Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-384/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Resbulikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı ovladı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşqul olmuş, Sabirabad şəhəri ünvan 1 ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 adından istifadə edərək sonuncuya məxsus “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobili təmir etdirib Şahid1 satacağım vəd edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə ayrı-ayrı vaxtlarda, yəni 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında 700 manat, «Milliön» elektron ödəmə terminalı vasitəsilə 18 iyul 2022-ci il tarixdə 250 manat, 20 iyul 2022-ci il tarixdə 250 manat, 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu metronun «20 Yanvar» satnsiyasının yaxınlığında fəaliyyət göstərən “Günəş” kafesində Şahid1 9400 manat pulu alaraq ələ keçirməklə, Şahid1 əmisi ğlu Zərərçəkmiş şəxs ümumilikdə 10600 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəktələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il Nadir adlı şəxsin sürücüsü kimi çalışmışdır. Nadir sahibkardır və çoxlu sayda avtomobilləri vardır. 2022-ci ilin iyun ayının əvvəllərində işdə olan zaman Nadir ona zəng vuraraq idarə etdiyi Nissan Latio markalı Az ** BH *** dövlət nömrə nişanlı avtomobili satmaq istədiyini və müştərinin Yasamal rayonu ərazisində gözlədiyini, onun dediyi yerə avtomobilini aparmasını xahiş etdərək müştərinin mobil nömrələrini ona vermişdir. Deyilən yerə getmiş, orada ona iki nəfər şəxs yaxınlaşmış, həmin şəxlərdən biri adını bildirməsə də, digəri adının Niyaməddin olduğunu demiş və avtomobili almaq istədiyini qeyd etmişdir. Onlar avtomobilə baxdıqdan sonra avtomobilin sahibi olan Nadirə zəng vurmuşlar. Niyaməddin Nadirlə qiymətdə razılaşmamışdır. Belə olan halda özü Niyaməddinə bu avtomobili hansı qiymətə almaq istəsə, köməklik göstərsə, ona nə qədər pul verəcəyini soruşmuşdur. Niyamədin həmin avtomobili almaq üçün 10.500 manat pulu Nadirə, ona isə 100 manat verə biləcəyini demişdir. Bundan sonra özü Nadirə zəng vurub Nadiri razı salmışdır. Onlar birlikdə Neftçilər adlanan əraziyə getmişlər. X5 öz aralarında alqı- satqılarını etmişlər. Sonra Niyaməddin onu qırağa çəkərək ona bu qaydada avtomobillər tapsa, hər avtomobildə 100 manat, çox olduqda isə daha çox pul verəcəyini demişdir. O da Niyaməddinlə razılaşdıqdan bir ay keçdikdən sonra X10 markalı və modelli nasaz vəziyyətdə olan ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, avtomobil həmin vaxt ustada təmirdə olmuşdur. Nadir avtomobili satmaq istədiyi üçün Niyaməddinə zəng vuraraq avtomobil barədə məlumat verərək avtomobilin hazırda ustada təmirdə olmasını, düzəltdirmyə imkan olmadığını bildirmişdir. O, Niyaməddinlə avtombili satmağa 10.500 manata razılaşmış və bundan əlavə də ona 100 manat verməli olmuşdur. Niyaməddin həmin avtomobilin təmiri üçün ona 200 manat pul göndərmişdir. Bir müddət sonra Niyaməddin ona adam göndərdiyini dedikdən sonra Orxan yanma gəlmişdir. Avtomobilin işiq cihazının təmiri üçün pul lazım olmuş və Niyaməddin həmin pulu Orxanla göndərmişdir. Həmin pul təxminən 130 manat məbləğində olmuşdur. Orxan ona cəmi bir dəfə əlbəəl pul vermiş, həmin məbləği isə yadında deyildir. Qalan pulları isə kartıma göndərmişdir. Onlar avtomobilin təmiri üçün ona ümumilikdə 1.200 manat pul göndərmişlər. xx.xx.2022-ci il tarixdə avtomobillə 20 Yanvar adlanan əraziyə gəlmiş, orada onu Orxan qarşılamış, birlikdə Yasamal rayonu ərazisində yerləşən «Günəş» kafesinə getmişlər, həmin zaman onun yanında tanışı Şəhriyar olmuşdur. Bir qədər sonra Niyaməddin də onların yanma gəlmişdir. Söhbətləşdikdən sonra Niyaməddin sellofan torbadan pulu çıxarıb sayaraq Orxana vermişdir. Orxan onun yanında gələn Şəhriyara 9.400 manat pulu vermiş, Şəhriyarda saydıqdan sonra isə həmin pulu ona vermişdir. Bundan sonra özü Nadirə zəng vuraraq ona şəxsiyyət vəsiqəsi göndərəcəyini, həmin şəxsə baş etibarnamə verməsini demişdir. Nadir razılaşdıqdan sonra Orxanın şəxsiyyət vəsiqəsini Nadirə göndərmiş, o da baş etibarnaməni vermişdir. 10-15 dəqiqə sonra Orxan da demişdir ki, etibarnamə ilə bağlı ismarıc gəlmişdir. Sağollaşdıqdan sonra Niyaməddin ona zəng vuraraq avtomobili baha qiymətə aldığını, razılaşmadıqlarını demişdir. Həmin zaman rayona getdiyi üçün səhəri günü görüşməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə Babək prospektində Niyaməddinlə görüşmüş, ona narazılığını bildirib 10.600 manat pulu Niyaməddinə qaytarmışdır, həmin zaman onun tanışı Şəhriyar yanımda olmuşdur, Niyaməddin isə tək olmuşdur. Ondan Orxanı soruşduqda Orxanın rayonda olduğunu demiş, Avtombili götürdükdən sonra Nadirə təhvil vermişdir və etibarnaməni ləğv etdirmişdir. Pulu Niyaməddinə qaytaran zaman Niyaməddin tək olmuşdur, onun yanında Orxan olmamışdır. Avtomobilin alqı-satqı 2022-ci il tarixdə olduğu üçün həmin avtomobilin qiymətində səhv demiş ola bilər. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmişə vurulmuş zərərdən ümumilikdə 4900 manat qaytarmasını nəzərə alaraq barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın seçilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, qısa müddət ərzində Zərərçəkmiş şəxs dəymiş ziyanı tam qaydada olaraq ödənilməsini təmin edəcəkdir. İş üzrə Zərərçəkmiş şəxs şifahi qaydada (telefon vasitəsilə) ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyandan 4900 manat məbləğində pul vəsaiti həqiqətən də ona ödənilmişdir, təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəyəcəyi təqdirdə heç bir şikayət və tələbi olmayacaqdır. Sağlamlıq imkanı məhdud olduğu üçün (hər iki gözündən əlil olduğu üçün) məhkəmə iclaslarında iştirak etmək imkanı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə məhkəmə iclasında tədqiq olunan zaman müəyyən edilmişdir ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Gözlərinin hər ikisi və sağ ayağı ambutasiya olmuşdur. 1ci qrup əlildir. Bu səbəbə görə də ailəsi üçün avtomobil almaq istəmişdir. Bunun üçn əmisi oğlu Şahid1 müraciət edərək ona sərfıyyatlı avtomobil artarıb tapmasını xahiş etmişdir. 2022-ci ilin iyun ayında Orxan ona «Nissan Latio» markalı çox sərfıyyatlı avtomobil tapmışdır. Oda həmin avtomobilin alınmasına razılıq vermiş, avtomobili almaq üçün Şahid1 10600 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Orxan ona avtomobili aldığını bildirsə də, sonradan avtomobil gəlib çıxmamışdır. Sonradan Orxandan maraqlandıqda daha yaxşı avtomobil arxtarıb tapacağını bildirmişdir. Lakin həmin tarixdən hal hazıra vaxta kimi ona nə avtomobil almış, nə də pulunu geri qaytarmamışdır 2023-cti ilin avqust ayında Orxan baş vermiş hadisələri ona danışmış, bundan sonra ona məlum olmuşdur ki, Şahid3 və Təqsirləndirilən şəxs adlı şəxslər onun 10600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər.Bunları bildikdən soma Azərbaycan Respublikası Daxili İşlər Nazirinə elektron «online» müraciət etmişdir, müraciəti ilə əlaqədar X8 qəbulunda olmuş,başına gələn hadisəni bildirmişdir. Orxanın hadisə barədə ona gec məlumat verməsinə səbəb əsəbləşməyini isətəməməsi olmuşdur. Avtomobilin alınması məsəldələrində Orxan və tanışı Niyaməddin iştirak etsə də, Nadir və Elşana verilən 10600 manat pul ona məxsusdur. Hadisə nəticəsində ona ümumilikdə 10600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ildən 2023-cü ilə qədər avtomobillər alaraq Uber tətbiqi vasitəsilə taksi kimi işlətmişdir. Həmin avtomobillər Nissan Latio markalı avtomobillər idi. 2021-ci ilin təxminən oktyabr ayında Təqsirləndirilən şəxs onun yanına sürücü kimi gəlmiş və avtomobilini sürməyə başalayaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddət soma özündə olan Nissan markalı avtomobillərini sataraq Toyota Prius markalı avtomobilləri ilə əvəz etmək qərarına gəlmişdir. 2012-ci il buraxılışlı Nissan Latio marlkalı Az ** BH *** dövlət nömrə nişanlı avtomobilini 2022-ci ilin may ayının sonlarında Turbo.az saytına yerləşdirmişdir. Həmin ərəfədə qeyd etdiyi, yəni Az ** BH *** döbvlət nömrə nişanlı avtomobilini Elşan idarə etmişdir. Ona avtomobillə bağlı zəng gəlmiş, danışıq əsnasında həmin şəxsin adının Niyaməddin olduğunu öyrənmişdir. Niyaməddin avtomobillə bağlı sorğu sual etmiş və avtomobili görmək istədiyini və Niyaməddin Yasamal rayonu ərazisində olduğunu bildirmiş, bundan sonra onu Elşanla əlaqələndirmişdir. Elşan onun tapşırığı ilə Niyaməddinlə görüşmüş və bir neçə saat sonra Niyaməddin, Elşan, adını sonradan bildiyi Orxan adlı şəxs yanma Nizami rayonu ərazisində yerləşən “X9”nin yaxınlığında məhəllənin içərisində olan məhəllə çayxanasına gəlmişlər. O, elanda avtomobilin qiymətini 12.000 manat olaraq qeyd etmişdir. Niyaməddinlə telefonda danışanda artıq 1.000 manat azaltmışdır. Görüş zamanı bir qədər danışıq etdikdən sonra 800 manat da keçdikdən sonra 10.200 manata avtomobili satmışdır. Həmin pulu Niyaməddin ona verməsinə baxmayaraq baş etibarnaməni Orxanın adma vermişdir. Etibranaməni Nizami rayonu ərazisində yerləşən Xəzər Universitetinin sağ təırəfındə yerləşən nömrəsini unutduğu notariusda vermişdir. Niyaməddinlə Orxan ona rayonda taksi işi qurmaq istədiklərini bildirib avtomobilini almışlar. Avtomobili satdıqdan sonra təxminən 2022-ci ilin iyun ayının 19-da Elşan onunla telefon əlaqəsi saxlayaraq onun idarə etdiyi 2015- ci il buraxılışlı ağ rəngli “Nissan latio” markalı Az ** EJ *** dövlət nömrə nişanlı avtomobili son qiymət olaraq neçəyə satacağım soruşmuşdur. O, Elşana bildirmişdir ki, avtomobilin sürətlər qutusunda problem var, əgər problemli şəkildə alacaqlarsa, avtomobili 12.000 manata satacaqdır, yox əgər düzəldikdən sonra satılarsa, 14.000 manat satacağım demişdir. Elşən onun şərti ilə razılaşmışdır. Bundan başqa Elşan avtomobili 12.000 manatdan baha qiymətə satdığı təqdirdə əlavə pulun onun olduğunu demiş, onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Elşan ona avtomobili alıcılara göstərəcəyini demişdir. xx.xx.2022-ciu il tarixdə avtomobil sənədləşməsi üçün Qaradağ rayon ərazisində yerləşən gömrüyə getmişdir. Orada olan da Elşan ona zəng edərək bildirmişdir ki, alıcılar avtomobili sürətlər qutusunda problemli halında alacaqlar. Elşan ona şəxsiyyət vəsiqəsinin şəkilini göndərmiş, göndərdiyi şəxsiyyət vəsiqəsinə baş etibarnamə verməyini istəmişdir. Elşan onunla danışan zaman alıcıların razılaşdığını bildirmiş, lakin qeyd etmişdir ki, həmin alıcılar Bakıdan başqa bir avtomobil də aldıqları üçün üzərlərində pul yoxdur. Bu səbəblə həmin alıcılarla Şəmkir rayonuna gedib avtomobili verib pulu götürdükdən sonra, ya həmin gün, ya da səhəri gün gələcəyini demişdir. Elşana inandığı üçün onunla razılaşmış və ona göndərdiyi şəxsiyyət vəsiqəsinə etibarnamə vermişdir. Etibarnaməni verən zaman görmüşdür ki, həmin şəxs Şahid1dur və birinci satdığı avtomobilə görə birinci dəfə etibarnamə verdiyi şəxsdir. Elşana bildirmişdir ki, nə üçün onun özündən avtomobili almayıblar, bu zaman Elşan onlarla dostluq yaratdığnı bildirmişdir. xx.xx.2022-ci il tarixdə Elşana zəng edərək Şəmkir rayonuna çatıb çatmadığını soruşduqda o çatdığını, lakin səhəri gün gələcəyini demişdir. Bundan sonra onunla sağollaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Nizami rayonu ərazisində yerləşən “X9”nin yaxınlığında məhəllənin içərisində olan məhəllə çayxanasına gələn zaman görmüşdür ki, Elşan satmalı olduğu avtomobillə gəlmişdir. Belə olan halda mən nə baş verdiyini soruşmuş, Elşan avtomobili istəmədiklərini sata bilmədiyini demişdir. Bundan sonra Orxanın adma verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Təxminən bir ay sonra yəni 2022-ci ilin iyul ayında “Nissan latio” markalı Az ** EJ *** dövlət nömrə nişanlı avtomobili təmir etdirib Turbo.az saytına yerləşdirmişdir. Elanı yerləşdirdikdən sonra bir nəfər şəxs ona zəng edərək avtomobil haqqında məlumat aldıqdan sonra avtomobilin ona aid olduğunu demişdir. O isə ona avtomobilin ona necə aid ola biləcəyini demiş və kim olduğunu soruşmuşdur. Bundan sonra o, özünün Şəmkirli Orxan olduğunu dedikdən sonra onu tanımışdır. Orxan danışıq zamanı nə üçün etibarnaməni ləğv etdirdiyini soruşduqda ona «mən sən alasan deyə avtomobili şəmkir rayonuna göndərdim, lakin sən avtomobilin sürətlər qutusunda problem olduğunu deyib avtomobili almadın, halbuki mən Elşana avtomobilin problemi ilə bağlı məlumat vermişdir. Elşanın dediyinə görə də siz avtomobili problemli şəkildə almaq istədiyinizi bildirməyinizə baxmayaraq onu bəhanə gətirib almadığınız üçün mən də etibarnaməni ləğv etdirdim» deyə bildirmişdir. Belə olan halda Orxan ona avtomobili almaq üçün Elşana 10.000 manat pul verdiyini bildirmişdir. Bunu eşitdikdə Orxana bildirmişdir ki, «12.000 manata satılan avtomobili necə ola bilər ki, 10.000 manata almısan». Belə olan halda Orxan ondan Elşanın haralı olduğunu, haqqında nə bildiyini soruşmuşdur. Elşanla bağlı bildiyi hər şeyi Orxana demişdir. Həmin ərəfə də Elşan artıq onun işçisi olmamış, yanından çıxmışdır. Bunlardan əlavə o, Orxana bildirmişdir ki «sən avtomobili alımısansa necə olur ki avtomobil Elşanda qalır və avtomobilini texniki baxış şəhadətnaməsi də avtomobilin içərisində». Bu zaman Orxan ona avtomobilin sürətlər qutusunu düzəltmək üçün Elşana verdiyini demişdir. Yenə Orxana demişdir ki, «nə üçün texniki baxış şəhadətnaməsini avtomobildə saxlamısan, əgər saxlamısansa, pulu niyə Elşanda saxlamısan». Bundan sonra Orxan ona cavab verə bilməmişdir. Əlavə olaraq Orxana demişdir ki, nə üçün etibarnaməni ləğv etdiyi gün yox, indi əlaqə saxlayıbsan, yenə cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs avtomobili gətirib ona verdikdəın sonra etibarnaməni ləğv etdirdikdə Orxana və ya Niyaməddinə məlumat verməmişdir. Avtomobil və texnikli baxış şəhadətnaməsi onda olduğu üçün özünü məlumat vermək məcburiyyətində bilməmişdir. Düşünmüşdür ki, həqiqətən bəyənməyib almayıblar. Orxan onunla danışıb hər şeyi ona bildirdikdən sonra Elşana zəng edib olanları soruşanda Elşan olan bütün hadisələri danmış və Orxanın yalan danışdığını, Orxanın dediyi kimi hadisələrin olmadığını qeyd etmişdir. Bu zaman Elşana demişdir ki, O, kimin doğru kimin yalnış olduğunu bilmir, əgər belə bir şey olubsa, insanları razı salmasını tələb etmişdir. Buna baxmayaraq Elşan yenə hər şeyi inkar etmişdir, elə bir şeyin olmadığını demişdir. Lakin bir qədər sonra ona polis əməkdaşından zəng gəlmiş, hadisəni həmin əməkdaşa da bildirmişdir. Bundan sonra Elşana yenidən zəng edib nə üçün onu aldatdığını məsələnin həll olunmadığını polis əməkdaşının ona zəng etdiyini demişdir. Bu zaman Elşan ona demişdir ki, sənlik burda heç bir şey yoxdur, o məsələni özü həll edəcəkdir. Bundan sonra onunla sağollaşmışdır. Daha sonra ifadəsində göstərmişdir ki, Niyaməddinə satdığını “Nissan Latio” markalı Az **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 adma verdiyini qeyd etməsini hadisədən uzun müddət keçdiyi üçün yadımda qalmamasını, lakin hazırda tam olaraq xatırlayır ki, xx.xx.2022-ci il tarixdə 15 saylı notariat ofisində verdiyi Şahid1 adma deyil, Şahid2 adma vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək onunla danışan zaman alıcıların razılaşdığını, lakin həmin alıcılar Bakıdan başqa bir avtomobil də aldıqları üçün üzərlərində pul olmadığını bildirmişdir. Bu səbəblə həmin alıcılarla Şəmkir rayonuna gedib avtomobili verib pulu götürdükdən sonra, ya həmin gün, ya da səhəri gün gələcəyini demişdir və etibarnamə verməyini istəmişdir. Belə olan halda pul verilmədiyi üçün etibarnamə verməkdə tərəddüd etmişdir. Belə olan halda Elşan ona «narahat olma, ortada mən varam» demişdir. Elşanın bu sözündən arxayın olub onun göndərdiyi şəxsiyyət vəsiqəsinə etibarnamə vermişdir. Orxanla Niyaməddinin dediyi kimi Elşan ona zəng edərək bildirməmişdir ki, «pul aldım etibarnamə ver». Etibarnamə verdikdən sonra görmüşdür ki, etibarnamə verduiyi şəxs Niyaməddinin dostu Şahid1dır. Etibarnamə verən zaman şəxsin Orxan Bayram olduğunu gördükdən sonra Orxanın özü onunla əlaqə saxlayıb onunla danışmadığı iiçün ona zəng edib heç nə bildirməmişdir. Həm də düşünmüşdür ki, avtomobili almaq üçün Elşanla əlaqə saxlayıb, Elşan da artığına satdığı halda əlavə pulunu ona qalcağı ilə bağlı ondan razılıq aldığı üçün istəməmişdir ki, Orxana zəng edib danışsın və Elşan qazancından olsun. Şahid1 “Nissan Latio” markalı Az ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman onunla görüşmüşdür, lakin Nissan Latio” markalı Az ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman Niyaməddin və Orxan onunla görüşməmişdirlər. Nissan Latio” markalı Az ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alıcısının Orxan olduğunu etibarnamə verən zaman bilmişdir. Daha sonra Şahid3 ilkin ifadəsində göstərdiyi halları və xüsusatları qismən təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Elaşd oğlu qeyd etdiklərini onunla üzbəüz deməmişdən əvvəl ilk öncə onunla telefonla danışmışdır. xx.xx.2022-ci il tarixədə Qaradağ rayonu ərazisindfə yerləşən Meyvəli adlanan bazarın yaxınlığında onunla görüşmüş və 5.000 manat pul verib avtomobili alanlarla birlikdə Şəmkir rayonuna getdiyini bildirmişdir. O da Elşanla razışalmışdır. xx.xx.2022-ci il tarixdə Elşan ona avtomobili təhvil verən zaman 5.000 manat pulu Elşana qaytarmaq istəyən zaman Elşan bildirmişdir ki, «2.500 manat qaytar, 2.500 manat pulu beh kimi saxlamışam» Elşana demişdir ki, «ola bilməz ki, kimsə 2.500 manat beh kimi saxlamış olsun», lakin Elşan Orxan və Nadirlə danışaraq məsələni həll etdiyini bildirib onun inandırmışdır. Belə olan halda Elşanla razılaşmışdır. Dəqiq tarixi yadında olamayan bir vaxtda isə Elşan ona zəng edərək tutulduğunu bildirmiş və onda qalan 2.500 manat puldan ona verməli olan pulları çıxdıqdan sonra qalıq pulu göndərməyini istəmişdir. Elşanı həmin vaxt işdən çıxarmışdır və Elşanın vurduğu ziyanları hesabladıqdan sonra Elşana bildirmişdir ki, «1.000 manat pul verməliyəm». Həmin 1000 manat pulu da onun kartına göndərmişdir. Elşan onun yanından çıxmazdan əvvəl qara rəngli Toyota Prisu markalı avtomobilinin mühərrikini dağıtdığı üçün 1500 manat ona borclu olmuşdur. Təqsirləndirilən şəxs ona 2.500 manat pulu Orxanla Niyamədinin beh kimi saxladığını bildirdikdə bununla Şahid1 və ya Şahid2 məlumat verməməsinə səbəb Nissan Latio markalı Az ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı- satqısında Orxanla Niyaməddin onunla danışmadıqları üçün özü də onları yığıb danışmamışdır. Elşanın düzünü dediyini düşünmüşdür. Təqsirləndirilən şəxs ifadəsində onun lap əvvəldən avtomobili alanların Niyaməddinlə Orxan olmasında məlumatı olması ilə bağlı bildirmişdir ki, yalnız etibranamə verən zaman sənədi görəndə bilmişdir ki, avtomobili alan Orxandır. Təqsirləndirilən şəxs dedikləri ilə qismən razıdır. Elşənin Şahid1 və Niyaməddini aldadaraq Orxanının pullunu ələ keçirməsini 2022-ci ilin iyul ayında Orxan ona zəng edən zaman bilmişdir. Həm vaxta qədər Təqsirləndirilən şəxs onları aldatdığını bilməmişdir. Elşan ondan aldığı 3.500 manat pulu belə onlara qaytarmamışdır. Təqsirləndirilən şəxs özünü miidafə etmək üçün belə məzmunda ifadə vermişdir. Elşana «yaxşı edirsən Niyamddinlə Orxanı aldat» deyə bildirməmişdir . İlkin ifadələrində Təqsirləndirilən şəxs ona ümumiyyətlə pul vermədiyini, lakin hazırda isə Elşənin ona xx.xx.2022-ci il tarixdə 5.000 manat pul verdiyini, xx.xx.2022-ci il tarixdə Elşənin həmin puldan ondan 2.500 manatını aldığını, daha bir müddət sonra isə 1.000 manat aldığını, qalan 1.500 manat pul isə Elşanın ona olan borcu ilə əvəz etdiyini bildirməsi ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs ona xx.xx.2022-ci il tarixdə verdiyi 5.000 manat pulun 3.500 manat hissəsini Təqsirləndirilən şəxs qaytarmış və 1.500 manat qalıq pulu isə Elşanın ona olan borcu ilə əvəz etdiyi üçün düşünmüşdür ki, Elşanın ona xx.xx.2022-ci il tarixdə 5.000 manat pul verməsi o qədər də önəmli bir fakt olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, o, 2022-ci ilin iyun ayının əvvəllərində tanışı Şahid2 turbo.az saytında “Nissan Latio” markalı Az ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Bununla bağı Niyaməddin onunla avtomobili almaq üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində olan zaman avtomobilin sahibi olan Nadirlə telefon əlaqəsi saxalmışlar, Nadir onlara baxmaqları üçün avtomobili işçisi Elşan adlı şəxsə Yasamal rayonu ərazisində yerləşən 29-cu polis şöbəsinin yaxınlığına gönədərmişdir. Niyaməddinlə avtomobili bəyəndikləri üçün o, Elşan və Niyaməddin birlikdə Nizami rayonu ərazisində Nadirlə görüşmüşlər. Niyaməddin avtomobili bəyənib qiymətdə razılaşdıqdan sonra Nadirə ödəniş etmişdir və Nizami rayonunda yerləşən 15 saylı notariat kontoruna getmişlər. Nadir Niyaməddinin adma baş etibarnamə vermiş və rayona qayıtmışlar. Niyaməddin Elşana belə bir avtomobil olan zaman əlavə məlumat verməsini bildirmişdir. Təxminən bir həftə sonra Niyaməddin ilə görüşən zaman onun həmin avtomobili aldığı Nadir adlı şəxsin sürcüsü Təqsirləndirilən şəxs ona zəng edərək eyni model avtomobildən yenə də satdıqlarını ona demişdir. Həmin vaxt Niyaməddinin qardaşı öldüyü üçün Niyaməddinlə birlikdə Qax rayonunda olmuşlar. Niyaməddin telefon danışığı zamanı Elşana həmin vaxt avtomobili almaq üçün pulunun olmadığını, onun üçün həmin avtomobili almaq istədiyini bildirmişdir. Daha sonra Niyaməddin Elşanın telefon nömrəsini ona vermişdir, o da onunla telefon əlaqəsi yaradaraq avtomobil barədə danışmışdır. Telefon danışığı zamanı Elşan həmin avtomobilin Orxan adlı şəxsə məxsus olduğunu, onun anasının xəstə olması səbəbindən ucuz qiymətə, yəni 10500 manata satdığını bildirərək alqı-satqı işində ona kömək edib əvəzində 100 manat pul istəmişdir və o da razılaşıb təxminən xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərindən tək Bakı şəhərinə gəlmiş və Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Elşanla ikilikdə görüşmüşlər. Həmin vaxt Elşan avtomobilin bır sıra xırda təmir xərclərinin olduğunu, buna görə avtomobilin yaxınlıqda avtomobil təmir sexində olduğunu bildirmiş və birlikdə həmin sexə getmişdirlər. Orada ona məlum olmuşdur ki, avtomobilin sürətlər qutusunda nasazlıq var. Bunu zəng edərək Niyaməddinə bildirmişdir. Niyaməddin isə ona avtomobili o vəziyyətdə Şəmkir rayonuna gətirməməsini deyərək Niyaməddini gözləmiş və o da gəlib avtomobilə baxdıqdan sonra Niyaməddin də görmüşdür ki, avtomobildə problem vardır. Nəticə etibari ilə həmin vaxt avtmobilin təmiri üçün Elşana 700 manat əlbəəl pul vermiş və razılaşmışlar ki, avtomobil Bakı şəhərində Elşanın nəzarəti altında təmir olunub bitdikdən sonra şəhərə gəlib pulun qalan hissəsini verməklə avtomobili təhvil alaraq rayona qayıdar. Elşana pulu verən zaman Niyaməddin bunu görməmişdir. Avtomobil Bakı şəhərində təmirdə olduğu müddətdə təmir xərcləri üçün əlavə olaraq “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adma xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 150 manat pul göndərmişdir. Avtomobilə dair onun adma etibarnamə verilənədək artıq 1200 manat pulu Elşana yuxarıda qeyd etdiyi qaydada vermişdir. Daha sonra Elşan onunla telefon əlaqəsi yaradaraq avtomobilin təmirinin başa çatdığını bildirib təhvil almaq üçün onu şəhərə çağırmışdır. O da xx.xx.2022-ci il tarixdə Şahid2 ilə birlikdə Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Günəş” kafesində Elşanla görüşmüşlər, həmin vaxt onun yanında bir nəfər Şəhriyar adlı şəxs də olmuşdur. Həmin vaxt Elşan avtomobilin sahibi olan Şahid3 zəng edərək avtomobili almaq üçün gəldiklərini bildirmişdir və onun şəxsiyyət vəsiqəsinin və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin şəkilini telefon vasitəsi ilə Nadirə göndərmişdir, o da yanlarındakı adlarını yuxarıda qeyd etdiyi şəxslərin yanında 9400 manat pulu orada Elşanə vermiş, Elşan da yenidən Nadirlə əlaqə saxlayaraq avtomobilin təmirinə ödədiyi xərcləri sayaraq yerdə qalan 9400 manat pulu aldığını bildirmişdir və Nadir də elektron şəkildə ona həmin avtomobilə dair etibarnamə vermişdir. Nəticədə onlar sağollaşmışlar və Niyaməddinlə aldıqları “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşərək oradan uzaqlaşmışlar, lakin hərəkətdə olan zaman avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu görmüşlər, buna görə Niyaməddin Elşana zəng edərək bu barədə ona dedikdə Elşan avtomobilin təmirinə görə ustaya guya 1600 manat pul xərclədiyini bildirib avtomobilin təmir olunduğu sexə aparmaqlarını demişdir. Onlar ora gedərkən yolda avtomobil tam nasaz vəziyyətə düşmüş və məcbur qalıb avtomobili Bakı şəhəri, Babək prospektində yerləşən “Təkər bazar”ında saxlamışlar. xx.xx.2023-cü il tarixdə Elşan da Şəhriyar ilə birlikdə ora gəlmişlər və avtomobili təmir etdirib onlara qaytaracağına söz verərək təmir zamanı avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinə ehtiyac olacağını, buna görə həmin sənədi ona verməkləri istəmiş, o da vermşdir, onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar, o da həmin gün rayona qayıtmışlar. Təxminən 2-3 gün sonra maraq üçün “turbo.az” adlı avtomobil elan saytında elanlarla maraqlanarkən həmin avtomobilin orada satışa qoyulduğunu görmüş və daha sonra mobil tətbiq vasitəsi ilə həmin avtomobilə dair ona verilmiş etibarnaməni yoxlayarkən onun ləğv edildiyini müəyyən etmişdir. Dərhal Niyaməddinə zəng edib bu barədə ona demiş, o isə öz növbəsində Elşanə zəng edib bu məsələni soruşmuş, Elşan avtomobilin təmiri ilə bağlı Nadirdən öz adma etibarnamə aldığını, bu səbəbdən onun adıma verilmiş etibarnamənin ləğv edildiyini, təmir bitdikdən sonra yenidən ona etibarnamə verəcəyini bildirmişdir. Növbəti gün Niyaməddin ilə birlikdə Bakı şəhərinə gəlib Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Elşanlə görüşmüşlər, söhbət zamanı onlar pullarının geri qaytarılmasını ondan tələb etmişlər, Elşan da Nadirlə telefon əlaqəsi yaradaraq bu barədə ona bildirmiş və növbəti gün saat 13 radələrinə qədər pulunu ona qaytaracağını vəd verərək onlarla sağollaşmışdır. Lakin növbəti gün saat 17 radələrinədək onlar Nadirlə əlaqə saxlamışlar, o isə müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmış, daha sonra isə telefon zənglərinə cavab verməmişdir. O isə aldadıldığını başa düşərək bu barədə polis orqanına müraciət etmişdir. Avtomobilin sahibi Şahid3 olduğunu təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlib avtomobilə baxan zaman avtomobilin texniki baxış şəhadətnaməsinə baxdıqdan sonra bilmişdir ki, avtomobilin sahibi Nadirdir. Bunun biləndən sonra Elşana Nadirin yanma getməyi bildirmişdir. Bundan sonra Elşanla Nizami rayonunda Nadirin həmişə oturduğu çay evinə getmişlər. Həmin tarixdə avtomobilin ehtiyat hissələrini almazdan əvvəl Nadir Elşan və onunla bilrikdə Nizami rayonu ərazisində yerləşən məhəllə arası çay evində görüşüb çay içmişlər. Bu zaman Nadir narahatçılığın olmadığını avtomobillə bağlı ehtiyat hissələri almaqlarını və nə xərc olarsa, avtomobilin qiymətindən çıxacağını bildirmişdir. Daha sonra Elşanla birlikdə ehtiyat hissələrini almağa getmişlər. Nadirdən avtomobilin sahibi Orxan adlı şəxs olduğunu soruşduqda isə o yanlış anlaşılma olduğunu bildirmişdir. Avtomobilin sahibinin özü olduğunu qeyd etmişdir. Avtomobilin alış qiymətini Elşan Əiyevlə də Nadir ilə görüşən zaman da avtomobilin xərcləri ilə birlikdə 10.600 manata razılaşmışdır. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır. xx.xx.2022-ci il tarixdə Niyaməddin Elşana zəng edərək avtomobili sürətlər qutusunda porblem olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə avtomobili təmir sexinə aparmağı bildirmişdir. Onlar isə Babək prospektində Elşanla görüşüb avtomobili Elşana vermişlər. Elşan isə ona avtomobilin təmiri üçün texniki baxış şəhadətnaməsinin lazım olduğunu və onu da verməsini bildirmişdir. O da həmin sənədi verdikdən sonra Elşan tanışı Şəhriyar ilə birlikdə çıxıb getmişdir. Elşanın xx.xx.2023-cü il tarixdə Babək prospektində Niyaməddinlə görüşərək Niyaməddinə narazılığını bildirməsi və 10.600 manat pulu Niyaməddinə qaytarmasını, həmin vaxt onun yanında tanışı Şəhriyar olmasını yalan göstərmişdir. İlkin olaraq “Nissan Latio” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alq-satqısı ilə bağlı aralarında olan razılaşmaya əsasən həmin avtomobildə olan nasazlığı aradan qadırmaq üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami meğtrostansiyasmın yaxınlığnda Təqsirləndirilən şəxs əlbəl 700 manat pul vermişdir Həmin avtomobil Bakı şəhərində təmirdə olduğu müddətdə mən təmir xərcləri üçün əlavə olaraq müxtəlif yerlərdən “MilliÖn” ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs adma olan bank kartı hesabına xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 150 manat pul göndərmişdir. Avtomobilə dair adıma etibarnamə verilənədək 1200 manat pulu artıq Elşana yuxarıda qeyd etdiyi qaydada vermişdir. Daha sonra Elşan onun telefon əlaqəsi yaradaraq avtomobilin təmirinin başa çatdığını bildirib təhvil almaq üçün onu şəhərə çağırmışdır. xx.xx.2022-ci il tarixdə Şahid2 ilə birlikdə Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Günəş” kafesində Elşanla görüşüb Niyaməddin və Elşanın tanışı Şəhriyar adlı şəxsin yanında 9400 manat pulu orada Elşanə vermişdir. İlkin təhqiqat zamanı izahatına Təqsirləndirilən şəxs adma olan ona nömrəsini təqdim etdiyi «Leobanka» aid bank kart hesabına “MilliÖn” ödəmə terminalları vasitəsilə xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat köçürməyi barədə qəbzlərin surətləri, Təqsirləndirilən şəxs ona nömrəsini təqdim etdiyi «Leobanka» aid bank kartın surətini, ona Şahid3 tərəfindən “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin elektron şəkildə göndərdiyi etibarnamənin surətini əlavə etmişdir. Daha sonra iş üzrə şahid qismində dindirilmiş Şahid1 əlavə ifadəsində göstərmişdir ki, cinayət işi üzrə xx.xx.2023-cti il tarixdə istintaqa vermiş olduğu ifadəsində göstərdiyi halları və xiisusatları təsdiq edir. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Gözlərinin hər ikisi və sağ ayağı ambutasiya olmuşdu və 1-ci qrup əlildir. Zərərçəkmiş şəxs ailəsi üçün avtomobil almaq istəmişdir. Zərərçəkmiş şəxs ona müraciət edərək vtomobil almağa köməklik etməyini, münasib qiymətə avtomobil axtarıb tapmağını xahiş etmişdir. O, 2022-ci ilin iyun ayında tanışı Niyamədinlə Turba az saytında «Nissan Latio» markalı sərfıyyatlı avtomobil satıldığını Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs da ona həmin avtomobilin alınmasına razılıq verərək qiyməti ilə maraqlanmağı bildirmişdir. O da əvvəlki ifadəsində göstərdiyi kimi, yəni Niyaməddindən avtomobili satan Təqsirləndirilən şəxs telefon nömrəsini götürüb əlaqə saxladıqda avtomobili ucuz qiymətə 10500 manata satdığını bildirərək alqı-satqı işində ona kömək edib əvəzində 100 manat pul istəmişdir. Bu barədə Zərərçəkmiş şəxs bildirdikdə o da razılıq vermişdir. Mən avtomobilə baxmaq üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş və Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Elşanla ikilikdə görüşmüş, həmin vaxt Elşan avtomobilin bır sıra xırda təmir xərclərinin olduğunu, buna görə avtomobilin yaxınlıqda avtomobil təmir sexində saxladığı, avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu bildirmişdir. Niyaməddinə zəngləşib danışanda avtomobili o vəziyyətdə Şəmkir rayonuna gətirməməyi bildirmişdir. Niyaməddin də Bakı şəhərinə gəlib görmüşdür ki, avtomobildə problem vardır. Elşan avtomobilin təmin üçün 1200 mana pul lazım olacağını bildirmiş, onunla razılaşaraq ilkin olaraq üstündəki 700 manat pulu Elşana əlbəl vermiş və razılaşmışlar ki, avtomobil Bakı şəhərində Elşanın nəzarəti altında təmir olunub bitdikdən sonra şəhərə gəlib pulun qalan hissəsini verməklə avtomobili təhvil alaraq rayona qayıdar.Elşan özünə aid bank kartının nömrəsini ona vermiş, o da müxtəlif yerlərdən “MilliÖn” ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs adma olan bank kartı hesabına xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 150 manat pul göndərmişdir. Elşanla əlaqə saxlayanda avtomobili təmir edib qurtardığını bildirmişdir. Avtomobilin təmirinə ödədiyi 1200 manat pulu və 9400 manat pulu, ümumilikdə 10600 manat pulu əmi oğlusu Bayramdan almışdır. xx.xx.2022-ci il tarixdə Şahid2 ilə birlikdə Bakı şəhərinə gəldib Yasamal rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Günəş” kafesində Elşanla görüşmüşlər, Elşana avtomobilin pulunun qalan 9400 manatını da gətirdiyini bildirmişdir. Həmin vaxt Elşan avtomobilin sahibi olan Şahid3 zəng edərək avtomobili almaq üçün pulu gətirdieləçrini bildirmiş və onun şəxsiyyət vəsiqəsini və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin şəkilini telefon vasitəsi ilə Nadirə göndərmişdir, o da 9400 manat pulu Elşanə tanışı Şəhriyarın yanında vermişdir. Elşan da pulu aldığı barədə Nadirə məlumat vermişdir, Nadir də elektron şəkildə ona həmin avtomobilə dair etibarnamə vermişdir. Nəticədə onlar sağollaşaraq Niyaməddinlə aldığı “Nissan Latio” markalı, 99-EJ- 229 dövlət qeydiyyat nömrəli avtomobilə əyləşərək oradan uzaqlaşmışlar, lakin hərəkətdə olan zaman avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu görmüşlər, buna görə Niyaməddin Elşana zəng edərək bu barədə ona dedikdə Elşan avtomobilin təmirinə görə ustaya guya 1600 manat pul xərclədiyini bildirib avtomobilin təmir olunduğu sexə aparmağı demişdir. Ora gedərkən yolda avtomobil tam nasaz vəziyyətə düşmüş və onlar məcbur qalıb avtomobili Bakı şəhəri, Babək prospektində yerləşən “Təkər bazar”ında saxlamışlar. xx.xx.2023-cü il tarixdə Elşan da Şəhriyar ilə birlikdə ora gəlmiş və avtomobili təmir etdirib onlara qaytaracağına söz verərək təmir zamanı avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinə ehtiyac olacağını, buna görə həmin sənədi ona verməyi istəmişdir, O da avtomobilin dövlət qeydiyyat şəhadətnaməsini Elşana vermişdir, onlar avtomobilə əyləşib oradan uzaqlaşdıq, lakin Elşan avtomobili təmir etdirib ona qaytarmamış, daha sonra etibarnaməni də Nadirə ləğv etdirib müxtəlif bəhanələr gətirməklə ümumilikdə 10600 manat pulu ələ keçirmişdir. Zərərçəkmiş şəxs ona 10600 manat pulu özü üçün avtomobil almağa vermişdir. 10600 manat pulun Zərərçəkmiş şəxs məxsus olmasını və avtomobili onun üçün alacağını bildirməməyinin səbəbi onun 1-ci qrup əlil olması, onu narahat etmək istəmədiyinə görə şikayət ərizəsində pulun özünə məxsus olmasını göstərmişdir. Bu hadisədə Zərərçəkmiş şəxs maddi zərər dəymişdir, zərəçəkmiş şəxs odur. İş üzrə Şahid2 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə iş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə məhkəmə iclasında tədqiq olunan zaman müəyyən edilmişdir ki, Şahid2 2022-ci ilin iyun ayının əvvəllərində Turbo.az saytında avtomobil elanlarına baxan zaman 2012-ci il buraxılşlı gümüşü metal rəngli “Nissan Latio” markalı Az ** BH *** dövlət nömrə nişanlı avtomobil qarşısına çıxmışdır. Həmin elanda olan mobil nömrə ilə əlaqə saxlamış və ona avtomobillə bağlı suallar verdikdən sonra Nadir işdə olduğunu, lakin avtomobili sürciisünün gətirəcəyini demişdir. Nadir sürücüsü dediyi Elşanın nömrəsini ona vermiş, bu zaman Orxan da onun yanında olmuşdur. Elşanın mobil nömrəsi ilə əlaqə saxlamış və Elşan avtomobillə Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən «Bizim» marketin yaxınlığına gəlmişdir. Orxanlıa birlikdə Elşanla görüşmüş və avtomobilə baxdıqdan sonra qiymətin aşağı endirilməsi məsələsini dedikdə isə Elşan avtomobilin sahibi ilə danışmalı olduqlarını bildirmişdir. Bundan sonra Orxanla birlikdə Elşanın idarə etdiyi Nissan Latio markalı Az ** BH *** dövlət nömrə nişanlı avtomobilə əyləşib Nadirin olduğu yerə, yəni Nizami rayonunda məhəllə arasında yerləşən çay evinə getmişlər. Orada Nadirlə görüşüb avtomobilin qiymətində razılıq əldə etdikdən sonra oradan da Nizami rayonunda yerləşən 15 saylı notariusa getmişdirlər. xx.xx.2022-ci il tarixdə Nadir onun adına baş etibarnamə vermiş, o da qarşılığında ona ödəniş etmişdir. Bundan sonra Orxanla birlikdə Şəmkir rayonuna qayıtmışlar. Həmin ərəfədə onunla Orxan avtombillərin alqı-satqısı ilə məşğul olmuşlar. Orxan onun aldığı avtomobili əmisi oğlu Bayrama göstərərək bildirmişdir ki, yaxşı və keyfiyyətli avtomobildir. Lakin Bayram avtomobilin ağ rəngdə olamasını istəmişdir. O, avtomobili aldıqdan sonra Elşana demişdir ki, əgər belə bir avtomobil olsa, ona xəbər etsin. O, avtomobili aldğı gündən təxminən 10 gün sonra Elşan onun əlaqə saxlayaraq bilmişdir ki, Nadir də ağ rəngli 2015-ci il buraxılışlı Nissan latio markalı avtomobil var, satışa qoymuşdur. Həmin ərəfədə qardaşı dünyasını dəyişdiyi üçün avtomobilə baxmaq üçün Bakı şəhərinə gedə bilmədiyi üçün Orxana demişdir ki, Elşan da yəni Nadir də həmin onda olan avtomobilin ili təzə olan ağ rəngi vardır. Bunu Oraxana deməyinin səbəbi isə Orxan ona bildirmişdir ki, əmisi oğlu X12 markalı avtomobilin ağ rəngdə olanını istəyir. O, məsələni Orxana dedikdən sonra Orxan Bayramdan pulu götürüb Bakı şəhərinə gələrək Elşanla görüşüb avtomobilə baxış keçirdikdən sonra avtomobili bəyənmişdir. Avtomobili Orxan bir qədər idarə etdikdən sonra vatomobilin sürətlər qutusunda müəyən problem olduğu üçün Orxan ona zəng etmişdir. Həmin zaman o özü Qax rayonunda olmuş və Orxana bildirmişdir ki avtomobli elə vəziyyətdə aparmasın. Orxanla danışdığı günün səhəri Bakı şəhərinə gəlmiş və avtomobilə baxanda görmüşdür ki, avtomobilin sürətlər qutusunda həqiqətən problem vardır. Belə olan zaman Orxan dediyinə görə avtomobilin təmiri üçün Elşana 700 manat pul vermişdir. Onlar avtomobilin belə vəziyyətdə olduğunu görmüşlər. Şəmkir rayonunda olan zaman Orxan ona məlumat vermişdir ki, təmir xərcləri üçün əlavə olaraq “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 150 manat pul göndərmişdir. Beləliklə Orxan avtomobilə dair onun adına etibarnamə verilənədək 1200 manat pulu artıq Elşana yuxarıda qeyd etdiyi qaydada vermişdir. Daha sonra Elşan onunla telefon əlaqəsi yaradaraq avtomobilin təmirinin başa çatdığını bildirib təhvil almaq üçün onu şəhərə çağırmışdır. Orxan da xx.xx.2022-ci il tarixdə onunla birlikdə Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Günəş” kafesində Elşanla görüşmüşlər, həmin vaxt onun yanında bir nəfər Şəhriyar adlı şəxs də olmuşdur. Həmin vaxt Elşan avtomobilin sahibi olan Şahid3 zəng edərək onların avtomobili almaq üçün gəldiklərini bildirmişdir və Orxanın şəxsiyyət vəsiqəsinin və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin şəkilini telefon vasitəsi ilə Nadirə göndərmişdir. Orxan da yanlarında 9400 manat pulu orada Elşana vermişdir, o da yenidən Nadirlə əlaqə saxlayaraq avtomobilin təmirinə ödədiyi xərcləri sayaraq yerdə qalan 9400 manat pulu aldığını bildirmiş və Nadir də elektron şəkildə Orxana həmin avtomobilə dair etibarnamə vermişdir. Nəticədə onlar sağollaşmış və Orxanla aldıqları “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşərək oradan uzaqlaşmışlar, lakin hərəkətdə olan zaman avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu görmüşlər, buna görə Elşana zəng edərək bu barədə ona dedikdə Elşan avtomobilin təmirinə görə ustaya 1600 manat pul xərclədiyini bildirib avtomobilin təmir olunduğu sexə aparmağı demişdir. Onlar da ora gedərkən yolda avtomobil tam nasaz vəziyyətə düşmüş və məcbur qalıb onu Bakı şəhəri, Babək prospektində yerləşən “Təkər bazar”ında saxlamışlar, Elşan da Şəhriyar ilə birlikdə ora gəlmişlər və avtomobili təmir etdirib onlara qaytaracağına söz verərək təmir zamanı avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinə ehtiyac olacağını, buna görə həmin sənədi ona verməyi istəmişdir. Orxan da avtomobilin dövlət qeydiyyat şəhadətnaməsin Elşana vermişdir, onlar avtomobilə əyləşib oradan uzaqlaşaraq həmin gün rayona qayıtmışdırlar. Təxminən 2-3 gün sonra Orxan maraq üçün “turbo.az” adlı avtomobil elan saytında elanlarla maraqlanarkən həmin avtomobilin orada satışa qoyulduğunu görüb daha sonra mobil tətbiq vasitəsi ilə həmin avtomobilə dair ona verilmiş etibarnaməni yoxlayarkən onun ləğv edildiyini müəyyən etdikdən sonra ona zəng edib bu barədə demiş, o isə Elşana zəng edib bu məsələni soruşmuş, Elşan avtomobilin təmiri ilə bağlı Nadirdən öz adına etibarnamə aldığını, bu səbəbdən Orxanın adına verilmiş etibarnamənin ləğv edildiyini, təmir bitdikdən sonra yenidən ona etibarnamə verəcəyini bildirmişdir. Təxminən xx.xx.2023-cii il tarixdə Orxan ilə birlikdə Bakı şəhərinə gəlib Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Elşanla görüşmüşlər, söhbət zamanı avtomobili almaq üçün verdikləri pulu geri qaytarmasını ondan tələb tmişlər, o da Nadirlə telefon əlaqəsi yaradaraq bu barədə ona bildirmiş və növbəti gün saat 13 radələrinə qədər pulu qaytaracağını vəd verərək onunla sağollaşmışdır. Lakin növbəti gün saat 17 radələrinədək onunla əlaqə saxlamışlar, o isə müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmış, daha sonra isə telefon zənglərinə cavab verməmişdir. Orxan isə aldadıldığını başa düşərək bu barədə polis orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxs dedikləri tamimilə yalandır. xx.xx.2022-ci il tarixdə o, Elşana zəng edərək avtomobili sürətlər qutusunda porblem olduğunu bildirmişdir. Elşan isə onunla Orxana avtomobili təmir sexinə aparmağı bildirmişdir. Onlar isə Babək prospektində Elşanla görüşüb avtomobili ona vermişlər. Elşan isə Orxana bildirmişdir ki, avtomobilin təmiri üçün texniki baxış şəhadətnaməsi lazımdır, onu da versin, Orxan həmin sənədi verdikdən sonra Elşan tanışı Şəhriyar ilə birlikdə çıxıb getmişdir.Şahid3 özünə avtomobil alan zaman Nadir etibarnaməni onun adma vermişdir. O, birinci avtomobili yəni Nissan latio markalı Az ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman Orxan sadəcə olaraq onun yanında olmuşdur. İkinci avtomobildə olan hadisəni isə doğru qeyd etmişdir. İkinci avtomobilin alqı satqısında Nadirlə əlaqə saxlamamışlar, yalnız Təqsirləndirilən şəxslə danışmışlar, Nadir yalnız onlayn şəkildə Orxanın adına etibarnamə vermişdir. Birinci avtomobili, yəni Nissan latio markalı Az ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman Elşan Nadirin yanında olub bütün işləri gördüyü üçün və Elşanı ona göstərdiyi üçün onunla Orxanda əminlik yarandığı üçün ikinci avtomobilin alqı-satqısında Nadirlə əlaqə saxlamamışlar Elşanın yanında olmuş Şəhriyar adlı şəxslərin anket məlumatları barədə məlumatı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış 900/22 nömrəli material üzrə fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (İ/V. 1-3). Şahid1 Təqsirləndirilən şəxs adına olan bank katının hesabına pul göndərməsi ilə əlaqədar təhqiqat zamanı izahatına əlavə etdiyi ödəniş qəbzlərinin, bank kartının surətilərinə və “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən çıxarışına baxış protokolundan görünür ki, Şahid1 oğlunun izahatına əlavə etdiyi xx.xx.2022- ci il ödəniş qəbzin yuxarı hissəsində əməliyyat aparılan terminalın adı «“Pashapay” MM VOEN **********, terminalın nömrəsi: 16044, əməliyyatın aparıldığı Abşeron r.Saray qəs.General M.Əsədov küç. əməliyyatın tarixi xx.xx.2022.15:12, Leobank xidmətinin nağd ödənişi A.S.A. Təqsirləndirilən şəxs kartın son 8 rəqəmi: 5093 0845, ödənilən bəmləğ 250.00 AZN əməliyyatın Ah-si **********, Leobank 8 -********** sbpr Xahiş ediriş, məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın, 24/7 Çarğı mərkəzi: *0010.Qəbul: 5 gün.09:00-18:00-dək şənbə: 09:00-14:00-dək. mailto:nfo@million.azElektron ünvan www.milli-on.az www.milli-on.az”», xx.xx.2022-ci il ödəniş qəbzin yuxarı hissəsində əməliyyat aparılan terminalın adı: «Pashapay” MM VOEN **********, terminalın nömrəsi,51374 əməliyyatın aparıldığı: Nizami r. B.Nuriyev küç.ev32 Araz, əməliyyatın tarixi xx.xx.2022.19:24, Leobank xidmətinin nağd ödənişi A.S.A. Təqsirləndirilən şəxs kartın son 8 rəqəmi: 5093 0845, ödənilən bəmləğ 100.00 AZN əməliyyatın Ah-si **********, Leobank 8-662802..., Xahiş edirik, məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın, 24/7 Çarğı mərkəzi: *0010.Qəbul: 5 gün.09:00-18:00-dək şənbə: 09:00-14:00-dək. mailto:nfo@million.azElektron ünvan www.milli-on.azwww.million.az”, 4098 5844 5093 0845 nömrəli bank kartının üzərində qeyd olunan nömrə, kartın etibarlı olma müddəti: exp 01/26, cvv nömrəst 517 “Leobanka aid banka aid olması müəyyən edilmişdir. (İ/V. 6-7). “Nissan Latio” markalı, **-EJ-***' dövlət qeydiyyat nömrəli avtomobiliə dair etibarnamənin çıxarışına baxış zamanı aşağıdakı məzmunda olması müəyyən edilmişdir. Etibar edən (mülkiyyətçi): X4 (Ağdaş rayonu, Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 32 ŞV: AA*******,25012021 ASAN 5; FİN: xxxxxxx, d/t xx.xx.1995) etibar edilən: Şahid1(Tovuz rayonu,Sarıtala ərazi dairəsi,Qaraboyunlar kəndi, ŞV: AA1692614, xx.xx.2020 ASAN-Tovuz; FİN: İFRFKXZ, d/t xx.xx.1985).Notariat hərəkətlərinin məzmunu: Etibarlılıq müddəti: xx.xx.2023, səlahiyyətlərin ötürülməsi: Səlahiyyətlər digər şəxsə verilə bilər, Dubilkatın verilməsi: Dubilkat etibar edilən şəxsə verilə bilməz.Etibarnamənin predmetiö Nəqliyyat vasitəsi.Etibarnamənin tipi: Nəliyyat vasitəsinə dair cərəncam vermək hüququ. Dövlət qeydiyyat nişanı: **-EJ-***. Nəqliyyat vasitəsi: “Nissan Latio” Minik,istehsal ili 2015,mühərrik N<ı458372B, Ban 3 Nİ7708197. Verilən səlahiyyətlər: Sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq, ərizə vermək”. (İ/V. 7). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli baxış protokolu və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 iştirakı hadisə yerinə keçirilən baxış zamanı Bakı şəhəri Yasamal rayonu metronun «20 Yanvar» satnsiyasının yaxınlığında fəaliyyət göstərən “Günəş” adlı kafesini göstərərək qeyd olunan ünvanda pul vəsaitinin ələ keçirilməsini sonuncuya verdiyini təsdiq edərək göstərmişdir. (İ/V. 10-12). Azərbaycan Respublikası DİN-nin ”Sənəd dövriyyəsi” sistemində qeydiyyat məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02.34-də Bakı şəhəri H.Əliyev adma Beynəlxalq Hava limanında Belorusiya Respublikasına uçmaqla hava ölkə hüdudlarını tərk etmişdir. Bu da ona dəlalət edir ki, Şahid1 qarşı dələduzluq cinayətini 2022-ci ilin iyun ayında ölkə hüdudları daxilində olmuşdur. (İ/V. 132). “İttiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 1 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 175-176). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla 01 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 192-195). “Şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da Azərbaycan Respublikası DİN NBPİ-nin X6 İdarəsindən təhvil alınaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-ci PŞ-nə gətirilmişdir. (İ/V. 200). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 204-205). “Üzləşdirmə haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid3 ifadəsində göstərdikləri xüsusatları bir daha onun üzünə qarşı demişdir. (İ/V. 217-223). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Əliyev X3 rayon Xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Resublikası CM-nin 93-3 maddəsinin 3-cü hissəsi və 97-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli amnistiya haqqında qərarına əsasən cəzadan azad olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005- ci il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 178.2.2. və 178.2.4-cii maddələri ilə təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum olunmuşdur. Sabirabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 400 saat ictimai işlərlə əvəz edilmişdir. Sabirabad RPŞ-də xx.xx.2019-cu il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddənə əsasən xitam verilmişdir. (İ/V. 241-243). “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 izahatına əlavə etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri, 4098 5844 5093 0845 nömrəli “Loebank.az” bank kartının surətləri və “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə dair xx.xx.2022- ci il tarixli etibarnamədən çıxarış cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V. 261-276). İş materiallarında olan 041492 avtorizasiya kodlu X2 xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “526163****4647” saylı karta 2000 manat vəsait ödənilmişdir. İş materiallarında olan 344336 avtorizasiya kodlu X2 xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “526163****4647” saylı karta 2000 manat vəsait ödənilmişdir. İş materiallarında olan 085099 avtorizasiya kodlu X2 xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “526163****4647” saylı karta 9b00 manat vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş C03104206 saylı Pasportun surətindən görünür ki, iş üzrə Şahid1 xx.xx.2024-cü il tarixindən ölkə hüdudlarından kənardadır. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində Aylin adlı xx.xx.2023-cü il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və cinayət əməli nəticəsində vurulmuş zərəri qismən ödəməsini, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə yuxarıda qeyd edilən əhəmiyyətli halları o, cümlədədən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 4900 manat məbləğində zərərçəkmiş şəxsə ödəməsi, hazırda vurulmuş ziyanın məbləğinin 5700 manat təşkil etməsi, hazıradək təqsirləndirilən şəxsin 06 aydan artıq bir müddətdə cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yəni həbsdə olmasını, himayəsində azyaşlı uşağının olması halı nəzərə alınmadan təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi şəxsin islah edilməsinə xidmət edə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 izahatına əlavə etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri, 4098 5844 5093 0845 nömrəli “Loebank.az” bank kartının surətləri və “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə dair xx.xx.2022ci il tarixli etibarnamədən çıxarış cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazıradək həbsdə saxlanıldığı 06 ay 17 gün müddət müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oölunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-384/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəsatətlər verməyə, sorğular verib cavab almağa, məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazıradək həbsdə saxlanıldığı 06 ay 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Sabirabad şəhəri Füzuli küçəsi dalan 2 ev 10 olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 izahatına əlavə etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri, 4098 5844 5093 0845 nömrəli “Loebank.az” bank kartının surətləri və “Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə dair xx.xx.2022- ci il tarixli etibarnamədən çıxarış cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-384/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-384/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver