Məhkəmə qərarları › İş №1(004)-38/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-38/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-38/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olmayan, barmen işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni tikilmiş fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, alkoqol sərxoşluğu vəziyyətində 15 sentyabr 2022-ci il tarixdə saat 22:30da nasaz elektroskuteri təmir etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində Akademik Milli Dram Teatrının qarşısına gəldikdə həmin yerdə qeyri rəsmi avtomobillərin parklanmasına nəzarət edən Zərərçəkmiş şəxs onlara nasaz elektroskuteri göstərib “bu kabriolet sənindir?” deməsini bəhanə edib insanların sıx gedib gəldiyi həmin yerdə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradıb ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs əlində olan avtomobillərə işarə vermək üçün istifadə etdiyi istintaqa məlum olmayan plastik materialdan olan aləti alıb sonuncunun baş və çiyin nahiyyələrinə bir neçə dəfə vuraraq ona «başın təpə nahiyyəsinin hematoması sol qaş nahiyənin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qimsində əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu Şahid2 və Eminin iş yoldaşı Vladimirlə bir yerdə qış parkında oturub söhbət etmiş və hərəyə 2-3 ədəd 8 faizlik spirt olan dəmir bankada “GO” kokteyli içmişlər. Həmin vaxtı o, Akademik Milli Dram teatrının qarşısında bloklanmış skuteri saxlamışdır. Onlar ayağa qalxıb həmin yerə gələndə orada yolun kənarında əynində narıncı gödəkçə geyinmiş tanımadığı, adını sonradan İntiqam kimi bildiyi şəxs onlara yaxınlaşaraq kobud danışmış və o, da sonuncunu söydüyünə görə aralarında mübahisə yaranmışdır. Onun yanında olan Vladimir İntiqamı sakitləşdirməyə çalışırmış, daha sonra İntiqam onun yaxasından tutub dartanda o, əsəbləşmiş və İntiqamın əlində təxmini 35- 40 sm uzunluğunda olan plastik materialdan olan əşyanı alıb İntiqamın baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur ki, onları söyməsin. Həmin vaxtı kənarda olan şəxslər də onları aralamış və sonra İntiqam qəflətən çantasından çıxartıdığı bıçaqla Eminin qarnına vurub qaçıb getmişdir. O, da əlindəki həmin plastik materialdan olan aləti yolun kənarına atıb İntiqamın arxası ilə qaçmış, lakin tanımadığı şəxslər onu tutub saxlamışlar, İntiqam isə binaların arasından qaçıb getmişdir. Orada olan kimsə TTYX-na zəng etmiş, 5-6 dəqiqə sonra həkim briqadası gəlib Emini xəstəxanaya aparmışlar. O, və Vladimir isə izahat vermək üçün yaxınlıqdaki 27-ci PB-nə getmişlər. Sonradan eşitmişdir ki, Şahid2 Kliniki Tibbi mərkəzə aparıblar. Eminin İntiqama «çumo» sözü demişdir. Hadisə vaxtı Vladimir İntiqamı vurmamış sadəcə onları bir birindən ayırmış lakin Emin İntiqamı əlləri ilə itələmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddiasının olmamasını,ailəsinin yeganə dolandıran şəxs olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu, Mirzağa Əliyev küçəsində Akademik Milli Dram Teatrı və sağ tərəfdən «Şaurma №1» kafesinin qarşısında yolun kənarında avtomobillərin park olunmasında köməklik edərək çörək pulu qazanırdı. 15 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində həmişə olduğu kimi qeyd olunan yerdə dayandığı zaman üç nəfər şəxs yölun kənarına yaxınlaşmışlar, onlardan iki nəfəri samakatla gəlmişlər üçüncü şəxs isə piyada ona yaxınlaşmışlar. Həmin vaxtı bir samakat isə, o, dayandığı yerdə olmuşdur. Üç nəfər ona yaxınlaşan kimi zarafat olaraq həmin üç nəfərə üzünü tutaraq samakatı göstərərək «bu kabrialet sizindi?» sualını verəndə, sonuncular da gülüşmüşlər və ona «bəli bizimdi» deyə cavab vermişlər, sonra o, sonunculara samakatı həmin yerdən götürmələrini və orada avtomobil saxlayacağını deyəndə, əvvəllər tanımadığı başında kepkası olan uzun saçlı, hadisədən sonra adını Fikrət kimi bildiyi oğlan təhqir edəndə, o, da sonuncuya rus dilində cavab qaytarmış, daha sonra həmin şəxs ona yaxınlaşaraq bıçaqla vurduğu oğlanla, sonradan adını Emin kimi bildiyi, bir yerdə əlləri ilə biri boynundan digəri isə əllərindən tutmuş, həmin üç nəfərin arasında olan uzun boylu göy idman köynək geyinən oğlan isə sonuncuları sakitləşdirməyə çalışmış. Fikrət onun əlindən təxmini 35-40 sm olan plasmas əşyanı alıb bir neçə dəfə onun başına və sağ və sol çiyin nahiyələrinə zərbələr vurmuşdur. O, həmin alətlə avtomobillərin hansı istiqamətə dönməsini göstərmək üçün əlində saxlayırmış. Bu zaman kənarda olan tanımadığı bir neçə nəfər şəxs həmin iki nəfəri sakitləşdirmək istəsələr də sonuncular daha da aqressiv formada onu nəlayiq ifadələrlə təhqir etmişlər, təbii ki, o, da sonuncuları söymüşdür. Mübahisə zamanı bıçaqla vurduğu keçəl oğlan rus dilində onun anasına söyəndə o, sonuncuya «anam rəhmətə gedib ona söymə» demiş, lakin həmin şəxs anasının qəbrinə söyəndə və ona “çmo” deyəndə o, artıq dözə bilməmiş və çiynindən asılmış vəziyyətdə olan çantasında kalbasa çörək və digər ərzaqları doğramaq üçün saxladığı təxmini 12-13 sm ölçüdə dəstəyi plastikdən olan qara rəngli bıçağı onu söyən keçəl adını sonradan Emin kimi bildiyi tanımadığı şəxsin qarın nahiyəsinə bir dəfə vurmuş, sonra isə oradan çıxıb getmişdir. Kənarda tanımadığı insanlar bu hadisənin şahidi olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai rayonu Nobel prospektində yerləşən «CET» şirkətində nəzarətçi işləyir. Azərbaycan dilində sərbəst danışır və başa düşür. Həmin şirkət skuter (iki təkərli elektron samakat) istehsal edir, onun vəzifəsi isə həmin şirkətdə Bakı şəhəri üzrə mobil telefona şirkət tərəfindən yüklənmiş proqram əsasında bloklanmış skuterlərin yerini müəyyən edərək həmin skuterləri yığıb xüsusi dayanacaqlara yerləşdirməkdən ibarətdir. Şahid2 isə 3 ilə yaxındır ki, tanıyır, ailəvi gediş gəliş olmasa da aralarında səmimi münasibət olmuşdur. O, «CET» şirkətində nəzarətçi kimi Şahid2 vasitəsi ilə işə düzəlmişdir. Emin həmin şirkətdə texnik işləyir. Fikrət adlı şəxsi isə Eminə görə tanımışdır. 15 sentyabr 2022-ci il tarixdə işdən sonra axşam saatlarında saat təxmini 20:00 radələrində işdən çıxdığı zaman Şahid2 ona zəng edərək dostu Fikrətlə qış parkında olduğunu və ona da yanına gəlməsini demişdir. O, da işdən çıxıb həmin yerə getmiş, həmin vaxt Eminin yanında dostu Fikrət də olmuşdur. Sonuncular oturacaqda əyləşib dəmir bankada 8 faiz spirt olan GO kakteyli içirmişlər. O, gələndə Fikrət yaxınlıqda yerləşən mağazaya gedib ona da bir banka “GO” almış, hərəsi bir banka “GO” içmiş, sonra Fikrət yenə mağazaya getmiş və hərəyə bir banka da həmin içkidən almış, onlar hərəyə ikinci banka kokteyli də içmişlər. Hərəyə üç banka GO içkisindən içdikdən sonra hər birinin kefi yaxşı olmuşdur. O, qış parkına şirkətə məxsus skuterlə gəlmişdir. Eminin də skuteri yanında olmuşdur. Fikrət isə onlara demişdir ki, sonuncu da skuteri Dram Teatrının yan hissəsində “Şaurma №1” kafesinin düz qarşısında yolun kənarında saxlmışdır. Saat təxminən 22:20-radələrində o, Emin və Fikrət parkda oturacaqdan qalxmış, o və Emin hərəsi gəldikləri skuterlə Dram teatrının qarşısına gəlmiş, çünki Fikrət skuteri orada saxlamışdır. Həmin yerə birinci o, yaxınlaşmış, daha sonra Fikrət gəlmiş, sonra isə Emin yolun kənarına yaxınlaşmışdır. Oraya çatan kimi əynində narıncı gilet olan parkovşik üzünü onlara tutaraq «bu kabrialet sizindi» deyə zarafatlaşmış, Fikrət də “hə kabrialet mənimdi” demiş, daha sonra həmin parkovşik həmin yerdə avtomobil dayanacağına görə samakatı oradan götürməyi deyəndə, aralarında nəisə sözlü mübahisə olmuşdur. Orada kimin kimə “çmo” dediyini dəqiq xatırlamır, amma bilir ki, aralarında nəsə narazılıq olmuş və sonuncular bir birilərini söymüşlər. Həmin vaxtı ani bir vaxtda Fikrət parkovşikin əlində olan təxmini 35-40 sm uzunluğunda plasmasdan olan aləti alaraq parkovşikin başına və bədəninə bir neçə dəfə vuranda o, və orada olan tanımadığı bir neçə nəfər onları ayırmış, həmin vaxtı Şaurma kafesində çöldə oturub istirahət edən vətəndaşlar da olmuşlar. O, yolun kənarında dəmir qoruyucuların yanında Emini sakiləşdirdiyi zaman birdən sonuncunun qışqırdığını və qarın nahiyəsini tutduğunu görmüş və kənara baxanda parkovşikin qaçdığını görmüş, Emin ona qarın nahiyəsini göstərərək parkovşikin onu bıçaqla vurduğunu demişdir. Eminin qarın nahiyəsindən qan gəlirmiş. Orada olan insanlardan kimsə TTYX-na zəng etmiş, təxminən 5-6 dəqiqə sonra hadisə yerinə TTYX-nın həkim briqadası gəlmişdir. X2 Tibbi Mərkəzə aparmışlar. Onu və Fikrəti isə bölməyə dəvət etmişlər. O, orada içkili olduğundan konkret olaraq kimin kimi söydüyünü xatırlamır. Bundan əlavə o, həmin vaxtı Eminin parkovşiki vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, baş vermiş məlum hadisə ilə əlaqədar bildirir ki, o 2022-ci ilin iyul ayından Xətai rayonu Nobel prospektində yerləşən «CET» şirkətində texnik işləmiş, hazırda həmin şirkətdən işdən çıxmışdır. Vladimiri o 2006-cı ildən tanyır, dostluq münasibətindədir, Fikrəti isə o 2000-ci idən Sovetskidə qonşu olandan tanımışdır, 15 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində o işdən çıxmağa hazırlaşdığı zaman tanışı Fikrət onun iş yerinə gəlmiş və onlar bir yerdə Qış parkına gəlmiş, hərəyə iki banka 8%-lik GO sərinləşdirici spirtli içki içmiş, həmin vaxtı iş yoldaşı Vladimirin harada olduğunu bilmək üçün ona zəng edib onu yanına çağırmış, təxmini 20-25 dəqiqə sonra Vladimir də ora gələrək onlara qoşulmuş, Fikrət gedib yaxınlıqdakı mağazadan Vladimirə də həmin içkidən aldı. Onlar ora şirkətin skuterləri ilə gəlmişdi, təxmini saat 22:30 radələrində onlar parkdan əyləşdiyi oturacaqdan durmuş çünki müştərilərin skuterinin biri sönmüşdü və həmin skuter dram teatrına paralel şaurma №1 kafesinin qarşısında yolun kənarında dayanmışdı. Ora birinci Vladimir yaxınlaşmış təxmini bir neçə saniyə ora o Fikrətlə yaxınlaşmış, Onlar oraya yaxınlaşan kimi yolun kənarında əynində narıncı gödəkcəsi olan əvvəllər tanımadığı 50-55 yaşlarında sonradan adını İntiqam kimi bildiyi şəxs yolun kənarında saxlanılmış skuteri göstərərək «bu kabrialet sizindir» sualını verəndə onlar gülüşmüş nə o, nə Fikrət nədəki Vladimir həmin şəxsi tanımamış, sonradan bilmişdir ki, o şəxsin adı İntiqamdır. Onlar gülüşən zaman birdən həmin İntiqam üzünü Fikrətə tutaraq «sən kimə çmo dedin» deyəndə o İntiqama yaxınlaşıb onu sakitləşdirmiş, ona «heç kəs sənə çmo demədi» deyəndə İntiqam söyüş söyməyə başlamış və Fikrətin üstünə gedəndə o hər iki əlləri ilə İntiqamı sinəsindən kənara itələmiş bu vaxtı İntiqam Fikrətin ünvanına nəlayiq ifadələr işlədən də Fikrət də onu söymüş həmin vaxtı kənardan tanımadığı şəxslər müdaxilə edərək söyüş söyməməyi onlara deyəndə, elə bu vaxtı gördü ki Fikrət İntiqamın əlində tutduğu təxmini 25-30 sm uzunluğunda plasmas dairəvi çubuğu alıb İntiqamın baş və çiyin nahiyyəsinə bir neçə dəfə vurur, o tez həmin çubuğu Fikrətin əlindən almış və onu kənara itələyən zaman birdən İntiqam yaxınlaşaraq onun sol qarın nahiyyəsinə vuraraq həmin yerdən qaçmış o isə yerə oturmuş daha sonra təxmini 5-6 dəqiqə müddətində TTYX-nın həkimləri gəlib onu 1 saylı kliniki tibbi mərkəzə aparmışlar. Oraya tanimadığları adamlar toplaşmışdılar, onların arasında ağ köynəkli oğlan onları ayırmağa çalışırdı. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 22:20 radələrində Dram teatrının qarşısından keçib evinə getdiyi zaman bir neçə adamın «Şaurma №-1» kafesinin qarşısında yolun kənarında yığıldığını görmüş, həmin yerə yaxınlaşan zaman üzdən tanıdığı yolda parkovşik işləyən adını İntiqam kimi bildiyi şəxs kiminləsə mübahisə etməsini, yolun kənarında dəmir dirəklər olduğundan həmin yerə yaxınlaşa bilməsə də kənardan yəni 4-5 metr aralıdan həmin mübahisəni seyr edib görmüşdür. Ani bir vaxtda İntiqam çiynindən asılmış çantasından nə isə çıxartmış və mübahisə etdiyi şəxsin qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq həmin yerdən uzaqlaşmışdır. Sonradan bilmişdir ki, İntiqamın çantasından çıxartdığı həmin alət bıçaq olmuşdur. Həmin şəxslərin aralarında baş vermiş mübahisənin səbəbini bilməmiş, sonradan eşitmişdir ki, aralarında skuter saxlamaq üstündə mübahisələri yaranmış, həmiin şəxslərdən bir nəfər İntiqamın ünvanına nəlayiq ifadə işlətdiyinə görə İntiqam da onu bıçaqla vurub. İntiqam üzü tüklü arıq bədən quruluşdu 45-50 yayşlarında oğlanı bıçaqla vurmamışdan əvvəl həmin şəxsin yanında olan uzun saçlı kepkalı oğlan İntiqamın əlindəki təxmini 35-40 sm ölçüdə plasmas aləti əlindən alıb iki üç dəfə İntiqamın başına zərbə vurmuşdur. Sonra isə intiqam bıçaqla onu vuran adamın yanındaki 45-50 yaşlarında olan şəxsiin qarnının sağ nahiyyəsinə zərbə vurmuşdur. Həmin yerdə 10-15 nəfər şəxs olmuş, sonuncular da onun kimi kənardan hadisəni seyr edirmişlər. Cinayət işinin 63-cü vərəqəsində olan 27 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-90-cı vərəqələrində olan Bakı şəhəri Yasamal rayon prokurorunun 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, həmin tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 91-93-cü vərəqələrində olan 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 973 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın təpə nahiyəsinin hematoması, sol qaş nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, xx.xx.2022-ci il tarixdə qeyd olunan hadisə nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 143-152-ci vərəqələrində olan maddi sübutların məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının 500-2022/MTKŞ, T614/2022 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Şahid2 qarının divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (4 ədəd), müsariqənin və parietal peritonun zədələnməsi olmuşdur. Qeyd edilən xəsarətbr iti uclu və iti kənarlı alətin təsirindən törənmiş, qərarda göstəribn vaxtda vəşəraitdə, yəni xx.xx.2022ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulan bir zərbə nəticəsində yarana bilərdi, dərəcəsin^, görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.

1. Xəsarətlər birincili cərrahi işlənməyə məruz qaldığmdan, onlarm ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqmda fikir söybmək mümkün deyil. Lakin Birliyə təqdim edilmiş bıçağm ölçüsünə, quruluşuna, eləcə də geyim əşyalarmm üzərindəki zədəbrin forması, quruluşu, istiqaməti, xarakteri, ölçüsü və s. əlamətbrinə görə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən, təqdim edilmiş bıçaq və ya ona bənzər hər hansı bir alətin) təsirindən yaranması inkar edilmir.

2. Ekspertizaya təqdim olunmuş və Şahid2 məxsus köynəyin və maykanın ön səthinin aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir.

3. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağm tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (abtbrin) təsirindən əməb gəlməsi inkar olunmur.

4. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə yerbşməsinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinath, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan düzəliş edilməmişdir. Cinayət işinin 274-281-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə “TŞ2-007 3-2022-09-15_22h25min00s000ms” və “TŞ2-119 2-2022-09- 15_22h25min00s000ms” adlı fayllar vardır. Həmin fayllar MP4 formatlıdır. “TŞ2-007 3-2022-09-15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10:02 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Zərərçəkmiş şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 01:08 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Təqsirləndirilən şəxs piyada olaraq həmin yerə yaxınlaşması və sonda Şahid2 idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Zərərçəkmiş şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında mübahisə yaranması, Şahid2 əlləri ilə İntiqamı sakitləşdirmək üçün itələməsi görünür və Şahid1 isə sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Şahid2 Zərərçəkmiş şəxs kənara çəkməsi, bu anda Təqsirləndirilən şəxs Şahid2 qarşısına keçərək Zərərçəkmiş şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Şahid2 ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Görüntünün 03:01 dəqiqəsindən sonra hadisə ilə bağlı heç bir görüntü müşahidə edilmir. TŞ2-119 2-2022- 09-15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Zərərçəkmiş şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 00:49 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Təqsirləndirilən şəxs piyada olaraq həmin yerə yaxınlaşması və sonda Şahid2 idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Zərərçəkmiş şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında mübahisə yaranması, Şahid2 ilə Şahid1 sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Şahid2 Zərərçəkmiş şəxs sinə və sifət nahiyyələrindən əlləri ilə itələmələri aydın görünür və bu anda Təqsirləndirilən şəxs Şahid2 qarşısına keçərək Zərərçəkmiş şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Şahid2 ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Bu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında əlbəyaxa dava olması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan ağ-qaralı rəngli əşyanı alaraq Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə bir neçə zərbələr vurması, həmin zaman digər şəxslərin onları sakitləşdirməyə çalışması və ani olaraq Zərərçəkmiş şəxs üzərindən, daha dəqiq qeyd edilsə arxa hissəsi müşahidə kamerasına olduğundan dəqiq görünməyən yerdən çıxardığı əşya ilə qarşıda olan və digər şəxslərlə danışan Şahid2 vuraraq geriyə çəkilməsi, həmin zaman Şahid2 dayanmış avtomobillər arasında yerə oturması, Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşması, Təqsirləndirilən şəxs isə sonuncunu təqib etməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, DVD diskdə olan video görüntülərlə, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 05 fevral 2024-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar