Məhkəmə qərarları › İş №1(004)-385/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-385/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-385/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi dalan 2, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd şəffaf selofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram və 0,306 qram, ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 14 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində Muradov X6 RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman, həmin iki ədəd şəffaf selofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram və 0,306 qram, ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 03.02.2011-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 11.03.2013-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, sonradan 18.03.2015-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 20.05.2016-cı il tarixdə AR Milli Məclisinin amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Təxminən 2011 ildən etbiran narkotik vasitə heroin və psixotrop maddə metamfetamin növündən qəbul edir, metamfetamini tüstüsünü çəkməklə qəbul etmiş, heroini isə ineksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. 14 iyul 2021-ci il tarixdə saat 12 radələrində onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə iki bükümdə narkotik vasitə heroin lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona bir bükümünün 10 manata satdığını, iki bükümünə görə 20 manat verməli olduğunu bildirmişdir. O da həmin şəxsə 20 manat verməklə, həmin şəxsdən iki selofan bükümündə narkotik vasitə heroin almış və əynində olan göy rəngli idman şalvarının sağ yan cibində qoymaqla, saxlamış və daşımış, fikirləşmişdir ki, məhəllədə sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. 14 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində o, dostu Hacıağa yaşadığı ünvan 1 ünvanının qarşısında olduğu vaxt, onunla söhbət etdiyi zaman onlara mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini onlara təqdim etdikləri vaxt, o, yaxınlaşan şəxslərin 27-ci PB-nin əməkdaşları olmasını bilmişdir. Sonra polis əməkdaşları onu və Hacıağanı 27-ci polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişlər və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı iki ədəd selofan bükülüdə narkotik vasitə heroin vardır, həmin narkotik vasitəni onlara təqdim edə bilər. Həmin şəffaf selofan paketlər açılarkən, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni 14 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış və öz üzərində saxlamışdır, həmin narkotik vasitədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 20 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir. Ona narkotik vasitəni satan həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, hündür boylu idi, saçları ağarmış rəngli idi, əynində qara rəngli qısa qol köynək, qara şalvar, qara ayaqqabısı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır.Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və X8 14.07.2021-ci il tarixdən etibarən tanıyır, onları əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 14.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi dalan 2, ev 3-də yaşayan Təqsirləndirilən şəxs və ünvan 3 ünvanda yaşayan X5 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o rəhbərlik etmiş, əməliyyat qrupuna bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs və X5 olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat – axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X5 ünvan 3 ünvanın qarşısında olmalarını müəyyən etdikdən sonra, onlara yaxınlaşmışlar, özlərini onlara təqdim etdikdən sonra, onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və X11 onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmişlər, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PB-də xidməti otaqların birində əvvəlcə X11 dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona görə də X5 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X9 təqdim edilmişdir. Sonra isə X9 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X9 təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı X11 bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, hazırda da əynində olan göy rəngli idman şalvarının sağ yan cibində şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə olan kakos vardır. Sonra isə X11 əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə «kokos»u cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. X5 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxardıb təqdim etdiyi iki ədəd bükülülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə kakos deyilən narkotik vasitə heroindir. Müdafiəçi X3 və digər şəxslərin iştirakı ilə X9 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, əynindəki göy rənğli idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi iki ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni 14 iyul 2021ci il tarixində saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubunka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükülünü on manata almış və 20 (iyirmi) manat dəyərində narkotik vasitə alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki göy rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra o, həmin gün saat 14:00 radələrində evə qayıdan zaman yaşadığı evin qarşısında ünvan 4 ünvanda Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı X5 üzərində iş üçün əhəmiyyət kəsb edən digər bir ədəd Huawel markalı mobil telefon aşkar edilərək tərəfindən götürülmüş, bundan başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. X5 üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Hacıağa Məcidov tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan sonra, Yasamal RPİ-nin 27-ci PB-də xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, hazırda da əynində olan açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə olan kakos vardır. Sonra isə Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə «kokos»u cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd büküllərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə “kokos” deyilən heroin vardır. Müdafiəçi və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi iki ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni 14 iyul 2021-ci il tarixində saat 12:00 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükülünü on manata almış və 20 (iyirmi) manat dəyərində narkotik vasitə alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki açıq boz rəngli rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra o, həmin gün saat 14:00 radələrində evə qayıdan zaman ünvan 6 ünvanın qarşısında Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Hacıağa Məcidov və Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, onlara qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid2, Şahid3 və Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişdirlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, subaydır, əvvəllər məhkum olunmamışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 3 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin növündən qəbul edir, metamfetamini tüstüsünü çəkməklə qəbul edir, heroini isə ineksiya yolu ilə qəbul edir. Narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. 14 iyul 2021ci il tarixdə saat 12 radələrində onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə iki bükümdə narkotik vasitə heroin lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona bir bükümünün 10 manata satdığını, iki bükümünə görə 20 manat verməli olduğunu bildirmişdir. O da həmin şəxsə 20 manat verməklə, həmin şəxsdən iki selofan bükümündə narkotik vasitə heroin almış və əynində olan göy rəngli idman şalvarımın sağ yan cibində qoymaqla, saxlamış və daşımışdır, fikirləşmişdir ki, məhəllədə sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. 14 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində o, yaşadığı ünvan 1 ünvanının qarşısında olduğu vaxt, tanıdığı İbrahimlə rastlaşmış, onunla söhbət etdiyi zaman onlara mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini onlara təqdim etdikləri vaxt, o, yaxınlaşan şəxslərin 27-ci PB-nin əməkdaşları olmasını bilmişdir. Sonra polis əməkdaşları onu və İbrahimi 27-ci polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişlər və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxladığı iki ədəd selofan bükülüdə narkotik vasitə heroin vardır, həmin narkotik vasitəni onlara təqdim edə bilər. O da şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxladığı iki ədəd selofan bükülüdə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin şəffaf selofan paketlər açlarkən, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni 14 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 20 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu olmuş, saçları qara rəngli olmuş, əynində göy rəngli gödəkcə, qara şalvar, qara idman ayaqqabısı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. O, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan kəsiyi bükümündə, ayrı – ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 14 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində almış və üzərində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxlamışdır ki, qəbul etsin. O, narkotik vasitəni əldə etdikdən sonra yaşadığı məhəlləyə gəlmiş və evinin qapısı ağzında dayanmış, bir az sonra İbrahim gəlmiş, onunla salamlaşmış və söhbət etdiyi zamanı, polis əməkdaşları onlara yaxınlaşmışlar və onları polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşlarına etiraz etməmişlər və birlikdə polis bölməsinə getmişlər, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əldə etdiyi narkotik vasitə üzərindən aşkar edilmişdir. O, İbrahimin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır, sadəcə istintaq zamanı məlumatı olmuşdur ki, İbrahimin üzərinə də şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, İbrahimlə məhəllədə rastlaşanda, onun sifət nahiyyəsində xəsarət görmüş, ondan soruşmuşdur ki, sənə nə olub, İbrahim də ona demişdir ki, avtomobilin qapısı dəymişdir, o, daha hansı şəraitdə İbrahimin xəsarət almasını görməmişdir. Cinayət işinin 36-ci vərəqəsində olan 14 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 111-113-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 65-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 6/2869 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 168 möhür əksi”, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram; 0,306 qram; ümumi təmiz çəkiləri 0,463 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 64-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 manat 90 qəpik təşkil etmişdir. Cinayət işinin 174-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 6/4026 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş...” qeydli zərfdəki 1№-li və 2 №-li heroin kütlələri kimyəvi tərkiblərin görə öz aralarında fərqlidir, lakin 2 №-li heroin kütləsi ilə “vətəndaş X5 üzərində aşkar olunmuş ....” qeydli zərfdə olan 2 ədəd bükümdəki 3 №-li və 4 №-li heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 173-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 manat 90 qəpik təşkil etmişdir. Cinayət işinin 201-212-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,463 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,323 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 165-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsi Ambulator X2 ekspert komissiyasının 17 avqust 2021-ci il tarixli, 2927 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 148-149 və 176-184-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 avqust 2021-ci il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 03.02.2011-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11.03.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 18.03.2015-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.06.2016-cı il tarixdə AR MM-nin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 118-ci vərəqəsində olan 61 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa onu təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır.Hazırda da əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində şəffaf sellofana bükülmüş iki ədəd bükülüdə narkotik maddə olan “kokos” vardır. Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş iki ədəd narkotik maddə olan “kokos” bükülünü cibindən çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd büküllərə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş iki ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə “kokos” deyilən heroin vardır. İştirak edənlər və Müdafiəçinun iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi iki ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni 14 iyul 2021-ci il tarixində saat 12:00 radələrində “Kubunka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükülünü on manata almış və 20 (iyirmi) manat dəyərində narkotik vasitə alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki açıq boz rəngli rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra o, həmin gün saat 14:00 radələrində evə qayıdan zaman ünvan 6 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İphone” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 iyul 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 17 avqust 2021-ci il tarixli, 2927 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza nəticəsində qalıq qalmış təmiz çəkisi 0,323 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.A.Həmidovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili N.A.Həmidovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,323 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının cəmi - 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar