Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-38/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5 və onun vəkili X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə, 01 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 02 oktyabr 2021-ci il tarixdə gecə radələrində Heydər Əliyev adına X16 unudulmuş İran İslam Respublikası vətəndaşı X5 adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" banka məxsus 5318 4613 9232 1857 nömrəli plastik kartın hər iki səthinin şəkillərini həmin kart sahibinin müəyyən edilməsi üçün əldə etdikdən sonra tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 3 ünvanındakı “Musabəyov” adma parkda yerləşən “Cafepark” adlı kafedə X6 "xxxx" bankda olan ******************** nömrəli şəxsi hesabına internet vasitəsilə qanunsuz daxil olaraq oradan 04 oktyabr 2021-ci il tarixdə 100,49 manat məbləğində pulu “BirBank” kartına, 100.49 manat, 100,49 manat, 20,09 manat məbləğində pulu “e-pul” onlayn ödəmə sisteminə, 153,77 manat, 201,01 manat, 512,55 manat, 10,05 manat, 804 manat, 502,5 manat və 1155,75 manat məbləğində pulları onlayn şəkildə “Kapital Bank” kartına, 50,25 manat məbləğində pulu “e-manat” onlayn ödəmə sisteminə, 05 oktyabr 2021-ci il tarixdə 389,16 manat məbləğində pulu “yandex.money” saytına, 14189,05 manat, 29,19 manat, 291,84 manat, 583,71 manat, 1459,25 manat, 583,71 manat məbləğində pullan “pokupo” saytına, 111,88 manat, 51,95 manat məbləğində pulu “Funpay” saytına, 3314,46 manat, 552,74 manat məbləğində pulu “www.kontakl.az” saytına 287,37 manat, 574,21 manat məbləğində pulu “sms-activate.org” saytına, 11,05 manat məbləğində pulu “www.nar.az” saytına, 31,16 manat məbləğində pulu “www.kapitalbank.az” saytına, 06 oktaybr 2021-ci il tarixdə 235,03 manat, 358,77 manat, 358,9 manat, 358,9 manat, 358,9 manat, 359,14 manat məbləğində pulları “kzpcm” saytına, 3,32 manat məbləğində pulu onlayn alış-veriş saytına, 2,36 manat, 2,36 manat, 11,75 manat və hər dəfəsində 9,89 manatdan olmaqla 131 dəfəyə cəmi 1295,59 manat, yəni ümumilikdə 1312,06 manat məbləğində pulu “Paybut” saytına köçürərək eleketron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxs X7 29.517,19 (iyirmi doqquz min beş yüz on yeddi manat on doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nicat adlı şəxslə “LİNEAGE” adlı virtual oyunda tanış olmuşdur. Zöhrab adlı şəxsi isə Nicatın əmisi oğlu, Samir və Yusifi isə Nicatın tanışları kimi tanımışdır. Onlar heç vaxt görüşməmişlər və o, Nicatla sadəcə “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. 03 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman Nicat ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə “BTB" banka məxsus plastik kartın 16 rəqəmli şifrəsinin və kartın məxsus olduğu şəxsin ad, soyadının yazıldığı hissəsinin şəklini göndərmiş və həmin kartın sahibi barədə məlumatları öyrənməsini ondan xahiş etmişdir. Bu zaman o, Nicatdan həmin kartı hardan əldə etdiyini soruşduqda Nicat ona kartın şəklini tanışlarının göndərdiyini bildirmişdir. O, Nicat tərəfindən göndərilən kartın sahibinin anket məlumatlarını tam şəkildə öyrənə bilməmiş, kartın üzərində yazılan soyadın başqa millətə məxsus olduğunu düşünmüş və bundan sonra anasının müalicəsi üçün pula ehtiyacı olduğundan həmin kartdan pul çıxarmaq qərarına gəlmişdir. O, həmin kartdan istifadə edəcəyi barədə Nicata, Zöhraba, Samirə və Yusifə heç bir məlumat verməmişdir. O, Nicat tərəfindən göndərilmiş kartdan pulu nəğd qaydada çıxara bilmədiyindən həmin kartın balansındakı pulu xarici saytlara köçürmək və sonradan izini itirmək üçün yaşadığı evin deyil, başqa ərazinin “İP” kodu ilə internetə qoşulmaq qərarına gəlmişdir. 04 oktyabr 2021ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək olan 02 gün müddət ərzində o ünvan 4 ünvanında, Musabəyov parkında yerləşən “Cafepark” adlanan kafeyə gələrək qeyd olunan kartın arxa tərəfində yazılan məlumatlardan istifadə etməklə balansındakı pulu onlayn ödəmə sistemlərinə, oyun saytlarına, onlayn alış-veriş saytlarına xərcləmişdir. O, 100.49 manat məbləğində pulu “Bir Bank” kartına, 153.77, 201.01, 512.55, 10.05, 804, 502.5, 1155.75 manat məbləğində pulu “Kapital Bank”-da olan hesabına köçürmüş, 111.88 və 51.95 manat məbləğində pulu “funpay” adlanan onlayn oyun alış-verişi sisteminə, 29.19, 291.84, 583.71, 583.71, 1459.25 və 14189.05 manat məbləğində pulu “pokupo” adlnan Rusiyaya aid onlayn ödəmə sisteminə, 1312 manat 06 qəpik məbləğində “Paybut” saytın hesabına, 287.37 və 574.21 manat məbləğində pulu “sms-activate” onlayn sosial şəbəkələrin hesablarının alış-verişi sisteminə, 235.03, 358.77, 359.14, 358.9, 358.9, 358.9 manat məbləğində pulu “Krpcm” Qazaxıstan dövlətinə məxsus onlayn ödəmə sisteminə, 389.16 manat pulu “yandex mail” onlayn ödəmə sisteminə, 100.49, 100.49, 20.09 manat məbləğində pulu “e-pul” onlayn ödəmə sisteminə, 3.32 manat pulu da adını xatırlamadığı sayta yatıraraq mərc etmiş, 50.25 manat məbləğində pulu “e-manat” ödəniş terminalına, 11.05 manat məbləğində pulu isə “Nar” nömrəmin balansına köçürmüşdür. Bundan başqa o, həmin kartla onlayn qaydada 3314.46 və 552.74 manat məbləğində pulu “Kontakt Home” mağazasına xərcləmiş, buradan aldığı ümumilikdə, 3847.96 manat dəyərində “İphone 12 Pro Max 256 GB - Pacific Blue" markalı mobil telefon, “Apple 20W USB- Cadapter MHJE3ZM/A" markalı adapter, “X27 İphone 12 Pro Max” markalı telefon qoruyucusu və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black" markalı mobil telefonu tanımadığı şəxsə sataraq 2.700 manat məbləğində pul əldə etmişdir. O, "xxxx" banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından ümumilikdə 29.517,19 (iyirmi doqquz min beş yüz on yeddi manat on doqquz qəpik) manat məbləğində pulu onlayn qaydada xərcləmişdir. Polis əməkdaşları tərəfindən 27-ci Polis Bölməsinə aparıldığı zaman o, öz əməlini etiraf etmiş və Samir, Yusif və Zöhrab adlı şəxsləri ilk dəfə Polis Bölmədə olan zaman görmüşdür. Yekun olaraq o zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, ilk dəfə az ağır cinayət əməli törətdiyini, etdiyi əməldən peşman olduğunu bildirib barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o İran İslam Respublikanın vətəndaşıdır və uzun müddətdir ki, işləri ilə əlaqədar Azərbaycan Respublikasına gəlir. "xxxx" Bankda olan 5318 4613 9232 1857 saylı kredit kartı ona məxsus olmuşdur. Həmin kredit kartına "xxxx" Bank tərəfindən əvvəlcədən yüklənilən 24.000 dollar pul və sonradan onun əlavə olaraq mədaxil etdiyi 3000 dollar məbləğində pul da daxil olmaqla həmin kartda ümumilikdə 27.000 dollar məbləğində vəsait olmuşdur. 02 oktyabr 2021-ci il tarixdə Bakıdan Daşkəndə getmək məqsədi ilə Heydər Əliyev adına X14 keçərkən yoxlama zamanı "xxxx" banka məxsus kartın da içində olduğu pul qabısını və bəzi əşyalarını yoxlama məntəqəsində unutmuş, oradan uzaqlaşdıqdan sonra yenidən həmin yoxlama məntqəsinə qayıdaraq özünə məxsus əşyaları geri götürmüşdür. 07 oktyabr 2021-ci il tarixdə o, Türkiyənin İstanbul şəhərində olduğu zaman BTB bankın əməkdaşları tərəfindən onun mobil telefonuna zəng olunmuş və bildirilmişdir ki, "xxxx" banka məxsus 5318 4613 9232 1857 saylı bank kartında pul yoxdur. Bundan sonra o, Azərbaycana qayıdaraq ona məxsus olan kartdan pul oğurlanması səbəbilə yaşadığı yer üzrə Yasamal RPİ-nin 27-ci PB-ə ərizə ilə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, "xxxx" banka məxsus 5318 4613 9232 1857 saylı bank kartındakı 27.000 dollar məbləğində pul Heydər Əliyev adına X16 yoxlama məntəqəsində işləyən Samir adlı şəxsin həmin kartın şəklini çəkib tanışlarına göndərməsi səbəbindən xərclənilmişdir. O hesab edir ki, ona məxsus kartdan pul oğurlanmasına səbəb Samir və Yusif adlı şəxslər olmuşlar və qeyd olunan kartının balansındakı 27.000 dollar müxtəlif şəxslər tərəfindən xərclənilmişdir. Ona dəymiş ziyandan 30.000 manat məbləğində pul geri qaytarılmış, qalan 15.900 manat məbləğində pul isə ona ödənilməmişdir. Son olaraq onun kartında olan pulun hansı məbləğdə kimin tərəfindən xərclənməsinin ona fərgi olmadığını və ona dəymiş ümumi ziyanın ödənilməsini tələb edərək təqsirləndirilən şəxsə cəza təyin olunması məsələsinə münasibət bildirməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid3 onun qohumu, X17 isə onun əmisi oğludur. Təqsirləndirilən şəxs isə kompüterdə virtual oyun oynayarkən tanımış, lakin onlar heç vaxt görüşməmişlər. 2021-ci ilin oktyabr ayında qohumu Yusif onun mobil telefonununa “whatsapp” proqramı vasitəsilə "BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının şəklini göndərərək, həmin katın sahibinin soyadı ondan maraq doğurduğu üçün və özünün başı çıxmadığı üçün kartın sahibinin kimliyini öyrənməyini xahiş etmişdir. O isə kartın sahibi barədə məlumatları əldə edə bilməsə də, qeyd olunan kartın balansında pul olduğunu və həmin pulu nəğd qaydada çıxarmaq mümkün olmamasını, lakin kart vasitəsilə onlayn şəkildə alış-veriş edə biləcəyini müəyyən etmiş və həmin bank kartının balansındakı pulla onlayn şəkildə alış-veriş etmək qərarına gəlmişdir. O, Yusif tərəfindən ona göndərilən "BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının balansından ümumilikdə 2127.08 manat məbləğində pulu onlayn şəkildə “www.Nll.com” alış-veriş saytına xərcləmişdir. Yusifin ona atdığı bank kartının şəkillərini əmisi oğlu Nicat Əliyevə də göndərməsindən xəbəri olmuş, lakin Nicat Əliyev həmin kartdan hər hansı məbləğdə vəsait çıxarmamışdır. X20 Qafarova həmin kartın şəklini atmasından və Yusiflə Orxanın kartdan hər hansı məbləğdə pul xərcləməsindən xəbəri olmamışdır. O, Orxanı 27-ci Polis Bölməsində olarkən ilk dəfə görmüşdür. Bundan sonra o AR CM-nın 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid2 onun dostudur. X24 adına Hava Limanının yoxlama məntəqəsinin işçisidir. 2021-ci ilin oktyabr ayında dostu Şahid2lə “whatsapp” proqramında mesaj vasitəsilə söhbət etdiyi zaman Samir ona hava limanında bir nəfər şəxsin yoxlama məntəqəsindən keçərkən bank kartını unutduğunu bildirmiş və həmin karta baxdıqda kartın üzərində yazılmış soyadın sonluğuna əsasən həmin şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün həmin kartın 16 rəqəmli şifrəsinin və kartın məxsus olduğu şəxsin ad, soyadının yazıldığı hissəsinin şəklini çəkib ona göndərmişdir. O, həmin kartın sahibinin şəxsiyyətini özü müəyyən edə bilmədiyindən, kartın şəklini, əvvəlcə, elektron sistemi yaxşı bilən tanışı Şahid1, daha sonra onun gec cavab verdiyini gördükdə isə kartın şəklini Zöhrabın əmisi oğlu Nicat Əliyevə göndərmişdir. Bundan sonra Şahid2 ona kartın sahibinin yoxlama məntəqəsinə yaxınlaşaraq digər əşyaları ilə birlikdə bank kartını da geri götürdüyünü və həmin şəxsin xarici pasportuna əsasən İran İslam Respublikasının vətəndaşı olduğunu müəyyənləşdirdiyini bildirmişdir. Bundan sonra o, Zöhrabla Nicata kartın sahibinin məlum olduğunu bildirmiş və kartdan hər hansı şəkildə istifadə etməmələri barədə xəbərdarlıq etmişdir. Daha sonra, o, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət olunan zaman öyrənmişdir ki, Şahid1 və əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs tərəfindən İran İslam Respublikasının vətəndaşı olan X3 məxsus həmin plastik kartdan müəyyən məbləğdə pullar çıxarılmışdır. O, Orxan adlı şəxsi tanımır və onun tərəfindən Orxana həmin kartın şəkilləri göndərilməmişdir. O, sonradan öyrənmişdir ki, kartın şəkli X25 tərəfindən göndərilmişdir. Eləcə də Şahid1 tərəfindən həmin plastik bank kartından pul çıxarmasından da xəbəri olmamış, Zöhrabdan və Orxan adlı şəxsdən heç bir məbləğdə pul almamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Heydər Əliyev adına X16 Aviasiya Təhlükəsizliyi Baş İdarəsində agent vəzifəsində işləmiş, halhazırda səhhəti ilə əlaqədar işdən çıxmışdır. Onun vəzifəsi hava limanına daxil olan sərnişinlərin yoxlama məntəqəsindən keçən zaman üzərlərində gətirdikləri əşyalara nəzarət etmək olmuşdur. 2021-ci ilin oktyabr ayında, təxminən axşam saatlarında hansı ölkənin vətəndaşı olduğunu bilmədiyi bir şəxsin yoxlama məntəqəsindən keçdiyi zaman pul qabısını unutduğu ona məlum olmuşdur. O, həmin pul qabını götürüb içərisinə baxdıqda orada "xxxx" banka və “Rabitə Bank”a məxsus bank kartlarının olduğunu görmüşdür. Həmin kartlardan "xxxx" banka aid kartın üzərində yazılmış ad və soyad ona maraqlı gəldiyindən kartın sahibinin şəxsiyyətini müəyyən etmək məqsədilə kartın şəklini çəkərək həmin vaxt “Whatsapp” proqramı vasitəsilə mesajlaşdığı tanışı Şahid3 göndərmişdir. Bundan sonra Yusif ona həmin kartın arxa tərəfinin şəklini çəkib göndərməyi ondan xahiş etmiş, o isə kartın arxa tərəfinin də şəklini çəkərək Yusifə göndərmişdir. Onun kartın hər iki tərəfinin şəklini çəkməkdə məqsədi oğurluq etmək deyil, kart sahibinin vətəndaşlığını müəyyən etmək olmuşdur. Təxminən 10 dəqiqə ərzində pul qabının sahibi, adının sonradan X2 öyrəndiyi şəxs geri qayıdaraq əşyasını unutduğunu bildirdikdə o, həmin şəxsin təqdim etdiyi xarici pasporta baxaraq onun İran İslam Respublikasının vətəndaşı olduğunu müəyyən etmiş və əşyalarını ona geri qaytarmışdır. Bundan sonra o, Yusifə “Whatsapp” proqramı vasitəsi ilə mesaj yazaraq kartın sahibinin gəldiyini və onun İran vətəndaşı olduğunu bildirmiş, kartın şəkillərini isə mobil telefonundan silmişdir. Bundan bir müddət sonra Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət edilən zaman o öyrənmişdir ki, Şahid3 göndərdiyi, X7 məxsus "xxxx" banka aid plastik kartın balansından tanımadığı şəxslər tərəfindən pul xərclənmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş müstəntiq Vüqar Məcidov ifadəsində göstərdi ki, o hazırda Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində çalışır, bundan əvvəl isə o Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 20 noyabr 2022-ci il tarixində tərtib etdiyi “Maddi ziyanın ödənilməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs qohumları tərəfindən iş üzrə zərərçəkmiş şəxs X7 dəymiş ziyandan ödənilən 29.517,19 (iyirmi doqquz min beş yüz on yeddi manat on doqquz qəpik) manat məbləğində pulu protokol əsasında X7 təhvil vermişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Bank "xxxx" ASC-nin əməkdaşı X18 ifadəsində göstərdi ki, "xxxx" Bank tərəfindən verilən X6 5318 4613 9232 1857 saylı bank kartından olan çıxarışa əsasən 05 oktyabr 2021-ci il tarixdə bankın müştərisinə məxsus bank hesabından 1051.63 dollar məbləğində vəsait çıxmış, 19 oktyabr 2021-ci il tarixində isə 32.006 dollar məbləğində vəsait isə rublla geri qayıtmışdır. Bank hesabına geri qayıdan məbləğin 32.000 dollar olmasına səbəb bank kartına mədaxil etdikdə faiz borcunun yaranması və məzənnə fərqi olmuşdur. İnternet saytlarından qayıdan beş məbləğ isə ümumilikdə 906.32 dollar məbləğ təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim olunmuş sənədin götürülməsi haqqnda” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, “Kontakt Home” tərəfindən tərtib edilmiş, içərisində Təqsirləndirilən şəxs tərəfindən alınmış 3847.96 manat məbləğində “İphone 12 Pro Max 256 GB-Pacifıc Blue” markalı mobil telefon, “Apple 20W USB-Cadaptcr MHJE3ZM/A” markalı adapter, “X27 İphone 12 Pro Max” markalı telefon qoruyucusu və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black” markalı mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli 01 ədəd A4 formatlı vərəqdən ibarət satış fakturası xx.xx.2021-ci il tarixdə baş müstəntiq Vüqar Məcidov tərəfindən götürülmüşdür. (i.v. 102) “Dəymiş maddi ziyanın ödənilməsi barədə” 20 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı X8 vurmuş olduğu maddi ziyandan 29.518 (iyirmi doqquz min beş yüz on səkkiz) manat pul ödəmişdir. (i.v. 165) “Baxış keçirilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixli 5(004)-868/2021 nömrəli Yasamal Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH-2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd A4 formatlı vərəqdən ibarət xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il) larixinədək X8 məxsus “BİB" bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarışa Yasamal RPİ-nin, İŞ-nin baş müstəntiqi Vüqar Məcidov tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çıxarışdakı tarixlərə və xərclərə nəzər yetirərək xx.xx.2021-ci il tarixdə 100.49 manat məbləğində pulu “BirBank” kartına, həmin gün 100.49, 100.49 və 20.09 manat məbləğində pulu “e-pul" onlayn ödəmə sisteminə, həmin gün 153.77, 201.01, 512.55, 10.05, 804, 502.5 və 1155.75 manat məbləğində pulları onlayn şəkildə “Kapital Bank" kartına, eyni zamanda həmin gün 50.25 manat məbləğində pulu da e- manat onlayn ödəmə sisteminə xərclədiyini, bunlarla yanaşı xx.xx.2021-ci il tarixdə 389.16 manat məbləğində pulu “yandcx.money” saytına, həmin gün 14189.05, 29.19, 291.84, 583.71, 1459.25, 583.71 manat məbləğində pulları “pokupo” saytına, həmin gün 111.88, 51.95 manat məbləğində pulu “Funpay” saytına, həmin gün 3314.46 və 552.74 manat məbləğində pulu www.kontakt.az saytına, həmin gün 287.37 və 574.21 manat məbləğində pulu “sms-activate.org” saytına, həmin gün 11.05 manat məbləğində pulu www.nar.az saytına, həmin gün 31.16 manat məbləğində pulu www.kapitalbank.az saytına xərclədiyini, bunlarla yanaşı xx.xx.2021-ci il tarixdə isə 235.03, 358.77, 358.9, 358.9, 358.9, 359.14 manat məbləğində pulları “kzpcm” saytına, həmin gün 3.32 manat məbləğində pulu hazırda adını dəqiq xatırlamadığı xarici dövlətlərdən birinə məxsus onlayn alış-veriş saytına, həmin gün 2.36, 2.36, 11.75 və 131 dəfə, 9.89 manatdan cəmi 1312,06 manat pulu “Paybut” saytına olmaqla, ümumilikdə 29.517,19 (iyirmi doqquz min beş yüz on yeddi manat on doqquz qəpik) manat məbləğində pulu onlayn şəkildə xərcləmişdir. (i.v. 204) “Baxış keçirilməsi haqqında” 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixli 5(004)-868/2021 nömrəli Yasamal Rayon Məhkəməsinin qərarına əsasən “BTB" Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH-2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd A4 formatlı vərəqdən ibarət xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il larixinədək X8 məxsus “BTB" bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarışa Yasamal RPİ-nin, İŞ-nin baş müstəntiqi Vüqar Məcidov tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki. Şahid1 çıxarışdakı tarixlərə və xərclərə nəzər yetirərək X8 məxsus "xxxx" bankda olan ******************** nömrəli şəxsi hesabından sonuncunun xəbəri olmadan xx.xx.2021-ci il tarixdə 724.44 və 87.11 manat məbləğində pulu, həmçinin xx.xx.2021-ci il tarixdə isə 684.76, 464.68 və 166.09 manat məbləğində pulu “www.Nll.com” saytına olmaqla, ümumilikdə 2127.08 (iki min yüz iyirmi yeddi manat səkkiz qəpik) manat məbləğində pulu onlayn şəkildə xərcləmişdir. (i.v. 205) “İfadənin yerində yoxlanılması barədə” 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusalları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq elmişdir. (i.v. 228-230) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İran İslam Respublikası vətəndaşı X5 adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" banka məxsus 5318 4613 9232 1857 nömrəli plastik kartın balansından X17 tərəfindən informasiya resurslarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli talanması faktına görə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi icraatıma qəbul edilərək istintaqı aparılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Kontakt Home” tərəfindən tərtib edilmiş içərisində Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd “İphone 12 Pro Max 256 GB-Pacific Blue” markalı mobil telefonun, 01 ədəd “Apple 20W USB-Cadapter MHJE3ZM/A” markalı adapterin, 01 adəd “X27 İphone 12 Pro Max” markalı telefon qoruyucusunun və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black” markalı mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli 01 adad “A4” formatlı vərəq iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2021ci il tarixli 5(004)-868/2021 nömrəli Yasamal rayon məhkməsinin qərarına əsasən "xxxx" Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH-2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd “A4” formatlı vərəqdən ibarət xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək X9 məxsus "xxxx" bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarış iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 257-268) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsin 29 noyabr 2022-ci il tarixli, 6(004)- 110/2022 saylı qərarından görünür ki, X11 Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X10 “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının Şahid2 və Şahid3 barədə cinayət işi başlanmasının rədd edilməsi hissəsinin ləğv edilməsi barədə şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 6(103)-410/2022 saylı qərarından görünür ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 6(004)-110/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-nin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-1-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 19 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 121) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 167) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 170-171) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 256) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ilk dəfə az ağır cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) gün, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “Kontakt Home” tərəfindən tərtib edilmiş, içərisində Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd “İphone 12 Pro Max 256 GB-Pacifıc Blue” markalı mobil telefonun, 01 ədəd “Apple 20W LJSB-Cadapter MHJE3ZM/A” markalı adapterin, 01 ədəd “X27 İphone 12 Pro Max” markalı telefon qoruyucusunun və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black” markalı mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli 01 ədəd A4 formatlı vərəq və "xxxx" Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH-2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd A4 formatlı vərəqdən ibarət xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək X9 məxsus "xxxx" bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-38/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-38/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver