Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-38/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qazaxıstan Respublikası Jezkazqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, “Real Əmlak” daşınmaz əmlak agentliyində makler işləmiş, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX-nin BİT-də saxlanılan Təqsirləndirilən şəxs1 xx xxx 1975-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX-in BİT-də saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxxxx 1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Real Əmlak” daşınmaz əmlak agentliyində makler işləmiş, məhkum olunmuş, Ağdam rayonu, Ətyeməzlər kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX-nin BİT-də həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o,qabaqcadan əlbir olan bir qrup halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və etmə aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünə güzəştli şərtlərlə mənzil almaq istəyən Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksindən mənzil alınmasına köməklik edəcəklərinə dair yalandan vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Əliyev adına parkın giriş hissəsinin qarşısında yerləşən “Real Əmlak” daşınmaz əmlak agentliyinin ofisində 200 manat pulunu, həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Nizami” m/s-nın qarşısında 2800 manat pulunu, 2020-ci ilin sentyabr ayının əvvəlində ünvan 5 ünvanında fəaliyyət göstərən “Caspian Plaza”nın qarşısında yerləşən “Bravo” marketin qarşısında 12500 manat pul olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 15500 (on beş min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və etmə aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünə güzəştli şərtlərlə mənzil almaq istəyən Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksindən mənzil alınmasına köməklik edəcəklərinə dair yalandan vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti H.Əliyev adına parkın giriş hissəsinin qarşısında yerləşən “Real Əmlak” daşınmaz əmlak agentliyin ofisində 200 manat pulunu, həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Nizami” m/s-nın qarşısında 2800 manat pulunu, 2020-ci ilin sentyabr ayının əvvəlində ünvan 5 ünvanında fəaliyyət göstərən “Caspian Plaza”nın qarşısında yerləşən “Bravo” marketin qarşısında 12500 manat pul olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 15500 (on beş min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və etmə aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünə güzəştli şərtlərlə mənzil almaq istəyən Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksindən mənzil alınmasına köməklik edəcəklərinə dair yalandan vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Əliyev adına parkın giriş hissəsinin qarşısında yerləşən “Real Əmlak” daşınmaz əmlak agentliyinin ofisində 200 manat pulunu, həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Nizami” m/s-nın qarşısında 2800 manat pulunu, 2020-ci ilin sentyabr ayının əvvəlində ünvan 5 ünvanında fəaliyyət göstərən “Caspian Plaza”nın qarşısında yerləşən “Bravo” marketin qarşısında 12500 manat pul olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 15500 (on beş min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının ortalarında “Real Əmlak” daşınmaz əmlak agentliyində makler işləmişdir. Zərərçəkmiş şəxs ilə internet vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt onlar saytda mənzil satışı ilə bağlı elan yerləşdirmişlər. Elnur isə həmin elan ilə maraqlanmışdır. Bundan sonra o, Elnuru işlədiyi agentliyin ofisinə dəvət etmiş, Elnur ofisə gəlmiş və onunla birlikdə ofisdə işləyən Təqsirləndirilən şəxs2 Elnuru ofisdə qəbul etmişlər. Orada onlar Elnura bildirmişlər ki, Ləman adlı şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" tərəfindən inşa edilmiş sosial evlərdən ilkin ödənişi 23.000 manat olmaqla güzəştli ipoteka şərtləri ilə mənzillərini satışını həyata keçirir. Onlar Elnura demişlər ki, mənzil əldə etmək istəyirsə ilk öncə 3000 manat beh pulu verməlidir, ona görə ki, müştərilər çoxdur və mənzil istənilən zaman satıla bilər. Həmin vaxt Elnur onlarla razılaşmış, əvvəlcə onlara 200 manat pul vermiş, pulun qalan hissəsini isə günün sonunda verəcəyini bildirmişdir. Beh verilməsi ilə bağlı onlar ofisdə sənəd tərtib etmişlər və Elnur həmin sənədə imza etmişdir. Həmin gün axşam saatlarında o və Emil “Nizami” m/s-nın qarşısında Elnurla görüşmüşlər. Orada Elnur onlara behin qalan 2800 manat hissəsini vermişdir. Bundan sonra onlar Elnura bildirmişlər ki, mənzilin əldə edilməsi üçün o, tez bir zamanda beh pulu qarışıq ödənilməli olan pulun 12500 manat olan hissəsini ödəməlidir, yəni beh pulu qarışıq bu məbləğ 15500 təşkil edəcəkdir. Qalan 8000 manat pulu isə mənzil artıq ona təhvil verildikdən sonra verməli idi. Həmin zaman Elnur onlara bildirmişdir ki, evin ilkin ödənişinə görə pulu hazır olanda xəbər edəcəkdir və həmin pulu artıq Ləmanın özünə verəcəkdir ki, bu işlərin təmiz görüldüyünə əmin olsun. Bundan iki həftə sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəlində Elnur ona zəng etmiş və ilkin ödəniş üçün 12500 manat pulun hazır olduğunu demişdir. O da bunu Ləmana bildirmişdir. Növbəti gün o, Emil və Elnur Yasamal “Caspian Plaza”nın qarşısındakı “Bravo” mağazasının qarşısında görüşmüş, bir qədər sonra isə həmin yerə Ləman gəlmişdir. Bundan sonra Elnur orada Ləmana 12500 manat pulu vermiş, Ləman da həmin pulu sayaraq ondan götürmüşdür. Elə həmin zaman Ləman həmin puldan ona və Emilə 1500 manat pul vermiş, həmin pulu onlar Emil ilə öz aralarında bölmüşlər. Həmin pul mənzilin satışına görə onlara verilən faiz idi. Həmin vaxt Ləman Elnura bir vərəqdən ibarət müqavilə təqdim etmiş və bildirmişdir ki, həmin müqavilə onun rəhbəri Mətləb adlı şəxs tərəfindən verilmişdir və həmin müqavilə ilə artıq Elnura mənzil ayrılması rəsmiləşdirilmişdir. Onlar Ləman adlı qadına bir sıra müştəri tapmışlar. Həmin şəxslər də yuxarıda göstərilən qaydada beh pulu verirdilər və ilkin ödənişi Ləmana verirdilər, sonuncu isə oradan onlara faiz verirdi. Beh pulunu da onlar sonradan Ləmana çatdırırmışılar. Sonradan onlara məlum olmuşdur ki, Ləman bu hərəkətləri ilə dələduzluq edirdi və insanları aldadırdı, əslində heç bir yerdə işləmirdi və mənzillərin satışını həyata keçirdiyini yalandan demişdir. Ləman və Mətləb adlı şəxs bu işlərə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuş, həmçinin o və Emil də həmin cinayət işlərinə görə tutulmuşlar. İstintaq zamanı onlara məlum olmuşdur ki, həmin Ləman adlı şəxs əslində Təqsirləndirilən şəxs3dır. Onların həmin vaxt Könülün niyyətlərindən heç bir xəbərləri olmamış, çünki Könül onlara da özünü yalandan "xxxx"-nın əməkdaşı kimi təqdim edərək onları inandırmışdır. Onlar həmin vaxt Zərərçəkmiş şəxs pul götürməmişlər. Elnur gətirdiyi pulu şəxsən Könülə vermişdir, Könül sonradan həmin puldan 1500 manat ona və Emilə vermişdir. O, Mətləb və Rafiq adlı şəxsləri tanımır, onlar haqqında heç nə bilmir. Suallara cavab olaraq onlar həmin vaxt Zərərçəkmiş şəxs pul götürmədiklərini, Elnurun gətirdiyi pulu şəxsən Könülə verdiyini, Könülün sonradan həmin puldan 1500 manat ona və Emilə verdiyini, Mətləb və Rafiq adlı şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə Şahid1 ilə tanış olmuşdur. Həmin vaxt Mətləb "xxxx" tərəfindən inşa edilmiş evlərdən 30 mənzilin güzəştli şərtlərlə digər şəxslərə satmaq imkanının olduğunu bildirmişdir. O da həmin vaxt Mətləbə inanaraq mənzil almaq üçün ona 25000 manat pul vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində o, notariusda olduğu zaman “Real əmlak” agentliyində işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, onlara hüquqşünas olduğunu və özünün təsis etdiyi şirkətin direktoru olduğunu bildirmişdir. Onlara "xxxx" tərəfindən verilmiş mənzillərin satılmasında ona köməklik edib müştəri tapmağı təklif etmişdir. Təxminən 15 gün sonra Babaratma və Emil ona bildirmişlər ki, "xxxx" tərəfindən verilmiş mənzillərdən birini Elnur adlı şəxsə satırlar və hüquqşünas olduğundan sənədləşmə işlərinin aparılmasında onlara köməklik etməyini xahiş etmişlər. Bundan başqa Mətləb, Babaratma və Emil daha 21 nəfərə mənzillərin satılmasında sənədləşmə üçün onlara köməklik etməyini xahiş etmişdir. O da razılaşaraq müvafiq sənədləşmə üçün onlara köməklik etmiş və hər müştəriyə görə Mətləb ona 500 manat pul verirdi. Həmçinin Elnurun işi ilə bağlı Emil “Caspian Plaza”nın qarşısında ona 500 manat pul vermişdir. Bundan əlavə o, Elnurun işi ilə bağlı heç bir məbləğdə pul almamışdır. Pulların hamısı Mətləb, Babaratma və Emil tərəfindən alınmışdır. Elnurun dedikləri qismən doğrudur. O, Elnura həmin sözləri demişdir, lakin orada ona Emil tərəfindən cəmi 500 manat pul verilmişdir. Həmin pul da Mətləbin tapşırığına görə onun hüquqi məsləhətinə görə verilmiş zəhmət haqqı idi. Müqaviləni isə Emilgil gətirib ona vermişdilər ki, o, həmin sənədi Elnura təqdim etsin və qalan məsələləri ona izah etsin. Onun həmin vaxt Mətləbin niyyətlərindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində 2020-ci ilin sentyabr ayının əvvəlində “Caspian Plaza”nın qarşısındakı “Bravo” mağazasının qarşısında onlarla görüşdüyü zaman Zərərçəkmiş şəxs verdiyi 12500 manat pulun ona verilməsini və həmin puldan onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1500 manat faiz pulu verərək qalanını özündə saxlaması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyəti boyunlarından onun üstünə atmaq üçün elə ifadə vermişlər. O, Zərərçəkmiş şəxs pul götürməmişdir. O, mənzillərin satılması ilə bağlı sənədləşmənin aparılmasında köməklik göstərdiyini dedikdə, o, sadəcə mənzillərin ipotekasına dair sənədlərin siyahısını müştərilərə təqdim edirdi və onlara hansı sənədlərin lazım olduğunu izah edirdi. Başqa heç bir iş görməmişdir.. Suallara cavab olaraq hər müştəriyə görə də ona Mətləb tərəfindən 500 manat pul verildiyini, heç vaxt "xxxx" tərəfindən mənzilin verilməsi ilə bağlı müqavilə tərtib etmədiyini, həmin müqavilələrin Mətləb tərəfindən tərtib edildiyini və MİDA tərəfindən verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə “Real Əmlak” daşınmaz əmlak agentliyində makler işləmişdir. Onunla ofisdə işləyən Babaratma internet vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, həmin vaxt onlar saytda mənzil satışı ilə bağlı elan yerləşdirmişlər. Elnur isə həmin elan ilə maraqlanmışdır. Bundan sonra Babaratma Elnuru işlədikləri agentliyin ofisinə dəvət etmişdir. Elnur ofisə gəlmişdir və onlar birlikdə ofisdə Elnuru ofisdə qəbul etmişlər. Orada onlar Elnura bildirmişlər ki, Ləman adlı şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" tərəfindən inşa edilmiş sosial evlərdən ilkin ödənişi 23000 manat olmaqla güzəştli ipoteka şərtləri ilə mənzillərin satışını həyata keçirir. Onlar Elnura demişlər ki, mənzil əldə etmək istəyirsə ilk öncə 3000 manat beh pulu verməlidir, ona görə ki, müştərilər çoxdur və mənzil istənilən zaman satıla bilər. Həmin vaxt Elnur onlarla razılaşmış, əvvəlcə onlara 200 manat pul vermiş, pulun qalan hissəsini isə günün sonunda verəcəyini bildirmişdir. Beh verilməsi ilə bağlı onlar ofisdə sənəd tərtib etmişlər və Elnur həmin sənədə imza etmişdir. Həmin gün axşam saatlarında o və Babaratma “Nizami” m/s-nın qarşısında Elnurla görüşmüşlər. Orada sonuncu onlara behin qalan 2800 manat hissəsini vermişdir. Bundan sonra onlar Elnura bildirmişlər ki, mənzilin əldə edilməsi üçün o, tez bir zamanda beh pulu qarışıq ödənilməli olan pulun 12500 manat olan hissəsini ödəməlidir, yəni beh pulu qarışıq bu məbləğ 15500 təşkil edəcəkdir. Qalan 8000 manat pulu isə mənzil artıq ona təhvil verildikdən sonra verməli idi. Həmin zaman Elnur onlara bildirmişdir ki, evin ilkin ödənişinə görə pulu hazır olanda xəbər edəcəkdir və həmin pulu artıq Ləmanın özünə verəcəkdir ki, bu işlərin təmiz görüldüyünə əmin olsun. Bundan iki həftə sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəlində Elnur Babaratmaya zəng etmiş və ilkin ödəniş üçün 12500 manat pulun hazır olduğunu demişdir. Babaratma da bunu Ləmana bildirmişdir. Növbəti gün o, Babaratma və Elnur “Caspian Plaza”nın qarşısındakı “Bravo” mağazasının qarşısında görüşmüşlər, bir qədər sonra isə həmin yerə Ləman gəlmişdir. Bundan sonra Elnur Ləmanın gəldiyi avtomobilə əyləşmiş və orada Ləmana 12500 manat pulu vermiş, Ləman da həmin pulu sayaraq ondan götürmüşdür. Elə həmin zaman Ləman həmin puldan ona və Babaratmaya 1500 manat pul vermiş, həmin pulu onlar Babaratma ilə öz aralarında bölmüşlər. Həmin pul mənzilin satışına görə onlara verilən faiz idi. Həmin vaxt Ləman Elnura bir vərəqdən ibarət müqavilə təqdim etmiş və bildirmişdir ki,həmin müqavilə onun rəhbəri Mətləb adlı şəxs tərəfindən verilmişdir və həmin müqavilə ilə artıq Elnura mənzil ayrılması rəsmiləşdirilmişdir. Onlar Ləman adlı şəxs ilə 2020-ci ilin avqust ayının əvvəlində notariusda ev alqı-satqısı zamanı tanış olmuşlar, həmin vaxt Ləman özünü "xxxx"-nın hüquqşünası kimi təqdim etmişdir. Həmin zaman Ləman bildirmişdir ki, Mətləb adlı şəxsin rəhbərliyi altında işləyir və "xxxx" tərəfindən inşa edilmiş evlərdən mənzillərin güzəştli ipoteka şərti ilə satışını həyata keçirir, onlara da təklif etmişdir ki, bunun üçün müştərilər tapsınlar və mənzilin satışından onlara faiz veriləcəkdir. Bununla da onlar Ləman adlı qadına bir sıra müştəri tapmışlar. Həmin şəxslər də yuxarıda göstərilən qaydada beh pulu verirdilər və ilkin ödənişi Ləmana verirdilər, sonuncu isə oradan onlara faiz verirdi. Beh pulunu da onlar sonradan Ləmana çatdırırdılar. Sonradan onlara məlum olmuşdur ki, Ləman bu hərəkətləri ilə dələduzluq edirdi və insanları aldadırdı, əslində heç bir yerdə işləmirdi və mənzillərin satışını həyata keçirdiyini yalandan demişdir. Ləman, həmçinin Mətləb adlı şəxs bu işlərə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutuldular, həmçinin o və Babaratma da həmin cinayət işlərinə görə tutulmuşlar. İstintaq zamanı onlara məlum olmuşdur ki, həmin Ləman adlı şəxs əslində Təqsirləndirilən şəxs3dır. Onların həmin vaxt Könülün niyyətlərindən heç bir xəbərləri olmamışdır, çünki Könül onlara özünü yalandan "xxxx"-nm əməkdaşı kimi təqdim edərək onları inandırmışdır. Hərbçi ilə bağlı olan söhbətlər yalandır, onlar Elnura elə bir söz deməmişlər. O sözləri Elnura çox güman ki, Könül demişdir. İnandırmaq məsələsinə gəldikdə isə, o, makler olaraq müştərini hər bir halda inandırmalıdır ki, mənzili alsın, çünki onun işinin adı budur. Lakin sonda belə olacağını bilmirdi. Onlar həmin vaxt Zərərçəkmiş şəxs 12500 manat pul götürmüşlər və onu Könülə vermişlər. Könül isə sonradan həmin puldan 1500 manat ona və Babaratmaya vermişdir. Könül onlara faizlərini vermişdir. Suallara cavab olaraq Mətləbi onlar hər dəfə Könülün yanında gördüklərini, Könülün müştərilərə təqdim etdiyi guya "xxxx" tərəfindən verilmiş müqavilələrin sonradan saxta olmasının müəyyən olunduğunu, Elnurdan əldə etdiyi pulu Könülün özünə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında o, “Real əmlak.az” internet səhifəsində özünə MİDA evlərindən ipoteka şərtləri ilə mənzil axtarmış və bir elana rast gəlmiş, həmin elan onun fikrini cəlb etmişdir. Bundan sonra o, həmin elanda qeyd edilmiş mobil nömrəyə zəng etmiş, ona özünü Baba kimi təqdim etmiş şəxs cavab verərək “Real Əmlak” daşınmaz əmlak agentliyində işlədiyini bildirmiş və həmin mənzilin əldə edilməsində köməklik edəcəyini demişdir. Həmin vaxt ona bildirilmişdir ki, MİDA evlərində satışa çıxarılan mənzillərdən ancaq elanda qeyd edilmiş mənzil qalmışdır, digər mənzillər satılmışdır. O, görüşmək istədiyini dedikdə ona bildirmişdir ki, işlədiyi agentlik Xırdalan şəhərində yerləşir, əgər həqiqətən də mənzili əldə etmək istəyirsə öncədən beh pulu verməlidir. O, razılaşmış və həmin agentliyin ofisinə getmiş, həmin vaxt dostu Elnur da yanında olmuşdur. Orada o, Baba ilə görüşmüşdür. Baba ona bildirmişdir ki, MİDA evlərində adına mənzil olan hansısa bir hərbiçini tapıb onunla razılaşacaq ki, mənzil sonuncunun adına olaraq ona verilsin və onun verəcəyi puldan həmin hərbiçiyə də hörmət olunacaq. Həmin vaxt Babanın yanında Emil adlı şəxs də var idi, sonuncu da həmin agentlikdə işləyən makler idi. Emil və Baba onu inandırmışlar ki, mənzil məsələsi problemsiz həll ediləcəkdir, bundan əvvəl onların özlərinin deməsinə görə onlar daha bir çox şəxsə mənzil əldə etməkdə köməklik etmişlər. O, onlara inanmış və onlar razılığa gəlmişlər ki, mənzilə görə o, ümumilikdə 23000 manat pul ödəyəcək, beh kimi isə ilkin olaraq 3000 manat pul verməlidir. Elə həmin vaxt o, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi «Baba» adlı şəxsə 200 manat pul vermiş və demişdir ki, behin qalan 2800 manat hissəsini axşamadək verəcək. Baba və Emil onunla razılaşmışlar, “beh haqqında razılaşma” sənədi tərtib edərək ona imza etdirmişlər və orada qiymətləri də qeyd etmişlər. Həmin tarixdə axşam saatlarında o, Baba ilə əlaqə saxlamış və behin qalan hissəsini ödəmək istədiyini demiş, sonuncu da Emil ilə birlikdə “Nizami” m/s-nın qarşısına gələrək onunla görüşmüşlər. Orada o, Babaratmaya 2800 manat pul vermişdir. Bundan sonra onlar ona bildirmişlər ki, mənzillə bağlı işlərin görülməsinə başlamaq üçün o beh pulu qarışıq ödənilməli olan pulun 12500 manat olan hissəsini ödəməlidir, yəni beh pulu qarışıq bu məbləğ 15500 manat təşkil edəcəkdir. Qalan 8000 manat pulu isə mənzil artıq ona təhvil verildikdən sonra verməli idi. O, həmin vaxt razılaşaraq demişdir ki, qalan pulu artıq onlara yox, şəxsən onların rəhbərinə verəcək ki, bu işin doğru olduğuna əmin olsun. Onlar razılaşdılar və təxminən 15 gün sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəlində o, Babagillə danışmışdır ki, pul artıq hazırdır, bundan sonra isə həmin şəxslər onunla “Caspian Plaza”nın qarşısında yerləşən “Bravo” marketin qarşısında görüş təyin etmişlər. Ora gəldikdə Baba və Emil adlı şəxslər artıq orada idilər, onlar Emilin idarə etdiyi avtomobildə oturub gözləmişlər. Bir müddət sonra isə oraya başqa bir avtomobil yaxınlaşmışdır. Həmin zaman Baba və Emilin dedikdən sonra o, gətirdiyi 12500 manat pulu Emilə vermiş, onlar həmin pulun bir hissəsini özlərinə götürdülər və onlar birlikdə avtomobildən düşmüşlər. Oraya gəlmiş avtomobildə onların agentliyinin rəhbəri olan Ləman əyləşmişdir və onlar ondan avtomobilə əyləşməyini xahiş etmişlər. O, avtomobilə əyləşmiş, orada sükan arxasında Rüfət adlı sürücü, arxa oturacaqda isə Ləman əyləşmişdir. Bundan sonra Baba və Emil onun verdiyi pulun digər hissəsini Ləmana vermişlər, o da pulu sayıb götürmüşdür. Həmin vaxt Ləman ona müqavilə təqdim edərək demişdir ki, həmin müqavilə onların rəhbəri Mətləb adlı şəxs tərəfindən verilib və bu müqavilə ilə həmin mənzilin ona verilməsi artıq razılaşdırılmışdır. O, həmin Ləman adlı qadından xahiş etmişdir ki, gələcəkdə hər hansı bir narazılıq yaşanmasın, mənzil məsələsi təmiz həll olunsun. Ləman da onu inandıraraq heç bir problemin olmayacağını, bu işin rəsmi qaydada görüldüyünü demiş və təxminən 1 ay ərzində, yəni oktyabr ayının ortalarında mənzilin ona təhvil veriləcəyini bildirmişdir. Bundan sonra o, oktyabr ayınadək gözləmiş, sonra isə həmin Ləman adlı qadınla əlaqə saxlamışdır. Həmin vaxt müharibə gedirdi, Ləman da bunu bəhanə edərək müharibəyə görə mənzillərin verilməsi məsələsi gecikdirilir, çünki mənzillərin çoxu müharibə iştirakçılarına və şəhid ailələrinə paylanılır, ipotekaya görə ödənilmiş pullar isə müharibə iştirakçılarına yardım üçün yaradılmış fonda köçürüldüyünü demişdir. Lakin o ona inanmayaraq bu işin müharibəyə aidiyyatının olmadığını deyirdi və mənzilini tələb edirdi, alınmadığı təqdirdə isə verdiyi pulu geri tələb edirdi, çünki həmin pulu o banklardan götürmüşdür və aylıq kredit ödəyirdi. Ləman isə hər dəfə ondan səbrli olmağını, bir az da gözləməyini xahiş edirdi. Bu işin gec-tez alınacağını ona bildirirdi. O da başqa çarəsi olmadığından gözləyirdi, inanmağa davam edirdi. Beləliklə 2022-ci ilin yanvar ayında o, Baba ilə Emilin mobil nömrələrinə zəng çatmadığını görüb onların işlədikləri ofisə getmiş, həmin vaxt ofisin bağlı olduğunu görmüşdür. Ləmanla əlaqə saxladıqda Ləman ona demişdir ki, Baba ilə Emil tutulub, özünün də başı biraz qarışıqdır, onunla sonra danışacağını demişdir. Bu minvalla Ləman hər dəfə onunla görüşməkdən və söhbət etməkdən yaymırdı, onların arasında olmuş səs mesajları onun telefonunda olan “Whatsapp” proqramında qaldığından onları diskə köçürüb Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim etmişdir. 2022-ci ilin mart ayında Ləman da yoxa çıxdı, telefonlarına zəng çatmırdı. Bir müddət gözləmiş, fikirləşmişdir ki, onunla əlaqə saxlayar. Lakin ondan xəbər çıxmadığına görə o şikayət etmək qərarına gəlmiş və Korrupsiyaya qarşı mübarizə idarəsinin “161” saylı qaynar xəttinə zəng etmiş, orada gedib izahat vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki,Ləman da tutulub, lakin onun əsl adı Təqsirləndirilən şəxs3dır. Babanın əsl adının isə Babaratma olduğunu bilmişdir. Ona məlum olmuşdur ki, Könül, Babaratma və Emil ondan başqa bir çox şəxsi eyni üsulla aldadaraq pullarını ələ keçirmişlər, bu səbəbdən də həbs edilmişlər və barələrində olan cinayət işlərinə artıq Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ondan pul alanlar yalnız adlarını çəkdiyi şəxslərdir. Həmin şəxslər Mətləb adlı şəxsin adını çəkərək sonuncunun onların rəhbəri olduğunu deyirdilər, lakin o onu heç bir dəfə də görməmişdir. O, orada Baba və Emildən başqa heç kimi görməmişdir. Nəticədə ona ümumilikdə 15500 manat maddi ziyan dəymişdir. O, 200 manat pulu 2020-ci il avqust tarixdə Real Əmlak ofisində Təqsirləndirilən şəxs1 vermişdir, 2800 manat pulu həmin günü axşam radələrərində Bakı şəhəri, Nizami Metrosunun qarşısında Emillə birlikdə gələn sonradan adının Babaratma olduğunu bildiyi Baba adlı şəxsə vermiş, həmin vaxtı onların həmin pulu aralarında bölməsini görməmişdir, 12500 pulu isə Caspian Plazanın qarşısında olan Bravo marketin yaxınlığında Emilə məxsus nömrəsini bilmədiyi, avtomobildə Babaratmanın yanında Emilə vermişdir. Suallara cavab olaraq Emil həmin puldan məbləğini dəqiq bilmədiyi bir hissəsini ayıraraq həmin pulu qarşıda dayanan avtomobildə əyləşmiş özünü Ləman kimi təqdim edən, lakin əsl adı Könül olan Təqsirləndirilən şəxs3 verdiyini, Könülə Emilin nə qədər pul verdiyini bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə həbs cəzasına məhkum edilmiş və hazırda Bakı İT-da həbsdə saxlanılır. Onun istintaqı aparılan cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Babaratmanı, Emini və Könülü makler kimi tanıyır. Bir neçə dəfə iş görüb pul qazanmışlar. O, özü tikinti işi ilə məşğul olmuşdur. Fərdi ev tikintisi ilə bağlı Könül onun heç bir işini görməmişdir. Könülün onun barəsində dedikləri yalan böhtan və şərdir. Təqsirləndirilən şəxs2 ifadəsində onu hər dəfə Könülün yanında notariusda gördüyünü, Təqsirləndirilən şəxs3 isə onu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 müştərilərə təqdim etdiyi guya "xxxx" tərəfindən verilmiş müqavilələri hazırlayan şəxs olduğunu bildirməsi, həmçinin bu faktı cinayət işi üzrə dindirilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 öz ifadələrində təsdiq edərək "xxxx" tərəfindən verilmiş müqavilələri hazırlayan şəxsin onun olduğunu bildirmələri yalandır. Şahidlər Şahid3, Şahid2 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ki, «Real Əmlak» daşınmaz əmlak agentliyinin təsisçisidir. Onların şirkətinin şəhərin müxtəlif yerlərində ofisləri vardır. Həmçinin Xırdalan şəhərindəd ofisləri vardır. Ona təqdim olunan beh müqaviləsi həqiqətən də onların şirkətinə məxsusdur. Heç bir saxtakarlıq yoxdur. Müqavilənin özü və üzərində olan möhür və onların şirkətinin göstəriciləri düzgündür. Təqsirləndirilən şəxs1 onların ofisə gəlib-gedən dəllal, ofisin müdürü Şahid4 tanışı kimi tanıyır. O, ümumiyyətlə həmin ofisə çox az-az gedir. Ofisdə işləri Şahid4 adlı şəxs görürdü. Eşitdiyinə görə Şahid4 işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 onların şirkətin adından Zərərçəkmiş şəxs və X10 arasında özünün şirkətin saxta nümayəndəsi kimi təqdim etməklə beh müqaviləsi bağlamışdır. O, müqaviləni bağlayan şəxsləri tanımır. Müqavilədə olan möhür şirkətin möhürüdür, Şahid3 onun qohumudur. Şirkətin VÖENİ və möhürü müvəqqəti olaraq onun adında idi. Həmin möhürün blanka hansı şəraitdə və kimin tərəfindən vurulması eyni zamanda müqavilənin kimlərlə nə vaxt harada bağlanması ona məlum deyildir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun qohumudur. Şahid2 təxminən 2020-ci ildə ona bildirmişdir ki, onun adına VÖEN açılmalıdır ki, şirkətin işi ləngiməsin və o da bu məqsədi ilə öz adına VÖEN açılmasına və möhür düzəldilməsinə icazə vermişdir. Lakin şirkətin möhürü həmin vaxt Real Əmlak Daşınmaz əmlak agentliyinin Xırdalan ofisində müdür işləyən Şahid4 olmuş, onun tərəfindən istifadə olunmuşdur. O, ümumiyyətlə ona təqdim olunan müqavilədə göstərilən şəxsləri tanımır, görməmiş, ümumiyyətlə həmin ofisdə o, olmamışdır. O, ancaq Nəsimi rayonunda yerləşən ofisdə dəllal kimi fəaliyyət göstərmişdir. Onun Xırdalan ofisinin işlərindən xəbəri olmamışdır. Həmin möhür ona məxsus möhürdür. Heç bir saxtakarlığı yoxdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təxminən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək «Real əmlak» agentliyində Xırdalan filialının müdiri vəzifəsində işləmişdir. Həmin vaxt onun doqquz nəfər işçisi olmuşdur. Fəaliyyət göstərdiyi ofisi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanda Rza adlı şəxsdən aylıq icarə haqqı 1200 manat olmaqla icarəyə götürmüşlər. İşləri ev və ya obyekt alıb satmaq istəyən vətəndaşlara kömək etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 onun rəsmi işçisi olmuşdur. Babaratmaya görə sonradan Emil və Mətləb adlı şəxsləri tanımışdır. Onları tanıdıqdan bir müddət sonra ona məlum olmuşdur ki,o nlar hər üçü dələduzluq cinayəti törətdikləri üçün həbs olunmuşlar. Cinayət işi üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs MİDA evlərində mənzil almaq üçün işlədiyi «Real əmlak» agentliyinin möhürlü blankından heç bir məlumatı yoxdur. Ola bilisin ki, adları çəkilən şəxsdən biri həmin blankın bir nüsxəsini götürərək kserokopya etməklə istifadə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 18). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 69-73). Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər verdikləri ifadələri bir-birinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (cild 01, i.v. 74- 77). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 78-82). Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər verdikləri ifadələri bir-birinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (cild 01, i.v. 83- 86). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 87-90). 13 iyun 2023-cü il tarixli götürmə protokolundan görünür ki, Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X8, Azərbaycan Respublikası CPM-nin 51-ci, 85, 242 və 247ci maddələrini rəhbər tutub tərtib etmişdir ki, həmin protokolu icraatında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi ilə əlaqədar olaraq zərər çəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş sənədlərin məhkəmətexniki və xəttşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi məqsədi ilə sənədlərdə olan yazı və imzaların kimə və ya kimlərə məxsus olmasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs2 sənədlərin məhkəmə-texniki və xəttşünaslıq ekspertizasının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə təqdim edilməsindən ötrü imza və xətt nümunələri götürmüşdür (cild 01, i.v. 196). Azərbaycan Respublikasının Mənzil X5 24 iyul 2023-cü il tarixli, 11-6/2-393/2023 nömrəli məktubundan görünür ki, məktubun məzmunu “Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar xx.xx.2023-cü il tarixində daxil olan müraciətlərinizə Azərbaycan Respublikasının Mənzil X6 aidiyyəti üzrə baxılmışdır. Diqqətinizə çatdırırıq ki, tərəfimizdən aparılmış araşdırma nəticəsində müvafiq müraciətlərinizdə qeyd olunan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Şahid1, həmçinin H. Həsənov adlı şəxslə Agentlik, o cümlədən tabeliyində olan "xxxx" MMC arasında əmək müqavilələrinin bağlanması faktı müəyyən edilməmişdir. Eyni zamanda bildiririk ki, müraciətinizdə cinayət işi materiallarına əlavə edilmiş müqavilənin surətinin Agentliyə göndərildiyi qeyd olunsa da, həmin müqavilə müraciətinizə əlavə edilmədiyi üçün sorğunuzun bu hissədə araşdırılması mümkün olmamışdır” şəklində olmuşdur (cild 01, i.v. 282). Azərbaycan Respublikasının Mənzil X5 13 noyabr 2023-cü il tarixli, 11-6/2-771/2023 nömrəli məktubundan görünür ki, məktubun məzmunu “Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar xx.xx.2023-cü il tarixində daxil olan müraciətinizə Azərbaycan Respublikasının Mənzil X6 aidiyyəti üzrə baxılmışdır. Diqqətinizə çatdırırıq ki, tərəfimizdən aparılmış araşdırma nəticəsində müraciətinizə qoşma olaraq təqdim etdiyiniz “müqavilə”də qeyd olunan H.Həsənov adlı şəxsin və Zərərçəkmiş şəxs Agentliklə və tabeliyində olan "xxxx" MMC ilə hər hansı əlaqəsinin olması (bu şəxslərlə sərəncamımızda olan mənzil(lər)in alqı-satqısına dair müqavilənin rəsmiləşdirilməsi və ya H.Həsənovla əmək müqaviləsinin mövcud olması) faktı müəyyən edilməmişdir” şəklində olmuşdur (cild 02, i.v. 33). Üzərində Real Əmlak Daşınmaz Əmlak Agentliyinin möhürü əks olunmuş beh haqqında razılaşmadan görünür ki, beh verən (alıcı) tərəfdən Zərərçəkmiş şəxs və beh alan (satıcı) tərəfdən Təqsirləndirilən şəxs2 iştirak etmiş (tərəflərin imzaları ilə), “beh alan” Mida yaşayış kompleksində yerləşən və ümumi sahəsi 90 kv olan daşınmaz əmlakı 23000 manat ilkin ödənişi “beh verən”-ə satmağa, “beh verən” isə həmin əmlakı almağı öhdəsinə götürmüş, “beh verən” “beh alan”a 3000 manat məbləğində beh verir, “beh alan” isə həmin məbləği qəbul edir (cild 02, i.v. 34). Üzərində Mənzil İnşaat Dövlət Agentliyi yazısı olan və H.Həsənov tərəfindən imzalanmış müqavilədən görünür ki, MİDA MMC tərəfindən 3 otaq 84 m² tam təmirli mənzil xx.xx.2020-ci il tarixdə evin təhlili təmin olunmaqla, xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır (cild 02, i.v. 35). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 4/1927 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs ilə X15 arasında bağlanmış beh haqqında razılaşmanın kserosurətində “Beh alan” bölməsində “İmza:” X15 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs ilə X15 arasında bağlanmış beh haqqında razılaşmanın kserosurətində “Sadıqov Baba” sözlərinin qarşısındakı imza Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Mənzil İnşaat Dövlət Agentliyi ilə Zərərçəkmiş şəxs arasında bağlanmış müqavilədəki imzanın Təqsirləndirilən şəxs1 tərəfindən, X15 tərəfindən, Şahid1 tərəfindən, Təqsirləndirilən şəxs3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır (cild 02, i.v. 52-56). 18 dekabr 2023-cü il tarixli götürmə protokolundan görünür ki, Yasamal RPİ-nin İŞnin baş müstəntiqi polis mayoru X8, Azərbaycan Respublikası CPM-nin 51-ci, 85, 242 və 247-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu icraatında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə yazışmalarının çıxarışlarını və səs yazılarının qeydə alındığı 1 ədəd CD-R markalı disk Zərərçəkmiş şəxs götürmüşdür (cild 02, i.v. 98). “CD-R diskə baxış keçirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X8 icraatında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 51 və 85-ci maddələrinn tələblərinə riayət edərək etməklə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, cinayət işi üzrə CD-R markalı diskə baxış keçirmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Üzərində CD-R formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 05 ədəd sadə fayl müəyyən edildi. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vatsup ani mesajlaşma proqramı vasitəsi ilə aşağıdakı məzmunda yazışmalar aşkar edildi: Tarix: 30 iyul 2020 Elnur: Salam. 3 saylı Asan Xidmətin arxasındakı (MİDA Yasamal yaşayış parkı) mənzillə maraqlanıram. Babaratma: Salam, həmin mənzil satılıb. Elnur: Başqa variant var? Tarix: 17 avqust 2020 Elnur: Salam. Mənzilin şəkillərini göndərin baxım. Babaratma: Salam. Mənzilin şəkillərini göstərə bilmərəm. Elnur: Keçən dəfə də MİDA Yasamal yaşayış parkında ipoteka ilə mənzil satırdınız. Axı həmin mənzilin şəkilləri vardı. Həmin evdir? Babaratma: O başqa, bu başqa. Bu, dünən axşam çıxıb, günortaya qədər satılacaq. Babaratma: Mənzil almaq üçün tələb olunan sənədlərin siyahısı:
1. Ş/V surəti notarial təsdiqlə / 2. Maaş kartı (surəti) / 3. Doğum haqqında şəhadətnamə (surəti) / 4. İş yerindən arayış. / 5. Maaş kartından 1 illik çıxarış. / 6. Həyat yoldaşının Ş/Vnin surəti. 7. Maaş kartının surəti. Elnur: Bu sənədləri hazırlamışam. Özümün və övladlarımın doğum şəhadətnamələrinin notarial təsdiqinə ehtiyac var? Babaratma: Nə etdin? Elnur: Gedirəm pulu götürüm. Tarix: 23 sentyabr 2020 Elnur: Salam Ləman (Könül) xanım, mənim ev məsələm nə yerdədir? Könül: Hələ vaxtımıza var. Öncə sentyabr (müştərilərinin evləri) veriləcək. Elnur: Yəni hələ sənədləşmə işləri başlamayıb? İndi nə yerdədir? Könül: Hələ tezdir. 24 sentyabr 2020 Elnur: Salam Könül xanım, mənim ev məsələmlə maraqlana bildiniz? Könül: Sizdə oktyabr ayı idi? Elnur: Bəli, dünən müqaviləni (surətini) sizə göndərdim. Sənəddə mənzilin mənə təhvil verilmə tarixi oktyabrın 29-dur. Sənədlərimi keçən ay vermişəm sizə, Babanın vasitəsilə. Yadınızdadırsa, Kaspian Plazanm yanında görüşdük, pulu və sənədləri verdim. 18 avqust 2021 Elnur: Axşamınız xeyir Könül x. Sabah vaxt edin görüşək danışaq. 19 sentyabr 2021 Könül: Elnur, sabah mənə zəng vur. Sənin ev məsələni danışmışam. 30 sentyabr 2021 Könül: Elnur, salam. Dünən hesab yatdı, çox şükür. Nağdlaşmaya verilir, bu gün hazır olsun, xəbər edəcəyəm gəl. İ oktyabr 2021 Könül: Elnur, salam. Şəxsiyət vəsiqənin surətini mənə at, qeydiyyata salırlar. 11 oktyabr 2021 Könül: Özüm sənə zəng vuracağam. İndi sentyabr ayının mənzilləri verilir. Zəng gözləyirəm. 30 oktyabr 2021 Elnur: Salam, Könül xanım. Mənzilin verilməsindən hələ bir xəbər yoxdur? Könül: Ev məsələsinə görə narahat olma. 10 nəfər qalıb. Sonra biz gedəcəyik. Elnur: Oldu, İnşallah. 11 noyabr 2021 Elnur: Salam Könül xanım. Noyabrda Babaratmagilin məhkəməsi keçirilməli idi, bununla bağlı məlumatınız var? Məhkəmə keçirilsə ancaq şikayətçiləri zərərçəkən kimi tanıyacaq və yalnız onların pulları ödəniləcək. Mən hələ də şikayət verməmişəm, çünki siz küçən dəfə dediniz ki, gözləyək. Yəni, yonra iş işdən keçər. Könül: Axşam mənə yaz zəngləşək. İndi bankdayam. 21 dekabr 2021 Elnur: Axşamınız xeyir Könül xanım. Ev məsələsindən nə xəbər var? Könül: Elnur, başım qarışıqdır. Bir az döz, özüm yığaram səni. 27 noyabr 2021 Elnur: Könül xanım, salam. Evdən bir xəbər var? Könül: Salam, var. Ayın 10-na qədər düzələcək. 29 dekabr 2021 Elnur: Salam, Könül xanım. Demişdiniz ki, Yeni ili öz evimdə keçirəcəyəm. Deyəsən bu il də olmadı. 5 yanvar 2022 Elnur: Salam, Könül xanım. Axşam sizə zəng vurdum cavab vermədiniz. Mənim ev məsələm alınmır? Könül: Elnur, başım qarışıqdır, hesablarımı otuzdururuq. İnvestor da buradadır. Hələlik başqa iş görə bilmirəm. İşim bitsin sanin ev məsələni danışıb yoluna qoyaram. 13 mart 2021 Salam, Könül xanım, Evlə bağlı nəsə yenilik var? 13 yanvar 2022 Könül xanım, telefona cavab vermək olmur ki? Mən sizə bu vaxta qədər həmişə hörmətlə yanaşmışam. İndi nə olub ki, telefonuma cavab vermirsiniz? Əgər ev işim alınmırsa, konkret deyin mən də işimi bilim. İki ildir ki, sizin sözünüzə güvənib gözləyirəm. 22 yanvar 2022 Dəfələrlə zəng vururam cavab vermirsiniz ya da telefonu üzümə bağlayırsınız. Mənə zəng vurun axırıncı dəfə danışaq, bir də zəng vurmayacağam. 30 yanvar 2022 Könül: Bir həftə məni rahat qoy, işimi yekunlaşdırım. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vatsup ani mesajlaşma proqramı vasitəsilə aralarında olan səsli yazışmalarda olan səslərin onlara məxsus olmasını, vatsup yazışmalarının özləri tərəfindən icra edildiyini bildirdilər. CD-R diskin içərisində yuxarıda göstərilənlərdən başqa istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilmədi. Baxış keçirilməsi başa çatdıqdan sonra 01 ədəd CD-R disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edildi (cild 02, i.v. 100-103). “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, barəsində Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 03 (üç) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, barəsində Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilərək 05 (beş) il müddətində saxlanılmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, barəsində Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilərək 05 (beş) il müddətində saxlanılmasının nəzərə alınması, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsə elan ediləcək ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə ilkin araşdırma materialları, zərər çəkmiş şəxsin və şahidlərin dindirmə protokolları, üzləşdirmə keçirilməsi haqqında protokolların cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan vatsup ani mesajlaşma proqramı vasitəsi ilə yazışmalarının çıxarışlarının və səs yazılarının qeydə alındığı 1 ədəd CD-R modelli disk cinayət işi üzrə maddi sübut kimi tanınması, 01 ədəd CD-R modelli diskin cinayət işinin materiallarına əlavə edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 310, 32.4, 312 və 320-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 32.4, 312, 310, 320 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs3 məhkum edilmiş şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs1 məhkum edilmiş şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs2 məhkum edilmiş şəxs kimi hesab edilməsi, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cil 04, i.v. 1-22). Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özlərinin istintaq dövründən məhkəmə istintaqı da daxil olmaqla verdikləri ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda təqsirli bilmədiklərini, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətində olmadıqlarını bildirsələr də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və təqsirləndirilən şəxslərin özlərinə münasibətdə verdikləri ifadələrində səmimi olmamaları müəyyən edilmişdir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ifadəsinə əsasən onunla ilk əlaqə quran və aldatma niyyəti ilə beh müqaviləsini təqdim edən şəxs olmuşdur. Bu sənədin üzərindəki imzanın ekspert rəyi ilə onun adına aid olduğu təsdiqlənmişdir (Ekspert rəyi, xx.xx.2023, 4/1927 saylı rəy). Zərərçəkmiş şəxsin 200 manat və 2800 manat pulları birbaşa Babaratma və Emilə təqdim etdiyini ifadə etməsi, onların bu faktı məhkəmədə etiraf etmələri, eyni zamanda Whatsapp yazışmalarında mütəmadi əlaqə saxlanılması və mülkiyyət sənədlərinin təqdim edilməsi S.Babaratmanın cinayət niyyətində aktiv iştirakını sübuta yetirir. CD-R diskdəki yazışmalarda S.Babaratma tərəfindən zərərçəkmişə mənzil almaq üçün lazımi sənədlərin göndərilməsi, qiymətləndirmə və razılaşdırma prosedurlarının izah edilməsi onun yalnız vasitəçi deyil, sistemli dələduzluq mexanizminin əsas iştirakçılarından olduğunu göstərir. O, Könül və Emil ilə birlikdə aldadıcı struktur qurmuşdur. İfadəsində məsuliyyəti Könülə atmağa çalışsa da, real hərəkətləri – pul alma, sənəd təqdim etmə, beh müqaviləsini imzalaması – subyektiv və obyektiv əlamətləri ilə CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibini tam şəkildə təşkil edir. Təqsirləndirilən şəxs3 (özünü “Ləman” kimi təqdim etmişdir) təqsiri CD-R diskdəki yazışmalar, zərərçəkmişin ifadəsi və digər təqsirləndirilən şəxslərin onun MİDA əməkdaşı kimi təqdim olunması, müqavilənin təqdim edilməsi, 12500 manat pulu birbaşa qəbul etməsi və həmin pullardan 1500 manatı Babaratma və Emilə faiz olaraq verməsi faktları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 özünü yalnız hüquqşünas kimi təqdim etməsi onun aktiv rolunu azaltmaq məqsədi daşıyır və məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi halın müdafiə xarakterli olduğunu və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir. Lakin işin həqiqi hallarından görünür ki, Whatsapp yazışmaları (xüsusilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixli mesajlar) onun Zərərçəkmiş şəxsla daim əlaqədə olduğunu və mənzil məsələsinin “rəsmi prosesi” ilə bağlı mütəmadi məlumat verdiyini təsdiq edir. Bu, onun aldatma məqsədilə etibardan sui-istifadə edərək maddi əmlakın əldə olunmasına şərik olduğunu təsdiqləyir. Mənzil X5 xx.xx.2023-cü il tarixli məktubu ilə bu müqavilənin saxta olması və həmin şəxslərin MİDA ilə heç bir əlaqəsinin olmaması faktı hüquqi baxımdan aldadıcı mexanizmi tamamlayır. Göründüyü kimi təqsirləndirilən şəxs hər vəchlə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir sübuta dayanmayan dəlillər irəli sürmüş, irəli sürdüyü dəlillərin həqiqiliyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs2 də təqsirini inkar etmiş və məsuliyyəti K.Könülə yönəltmişdir. Lakin zərərçəkmişin ifadəsinə, 13 avqust 2022-ci il tarixli üzləşdirmə protokollarına və ekspertiza rəyinə əsasən, Emil “beh alan” kimi iştirak etmiş və müqavilədəki imza ona məxsus olmuşdur. Emil həm “Real Əmlak” ofisində, həm də “Nizami” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs pul qəbul etmiş, “Bravo” marketin qarşısında K.Könülə 12500 manatın çatdırılmasında şəxsən iştirak etmişdir. Whatsapp yazışmalarında Emil və Babaratma Elnurun mənzil almaq istəyi ilə bağlı “tezliklə pul ödənilməsi”, “başqa alıcıların çoxluğu” barədə təzyiq yaradan ifadələrlə zərərçəkmişin psixoloji manipulyasiyasına şərait yaratmış, beləliklə də aldadıcı sxemin əsas icraçılarından biri olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etməməsinə və onun pulunu aldadaraq ələ keçirməməsinə dair irəli sürdükləri dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirlndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “cinayət işinin başlanması barədə” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir (cild 01, i.v. 1). “cinayət işini icraata qəbul etmək haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 15). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i.v. 43). “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (cild 01, i.v. 47). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i.v. 93). “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 97). “cinayət işini icraata qəbul etmək haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 01, i.v. 99). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i.v. 101). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmiş, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmışdır (cild 01, i.v. 129-132). “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 173). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i.v. 104). “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 02, i.v. 37). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 02, i.v. 50). “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 02, i.v. 82). “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 02, i.v. 111-112). “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 02, i.v. 136-137). “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 02, i.v. 166-167). “cinayət işi üzrə icraatın dayandırılması barədə” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 02, i.v. 188-189). “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işinin dayandırılmış icraatı təzələnmiş və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 02, i.v. 206-207). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-307/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihamın ilk 20 epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 verilmiş ittihamın ilk 20 epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir (cild 03, i.v. 1-111). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-422/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə məhkum olunmalarına dair 1(101)- 307/2022-074 saylı, 25 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin (bu maddə əsasında irəli sürülmüş ittiham) hökmdən xaric edilməsi, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, onlara cəza təyin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-307/2022-074 saylı, 25 noyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaların qismən toplanılmasına dair müddəaların hökmdən xaric edilməsi, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (cild 03, i.v. 113-185). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 313 və 320.1 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 1 (049)-91/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 04 sentyabr 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət, 21 yanvar 2020-ci il tarixdən 23 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət, 24 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət, 23 yanvar 2020-ci il tarixdən ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 02 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə gcə qeyd olunan maddələr ilə ona cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcının - 21 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir (cild 03, i.v. 186-266). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan çıxarışından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 313 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-65/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Nizami Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmünə əsasən AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işlərinə - 15% məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmış, daha sonra Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.3, 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Nizami Rayon Məhkəməsinin 10 yanvar 2023cü il tarixli hökmünə əsasən AR CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il tarixli hökmünə əsasən AR CM-in 307.1-ci maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq 07 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası qurtardığına görə azad edilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2, 320.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək CM-nin 32.4, 312.2, 320.1 və 66.3-cü maddələri xaric edilərək 05 il cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2, 320.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 adında övladları vardır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X17 adında övladı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 şəxsiyyətini mənfi və ya müsbət xarakterizə edən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladlarının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.1-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 307.1-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəlki cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əvvəlki cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin müxtəlif maddələri ilə məhkum edilməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəlki cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin müxtəlif maddələri ilə məhkum edilməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. 16-cı bəndinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olduğunu, ağırlaşdıran halın olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarı ilə təyin edilmiş cəza nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki cinayət işi üzrə tutulduğu və barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)-65/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti cəza təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 1(049)-91/2022 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti əsas və əlavə cəza saxlanılmalı, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)-65/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza müstəqil icra olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki cinayət işi üzrə tutulduğu və barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)-65/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olduğunu, ağırlaşdıran halın olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarı ilə təyin edilmiş cəza nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki cinayət işi üzrə tutulduğu və barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışmalarının çıxarışlarının və səs yazılarının qeydə alındığı 1 ədəd CD-R modelli disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 127 (yüz iyirmi yeddi) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bununla yanaşı, məhkəmə gələcəkdə təqsirləndirilən şəxslərin AR CM-nin 80-1-ci maddəsi ilə nəzərdə tutulmuş imkandan istifadə edərək cəzadan azad olunmaq hüquqlarından istifadə edə bilmələrinin təmin edilməsi üçün onların hər birinin cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 40-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73- 1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. AR CM-nin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, məhkəmə adı çəkilən Plenum qərarında göstərilənləri, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində iştirakının dərəcə və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs vurulmuş 15500 (on beş min beş yüz) manat məbləğində ziyanda paylarının (hər biri 5166.60 manat) bərabər həcmdə müəyyən edilməsi qənaətinə gəlir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 15500 (on beş min beş yüz) manat, mənəvi zərərə görə isə 3000 (üç min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu 175 (yüz yetmiş beş) manat məbləğin mülki cavabdeh qismində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxslər və mülki cavabdehlər isə irəli sürülmüş mülki iddianın təmin edilməmisini xahiş etmişlər. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, irəli sürülmüş mülki iddia qismən əsaslı olduğu üçün, qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cinayət nəticəsində 15500 manat maddi ziyanın vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən mülki iddianın verilməsinə görə dövlət rüsumu qismində ödənilmiş 175 (yüz yetmiş beş) manat pul məbləğinin 136.50 (yüz otuz altı manat əlli qəpik) manat hissəsi mülki cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə qeyd edir ki, mülki iddiaçı cinayət nəticəsində ona vurulmuş mənəvi zərər üçün təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 3000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia bu hissədə təmin edilməməlidir. Belə ki, uzun sürən məhkəmə istintaqı zamanı mülki iddiaçı tərəfindən cinayət nəticəsində mənəvi ziyanın vurulması ilə bağlı pul tələbi irəli sürülsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia cinayət nəticəsində mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)- 422/2023 saylı qərarı ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)- 422/2023 saylı qərarı ilə təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(103)-422/2023 saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)- 65/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 1(049)-91/2022 saylı cinayət işi üzrə 04 sentyabr 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 21 yanvar 2020-ci il tarixdən 23 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 24 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 23 yanvar 2020-ci il tarixdən ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 03 ay 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri seçilməməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)-65/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 15500 (on beş min beş yüz) manat maddi zərər müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs verilsin. Mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 136.50 (yüz otuz altı manat əlli qəpik) manat hissəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə yazışmalarının çıxarışlarının və səs yazılarının qeydə alındığı 1 ədəd CD-R modelli disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 127 manat - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 88 manat, cəmi 388 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “32 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi3 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 88 manat, cəmi 388 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “32 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 88 manat, cəmi 388 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “32 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mirsadiq Seyidov