Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-382/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X21 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq onun cinayət məsuliyyətində cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsində məhkəmə baxışında olmuş cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs X9 ilə (mobil telefon №-si; ***-***-**-**) xx.xx.2024-cü ildə aramızda bağlanmış vəkil müqaviləsi əsasında tərtib edilmiş həmin tarixli, ******* saylı vəkil orderinə əsasən təqsirləndirilən şəxsin hüquqları tərəfindən müdafiə olunduğu üçün xx.xx.2024-cü ildə Bakı Hərbi məhkəməsində həmin iş üzrə saat 12-00-a təyin edilmiş məhkəmə iclasında iştirak edirdi. ünvan 1 ünvanda yerləşən Bakı Hərbi Məhkəməsinin inzibati binasında iclas zalında xx.xx.2024-cü ildə saat 12-20 radələrində keçirilən məhkəmə prosesi zamanı sədrlik edən hakim X12, iclas katibləri X5 və X10, dövlət ittihamçısı X11, zərərçəkmiş şəxs qismində dəvət olunmuş X8, onun nümayəndəsi X3, zərərçəkmiş hərbi hissənin nümayəndəsi X16, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun qərarla təyin edilmiş vəkili X13, təqsirləndirilən şəxs X9, şahid qismində dəvət edilmiş X6, adını, soy adını bilmədiyim icra məmuru iclas zalında iştirak edirdilər. X1 iş üzrə sərbəst ifadə verdikdən sonra müəyyən halları aydınlaşdırmaq üçün o ona suallar ünvanladıqda X8 icazəsiz olaraq iclasın gedişinə müdaxilə etdi, o etirazını bildirdikdə isə hündürdən danışmağını ona rad tutaraq ünvanına təhqiramiz ifadələr işlətdi, (qeyd edir ki, o özündən asılı olmayaraq hətta mobil telefonla danışanda belə bir az ucadan danışır və bunu qəsdən etmir, belə vərdiş etmişdir.) Məhkəmə iclasında sədrlik edən hakim Zeynal müəllim X15 xəbərdarlıq etsə də o, həmin hərəkətlərini davam etdirdi. Nəhayət o iş üzrə tərtib etdiyi vəsatəti məhkəməyə təqdim edərkən o, qışqıra-qışqıra onun ünvanına "heyvan" və "qanmaz" sözlərini dəfələrlə deməklə təhqiredici ifadələrini təkrarladı və məhkəmə zalında olanlar bunu eşitdilər. Qeyd edir ki, bu hal X8 tərəfindən ona qarşı edilən ilk hərəkət deyildi. Belə ki, hər dəfə məhkəmə iclası başlamazdan əvvəl o, məhkəmənin inzibati binasının qarşısında onu gördükdə mənim eşidə biləcəyi səslə ünvansız nalayiq ifadələr işlədir, qarşışlar edirdi. X2 məhkəmə iclasının keçirildiyi iclas zalında fasiləsiz video-çəkiliş aparıldığı halda yuxarıda qeyd etdiyi proses iştirakçılarının yanında nalayiq sözlərlə onu təhqir etməsi işgüzar nüfuzuna xələl gətirmiş, o, şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verdiyindən hesab edir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri vardır. Göstərilənlərə əsasən X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq onun cinayət məsuliyyətində cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs N.S.Əliyev şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.Y.Balayeva xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.Y.Balayevanın müdafiəçisi Müdafiəçi bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayətin ərizəsində əməlin məhz E.Y.Balayeva tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi yer haqqında məlumatlar qeyd edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində əməlin məhz E.Y.Balayeva tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi yer haqqında məlumatlar qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.Y.Balayevanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.Y.Balayevaya göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X4 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-382/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-382/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver