Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-385/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxx 1984-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ evi 698 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan (Bəyaz marketik üstü), barəsində “polisin nəzarəti altına vermək haqqında“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, sonuncunun nəvəsi X5 "xxxx" ASC tərəfindən lizinq müqaviləsi ilə idarə etmək üçün verilmiş “Xəzər” markalı Az ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili kredit borclarını ödəmədiyinə görə girovdan çıxarılmasına orada işləyən tanışlarının vasitəsilə köməklik edəcəyini özündən uyduraraq, 12 iyul 2022ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 2.200 (iki min iki yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, 2022-ci ilin iyul ayının sonlarında ünvan 3 ünvanında sonuncunun tanışı Əli adlı şəxsin vəkilinə ödəniş edəcəyi adı ilə Zərərçəkmiş şəxs 2.000 (iki min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində məsul vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsi ilə nəvəsi X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsinə köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verib vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanında 24 sentyabr 2022-ci il tarixdə 8.000 (səkkiz min) manat və 03 oktyabr 2022-ci il tarixdə isə 5.000 (beş min) manat olmaqla ümumilikdə 13.000 (on üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin mart ayında taksi sürücüsü kimi fəaliyyət göstərən zaman Zərərçəkmiş şəxs müştəri qisimində tanımışdır. Bir neçə dəfə Zərərçəkmiş şəxs həbsdə olan nəvəsi ilə görüşməsi üçün Kürdəxanıya və Ağır Cinayətlər Məhkəməsinə müştəri kimi aparmışdır. Tanışlıq olduqdan sonra Zərərçəkmiş şəxs nəvəsi Rəşad Əhmədovun Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə həbs edildiyini ona demişdir. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman ona demişdir iki, nəvəsinin işində, yəni cəzasının daha yüngül cəza ilə əvəz edilməsində köməklik edə biləcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs köməklik etməsi üçün adam tapmağa çalışacağını demişdir. Bundan sonra Ağır Cinayətlər Məhkəməsinə getmiş və orada tanımadığı və adını bilmədiyi hakim köməkçisinə yaxınlaşmış, həmin köməkçiyə Rəşad Əhmədovun məsələsini danışdıqdan sonra köməkçi ona Rəşadın əməlinin ağır olduğunu və əlindən heç bir köməkliyin gəlməyəcəyini demişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs Rəşada 13.000 və ya 15.000 manat qarşılığında köməklik edilə biləcəyini və ilkin olaraq 8.000 manat pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə həmin pulu ona vermiş və o da həmin pulu özündə saxlamışdır. Lakin Zərərçəkmiş şəxs köməklik göstərilməsi üçün ona verdiyi pulu hakim köməkçisinə verdiyini demişdir. 03 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng vuraraq qalan pulun hazır olduğunu demişdir. O, qalan 5.000 manat pulu da götürüb özündə saxlamış, Zərərçəkmiş şəxs aldığı 13.000 manat pulun 9.000 manatı öz borclarının qaytarılmasına sərf etmiş, qalan pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Beləliklə, o, Rəşad Əhmədovun cəzasının daha yüngül cəza ilə əvəz edilməsinə köməklik edəcəyi adı ilə 13.000 manat pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs nəvəsi Rəşadın bankda girovda olan “Khazar” markalı Az ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan çıxarılması üçün 2022-ci ilin iyul ayının əvvəllərində 2.200 manat pul almış, lakin ödəniş etməmişdir. O, avtomobili girovdan çıxara bilmədiyi üçün avtomobil hərraca çıxarılmışdır. Zərərçəkmiş şəxs qızı İlhamə xanımın xahişi ilə 2022-ci ili iyul ayının sonlarında Əli adlı tanışlarının polis bölməsində olan zaman ona köməklik göstərəcəyini bildirib vəkilə vermək adı ilə Rəhimə xanımdan 2.000 manat pulu alaraq onların dediyi lakin adını unutduğu vəkilin yanına getsə də, pulu heç kimə verməmişdir. Zərərçəkmiş şəxs dediyi məbləğdə pulları ondan almış, lakin Zərərçəkmiş şəxs polisə şikayət etməzdən əvvəl ona 3 dəfəyə ümumilikdə 1.900 manat pul qaytarmışdır. Sonradan isə xx.xx.2022-ci il tarixdə 1.000 manat pulu 29-cu PŞ-də təhqiqatçısının otağında Zərərçəkmiş şəxs verməsi üçün qızı Şahid2 vermişdir. xx.xx.2022-ci il tarixdə Şahid2nm hesabına 100 manat pul ödəniş etmişdir. Bundan sonra istintaq dövründə xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat pulları Yasamal Rayon Polis İdarəsində Zərərçəkmiş şəxs verməsi üçün Şahid2 ödəniş etdikdən sonra həmin tarixdə 400 manat pulu Zərərçəkmiş şəxs ödənilməsi üçün qızı İlhamənin kartına göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə 330 manat pul qaytarmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə isə İlhamə ilə görüşərək Zərərçəkmiş şəxs verməsi üçün 500 manat pul vermişdir. Zərərçəkmiş şəxs aldadaraq nəvəsi Rəşada məxsus avtomobilin girovdan çıxarılması üçün 2.200 manat, Rəşadın cəzasının daha yüngül cəza ilə əvəz ediləcəyinə köməklik göstərəcəyin ilə bağlı isə 13.000 manat pulu və Əli adlı tanışlarının polis orqanında olan işinə köməklik göstərməsi üçün vəkilə verəcəyi adı ilə 2.000 manat pulu alaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs 600 manat pulu borc olaraq isə almışdır. Zərərçəkmiş şəxs aldadıb ələ keçirdiyi məbləğ 17200 manatdır. Həmin pulun 6330 manatını ödəniş etmişdir. Zərərçəkmiş şəxs ələ keçirdiyi puldan ona 10870 manat qaytarmalıdır, aldığı 600 manat borc pulu da qaytaracağını, həmin məbləği də hissə-hissə ödəyəcəkdir. Zərərçəkmiş şəxs ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində olan zaman orada Rəşadın işini isə tanımadığı bir hakim köməkçi ilə məsləhətləşmiş, lakin həmin şəxs köməklik edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs pul alan zaman onlara qarşı dələduzluq etmək məqsədi olmamış, ilk əvvəl onlara köməklik etmək istəmişdir. Bunun üçün cəhd etmiş, lakin alınmadıqdan sonra olan borclarını qaytarmaq üçün əlində fürsət yaranmışdır. Həmin pulu öz borclarını qaytarmaq üçün və şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs nəvəsi Rəşadın avtomobilini girovdan çıxarılması üçün aldığı 2200 manat pulu götürən zaman avtomobilin girovdan çıxarılmasına köməklik etmək istəmiş, lakin edə bilməmiş, bu məqsədlə əldə etdiyi həmin pulları da öz ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməsi ilə bağlı heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs aldığı pulları Zərərçəkmiş şəxs yaşadığı ünvanda qızları İlhamə və Samirənin yanında almışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin mart ayında Nardaran kəndinə getmək üçün taksi sifariş verən zaman sürücünün Bakılı olmasını istəmişdir. Bunu istəməyinə səbəb yolları tanısın deyə olmuşdur. Sifariş verdiyi taksi sürücüsü gəlmiş və gəldikdən sonra onun adının Rüfət olduğunu öyrənmişdir. Həmin gündən Rüfəti tanımış, bundan sonra hara getsə Rüfətlə əlaqə saxlayaraq onunla birlikdə getmişdir. Həmin ərəfələrdə nəvəsi X6 Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərəfindən saxlanılmış və Ağır Cinayətlər məhkəməsi tərəfindən həbs edilmişdir. Dəfələrlə olub ki, Rəşadın yanına Rüfətlə birlikdə getmişdir. Rüfət yaşadığı evinə tez-tez gedib-gəldiyi üçün evdə olan bütün prosesləri bilirmiş və evində kişi xeylağı olmadığından nə olmuşdursa Rüfətə müraciət etmişdir. Bundan başqa Rüfət nəvəsi Rəşadın lizinq müqaviləsi ilə olan “Xəzər” markalı avtomobilinin də "xxxx" bankda girovda olduğunu bilmişdir. Rüfət özü də əvvəllər bankda işlədiyi üçün ona təklif etmişdir ki, avtomobili girovdan çıxara biləcəkdir. Onun əvvəllər bank işçisi olduğuna inandığı üçün Rüfətin təklifi ilə razılaşmiş və Rəşadın «Xəzər» markalı Az ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilinin bankda girovdan çıxarılması adı ilə Rüfət ondan 12 iyul 2022-ci il tarixdə 2.200 manat pul almışdır ki, avtomobilin girovdan çıxarılmasını həll edəcəkdir, lakin o, ödəniş etmədiyi üçün bank avtomobili satışa çıxararaq satmışdır. Ümid etmişdir ki, avtomobil girovdan çıxarılacaq, lakin sonradan bankdan öyrənmişlər ki, avtombil satışa çıxarılmışdır. Onların məqəsdi avtomobili girovdan çıxardıqdan sonra sataraq pul əldə etmək olmuşdur. Bundan başqa 2022-ci ilin iyul ayının sonlarında qızı İlhamənin tanışı Əli adlı şəxsin polis orqanında problemi olan zaman o qızına məlumat verərək köməklik istəmişdir. Qızı da Əliyə köməklik göstərilməsi üçün pul verməyini xahiş etmişdir. Rüfət pulu almazdan əvvəl Əlinin işi üçün 5.000 manat lazım olduğunu bildirmişdi. Bu hadisə ilə bağlı da Rüfətin məlumatı olduğu üçün ona köməklik göstərməsi üçün vəkilə pul vercəyi adı ilə 2000 pul almışdır. Lakin 2000 manat pulu vəkilə verməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında Rəşadın məhkəmə prosesinə gedən zaman Rüfət onlarla olmuşdur. Orada Rüfət tanışını görüb onunla salamlaşmış, lakin həmin şəxs barəsində onlara məlumat verməmişdir. Evə gəldikdən sonra Rüfət Ağır Cinayətlər məhkəməsində tanışının olduğunu bildirmiş və Rəşadın işinə köməklik edəcəyini bildirmişdir. Məhkəmədə dövlət ittihamçısı Rəşadın 10 il müddətində azadlıqdan məhrum edilməsini tələb etmişdir. Vəkili olmadığı üçün proses növbəti günlərə keçirilmişdir. Bundan sonra Rüfət Rəşadın cəzasının 5 ilə endirilməsinin 15000 manata həll edəcəyini demişdir. Dövlət ittihamçısının Rəşadın 10 il azadlıqdan məhrum edilməsi tələb etdiyini tanışlıq mərhələsində öyrənmişlər. 24 sentyabr 2022-ci il tarixdə Rüfət Rəşadın cəzasının yüngülləşdirilməsi ilə bağlı ondan 8000 manat, 03 oktyabr 2022-ci il tarixdə isə 5000 manat almışdır. Verdiyi pulların hamısını qızları İlhamə və Samirənin yanında vermişdir. Həmin pulların hamısı ona məxsusdur. Bundan əlavə sonradan Rüfət borc qismində özü üçün 600 manat pul da almışdır. Bütün pulları qızılarının yanında vermişdir. Rəşadın cəzasının yüngülləşdirilməsi üçün torpaq sahəsi olmuş, onu satmışdır. Beləliklə Rüfət onu aldadaraq 17.200 manat pulunu almış və sonradan borc kimi ondan 600 manat pul almışdır. Rəşadın cəzasının azaldılması məsələsi alınmayanadək məlumatı olmamışdır ki, Rüfət onu aldadır. Rəşadın işi alınmadıqdan sonra bankla danışıb öyrənmişlər ki, avtomobil satışa çıxarılıb satılmışdır. X15 ilə danışdıqdan sonra müəyyən olmuşdur ki, Rüfət Əlinin işi ilə bağlı heç kimə pul verməmiş, Əli özü polis tərəfindən sərbəst buraxılmışdır. O, 102 xidmətinə məlumat verən zaman Rüfətin 18.100 manat pul alaraq aldatdığını demiş, ola bilsin məlumatı qəbul edən qız səhv eşitmişdir. Ona görə də ərizədə Rüfətin onu aldadaraq 18.100 manat pulunu aldığını qeyd etmişdir. Ərizə yazan zaman isə o, Rüfətin ondan aldığı pulları tam dəqiqliyi ilə hesablamadığı üçün ümumi bir rəqəm olaraq bildirmiş və Əli adlı tanışlarına köməklik göstərməsi üçün vəkilə vermək adı ilə ondan aldığı 2.000 manat qeyd etməmişdir. Ola bilsin ilkin izahatında avtomobilə edilməli ödənişlə Əlinin işi ilə bağlı vəkilə edilən ödənişi ümumiləşdirmişdir. Lakin hadisə qeyd etdiyi kimi olmuşdur, Təqsirləndirilən şəxs Rəşad Əhmədovun cəzasının azladılmasına köməklik edəcəyi adı ilə ondan 13.000 manat, Rəşada məxsus avtomobilin girovdan çıxarılması adı ilə 2.200 manat, Əli adlı tanışlarına köməklik göstərməsi üçün vəkilə verəcəyi adı ilə 2.000 manat borc qismində isə 600 manat pul almışdır. Polis bölməsində olan zaman pul alan zaman əl yazma ilə Rüfətin ondan aldığı pulun 18.100 manat manat məbləğində olduğunu qeyd etməyinin səbəbini yuxarıda bildirmişdir. Nəvəsi Rəşadın atasının soyadı Həsənov olduğu üçün onun ilkin soyadı Həsənov olmuş, onun yaddaşında da elə qalmışdır, lakin atası dünyasını dəyişdikdən sonra qızı İlhamə Əhmədova yəni Rəşadın anası onun soyadını Əhmədov olaraq dəyişdirtmişdir. Hazırda qızı İlhamənin Əli ilə əlaqəsi yoxdur və onun anket məlumatları ilə bağlı heç nə bilmirlər. Bildiyinə görə cənub bölgəsindəndir və rayonda yaşayır. xx.xx.2022 tarixli izahatınızda Təqsirləndirilən şəxs Rəşad Əhmədovun avtomobilinin girovdan çıxarılması üçün 4.500 manat pul verdiyin düzgün hesablamışdır. Lakin yuxarıda qeyd etdiyi kimi Rüfət Quyliyev nəvəsi Rəşadın cəzasının daha yüngül cəza ilə əvəz edilməsi üçün ümumilikdə 13.000 manat, Əli adlı tanışlarına köməklik göstərilməsi üçün vəkilə verəcəyi adı ilə 2.000 manat, avtomobilin girovdan çıxarılması üçün isə 2.200 manat almışdır. 600 manat isə ondan borc almışdır. Beləliklə, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan 17.200 manat, borc qismində isə 600 manat pul almışdır. Təqsirləndirilən şəxs Seydiağa oğlu dələduzluq yolu ilə əldə etdiyi 17.200 manat puldan ona polisə müraciət etməzdən əvvəl 1.900 manat, polisə müraciət etdikdən sonra isə 1.000 manat pul, daha sonra araşdırma dövründə isə ona verməsi üçün qızı Samirənin kart hesabına 100 manat, daha sonra araşdırma dövründə isə qızı Samirə vasitəsilə 500 manat, 1.600 manat, daha sonra isə 400 manat pul qaytarmışdır. Beləliklə Təqsirləndirilən şəxs ona ümumilikdə 5.500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 17.200 manat pul və məndən borc aldığı 600 manat pul ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Təxminən 2 ilə yaxındır ki, o, anası Rəhimə və bacısı Samirə Rüfəti tanıyırlar. Rüfət taksi sürücüsüdür və dəfələrlə onları ünvanlara aparmışdır. 2022-ci ilin mart ayında oğlu Rəşad Əhmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı saxlanılmış, Ağır Cinayətlər məhkəməsi tərəfindən isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Rəşadın saxlanılması barədə Rüfətin də məlumatı olmuşdur. Dəfələrlə Rəşadın yanına Rüfətlə birlikdə getmişlər. Evdə kişi xeylağı olmadığı üçün hər problemi Rüfətə demişlər Rüfət oğlu Rəşadın avtomobilinin girovda olduğunu bildiyi üçün anası Rəhimə təklif etmişdir ki, köməklik göstərə bilər ki, girovdan çıxarsın. O, da anası Rəhimə də bununla razılaşmışlar, Təqsirləndirilən şəxs anası Rəhimədən 12 iyul 2022-ci il tarixdə yaşadıqları Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanda 2.200 manat pul aldı ki, Rəşadın “Xəzər” markalı avtomobilini girovdan çıxaracaqdır. Lakin vədinə əməl etməmişdir. Bundan sonra 2022-ci ilin iyul ayının sonlarına yaxın Əli adlı tanışı əlaqə saxlamışdır ki, polis orqanında problemi var. Bununla bağlı ilk əvvəl anası Rəhimə ilə danışmışdır ki, Əliyə köməklik etmək lazımdır. Həmin vaxt bu hadisə ilə bağlı Rüfətində məlumatı olmuşdur. Anası Rəhimə onunla razılaşdıqdan sonra Əlinin vəkilinə verəcəyi adı ilə Təqsirləndirilən şəxs anası Rəhimədən 2022-ci ilin iyul ayının sonlarına yaxın yaşadıqları Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanda 2.000 manat pul almış, lakin vəkilə pul verməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında Rəşadın məhkəmə prosesinə gedən zaman Rüfət onlarla birlikdə olmuşdur. Orada Rüfət tanışını görüb onunla salamlaşmış, lakin həmin şəxs barəsində onlara məlumat verməmişdir. Evə gəldikdən sonra Rüfət Ağır Cinayətlər məhkəməsində tanışının olduğunu bildirmişdir, Rəşadın işinə köməklik edəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Rüfət onun yanında anası Rəhiməyə Ağır Cinayətlər məhkəməsində tanışlarının olduğunu Rəşada köməklik göstərə biləcəyini demişdir. Rüfətin fikri ilə razılaşmışlar. Rüfət Ağır Cinayətlər məhkəməsində atasının tanışlarının olduğunu qeyd etmişdir, lakin tanışının kim olması barədə onlara məlumat verməmişdir. Rüfət ondan pulu almazdan əvvəl Rəşadın cəzasının aşağı salınmasını ümumilikdə 15.000 manata həll edəcəyini demişdir. Təxminən sentyabr ayının sonlarına yaxın Rüfət onlara gələrək onun yanında yaşadıqları Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanda anası Rəhimədən 8.000 manat pul almışdır. Daha sonra Rüfət xx.xx.2022-ci il tarixdə yaşadıqları Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanda anası Rəhimədən 5.000 manat pul almış lakin yenə də vədinə əməl etməyərək anası Rəhiməyə qarşı dələduzluq etmişdir. Hətta Rüfət anası Rəhimədən borc kimi 600 manat pul almışdır. Rəşadın cəzasının azaldılması məsələsi alınmayanadək Rüfətin anası Rəhiməni aldadıb pullarını ələ keçirməsindən məlumatları olmamışdır. Rəşadın işi alınmadıqdan sonra bankla danışıb, öyrənmişlər ki, avtomobil satışa çıxarılıb satılmışdır, heç bir ödəniş edliməmişdir. Bundan sonra Əli ilə danışdıqda müəyyən oldu ki, Rüfət Əlinin işi ilə bağlı heç kimə pul verməmiş, Əli özü polis tərəfindən sərbəst buraxılmışdır. Hazırda Əli ilə əlaqəsi yoxdur və onun anket məlumatları ilə bağlı heç nə bilmir. Bildiyinə görə cənub bölgəsindəndir və hadisədən sonra rayona köçmüş və orada yaşayır. Rüfətin anası Rəhimədən Rəşadın cəzasının yüngülləşdirilməsi adı ilə 13.000, avtomobilin girovdan çıxarılması üçün 2.200 manat, tanışı Əliyə köməklik göstərəcyini bildiriərək vəkilə pul vermək adı ilə 2.000 manat və ən sonda isə anası rəhimədən borc qismində 600 manat pul almışdır. Təqsirləndirilən şəxs Seydiağa oğlu dələduzluq yolu ilə əldə etdiyi 17.200 manat puldan anası Rəhimə polisə müraciət etməzdən əvvəl 1.900 manat, polisə müraciət etdikdən sonra isə 1.000 manat, daha sonra araşdırma dövründə isə anası Rəhiməyə verməsi üçün bacım Samirənin kart hesabına 100 manat, daha sonra araşdırma dövründə isə bacısı Samirə vasitəsilə 500 manat, 1.600 manat, daha sonra isə 400 manat pul qaytarmışdır. Beləliklə Təqsirləndirilən şəxs anası Rəhiməyə ümumilikdə 5.500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs anası Rəhiməni aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 17.200 manat pul və anası Rəhimədən borc aldığı 600 manat pul anası Rəhiməyə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 170 ünvanda ailəsi ilə birlikdə yaşayır. Belə ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təxminən 2 ilə yaxındır ki, o, anası Rəhimə və bacısı İlhamə Rüfəti tanıyırlar. Rüfət taksi sürücüsüdür və dəfələrlə onları ünvanlara aparmışdır. 2022-ci ilin mart ayında bacısının oğlu Rəşad Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı saxlanılmış, Ağır Cinayətlər məhkəməsi tərəfindən isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Rəşadın saxlanılması barədə Rüfətində məlumatı olmuşdur. 2022-ci ilin sentyabr ayında Rüfət onun yanında anası Rəhiməyə Ağır Cinayətlər məhkəməsində tanışlarının olduğunu, Rəşada köməklik göstərə biləcəyini demişdir. Onlar Rüfətin fikri ilə razılaşmışlar. Rüfət anası Rəhimədən pulu almazdan əvvəl Rəşadın cəzasının aşağı salınmasını ümumilikdə 15.000 manata həll edəcəyini demişdir. Təxminən sentyabr ayının sonlarına yaxın Rüfət onlara gələrək onun yanında yaşadıqları ünvanda anası Rəhimədən pulun bir qismini, yəni 8.000 manat pul almışdır. Bundan sonra işin həlli üçün yenidən 5.000 manat pul almışdır. Rəşadın işinin həlli üçün Rüfət anası Rəhimədən 13.000 manat pul almışdır. Bundan əlavə Rüfət avtomobilin girovdan çıxarılmasını anası Rəhiməyə vəd edərək 2.200 manat pul almışdır. Bundan əlavə Rüfət Əli adlı tanışları polisdə olan işi ilə əlaqədar vəkilə verilməsi üçün anası Rəhimədən 2.000 manat almşıdır. Anası Rəhimədən isə əlavə olaraq 600 manat borc almışdır. Rüfətin anası Rəhimədən aldığı pulların dəqiq tarixini anası Rəhimə özü dəqiq olaraq bilir.Ahnan pulların hamısı anası Rəhiməyə məxsusdur.Rüfət aldığı puldan 1900 manatını anası polisə müraciət etməzdən əvvəl anası Rəhiməyə qaytarmışdır. 100 manatı onun kart hesabına göndərmişdir. 1000 manat pulu Rüfət təhqiqat araşdırması dövründə, daha sonra onun vasitəsilə xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat ödəmiş, bundan təxminən bir həftə sonra isə 400 manat pulu isə bacısı İlhamənin kart hesabına göndərmişdir. Pulların qaytarılmasını anası Rəhimə və bacısı İlhamə daha dəqiq bilirlər. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək anası Zərərçəkmiş şəxs məxsus ümumilikdə 17.200 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs 600 manat pulu isə anası Zərərçəkmiş şəxs borc olaraq almışdır. Təqsirləndirilən şəxs dələduzluq edərək ələ keçirdiyi 17.200 manat və borc aldığı 600 manat pullar anası Zərərçəkmiş şəxs məxsusdur. Rəşadın cəzasının azaldılması məsələsi alınmayanadək Rüfətin anası Rəhiməni aldadıb pullarını ələ keçirməsindən məlumatları olmamışdır. Rəşadın işi alınmadıqdan sonra bankla danışıb, öyrənmişlər ki, avtomobil satışa çıxarılıb satılmışdır. Heç bir ödəniş edilməmişdir. Bundan sonra Əli ilə danışdıqda müəyyən oldu ki, Rüfət Əlinin işi ilə bağlı heç kimə pul verməmiş, Əli özü polis tərəfindən sərbəst buraxılmışdır. Əli bacısı İlhamə ilə tanışı olduğu üçün onu çox dərindən tanımır və onun anket məlumatları ilə bağlı heç nə bilmir. Bacısı İlhamənin dediyinə görə cənub bölgəsindəndir və haduisədən sonra rayona köçmüş və orada yaşayır. Rüfətin anası Rəhimədən Rəşadın cəzasının yüngülləşdirilməsi adı ilə 13.000, avtomobilin girovdan çıxarılması üçün 2.200 manat, tanışı Əliyə köməklik göstərəcəyini bildirərək vəkilə pul vermək adı ilə 2.000 manat və ən sonda isə anası Rəhimədən borc qismində 600 manat pul almışdır. Təqsirləndirilən şəxs Seydiağa oğlu dələduzluq yolu ilə əldə etdiyi 17.200 manat puldan anası Rəhimə polisə müraciət etməzdən əvvəl 1.900 manat, polisə müraciət etdikdən sonra isə 1.000 manat, daha sonra araşdırma dövründə isə anası Rəhiməyə verməsi üçün bacım Samirənin kart hesabına 100 manat, daha sonra araşdırma dövründə isə onun vasitəsilə 500 manat, 1.600 manat, daha sonra isə 400 manat, ümumilikdə 5.500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs anası Rəhiməni aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 17.200 manat pul və anası Rəhimədən borc aldığı 600 manat pul anası Rəhiməyə məxsus olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona dəyən ziyan hissə-hissə ödənilir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, cəzalanmasını istəmir. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, iki azyaşlı uşağının olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsini ödədiyini, qalan hissəsinin ödənilməsini davam etdirdiyini və bununla bağlı aralarında razılıq və barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs İ.Mehrabov xx.xx.2023-cü il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-385/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-385/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver