Məhkəmə qərarları › İş №1(004)-385/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-385/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-385/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: 17 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu “Şamaxinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,206 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 mart 2022-ci il tarixdə saat 10:45-də Yasamal RPİ-nin 29-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbdbirləri nəticəsində Yasamal rayonu, A.M.Şərifzadə 201 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,206 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 03 may 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu “Şamaxinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq əxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,352 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, həmin tarixdə saat 13:00-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbdbirləri nəticəsində Yasamal rayonu,V.Əliyev 120 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Pş- nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,352 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Yasamal RPİ İŞ-nin müstəntiqi A.Əliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrə altında davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 6 ünvanında anası və qardaşı ilə birlikdə yaşayır. Təxminən 8 aydır ki, narkotik vasitə heroinin çəkməklə qəbul edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə piyadalılar üçün nəzərdə tutulan səkinin yaxınlığında üzdən tanıdığı lakin adım bilmədiyi şəxsdən 10 manat dəyərində ağ kağıza bükülü narkotik vasitə heroin almış və sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:45-də ünvan 7 ünvanın qarşısında dəyanan zaman ona iki nəfər mülki qeyimdə olan şəxslər yaxınlaşaraq özlərini 29-cu PŞ-nin əməkdaşları kimi təqdim etmiş, onu 29-cu PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynindəki cins şalvarın sağ yan cibində saxladığı ağ kağızın içərisində heroini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Ondan aşkarlanmış narkotik vasitəni şəxsi istifadəsi üçün Şamaxinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata almışdır. Narkotik vasitədən bədənində ağrılar olduğundan və ağrıları sakitləşdirmək üçün istifadə edir. Narkotik vasitə yalnız şəxsi istifadəsi üçün əldə edir, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmur. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan yerdən şəxsi istifadəsi üçün üzdən tanıdığı lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manat dəyərində bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin almış və sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin gün saat 13:00-da Yasamal rayonu, V.Əliyev 120 ünvanın qarşısında olarkən iki nəfər mülki qeyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini 29-cu PŞ-nin əməkdaşları kimi təqdim etmiş,onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yasamal RPİ-nin 26-cu PŞ-nə dəvət etmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkil Eldar Qədiminin iştirakı ilə onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişdirlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə heroin polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun, müdafiəçinin və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildi. Əlavə olaraq N.Abasov bildirmişdir ki, o, hər dəfə narkoitik vasitəni başqa-başqa şəxslərdən alır və aldığı adamları tanımır, ünvanlarını da bilmir. Narkotik vasitə aldığı həmin şəxslə isə Şamaxinka adlanan ərazidə təsadüfən tanış olmuş və 10 manat verərək üzərindən aşkar olunan narkotik maddə heroini almışdır. O, narkotik vasitə heroinin bədənində ağrılar olduğu üçün əldə etdiyini, bu səbəbdən üzərində gəzdirdiyini, heç bir şəxsə satmaq və ya pay vermək məqsədi olmadığını bildirmişdir. Narkotik vasitə aldığı şəxsi tanımır, təsadüfən qarşılaşdığı, kişi cinsli, 45-50 yaşlarında olan şəxs olduğunu qeyd etmişdir. Narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən alır, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi şöbəyə məlumat daxil olmuşdur ki, ünvan 9 ünvanında yaşayan, 17 avqust 1998-cü ildə anadan olmuş Nuriyev X4 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə şöbənin kiçik əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 03 may 2022-cı il tarixdə təxminən saat 13:00-da əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev 120 ünvanının qarşısında saxlanılaraq xidməti vəsiqəni göstərək özlərini təqdim etmiş və həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni masanın üzərinə qoymuş və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf sellofanda olan narkotik vasitə heroindir və narkotik vasitəni Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və çəkiliş aparılmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilmədiyini, kişi cinsli 45-50 yaşlarında olduğunu qeyd etmişdir və üzərindən aşkar olunan narkotik vasitəni həmin şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir şey bildirməmişdir. Üzərində aşkar olunan narkotik vasitəni bədənində ağrılar olduğu üçün istifadə etdiyini, bu səbəbdən üzərində daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində şahid X7 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin 29-cu PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi şöbəyə məlumat daxil olmuşdur ki, ünvan 9 ünvanında yaşayan, 17 avqust 1998-cü ildə anadan olmuş Nuriyev X4 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olur. Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə şöbənin sahə inspektoru polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 17 mart 2022-cı il tarixdə təxminən saat 10:45-də əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 12 ünvanının qarşısında saxlanılaraq xidməti vəsiqəni göstərək özlərini təqdim etmiş və həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş maddəni masanın üzərinə qoymuş və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli kağızın içərisində olan olan narkotik vasitə heroindir və narkotik vasitəni Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və çəkiliş aparılmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilmədiyini, kişi cinsli şəxs olduğunu qeyd etmişdir və üzərindən aşkar olunan narkotik vasitəni həmin şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir şey bildirməmişdir və bu barədə PŞ-nə heç bir məlumatın daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1548 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 0,206 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin təmiz çəkisi - 0,206 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,156 qram.) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2555 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin təmiz çəkisi - 0,352 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,302 qram.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 1834 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin təkrar görədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 10:45 dəqiqədə saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:00 dəqiqədə təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Yasamal rayon prokuroruna müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, həmin vaxtı 29 saatdan çox, yəni 02 günədək həbsdə olmuşdur. Bundan sonra o, ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 07 ay 28 gün (yeddi ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 03 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 202 manat (iki yüz iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalıqları olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,302 qram narkotik vasitə - heroin və 0,156 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar