Məhkəmə qərarları › İş №1(004)-382/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-382/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-382/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs X3 və onun müdafiəçiləri Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X11, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixində Ağdam Rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi Mehparə Bayramovadan 7600,00 manat məbləğində pul borcunun tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı qətnaməsinin, 18030,00 manat məbləğində pul borcunun tutularaq Zərərçəkmiş şəxs3 Qüdürət qızının xeyrinə ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvədə olan 28 iyul 2016-cı il tarixli, 2(051 )-2047/2016 saylı qətnaməsinin, 5600,00 manat pul borcunun, habelə 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl-zinət əşyalarından qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyərinin alınaraq X10 verilməsinə dair eyni məhkəmənin qanuni qüvvədə olan 28 mart 2016-cı il tarixli, 2(051)-856/2016 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 01 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2069/2020 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 02 sentyabr 2020-ci il, 30 aprel, 17 may 2021-ci il tarixlərdə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 fevral 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğlərdə zərər çəkmiş şəxslərə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktlarını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs1 2012-ci ildə 7500,00 manat məbləğində pul vəsaiti üzərinə əlavə faiz ödəmək şərti ilə borc almış, sonradan borcu qaytara bilməmiş, o, isə pulunu tələb edərək ona qarşı 2015-ci ildə Mingəçevir Şəhəri Məhkəməsində iddia qaldırmış, məhkəmənin 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 7600,00 manat məbləğində pul borcu tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmiş, eyni zamanda bibisi X6 2011ci ildə eyni qaydada borc almış, onunda borcunu sonradan qaytara bilməyəndə həmin məhkəmədə ona qarşı iddia qaldırmış, məhkəmənin 28 mart 2016-cı il tarixli, 2(051)- 856/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək onun tərəfindən 5600,00 manat məbləğində pul borcu, həmçinin 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl-zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyərinin G.Qasımovaya verilməsi öhdəliyi onun üzərinə qoyulmuş, bundan başqa tanışı Zərərçəkmiş şəxs3 Qüdürət qızından 2012-ci ildə borc almış, onada eyni qaydada borcunu sonradan qaytarmamış, o, isə pulunu tələb edərək 2016-cı ildə məhkəmədə iddia qaldırmış, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(051)- 2047/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 18000,00 manat məbləğində pul borcu və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamələrin icrasını tələb etmiş, o, isə bibisi Gülənbər Qasımovadan qızıl-zinət əşyaları almadığını və qətnamələrdə göstərilmiş borc məbləğləri ilə razı olmadığından məhkəmə aktlarını əsassız hesab edərək icra etməmiş, icra məmuru qətnamələrin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)-2069/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 anat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamələrin icrası ilə bağlı ona bildiriş təqdim etsə də o, qətnamə ilə razı olmadığından məhkəmə aktlarını icra etmədiyini və bu səbəbdən də özünü təqsirli bilmədiyini göstərmişdir. Bundan əlavə özünün xəstə olduğunu, himayəsində X20 adında orta dərəcəli nevrasteniya, emosional iradi pozutularla müşayiət olunan xəstə uşağının olduğunu, imkanı olan kimi borclarını tamödəyəcəyini, hazırda hər zərəçəkmiş şəxsə beş yüz manat məbləğində vəsait ödəmək imkanının olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin onun tərəfindən icra edilməməsi ilə bağlı gətirdiyi “göstərilmiş borc məbləğləri ilə razı olmadığımdan məhkəmə aktlarını əsassız hesab etdiyim üçün icra etməmişəm” dəlilə münasibətdə qeyd edilməlidir ki, bu halın özü şəxsin məhkəmə qətnamələrini icra etməməkdə qərəzli olmasını təsdiq edir. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mehparə Bayramova 2012-ci ildə qaytarmaq məqsədi ilə ondan 8000,00 manat məbləğində pul borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 7600,00 manat məbləğində pul borcu tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcluya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)-2069/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. X1 məhkəmə qətnaməsində qeyd olunan məbləğin alınaraq ona qaytarılmasını, ödənilmədiyi təqdirdə Mehparə Bayramova barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə qardaşı qızı Təqsirləndirilən şəxs ondan 5600,00 manat məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc götürmüş, bundan başqa Ülkər adlı rəfiqəsinin övladının məclisinə gedəndə üzərinə taxmaq üçün ona məxsus olan 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəstini, 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzüklərini almış, bir müddət sonra sözünə əməl etməyərək pulu və qızıl-zinət əşyalarını qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı həmin məhkəmədə iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 28 mart 2016-cı il tarixli, 2(051 )- 856/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 5600,00 manat məbləğində pul vəsaiti və 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl-zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyəri alınaraq ona verilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcluya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020ci il tarixli, 3(004)-2069/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini bildirmiş olduğunu göstərmişdir. X1 məhkəmə qətnaməsində qeyd olunan məbləğin alınaraq ona qaytarılmasını, ödənilmədiyi təqdirdə Mehparə Bayramova barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Qüdürət qızı ifadəsində göstərmişdir ki, 16 dekabr 2012-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda tanışı Təqsirləndirilən şəxs ondan cəmi 18000,00 manat məbləğində pul vəsaiti qaytarmaq məqsədi ilə borc almış, üzərindən uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmamış, belə olan halda ona qarşı məhkəmədə iddia qaldıraraq pulunu tələb etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(051)-2047/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 18000,00 manat məbləğində pul borcu və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)-2069/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edildikdən sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq ona olan borcunu ödəməyəcəyini bildirmiş olduğunu göstərmişdir. X1 məhkəmə qətnaməsində qeyd olunan məbləğin alınaraq ona qaytarılmasını, ödənilmədiyi təqdirdə Mehparə Bayramova barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X22 ifadəsində Təqsirləndirilən şəxs 7600,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1, 18000,00 manat məbləğində pul vəsaiti və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs3 Qüdürət qızının xeyrinə ödənilməsinə, bundan başqa 5600,00 manat məbləğində pul vəsaiti, eyni zamanda 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl- zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyəri alınaraq X10 verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı, 28 mart 2016-cı il tarixli, 2(051)-856/2016 saylı və 28 iyul 2016- cı il tarixli, 2(051)- 2047/2016 saylı qətnamələri icra edilməsi ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə daxil olmuş, icra sənədləri icraata qəbul edilərək icraata başlanma haqqında qərarlar 16 iyun 2017-ci il, 02 iyul 2018-ci il və 19 fevral 2019-cu il tarixlərində qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər təqdim edilmiş, məhkəmə qətnamələri könüllü icra müddətlərində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, o, müxtəlif tarixlərdə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olsa da qətnamələrin icrasını təmin etməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktlarını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)- 2069/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamələrin icrasından qərəzli yayındığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid X17 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, qohumu Təqsirləndirilən şəxs 2014-cü ildə Gülənbər Qasımovadan 5600,00 manat məbləğində pul vəsaiti, həmçinin Ülkər adı rəfiqəsinin övladının toy şənliyinə taxması ilə əlaqədar qızıl-zinət əşyaları götürərək qısa müddət ərzində qaytarmasını söz vermiş, bir müddət sonra sözünə əməl etməyərək G.Qasımovadan aldığı borcu və qızıl-zinət əşyalarını qaytarmamış, belə olan halda Gülənbər Qasımova verdiyi pulu və qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs geri almaq məqsədi ilə ona qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 mart 2016-cı il tarixli, 2(051 )-856/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 5600,00 manat məbləğində pul borcu və 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl-zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyəri alınaraq X4 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı Məhparəyə bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməmiş, onun fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün qətnaməni icra etməyə kifayət qədər maddi imkanı olmasına baxmayaraq məhkəmə aktının icrasını qərəzli olaraq təmin etmədiyini göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 7600,00 manat məbləğində pul borcu tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir (cild 1, səh. 12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 mart 2016-cı il tarixli, 2(051)-856/2016 saylı qətnaməsindən görünür ki, eyni borcludan 5600,00 manat məbləğində pul vəsaiti, eyni zamanda 1850,00 manat dəyərində 25,5 qram çəkidə, 750 əyarlı briliyant qadın dəsti, 360,00 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı 2 ədəd qadın üzükləri və ya həmin qızıl-zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmayan əmlakın qətnamədə göstərilən dəyəri alınaraq X8 xeyrinə ödənilməsi qət edilmişdir (cild 1, səh. 14-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyul 2016-cı il tarixli, 2(051)-2047/2016 saylı qətnaməsindən görünür ki, 18000,00 manat məbləğində pul borcu və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmişdir (cild 1, səh. 17-18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzlərdən görünür ki, Bayramova X7 Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı qətnaməsində göstərilmiş 7600,00 manat məbləğində pul borcundan 200,00 manatını Zərərçəkmiş şəxs1 xeyrinə və həmin məhkəmənin qanuni qüvvədə olan 28 iyul 2016-cı il tarixli, 2(051)-2047/2016 saylı qətnaməsində göstərilmiş cəmi 18030,00 manat məbləğində pul borcundan 100,00 manatını Zərərçəkmiş şəxs3 xeyrinə ödəmişdir (cild 1, səh. 104-105,193-195). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə aktının icrası ilə bağlı Təqsirləndirilən şəxs təqdim edilmiş 16 iyun 2017-ci il, 02 iyul 2018- ci il, 19 fevral 2019-cu il, 02 sentyabr 2020-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)- 2069/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051)- 3012/2015 saylı, 28 mart 2016-cı il tarixli, 2(051)- 856/2016 saylı və 28 iyul 2016-cı il tarixli, 2(051)-2047/2016 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir (cild 1, səh. 27, 29, 34, 97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3(004)-2069/2020 saylı qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış 16 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, səh. 141). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 196-198). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2020-cı il tarixli, 8(051)-157/2020 saylı qərardadından görünür ki,borclu X3 04 noyabr 2015-ci il tarixli, 2(051)-3012/2015 saylı, 28 mart 2016-cı il tarixli, 2(051)- 856/2016 saylı və 28 iyul 2016-cı il tarixli, 2(051)- 2047/2016 saylı qətnamələrinin hər ayda 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir şəhər rayonlararası psixo-nevroloji Dispanserinin 1125 nömrəli 11.09.2020-ci il tarixli arayışından görünür ki, X20 orta dərəcəli nevrasteniya, emosional iradi pozutular diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri müsbət xarakterizə olunur (cild 1, səh. 114). Məhkəmə təqsirləndirilən şəxs X5 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X3 təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin onun tərəfindən icra edilməməsi ilə bağlı gətirdiyi “göstərilmiş borc məbləğləri ilə razı olmadığımdan məhkəmə aktlarını əsassız hesab etdiyim üçün icra etməmişəm” dəlilə münasibətdə qeyd edilməlidir ki, bu halın özü təqsirləndirilən şəxsin məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs X3 qətnamələri icra etməməkdə qərəzli olmasını sübut edən digər hallar isə onun tərəfindən 33440 manat məbləğində olan cəmi borcdan altı ildən çox bir müddətdə zərərçəkmişlərə cəmi 300 manat pulun ödənilməsi, onun tərəfindən qətnamələri icra etmək niyyətinin, iradəsini olduğunu göstərəcək hərəkətin edilməsi yəni yaşayış yeri üzrə müvafiq dövlət orqanına iş axtaran vətəndaş kimi qeydiyyata alınmasına cəhd edilməməsidir. Eyni zamanda təqsirləndirilən şəxsin “qərzəliliyi” müəyyən edilərkən o da nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı ifadələrində qətnamələrin icra edilməməsi səbəblərindən biri kimi onun maddi gəlirlərinin ümumiyyətlə olmaması deyil “kifayət qədər olmaması”nı göstərmişdir. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsin mütəmadi və davamlı olaraq zərərçəkmiş şəxslərə altı il ərzində (tam olmasa belə) vəsait ödəmək imkanı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X13 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində xəstə uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, təqsirləndirilən şəxs X3 Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2015-ci il tarixli, 2(051 )- 3012/2015 saylı qətnaməsinə əsasən 7600,00 manat, həmin məhkəmənin qanuni qüvvədə olan 28 mart 2016-cı il tarixli, 2(051)-856/2016 saylı qətnaməsində göstərilən cəmi 7810,00 manat və məlum məhkəmənin qanuni qüvvəyə minmiş 28 iyul 2016-cı il tarixli, 2(051)- 2047/2016 saylı qətnaməsinə əsasən cəmi 18030,00 manat, ümumilikdə cəmi 33440,00 manat borcu vardır. Həmin ziyandan 300,00 manatını ödəmişdir. Məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da borcdan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişlər. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş təqsirləndirilən şəxs X3 həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları alternativ cəzalar kimi nəzərdə tutulmuşdur. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərər çəkmiş şəxsə olan yüksək məbləğdə borcdan heç bir məbləğ ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. X5 təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 oğluna təqsirləndirildiyi CM-nin 306.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, X9 oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(004)-382/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 16 (on altı) iş saatına bərabər hesab edilərək, göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 cəza çəkməsinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar