heykəlinin yaxınlığında olan çayxanada oturub çay içərkən Səyyarın mobil telefonuna zəng gəlmişdir. Səyyar telefonla danışıb qurtardıqdan sonra ona demişdir ki, telefonla danışdığı Əspan adlı qohumu olmuşdur. Əspan ona yeznəsinin Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234-cü maddələri ilə həbs olunduğunu, hal-hazırda barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığını, yeznəsinin cəzasının yüngülləşdirilməsi üçün ona kömək etməsini xahiş etmişdir. O Səyyara demişdir ki, o hüquqşünasdır, əlaqələrindən istifadə edib ona kömək edə bilərmiş. Təxminən iki gün sonra o Səyyar və Əspanla Bakı şəhəri Yasamal rayonundakı H.Cavid adına parkda görüşmüşlər. O həmin vaxt Əspana demişdir ki, onun tanışı varmış. Həmin tanışına deyib Elmanın cəzasının yüngülləşdirilməsinə kömək edə bilərmiş. Bunun üçün 8000 manat pul verilməli imişlər ki, həmin şəxsə çatsın. Əspan ona demişdir ki, bacısından 8000 manat pulu . götürüb ona verəcək. Səhərisi gün, təxminən 2019-cu ilin noyabr ayının əvvələrində o • Əspanla və Səyyarla həmin parkın yaxınlığında ona məxsus Passat markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində görüşmüşlər. Həmin vaxt Əspan ona 8000 manat pul verib demişdir ki, bacısı Adilədən yeznəsi Elmanın cəzasının yüngülləşdirilməsinə köməklik etmək məqsədi ilə götürmüşdür. Sonra o onlardan ayırılıb getmişdir. O Elmanın cəzasının yüngülləşdirilməsi üçün müəyyən işlər görmək istəmişdir. Lakin onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün həmin məbləğə köməklik edə bilməmişdir. Əspan ona əvvəlcə təkcə məhkəmədə olan ittihamçı prokurorla danışmaq lazım olduğunu demişdir. Bir necə gündən sonra Əspan onunla görüşən vaxt ona demişdir ki, Elmanın işinə baxan hakimlə də danışmaq lazımdı və ondan həmin hakimlə danışmağını, onun cəzasının yüngülləşdirilməsi işini də öz öhdəsinə götürməsini ondan xahiş etmişdir. O Əspana demişdir ki, bununla əlaqədər əlavə olaraq 35000 manat pul da verilməlidir ki, həmin məsələni həll edə bilsin. Bir neçə gündən sonra, təxminən 2019-cu ilin noyabr ayının sonunda Bakı şəhər, Yasamal rayonu ərazisində yerləşən H.Cavid adma parkın yaxınlığında ona məxsus avtomobilin içərisində o Əspanla və Səyyarla görüşmüşlər. Həmin vaxt avtomobilin içərisində Əspan ona 10000 manat pul vermişdir. Bir neçə gün sonra, yəni 2019-cu ilin dekabr ayının əvvələrində o yenə də H.Cavid adına parkın yaxınlığında avtomobilin içərisində Səyyar və Əspanla görüşmüşlər. Həmin vaxt Əspan ona 25000 manat pul vermişdir. O Əspana demişdir ki, narahat olma, onun yeznəsi Elmanın işinə köməklik etməyə çalışacaqdır, yəni Elmanın 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası almasına köməkli edəcəkdir. Lakin o Əspana kimin vasitəsi ilə köməklik edəcəyini deməmişdir. O müxtəlif yollarla ittihamçı prokurora və hakimə çıxış tapıb Elmanın işinə köməklik etmək istəsə də, lakin həmin şəxslərə çıxış tapa bilməmiş və Elmanın işinə köməklik edə bilməmişdir. Həmin vaxt onun banka, həmçinin fərdi şəxslərə borcu olmuşdur. Bank və borclu olduğu şəxslər ondan borcun qaytarılmasını tələb edirmişlər. O işin alınmadığını görüb Əspandan aldığı pulların hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yəni 43000 (qırx üç min) manat pulun bir hissəsini banka olan borcunu ödəmiş, qalan hissəsini isə fərdi şəxslərə olan borcuna qaytarmışdır. 12.03.2020-ci il tarixdə Əspanın bacısının əri Elman Mərdanov barəsində 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında məhkəmə tərəfindən hökm çıxarılmışdır. Bundan sonra Əspan ona verdiyi pulları tələb etməyə başlamışdır. O Əspana ondan aldığı pulları 2020-ci ilin may ayının 15-dək qaytaracağına söz vermişdir. Bununla əlaqədər öz şəxsiyyət vəsiqəsinin arxasına Əspandan aldığı pulları 15 may 2020-ci il tarixədək qaytaracağı barədə qeyd etmişdir. Eləcə də o və Əspan həmin sənədi imzalamışlar. Onun özünə məxsus Sumqayıt şəhərində təxminən 60000-70000 manat dəyərində obyekti vardır, həmin obyekt satılmalıdır. Hətta Elmanın oğlanları Mehman, Nurlan və tanımadığı qohumu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki evinin həyətinə gəlmişlər. Onlar ondan nə üçün ataları Elmanın işinə köməklik etmədiyini soruşmuşlar. O onlara demişdir ki, atalarının cəzasının yüngülləşdirilməsi üçün çalışsa da bu iş alınmamışdır. Lakin ona məxsus obyekt dediyi vaxta kimi satılmadığı üçün o həmin pulu tam şəkildə geri qaytara bilməmişdir. Bildirmişdir ki, o Əspandan aldığı 43000 manat puldan 2000 manat 2020- ci ilin may ayında, 1000 manat isə 2020-ci ilin iyun ayında olmaqla 3000 manat geri qaytarmışdır. O Əspana hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, ondan bacısı, iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın geri qaytarılmasında ona köməklik etməsini xahiş etmiş, maddi vəziyyəti yaxşılaşan kimi həmin pulu ona qaytaracağına söz vermişdir. Əspan da 7000 manat pulu bacısı Adiləyə qaytarmışdır. Bildirmişdir ki, bu günə kimi ümumilikdə zərəçəkmiş şəxsə 10000 (on min) manat pul geri qaytarılmışdır. O qalan 33000 (otuz üç min) manat pulu da hissə-hissə geri qaytarmağa çalışır. Təqsirləndirilən şəxs ittiham aktındakı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 epizodları ilə bağlı ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs4 2020-ci ilin yanvar ayından, Zərərçəkmiş şəxs5 işə tələbəlik illərindən, yəni 1992-1997-ci illərdən etibarən tanıyırmış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Məhyəddinin Azərbaycan Respublikası Milli X11 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işlədiyini onunla tanış olandan sonra bilmişdir. Onun Valeh adlı tanışı varmış, Valeh Yasamal rayonu 9 saylı seçki məntəqəsinin sədri vəzifəsində işləmiş, hərdən Valehlə gedib görüşmüşdür. 2020-ci ilin yanvar ayında Valehlə Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşdükləri vaxt, onun yanında Məhyəddin də olmuş, Valeh də ona demişdir ki, «tanış ol, bu şəxsin adı Məhyəddindi, tanışımdır, Azərbaycan Respublikası Milli X11 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işləyir, onun bir problemi vardır, gör kömək edə bilərsən». O da Məhyəddindən soruşmuşdur ki, «sənin nə problemin var, de, bəlkə kömək edə bildim». Məhyəddin də ona demişdir ki, «mənim qohumum Əli Əskərli Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi idi, onun oxuduğu dövrdə kəsri var idi, Əlinin ailə üzvləri məndən xahiş etdilər ki, əgər universitetdə tanışın varsa, Əlinin kəsir məsələsini həll edim, mən də onlara dedim ki, maraqlanaram, əgər tanış adam olsa, xahiş edərəm». Həmin vaxt da o Məhyəddinə demişdir ki, «tanış mən, nə lazımdır, edərik, uşağın kəsrlərini yazarıq». Məhyəddin də ona demişdir ki, «dəqiq həll edərsənsə, mən qohumlarımnan danışım, nə lazımdırsa, etsinlər». O da Məhyəddinə demişdir ki, «mən danışaram, adam tapsam, sənə deyərəm». Sonradan onlar ayrılmışlar, o yaşadığı evinə getmişdir. O fikirləşmişdir ki, nə desə, Məhyəddin ona istədiyini verər, ona görədə Məhyəddinə qohumunun kəsrlərinin həll edilməsindən ötrü 3500 manat pul istəsin, çünki onun həmin pula ehtiyyacı vardır. Ona görə də Məhyəddinlə telefon əlaqəsi saxlamış, ona demişdir ki, «mən tanış tapmışam, təcili görüşək, bu barədə danışaq». Məhyəddin də onunla razılaşmışdır. Onlar 2020-ci ilin yanvar ayında yenidən Bakı şəhəri Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşmüşlər, söhbət zamanı o Məhyəddinə demişdir ki, «mən adam tapmışam, narahatçılıq yoxdu, sənin qohumunun kəsrlərini həll edəcəyəm, qohumun 2020-ci ilin fevral ayının 18-i dərsə gedəcək, həmin vaxt da bütün kəsləri silinəcək, bunun üçün də 3500 manat pul lazımdır, həmin pulu da təcili hazırlamalısan». Məhyəddin də ona demişdir ki, «narahatçılıq yoxdu, danışım, sənə deyərəm». Bir gün sonra Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «səni Bakı Dövlət Universitetinin yanında gözləyirəm, orada görüşüb söhbət edək». O da Məhyəddinlə razılaşmış, bir az sonra deyilən yerdə Məhyəddinlə görüşmüş, Məhyəddin ona demişdir ki, «mən sənə 3000 manat pul verirəm, kəsrlər tam silinəndən sonra, sənə qalan 500 manat pulu da verəcəyəm». O da Məhyəddinlə razılaşmışdır, çünki istəməmişdir ki, Məhyəddin ondan şübhələnsin, onu aldatdığını hiss etməsin, çünki o Məhyəddinin xahişi ilə əlaqədar heç kimlə danışmamışdır, ona yalan məlumatlar vermiş, pulu ondan alırmış. Məhyəddin ona 3000 manat pulu vermiş, o da ondan almışdır. 2020ci ilin yanvar ayının axırlarında Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «görüşə bilərik, səninlə söhbətim vardır». O da Məhyəddinə demişdir ki, «Bakı şəhəri Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşərik». O da deyilən yerdə Məhyəddinlə görüşmüş, görüş zamanı Məhyəddin ona demişdir ki, «mənim bir tanışım var, adı Tofiqdir, mən Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA- nın parkında görüşdük, söhbət zamanı Tofiq məndən soruşdu ki, «sən bacın oğlunun məsələsini nə etdin, düzəldə bildin». O da Tofiqə demişdir ki, «mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3000 manat pul verdim, o, bacım oğlunun kəslərini yazacaq». Tofiq də ona demişdir ki, «əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsləri var, tanışından soruş gör həmin kəsrləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm». O da Tofiqə demişdir ki, «mən həmin şəxsdən soruşuram, düzəldə bilərsə, sənə xəbər edərəm». Tofiq də ona demişdir ki, «bu kimdi, sən bu şəxsi necə tanıyırsan, onsuzda imtahanların kəsrlərini düzəltmək çətindi, sənin tanışın həqiqətən həll edə bilər, sonra səni aldatmasınlar». O da Tofiqə demişdir ki, «mənim bacım oğlunun işini həll edər, mən sənə 100 yox, milyon fayiz deyirəm ki, həll edər, mən həmin şəxsin adını sənə deyə bilmərəm, həmin şəxsi də kiməsə görə tanımışam, əgər o, işi həll etməsə, mənim başqa bir tanışım ona nələr edər, ona görə də narahat olma». O da fikirləşmişdir ki, onsuzda pula ehtiyyacı vardır, bu pulu da ələ keçirsin, ona görə də Məhyəddinə demişdir ki, «narahatçılıq yoxdu, danış, mən də tanışımla danışım, məbləği sənə deyərəm». Sonra o Məhyəddinlə sağollaşıb ayrılmışlar. Səhərisi, o Məhyəddinə zəng vurmuş və ona demişdir ki, «tanışına de, onun məsələsini həll etmək üçün 10000 manat pul lazımdı, təcili düzəltsin». Məhyəddin də ona demişdir ki, «danışım, deyərəm». Bir neçə gün keçəndən sonra, o görmüşdür ki, Məhyəddindən xəbər yoxdur, ona görə də Məhyəddinə zəng vurmuş və ondan soruşmuşdur ki, «nə oldu, xəbər çıxmadı səndən», Məhyəddin də ona demişdir ki, «mən həmin şəxslə görüşərəm, sənə xəbər edərəm, mənə dediyin məbləğə inanmır». O da Məhyəddinə demişdir ki, «narahatçılıq yoxdu, səndən xəbər gözləyirəm, amma bir az tez elə, vaxt daralır, sonra düzəltmək olmaz». Məhyəddin ona demişdir ki, «mən tanışımla danışdım, tanışım mənə dedi ki, «bu barədə mənim müstəqil qərar vermək ixtiyarım yoxdu, qoy Xaqaniyə zəng vurum, ona bu barədə danışım, sizi görüşdürüm, istəsə, Xəqani özü sənə pulu verər, səndə tanışın vasitəsilə bu məsələni həll edərsən, ona görə də qoy görüşüm, nə olsa sənə xəbər edərəm». Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «mən Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında Xəqani ilə görüşdüm, söhbət zamanı Xəqani Tofiqə dedi ki, «bu adamdır, bacısı oğlunun kəsrlərini tanışı vasitəsilə düzəldir, istəyirsənsə, ətraflı danış, gör həll edə bilərsə, razılaşarsan», Xəqani də onunla Tofiqin yanında bacısı qızının kəsrləri barədə danışmış, aralarında razılaşmışlar, o Xaqaniyə demişdir ki, «belə bir tanışım var, o, mənə dedi ki, bacın qızının kəsrlərini həll etməyə 10000 manat pul istəyir», Xəqani də ona demişdir ki, «mənim üzərimdə bu məbləğdə pul yoxdur, Tofiq məllimə çatdıraram, o, səninlə görüşər», sonra onlar ayrılmış, o evinə getmiş, onlardan xəbər gözləyirmiş. 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış o Məhyəddinə zəng vurmuş, ona demişdir ki, «sesiya qurtarana kimi iş həll olunacaq, Xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll’ edəcəkdir, sadəcə pulu gözləyir, sən Tofiqnən danış, gör istəyir, ya yox», Məhyəddin də ona demişdir ki, «danışım sənə xəbər edərəm». Bir az sonra Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «mən Tofiqlə danışdım, o, mənə dedi ki, yenə də Xəqani ilə danışaram, sənə xəbər edərəm». Bir az sonra Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «mən Tofiqlə görüşdüm, Tofiq mənə 10000 manat pulu verdi», ona demişdir ki, «bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən Xəqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et», o da Tofiqə demişdir ki, «narahat olma, mənim tanışım bu işi həll edər, yüksək səviyyədə, kəsrlər yazılandan solnra, sənə xəbər edərəm, 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll olunacaq, sən də məni kiminsə yanında biabır etmə, işi həll elə», Tofiq ona Xəqaninin bacısı qızının hansı kəsrləri olması barədə kağızı təqdim etmişdir ki, o bilsin qızın hansı fənnlərdən kəsrləri varmış, həmin kəsrləri həll etsin. O da Məhyəddinə demişdir ki, «narahat olma, həll edəcəyəm, səbrli ol, sənin bacın oğlu kimi, bu işi də 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll edəcəyəm, tələbələr dərsə başlayanda artıq kəsrləri olmaz, mənim tanışım var, yaxşı yerdə işləyir». Məhyəddin də ona inanmış, bir söz deməmiş, onunla sağollaşmışdır. Əslində o bununla əlaqədar heç kimə müraciət etməmişdir, heç bir tanışı yoxdur, onun məqsədi Məhyəddinə yalan məlumatlar verib pulunu ələ keçirmək olmuşdur. Dediyi müddətdə, kəsrlər həll olunmamışdır, həmin vaxt Məhyəddin ona zəng vurmuş, ona demişdir ki, «sən mənə qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə, kəsrləri həll edəcəksən, nə mənim bacım oğlunun kəsrləri həll olunub, nə də Tofiqin qohumunun məsələsi həll olunub, nə səbəbə həll etməmisən». O da Məhyəddinə demişdir ki, «bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq, danışmışam, narahat olma, tanışına de, narahat olmasın». Sonradan 2020-ci ilin fevral ayının axırlarında o yenə də kəsrləri həll etməmiş, bu vaxt Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «sən dediyin müddətdə gəldi, yenə də kəsrlər həllini tapmamışdır, Tofiq də mənim başımı xarab edib, deyir ki, sənin tanışın məsələni həll etməmişdir, pulunu istəyir, deyir ki, sənin tanışın səni aldatmışdır, sən nə səbəbə məsələni həll etməmisən, adamlar gözləyir axı». O da Məhyəddinə demişdir ki, «narahat olma, mən tanışımla konkret danışmışam, yüz fayiz həll olunacaq, səbrli ol, tanışına de». Sonradan karantin dövrü ilə əlaqədar o Məhyəddinlə görüşə bilməmiş, həm də universitetlərdə təhsil dayandırılmış, Məhyəddin ona zəng vuranda da, ona deyirmiş ki, «narahat olma, karantin dövrüdü, danışmışam, həllini tapacaq». O beləcə hərdəfə Məhyəddinə yalan məlumatlar verməklə, vəd verdiyi işi həll etmək sahəsində heç bir iş görmür, sadəcə məhyəddinə yalandan vədlər vermişdir ki, onu aldatdığından şübhələnməsin. 2020-ci ilin aprel ayında Məhyəddin ona zəng vurmuş, ona demişdir ki, «mən Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşdüm, görüş zamanı Tofiq mənə dedi ki, tanışın Əlibalaya zəng vur, onu bura çağır, ona inanmıram, onunla görüşüm, desin nə səbəbə kəsrləri həll etməmişdir, mənim pulumu qaytarsın, mən də sənə zəng vurdum, səni Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında gözləyirəm, Tofiq də mənim yanımdadır, mənə inanmır, verdiyi pulunu istəyir, mən telefonu Tofiqə verirəm, özün ona de». O Tofiqlə danışanda, Tofiq ona demişdir ki, «mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram», o da Tofiqə demişdir ki, «narahat olma, iş düzələcək, düzəlməsə mən sənin pulunu verəcəyəm». Beləcə o həm Məhyəddinə, həm də Tofiqə yalan məlumatlar vermiş, amma nə onların ondan istədikləri işi həll etmiş, nə də onların pulunu qaytarmışdır. 2020-ci ilin may ayının əvvəllərində yenədə o vəd verdiyi məsələni həll etməmişdir. Məhyəddin dəfələrlə ona zəng vurub məsələnin nə yerdə olmasını soruşanda, o ona müxtəlif bəhanələr gətirərək məsələnin tez bir müddətdə həll edəcəyini demişdir. 2020-ci ilin may ayının əvvəllərində Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «Tofiq mənə inanmır, pulunu istəyir, səninlə görüşmək istəyir, gəl onunla görüş, özün ona de, məni narahat edir, pulunu istəyir, məndən şübhələnir ki, mən onu aldatmışam, gəl birlikdə görüşək, vəziyyəti ona başa sal, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına birlikdə gedək, Tofiq bizi orada gözləyəcək», o da Məhyəddinə demişdir ki, «narahat olma, sənə xəbər edərəm, görüşərik, birlikdə gedib Tofiqlə görüşərik». O zəngləşib Məhyəddinlə görüşmüş, sonra birlikdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına getmiş, Tofiqin onları orada gözlədiyini görmüşdür. Orada Tofiqlə görüşmüş, söhbət zamanı Tofiq ona demişdir ki, «sən iş düzəldən deyilsən, pulu qaytar, lazım deyil, ikinci dəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən». O da Tofiqə demişdir ki, «mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm». Tofiq də ona demişdir ki, «sən o adamın adını mənə ver, görüm o həll etmək imkanı var, yoxsa yox», o da Tofiqə demişdir ki, «mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam». Tofiq ona demişdir ki, «bu yalan söhbətdir, mən heç səni tanımıram, mən Məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən Məhyəddinlə, necə razılaşarsan». Tofiq onunla və Məhyəddinlə sağollaşıb getmişdir. O da yaşadığı evinə getmişdir. Bir müddət sonra o Məhyəddini inandırmaq üçün və ondan şübhələnməsin deyə ona zəng vurmuş, ona demişdir ki, «tanışım mənə zəng vurmuşdur, narahat olma, məsələ həllini tapacaq, onsuzda dərslər də yoxdur, Tofiqə də deyərsən, qoy sevinsin, üç günə kəsrlərin həll edilməsini sənədini sənə verərəm». Yenə də əvvəlki kimi Məhyəddinə yalan məlumatlar vermiş, onların işini həll etməmiş, çünki o bununla əlaqədar heç kimə müraciət etməmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, «Tofiq mənim evimə gəlmişdir, pulunu istəyir, mən də pulu sənə vermişəm, sən nə vaxt pulunu verirsən, telefonu verirəm özün danış». O da Məhyəddinə demişdir ki, «ver danışım». Həmin vaxt bir nəfər şəxs onunla danışmış, ona demişdir ki, «mənim adım Xaqanidir, Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil», o da Xəqaniyə demişdir ki, «narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəmdə, pulu qaytaracağam». 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamışdır. Avqust ayında onu başqa bir şikayətləəlaqədar həbs etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, təqaüdçüdür, əvvəllər məhkum olunmamış, ali təhsilli, evlidir, üç uşaq atasıdır. Bakı şəhər sakinləri Şahid10 və Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından etibarən tanımış, onlarla əvvəllər aramızda narazılıq, düşmənçilik və ədavət olmamışdır. Şahid1 isə mənim kürəkənimdir, onunla da aramızda narazılıq, düşmənçilik və ədavət olmamış, hazırda da yoxdur. Oğlum X3 ağır cinayətlər məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, mən Təhməzin cəzasının azaldılması ilə əlaqədar Lənkəran ağır cinayətlər məhkəməsinin hökmündən Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə, oğlum Təhməzin cəzasının azaldılması ilə əlaqədar şikayəti təmin edilməmişdir. Mən yaşlı olduğumdan və xəstə olduğumdan Şirvan Apellyasiya məhkəməsinin qərarından narazı qalsam da, şikayət etməmiş və şikayət etmə müddətini ötürmüşdüm. Lakin mən yenə də oğluma kömək etmək və cəzasını qanuni yolla azaltmaq üçün hərəkət edirdim. Nəhayət mən vəkillə məsləhətləşmişəm ki, istəyirəm ki, Şirvan Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti edim. Lakin vəkil mənə bildirmişdir ki, artıq Şirvan Apellyasiya məhkəməsinin qərarından Ali məhkəməyə şikayət etmə müddətini ötürmüşəm, birinci növbədə şikayət etmə müddəti bərpa olunmalıdır, sonra isə qərardan şikayət edə bilərmişəm, bunun üçün də Ali məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Mən də həmin vaxt soraqlaşırdım ki, savadlı bir vəkil tapım, oğlumun cəzasının azaldılmasında mənə kömək etmiş olsun. Mən özüm Ali məhkəməyə Şirvan Apellyasiya məhkəməsinin qərarından şikayət etmə müddətinin bərpa olunması üçün müraciət etmişəm. Həmin ərəfədə kürəkənim Maqsud mənə demişdir ki, «qonşuluqda yaşayan Xamis Təhməzin məsələsini eşidəndən sonra mənə dedi ki, Bakı şəhərində Fazil adlı tanış vardır, onun əli hər yerə girir, istəsən səni onunla tanış edərəm, nömrəni verərəm, get onunla görüş, Təhməzin işinə kömək etsin». Mən bunu Maqsuddan eşidəndən sonra, bildirmişəm ki, «əgər kömək edərsə, Fazili tapın görüşün». Maqsud da mənə demişdir ki, «onda mən Xamislə Bakı şəhərinə gedəcəyəm, orada imkan olsa Fazillə görüşərəm, nəticəsini sənə deyərəm». Mən də Maqsuda razılıq vermişəm. Maqsud qonşusu Xamislə 2019-cu ilin avqust ayında Bakı şəhərinə Fazillə görüşməyə getmişdir. Mən isə rayonda qalmışam. Həmin günü Maqsud mənə zəng vurmuş, mənə demişdir ki, «biz Fazillə Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığında çayxanada görüşdük, görüş zamanı mən Təhməzin məsələsini aydınlığı ilə Fazilə danışdım, Fazil də mənə dedi ki, mənim bir tanışım var, adı Elsevərdir, kömək etsə, o, sizə kömək edər, siz bu gün Bakı şəhərində qalın, səhərisi yenə bu çayxanada görüşərik, Elsevərlə sizi tanış edərəm, ətraflı ona hər şeyi danışarsınız». Mən də Maqsuda demişəm ki, «qal, gör işi həqiqətən həll edərlərsə, ətraflı danış, sonra mənə xəbər edərsən». Səhərisi, Maqsud yenə mənə zəng vurmuş və mənə demişdir ki, «mən deyilən yerdə Fazillə və Elsevərlə görüşdüm, Elsevərə də Təhməzin işini ətraflı danışdım, ona dedim ki, biz qaynım Təhməzin cəzasının azaltmaq istəyirik, ərizə ilə də Ali məhkəməyə müraciət etmişik, sadəcə bizə bir tanış lazımdır ki, cəzanın azaldılmasında bizə kömək etsin, savadlı hüquqşünas olsun, Elsevər mənə dedi ki, bir-iki gün Bakı şəhərində qalın, mənim bir tanışım vardır, qoy bu işlə ətraflı maraqlansın, sizə mənə qısa müddətdə zəng vurub bildirirərəm, mən nə edim». Mən də Maqsuda demişəm ki, «sən bir gün də Bakı şəhərində qal, gör işi həll edə bilərsənsə, mənə xəbər edərsən, çalış həmin şəxslərlə ətraflı danış». Beləcə mən Maqsudla sağollaşmış, ondan xəbər gözləməşəm. Sonradan Maqsud mənə zəng vurmuş və bildirmişdir ki, «həmin Elsevər adlı şəxs mənə zəng vurdu və dedi ki, siz Bakı şəhərində hədər qalmayın, mən sizin işinizi tanışlarla danışdım, həll olunacaq, gedin rayona, məndən xəbər gözləyin, mən özüm sizə zəng vuracağam». Mən də Maqsuda demişəm ki, «onda Bakı şəhərində qalmağın nə mənası vardır, gəl kəndə, səni çağıranda gedərsən». Maqsud kənddə gəlmiş, biz Elsevər adlı şəxsdən cavab gözləyirdik. Bundan sonra da Maqsud kənddə olanda Elsevərlə əlaqə saxlamış və ondan işlərin nə yerdə olmasını soruşmuşdur. 2019cu ilin avqust ayının axırlarında Maqsud bizə gəlmiş və mənə demişdir ki, «Elsevər mənə zəng vurub bildirdi ki,Təhməzin işini düzüb qoşuram, onun hazırda cəzasını çəkdiyi Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə getməliyəm, onunla danışmalıyam, özümlə bir adam var, onu da götürərəm, o, Təhməzin işini həll edir, bunun üçün 1000 manat təcili mənə pul çatdırmalısan». Mən də Maqsuda demişəm ki, «əgər Təhməzin işini həll edirsə, göndərək». Mən 26 avqust 2019-cu il tarixdə yaşadığım Bıçaqçı kənd poçt şöbəsindən Elsevərin adına Bakı şəhərinə 1000 manat pul göndərmiş, sonra da Maqsud Elsevərə zəng vurub bildirmişdir ki, «pulu göndərdik, götürə bilərsən, bizə nə vaxt xəbər verərsən». Elsevər də Maqsuda demişdir ki, «mən pulu götürəndən sonra sənə xəbər edərəm». Bir az sonra Elsevər Maqsuda zəng vurmuş və demişdir ki, «mən 1000 manat pulu Xətai rayonu Həzi Aslanov metro stansiyası tərəfdə yerləşən 129 saylı poçt şöbəsindən aldım, qoy Şəki şəhərinə gedib Təhməzlə görüşüm, sonra sizə xəbər edərəm, inşallah yaxşı olar». 2019-cu ilin sentyabr ayının əvvəllərində Elsevər Maqsuda zəng vurmuş və ona demişdir ki, «Təhməzin işi alınır, təcili nə qədər pulunuz varsa, götürün gəlin Bakı şəhərinə». Oğlum X32 müharibəsində şəhid olduğundan, 2018-ci ilin axırlarında 11000 manat dövlət tərəfindən sığorta pulu verilmişdi, mən də həmin pulu saxlamışdım ki, Təhməzin işində kömək edim. Ona görə də həmin puldan 7000 manat pulu Maqsuda vermişəm ki, Bakı şəhərinə gedib Elsevərə versin. Maqsudda 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə getmişdir. Həmin günün axşamı Maqsud mənə zəng vurmuş və mənə bildirmişdir ki, «mən bakı şəhərində olanda Elsevərə zəng vurdum və gəldiyimi bildirdim, Elsevər də mənə dedi ki, axşamüstü Bakı şəhəri Xətai rayonu ərazisində olan Ali məhkəmənin yanına gələrsən, orada görüşərik, Təhməzin işini həll edən adam da bizim yanımızda olacaq. Mən də deyilən vaxtda Ali məhkəmənin yanına getdim, orada Elsevərlə görüşdüm, Elsevərin yanında bir nəfər şəxs də var idi, Elsevər mənə dedi ki, bunun adı Əlibaladır, Ali məhkəmədə işləyir, onunla danışmışam, Təhməzin cəzasının azaldılmasında kömək edəcək, gəl ayaqda qalmayaq, Əlibalanın maşınına oturaq. Mən də Elsevərlə Əlibalanın idarə etdiyi Passat markalı avtomobilinə oturduq, Əlibala sürücü tərəfdə, Elsevər isə sağ qabaq tərəfində oturmuşdu, mən isə arxada oturmuşdum. Sonra isə Elsevər mənə dedi ki,sənə pul demişdim, gətirmisən, mən də Elsevərə dedim ki, gətirmişəm. Elsevər mənə dedi ki, onda gəl qabaqda otur, pulu say, Əlibalaya ver. Sonra Elsevər maşından düşdü, mən qabaq sağ oturacaqda oturdum, zərfin içərisində olan 7000 manat pulu Əlibalaya təqdim etdim, Əlibala pulu saydı, gördü ki, zərfin içərisində 7000 manat 100 manatlıq pul əskinazlarıdır. Sonra Əlibala mənə dedi ki, siz bu məsələ ilə əlaqədar harasa müraciət etmisiniz, mən də Əlibalaya dedim ki, ali məhkəməyə ərizə ilə müraciət etmişik, lakin xəbər yoxdu. Əlibala da mənə dedi ki, mən maraqlanaram, sənə deyərəm, narahat olma, get rayona, sənə xəbər edərik, mən də rayona gəlim». Mən də Maqsudun bu sözlərinə qulaq asandan sonra ona demişəm ki, «Bakı şəhərində qalmağın mənası yoxdu, gəl rayona, onlardan xəbər gözləyək». Bir neçə gün sonra Elsevər Maqsuda zəng vurmuş və demişdir ki, «sentyabrın ayının 11-də məhkəmə prosesidi, gəlin Bakı şəhərinə». Mən də Maqsuda demişəm ki, «10 sentyabr 2019-cü il tarixdə axşam saatlarında Bakı şəhərinə gedək, səhərisi də rahat Ali məhkəməyə gedərik, Xamisi də özünlə götürərik». Maqsud da mənimlə razılaşmış, mən Maqsudla və Xamislə 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, axşam qohumlarımın evində qalmışıq. Səhərisi, 11 sentyabr 2019-cu il tarixdə gündüz saatlarında Ali Məhkəməyə getmişik. Məhkəmədə olarkən, bizə demişdilər ki, sizin şikayət etmə müddətinizi bərpa edə bilmərik, ərizəniz baxılmamış saxlanılırmış. Biz kor peşman məhkəmədən çıxmış, Xamis əvvəlcə Fazilə zəng vurmuş, ona zəng çatmamış, sonra isə Xamis Elsevərə zəng vurmuş və ona demişdir ki, «hardasınız, məhkəmə bizim işimizə baxmadı». Elsevər də Xamisə demişdir ki, «mən Əlibala ilə Xətai rayon məhkəməsindəyəm, oraya gəlin». Biz Xətai rayon məhkəməsinin inzibati binasının yanına getmiş, orada yaxınlıqda olan çayxanada Elsevər və Əlibala ilə görüşmüş, söhbət zamanı Elsevər və Əlibala bizə demişlər ki, «narahat olmayın, biz Təhməzin məsələsini Ali məhkəmənin plenumuna şikayət edəcəyik, orada baxacaqlar, hələki bu o demək deyilki, Təhməz 11 il cəza çəkəcək, biz əlimizdən gələn köməyi edəcəyik, Əlibala hüquqşünasdır, onun yaxşı tanışları vardır, işi həll edəcək», Əlibala da bizə demişdir ki, «mənim tanışlarım çoxdu, hər şey yaxşı olar, çətin variantda Təhməzi amnistiyaya saldırarıq, tez çıxar, bizim əlimizdədir». Mən də onlara inanmış, onlarla sağollaşmış, rayona qayıtmışam. Rayonda olduğum müddətdə dəfələrlə mən və Maqsud Elsevərlə və Əlibala ilə danışırdıq, hər dəfə onlar mənə və Maqsuda deyirdilər ki, «narahat olmayın, hər şey yaxşıdır, iş düzəlir, bu yaxınlarda Təhməzin sənədləri cəzaçəkmə müəssisəsinə gedəcək». Beləcə hər dəfə zəng vuranda, Elsevər və Əlibala bizə yalan məlumatlar və müxtəlif bəhanələr gətirmiş, şirin dillə bizi sakitləşdirirmişlər, mən onlara inanıb gözləyirdim ki, Təhməzin işi düzələcək. Mən görürdüm ki, Təhməzin işindən xəbər yoxdur, ona görə də qərara gəldim ki, özüm Bakı şəhərinə gedim, Elsevər və Əlibala ilə görüşüm. Ona görə də 26 oktyabr 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, Bakı şəhərində olanda, Elsevərə zəng vurmuş, ona harada olmasını və görüşmək istədiyimi bildirmişəm. Elsevər də mənə demişdir ki, «mən Xətai metro stansiyasının girişində olacağam, orada günorta saatlarında görüşərik». Mən də deyilən vaxtda həmin yerdə Elsevərlə görüşmüş, görüş zamanı Elsevər mənə demişdir ki, «gedək Ali Məhkəmənin qabağına, Əlibala da ordadır, onun iş yeridir, zəng vuraram, düşər bizimlə görüşər». X47 Məhəkəmənin inzibati binasının qarşısına getmiş, ora çatanda görmüşəm ki, Əlibala pilləkənlərdən aşağı düşür. Əlibala ilə orada görüşmüş, söhbət zamanı Əlibaladan və Elsevərdən oğlum Təhməzin işinin nə yerdə olmasını soruşmuşam, çünki onlarla hər dəfə telefonda danışanda, onlar mənə deyirdilər ki, hər şey yaxşıdır,Təhməzin sənədləri getmişdir. Həmin vaxt Əlibala mənə arayış təqdim etmiş, mən arayışa baxmış, görmüşəm ki, arayışda Azərbaycan Respuölikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmuş X17 təyin olunmuş 11 il azadlıqdan məhrumetmə cəzası Ali Məhkəmənin plenum qərarına əsasən 2 il azaldılmışdır, lakin arayışın heç bir möhürü yox idi, üzərində səlahiyyətli şəxsin imzası yox idi, sadəcə arayışın yuxarı hissəsində femidanın əksi var idi. Mən bu sənədin rəsmi olmadığı və doğruluğundan şübhələndiyimdən, onlara demişəm ki, «bu sənəd saxtadır, belə bir sənəd ola bilməz, cəzanın azaldılması qərarla olmalıdır». Elsevər və Əlibala mənə demişdir ki, «qanuni sənəddir, narahat olma, Ali məhkəmənin 11 hakiminin razılığı ilə bu sənəd hazırlanmışdır, plenumdan keçmişdir, rəsmi sənəddir». Mən artıq bu sənədi görəndən sonra şübəhələnmişəm, lakin ürəyimdə azca oğlumun işinin həlli ilə əlaqədar ümidim olmuş, yenə də Elsevər və Əlibalaya inanmış, istəmişəm ki, gözləyim, bəlkə işim düzələr. Həmçinin Əlibala və Elsevər mənə demişdilər ki, bu yaxınlarda sənəd cəzaçəkmə müəssisəsinə gedəcək, yaxşı olacaqmış. Mən də onlarla sağollaşıb rayona gəlmiş, onlardan xəbər gözləmişəm. Mən həmin vaxtlarda Təhməzlə danışmış, ona bu barədə danışmış, Təhməz ona demişdir ki, «ata mənim cəzamın azaldılması ilə əlaqədar heç bir sənəd gəlməmişdir, o iş qurtarıb daha, həll oluna bilməz, qanunun tələbi belədir», o burada da maraqlanırmış. Amma mən yenə də Elsevər və Əlibaladan xəbər gözləyirdim, onlara zəng vururdum, Təhməzlə də danışmağımı onlara danışırdım, onlar isə mənə narahat olmamağımı, yaxın günlərdə bu işin həllini tapacağını deyirmişlər, hər dəfə də müxtəlif bəhanələr gətirirmişlər, gah bazar günü olmasını, gah bayram olmasını, gah dövlət bayramının olmasını, məhkəmələrin işləməməsini deyirmişlər. Mən Təhməzlə danışmış, Təhməz mənə demişdir ki, «ata mən onlara inanmıram, onlar səni aldadır, Elsevər mənə zəng vurmuşdu, mənə deyirdi ki, narahat olma, arxayın ol, novruz bayramı üçün amnistiya ilə səni çölə buraxarıq, narahat olma, əgər mənə inanmırsansa, pulunuzu qaytarım, səbrli ol. İş həll edən çoxdan işi həll etmişdi, artıq uzun müddət keçmişdir». Mən 2019-cu ilin dekabr ayında görmüşəm ki, Esevər və Əlibala məni aldatmış, mənim pulumu ələ keçirmişlər, mən onların oğlunun işini həll edəcəklərinə inanmırdım, əlimi üzmüşdüm. Bundan sonra da mən hər dəfə Elsevərlə və Əlibala ilə danışmış, onlar mənə deyirdilər ki, «ağsaqqal narahat olma, oğlum ölsün işi düzələcək, novruz bayramına qədər səbrli ol, sənədləri hələ getmiyib, biz sənə söz vermişəm, iş alınacaq». Beləcə onlar mənə dəfələrlə müxtəlif bəhanələr və yalan məlumatlar verirmişlər, hətta 2020-ci ilin mart ayının 20-ci tarixi də gəlib çatmış, lakin oğlumun işi düzəlməmiş, mən artıq bir daha tam əmin olmuşam ki, Elsevər və Əlibala məni aldatmış, etibarımdan sui istifadə etmiş, mənə 8000 manat ziyan vurmuşlar. Mən bundan sonra onlardan verdiyim pulumu tələb etmiş, onlara demişəm ki, «pulu verməsəniz sizdən şikayət edəcəyəm, həmin pul şəhidə verilən puldur». Onlar da mənə hər dəfə yalan məlumatlar vermiş, pulumu bu gün, sabah, bir həftə sonra verəcəklərini deyirmişlər. Artıq 2020-ci ilin may ayının axırları çatmış, nə Elsevər, nə də Əlibala mənim pulumu verməmişdir. Mən də məcbur qalıb 30 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti aparatına və prokurorluğuna teleqramma ilə müraciət etmiş, müraciətimdə Elsevər və Əlibalanın məni aldatmasını və 11000 manat pulumu ələ keçirmələrini bildirmişəm. Sonradan məni Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırmışlar, orada da baş vermiş hadisə ilə əlaqədar ətraflı olaraq izahatımda göstərmişəm. Mən Elsevər və Əlibala barəsində qanuni tədbir görülməyini, mənə vurulmuş ziyanın ödənilməsinə köməklik etmələrini xahiş etmişəm. Birinci dəfə mən poçt şöbəsindən 1000 manat pulu Elsevərin adına göndərmiş, ikinci dəfə isə Maqsud Bakı şəhərində 7000 manat pulu onlara vermiş, onların yanında başqa şəxslər olmamışdır. Mən oğlumun cəzasının azaldılması ilə əlaqədar hər hansı bir məbləğdə pul ödənişi verməməli, çünki belə bir köçürmə qanunda nəzərdə tutulmamışdır, həmçinin hər hansı bir rüsum ödəmək də qanunda nəzərdə tutulmamışdır, sadəcə Elsevər və Əlibala bizdən həmin pulu istəmişdilər ki, guya oğlumun cəzasının azaldılması ilə əlaqədar sənədləri düzəldirmişlər və ya məhkəməyə ödəniş edəcəklərmiş, lakin maraqlananda, bilmişəm ki, onlar tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Mən Elsevərin və Əlibalanın başqa şəxsləri də aldatmasını eşitməmişəm, bu barədə məlumatım olmamışdır. Mən ümumilikdə Elsevərə və Əlibalaya 8000 manat pul vermiş, qalan 3000 manat pulu isə onlarla oğlumun işinin həll edilməsi ərəfəsində çəkdiyim xərclər, yəni hər dəfə Bakı şəhərinə gedib gəlmiş, cəzaçəkmə müəssisəsinə gedib gəlmiş və sair xərclər olmuşdur, ona görə belə qeyd etmişəm. Hazırda mənə dəymiş ziyandan Elsevər mənə 7.000 manat qaytarıb, 1.000 manatı isə qəbzə imza atıb ki, qaytaracaqdır, ancaq hazırda 1.000 manat mənə qaytarılmayıb, ziyanımı tələb edirəm. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 sorğu sual zamanı Təqsirləndirilən şəxs ilə ilə ünsiyyəti, Təqsirləndirilən şəxs etibarının olub-olmaması, Təqsirləndirilən şəxs onun etibarını qazanıb-qazanmaması, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edib-etməməsi, Təqsirləndirilən şəxs onu aldadıb-aldatmaması, ona ziyan vurubvurmaması, Təqsirləndirilən şəxs hər hansı bir şərtlə və ya razılıq əsasında pul veribverməməsi barədə bildirmişdir ki, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O bütün söhbətləri Elsevərlə etmişdir və Elsevərə etibarı olmuş və Elsevərə inanıb, pulu Elsevərə vermişdir, Elsevərin kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Elsevər pulu alıb kimə verəcəkdir. Elsevər ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Elsevər pulu alıb Əlibalaya vermişdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Elsevər qaytarmışdır, qalan pulu da Elsevər qaytaracaqdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid2 onun qardaşıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış həyat yoldaşının işi ilə əlaqədar Əlibalanı Əspan vasitəsilə sonradan tanımış ,onlarla əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavət olmamışdır. Onunla əvvələr aramızda normal münasibətlər olduğunu bildirərək mahiyyət üzrə bildirmək istəyirəm ki, ərim Elman Mərdanov 2018-ci ilin oktyabr ayında barəsində Nəsimi rayon Pİ-nin İŞ-də aparılan cinayət işi ilə əlaqədar həbs olunmuş, 2019-cu ilin yay aylarında ərim Elmanın barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə aparılan cinayət işinin istintaqı yekunlaşdırılmış və həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə həmin cinayət işinə hakim Novruz Kərimovun sədrliyi ilə baxılmışdır. Məhkəmədə cinayət işinə baxılarkən ərim Elmana elan olunmuş ittiham ağır olduğundan və həmin ittihama görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan mən, oğlanlarım Mehman və Nurlan ərim Elmanın təqsirli olmasına inanmadığımız üçün onun bəraət alması və ya cəzasının yüngülləşdirilməsi üçün yollar axtarmağa başlamışıq. Bu müddət ərzində mən, qızıl zinyət əşyalarımı və avtomobillərimi satıb 40000 manata yaxın pul düzəltmişəm. Lakin bu işdə köməklik göstərmək üçün kimə müraciət edəcəyimizii bilməmişəm. Mən, qardaşım Əspanla söhbətlər edən zamanı ona ərimi qurtarmaq üçün 43000 manat pul düzəltdiyimi demişəm. Mən, söhbət əsasında qardaşım Əspandan yuxarı orqanlarda işləyən tanışının olub olmadığını soruşmuşam. Əspan mənə Respublikanın müxtəlif hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə işləyən güclü tanışlarının olduğunu, həmin şəxslərin ərimin cəzadan azad olunmasına və ya cəzasının yüngülləşdirlməsinə köməklik edəcəyini bildirmişdir. Mən, Əspana qardaşım olduğu üçün inanmışam. Əspanla aramızda bu barədə olan söhbətləri oğlanlarım Mehmana və Nurlana bildirəndə onlar demişlər ki, ataları uzun müddət həbs olunmuş, lakin buna baxmayaraq Əspan onun işi ilə bir dəfə də olsun maraqlanmamışdır. İndi nə səbəbə Əspan ataları üçün can yandırır. Ona görə də onlar dayıları Əspandan şübhələnmişlər. Mən, oğlanlarıma Əspanın bizə ürəkdən kömək etmək istədiyini bildirmişəm. Çünki qardaşım Əspanın bizi aldatmasına inanmamışam. Mən, və oğlanlarım Əspandan ərim Elmanın işinə köməklik edilməsi üçün nə etmək lazım olduğunu soruşduqda o, demişdir ki, Respublika Prokurorluğunda, Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışları var. Onların köməkliyi ilə Elmanın cəzadan azad olunmasına və ya cəzasının yüngülləşdirilməsinə köməklik edəcək. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Əspan mənim mobil telefonuma zəng vurub məni Bakı şəhərindəki H.Cavid adına parka dəvət etmiş, orada ərimin işi ilə əlaqədar mənimlə danışacağını, onun işinə köməklik edilməsi üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Mən, Əspana inandığım üçün evdən 8000 manat pul götürüb H.Cavid adına parka getmiş, yolla gedərkən Nurlanın mobil telefonuna zəng vurub demişəm ki, Əspan Elmanın işinin düzəlməsi üçün 8000 manat pul istəmişdir ki, həmin pul Baş Prokurorluğun İttiham İdarəsində işləyən vəzifəli şəxsə veriləcək. Nurlan mənə demişdir ki, əgər dayısının tanışı həmin işi görəcəksə 8000 manat pulu ona verim. Axşam biz evdə olarkən mən, oğlanlarıma demişəm ki, H.Cavid adına parkda qardaşım Əspanla görüşmüş, həmin vaxtı Əspanın yanında Səyyar adlı şəxs də olmuşdur. Əspan mənə Səyyarı təqdim edərək Elmanın işində onun tanışının köməklik edəcəyini bildirmişdir. Eləcə də Əspan mənə Elmanın işinin yüngülləşdirlməsi üçün ilk növbədə Baş Prokurorluğun İttiham idarəsinin razılığının alınmasının lazım olduğunu, bunun üçün həmin idarədən 8000 manat pul istədiklərini bildirmiş, həmin vaxtı məndən 8000 manat pul almışdır. Mehman və Nurlan mənə demişlər ki, təki atamıza köməklik olunsun, ona görə də bu işə etiraz etmirik. Lakin bundan bir həftə sonra Əspan mənim mobil telefonuma zəng vurub verdiyi 8000 manat pulun kifayət etmədiyini və əlavə 20000 manat da pul lazım olduğunu bildirmiş və məni yenə də H.Cavid adına parka dəvət etmişdir. Bu dəfə mən, oğlanlarım Mehman və Nurlanla birlikdə evdən 20000 manat pul götürüb Əspanla görüşmək üçün H.Cavid adına parka getmişik. Əspan oraya özünü Səyyar kimi təqdim edən şəxslə gəlmişdir. Orada Əspan onlara verilən pulun kifayət etmədiyini, digər orqanlara da pul verilməli olduğunu, ona görə də 20000 manat pul verilməli olduğunu bildirmişdir. Biz Əspandan həmin pulun kimə çatacağını və Elmanın işinin aqibətinin necə olacağını soruşmuşuq. Səyyar bizə demişdir ki, özü təqaüddə olan polis mayorudur. Bu işlə o, özü və Dövlət Təhlükəsizlik Xidmətində işləyən şəxs məşğul olacaqdır. Həmin şəxslərin adının çəkilməsi təhlükəli olduğu üçün onların adını deməyəcək. Biz Səyyara inanmışıq. Ona görə də həmin vaxtı mən, özüm ilə gətirdiyim 20000 manat pulu çıxarıb sayıb ona Əspana vermişəm. Əspan həmin pulu əynindəki plaşın iç qoltuq cibinə qoymuşdur. Sonra onlar demişlər ki, hər şey yaxşı olacaq, ona görə də narahat olmasınlar. Bu iş barəsində heç bir yerdə heç kəslə danışmasınlar. Biz yenə də gözləməyə başlamış, məhkəmədə isə Elmanın barəsində olan cinayət işi üzrə proses hər dəfə təxirə salınmışdır. Əspan bizə demişdir ki, bu işi uzatmaq üçün prosesi uzatdırır. 2019-cu ilin noyabr ayının axırlarında Əspan yenə də mənim mobil telefonuma zəng vurub Elmanın işinə köməklik edilməsi üçün İttiham İdarəsində işləyən vəzifəli şəxslərə 7000 manat da pul verilməli olduğunu, ona görə də 7000 manat pul götürüb Bakı şəhəri, Biləcəri qəsəbəsindəki Beynəlxalq Avtovağzala gəlməyimi demişdir. Mən, kiçik oğlum Müseyiblə birlikdə Beynəlxalq Avtovağzala getmiş, orada Əspanla görüşüb 7000 manat pulu ona vermişəm. Dekabr ayının əvvəllərində Əspan mənim mobil telefonuma zəng vurub Elmanın məhkəmə zalından buraxılma məsələsinin həll olunduğunu, bunun üçün yenə də işə baxılan məhkəməyə 8000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxtı evdə cəmisi 5000 manat pulumuz qalmışdır. Bu səbəbdən də oğlum Mehman əmisi İlyasdan atasının işinin həll edilməsi üçün ondan 3000 manat borc götürmüşdür. Həmin gün Mehman Əspanın yaşadığı Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən mənzilinə getmiş, Əspanın yaşadığı mənzildə 8000 manat pulu ona vermişdir. Mehman Əspana artıq pullarının qurtardığını, borca düşdüklərini deyərək bu məsələnin nə vaxt həllini tapacağını soruşmuş, Əspan məhkəmədə Elmanın cinayət işi ilə əlaqədar prosesin yekunlaşdığını, həmin pulu da hakimə verdikdən bir müddət sonra Elmanın məhkəmə zalından buraxılacağını bildirmişdir. 12.03.2020-ci il tarixdə məhkəminin hökmü ilə ərim Elman Mərdanov Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Biz qardaşım Əspan tərəfindən aldadıldığımızı başa düşüb ona verdiyimiz 43000 manat pulu geri qaytarmasını istəmişik. İlk əvvəllər Əspan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonra isə bizdən aldığı pulları Əlibala adlı şəxsə verdiyini bildirmişdir. Sonra Əspan bizə demişdir ki, Əlibalanın dostu Ədalət adlı şəxs Baş prokurorluqda atanın işinə köməklik edəcək şəxsin qəbuluna onu və qaynı İlyası yazdıracaq. Bir neçə gün sonra Ədalət qaynı İlyasla Semaşko xəstəxanasının yaxınlığında görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Həmin vaxtı Ədalət İlyasa demişdir ki, onu Baş prokurorluqda Elmanın işinə kömək edən vəzifəli şəxsin qəbuluna salacaq. X36 mobil telefonuna zəng vurub onlarla görüşmək istədiyini demişdir. Oğlanlarım Nurlan, Mehman, qaynım İlyas və oğlu Şahsuvarla Bakı şəhərindəki Nərimanov rayonundakı Elit ticarət mərkəzinin yaxınlığındakı çayxanada görüşmüşlər. Ədalət orada onlara demişdir ki, əgər onlar verdiyi pulu tələb etsələr, sonra Elmanın işinə heç bir köməklik etmək mümkün olmayacaq. Onlar bir qədər gözləsinlər. Onların Baş Prokurorluqda işləyən tanışı atasının işinə köməklik edəcək. Oğlanlarım və qaynım İlyas Ədalətdən onları Əlibala ilə tanış etməsini tələb etdikdə Ədalət onlara Əlibalanın yüksək vəzifədə işlədiyini, ona görə də onlarla görüşə bilməyəcəyini demişdir. Ədalət onlara gözləməsini, Elmanın işinin apellyasiya məhkəməsi vasitəsi ilə həll olunacağını demişdir. Bir neçə gündən sonra Əspan 7000 manat pulu oğlu Yusifin vasitəsi ilə Mehmana göndərmişdir. Əspan bizə demişdir ki, onlara köməklik etmək məqsədi ilə avtomobilini satıb 7000 manat pulunu bizə vermişdir. Bundan sonra biz Əspandan tələb etmişik ki, bizi həmin Əlibala adlı şəxslə görüşdürsün. Əspan Nurlanı, Mehmanı və bacım oğlu Elbrusu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aparıb Əlibala adlı şəxslə görüşdürmüş, həmin vaxtı Əlibalanın yanında onun tanışı Ədalət də olmuşdur. X14 verdikləri pulun ona verilib verilmədiyini soruşmuş, Əlibala onlara demişdir ki, verdikləri pulun hamısı ona verilib. Oğlanlarım Əlibaladan nə səbəbə Elmanın işinin alınmadığını soruşmuş, Əlibala onlara demişdir ki, o, bu işin düzəlməsi üçün çalışsa da Elmanın işi alınmamışdır. Ona görə onların pullarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gündən sonra Əspan Əlibalanın şəxsiyyət vəsiqəsinin surətini gətirib onlara verib demişdir ki, Əlibala öz xətti ilə həmin şəxsiyyət vəsiqəsinin arxasında Əspandan 43000 manat pul aldığını, həmin pulu 15.05.2020-ci il tarixdə qaytaracağını qeyd etmiş o, və Əlibala həmin vəsiqəyə imza etmişlər. Ona görə də təqsirləndirilən şəxsin ən ağır formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 sorğu sual zamanı Təqsirləndirilən şəxs ilə ilə ünsiyyəti, Təqsirləndirilən şəxs etibarının olub-olmaması, Təqsirləndirilən şəxs onun etibarını qazanıb-qazanmaması, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edib-etməməsi, Təqsirləndirilən şəxs onu aldadıb-aldatmaması, ona ziyan vurubvurmaması, Təqsirləndirilən şəxs hər hansı bir şərtlə və ya razılıq əsasında pul veribverməməsi barədə bildirmişdir ki, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir, Əspanın kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Əspan pulu alıb kimə verəcəkdir. Hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüşdür, Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmişdir, Səyyarın bu işləri görədəyini Əspan ona bildirmişdir, Əspan ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əspan söhbətlər zamanı Səyyarın adını çəkiblid. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7000 manat bir qaytarıb, sonra Əspan 2000 manat bir, 1000 manat bir, 3075 manat da Əspan poçt vasitəsilə göndərib. Hapzırda əspan ona 13075 manat pul qaytarıb. Məhkəmə istintaqı zamanı şahidlər qismində dindirilmiş Şahid8 və Şahid9 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişlər. Həmçinin Şahid8 və Şahid9 da məhkəmədə sorğu sual zamanı bildirmişlər ki, onlarla söhbəti dayıları Şahid2 etmiş və Səyyar adlı şəxs etmişdir. Təqsirləndirilən şəxs tanımamışlar, Əlibala onlarla hər hansı bir iş barədə söhbəti olmamışdır, əlibala ilə söhbətləri olmadığı üçün əlibala onları aldadıb pul almamışdır, Əlibalaya pul verməmişlər. Pulu dayıları Əspana vermişlər. Əspan pulu Əlibalaya vermək adı ilə onlardan almamışdır. Atalarının işi məhkəmələrdə həll edilməyəndən sonra, Əspandan pulu geri tələb etdikdə, yalnız bundan sonra bilmişlər ki Əlibala adlı adam var və bundan sonra Əspandan və Əlibaladan pullarını tələb etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis vəzifəsində işləyirəm. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 1992-1997-ci illərdə tələbə olduğu dövrdə tanımış, Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 isə təxminən 10 ilə yaxındır ki, tanıyıram, onlarla əvvəllər aramızda narazılıq, düşmənçilik və ədavət olmamışdır. Əlibala ilə 2020-ci ilin aprel ayında Bakı şəhəri Yasamal rayonu BDU-nin yanındakı Milli Elmlər Akademiyasının mərkəzi kitabxanasının yanında görüşdükdə, yenidən tanımış, Əlibala mənə universitet illərini xatırladanda, həmin vaxtdan tanıdığımı bilmişəm. 2019-cu ilin dekabr ayının axırlarında mən, tanışım Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşük, söhbət zamanı Məhyəddin mənə demişdir ki, «bacım oğlu Əli Əsgərli BDU-nin Kimya fakültəsində oxuyur, imtahan kəsrləri vardır, həmin kəsrləri düzəltməkdə, mənə kömək edə bilərsən». Mən də Məhyəddinə demişəm ki, «hazırda imtahanlar başqa sistemlə həyata keçirilir, rəhbərlik də dəyişilib, imtahanlardakı kəsrləri həll etmək olmur, yalnız savadla test imtahanı verdikdən sonra, imtahandan keçirsən, həm də imtahanlarda tələbənin adı yazılmır, şifrələr olur, imtahanın nəticələrini yoxlayan məllimlər hansı tələbənin nəticələrini yoxladıqlarını bilmirlər». Məhyəddin də mənim cavabımdan sonra, mənimlə sağollaşıb getmişdir. 2020-ci ilin yanvar ayının axırlarında mən, tanışım Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşük, söhbət zamanı mən, Məhyəddindən soruşmuşam ki, «sən bacın oğlunun məsələsini nə etdin, düzəldə bildin». Məhyəddin də mənə demişdir ki, «mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3000 manat pul verdim, o, bacım oğlunun kəsrlərini yazacaq». Mən də Məhyəddinə demişəm ki, «əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsrləri var, tanışından soruş gör həmin kəsrləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm». Məhyəddin də mənə demişdir ki, «mən həmin şəxsdən soruşuram, düzəldə bilərsə, sənə xəbər edərəm». Mən də Məhyəddinə demişəm ki, «bu kimdi, sən bu şəxsi necə tanıyırsan, onsuzda imtahanların kəsrlərini düzəltmək çətindi, sənin tanışın həqiqətən həll edə bilər, sonra səni aldatmasınlar». Məhyəddin də mənə demişdir ki, «mənim bacım oğlunun işini həll edər, mən sənə 100 yox, milyon faiz deyirəm ki, həll edər, mən həmin şəxsin adını sənə deyə bilmərəm, həmin şəxsi də kiməsə görə tanımışam, əgər o, işi həll etməsə, mənim başqa bir tanışım ona nələr edər, ona görə də narahat olma». Sonra biz Məhyəddinlə sağollaşıb ayrılmışıq. Səhərisi, Məhyəddin mənə zəng vurmuş və demişdir ki, «mən tanışımla danışdım, o, mənə dediyin tələbənin kəsrlərini düzəldə biləcəyini bildirdi, əvəzində də 10000 manat pul istəyir». Mən də Məhyəddinə demişəm ki, «bu barədə mənim müstəqil qərar vermək ixtiyarım yoxdu, qoy Xəqaniyə zəng vurum, ona bu barədə danışım, sizi görüşdürüm, istəsə, Xəqani özü sənə pulu verər, səndə tanışın vasitəsilə bu məsələni həll edərsən». O da tanışı Xəqaniyə zəng vurmuş və ona demişdir ki, «bir tanışım var, bacısı oğlunun imtahan kəsrlərini həll edib, sən məndən neçə vaxtdır ki, bacın qızının kəsrlərini həll etməyimi xahiş edirsən, mən isə edə bilmirdim, lakin bu tanışım deyəsən həll edə bilir, istəyirsənsə gəl, onunla səni görüşdürüm». Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Xəqani Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gəlmiş, Məhyəddin də onun yanında olmuş, Xəqani Məhyəddinlə görüşmüşdür. Söhbət zamanı o, Xəqaniyə demişdir ki, «bu adamdır, bacısı oğlunun kəsrlərini tanışı vasitəsilə düzəldir, istəyirsənsə, ətraflı danış, gör həll edə bilərsə, razılaşarsan». Xəqani də Məhyəddinlə mənim yanımda bacısı qızının kəsrləri barədə danışmış, aralarında razılaşmışlar, Məhyəddin Xəqaniyə demişdir ki, «belə bir tanışım var, o, mənə dedi ki, bacınız qızının kəsrlərini həll etməyə 10000 manat pul istəyir». Xəqani də Məhyəddinə demişdir ki, «mənim üzərimdə bu məbləğdə pul yoxdur, Tofiq məllimə çatdıraram, o, səninlə görüşər». Sonra onlar ayrılmışlar, Məhyəddin gedəndən sonra, Xəqani mənə demişdir ki, «mən bu adamdan gözüm su içmir, bu bizi aldadar». Mən də Xəqaniyə demişəm ki, «vallah bu mənə deyir ki, bacısı oğlunun işini həll edib, səni də çağırdım ki, sənin də işini həll etsin». Sonra biz ayrılmışıq, o da evinə getmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış Məhyəddin mənə zəng vurmuş və demişdir ki, «sesiya qurtarana kimi iş həll olunacaq, xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll edəcəkdir, sadəcə pulu gözləyir». Mən də Məhyəddinə demişəm ki, «mən yenə də Xəqani ilə danışaram, sənə xəbər edərəm». Sonra mən, Xəqani ilə danışmış, Xəqani mənə demişdir ki, «qardaş bağışla, mənim bu adamlardan gözüm su içmir, bizi aldadarlar, pulumuz ortada batar, mən bunlara pul vermək fikrim yoxdu». Sonra mən, öz özlüyümdə fikirləşmişəm ki, həqiqətən də Məhyəddinin tanışı kəsrləri həll edə bilər, sonra gec olar, qoy özümdə olan 10000 manat pulu Məhyəddinə verim, o, Xəqaninin bacısı qızının kəsr məsələsini həll etsin, sonra iş alınandan sonra Xəqanidən pulumu alaram. Lakin mən, özümdə olan 10000 manat pulu verməyim ilə əlaqədar Xəqaniyə heç bir söz deməmiş, ondan xəbərsiz 10000 manat pulu vermək üçün Məhyəddinə zəng vurmuş, onunla Fizika-riyaziyyat təmayüllü litseydə yerləşən seçki məntəqəsində görüşmüş, 10000 manat pulu Məhyəddinə vermiş, ona demişəm ki, «bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən Xəqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et». Məhyəddin də mənə demişdir ki, «narahat olma, mənim tanışım bu işi həll edər, yüksək səviyyədə, kəsrlər yazılandan sonra, sənə xəbər edərəm, 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll olunacaq». Mən da öz növbəmdə, Xəqaninin bacısı qızının hansı kəsrləri olması barədə kağızı Məhyəddinə təqdim etmişəm ki, tanışı bilsin qızın hansı fənnlərdən kəsrləri var, həmin kəsrləri həll etsin. Məhyəddinin dediyi müddətdə, yəni qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə, mən, görmüşəm ki, Xəqaninin bacısı qızının kəsrləri həll edilməmişdir. Mən, Məhyəddinə zəng vurmuş və ona demişəm ki, «bəs sən mənə dedin ki, kəsrlər qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə həll olunacaq, sesiya qurtardı, sesiya da başlandı, amma kəsrlər həll olunmamışdır». Məhyəddin də mənə demişdir ki, «mən tanışımla danışaram, sənə xəbər edərəm». Bir az sonra Məhyəddin mənə zəng vurmuş və demişdir ki, «mən tanışımla danışdım, o mənə dedi ki, bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq». Mən də Məhyəddinlə sağollaşmış, gözləmişəm ki, dediyim müddətdə, yəni 10 gün müddətində məsələ həllini tapsın. Sonradan mən, yenə də 2020-ci ilin fevral ayının axırlarında kəsrlərin həll olunmadığını görüb yenidən Məhiyəddinə zəng vurmuş və ona demişəm ki, «axı nə oldu, sənin tanışın bu məsələni həll etmədi, deyəsən bu bizi aldadır, sən onunla konkret danış, həll edə bilmirsə, pulu qaytarsın». Məhyəddin də mənə demişdir ki, «narahat olma, mən tanışımla konkret danışmışam, yüz faiz həll olunacaq». Sonradan mən, məsələnin həll olunmayacağını görüb Məhiyəddinə demişəm ki, «sənin tanışın kimdir, kim bu məsələni həll edir, sən adını ver, mən araşdırım, görüm kimdir». Məhyəddin də mənə həmin şəxsin adını deməmiş, mənə demişdir ki, «narahat olma, məsələ həllini tapacaq». Mən də öz növbəmdə dələduzluqla məşğul olan şəxslərin adlarını Məhyəddinə demiş və ondan soruşmuşam ki, «həmin adamlardı», Məhyəddin yenə də həmin şəxsin adını mənə deməmişdir. Beləcə mən, dəfələrlə Məhyəddinə zəng vurub işin nə yerdə olmasını və həll olunub olunmamasını soruşmuşam, Məhyəddin də mənə tanışının işi həll edəcəyini demişdir. Sonra 2020-ci ilin aprel ayının 26-da o, facebook sosial şəbəkəsində olarkən, Əlibala adlı şəxsin şəklini görmüş, şəklini çəkərək məhyəddinə atmış və ona yazmışam ki, «bəlkə budur, gör tanıya bilirsən». Məhyəddin də mənə demişdir ki, «hə biridə budur, mən bununla iş görmüşəm». Mən də məhyəddinə demişəm ki, «bu dələduzdur, sənin pulun getdi, səni bu adam aldatmışdır, pulu da ələ keçirmişdir, mən bu şəxsin dələduzluqla məşqul olmasını və tutulmasını bilirdim». Məhyəddin də mənə demişdir ki, «düz deyirsən, məni də bu şəxslə tanış ediblər, mən də tanımırdım, adı əlidir». Mən də məhyəddinə demişəm ki, «sən bu adamı yaxşı tanımırsan, onunla iş görürsən, bu adamın adı əlibaladır, neçə dəfə tutulub, sən belə adamnan niyə iş görürsən». Məhyəddin də mənə demişdir ki, «istəyirsənsə, gəl görüşək, sənin yanında mən bu adama zəng vurum, özün də bu adamla danış və işin nə səbəbə həll olunmamasını soruş». Bir-iki gün sonra mən Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşəm. Görüş zamanı Məhyəddin Əlibalaya zəng vurmuş və ona demişdir ki, «tofiq yanımdadır, mənə inanmır, verdiyi pulunu istəyir». Sonra məhyəddin Əlibalaya demişdir ki, «mən telefonu Tofiqə verirəm, özün ona de». Sonra Məhyəddin telefonu mənə vermiş, mən Əlibala ilə danışan zaman mənə demişdir ki, «mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram», Əlibala da mənə demişdir ki, «narahat olma, iş düzələcək, düzəlməsə mən sənin pulunu verəcəyəm». Bundan sonra da mən dəfələrlə Məhyəddindən verdiyim pulumu geri istəyirdim, Məhyəddin də mənə demişdir ki, «narahat olma, mən səni Əlibala ilə görüşdürərəm, özün də ona deyərsən». 2020-ci ilin may ayının əvvəllərində Məhyəddin mənə demişdir ki, «mən Əlibala ilə danışmışam, günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gələcək, orada birlikdə onunla görüşərik». Mən də məhyəddinlə razılaşmış, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında olarkən, Məhyəddin Əlibala ilə gəlmiş, mənimlə görüşmüşlər. Söhbət zamanı mən Əlibalaya demişəm ki, «bu iş düzələn deyil, pulu qaytar, lazım deyil, ikincidəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən». Əlibala da mənə demişdir ki, «mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm». Mən də Əlibalaya demişəm ki, «sən o adamın adını mənə ver, görüm o həll etmək imkanı var, yoxsa yox», Əlibala da mənə demişdir ki, «mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam». Mən də Əlibalaya demişəm ki, «bu yalan söhbətdir, mən heç səni tanımıram, mən Məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən məhyəddinlə, necə razılaşarsan». Mən Məhyəddinlə və Əlibala ilə sağollaşmış, yaşadığım evimə getmişəm. Bir müddət sonra Məhyəddin sevinə-sevinə mənim yanıma gəmiş, mənə demişdir ki, «iş həll olunacaq, üç günə kəsrlərin həll edilməsini sənədini sənə verərəm». Mən də Məhyəddinə demişəm ki, «sən hələdə Əlibalaya inanırsan, o iş həll edən deyil, danış pulu al ondan». Məhyəddin mənə demişdir ki, «narahat olma, həll olunacaq». Həmin söhbətdən də iki ay keçmiş, yenə də məsələ həllini tapmamışdır. Mən sonra Xəqani ilə görüşmüş, ona demişəm ki, «mən bacın qızının işinə görə tanışım Məhyəddinə 10000 manat pul vermişəm, o da Əlibala adlı tanışına vermişdir, lakin hələ də kəsr məsələsini həll edə bilməmişdir, indi də pulumu ala bilmirəm, mənə kömək et». Xəqani də mənə demişdir ki, «pulu kimə vermisənsə, gedək onunla görüşək, görək nə məsələdir». Mən də Məhyəddinə zəng vurmuş və harda olmasını soruşmuş, Məhyəddin mənə demişdir ki, «mən evimdəyəm». Mən də Məhyəddinə demişəm ki, «mən ora gəlirəm, həyətə düş görüşək». Mən Xəqani ilə Məhyəddinin yaşadığı binanın həyətinə getmiş, Məhyəddinə zəng vurmuş, Məhyəddin həyətə düşmüşdür. Mənim yanımda Xəqani və Xəqaninin tanışı olmuşdur. Həmin vaxt Xəqani Məhyəddinə demişdir ki, «işi düzəltmək lazım deyil, nə qədər pul verilibsə sənə, həmin pulu qəpiyinə qədər qaytarmalısan». Məhyəddin də mənə demişdir ki, «pulu mən Əlibalaya vermişəm, heç bir qazancım da olmamışdır, hamısını Əlibalaya vermişəm, ondan istəyirəm, deyir ki, qaytaracağam». Həmin vaxt da Məhyəddin Əlibalaya zəng vurmuş və Əlibala cavab verəndən sonra, Məhyəddin Əlibalaya demişdir ki, «buraya pulunun arxasınca gəliblər, verirəm telefonu özün danış». Məhyəddin telefonu Xəqaniyə vermiş, Xəqani Əlibalaya demişdir ki, «Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil», Əlibala da Xəqaniyə demişdir ki, «narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəm də, pulu qaytaracağam». X40 ilə razılaşmış, sonra isə biz Məhyəddinlə sağollaşıb getmişlər. 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamış, avqust ayında eşitmişəm ki, Əlibalanı başqa bir şəxsi aldatdığına görə Yasamal polis idarəsi tərəfindən tutmuşlar. Bundan sonra da o Məhyəddinə demişdir ki, «mən Əlibalanı tanımıram, mənim pulumu qaytar, yoxs mən də şikayət edəcəyəm». Mən pulu Məhyəddinə verərkən bizim yanımızda heç kim olmamış, həmçinin Məhyəddinin pulu Əlibalaya verərkən, onların yanında kimin olmasını deyə bilməmişdir. Mən Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitmişəm. Mən Məhyəddinə ifadəmdə qeyd etdiyim puldan başqa hər hansı bir məbləğdə pulu verməmiş, eşitdiyimə görə Məhyəddin də Əlibalaya 3000 manat pul vermişdir. Mənimlə Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamış, Məhyəddinlə Əlibala arasında hər hansı bir razılaşmanın olmasını və ya Əlibalanın aldığı puldan Məhyəddinə hər hansı bir məbləğdə pul verməsini deyə bilmərəm. Mənə dəyən ziyan tam ödənildiyindən şikayət və tələbim yoxdur, mən Əlibalaya birbaşa pul verməmişəm. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 sorğu sual zamanı Təqsirləndirilən şəxs ilə ilə ünsiyyəti, Təqsirləndirilən şəxs etibarının olub-olmaması, Təqsirləndirilən şəxs onun etibarını qazanıb-qazanmaması, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edib-etməməsi, Təqsirləndirilən şəxs onu aldadıb-aldatmaması, ona ziyan vurubvurmaması, Təqsirləndirilən şəxs hər hansı bir şərtlə və ya razılıq əsasında pul veribverməməsi barədə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, lakin Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, uzun müddətdir ki, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O bütün söhbətləri Zərərçəkmiş şəxs4lə etmişdir və Məhyəddinə etibarı olmuş və Məhyəddinə inanıb, pulu Məhyəddinə vermişdir, Məhyəddinin pulu kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir. Məhyəddin ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əgər bilsəydi ki Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir, heç vaxtı Məhyəddinə bu pulu verməzdi. Çünki Əlibalanı tələbəlik illərindən tanımışdır, düz adam kimi tanımır, ona qarşı hər hansı bir etibarı yoxdur. Soradan pul veriləndən və iş alınmayadna sonra Məhyəddin bildirmişdir ki, pulu Əlibalaya veribdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Məhyəddin qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. X25 bacısı Adilənin əridir. Elman Mərdanov 2018-ci ilin oktyabr ayında barəsində Nəsimi rayon Pİ-nin İŞ-də aparılan cinayət işi ilə əlaqədar həbs olunmuşdur. 2019-cu ilin yay aylarında Elmanın barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə aparılan cinayət işinin istintaqı yekunlaşdırılmış və həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, ilk vaxtlar Elmanın işi ilə maraqlanmışdır. 2019-cu ilin oktyabr ayında bacısı Adilə ona demişdir ki, «nə vaxt mənə qardaşlıq edəcəksən, əri Elman ağır maddə ilə həbs olunuşdur, mənə kömək edən yoxdur». Onun bacısına yazığı gəldiyi üçün ona demişdir ki, «bir nəfər tanış var, onunla maraqlanacağam». O, tanışı Səyyarın mobil telefonuna zəng vurub demişdir ki, «yeznəm Elmanın Bakı Ağır Cinayətlər məhkəməsində işinə baxılır, onun cəzasının yüngülləşdirlməsi üçün köməklik etmək lazımdır». Səyyar ona demişdir ki, onun bir nəfər tanışı vardır, onunla danışıb ona deyəcəkdir. Bildirir ki, o, Səyyarı təxminən 10 ildir ki, tanıyır. Səyyar ona Xətai rayon prokurorunun qohumu kimi təqdim etmişdir. Səhərisi gün Səyyar onun mobil telefonuna zəng vurub demişdir ki, Əlibala adlı tanışı vardır, Əlibala onun yeznəsinin işinə köməklik edə bilər. Sabah Bakı şəhərindəki H.Cavid adına parka gəlim orada görüşsünlər. Səhərisi gün o, Bakı şəhərindəki H.Cavid adına parka getmişdir. Həmin vaxtı Səyyar onu bir nəfər şəxslə tanış edərək Əlibala olduğunu bildirmişdir. Əlibala ona demişdir ki, Dövlət Təhlükəsizlik Xidmətində mayor rütbəsində mühüm vəzifədə işləyir. O, Əlibala ilə söhbət edərək yeznəsinin işi ilə əlqədar onunla danışmış, ona demişdir ki, cəzasının yüngülləşdirilməsi üçün onlara köməklik etsin. Əlibala ona demişdir ki, Elmanın barəsində olan cinayət işinə aid ittiham aktınmm surəti ona versin. O, Respublika Prokurorluğunda işləyən tanışı ilə danışıb yeznəsinə köməklik edəcəkdir. O, bacısı Adiləyə Elmanın barəsində olan cinayət işinə aid olan ittiham aktının surətinin Səyyar adlı tanışına verməsini bildirmişdir. X41 cinayət işinə dair ittiham aktını oğlu Müseyiblə Səyyara göndərmişdir. Sonradan Əlibala onun mobil telefonuna zəng vurub demişdir ki, ittiham aktı ilə tanış olmuşdur. O, Baş Prokurorluqda işləyən tanışı ilə danışmışdır. Həmin tanışı məhkəmədə ittihamçı işləyən prokurorla danışmışdır. Bunun üçün 43000 manat pul lazımdır. Həmin pulun 18000 manat hissəsi Respublika Prokurorluğunda işləyən tanışına, 25000 manat hissəsi isə işə baxan məhkəmənin hakiminə verilməlidir. O, bacısı Adilənin mobil telefonuna zəng vurub Elmanın işinin düzəlməsi üçün 43000 manat pul lazım olduğunu demişdir. Bacısı Adilə ona evdə pulun az olduğunu demişdir. O, Əlibala ilə bu barədə telefonda danışdıqda o, ona demişdir ki, hələlik 18000 manat pulu versinlər, həmin pul Respublika Prokurluğunda işləyən tanışına veriləcəkdir. Qalan pulu isə bir həftəyə düzəltsinlər, həmin pulu da məhkəmədə işə baxan hakimə verəcəklər. O, bu barədə telefonla Adiləyə vermişdir. Təxminən 2 gün sonra noyabr ayının əvvəllərində Adilə oğlu Müseyiblə H.Cavid adına parka gəlmişdir. Həmin vaxtı Səyyar da onun yanında olmuşdur. Adilə həmin vaxtı 18000 manat pulu ona vermişdir. O və Səyyar Adiləyə demişlər ki, narahat olmasınlar, əri Elmanın cəzasının yüngülləşdirilməsi üçün işlər gedir, bu iş həll olunacaqdır. Sonra onlar Adilədən ayrılmışlar. Səyyar ona demişdir ki, Əlibala yaxınlıqda onları gözləyir. Onlar Əlibalanın yanma getmişlər. O, Adilədən aldığı 18000 manat pulu Əlibalaya vermişdir. Əlibala ona demişdir ki, narahat olmasın, həmin pul tanışına çatacaqdır, sonra bu iş həll olunacaqdır. Təxminən 3 gün sonra Əlibala onun mobil telefonuna zəng vurub demişdir ki, 25000 manat pulu da vermək lazımdır. O, bacısına zəng vurub demişdir ki, 25000 manat pulu məhkəməyə vermək lazımdır. Təxminən 3 gün sonra Adilə oğlanları Mehman, Nurlan və Müseyiblə birlikdə H.Cavid adına parka gəlib Səyyarın yanında 17000 manat pulu ona vermişdir. Səyyar onlara demişdir ki, narahat olmasın, Elmanın işi düzələcəkdir. Sonra onlar onlardan ayrılıb yaxınlıqda dayanmış Əlibalanın yanına gəlmişlər. O, Adilədən aldığı 17000 manat pulu Səyyarın yanında Əlibalaya vermişdir. Əlibala ona demişdir ki, narahat olmasın, Elmanın işi düzələcəkdir, ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası veriləcəkdir. Təxminən bir həftə sonra o, X6 görüşmüşdür. Orada Mehman ona 8000 manat pul vermişdir. Bir saat sonra o, Səyyarla görüşüb H.Cavid adma parka getmişdir. Parkda Əlibala ilə görüşüb Mehmandan aldığı 8000 manat pulu Əlibalaya vermişdir. Lakin buna baxmayaraq 12.03.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi yeznəsi Elmanı 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bundan sonra bacısı Adilə və oğlanları ona verdikləri 43000 manat pulu tələb etməyə başlamışlar. O, Əlibalanın mobil telefonuna zəng vurub ona verdiyi 43000 manat pulu geri istəmişdir. Əlibala ona demişdir ki, narahat olmasın, apellyasiya məhkəməsi vasitəsi ilə Elmanın işinə köməklik ediləcəkdir. Lakin bir müddət keçdikdən sonra o, Elmanın işindən bir xəbər çıxmadığını görüb başa düşmüşdür ki, Səyyarla Əlibala onu aldatmışlar. Ona görə də o, Səyyarla Əlibaladan onlara verdiyi pulları tələb etməyə başlamışdır. Onlar onun pulunu qaytarmadığı üçün o, Yasanal rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Orada bununla bağlı araşdırma da aparılmışdır. Bununla bağlı qərar da qəbul edilmişdir. Adilə və oğlanları ondan pulları tələb etdikdə o, onlara aldığı pulları Əlibalaya verdiyini bildirmişdir. Bundan sonra o, Adilənin oğlanları Mehman və Nurlanı eləcə də digər bacısı oğlu Elbrusu Əlibalanın evinə aparmışdır. Əlibala ona onların ona verdikləri pulların ona verildiyini, həmin pulları yaxın müddətdə onlara qaytaracağına söz vermişdir. Həmin vaxtı Əlibalanın tanışı sonradan adını bildiyi Ədalət adlı şəxs də onlarda olmuşdur. Həmin vaxtı Ədalət də onlara Əlibalanın onlara pulları qaytaracağını demişdir. Lakin Əlibala hal-hazıradək müxtəlif bəhanlər gətirərək aldığı pulları qaytarmaqdan imtina etmişdir. Buna görə də o, məcbur qalaraq oğlu Yusifə məxsus avtomobili satmışlar. Həmin puldan əldə etdikləri 7000 manat pulu Yusif Mehmana vermişdir. Təqsirləndirilən şəxs 43000 manat puldan ona heç nə verməmişdir. Ola bilsin ki, o, təhqiqata izahat verərkən anlaşılmazlıq olmuşdur. Əsl həqiqət odur ki, Adilə ilk dəfə ona 18000 manat, sonra 17000 manat, daha sonra isə 8000 manat pul vermişdir. Bildirir ki, Zərərçəkmiş şəxs3 ifadəsində düzgün göstərməmişdir. Belə ki, 2019-cu ilin noyabr ayının əvvəllərində Adilə oğlu Müseyiblə H.Cavid adma parkda Səyyarın yanında ona 18000 manat, bir neçə gün sonra həmin parkda Adilə oğlanları Mehman, Nurlan və Müseyiblə Səyyarın yanında 17000 manat, təxminən bir həftə sonra X5 8000 manat pul vermişdir. Bildirir ki, Əlibala ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu demişdir. Eləcə də Adilə və oğlanları ondan kiminlə iş gördüyünü soruşmamışlar. Ona görə də o, onlara Əlibala barədə heç nə deməmişdir. Sonradan o, Əlibala tərəfindən aldadıldığını başa düşüb Adiləyə və oğlanlarına pulları Əlibalaya verdiyini demişdir. Ona elə gəlir ki, Səyyar Əlibala ilə əlbirdir. Ona görə də o, həmişə o, Adilədən pulları alarkən yanlarında iştirak etmişdir. Elmanın hökmü çıxdıqdan sonra Əlibala ona Respublika Prokurorluğunda işləyən tanışının Elmanın qohumlarından bir nəfəri qəbul edə biləcəyini demişdir. O da bu barədə bacısı Adiləyə və qaynı İlyada bu barədə demişdir. İlyas ona Elmanın qardaşı olduğu üçün özünün qəbula gedəcəyini demişdir. İlyas şəxsiyyət vəsiqəsini Ədalətə verdikdən sonra onu Baş Prokurorluqda heç kəs qəbul etməmişdir. O, bu barədə Əlibaladan soruşduqda o, ona karantin rejimi olduğu üçün onları heç kəsin qəbul edə bilmədiyini demişdir. O, artıq başa düşmüşdür ki, Əlibala dələduzdur, onları aldatmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində Adilə oğlu Müseyiblə H.Cavid adına parkda Səyyarın yanında ona 18000 manat, bir neçə gün sonra həmin parkda Adilə oğlanları Mehman, Nurlan və Müseyiblə Səyyarın yanında 17000 manat, təxminən bir həftə sonra X5 8000 manat pul vermişdir. Elmanın hökmü çıxdıqdan sonra Əlibala ona Respublika Prokurorluğunda işləyən tanışının Elmanın qohumlarından bir nəfəri qəbul edə biləcəyini demişdir. O da bu barədə bacısı Adiləyə və qaynı İlyasda bu barədə demişdir. İlyas ona Elmanın qardaşı olduğu üçün özünün qəbula gedəcəyini demişdir. İlyas şəxsiyyət vəsiqəsini Ədalətə verdildən sonra onu Baş Prokurorluqda heç kəs qəbul etməmişdir. O, bu barədə Əlibaladan soruşduqda o, ona karantin rejimi olduğu üçün onları heç kəsin qəbul edə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ondan götürdüyü pulları tam şəkildə qaytarmışdır, bir qismini isə əmlak şəklində qaytarmışdır. Əlibalanın heç bir borcu qalmamışdır. Adilə ilə pul söhbətinin Əlibalaya aidiyyəti yoxdur, qalan pulu da Adiləyə o özü qaytaracaqndır. Hazırda Zərərçəkmiş şəxs3 ona verdiyi puldan 13075 manatını qaytarmışdır. Belə ki, bir dəfə oğluna 7000 manat vermişdir ki, Adiləyə versin, bundan sonra bir dəfə 2000 manat, bir dəfə 1000 manat, hazırda isə poçt vasitəsilə 3075 manat Adiləyə göndərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, evlidir, himayəsində iki uşağı vardır, əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından etibarən tanıyırmış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun qardaşı oğlu Rusiya Federasiyası Dağıstan Respublikasında universitetlərin birində iqtisadiyyat fakültəsində təhsil almış, atasız uşaq olduğundan onun himayəsində yaşayırmış, o onun hər bir maddi xərclərini çəkirmiş, həm də ona görə narahat olurmuş ki, atasız uşaqdı, xarici dövlətdə oxuyur, istəyirmiş ki, onu Bakı şəhərində yerləşən universitetlərin birinə köçürsün və burada gözünün qabağında təhsil alsın, həm də nəzarət edə bilsin. 2018-ci ilin sentyabr ayında o Quba rayon hərbi komissarlığında işləmiş, həmin vaxt da istirahət etmək məqsədilə Quba rayonu Qəçreş adlanan yerdə restoranlardan birinə getmiş, orada Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı o Əlibalaya demişdir ki, «mənim qardaşım oğlu Rusiya Federasiyası Dağıstan Respublikasında yerləşən universitetin iqtisadiyyat fakültəsində təhsil alır, qardaşım da rəhmətə getmişdir, mən onun üçün narahatam, onun Bakı şəhərində yerləşən universitetlərin birinə köçürmək istəyirəm, istəyirəm ki, mənim gözümün qabağında olsun, ancaq bilmirəm ki, necə köçürüm, bunun üçün nə lazımdır». Əlibala da onun bu sözünü dinlədikdən sonra, ona demişdir ki, «mən sənin qardaşın oğlunu Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürə bilərəm, bunun üçün pul lazımdı, mənim təhsil nazirliyində tanışlarım vardır, xahiş edərəm, köçürərik, boş şeydi». O da Əlibalaya inanmış, ondan soruşmuşdur ki, «bu köçürmə neçəyə başa gələcək, nə lazımdırsa, mən edərəm, heç olmasa mənim qardaşım oğlu mənim gözümün qarşısında, mənim nəzarətimdə olsun». Əlibala da ona demişdir ki, «bu köçürmə üçün 18000 manat pul lazımdır, həmin puldan həm köçürmə üçün nəzərdə tutulmuş rüsumların köçürülməsi, həm də mənim tanışıma hörmət etmək lazımdır, əgər pulu düzəldə bilsən, mən dərhal üçün köçürmə üçün fəaliyyətə başlayacağam». O da Əlibalaya demişdir ki, «mənim üzərimdə 10000 manat pul vardır, həmin pulu sənə verə bilərəm, qalan pulu da təxminən bir həftə - on günə sənə verə bilərəm». Əlibala onunla razılaşmış, ona demişdir ki, «sən 10000 manat pulu ver, mən rüsumları ödəyim, qalan pulu da sonra verərsən». O ilkin olaraq Əlibalayla görüşdüyləri vaxt, ilkin olaraq 10000 manat pulu vermiş, həmçinin ondan qardaşı oğlunun şəxsiyyət vəsiqəsini və tələbə biletinin surətini istəmiş, o da Əlibalaya həmin sənədlərin surətini vermişdir. Sonra o Əlibaladan ayrılmış, Bakı şəhərinə gəlmişdir. Bir müddət sonra Əlibala ona zəng vurmuş və ona demişdir ki, «Bakı şəhərində olduğum vaxt sənin qardaşın oğlunun Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürülməsi üçün maraqlandım, tanışımla görüşdüm, mənə məlum oldu ki, köçürmə mümkün deyil, çünki köçürmə iyul -avqust aylarında mümkündür, hər şey yaxşıdı, sənədləri düzəldirəm, inşallah qardaşın oğlunu köçürəcəyik, sadəcə sən qalan pulu da mənə çatdır, mən burada bəzi adamlara pul verməliyəm ki, işi həll edim». O da Əlibalaya demişdir ki, «mən oktyabr ayının əvvəllərində Bakı şəhərinə gələcəyəm, orada görüşərik, bu barədə ətraflı söhbət edərik, həm də mən pulun bir hissəsini sənə verərəm». Əlibala da onunla razılaşmışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində o Bakı şəhərində olduğu müddətdə Əlibalaya zəng vurmuş və ona demişdir ki, «mən Bakı şəhərindəyəm, görüşə bilərik». Əlibala da ona demişdir ki, «mən bir azdan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alov zavodunun yanma gələrəm, orada səni gözləyərəm». O Əlibala ilə razılaşmışdır. O günorta saatlarında Alov zavodunun yanında olmuş, Əlibaya zəng vurmuş və ona demişdir ki, «mən Alov zavodunun yanındayam, səni gözləyirəm». Bir az sonra Əlibala ilə deyilən yerdə görüşmüş, görüş zamanı o Əlibalaya 5000 manat pul vermiş, pulu verəndən sonra Əlibaladan soruşmuşdur ki, «işlər nə yerdədir, düzəlir qardaşım oğlunun işi», Əlibala da ona demişdir ki, «hər şey yolundadır, inşallah bəzi tanışlarımla görüşdüm, az qalıb, sən qalan pulu da mənə çatdır». O da Əlibalaya demişdir ki, «narahat olma, yaxın günlərdə çatdıraram». O Əlibala ilə sağollaşmış, yaşadığı evinə getmişdir. Bir müddət sonra Əlibala ona zəng vurmuş, ona demişdir ki, «qalan 3000 manat pulu da mənə çatdır, mən qardaşın oğlunu Bakı şəhərindəki Kooperasiya Universitetinə köçürmək istəyirəm, mənə deyirlər ki, sən illik təhsil haqqını ödəməlisən, ona görə də pulu mənə təcili çatdır». O da Əlibalaya demişdir ki, «narahat olma, mən oktyabr aynın axırlarında Bakı şəhərində olacağam, zəng edib görüşərik». 2018-ci ilin oktyabr ayının axırlarında o Bakı şəhərində olarkən Əlibalaya zəng vurmuş, ona demişdir ki, «mən Bakı şəhərindəyəm, harda görüşə bilərik», Əlibala da ona demişdir ki, «mən günorta saatlarında Kooperasiya Universitetinin qarşısında olacağam, orada sni gözləyərəm». O da Əlibala ilə razılaşmış, ona demişdir ki, «yaxşı, səni orada gözləyərəm». O bir azdan Kooperasiya Universitetinin qarşısına gəlmiş, orada Əlibala ilə görüşmüş, görüş zaman o Əlibalaya 3000 manat pulu vermiş, Əlibaladan soruşmuşdur ki, «işlər nə yerdədir, düzəldə bilirsən». Əlibala da ona demişdir ki, «hərəkətdəyəm, mənə dedilər ki, qardaşın oğlu Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə köçürülərkən onun illik pulu da köçürülməlidir, ona görə də mən bu 3000 manat pulu illik köçürməyə sərf edəcəyəm, sonra sənin qardaşın oğlunun sənədləri hazır olacaq, nəticədə onu köçürəcəyik». O da Əlibala ilə razılaşmış, sağollaşıb çıxıb getmişdir. 2018-ci ilin noyabr ayında o görmüşdür ki, Əlibaladan xəbər yoxmuş, ona görə də Əlibalaya zəng vurmuş və ona demişdir ki, «nə oldu, uşağın işi həll olmadı, evimizdə narahatdırlar», Əlibala da demişdir ki, «gec müraciət etdiyimizdən uşağın köçürmə işi 2019-cu ilin fevral ayına qaldı, həmin vaxt yüz fayiz həll olunacaq, narahat olma». O da Əlibalaya inanmış, ona demişdir ki, «gözləyirəm, səndən şad xəbər gözləyirəm». 2019-cu ilin fevral ayında o görmüşdür ki, Əlibaladan xəbər yoxmuş, ona zəng vurmuş, ondan soruşmuşdur ki, «nə oldu, uşağın işi həll olmadı, evdəkiləri məndən soruşdular, edə bilmirsənsə mənə de». Əlibala da ona demişdir ki, «narahat olma, mən tanışlarımla danışmışam, yay ayında bu məsələ həllini tapacaq, tanışlarım mənə belə dedi, səbrli ol, inşallah almar». O yenə də çarəsiz qalıb Əlibala ilə razılaşmış, ona demişdir ki, «sənə inanıram, səndən şad xəbər gözləyirəm, görüm nə olur». 2019-cu ilin yay ayında da görmüşdür ki, Əlibaladan xəbər yoxdur, şübhələnmişdir ki, Əlibala onu aldadırmış, ona görə də Əlibalaya zəng vurmuş, ondan işlərin nə yerdə olmasını soruşmuş, Əlibala da əvvəlki kimi ona demişdir ki, «gözləyirəm, mənə xəbər edərlər». O artıq Əlibalanın dəfələrlə ona yalan məlumatlar verməsini görüb ona inanmamış, ona demişdir ki, «istəmirəm, sən məni aldadırsan, hər dəfə yalan danışırsan, xahiş edirəm sənə verdiyim pulumu qaytar, qoy qalsın». Əlibala ona demişdir ki, «narahat olma, sənin pulunu qaytararam». Bundan sonra o görmüşdür ki, Əlibala ona hər dəfə yalan məlumatlar verirmiş, pulunu nə vaxtsa qaytaracağını deyirmiş, o da hərdəfə Əlibalaya zəng etmiş verdiyi pulunu ondan istəyirmiş, Əlibala da müxtəlif bəhanələr gətirərək, bu gün sabah pulunu verəcəyini deyirmiş. Beləcə Əlibala 2020-ci ilin mart ayına qədər ona müxtəlif bəhanələr gətirmiş, pulunu qaytaracağını söz vermiş, amma qaytarmamışdır. 2020-ci ilin mart ayının əvvəllərində Əlibala ona zəng vurmuş və demişdir ki, «istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik», o da Əlibalaya demişdir ki, «mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə». Əlibala da eləcə də eləmiş, 500 manat pulu onun göndərdiyi bank kartına yükləmişdir. Sonradan bəhanələr gətirərək onun pulunu ödəməmişdir. 2020-ci ilin may ayında Əlibala yenə də ona zəng vurmuş, ona demişdir ki, «istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik», o da Əlibalaya demişdirdir ki, «mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə». Əlibala da eləcə də eləmiş, 1500 manat pulu onun göndərdiyi bank kartına yükləmiş, lakin hazırki vaxtadək qalan pulu, yəni 16000 maat pulu ona Əlibala ödəməmiş, onu aldatmış pulunu ələ keçirmişdir. O Əlibala barəsində qanuni tədbir görülməsini və ona vurulmuş ziyanın ödənilməsinə köməklik etməyini xahiş edir. O pulu Əlibalaya vermiş, onun yanında heç kim olmamışdır. O Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitmişdir. Əlibala ondan 18000 manat puldan başqa, hər hansı bir məbləğdə pul almamış, həmin pulun da 2000 manatını ödəmiş, 16000 manat pulu isə ödəməmişdir. Onunla Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır, Əlibala aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 16.12.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacaqdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, evlidir, iki uşaq atasıdır, əvvəllər məhkum olunmamışdır, Azərbaycan Respublikası Milli X11 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun qohumu Əli Əskərli Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi olmuş, oxuduğu dövrdə kəsri olmuşdur. Əlinin ailə üzvləri ondan xahiş etmişlər ki, əgər universitetdə tanışın varsa, Əlinin kəsir məsələsini həll etsin. O da onlara demişdir ki, maraqlanar, əgər tanış adam olsa, xahiş edər. Həmin ərəfə də onun tanışı olan, Bakı Dövlət Universitetində müəllim işləyən Tofiqə bacısı oğlu Əlinin kəsrlərini düzəltməsini xahiş etmiş, lakin Tofiq həll edə bilməyəcəyini ona demişdir. Həmin vaxt o, yəni 2020-ci ilin yanvar ayında o Sumqayıt şəhər sakini Əlibala adlı şəxslə Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında tanışı Valeh vasitəsilə tanış olmuşlar. Valeh Yasamal rayonu 9 saylı seçki məntəqəsinin sədri vəzifəsində işləmişdir. Həmin vaxt söhbət zamanı o, Valehə demişdir ki, «qohumumun Bakı Dövlət Universitetində oxuyur, onun kəsrləri vardır, həmin kəsrləri həll etmək lazımdı, tanış axtarıram». Həmin vaxt da Əlibala ona demişdir ki, «tanış mən, nə lazımdır, edərik, uşağın kəsrlərini yazarıq». O da Əlibalaya demişdir ki, «dəqiq həll edərsənsə, mən qohumlarımnan danışım, nə lazımdırsa, etsinlər». Əlibala ona demişdir ki, «mən danışaram, adam tapsam, sənə deyərəm». Sonradan onlar ayrılmışlar, o yaşadığı evinə gedirmiş. Sonradan 2020-ci ilin yanvar ayında yenidən Əlibala ilə görüşmüşlər, Əlibala ona demişdir ki, «mən adam tapmışam, narahatçılıq yoxdu, sənin qohumunun kəsrlərini həll edəcəyəm, qohumun 2020-ci ilin fevral ayının 18-i dərsə gedəcək, həmin vaxt da bütün kəsləri silinəcək, bunun üçün də 3500 manat pul lazımdır, həmin pulu da təcili hazırlamalısan». O da Əlibalaya demişdir ki, «narahatçılıq yoxdu, danışım, sənə deyərəm». O, Əlinin valideynləri ilə danışmış, lakin onlar ona demişlər ki, pulu tez bir müddətdə hazırlaya bilməzlər. Əlibala da onu tələsdirdiyindən, o, özündə olan 3000 manat pulu götürüb Əlibala ilə zəngləşib, Bakı Dövlət Universitetin yanında görüşmüş, ona demişdir ki, «mən sənə 3000 manat pul verirəm, kəsrlər tam silinəndən sonra, sənə qalan 500 manat pulu da verəcəyəm». Əlibala da onunla razılaşmış, 3000 manat pulu ondan almışdır. 2020-ci ilin yanvar ayının axırlarında o tanışı Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüş, söhbət zamanı Tofiq ondan soruşmuşdur ki, «sən bacın oğlunun məsələsini nə etdin, düzəldə bildin». O da Tofiqə demişdir ki, «mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3000 manat pul verdim, o, bacım oğlunun kəslərini yazacaq». Tofiq də ona demişdir ki, «əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsləri var, tanışından soruş gör həmin kəsrləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm». O da Tofiqə demişdir ki, «mən həmin şəxsdən soruşuram, düzəldə bilərsə, sənə xəbər edərəm». Tofiq də ona demişdir ki, «bu kimdi, sən bu şəxsi necə tanıyırsan, onsuzda imtahanların kəsrlərini düzəltmək çətindi, sənin tanışın həqiqətən həll edə bilər, sonra səni aldatmasınlar». O da Tofiqə demişdir ki, «mənim bacım oğlunun işini həll edər, mən sənə 100 yox, milyon fayiz deyirəm ki, həll edər, mən həmin şəxsin adını sənə deyə bilmərəm, həmin şəxsi də kiməsə görə tanımışam, əgər o, işi həll etməsə, mənim başqa bir tanışım ona nələr edər, ona görə də narahat olma». Sonra onlar Tofiqlə sağollaşıb ayrılmışlar. O Əlibalaya zəng vurmuş, ona demişdir ki, «mənim bir tanışım var, adı Tofiqdir, onun qohumu BDU-nın hüquq fakültəsində oxuyur, onun da kəsrləri var, düzəldə bilərsən». Əlibala ona demişdir ki, «boş şeydi, mən həll edərəm, mən tanışımla danışıb sənə deyərəm, bunun üçün hörmət etmək lazımdır, pul lazımdır». O da Əlibalaya demişdir ki, «narahatçılıq yoxdu, sən mənə de, pul problem deyil, təki kəsrləri həll elə». Səhərisi, Əlibala ona zəng vurmuş və ona demişdir ki, «mən tanışımla danışdım, razılıq verdi, bunun üçün 10000 manat pul lazımdır, sən tanışına de, pulu düzəltsin, mən də kəsrləri həll edim, tanışıma hörmət etmək lazımdı». O da Əlibalaya demişdir ki, «mən Tofiqlə danışıb sənə deyərəm». Bir az sonra o Tofiqə zəng vurmuş və ona demişdir ki, «mən tanışımla danışdım, o, mənə dediyin tələbənin kəsrlərini düzəldə biləcəyini bildirdi, əvəzində də 10000 manat pul istəyir». Tofiq də ona demişdir ki, «bu barədə mənim müstəqil qərar vermək ixtiyarım yoxdu, qoy Xəqaniyə zəng vurum, ona bu barədə danışım, sizi görüşdürüm, istəsə, Xəqani özü sənə pulu verər, səndə tanışın vasitəsilə bu məsələni həll edərsən». Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Tofiq ona demişdir ki, «mən tanışım Xəqani ilə danışdım, o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gələcək, sənə dediyim tələbənin kəsrlərini həll etmək üçün pul söhbətini danışacaq, sən . parka gəl, orada səni gözləyirəm». O parka getmiş, Tofiqlə görüşmüş, bir az sonra Tofiqin tanışı Xəqani parka gəlmiş, bizimlə görüşmüşdür. Söhbət zamanı Tofiq Xəqaniyə demişdir ki, «bu adamdır, bacısı oğlunun kəsrlərini tanışı vasitəsilə düzəldir, istəyirsənsə, ətraflı danış, gör həll edə bilərsə, razılaşarsan». Xəqani də Tofiqin yanında onunla bacısı qızının kəsrləri barədə danışmış, aramızda razılaşmış, o Xəqaniyə demişdir ki, «belə bir tanışım var, o, mənə dedi ki, bacınız qızının kəsrlərini həll etməyə 10000 manat pul istəyir». Xəqani də ona demişdir ki, «mənim üzərimdə bu məbləğdə pul yoxdur, Tofiq məllimə çatdıraram, o, səninlə görüşər». Sonra onlar ayrılmışlar, o yaşadığı evinə getmişdir. Həmçinin, Əlibalaya zəng vurmuş və ona demişdir ki, «mən Tofiqlə və tanışı Xaqani ilə görüşdüm, kəsrləri həll etmək istəyirlər, pulu hazırlayanda, sənə xəbər edərəm». 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış Əlibala ona zəng vurmuş və ona demişdir ki, «sənin tanışın nə oldu, məndən xahiş etmişdin, axı tanışım soruşur, vaxt az qalıb, sonra həll etmək olmaz». O da Əlibalaya demişdir ki, «mən Tofiqdən soruşub sənə deyərəm». O Tofiqə zəng vurmuş və demişdir ki, «sesiya qurtarana kimi iş həll olunacaq, Xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll edəcəkdir, sadəcə pulu gözləyir». Tofiq də ona demişdir ki, «mən yenə də Xəqani ilə danışaram, sənə xəbər edərəm». 2020-ci ilin fevral ayının əvvəllərində Tofiq ona zəng vurmuş və ona demişdir ki, «hardasan, görüşə bilərik», o da Tofiqə demişdir ki, «mən hazırda Fizika-riyaziyyat təmayüllü litseydə yerləşən seçki məntəqəsindəyəm, gəl görüşək». Tofiq onunla razılaşmış, məntəqəyə gəlmiş, onunla orada görüşmüş, söhbət zamanı Tofiq ona demişdir ki, «mən 10000 manat pulu sənə verirəm, kəsrləri həll et, səni tanışın aldatmasın, bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən xəqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et». O da Tofiqə demişdir ki, «narahat olma, mənim tanışım bu işi həll edər, yüksək səviyyədə, kəslər yazılandan solnra, sənə xəbər edərəm, 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll olunacaq». Tofiq də öz növbəsində, Xaqaninin bacısı qızının hansı kəsrləri olması barədə kağızı ona təqdim etmişdir ki, tanışı bilsin qızın hansı fənnlərdən kəsrləri varmış, həmin kəsrləri həll etsin. Sonra o Tofiqlə sağollaşmışdır. Bir az sonra Əlibala ilə əlaqə saxlamış, onu BDU-nın yaxınlğında yerləşən Firat adlanan yeməkxananın yanında gözlədiyini, Tofiqin 10000 manat pulu ona verdiyini bildirmiş, Əlibala da ona demişdir ki, «bir azdan gəlirəm, orada görüşərik». Bir az sonra Əlibala oraya gəlmiş, deyilən yerdə Əlibala ilə görüşmüş, söhbət zamanı Əlibalaya demişdir ki, «Tofiq pulu mənə verdi, mən də 10000 manat pulu sənə verirəm, Tofiq mənim tanışımdır, məni onun yanında xəcalətli eləmə, çalış Tofiqin xahişini həll elə, sonra aramızda narazılıq yaranmasın». Əlibala da ona demişdir ki, «narahat olma, sənə necə demişdimsə, Tofiqin də qohumunun işini belə həll edəcəyəm, Tofiqə de, sənin bacın oğlunun işi kimi, bu işi də dediyim müddətdə, yəni qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə həll edəcəyəm». O da Əlibala ilə razılaşmış, Əlibala ilə sağollaşıb ayrılmışdır. Sonra Tofiqə zəng vurmuş və ona demişdir ki, «narahat olma, pulu tanışıma verdim, tanışım dedi ki, bacım oğlu ilə eyni müddətdə, yəni qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə həll edəcəkdir». Tofiq də onunla razılaşmış, demişdir ki, «gözləyirəm, çalış ki, tanışın həll etsin». Deyilən müddətdə o görmüşdür ki, Əlibala onun bacısı oğlunun kəsrlərini həll etməmiş, həmçinin Tofiq də ona zəng vurmuş və ona demişdir ki, «Xaqaninin bacısı qızının kəsrləri həll edilməmişdir, tanışın sənə bacın oğlunun və mənim xahiş etdiyim tələbənin kəsrlərini qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə həll edəcəkdi, nə oldu, sən tanışından soruş». O da öz növbəsində Əlibalaya zəng vurmuş və ona demişdir ki, «Əlibala mənə sən söz verdin, mən sənə dedim axı, məni kiminsə yanında xəcalətli etmə», Əlibala da ona demişdir ki, «mən tanışımla danışdım, o mənə dedi ki, bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq». O da yenidən Tofiqə zəng vurmuş və ona demişdir ki, «səbrli ol, danışdım, problem yaranmışdır, 10 günə həllini tapacaq». Sonradan o yenə də 2020-ci ilin fevral ayının axırlarında kəsrlərin həll olunmadığını görmüş, həmin ərəfədə Tofiq də ona zəng vurmuş və ona demişdir ki, «bu tanışın səni aldadır, qış sesiyası da başladı, axı nə oldu, sənin tanışın bu məsələni həll etmədi, deyəsən bu bizi aldadır, sən onunla konkret danış, həll edə bilmirsə, pulu qaytarsın». O da Tofiqə demişdir ki, «narahat olma, danışım sənə deyərəm». O yenə də Əlibalaya zəng vurmuş və ona demişdir ki, «sən axı mənə söz verdin, 10 gün müddətində həll edəssən, axı yenə də həll olunmadı, Tofiq də hər dəqiqə başı mənə zəng edir, soruşur, birdən narahatçılıq yaranar, sənə dedim ki, məni xəcalətli eləmə», Əlibala da ona demişdir ki, «narahat olma, sənə dedim ki, səbrli ol, tanışımda danışmışam, həllini tapacaq». O Tofiqə zəng vurmuş, ona demişdir ki, «narahat olma, mən tanışımla konkret danışmışam, yüz fayiz həll olunacaq». Lakin Əlibala sonrakı müddətdə də kəsrləri həll etməmişdir. Həmin vaxt Tofiq ona demişdir ki, «sənin tanışın kimdir, kim bu məsələni həll edir, səni adın ver, mən araşdırım, görüm kimdir». O Tofiqə Əlibalanın adını deməmiş, ona demişdir ki, «narahat olma, məsələ həllini tapacaq». Tofiq də öz növbəsində dələduzluqla məşqul olan şəxslərin adlarını ona deyirmiş və ondan soruşurmuş ki, «həmin adamlardı», o yenə də Əlibalanın adını Tofiqə deməmiş, çünki Əlibala ona demişdir ki, onun adını kiməsə desə, işlər alınmayacaq. Beləcə Tofiq dəfələrlə ona zəng vurmuş işin nə yerdə olmasını və həll olunub olunmamasını soruşmuş, o da Tofiqə tanışının işi həll edəcəyini deyirmiş. Sonra 2020- ci ilin aprel ayının 26-da Tofiq Əlibala adlı şəxsin şəklini çəkərək ona atmış və ona yazmışdır ki, «bəlkə budur, gör tanıya bilirsən». O da demişdir ki, «hə biridə budur, mən bununla iş görmüşəm». Tofiq də ona demiş ki, «bu dələduzdur, sənin pulun getdi, səni bu adam aldatmışdır, pulu da ələ keçirmişdir, mən bu şəxsin dələduzluqla məşqul olmasını və tutulmasını bilirdim». O da Tofiqə demişdir ki, «düz deyirsən, məni də bu şəxslə tanış ediblər, mən də tanımırdım, adı əlidir». Tofiq də ona demişdir ki, «sən bu adamı yaxşı tanımırsan, onunla iş görürsən, bu adamın adı əlibaladır, neçə dəfə tutulub, sən belə adamnan niyə iş görürsən». O da Tofiqə demişdir ki, «istəyirsənsə, gəl görüşək, sənin yanında mən bu adama zəng vurum, özüm də bu adamla danış və işin nə səbəbə həll olunmamasını soruş». Bir-iki gün sonra o Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşdür. Görüş zamanı o Əlibalaya zəng vurdmuş və ona demişdir ki, «tofiq yanımdadır, mənə inanmır, verdiyi pulunu istəyir». Sonra o Əlibalaya demişdir ki, «mən telefonu Tofiqə verirəm, özün ona de». Sonra o telefonu Tofiqə vermiş, Tofiq Əlibala ilə danışanda ona demişdir ki, «mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram», Əlibala da Tofiqə demişdir ki, «narahat olma, iş düzələcək, düzəlməsə mən sənin pulunu verəcəyəm». Bundan sonra da o dəfələrlə Əlibaladan öz pulunu tələb etmiş, həmçinin Tofiq də ondan verdiyi pulunu geri istəyirmiş, o da Tofiqə demişdir ki, «narahat olma, mən səni Əlibala ilə görüşdürərəm, özün də ona deyərsən». 2020-ci ilin may ayının əvvəllərində o görmüşdür ki, Əlibala nə kəsrləri həll etdi, nə də pulları geri qaytardı, ona görə də o Əlibalaya zəng vurmuş və ona demişdir ki, «Əlibala Tofiq məndən əl çəkmir, gəl birlikdə görüşək, özün ona de, pulunu nə vaxt qaytararsan». Əlibala da ona demişdir ki, «narahat olma, nə vaxt istəyirsən, görüşək». O da Əlibalaya demişdir ki, «səni Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında gözləyərik, ora gəl». O da Tofiqə demişdir ki, «mən Əlibala ilə danışmışam, günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gələcək, orada birlikdə onunla görüşərik». 2020-ci ilin may ayının əvvəllərində günorta saatlarında, Əlibala onunla görüşmüş, birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına getmiş, çünki Tofiq onlari gözləyirmiş. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA- nın parkında onlar Tofiqlə görüşmüşlər. Söhbət zamanı Tofiq Əlibalaya demişdir ki, «bu iş düzələn deyil, pulu qaytar, lazım deyil, ikinci dəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən». Əlibala da Tofiqə demişdir ki, «mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm». Tofiq də Əlibalaya demişdir ki, «sən o adamın adını mənə ver, görüm o həll etmək imkanı var, yoxsa yox», Əlibala da Tofiqə demişdir ki, «mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam». Tofiq də Əliblaya demişdir ki, «bu yalan söhbətdir, mən heç səni tanımıram, mən məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən məhyəddinlə, necə razılaşarsan». Sonra Tofiq onunla və Əlibala ilə sağollaşmış, yaşadığı evinə getmişdir. O da Əlibala ilə getmişdir. Bir müddət sonra Əlibala ona zəng vurmuş və ona demişdir ki, «sənə şad xəbərim var, inşallah işlər alınır, tanışım mənə zəng vurmuşdu, işi həll edir, sən də Tofiqə xəbər ver, üç günə kəsrlərin həll edilməsini sənədini sənə verərəm». O da sevinə-sevinə Tofiqin yanma getmiş, ona demişdir ki, «iş həll olunacaq, üç günə kəsrlərin həll edilməsini sənədini sənə verərəm». Tofiq də ona demişdir ki, «sən hələdə əlibalaya inanırsan, o iş həll edən deyil, danış pulu al ondan». O da Tofiqə demişdir ki, «narahat olma, həll olunacaq». Həmin söhbətdən də iki ay keçmiş, yenə də məsələ həllini tapmamışdır. O, özü tam əmin olmuşdur ki, Əlibala onu da, Tofiqi aldatmış, pullarını ələ keçirmişdir. O da Əlibalaya zəng vurmuş və ona demişdir ki, «lazım deyil, kəsrləri həll eləmə, verdiyim pulu qaytar, Tofiq məni bezdirib». Əlibala da ona demişdir ki, «tez bir müddətdə sənə zəng edəcəyəm, verdiyin pulu qəpiyinə qədər sənə qaytararam». Tofiq ona zəng vurmuş və harda olmağını soruşmuş, o da Tofiqə demişdir ki, «mən evimdəyəm». Tofiq də ona demişdir ki, «mən ora gəlirəm, həyətə düş görüşək». Bir az sonra Tofiq Xəqani ilə onun yaşadığı binanın həyətinə gəlmiş, ona zəng vurmuş, o, həyətə düşmüşdür. Tofiqin yanında Xəqani və xaqaninin tanışı olmuşdur. Həmin vaxt Xəqani ona demişdir ki, «işi düzəltmək lazım deyil, nə qədər pul verilibsə sənə, həmin pulu qəpiyinə qədər qaytarmalısan». O da onlara demişdir ki, «pulu mən Əlibalaya vermişəm, heç bir qazancım da olmamışdır, hamısını Əlibalaya vermişəm, ondan istəyirəm, deyir ki, qaytaracağam». Həmin vaxt da o, Əlibalaya zəng vurmuş və Əlibala cavab verəndən sonra, o, Əlibalaya demişdir ki, «buraya pulunun arxasınca gəliblər, verirəm telefonu özün danış». O, telefonu Xəqaniyə vermiş, Xəqani Əlibalaya demişdir ki, «Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil», Əlibala da Xəqaniyə demişdir ki, «narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəmdə, pulu qaytaracağam». X40 ilə razılaşmış, sonra isə onlar sağollaşmışlar, Tofiq və Xəqani çıxıb getmişlər. 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamış, avqust ayında eşitmişdir ki, Əlibalanı başqa bir şəxsi aldatdığına görə Yasamal polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra da Tofiq ona demişdir ki, «mən Əlibalanı tanımıram, mənim pulumu qaytar, yoxsa mən də şikayət edəcəyəm». Hal-hazırki vaxtda da Əlibala tərəfindən verdiyi pullar qaytarılmamışdır, sonradan Tofiqin ona verdiyi puldan əlbilananın ona qaytarmadığını görüb, özündən Tofiqə 1500 manatını qaytarmış, Əlibala tərəfindən verdiyi 13000 manat ödənilməmiş qalmışdır, ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. O, pulu Əlibalaya verərkən, onun yanında heç kim olmamışdır. O, Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitməmişdir. Əlibala ondan 13000 manat puldan başqa, hər hansı bir məbləğdə pul almamışdır. Onunla Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır, Əlibala aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs4 13.04.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 Şıxməmməd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, orta təhsillidir, evlidir, üç uşaq atasıdır. Bakı şəhər sakinləri Şahid10 və Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından etibarən tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Zərdab rayon sakini Zərərçəkmiş şəxs2 onun qaynatasıdır, onunla da aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, hazırda da yoxdur. Onun qaynı X3 ağır cinayətlər məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əlixan Təhməzin cəzasının azaldılması ilə əlaqədar Lənkəran ağır cinayətlər məhkəməsinin hökmündən Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə, Təhməzin cəzasının azaldılması ilə əlaqədar şikayət təmin edilməmişdir. Əlixan yaşlı olduğundan və xəstə olduğundan Şirvan Apellyasiya məhkəməsinin qərarından narazı qalsa da, şikayət etməmiş və şikayət etmə müddətini ötürmüşdür. Lakin onlar yenə də Təhməzə kömək etmək və cəzasını qanuni yolla azaltmaq üçün hərəkət etmişlər. Nəhayət onlar vəkillə məsləhətləşmişlər ki, istəyirlər Şirvan Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti etsinlər. Lakin vəkil onlara bildirmişdir ki, artıq Şirvan Apellyasiya məhkəməsinin qərarından Ali məhkəməyə şikayət etmə müddətini ötürmüşlər, birinci növbədə şikayət etmə müddəti bərpa olunmalıdır, sonra isə qərardan şikayət edə bilərlər, bunun üçün də Ali məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Onlar da həmin vaxt soraqlaşmışlar ki, savadlı bir vəkil tapsınlar, Təhməzin cəzasının azaldılmasında onlara kömək etsin. Əlixan özü Ali məhkəməyə Şirvan Apellyasiya məhkəməsinin qərarından şikayət etmə müddətinin bərpa olunması üçün müraciət etmişdir. Həmin ərəfədə o, Təhməzin işi ilə əlaqədar qonşusu Xamisin yanında söhbət edəndə, Xamis ona demişdir ki, «mənim Bakı şəhərində Fazil adlı tanışım vardır, o, mənə çox köməklik etmişdir, istəsən gedib danışaq, Təhməzin işində kömək etsin». O da Xamisə demişdir ki, «qoy bu barədə qaynatam Əlixana deyim, razılıq versə, gedib danışarıq». O da qaynatası Əlixanın evinə getmiş, Əlixana demişdir ki, «qonşuluqda yaşayan Xamis Təhməzin məsələsini eşidəndən sonra ona demişdir ki, Bakı şəhərində Fazil adlı tanışı vardır, onun əli hər yerə girir, istəsə onu onunla tanış edər, nömrəsini verər, getsin onunla görüşsün, Təhməzin işinə kömək etsin. Əlixan da ona demişdir ki, «əgər kömək edərsə, Fazili tapın görüşün». O da Əlixana demişdir ki, «onda mən Xamislə Bakı şəhərinə gedəcəyəm, orada imkan olsa Fazillə görüşərəm, nəticəsini sənə deyərəm». Əlixan da ona razılıq vermişdir. O da qonşusu Xamisə demişdir ki, «Əlixan kişi razılıq verdi, bir neçə günə Bakı şəhərinə gedərik və Fazillə görüşərik». 2019-cu ilin avqust ayında o, Xamislə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olanda, Xamis Fazilə zəng vurmuş və ona demişdir ki, «biz Bakı şəhərindəyik, harda görüşə bilərik». Fazil də Xamisə demişdir ki, «Neftçilər metrostansiyasının yaxınlığında çayxana vardır, ora gəl görüşək». O, Xamislə Neftçilər metrostansiyasının yaxınlığına getmiş, orada Fazillə əlaqə saxlayıb çayxanada görüşmüşlər. Söhbət zamanı Xamis Fazilə demişdir ki, «yanımdakı qonşumdur, onun qaynı Təhməz tutulmuşdur, ona Lənkəran ağır cinayətlər məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, bunlar Təhməzin cəzasını azaltmaq istəyirlər, onlara kömək edə bilərsən». Fazil də Xamisə demişdir ki, «qoy görüm tanış adam var, maraqlanıb sizə deyərəm, siz Bakı şəhərində qalın, səhərisi görüşüb söhbət edərik, mənim Elsevər adlı tanışım var, o sizə kömək edə bilər, sizi onunla tanış edərəm». Onlar məcburan Bakı şəhərində qalmalı olmuşlar, həmçinin Əlixanla da danışmış, Əlixanda da ona bildirmişdir ki, «lazımdısa qalın». Səhərisi, onlar yenə də Neftçilər metrostansiyasının yanındakı çayxanada Fazillə görüşmüşlər, Fazil onlara demişdir ki, «mənim bir tanışım var, adı Elsevərdi, kömək etsə, o, sizə kömək edər, Elsevərlə sizi tanış edərəm, ətraflı ona hər şeyi danışarsınız». X42 zəng vurmuş və ona demişdir ki, «səni Neftəçilər metro stansiyasının yanındakı çayxanada gözləyirəm, dediyim adamlar da burdadır, gəl səni onlarla tanış edim». Bir az sonra Elsevər çayxanaya gəlmiş, orada onlarla görüşmüş, söhbət zamanı o, Təhməzin məsələsini ona danışmış, onlar qaynı Təhməzin cəzasının azaltmaq istəyirlər, ərizə ilə də Ali məhkəməyə müraciət etmişlər, sadəcə onlara bir tanış lazımdır ki, cəzasının azaldılmasında onlara kömək etsin, savadlı hüquqşünas olsun, Elsevər ona demişdir ki, «bir-iki gün Bakı şəhərində qalsın, mənim bir tanışım vardır, qoy bu işlə ətraflı maraqlansın, sizə mənə qısa müddətdə zəng vurub bildirirərəm». O da Əlixana zəng vurub bu barədə ona danışmış, Maqsud ona demişdir ki, «sən bir gün də Bakı şəhərində qal, gör işi həll edə bilərsənsə, mənə xəbər edərsən, çalış həmin şəxslərlə ətraflı danış». O da Əlixanla razılaşmış, Elsevərin zəngini gözləmişdir. Bir az sonra Elsevər ona zəng vurmuş və ona bildirmişdir ki, «siz Bakı şəhərində hədər qalmayın, mən sizin işinizi tanışlarla danışdım, həll olunacaq, gedin rayona, məndən xəbər gözləyin, mən özüm sizə zəng vuracağam». O da bu barədə Əlixana deyəndə, Əlixan ona demişdir ki, «onda Bakı şəhərində qaldmağın nə mənası vardır, gəl kəndə, səni çağıranda gedərsən». O da Xamislə kənddə gəlmiş, onlar Elsevər adlı şəxsdən cavab gözləmişlər. O, kənddə olanda Elsevərlə əlaqə saxlamış və ondan işlərin nə yerdə olmasını soruşmuşdur. 2019-cu ilin avqust ayının axırlarında Elsevər ona zəng vurub bildirmişdir ki, «Təhməzin işini düzüb qoşuram, onun hazırda cəzasını çəkdiyi Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə getməliyəm, onunla danışmalıyam, özümlə bir adam var, onu da götürərəm, o, Təhməzin işini həll edir, bunun üçün 1000 manat təcili mənə pul çatdırmalısan». O da Elsevərə demişdir ki, «qoy Təhməzin atasına deyim, sənə xəbər edərəm». O, Əlixanın evinə getmiş və bu barədə Əlixana danışmış, Əlixanda ona demişdir ki, «əgər Təhməzin işini həll edirsə, göndərək». Sonra o, Əlixanla 26 avqust 2019-cu il tarixdə yaşadığı Bıçaqçı kənd poçt şöbəsindən Elsevərin adma Bakı şəhərinə 1000 manat pul göndərmişlər, sonra da o, Elsevərə zəng vurub bildirmişdir ki, «pulu göndərdik, götürə bilərsən, bizə nə vaxt xəbər verərsən». Elsevər də ona demişdir ki, «qoy Şəki şəhərinə gedib Təhməzlə görüşüm, sonra sizə xəbər edərəm, inşallah yaxşı olar». 2019-cu ilin sentyabr ayının əvvəllərində Elsevər ona zəng vurmuş və demişdir ki, «Təhməzin işi alınır, təcili nə qədər pulunuz varsa, götürün gəlin Bakı şəhərinə». O da Əlixanın evinə getmiş və Əlixana Elsevərin zəng vurmasını, pulları götürüb Bakı şəhərinə gəlməyini istəyir. Əlixanın oğlu X32 müharibəsində şəhid olduğundan, 2018-ci ilin axırlarında 11000 manat dövlət tərəfindən sığorta pulu verilmiş, Əlixan da həmin pulu saxlamışdır ki, Təhməzin işində kömək etsin. Ona görə də həmin puldan 7000 manat pulu ona vermişdir ki, Bakı şəhərinə gedib Elsevərə versin. O da 2019-cu ilin sentyabr ayının əvvəllərində Xamislə Bakı şəhərinə getmiş, Bakı şəhərində olanda Elsevərə zəng vurmuş və gəldiyini bildirmiş, Elsevər də ona demişdir ki, «axşamüstü Bakı şəhəri Xətai rayonu ərazisində olan Ali məhkəmənin yanma gələrsən, orada görüşərik, Təhməzin işini həll edən adam da bizim yanımızda olacaq». O da deyilən vaxtda Ali məhkəmənin yanma getmiş, orada Elsevərlə görüşmüş, Elsevərin yanında bir nəfər şəxs də olmuş, Elsevər ona demişdir ki, Bunun adı Əlibaladır, Ali məhkəmədə işləyir, onunla danışmış, Təhməzin cəzasının azaldılmasında kömək edəcək, gəl ayaqda qalmayaq, Əlibalanın maşınına oturaq». O da Elsevərlə Əlibalanın idarə etdiyi Passat markalı avtomobilinə oturmuşlar, Əlibala sürücü tərəfdə, Elsevər isə sağ qabaq tərəfində oturmuş, o, isə arxada oturmuşdur. Sonra isə Elsevər ona demişdir ki, «sənə pul demişdim, gətirmisən», o da Elsevərə demişdir ki, «gətirmişəm». Elsevər ona demişdir ki, «onda gəl qabaqda otur, pulu say, Əlibalaya ver». Sonra Elsevər maşından düşmüş, o, qabaq sağ oturacaqda oturmuş, zərfin içərisində olan 7000 manat pulu Əlibalaya təqdim etmiş, Əlibala pulu saymış, görmüşdür ki, zərfin içərisində 7000 manat 100 manatlıq pul əskinazlarıdır. Sonra Əlibala ona demişdir ki, «siz bu məsələ ilə əlaqədar harasa müraciət etmisiniz», o da Əlibalaya demişdir ki, «ali məhkəməyə ərizə ilə müraciət etmişik, lakin xəbər yoxdu». Əlibala da ona demişdir ki, «mən maraqlanaram, sənə deyərəm, narahat olma, get rayona, sənə xəbər edərik, mən də rayona gəlim». Sonra onlar sağollaşıb ayrılmışlar, o, Əlixana zəng vurmuş, ona demişdir ki, «mən Elsevərlə və tanışı Əlibala adlı şəxslə görüşdüm, pulu sayıb ona verdim, sonra Elsevər mənə dedi ki, «get rayonu, narahat olma, sənə xəbər edərik», mən indi nə edim». Əlixan ona demişdir ki, «Bakı şəhərində qalmağın mənası yoxdu, gəl rayona, onlardan xəbər gözləyək». O da Xamislə Zərdab rayonuna gəlib Elsevərdən xəbər gözləmişlər. Bir neçə gün sonra Elsevər ona zəng vurmuş və demişdir ki, «sentyabrın ayının 11- də məhkəmə prosesidi, gəlin Bakı şəhərinə». O da Əlixana bu barədə deyəndə, Əlixan ona demişdir ki, «10 sentyabr 2019-cü il tarixdə axşam saatlarında Bakı şəhərinə gedək, səhərisi də rahat Ali məhkəməyə gedərik, Xamisi də özünlə götürərik». O da Əlixanla razılaşmışdır. Əlixan, o və Xamis 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhərinə getmişlər, axşam qohumların evində qalmışlar. Səhərisi, 11 sentyabr 2019-cu il tarixdə gündüz saatlarında Ali Məhkəməyə getmişlər. Məhkəmədə olarkən, onlara demişlər ki, «sizin şikayət etmə müddətinizi bərpa edə bilmərik, ərizəniz baxılmamış saxlanılır». Onlar kor peşman məhkəmədən çıxmışlar, Xamis əvvəlcə Fazilə zəng vurmuş, ona zəng çatmamış, sonra isə xamis Elsevərə zəng vurmuş və ona demişdir ki, «hardasınız, məhkəmə bizim işimizə baxmadı». Elsevər də Xamisə demişdir ki, «mən Əlibala ilə Xətai rayon məhkəməsindəyəm, oraya gəlin». Onlar Xətai rayon məhkəməsinin inzibati binasının yanına getmişlər, orada yaxınlıqda olan çayxanada Elsevər və Əlibala ilə görüşmüşlər, söhbət zamanı Elsevər və Əlibala onlara demişdir ki, «narahat olmayın, biz təhməzin məsələsini Ali məhkəmənin plenumuna şikayət edəcəyik, orada baxacaqlar, hələki bu o demək deyilki, Təhməz 11 il cəza çəkəcək, biz əlimizdən gələn köməyi edəcəyik, Əlibala hüquqşünasdır, onun yaxşı tanışları vardır, işi həll edəcək», Əlibala da onlara demişdir ki, «mənim tanışlarım çoxdu, hər şey yaxşı olar, çətin variantda Təhməzi amnistiyaya saldırarıq, tez çıxar, bizim əlimizdədir». Onlar da Elsevərə və Əlibalaya inanıb, onlarla sağollaşmışlar, rayona qayıtmışlar. Rayonda olduğu müddətdə dəfələrlə o və Əlixan Elsevərlə və Əlibala ilə danışmışlar, hər dəfə onlar ona və Əlixana demişlər ki, «narahat olmayın, hər şey yaxşıdır, iş düzəlir, bu yaxınlarda Təhməzin sənədləri cəzaçəkmə müəssisəsinə gedəcək». Beləcə hər dəfə zəng vuranda, Elsevər və Əlibala onlara yalan məlumatlar və müxtəlif bəhanələr gətirərək, şirin dillə onları sakitləşdirmişlər, onlar Elsevərə və Əlibalaya inanıb gözləmişlər ki, Təhməzin işi düzələcək. Əlixan görmüşdür ki, təhməzin işindən xəbər yoxdu, ona görə də qərara gəlmişdir ki, özü Bakı şəhərinə getsin, Elsevər və Əlibala ilə görüşsün. Ona görə də 26 oktyabr 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, Bakı şəhərində olanda, Elsevərə zəng vurmuş, ona harada olmasını və görəşmək istədiyini bildirmiş, həmin vaxt Xamis Bakı şəhərində onunla olmuşdur. Elsevər də Əlixana demişdir ki, «mən Xətai metro stansiyasının girişində olacağam, orada günorta saatlarında görüşərik». Əlixan da deyilən vaxtda həmin yerdə Elsevərlə görüşmüş, görüş zamanı Elsevər Əlixana demişdir ki, «gedək Ali Məhkəmənin qabağına, Əlibala da ordadır, onun iş yeridir, zəng vuraram, düşər bizimlə görüşər». X43 Məhəkəmənin inzibati binasının qarşısına getmişlər, ora çatanda görmüşdür ki, Əlibala pilləkənlərdən aşağı düşür. Əlibala ilə orada görüşmüş, söhbət zamanı Əlixan Əlibaladan və Elsevərdən oğlu Təhməzin işinin nə yerdə olmasını soruşmuş, çünki onlarla hər dəfə telefonda danışanda, onlar Əlixana demişlər ki, hər şey yaxşıdır,Təhməzin sənədləri gedib. Həmin vaxt Əlibala Əlixana arayış təqdim etmiş, Əlixan arayışa baxanda, görmüşdür ki, arayışda Azərbaycan Respuölikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmuş X17 təyin olunmuş 11 il azadlıqdan məhrumetmə cəzası Ali Məhkəmənin plenum qərarına əsasən 2 il azaldılmışdır, lakin arayışın heç bir möhürü olmamış, üzərində səlahiyyətli şəxsin imzası olmamış, sadəcə arayışın yuxarı hissəsində femidanın əksi olmuşdur. Əlixan bu sənədin rəsmi olmadığını və doğruluğundan şübhələndiyindən, onlara demişdir ki, «bu sənəd saxtadır, belə bir sənəd ola bilməz, cəzanın azaldılması qərarla olmalıdır». Elsevər və Əlibala ona demişdir ki, «qanuni sənəddir, narahat olma, Ali məhkəmənin 11 hakiminin razılığı ilə bu sənəd hazırlanmışdır, plenumdan keçmişdir, rəsmi sənəddir». Əlixan artıq bu sənədi görəndən sonra şübhələnmişdir, lakin ürəyində azca oğlunun işinin həlli ilə əlaqədar ümid olduğundan, yenə də Elsevər və Əlibalaya inanmış, istəmişdir ki, gözləsin, bəlkə iş düzələr. Həmçinin Əlibala və Elsevər Əlixana demişlər ki, bu yaxınlarda sənəd cəzaçəkmə müəssisəsinə gedəcək, yaxşı olacaq. Əlixanda onlarla sağollaşıb rayona gəlmiş, onlardan xəbər gözləmişdir. Əlixan həmin vaxtlarda Təhməzlə danışmış, ona bu barədə danışmış, Təhməz Əlixana demişdir ki, «ata mənim cəzamın azaldılması ilə əlaqədar heç bir sənəd gəlməmişdir, o iş qurtarıb daha, həll oluna bilməz, qanunun tələbi belədir, mən burada da maraqlanıram». Amma Əlixan yenə də Elsevər və Əlibaladan xəbər gözləmişdir, onlara zəng vurmuş, Təhməzlədə danışmağını onlara danışmış, onlar isə Əlixana narahat olmamağım, yaxın günlərdə bu işin həllini tapacağını demişdir, hər dəfə də müxtəlif bəhanələr gətirmişlər, gah bazar günü olmasını, gah bayram olmasını, gah dövlət bayramının olmasını, məhkəmələrin işləməməsini demişlər. Əlixan təhməzlə danışanda, Təhməz Əlixana demişdir ki, «ata mən onlara inanmıram, onlar səni aldadır, Elsevər mənə zəng vurmuşdu, mənə deyirdi ki, narahat olma, arxayın ol, novruz bayramı üçün amnistiya ilə səni çölə buraxarıq, narahat olma, əgər mənə inanmırsansa, pulunuzu qaytarım, səbrli ol. İş həll edən çoxdan işi həll etmişdi, artıq uzun müddət keçmişdir». Əlixan 2019-cu ilin dekabr ayında görmüşdür ki, Esevər və Əlibala onu aldatmışdır, onun pulunu ələ keçirmişlər, Əlixan onların oğlunun işini həll edəcəklərinə inanmamış, əlini üzmüşdür. Bundan sonra da Əlixan hər dəfə Elsevərlə və Əlibala ilə danışanda, onlar ona demişlər ki, «ağsaqqal narahat olma, oğlum ölsün işi düzələcək, novruz bayramına qədər səbrli ol, sənədləri hələ getmiyib, biz sənə söz vermişəm, iş alınacaq». Beləcə Elsevər və Əlibala onlara dəfələrlə müxtəlif bəhanələr və yalan məlumatlar vermişlər, hətta 2020-ci ilin mart ayının 20-ci tarixi də gəlib çatmış, lakin Təhməzin işi düzəlməmiş, Əlixan artıq bir daha tam əmin olmuşdur ki, Elsevər və Əlibala onu aldatmışdır, etibarından sui istifadə etmişdir, ona 8000 manat ziyan vurmuşlar. Əlixan bundan sonra onlardan verdiyi pulunu tələb etmiş, onlara demişdir ki, «pulu verməsəniz biz sizdən şikayət edəcəyəm, həmin pul şəhidə verilən puldur». Onlar da Əlixana hər dəfə yalan məlumatlar verməklə, pulunu bu gün, sabah, bir həftə sonra verəcəklərini demişlər. Artıq 2020-ci ilin may ayının axırları çatmış, nə Elsevər, nə də Əlibala onun pulunu verməmişdir. Əlixan da məcbur qalıb 30 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti aparatına və prokurorluğuna teleqramma ilə müraciət etmiş, müraciətində Elsevər və Əlibalanın onu aldatmasını və 11000 manat pulunu ələ keçirmələrini bildirmişdir. Sonradan onu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırmışlar, orada da baş vermiş hadisə ilə əlaqədar ətraflı olaraq izahatında göstərmişdir. O, Elsevər və Əlibala barəsində qanuni tədbir görmələrini, vurulmuş ziyanın ödənilməsinə köməklik etmələrini xahiş edir. Birinci dəfə onlar poçt şöbəsindən 1000 manat pulu Elsevərin adma göndərmişlər, ikinci dəfə isə o, Bakı şəhərində 7000 manat pulu onlara verəndə, onların yanında başqa şəxslər olmamışdır. O, Elsevərin və Əlibalanın başqa şəxsləri də aldatmasını eşitməmiş, bu barədə məlumatı olmamışdır. Əlixan ümumilikdə Elsevərə və Əlibalaya 8000 manat pul vermişdir, qalan 3000 manat pulu isə onlarla oğlunun işinin həll edilməsi ərəfəsində çəkdiyi xərclər, yəni hər dəfə Bakı şəhərinə gedib gəlməyi, cəzaçəkmə müəssisəsinə gedib gəlməyi və sair xərclər olmuşdur, ona görə qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 Şıxməmməd oğlunun ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. O, Nurlan və Mehmanı tanımamışdır. 2020-ci ilin mart ayının sonlarına yaxın Əlibala ona zəng edib özünün işinin olduğunu bildirmiş və ondan İlyas adlı şəxslə görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini götürüb Əlibalaya çatdırmağını ondan xahiş etmişdir. O, həmin gün saat təxminən 16 radələrində İlyas adlı şəxslə görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin vaxt İlyasın yanında heç kim olmamışdır. O, şəxsiyyət vəsiqəsinin surətini aparıb Əlibalaya vermişdir. Əlibalanın şəxsiyyət vəsiqəsinin surətini hansı məqsədlə aldığını o, bilməmişdir. Təxminən bir həftə keçdikdən sonra İlyas ona zəng edib onunla görüşmək istədiyini demişdir və o da razılaşmışdır. O, onunla Bakı şəhərində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt adları sonradan ona məlum olan İlyasın qardaşı oğlanları Nurlan və Mehman adlı şəxslər də onunla birlikdə gəlmişlər. Onlar ondan Əlibalanın evinin yerini soruşmuşlar. O, onların hansı məqsədlə Əlibalanın axtardıqlarını bilməmişdir. Ona görə də, o, Əlibalanın evinin yerini onlara deməmişdir. Sonradan o, bu barədə Əlibalaya bildirmişdir. Bildirirəm ki, o, Əlibalanın həmin şəxslərdən hansı məbləğdə və hansı məqsədlə pul aldığını bilmir, o barədə heç bir məlumatı yoxdur. Bundan başqa bildirir ki, o, şəxsiyyət vəsiqəsinin surətini götürüb ona verdiyi üçün və ya digər hər hansı məqsədlə Əlibala ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə yaşayır. Himayəsində bir azyaşlı övladı olmuşdur. O, Sumqayıt şəhərində təcili tibbi yardım stansiyasında tibb bacısı işləyir. Zərərçəkmiş şəxs3 onun bibisi, Şahid8 və Şahid9 isə bibisi Adilənin oğlanlarıdır, onlarla münasibətləri həmişə yaxşı olmuşdur, aralarında düşmənçilik, ədavətləri olmamışdır. Atası Əspan adətən gecələr onunla eyni evdə qalır. 2018- ci ildə o, bibisi Adilənin əri Elmanın cinayət törətdiyi üçün həbs olunduğunu bilmişdir. Lakin o, atasının onun işinə köməklik etməsindən xəbəri olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayında dəqiq xatırlamadığı gündə, Mehman yaşadığı evə qonaq gəlmişdir, axşam saatları olmuşdur. Həmin vaxt atası Əspan da evdə olmuşdur. O, yemək hazırlamaq üçün mətbəxə keçmişdir. Təxminən yarım saat sonra o, Mehmanın çıxıb getmək istədiyini görmüşdür. O, Mehmanı saxlamış və ona yemək yeməyi təklif etmişdir. Sonra Mehman onlarla yemək yedikdən sonra çıxıb getmişdir. Sonra o, atasından Mehmanın hansı səbəbə gəldiyini soruşmuşdur. Atası ona Mehmanın bir iş barəsində söz soruşmaq üçün gəldiyini demişdir. O, Mehmanın atasıla hansı iş barəsində söhbət etdiyini bilməmişdir. Təxminən 2020-ci ilin mart ayında o, atasının Elmanı həbsdən azad etmək üçün bibisinə köməklik etmək istədiyini və bu məqsədlə hissə-hissə onlardan pul alıb Əlibala adlı şəxsə verdiyini, lakin Əlibala adlı şəxsin atasını və bibisini aldatdığını bilmişdir. Bundan başqa onun hadisə barədə heç bir məlumatı yoxdur, atasının bibisi Adilədən pulu harada və nə vaxt alması barədə isə onun heç bir məlumatı yoxdur. Bildirir ki, onun Mehmanın atasına pul verib-verməməsindən xəbəri yoxdur, Mehman onun yanında atasına pul verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Şahid2 təxminən 10 ildir ki, tanıyır. Onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə 10 ildən artıqdır ki, tanıyır. Onunla da aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin oktyabr ayının axırlarında o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, A.Sultanova heykəlinin yaxınlığındakı çayxanada otub çay içəkən Əspan onun mobil telefonuna zəng vurub demişdir ki, yeznəsi Elmanın Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılır. Onun cəzasının yüngülləşdirilməsi üçün köməklik etmək lazımdır. O, Əspana demişdir ki, onun elə bir tanışı yoxdur. O, Əspanla telefonla danışıb qurtardıqdan sonra Əlibalaya Əspanla olan söhbətini bildirmişdir. Əlibala ona demişdir ki, o, hüquqşünasdır, əlaqələrindən istifadə edib Elmana köməklik edə bilər. Bir gün sonra Əspan yenə də onun mobil telefonuna zəng vurub ondan yeznəsi Elmanın işinə köməklik edə bilib bilməyəcəyini soruşmuşdur. O, Əspana demişdir ki, Əlibala adlı tanışı vardır, Əlibala ona Elmanın işinə köməklik edə biləcəyini demişdir. Səhərisi gün o, Əspanla Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında görüşmüşlər. O, Əlibalanın mobil telefonuna zəng vurub harada olduğunu soruşmuşdur. O, ona Bakı şəhərindəki H.Cavid adına parkda olduğunu demişdir. O, Əspanla birlikdə H.Cavid adına parka getmişdir. Həmin vaxtı o, Əspanı Əlibala ilə tanış etmişdir. Əspan Əlibala ilə söhbət edərək yeznəsi Elmanın işi ilə əlaqədar onunla danışmış, ona demişdir ki, Elmanın cəzasının yüngülləşdirilməsi üçün onlara köməklik etsin. Əlibala Əspana demişdir ki, Elmanın barəsində olan cinayət işinə aid ittiham aktının surəti ona versin. O, Respublika Prokurorluğunun İttiham İdarəsində işləyən tanışı ilə danışıb yeznəsinə köməklik edəcək. İki gün sonra Əlibala onu və Əspanı H.Cavid adına parka çağırmışdır. Orada olan zaman Əlibala Əspana demişdir ki, Elmanın cəzasının yüngülləşdirilməsi üçün İttiham İdarəsində işləyən tanışına pul verilməlidir. Bunun üçün 8000 manat pul həmin şəxsə verilməlidir. Əspan Əlibalaya demişdir ki, bacısı Adilə ilə danışıb sabah onunla görüşəcəkdir. Səhərisi gün axşam saatlarında Əspan onun mobil telefonuna zəng vurub H.Cavid adına parka gəlməyini demişdir. O, H.Cavid adma parka gəlmişdir. Az sonra Əspan oraya gəlmiş, ona demişdir ki, bacısı Adilə indi oraya gəlib ona pul verəcəkdir. Onlar bir qədər gözlədikdən sonra Adilə bir nəfər adını bilmədiyi oğlu ilə oraya gəlmişdir. Söhbət əsasında Əspan Adiləyə demişdir ki, onun tanışı onun əri Elmanın işinə köməklik edəcəkdir. Adilə ondan xahiş edib demişdir ki, ərini şərləyiblər, ona görə də tanışından xahiş edir, onun ərinə köməklik etsin. O, Adiləyə demişdir ki, tanışına bildirəcəkdir ki, ərinin işinə köməkik etsin. X46 pul vermişdir. Lakin o, bir qədər kənarda dayandığı üçün Əspana nə qədər pul verdiyini bilməmişdir. Sonra o, Əspanla birlikdə Adiləgildən ayrılmışlar, bir qədər aralıda dayanmış Əlibalanın avtomobilinə tərəf getmişlər. Orada avtomobilin içərisində Əspan Adilədən aldığı pulları Əlibalaya verib demişdir ki, 8000 manat puldur. Sonra Əlibala onlardan ayırlıb getmişdir. Əspanla o da öz evlərinə getmişlər. Bir neçə gündən Əspan Əlibala ilə telefonda danışaraq ona demişdir ki, Elmanın işinə baxan hakimlə danışsın, onun cəzasının yüngülləşdirlməsini öhdəsinə götürsün. Əlibala Əspana bunun üçün ondan 35000 manat pul istəmişdir. Sonradan Əlibala və Əspan ona aralarında olan bu söhbəti demişlər. O, Əspana demişdir ki, pulu onsuz Əlibalaya verməsin, çünki Əlibala sonra ondan pul aldığını dana bilər. Bir neçə gün sonra o, Əspanla Bakı şəhərindəki H.Cavid adına parkda görüşmüşlər. Əspan ona demişdir ki, bacısı Adilədən 10000 manat pul götürmüşdür ki, Əlibalaya versin. Onlar yaxınlıqda avtomobilində gözləyən Əlibalanın yanına getmişlər.Avtomobilin içərisində Əspan 10000 manat pulu onun yanında Əlibalaya vermişdir. Sonra Əlibala onlardan ayırlıb getmişdir. Onlar da öz evlərinə getmişlər. Dekabr ayının əvvəllərində o, yenə də Əspanla H.Cavid adına parkda görüşmüşlər. Sonra yaxınlıqda avtomobildə gözləyən Əlibalanın yanına getmişlər. Avtomobilin içərisində Əspan onun yanında 25000 manat pulu Əlibalaya vermişdir. 12.03.2020-ci il tarixdə Əspanın yeznəsi Elmanın barəsində Baklı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarılmışdır. O, həmin vaxtı başa düşmüşdür ki, Əlibala Əspanı və qohumlarını aldatmışdır. Əspan bundan sonra onun mobil tez tez zəng vurub Əlibalaya verdiyi pulları tələb etməyə başlamışdır. O, Əspana demişdir ki, Əlibala onun aldatmış, getsin pulları ondan tələb edib alsın. Sonradan Əspan ona demişdir ki, Əlibalanın evinə gedib ona məxsus şəxsiyyət vəsiqəsinin arxasına Əlibalanın ondan 43000 manat pulu almasını yazdırmış, o, özü və Əlibala həmin yazının altına imza etmişlər. Əlibala Əspandan aldığı 43000 manat puldan ona heç nə verməmişdir. Əspan onunla yaxın olduğu üçün onun yanında iştirak etmişdir ki, sonradan Əlibala ondan pul almasını danmasın. Zərərçəkmiş şəxs3 ifadəsində yalandan göstərmişdir, belə ki, əsl həqiqətdə hadisə o, ifadəsində göstərdiyi kimi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, Əlibalanı isə tanımışdır, ona tanışı, mərhum Fazil adlı şəxs bildirmişdir ki, belə bir tanış vardır, onun oğlunun cəzasını azaltmaq lazımdır, o da Fazilə demişdir ki, “mənim belə işlərdən başım çıxmır, sadəcə Əlibala adlı sinif yoldaşım vardır, o, belə işlərlə məşqul olur, özü də hüquqşünasdır, istəyirsənsə, danışım”. Fazil də razılıq vermişdir. Sonradan 2019-cu ilin avqust ayının axırlarında o Fazillə Neftçilər metrostansiyasmın yaxınlığında çayxanada görüşmüşdür, orada Əlixanın kürəkəni Maksud və Maqsudun dostu Xamis olmuşdur. Həmin vaxt Fazil ona bildirmişdir ki, “bu şəxslər Zərdab rayonundandır, Maqsudun qaynı məhkum olunmuşdur, cəzasını azaltmaq lazımdır, əllərində 8000 manat pulları vardır, onun 1000 manatını mən özümə götürərəm, real olaraq əllərində 7000 manat pul vardır”. O da Fazilə onların yanında bildirmişdir ki, “mən belə işləri bilmirəm, mənim tanışım Əlibala adlı şəxs vardır, o belə işlərnən məşqul olur, qoy onunla danışım, razılıq versə, görüşərsiz”. O, onların yanında Əlibalaya zəng vurmuşdur, Əlibalaya demişdir ki, “mənim yanımda şəxslər vardır, onlar qohumlarının işini həll etmək istəyirlər, cəzasını azaltmaq istəyirlər, əllərində 7000 manat pulları vardır”. Əlibala ona demişdir ki, “mənim tanışım var, həll edərik, sən onlara de sentyabr ayının 04-də gəlsinlər, danışarıq”. Onun Əlibala ilə danışığını Fazil, Maqsud və Xamisdə eşidmişdir. Həmin vaxt Fazil Əlibalaya demişdir ki, “mən sənə iş verirəm, sənin qazancın olar, mən həmin puldan 1000 manatını götürürəm, 7000 manat pulu sənə verəcəklər, Əlibala da razılıq verdi”. Həmin söhbəti Maqsud və Xamis eşitmişdir, Maqsud razılıq vermişdir. Fazil Maqsuda demişdir ki, “rayona getsən poçtla göndərərsən”. Fazil ona demişdir ki, “mənim üzərimdə şəxsiyyət vəsiqəm yoxdur, maqsudla danış, pulu poçtla sənin adma göndərsinlər, sən götür mənə ver”. O da razılıq vermişdir. Bundan sonra o Maqsuda zəng vurmuşdur, soyadını, adını, atasının adını Maqsuda bildirmişdir, ona demişdir ki, “Fazilə çatası pulu mənim adıma göndər poçta, mən götürürəm, verirəm Fazilə”. Maqsud razılıq vermişdir, 1000 manat pulu onun adma H.Aslanov metro stansiyasının yaxınlığında olan poçt şöbəsinə göndərmişdir, o də həmin pulu götürüb Fazilə vermişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Əlibala ona zəng vurmuşdur və bildirmişdir ki, “danışmışam, de gəlsinlər”. O da Əlibaladan soruşmuşdur ki, “harada görüşək, onlar hara gəlsinlər”. Əlibala ona demişdir ki, “onlara de Ali məhkəmənin yanma gəlsinlər, orada görüşərik”. O da bu barədə Maqsuda bildirmişdir. 04.09.2019-cu il tarixdə Maqsud Xamislə Bakı şəhərinə gəlmişdir, o da Ali məhkəmənin yanma getmişdir. Həmin tarixdə səhər saatlarında Maqsud və Xamislə Ali məhkəmənin inzibati binasının yanında görüşmüşdürlər, bir az sonra Əlibala da oraya gəlmişdir. Maqsud Əlibalanın maşınına oturmuşdur, pulu sayıb Əlibalaya vermişdir, o Xamislə çöldə qalmışdır. Sonradan Maqsud maşından düşmüşdür, ona demişdir ki, “mən 200 manat pulu yola xərcləmişəm, 6800 manat pulu da Əlibalaya verdim, Maqsud Xamislə mənimlə sağollaşıb çıxıb getdilər”. Əlibala ona demişdir ki, “bunlar 6800 manat pul gətiriblər, 7000 manat gətirməmişdilər”. Sonra Əlibala ona 600 manat pul vermişdir, demişdir ki, “sənə xərclik verirəm, onların işini də düzəldərəm”. Sonradan Əlibala onların işini düzəltməmişdir, hər dəfə onlara yalan vədlər vermişdir. O Maqsuda və Xamisə heç bir vəd verməmişdir, çünki belə işlərdən başı çıxmır. 11 sentyabr 2019-cu il tarixdə Ali məhkəmədə proses olduğundan, bu vaxt Əlixan Maqusdla və Xamislə məhkəməyə gəlmişdir. Məhkəmədə olarkən, Maqsud ona zəng vurmuşdur və bildirmişdir ki, “bizi məhkəməyə buraxmadılar, deyəsən burada nəsə narahatçılıq var”. O da onlara demişdir ki, “gəlin Xətai rayon məhkəməsinin yanma, orada görüşək, mən Əlibalanı oraya çağıraram, görüm nə məsələdir”. Onlar gəlmişdirlər, o Əlibalaya zəng vurmuşdur, ona demişdir ki, «Əlixan Ali məhkəyəmə gəlib, onları məhkəməyə buraxmamışlar, nə məsələdir». Əlibala ona demişdir ki, «narahatçılıq yoxdur, danışmışam, hər şey yolundadır». O da Əlibalaya demişdir ki, “sən gəl, özün onlara başa sal”. Əlibala onların yanma gəlmişdir, onlara demişdir ki, “narahat olmayın, işiniz həll olunub, ay yarıma da kağız gedəcək Şəkiyə”. Onlar da Əlibala ilə razılaşmış, çıxıb getmişdirlər. Bir müddət ona Maqsud zəng vurmamışdır, sonradan Xamis ona zəng vurmuşdur və demişdir ki, “Şəkiyə məktub getmişdir, məktubda qeyd olunmuşdur ki, cəzası qüvvədə saxlanılmışdır, heç bir dəyişiklik edilməmişdir”. O da Xamisə demişdir ki, «bəs Əlibala özü sizə dedi ki, hər şey həll olunub, narahatçılıq yoxdur, niyə məsələ belə alınıb, qoy mən danışım, sənə deyərəm». O Əlibalaya zəng vurmuşdur, ona demişdir ki, «bun ə məsələdir, bəs iş həll olunmuşdu, sən mənə deyirdin ki, narahatçılıq yoxdur». Əlibala ona demişdir ki, «dəqiqləşdirim sənə deyərəm». O artıq Əlibaladan şübhələnməyə başlamışdır. Sonradan Əlibala ona votçap proqramı vasitəsilə səs göndərmişdir və o səsə qulaq asanda, Əlibala onamənə demişdir ki, "mən sənə və onlara düz desəydim, siz mənə pul verməzdiniz, mən həmin işlə əlaqədar heç kimə müraciət etməmişdim, sadəcə pula ehtiyyacım var idi, həmin pulu sizdən alıb ehtiyyaclarıma xərclədim, onları və səni aldatdım”. O bundan sonra əsəbiləşmişdir və Əlibalaya demişdir ki, «mənə dəxli yoxdur, sən adamların pulunu qaytar, onlar məndən əl çəkmirlər, mən səni onlarla tanış etmişəm, edə bilmirdin deyərdin ki, edə bilmirəm, nə səbəbə belə etdin». Əlibala ona demişdir ki, “narahat olma, mən pulu düzəldib qaytararam”. Sonradan Əlibala hissə-hissə pulu qaytarmağa başlamışdır. Hazırda da Əlixanın ziyanı tam ödənilmişdir. O heç vaxt Əlixana, Maqsuda və Xamisə vəd verməmişdir, sadəcə Əlibalanı onlarla tanış etmişdir, Əlibala onları aldatmışdır, pulunu ələ keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq əməli törətməsi epizodları ilə bağlı qeyd edir ki, həmin epizodlar üzrə təqsirləndirilən şəxsi təqsirli olması və əməlində cinayət tərkibinin olması iş üzrə sübut edilmədi. Belə ki qısa formada qeyd edilməlidir ki, cinayət qanunvericiliyində qiyabi formada cinayət törətmək, yəni hazırkı hal üzrə qiyabi formada dələduzluq etmək, yəni qiyabi formada, hər hansı bir ünsiyyət və tanışlıq olmadan, hər hansı bir vəd vermədən, etibarı olmadan, aldatmadan, şəxsin yanında etibarı olmaq, aldatmaq və maddi ziyan vurmaq mümkünsüzdür. Ümumiyyətlə Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. CM-nin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. CM-nin 3–cü maddəsinə əsasənyalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 4-cü maddəsinə əsasən həmin Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 5-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhz sadalananlar baxımından Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq əməli törətməsi epizodları ilə bağlı ittiham hissədə CM-nin 178.2.2, 178.2.4-cü maddəsinin tərkibi mövcud olmur, həmin maddənin dispozitiv şərtləri tam olaraq mövcud deyildir. Həmin zərərçəkmiş şəxslərə münasibətdə ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı sübut olunan faktara əsasən, təqsirləndirilən şəxsin əməlində ümumiyyətlə dələduzluq cinayətinin tərkibi yoxdur. Çünki CM-nin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Həmin maddəyə əsasən həmin cinayətin zərərçəkəninə münasibətdə təqsirləndirilən şəxsin 2 əməli mövcud olmalıdır, yəni 2 dispozitiv şərt vardır. Birinci - təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarını qazanmalı və həmin etibardan sui-istifadə etməlidir və ya zərərçəkəni aldatmalıdır, İkinci - təqsirləndirilən şəxs zərərçəkənin etibarından sui-istifadə etməklə və ya aldatmaqla həmin zərərçəkənin əmlakını ələ keçirməli və ya əmlak hüquqlarını əldə etməlidir. Təqsirləndirilən şəxsin bir şəxsin etibarını qazanıb, həmin etibardan sui-istifadə etməklə və ya aldatmaqla, lakin digər başqa bir şəxsin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi dələduzluq cinayətinin tərkibini yaratmır. Yəni etibarından sui istifadə edilən və ya aldadılan şəxslə, əmlakı və ya əmlak hüquqları ələ keçirilən şəxs eyni olmalıdır. Əks halda cinayət tərkibinin bütün əlamətləri mövcud olmur. Çünki bu halda ya aldadılan və ya etibarından sui istifadə edilən şəxsin əmlakı və ya əmlak hüquqları ələ keçirilmir. Və ya əmlakı və ya əmlak hüquqları ələ keçirilmiş şəxsə qarşı aldatma və ya etibarından sui istifadə etmə mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə də məhkəmədə müəyyən edildi ki, ittiham aktı üzrə zərərçəkən kimi tanınmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5n təqsirləndirilən şəxs kimi tanınmış Təqsirləndirilən şəxslə ünsiyyəti olmamışdır, Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs qarşı hər hansı etibarı olmamışdır, Təqsirləndirilən şəxs onların etibarını qazanmamışdır, Təqsirləndirilən şəxs onlar qarşısında hər hansı bir etibarı olmadığı üçün olmayan etibarından Təqsirləndirilən şəxs tərəfindən sui istifadə edilməmişdir. Həmin zərərçəkmiş şəxslərin hər hansı bir işinə köməklik edilməsi ilə bağlı hər hansı bir ünsiyyəti, razılığı olmamışdır, danışıqları olmamışdır, Təqsirləndirilən şəxs onlara hər hansı bir vəd verməmişdir. Onlar Təqsirləndirilən şəxs şəxsən hər hansı bir məqsəd üçün, hər hansı bir məbləğdə pul verməmişdir. Hətta məhkəmədə müəyyən edilir ki, həmin zərərçəkmiş şəxslər iş görmək adı ilə adları ittiham aktında şahidlər kimi göstərilən şəxslərə pulları verərkən də, qeyd edilən şahidlərin pulları Təqsirləndirilən şəxs veriləcəyindən də xəbərləri olmamışdır. Konkret olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. Zərərçəkmiş şəxs2 bütün söhbətləri Elsevərlə etmişdir və Elsevərə etibarı olmuş və Elsevərə inanıb, pulu Elsevərə vermişdir, Elsevərin həmin pulu kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Elsevər pulu alıb kimə verəcəkdir. Elsevər ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Elsevər pulu alıb Əlibalaya vermişdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Elsevər qaytarmışdır, qalan pulu da Elsevər qaytaracaqdır. Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir, Əspanın kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Əspan pulu alıb kimə verəcəkdir. Hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüşdür, Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmişdir, Səyyarın bu işləri görədəyini Əspan ona bildirmişdir, Əspan ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əspan söhbətlər zamanı Səyyarın adını çəkiblid. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7000 manat bir qaytarıb, sonra Əspan 2000 manat bir, 1000 manat bir, 3075 manat da Əspan poçt vasitəsilə göndərib. Hapzırda əspan ona 13075 manat pul qaytarıb. Həmçinin Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs əvvəllər tanısa da Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq etməsi baş verməmişdir, çünki Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, uzun müddətdir ki, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O bütün söhbətləri Zərərçəkmiş şəxs4lə etmişdir və Məhyəddinə etibarı olmuş və Məhyəddinə inanıb, pulu Məhyəddinə vermişdir, Məhyəddinin kimə verəcəyindən də xəbəri olmamışdır, bilməmişdir ki, Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir. Məhyəddin ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əgər bilsəydi ki, Əlibalanın iş görməsi üçün Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir, heç vaxtı Məhyəddinə bu pulu verməzdi. Çünki Əlibalanı tələbəlik illərindən tanımışdır, düz adam kimi tanımır, ona qarşı hər hansı bir etibarı yoxdur. Sonradan pul veriləndən və iş alınmayadna sonra Məhyəddin ona bildirmişdir ki, pulu Əlibalaya veribdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Məhyəddin qaytarmışdır. Belə olduğu təqdirdə ümumiyətlə təqsirləndirilən şəxs nə zərərçəkən şəxs kimi göstərilən həmin şəxslərin yanında etibarı olmamış, nə onların etibarından sui-istifadə etməmiş və ya aldatmamışdır, dələduzluq əməlinin belə bir tövfsiedici əlaməti mövcud olmur, nə də onların əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməli mövcud olmur. Çünki hesab etsək ki, Təqsirləndirilən şəxs pul verilib, onda zərərçəkən kimi həmin şəxslər tanınsa da, ittiham aktına əsasən pulu Təqsirləndirilən şəxs şahid kimi göstərilən şəxslər vermişdir. Hesab edilsə də ki, şahidlərin verdiyi pullar, zərərçəkənlərin puludur, onda Təqsirləndirilən şəxs həmin pulla bağlı zərərçəkən kimi göstərilən şəxslərə qarşı hər hansı bir vədi olmayıb, etibarlarıdan sui-istifadəsi və ya aldatması olmayıb. Göründüyü kimi yuxarıda sadalananlara əsasən təqsirləndirilən şəxsin həm ümumiyyətlə həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət törətməsi sübuta yetirilmir, həm də ona qarşı ittiham aktına əsasən verilmiş əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud deyildir. Həmçinin iş materiallarında olan Şahid10 tərəfindən imzalanmış qəbzdə qeyd edilmişdir ki, həmin qəbzi Zərərçəkmiş şəxs2 ona görə yazmışdır ki, Ş.Əlixanova olan 1500 manat borcunu qaytaranadək hər ay 200 manat ödəməklə bağlayacaqdır. Bununla da həmin qəbzdən də görünür ki, Zərərçəkmiş şəxs2 qaytarılası pulları Şahid10 qaytarmalıdır. Bundan əlavə iş materiallarında olan (cild İİİ, səh 6) Şahid2 yazdığı və imzaladığı qəbzin hazırkı iş üzrə Təqsirləndirilən şəxs qarşı həmin epizod üzrə təqsirliliyini və əməlində cinayət tərkibinin mövcudluğunu təsdiq edən sənəd kimi qəbul edilə bilmir. Çünki həmin qəbzdə Şahid2 qeyd etmişdir ki, 25.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 500 manat pul alıb. Bundan əlavə iş materiallarında (cild İ, səh 139) Təqsirləndirilən şəxs tərəfindən imzalanması qeyd edilən iltizamda yazılmışdır ki, “mən Ağayev X24 və Şahid9 qardaşlarının Şahid2 verdiyi 43 min manat pulu 10 gün ərzində qaytarmağa söz verirəm. Həmin 43000 manat pulu atasına kömək etmək məqsədilə almışam. 10 gün ərzində qaytarmadığım halda cinayət məsuliyyətinə cəlb olunmağıma razıyam.” Həmin iltizam da Təqsirləndirilən şəxs qarşı həmin epizod üzrə təqsirliliyini və əməlində cinayət tərkibinin mövcudluğunu təsdiq edən sənəd kimi qəbul edilə bilmir. Çünki həmin qəbzdə də yazılmışdır ki, Mehman və Nurlan pulu Əspana vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs onlarla ünsiyyətdə olmamış, onları aldatmamış, onların Ə.Ağavyevə etibarı olmamış, Təqsirləndirilən şəxs onların etibarından suiistifadə etməmiş, bu cür hərəkətlər nəticəsində Təqsirləndirilən şəxs onlardan pul almamışdır, pul birbaşa Təqsirləndirilən şəxs verilməmişdir. Bundan əlavə həmin qəbzdə “Mehman və Şahid9 qardaşlarının Şahid2 verdiyi 43 min manat pulun qaytarılmasından” söhbət gedir, lakin cinayət işi üzrə müəyyən edilir ki, Şahid2 pulu Mehman və Şahid9 qardaşları verməmişdir. Həmin pulu Şahid2 onun bacısı Zərərçəkmiş şəxs3 vermişdir. Yuxarıda qeyd edilən hüquqi əsaslandırma baxımından da həmin qəbz və iltizam Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkibini yaradan sübut kimi qəbul edilə bilmir. Bununla da şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkən şəxslər kimi göstərilən şəxsin etibarından sui istifadə etməmiş, onlara hər hansısa bir vəd verməmiş, onlarla hər hansı bir razılaşması olmamışdır, onları aldatmamışdır. Həmçinin birbaşa olaraq zərərçəkən şəxslər təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul verməmişdir, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər kimi göstərilən şəxsin əmlakını və ya əmlak hüquqlarını ələ keçirirməmişdir. Məhkəmə hazırkı ittiham üzrə zərərçəkmiş şəxslərə münasibətdə verilmiş ittiham hissədə hüquqi məsələlərlə bağlı qeyd edir ki, ümumiyyətlə Cinayət Məcəlləsinin və CPM-nin yuxarıda sadalanan normaları baxımından, təqsirləndirilən şəxsin hər hansı bir cinayətin icraçısı olmasa da, həmin cinayətin törədilməsində təqsirləndirilə bilməsi mümkündür. Yəni icraçı kimi yox, digər formada cinayətin törədilməsində iştirak edə bilər. Yəni şəxs hazırkı cinayət işi üzrə zərərçəkmişləri birbaşa tanımasa da, zərərçəkmişlərlə birbaşa ünsiyyətdə olmasa da, zərərçəkmişlərin yanında etibarı olmasa da, zərərçəkmişləri birbaşa aldatmasa da, zərərçəkmişlərdən birbaşa pul almasa da, qiyabi formada dələduzluq cinayətinin törədilməsində iştirak edə bilər. Belə ki, Cinayət Məcəlləsi cinayətdə iştirakçılıq formasında cinayət törədilməsini tanıyır. Çünki CM-nin 31, 32, 33, 34, 35-ci maddələri ilə tənzimlənən CM-nin 7-ci Fəsli mövcuddur. CM-nin 31-ci maddəsinə əsasəniki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsi ilə cinayətin iştirakçılarının məsuliyyəti müəyyən edilmişdir. 33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34-cü maddəsi ilə cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi məsələləri tənzimlənmişdir. 34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. 34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur. 34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur. 34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. 34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə səbəb olur. 34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. CM-nin 35.1-ci maddəsinə əsasən icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. CM-nin 35.2-ci maddəsinə əsasən icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Göründüyü kimi zərərçəkmiş şəxslərlə danışıqlarda, zərərçəkmiş şəxslərin etibarının qazanılmasında, zərərçəkmiş şəxslərin aldadılmasında, onlara hansısa işin görülməsi üçün vəd verilməsində, onlardan pulların alınmasında, işlərin yerinə yetirilməsinə söz verilməsində məhz Təqsirləndirilən şəxs bilavasitə iştirakı iş üzrə sübut olunmur. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin törədilməsində birbaşa icraçı qismində çıxış etməsi sübuta yetirilmir. Belə ki, dələduzluq əməlinin birbaşa icraçısı zərərçəkmiş şəxsin birbaşa etibarından suiistifadə etmə və ya aldatma yolu ilə həmin zərərçəkmiş şəxsin əmlakını ələ keçirən və ya əmlak hüquqlarını əldə edən şəxsdir. Hazırkı iş üzrə də birbaşa olaraq Təqsirləndirilən şəxs həmin şəxslərin biavasitə etibarını qazamnması, etibarlarından sui-istifadə etməsi, onları aldatması və bilavasitə həmin şəxslərin pullarını onlardan alıb zərər vurmamışdır, Təqsirləndirilən şəxs qarşı belə bir ittiham da mövcud deyildir. Təqsirləndirilən şəxs özü icraçı kimi həmin əməli törətməmişdir. Həmçinin həmin zərərçəkmiş şəxslərə qarşı törədilmiş əməldə Təqsirləndirilən şəxs hər hansı bir iştirakçı kimi iştirakı da həm sübut olunmur, həm də ümumiyyətlə Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin iştirakçılıqla törədilməsinə dair ittiham verilməmişdir. Çünki ümumiyyətlə hazırkı ittiham dələduzluq əməlinin iştirakçılıqla törədilməsi ilə bağlı deyildir. Belə bir formada ittiham verilməmişdir. Bu cür ittiham hazırkı ittihama münasibətdə, daha ağır ittihamdır. Hətta hazırkı ittihamdan da ağır ittiham, yəni Alibala Ağayevin CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham prokuror tərəfindən 27.02.2021-ci il tarixdə təsdiqlənmiş və məhkəməyə göndərilmişdir. Həmin ittiham aktına əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduşluq əməlinin Təqsirləndirilən şəxs tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilmişdir. Məhz həmin əmələ, yəni iştirakçılığa görə Təqsirləndirilən şəxs əlavə olaraq da CM-nin 178.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Zərərçəkmiş şəxs3 hazırkı cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılarkən, Şahid2 da cinayət məsuliyyətinə cəlb edilməsi üçün, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişdir. Vəsatətində də göstərmişdir ki, ona vurulmuş 43000 manatın hammısını Şahid2 Vermişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilənədək Şahid2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxslə görüşdürməkdən həmişə qaçmış, Şahid2 Təqsirləndirilən şəxslə arasındakı apardığı sövdələşmədən Zərərçəkmiş şəxs3 uzaq tutmuşdur. Həmin vəsatət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-149/2021 saylı, 05.05.2021-ci il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi iötidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna qaytarılmışdır. Lakin əvvəlki ittiham aktında Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihama münasibəidə, hazırkı daha yüngül ittiham aktı Yasamal Rayon Prokuroru tərəfindən 30.10.2021-ci il tarixdə təsdiq edilmiş və hazırkı ittihamla Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs qarşı əvvəlki ittiham aktındakı CM-nin 178.2.1-ci maddəsi də hazırkı ittiham aktında mövcud olmamışdır. Belə ki, hazırkı ittihamdan da ağır ittiham, yəni Alibala Ağayevin CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham prokuror tərəfindən 27.02.2021-ci il tarixdə təsdiqlənmiş və məhkəməyə göndərilmişdir. Həmin əvvəlki ittiham aktına əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduşluq əməlinin Təqsirləndirilən şəxs tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilmişdir. Lakin hazırkı ittiham aktında zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduşluq əməlinin yalnız Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilmişdir, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq əməlinin törədilməsində tanışı Şahid10 iştirakı çıxarılmışdır, Şahid10 şahid kimi göstərilmişdir. Beləliklə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə birbaşa kontaktı olmadığı üçün, ya zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında vasitə rolunu oynamış şəxslər Təqsirləndirilən şəxslə birlikdə həmin cinayəti törətməkdə təqsirləndirilsəydilər, məhz bu zaman Təqsirləndirilən şəxs belə bir formada həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin törədilməsində təqsirli sayıla bilərdi. Ya da zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında vasitə rolunu oynamış şəxslər də zərərçəkən olmalı idilər ki, Təqsirləndirilən şəxs həmin vasitə rolunu oynamış şəxslərə və qeyd edilən zərərçəkmiş şəxslərə birlikdə zərər vurmaqla dələduzluq etməkdə təqsirləndirilə bilərdi. Lakin göründüyü kimi hətta əvvəlki ittiham aktı üzrə cinayət işinə baxılmasına Yasamal rayon məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı ilə CM-nin 318.2-ci maddəsinə əsasən xitam verilərək, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsa da, təqsirləndirilən şəxsə daha da yüngül ittiham verilmişdir. Cinayət işi yenidən istintaq orqanında istindaq edilərkən, təqsirləndirilən şəxsin həm əvvəlki ittihama, həm də hazırkı ittihama münasibətdə daha da ağır əməlin törədilməsi təsdiq edilməmişdir. Hətta nəzərə alınmalıdır ki, cinayət işi materillarındakı 25.01.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarında” da (cild V, səh 1) Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs və Şahid10 əməllərində CM 310, 29, 311 və 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. Şahid2 əməlində CM-nin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin Şahid2 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Cinayət işi materillarındakı 16.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarında” da (cild İİİ, səh 142) Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Şahid2 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Cinayət işi materillarındakı 16.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarında” da (cild V, səh 225) Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Şahid10 və şəxsiyyəti istintaqa məlum olmayan Fazil adlı şəxs barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs və Şahid10 əməllərində CM 310, 29, 311 və 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. Şahid2 əməlində CM-nin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin Şahid2 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Göründüyü kimi ittihamda pulun alınıb verilməsində vasitəçi kimi göstərilmiş şəxslərlə (belə ki, Təqsirləndirilən şəxs həmin şəxslər vasitəsilə zərərçəkənlərdən pul aldığı qeyd edilmişdir) bağlı ibtidai istintaq orqanı tərəfindən yuxarıda qeyd edilmiş qərarlar qəbul edilmiş, onları əməlində cinayət tərkibinin olmadığı qeyd edilmiş, həmçinin həmin vasitəçilər kimi göstərilən şəxslər zərərçəkmiş şəxs kimi də tanınmamışlır. Zərərçəkmiş şəxslərə vəd verən, zərərçəkmiş şəxslər yanında etibarları olmuş, zərərçəkmiş şəxslərə müəyyən işin görülməsi üçün söz verib, onlardan həmin məbləğləri alan şəxslərin qeyd edilən zərərçəkmiş şəxsləri aldadıb-aldatmaması ilə bağlı ittiham mövcud deyildir. Yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə onun arasında vasitəçi olmuş şəxslərin (iş üzrə şahidlər kimi adları keçən şəxslər) etibarından sui istifadə edib, onları aldadıb, lakin iş üzrə zərərçəkmiş şəxslər kimi tanınmış şəxslərə zərər vurulması formasında da ittiham verilməsə də, hətta belə bir formadakı əməldə dələduzluq cinayətinin bütün əlamətləri mövcud olmur. Vasitəçi kimi adları qeyd edilmiş şəxslər alınmış pullara münasibətdə hazırkı iş üzrə zərərçəkmiş şəxslərlə birlikdə zərərçəkənlər kimi tanınmamışlar. Çünki vasitəçi olmuş şəxslərə qarşı da dələduzluq cinayəti törədilməsinə dair ittiham mövcud deyildir. Çünki CM-nin 178-ci maddəsinin dispozisiyasına əsasən aldalılan və etibarından sui-istifadə edilən şəxsə zərər vurulmalıdır ki, dələduzluq cinayətinin tərkibi yaransın. Düzdür, dələduzluq cinayətində aldalılan və etibarından sui-istifadə edilən şəxslə birlikdə digər şəxslərə də ziyan vurula bilir. Belə ki, ələ keçirilən əmlak və ya əmlak hüquqları aldalılan və ya etibarından sui-istifadə edilən şəxsə yox, digər bir şəxsə məxsusdursa, onda belə bir vəziyyətdə aldalılan və ya etibarından sui-istifadə edilən şəxslə birlikdə, ələ keçirilən əmlak və ya əmlak hüquqlarının məxsus olduğu, yəni həmin əmlakın mülkiyyətçisi də zərərçəkən şəxs kimi tanınmalıdır. Çünki “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli Qərarının 7ci bəndinə əsasən nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaiti bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirildikdə iş üzrə zərər çəkmiş şəxs qismində həmin pul vəsaitinə sahiblik edən bank, digər kredit təşkilatı və ya borc alan tanınır. Belə bir vəziyyətdə hazırkı cinayət işindəki qeyd edilən epizodlar üzrə yalnız Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 zərər çəkən şəxs qismində tanındığı halda, vasitəçi rolunu oynamış şəxslər zərərçəkən şəxs kimi tanınmamışdır. Yəni vasitəçi kimi olmuş şəxslərə qarşı da dələduzluq əməlinin törədilməsinə dair ittiham mövcud deyildir. Həmin vasitəçi kimi göstərilən şəxslərin məhkəməyə verilmiş ittiham aktında zərərçəkən şəxs kimi tanınmadığı halda, məhkəmənin həmin şəxsləri zərərçəkən şəxs kimi tanıması, nəticə etibarilə həmin epizodlar üzrə bir nəfərə yox, iki nəfərə zərər vurulması kimi nəticələnər və son nəticədə məhkəməyə verilmiş ittihamdan daha ağır ittiham əmələ gəlir. Həm də məhkəmənin həmin şəxsi əlavə zərərçəkən şəxs kimi tanıması, faktiki olaraq məhkəmənin verilmiş ittihamın məzmunundan, ittiham daxilindən kənara çıxması kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, vasitəçi kimi göstərilmiş şəxslərə qarşı da dələduzluq əməlinin törədilməsinə dair ittiham mövcud deyildir. Həmçinin hazırkı cinayət işi üzrə həmin vasitəçilər kimi göstərilən şəxslərin (şahidlərin) Təqsirləndirilən şəxslə birlikdə iştirakçılıqla cinayət törətməsi və ya Təqsirləndirilən şəxs həmin şəxslərə və hazırkı iş üzrə zərərçəkmiş şəxslər kimi tanınmış şəxslərə birlikdə zərər vurması, onlara qarşı dələduzluq əməli törətməsinə dair ittiham verilmədiyində, bu məsələni məhkəmə araşdıra bilmir. Çünki bu cür araşdırma ittihamdan kənaraçıxma ilə nəticələnər, buna isə CPM yol vermir. Qeyd edilən ziddiyyətli hallar, ittihamdakı çatışmamazlıqlar, istintaq orqanının təsdiq edilərək məhkəməyə göndərdiyi ittihamdakı dələduzluq əməlinin tərkibini yaradan çatışmamazlıqlar, təqsirləndirilən şəxsin ziyanına yox, onun xeyrinə həll edilməlidir. Belə hallar şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün iş üzrə tanınmış zərəçəkənlərlə təqsirləndirilən şəxs arasındakı əlaqələrin, münasibətlərin, etibarlı münasibətin olub-olmaması, zərərçəkənləri aldadıb-aldatmaması, zərərçəkənlərə zərər vurub-vurmaması ilə bağlı yuxarıda qeyd edilən məqamlar, həmin məqamlarla bağlı zidiyyətlər, hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, təqsirləndirilən şəxs cinayət törətməsini təsdiq edən sübutlar kifayət etmir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda həmin zərərçəkmiş şəxslərə qarşı onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. İttiham aktında göstərilən həmin zərərçəkmiş şəxslərə münasibətdə əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud deyildir. Həmçinin göründüyü kimi məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən, onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, əməldə cinayət tərkibi mövcud deyildir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. Bununla da toplanmış sübutlar onun əməlində cinayət tərkibinin olmadığını sübut edir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərdab rayonu Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Ə.T.X28 Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Təhməz Şamilovun cəzasının müddətinin azaldılması ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təyin edilmiş cəzanın müddətinin azaldılması məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının yaxınlığında 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə verilmiş ittiham hissədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi, həmin epizod üzrə Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayəti tərkibinin bütün əlamətlərinin mövcudluğu təsdiq edilmədi, ona görə də həmin epizod üzrə üzrə təqsirsiz bilinib, ona bəraət verilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3m aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə verilmiş ittiham hissədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi, həmin epizod üzrə Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayəti tərkibinin bütün əlamətlərinin mövcudluğu təsdiq edilmədi, ona görə də həmin epizod üzrə üzrə təqsirsiz bilinib, ona bəraət verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə- bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Bakı Dövlət Universitetində təhsil alan qohumu X8 təhsil aldığı müddətdə yaranmış kəsrlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsrlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs5 aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti.57Q ünvanında yerləşən “Böyük Fırat” restoranının yanında, sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə ona məxsus 10000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə verilmiş ittiham hissədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi, həmin epizod üzrə Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayəti tərkibinin bütün əlamətlərinin mövcudluğu təsdiq edilmədi, ona görə də həmin epizod üzrə üzrə təqsirsiz bilinib, ona bəraət verilməlidir. Beləliklə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodlarla bağlı verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Bununla belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar üzrə məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, həmin zərər çəkmiş şəxslərin və həmin zərərçəkmiş şəxslərlə bağlı şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 dair epizodlar üzrə cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 notariat qaydada təsdiq edilmiş ərizələrinə əsasən Təqsirləndirilən şəxs onlara vurulmuş maddi və mənəvi zərəri tam şəkildə ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs ailəli olmaqla, 01.01.1997-ci il təvəllüdlü Şəbnəm adlı qızı, 01.01.1999-cu il təvəllüdlü Hafizə adlı qızı, 20.10.2003-cü il təvəllüdlü X23, 22.04.2002-ci il təvəllüdlü X20 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar üzrə törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin Laçın rayonundan məcburi köçkün olmasını, ailəli olmasını, uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2019-cu il tarixli, 1(060)-340/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 30.11.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını növündə cəzasını çəkib qurtardığı üçün, qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırkı cinaətlərdən zərərçəkmiş Zərərçəkmiş şəxs1la bağlı epizodu həmin hökm çıxarılmazdan əvvəl olmaqla 2018-ci ilin senityabr ayında törətmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs4lə bağlı epizodu isə həmin hökm qüvvəyə mindikdən sonra 2020-ci il yanvar ayında törətmişdir. Hər bir halda əvvəlki hökm üzrə təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin həmin azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 19.01.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası həmin tarixə 09 ay 25 gün təşkil etmişdir. Belə olan təqdirdə onun həmin cəzasını çəkib qurtarmasaydıda belə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.5-ci hissəsinə əsasən az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məhkumlar cəzalardan azad edilirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 13-cü bəndinə əsasən həmin Qərarın 1–7-ci hissələri, bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 7-ci bəndinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi müəyyən edilmişdir. Yəni hətta cəzasını çəkib qurtarmasaydı da, 05.11.2021-ci il tarixə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ildən az olduğu üçün, barəsində Amnistiya qərarı tətbiq edilib, cəzadan azad ediləcəkdi. Lakin cəzasını çəkib qurtardığı üçün, barəsində amnistiyanın tətbiqinə ehtiyac da qalmamışdır. Hər bir halda əvvəlki hökm üzrə çəkilməmiş cəzası qalmadığından, həmin hökm üzrə təyin edilmiş və çəkilmiş cəza hazırda cəza təyini zamanı nəzərə alına bilmir. Təqsirləndirilən şəxs 27.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli qərarı ilə 27.07.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarı onun barəsində 01.09.2020-ci il tarixədək “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir, Bakı Apelyasiya Məhkəməsinin 04.09.2020-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilir. Yasamal Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 02 gün həbsdə və ev dustağlığında olmuşdur. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddət (1 gün həbsdə və ya ev dustaqlığında olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri (Abşeron yarımadası) hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdakı onun təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə sonuncunun bacısı Zərərçəkmiş şəxs3 43000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs5 10000 (on min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham epizodları üzrə Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından, törədilən əməllərin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona həmin zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə bağlı ittiham epizodları üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar