Məhkəmə qərarları › İş №1(004)-384/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-384/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-384/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mirzəyev X1 qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanında yerləşən birgə yaşadıqları mənzildə qardaşı qızı Zərərçəkmiş şəxs əxlaqsızlıqla ittiham etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı X2 başına qəsdən 4-5 dəfə yumruqla vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərəvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. Əvvəllər Fidan onunla bir həyətdə yəni ünvan 1 ünvanında yaşamışdır, hazırda Fidanın harada yaşamasından onun xəbəri yoxdur. Fidan bəzi vaxtlar evə gec gəldiyi, əxlaqsız həyat tərzi yaşadığı, geyim tərzinə fikir vermədiyi üçün bu barədə Fidana dəfələrlə irad bildirmiş lakin Fidan özündə heç bir dəyişiklik etməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən adını xatırlamadığı kafedə spirtli içki qəbul etdikdən sonra saat 01:30 radələrində yaşadığı evə gəlmiş Fidanın yaşadığı otağa qalxaraq ona ev gec gəldiyinə və ümumiyyətlə yüngül həyat tərzi keçirdiyinə görə öz iradını bir daha bildirmişdir. Bu zaman Fidan ona kobud cavab vermiş və o, əsəbləşərək Fidanı bir necə dəfə vurmuşdur. Hazırda onun Fidanla heç bir əlaqəsi yoxdur və onlar barışmamışlar. Yekun olaraq etdiyi əməldən peşman olduğunu, himasində iki az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 93-95-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsada hazırda anası ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun əmisidir. O, əvvəllər əmisi Zaurla bir evdə yəni ünvan 3 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində o, yaşadığı evdə olan zaman əmisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun yaşadığı otağa gələrək onu əxlaqsız olmaqda ittiham edərək onunla mübahisə etməyə başlamışdır. Bundan sonra onun gözləmədiyi anda əmisi Zaur yumruqla təxminən 4-5 dəfə onun baş nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Əmisi onu döydükdən sonra çıxıb gedən zaman o, anası Şahid zəng vuraraq əmisinin onu döyməsini bildirmişdir. Anası da bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Aralarında yaranmış mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxtı evdə ondan və əmisindən başqa heç kim olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 97-98-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Hal-hazırda Fidanın atası olan Abbas həbsdədir. Qızı Fidan əvvəllər atasının evində əmisi Təqsirləndirilən şəxs ilə bir həyətdə yəni ünvan 3 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində qızı Fidan ona zəng vuraraq əmisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. O, qızına bildirmişdir ki, onun yaşadığı evə gəlsin. O, həmin vaxtı əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs qızını döydüyünü və Murad adlı şəxsin onu təhqir etdiyini bildirmişdir. Lakin o, Muradın orada olub-olmadığını bilməmişdir, sadəcə Muradla münasibətlərinin kəskin pis olduğu üçün onun da orada ola biləcəyini düşünüb onun da adını çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs qızına qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Lakin o, həmin vaxtı qızı döyüldüyü üçün əsəbi olmuş. Təqsirləndirilən şəxs tərəfindən qızı Fidana qarşı heç bir əxlaqsız hərəkət edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 06 aprel 2023-cü il tarixli 2/10126 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə sərxoşdur. (i.v. 14) “Baxış keçirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında keçirilən baxış zamanı Zərərçəkmiş şəxs çarpayının yanındakı yeri göstərərək xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində əmisi Təqsirləndirilən şəxs tərəfindən həmin yerdə döyüldüyünü bildirmişdir. (i.v. 15-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 06 aprel 2023-cü il tarixli 340 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərərvurmaya aiddir.Şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 30-32) “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi əyani olaraq hadisə yerində yoxlanmış və Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 109-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 14 iyun 2023-cü il tarixli 21/340 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin şişkinlik halında əzilməsi onun başına yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. (i.v. 146-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid ünvan 6 ünvanında yaşamadığından sonuncuları Yasamal Rayon Məhkəməsinə təmin etmək mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 aprel 2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 70) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 139-142) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində olan 19 iyun 2006-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Elektron məhkəmə sistemindən edilən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü uşaqları var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar