Məhkəmə qərarları › İş №1(004)-385/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-385/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-385/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X14 8 ev 2, giriş 2, mənzil 57 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 14:35 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev 54 ünvanında Yasamal RPİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, idarənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan mavi rəngli polietilen torbamın içərisindən çıxararaq təqdim etdiyi bir ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və ya psixotrop maddə istifadəçisidir. İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxslə “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxlayaraq Mehdinin ona göndərdiyi M10 hesabına ödəniş etdikdən sonra Mehdinin ona göndərdiyi məkan üzrə hərəkət edərək əvvəlcədən yerləşdirilmiş narkotik vasitəni şəxsi istehlakı üçün götürüb istifadə etmişdir. Mehdi ilə əlaqə saxladıqdan sonra onun tərəfindən yazışmalar silindiyi üçün həmin yazışmalar ola bilsin ki, onda qalmamış olsun. Təxminən tutulmazdan 10 gün əvvəl, yəni 15 mart 2025-ci il tarixdə Mehdi ilə “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladıqdan sonra məkan göndərmiş və Mehdinin göndərdiyi məkan üzrə hərəkət edərək hazırda xatırlamadığı yerə gedərək orada polietilen torbaya yerləşdirilmiş bir bükümdə psixotrop maddə olan metafetamin götürmüş və həmin vaxt polis əməkdaşları tərəfindən tutulmağından ehtiyat edərək həmin əşyaları bir qədər aralı məsafədə gizlətmişdir. Bir bükümdə olan metafetamini 30 manat qarşılığında razılaşmışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhərində hal-hazırda xatırlamadığı yerdə gizlətdiyi polietilen torbaya yerləşdirilmiş bir bükümdə psixotrop maddə olan metafetamin gizlətdiyi yerə getmiş, həmin torbanı gizlətdiyi yerdən əlinə götürmüş, bükümdə olan metamfetamini əynində olan şalvarının cibinə qoymuş yaşadığı evə getmək istəyərkən həmin gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonda olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib onu saxlamışlar. O, polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. Mehdi adlı şəxlə “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə qeyd etdiyi nömrə ilə əlaqə saxlamışdır. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini aldığını bildirdiyi Mehdi adlı şəxsi görməmiş və xarici görünüşü ilə bağlı heç bir məlumatı yoxdur. Həmçinin polis əməkdaşları onu saxlayan zaman üzərində psixotrop maddə olan metamfetamini olsada narkotik vasitə qurudulmuş marixuananı olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Verilən suallara cavab olaraq isə polis əməkdaşlarının ona marixuananı üzərinə götürərsə ziyanına heçnə olmayacağını dediklərinə görə ibtidai istintaq zamanı özünü tam təqsirli bildiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir olmadığını, lakin psixoloji təsir olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və istifadə etməsində şübhəli olması barədə məlumat olduğundan cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında və əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı xx.xx.2025-ci il tarixdə saat 14:35 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 4 ünvanın qarşısında əlində polietilen torba ilə hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1995-ci il il tarixdə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və istifadəsində şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaran əynində olan qara rəgli gödəkçəsinin sol yan cibindən siqaret qutusunu, alışqanı, ağ rəngli salfetka kağızını, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngi kağıza bükülmüş bükümü və sağ əlində saxladığı polietilen torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. X5 tərəfindən təqdim edilən əşyalara baxış keçirilərkən polietilen torbanın içərisində qara rəngli polietilenə bükülmüş bağlama, bağlamanın içərisində yaşıl rəngli ot şəkilli kütlə, bir ədəd ağ rəngi kağıza bükülmüş büküm içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur, daha sonra siqaret qutusuna, alışqana və salfetkalar keçirilən baxış zamanı əhəmiyyətli olan əşyalar aşkar edilməmişdir, mobil telefona keçirilən baxış zamanı telefonun içərisində ***-***-**-** GSM nömrəsi olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi polietilen bağamanın içərisində aşkar olunmuş yaşıl rəngli ot şəkilli kütlələr narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ kağız bükümün içərisində olan ağ kristal formalı maddə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən “whatsapp” vsitəsilə əlaqə saxlayaraq kartına pul göndərəcəyini, onun konum, yəni məkan göndərdiyi yerdən şəxsi istehlakı məqsədi ilə əldə edib götürdüyünü, həmin Mehdi adlı şəxs metafetamini 30 manat müqabilində, marixuananı isə qramı 8 manata olmaqla ümumilikdə 2400 manat qarşılığında hissə hissə ödəyəcəyi ilə razılaşdığını bildirmişdir. Bundan sonra X5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apararkən gödəkçəsinin sağ ön döş cibindən bir ədəd “Leobank kartı və gödəkçənin sol yan cibindən bir ədəd içirisində heç bir əşya və yazı qeyd olunmayan qatlanmış çəhrayı rəngli kağız parçası, gödəkçənin sol içəri qoltuq çibindən içərisində ətir olan ətir qabı aşkar olunmuşdur. İçərisində ətir olan qab, qatlanmış çəhrayı rəngli kağız parçası, salfetka kağızları, içərisində siqaret gilələri olan siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, içərisində nartkotik vasitə qurudulmuş marixuanaya oxşar ot şəkilli kütlə olan bağlama aşkar olunduğu polietilen torbanın içərisinə, 1 ədəd ağ kağız büküm içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə, həmçinin mobil telefon içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürləndilər, möhürlənmiş 1 ədəd bağlama və 2 ədəd zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, o və iştirakçılar tərəfindən imzalandı. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd Leobank kartı da iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Daha sonra Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilib-göstərilməməsini, təqdim etdiyi və ondan aşkar edilib götürülmüş əşyaların ona məxus olub-olmaması sorğu edildikdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilmədiyini, təqdim etdiyi və ondan aşkar edilib götürülmüş əşyaların ona məxus olmasını bildirmiş, keçirilmiş prosesual hərəkətlə bağlı X5 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotrop maddə metamfetamini və bağlamada olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlindəki göy sellofanı təqdim etdi. Həmin sellofan açılan zaman içərisində qara rəngli sellofan büküm aşkar olundu. Həmin qara rəngli sellofan açılan zaman içərisində yaşıl rəngli ot şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində marixuanadır. Bundan başqa o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız büküm çıxarıb təqdim etdi. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal formalı maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirdi. Həmin maddələri İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən whatsapp vasitəsilə əlaqə saxlayaraq kartına pul göndərmiş, konum göndərdiyi yerdən aldığını bildirdi. Metamfetamini 30 manata marixuananın 1 qramını 8 manata aldığını, ümumilikdə marixuananı 2400 manata aldığını və hissə-hissə ödədiyini bildirdi. Bundan başqa o, əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**-** nömrə olan açıq mavi rəngi Honor markalı telefon, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusu, alışqan təqdim etdi. Üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ sinə cibindən 1 ədəd 4098 5844 7166 0934 nömrəli leobank kartı aşkar olundu. Gödəkçənin sol iç cibindən 01 ədəd ətir aşkar olundu. Bundan başqa üzərində yazısız kağızlar aşkar olundu. Aşkar olunmuş yazısız kağızlar, siqaret qutusu, alışqan və ətir özünə qaytarıldı. Təqdim etdiyi maddə ekspertizaya təqdim olunmaq üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldü. Təqdim etdiyi telefon və bank kartı materiala əlavə olunması üçün götürüldü. Bundan sonra üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmadı (i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2025-ci il tarixli, 6/1185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksləri olan, “ “imza” Təqsirləndirilən şəxs; “imza” Şahid2; Müdafiəçi: “imza” Müdafiəçi1; “imza” Şahid1; Təhqiatçı: “imza” A.Qədiməliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 39-43). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2025-ci il tarixli, 7/500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 44-47). “Maddi sübut kimi tanınması haqqında” 27 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin tədqiqata 0,05 qram sərf edilmiş 0,285 qram təşkil edən həmin psixotrop maddə- metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 420 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana tədqiqata 0,1 qram sərf edilmiş 419,9 qram hissəsi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir (i.v. 79-80). “Diskə baxış keçirilməsi barədə” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq bu protokolu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51 və 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir ondan ötrü ki, X2 üzərində şəxsi axtarış aparılan zaman qeyd edilmiş video çəkiliş olan 01 ədəd DVD formatlı diskə baxış keçirtmişdir. DVD formatlı diskin yaddaşına köçürülmüş 13 dəqiqə 48 saniyə müddətini əhatə edən video faylda olan video görüntülərdən görünür ki, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X4, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili polis kapitanı Şahid2, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 14:35-da ünvan 4 ünvanda yerləşən binanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs Xanoğlan oğlunun üzərində xx.xx.2025-ci il il tarixdə şəxsi axtarışın aprılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı mobil telefonun videokamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğlu və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra X5 Təqsirləndirilən şəxs Xanoğlan oğluna özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs Xanoğlan oğlu özü barədə anket məlumatlarını bildirməsi, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğluna saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs Xanoğlan oğlu heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Xanoğlan oğluna Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən siqaret qutusunu, alışqanı, ağ rəngli salfetka kağızını, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngi kağıza bükülmüş bükümü və sağ əlində saxladığı polietilen torbanı masanın üzərinə qoymaqla təqdim etməsi, X5 Təqsirləndirilən şəxs Xanoğlan oğlu tərəfindən təqdim edilən əşyalara baxış keçirilərkən polietilen torbanın içərisində qara rəngli polietilenə bükülmüş bağlama, bağlamanın içərisində yaşıl rəngli ot şəkilli kütlə, bir ədəd ağ rəngi kağıza bükülmüş büküm içərisində ağ rəngli kristal formalı maddə aşkar olunması, daha sonra siqaret qutusuna, alışqana və salfetkalar keçirilən baxış zamanı əhəmiyyətli olan əşyalar aşkar edilməməsi, mobil telefona keçirilən baxış zamanı telefonun içərisində 051- ***-**-** GSM nömrəsi olması aşkar olunması, sorğu zamanı Təqsirləndirilən şəxs Xanoğlan oğlu təqdim etdiyi polietilen bağamanın içərisində aşkar olunmuş yaşıl rəngli ot şəkilli kütlələr narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ kağız bükümün içərisidə olan ağ kristal formalı maddə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən “whatsapp” vasitəsilə əlaqə saxlayaraq kartına pul göndərərəcəyini, onun konum, yəni məkan göndərdiyi yerdən şəxsi istehlakı məqsədi ilə əldə edib götürdüyünü, həmin Mehdi adlı şəxs metamfetamini 30 manat müqabilində, marixuananı isə qramı 8 manata olmaqla ümumilikdə 2400 manat qarşlığında hissə-hissə ödəyəcəyi ilə razılaşdığını bildirməsi, bundan sonra X5 şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğlunun üzərində şəxsi axtarış apararkən gödəkçəsinin sağ ön döş cibindən bir ədəd “Leobank” kartı və gödəkçənin sol yan cibindən bir ədəd içərisində heç bir əşya və yazı qeyd olunmayan qatlanmış çəhrayı rəngli kağız parçası, gödəkçənin sol içəri qoltuq çibindən içərisində ətir olan ətir qabı aşkar olunması, içərisində ətir olan qab, qatlanmış çəhrayı rəngli kağız parçası, salfetka kağızları, içərisində siqaret gilələri olan siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs Xanoğlan oğlunun özünə qaytarılması, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot şəkilli kütlə olan bağlama aşkar olunduğu polietilen torbanın içərisinə, 1 ədəd ağ kağız büküm içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə, həmçinin mobil telefon içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmələri, möhürlənmiş 1 ədəd bağlama və 2 ədəd zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğlu, müdafiəçi, iştirakçılar tərəfindən imzalanması, həmçinin Təqsirləndirilən şəxs Xanoğlan oğlundan aşkar edilmiş 1 ədəd Leobank kartı da iş üçün əhəmiyyətli olduğundan götürülməsi, daha sonra Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğluna saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilib-göstəilməməsini, təqdim etdiyi və ondan aşkar edilib götürülmüş əşyaların ona məxus olub-olmaması sorğu edildikdə Təqsirləndirilən şəxs Xanoğlan oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərmədiyini, təqdim etdiyi və ondan aşkar edilib götürülmüş əşyaların ona məxsus olmasını bildirməsi, X5 aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını və şübhəli şəxs Təqsirləndirilən şəxs Xanoğlan oğluna götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirməsi müşahidə olunur. Bununla da keçirilmiş baxış tamamlandı və həmin 01 ədəd DVD formatlı disk əvvəlki vəziyyətinə uyğun olaraq zərfinə qablaşdırılıb xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun sonuncu vərəqinə tikilməklə cinayət işinin materiallarına əlavə olundu (i.v. 95-96). “Baxış keçirilmə haqqında” 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6, icraatında olan ********* nömrəli cinayət işinin ibtidai araşdırması ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 134 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Xiaomi HyperOs” markalı mobil telefonun ekranı açılan zaman ekran görüntüsündə müxtəlif mobil tətbiqlər vardır. Həmin mobil tətbiqlərdən biri “Whatsapp” ani mesajlaşma tətbiqinin olduğu müşahidə olunur. “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olan zaman söhbətlər bölümündə müxtəlif nömrələrlə Təqsirləndirilən şəxs söhbətlədiyi müəyyən olunsa da, həmin söhbətlərdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alıqı-satqısı ilə məşğul olmasını sübuta yetirəcək hər hansı bir danışıq aşkar edilmədi. Daha sonra mobil telefonun istehsal tətbiqi olan mesajlar bölümünə daxil olan zaman hər hansı bir yazışma aşkar edilmədi. Bundan sonra mobil telefonun çəkillər bölməsinə daxil olan zaman Təqsirləndirilən şəxs şəxsi foto şəkilərinin, eləcə də vidoelarının olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs məxsus “Xiaomi HyperOs” markalı mobil telefonun GSM-nömrəsi olan hissəsinə baxan zaman müəyyən edildi ki, həmin yerdə iki ədəd GSM nömrə yuvası və bir ədəd əlavə yaddaş kartı yeri vardır. GSM nömrə yuvalarından biri doludur və ortada Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell MMC-yə məxsus 051 874 31-94 saylı GSM nömrəsinin kartı vardır. Telefonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadı. Həmin telefon qeyd edilən mobil telefon zərfə yerləşdirilərək Azərbaycan Respublikası DİN-nin DİN-nin 42 saylı möhürü ilə möhürləndi (i.v. 98). “"xxxx" MMC-dən ələ keçirilərək götürülmüş elektron məlumat daşıyıcısı olan CD formatlı diskin yaddaşına baxış keçirmə haqqında” 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, yaranmış istintaq zərurəti ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli 7099 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd elektron məlumat daşıyıcısı olan CD formatlı diskin yaddaşına xidməti kompüterə daxil edib, həmin CD formatlı diskdə olan 4 ədəd 4 ədəd «518743194 SMS.txt», «**********94.txt», «antena.xls» və «abuneciler.xls» adlanan fayllara baxış keçirərək aşağıdakı məlumatların olmasını müəyyən etmişdir. «518743194 SMS.txt » adlanan faylda olan məlumatlara ********* simkart nömrəsindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə saat 21:07:37-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS məlumatlarına aid qeydlər alınmışdır, həmin SMS mətnlərində cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı və iş üçün əhəmiyyətli olan yazışmalar aşkar olunmur. «518743194 SMS.txt» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə saat 16:33:13-ə kimi olan müddət ərzində çıxan və daxil olan telefon danışıqları və daxil olan SMS məlumatlarına aid qeydlər alınması, «antena.xls» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsi istifadəçisi Təqsirləndirilən şəxs Xanoğlan oğlu xx.xx.20205-ci il tarixdə saat 12:18dən sonra Bakı şəhəri Yasamal rayonu ərazisində olması müəyyən olunmuşdur. «Abunəçilər» adlanan faylda olan məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə və SMS yazışmaları aparılan “Azərcell” mobil operatoruna məxsus telefon nömrələrin, o cümlədən ********* simkart nömrəsinin Təqsirləndirilən şəxs Xanoğlan oğluna məxsusluğuna dair məlumat qeydə alınmışdır. Digər mobil operatoruna məxsus simkart nömrələrinin məxsusluğu barədə məlumatlar qeyd olunmamışdır. Bununla da, həmin 01 ədəd «CD» disk elektron məlumat daşıyıcısında olan məlumatlara baxışın keçirilməsi tamamlandı və həmin disk qaytarılıb cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli 7099 saylı məktuba əlavə edilmiş zərfə qoyulmaqla qablaşdırılıb DİN-nin 42 saylı möhürü ilə möhürləndi (i.v. 105). "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, BKC/LGL-4312/25 nömrəli məktubdan görünür ki, qeyd olunmuş ********* saylı nömrə sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır (i.v. 106). "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZF/LGL-1629/25 nömrəli məktubdan görünür ki, ********** saylı mobil nömrənin sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadəsi qeydə alınmamışdır (i.v. 121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 may 2025-ci il tarixli, 3044 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 127-128). “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması və barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram çəkidə psixotrop maddə-metamfetamini və bir ədəd bağlamada təmiz çəkisi 420 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,285 qram təşkil edən həmin psixotrop maddə metamfetamin, məhkəmə bioloji ekspertizası tədqiqatına 0,1 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 419,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti prosesinə dair video çəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD” formatlı diskin obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetamini və bir narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə müvafiq materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyəti üzrə icra olunmasından ötrü Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi, "xxxx" MMC-dən istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 01 ədəd CD diskin elektron məlumat daşıyıcısı obyektiv həqiqəti təsdiq etdiyindən iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi HyperOs”markalı mobil telefon və “leobank” kartında iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadığından iş üzrə maddi sübut kimi tanınmaması və Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə təhvil verilməsi, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan yuxarıda göstərilən cinayət əməlinin törədilməsi xx.xx.2025ci il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokolda və həmin protokolda qeyd olunmuş onun özünün ilkin etirafedici şifahi izahatı, yazılı izahatı, ifadələri, şəxsi axtarış və götürmə aparılarkən çəkilərək məlumat daşıyıcısı olan 01 ədəd “DVD” markalı diskə köçürülmüş videogörüntü ilə, maddi sübutla, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/1185 nömrəli, məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 7/500 nömrəli və ambulator-məhkəmə-narkoloji ekspertizasının 3044 saylı xx.xx.2025-ci il tarixli rəyləri, eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində qərarın təsviri hissəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi ilə əlaqədar cinayət işindən zəruri sənədlərin surətlərinin çıxarılaraq saxlanılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 130-144). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona marixuananı üzərinə götürərsə ziyanına heçnə olmayacağını dediklərinə görə ibtidai istintaq zamanı özünü tam təqsirli bildiyini, psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, marixuananın isə ona aid olmadığını bildirsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sağ əlindəki göy sellofanı təqdim etmiş, həmin sellofan açılan zaman içərisində qara rəngli sellofan büküm aşkar olundu. Həmin qara rəngli sellofan açılan zaman içərisində yaşıl rəngli ot şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində marixuanadır. Bundan başqa o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız büküm çıxarıb təqdim etmiş. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən whatsapp vasitəsilə əlaqə saxlayaraq kartına pul göndərmiş, konum göndərdiyi yerdən aldığını bildirdi. Metamfetamini 30 manata marixuananın 1 qramını 8 manata aldığını, ümumilikdə marixuananı 2400 manata aldığını və hissə-hissə ödədiyəcəyini könüllü şəkildə bildirmiş və kustar üsulla hazırlanmış narkotik vasitə və psixatrob maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhürlənərək ekspertizası üçün göndərilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2025-ci il tarixli, 6/1185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksləri olan, “ “imza” Təqsirləndirilən şəxs; “imza” Şahid2; Müdafiəçi: “imza” Müdafiəçi1; “imza” Şahid1; Təhqiatçı: “imza” A.Qədiməliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamin və Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2025-ci il tarixli, 7/500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəni cinayət məsuliiyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi cinayət işi başlanılması və icraata qəbul olunması, cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə, saat 14:35 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 19). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 26 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 50). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-257/2025 saylı, 27 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:35-dən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 74-78). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 06 dekabr 2022ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 333.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 11 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 100-101). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1960/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs qərarın çıxarıldığı günə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 7 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (i.v. 108-112). X1 tərəfindən verilmiş qəbzdən görünür ki, X1 oğlu Təqsirləndirilən şəxs məxsus Xiaomi markalı mobil telefonu tam işlək vəziyyətdə təhvil almış, məhkəmə prosesi yekunlaşanadək tamlığının qorunub saxlanmasını tam məsuliyyəti ilə öhdəsinə götürmüşdür (i.v. 151). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmasını və məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır ictimai təhlükəli xarakter daşıyır. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş 420 qram marixuana və 0,335 qram metamfetamin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə çox hesab olunur və bu maddələrin cəmiyyətə, xüsusən də gənc nəslin sağlamlığına vurduğu zərər danılmazdır. Qeyd edilməlidir ki, marixuana və metamfetaminin qanunsuz dövriyyəsi cəmiyyət üçün son dərəcə təhlükəlidir, asılılıq yaratmaqla yanaşı, digər ağır cinayətlərin törədilməsinə, gənclər və ümumilikdə əhalinin sağlamlığının zərərə məruz qalmasına şərait yaradır. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu əməllərin ictimai təhlükəlilik dərəcəsi yüksək qiymətləndirilir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini və əvvəllər məhkum olunmasını da nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 333.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonradan şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi etiraf etməməsi və məsuliyyətdən yayınmağa cəhd göstərməsi onun mənfi sosial-psixoloji xüsusiyyətlərini və islah olunma perspektivlərinin zəif olduğunu açıq şəkildə nümayiş etdirir. Məhkəmə təcrübəsində və hüquqi prinsiplərdə cəzanın təyin edilməsində əsas məqsəd yalnız təqsirləndirilənin islah edilməsi deyil, həm də digər şəxslər üçün xəbərdaredici rol oynamaq, yeni cinayətlərin qarşısını almaq və ictimai ədalət hissini təmin etməkdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti, əməlindəki ictimai təhlükəlilik dərəcəsi və residiv faktı nəzərə alınmaqla, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 419,9 qram narkotik vasitə marixuana və 0,285 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 167 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar