Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-383/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X9, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X10, nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X7, müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, o, 26.01.1963cü ildə Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 4A, mənzil 41-də qeydiyyatda olan və yaşayan X7 04 may 2021-ci il tarixdə “TV24az”- ın “YouTube” internet informasiya ehtiyatında yayımlanan çıxışında və 05 may 2021-ci il tarixdə “XURAL TV”-nin YouTube internet informasiya ehtiyatında yayımlanan müsahibəsində X8 ünvanına şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan ifadələrdən istifadə etmişdir. Belə ki, 04 may 2021-ci il tarixdə “TV24az”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış 8.50 dəqiqə davamlı çıxışında X2 Fikrət Vəli oğlunun ünvanına “Fırıldağçı”, “Dələduz”, “Oğru”, “Cinayətkar” kimi ifadələr işlətmişdir. Bundan başqa 05 may 2021-ci il tarixdə “XURAL TV”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış müsahibədə X2 Fikrət Vəli oğlunun ünvanına “onu bunu aldatmaqla məşğuldur” fikri və “Firildaqçı”, “Dələduz”, “Mahir fırıldaqçı”, “Cinayətkar”, “Oğru” kimi ifadələr işlətmişdir. X5 çıxışı və müsahibəsinin videogörüntüləri üzrə “X14” tərəfindən 07 iyun 2021-ci il tarixli 21/21 saylı mütəxəssis rəyi alınmış və rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir: ekspertizaya təqdim olunmuş, Sakin Ağayev kimi təqdim olunan şəxsin (X7) 04 may 2021ci il taxidə “TV24az”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış, 8.50 dəqiqə davamlı çıxışında X8 ünvanına söylədiyi “Firildaqçı”, “Dələduz”, “Oğru”, “Cinayətkar” kimi ifadələr linqvistik təhlil baxımından təhqir olub, X8 şərəf və ləyaqətini nalayiq formada alçaldır, onun işgüzar nüfuzuna xələl gətirir. Ekspertizaya təqdim olunmuş, Sakin Ağayev kimi təqdim olunan şəxsin (X7) “XURAL TV”-ın “YouTube” internet informasiya ehtiyatında X8 ünvanına söylədiyi "onu bunu aldatmaqla məşğuldur" fikri və “Firildaqçı”, “Dələduz”, “Mahir fırıldaqçı”, “Cinayətkar”, “Oğru” kimi ifadələr linqvistik təhlil baxımından təhqir olub, X8 şərəf və ləyaqətini nalayiq formada alçaldır, onun işgüzar nüfuzuna xələl gətirir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair tərəfimdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Lakin Məhkəmənin 1(004)- 262/2021 N-li 09.08.2021-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlarin (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməməsi qeyd olunmuşdur. Məhkəmənin qeyd etdiyi nöqsanlar aradan qaldırılandan sonra xüsusi ittiham qaydasında şikayət təkrarən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Lakin Məhkəmənin 1(004)-315/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi xüsusi ittihamçının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması vəzifəsinin yetərincə yerinə yetirməməsi və törədilmiş cinayət barədə məlumatı (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada törədilməsi, hazırkı halda istinad edilən internet informasiya ehtiyatının hüquqi ünvanını) təqdim etməməsi qeyd olunmuşdur. Məhkəmənin sonuncu qərarında qeyd olunan nöqsanların aradan qaldırılması məqsədi ilə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması həyata keçirilərkən cinayətin törədildiyi yerin müəyyən edilməsi üçün mənim tərəfindən “TV24az” və “XURAL TV” saytlar barədə internetdə axtarışlar aparılmış, onların hüquqi və ya yerləşdiyi ünvanlar barədə müxtəlif dövlət qurumlarına sorğular verilmiş və cavablar alınmışdır. İnternet axtarışından müəyyən edilmişdir ki, X11 – “Xural” qəzetinin təsisçisi və baş redaktoru, “Xural TV” onlayn YouTube kanalının təsisçisidir, redaksiya ilə əlaqə mobil telefon nömrəsi 050 3204927, faktiki yerləşdiyi ünvan isə “Azərbaycan” nəşriyyatının binasındadır. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Azərbaycan” Nəşriyyatına göndərilmiş sorğuya əsasən verilmiş 01.09.2021-ci il tarixli 6/19 saylı cavab məktubundan görünür ki, “Xural” qəzetinin redaksiyası hal-hazırda “Azərbaycan” nəşriyyatının inzibati binasında yerləşir. Azərbaycan Respublikası Nəqliyyat, Raditə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi göndərilmiş sorğuya əsasən verilmiş 06.09.2021ci il tarixli ETX-01/186-21 saylı cavab məktubu ilə istinad edilən internet informasiya ehtiyatının hüquqi ünvanları barədə məlumat verilməsindən imtina cavabı verilmişdir. Həmçinin ərizəyə ilk dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Raditə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi göndərilmiş sorğuya əsasən verilmiş 16.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, “TV24az” və “XURAL TV” Azərbaycan Respublikasında domen reyestrində qeydə alınmamış və bu səbəbdən onların hüquqi ünvanı məlum deyil. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə göndərilmiş sorğuya əsasən göndərilmiş 30.08.2021-ci il tarixli **********679100 saylı cavab məktubundan görünür ki, “Xural.com TV”-nin və “TV24.az” adlı kommersiya qurumları aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Beləliklə, toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X7 04 may 2021-ci il taxidə “TV24az”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış çıxışında X8 ünvanına “Firildaqçı”, “Dələduz”, “Oğru”, “Cinayətkar” kimi ifadələr və 05 may 2021-ci il tarixdə “XURAL TV”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış müsahibədə X8 ünvanına “onu bunu aldatmaqla məşğuldur” fikri və “Firildaqçı”, “Dələduz”, “Mahir fırıldaqçı”, “Cinayətkar”, “Oğru” kimi ifadələr işlədərək onu təhqir etmiş, yəni kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini tərətmiş və törətdiyi cinayət əməli nəticəsində ona mənəvi ziyan vurmuşdur. X1 cinayət əməlini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Azərbaycan” Nəşriyyatında törədilməsini nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər əsasların olmasını hesab edir. Göstərilənlərə əsasən, 26.01.1963-cü ildə Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 4A, mənzil 41-də yaşayan AğayevSakin Abdulhüseyn oğlunun (şəxsiyyət xəsiqəsi AZE ********), (telefon *** *** ** **) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyim şikayəti məhkəmənin icraatına qəbul edərək məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 və onun nümayəndəsi, vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X5 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X7 şikayətin əsassız olmasını, həmçinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət işi başlana bilmədiyini nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununda həmin şikayətin Yasamal Rayon Məhkəməsinə verilməsi və aidiyyət məsələsi onunla əsaslandırılmışdır ki, şikayətçi hesab etmişdir ki, X3 cinayət əməlini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Azərbaycan” Nəşriyyatında törədilməsini nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər əsasların olmasını hesab edir. Belə ki, şikayətçi şikayətində hesab etmişdir ki, Xural qəzeti, “XURAL TV”-ın “YouTube” kanalı və həmin kütləfi informasiya vasitəsinin redaksiyası Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Azərbaycan” Nəşriyyatında yerləşdiyi üçün şikayətin aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aiddir. Həmçinin şikayətdə sonuncu əməl kimi göstərilmişdir ki, X7 04 may 2021-ci il taxidə “TV24az”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış çıxışında X8 ünvanına “Firildaqçı”, “Dələduz”, “Oğru”, “Cinayətkar” kimi ifadələr və 05 may 2021-ci il tarixdə “XURAL TV”-ın “YouTube” internet informasiya ehtiyatında yayımlanmış müsahibədə X8 ünvanına “onu bunu aldatmaqla məşğuldur” fikri və “Firildaqçı”, “Dələduz”, “Mahir fırıldaqçı”, “Cinayətkar”, “Oğru” kimi ifadələr işlədərək onu təhqir etmiş, yəni kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, şikayətçi ona qarşı törədilməsi ehtimal etdiyi əməlin 04 may 2021-ci il taxidə “TV24az”-ın “YouTube” internet informasiya ehtiyatında və 05 may 2021-ci il tarixdə “XURAL TV”-ın “YouTube” internet informasiya ehtiyatında törədilməsini qeyd edir. Halbuki, şikayətçi ehtimal etdiyi həmin əməllə bağlı əvvəllər də xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 18.08.2021ci il tarixli, 1(004)-315/2021 saylı qərarı ilə şikayətin icraata qəbulundan imtina edilmişdir. Həmin qərarda göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayətdə xüsusi ittiham qaydasında şikayətin Yasamal rayon Məhkəməsinə baxılmalı olmasına dair məlumatları, yəni "TV24az" və "XURAL TV"-nin hansı hüquqi şəxsə aid olması və onların hüquqi ünvanlarını təsdiq edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Beləliklə həmin qərarda aydın şəkildə yazılmışdır ki, hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Lakin şikayətçi hazırkı şikayətində “XURAL TV”-ın “YouTube” kanalının redaksiyasının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən “Azərbaycan” Nəşriyyatında yerləşdiyi, yəni həmin internet informasiya ehtiyatının faktiki yerləşdiyi ünvanı əsas götürərək şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. Buna görə də hazırkı iş üzrə də məhkəmə əlavə olaraq qeyd edir ki, hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Lakin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Bu səbəbdən də həmin kütləvi informasiya vasitələrinin “faktiki yerləşdiyi ünvan” hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb etmir və şikayətin ərazi aidiyyətini müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, belə formada əsaslandırılmış şikayət əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəməyə barəsində şikayət verilmiş CM-nin 148-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-nin 148-ci maddəsi üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 10 və 11-ci hissələrinə əsasən məhdudiyyətlər qoyulmamışdır. Həmin maddə Amnistiyanın tətbiqinə məhdudiyyət qoyulması barədə qeyd edilən Qərarın 11-ci hissəsində göstərilən maddələr sırasında da qeyd edilməmişdir. Həmçinin hazırkı iş üzrə hər hansı bir maddi ziyan tələb edilmir. Ona görə də Qərarın 11.4-cü maddəsi hazırkı işə tətbiq edilə bilmir. Həmçinin hazırkı şikayətdə göstərilən əməlin 05.11.2021-ci il tarixdən əvvəl törədildiyi qeyd edilmişdir. Həmin Qərarın 14-cü hissəsinə əsasən qeyd edilən Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs, yəni müdafiə tərəfi onun barəsində amnistiyanın tətbiq edilməsinə razılığını bildirib. Belə olduğu təqdirdə CM-nin 148-ci maddəsi üzrə Amnistiyanın tətbiqinə qadağa istisna edilir. Belə ki, “Xüsusi ittiham qaydasında cinayət təqibi ” CPM-nin 37-ci maddəsinə əsasən cinayət təqibi növlərindən biri kimi müəyyən edilmişdir. Belə ki, CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimaixüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Belə olduğu təqdirdə CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən halların məcmusu hazırkı halda artıq xüsusi ittiham qaydasında verilmiş hazırkı şikayəti əsassız edir və həmin şikayət üzrə cinayət təqibinin həyata keçirilməsinə imkan vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-383/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-383/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver