Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-386/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Carçalova Nuranə Həsrət qızının iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd şəffaf selofan bükümündə, ayrıayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 14 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində, o, Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsi ev 54 ünvanın qarşısında saxlanılaraq, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman, həmin iki ədəd şəffaf selofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, subaydır, əvvəllər məhkum olunmamışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 3 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin növündən qəbul edir, metamfetamini tüstüsünü çəkməklə qəbul edir, heroini isə ineksiya yolu ilə qəbul edir. Narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. 14 iyul 2021-ci il tarixdə saat 12 radələrində onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə iki bükümdə narkotik vasitə heroin lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona bir bükümünün 10 manata satdığını, iki bükümünə görə 20 manat verməli olduğunu bildirmişdir. O da həmin şəxsə 20 manat verməklə, həmin şəxsdən iki selofan bükümündə narkotik vasitə heroin almış və əynində olan göy rəngli idman şalvarımın sağ yan cibində qoymaqla, saxlamış və daşımışdır, fikirləşmişdir ki, məhəllədə sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. 14 iyul 2021-ci il tarixdə saat 14:00 radələrində o, yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsi ev 54 ünvanının qarşısında olduğu vaxt, tanıdığı İbrahimlə rastlaşmış, onunla söhbət etdiyi zaman onlara mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini onlara təqdim etdikləri vaxt, o, yaxınlaşan şəxslərin 27-ci PB-nin əməkdaşları olmasını bilmişdir. Sonra polis əməkdaşları onu və İbrahimi 27-ci polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişlər və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxladığı iki ədəd selofan bükülüdə narkotik vasitə heroin vardır, həmin narkotik vasitəni onlara təqdim edə bilər. O da şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxladığı iki ədəd selofan bükülüdə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin şəffaf selofan paketlər açlarkən, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni 14 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 20 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu olmuş, saçları qara rəngli olmuş, əynində göy rəngli gödəkcə, qara şalvar, qara idman ayaqqabısı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. O, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan kəsiyi bükümündə, ayrı - ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,248 qram, ümumi təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 14 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində almış və üzərində olan göy rəngli idman şalvarımın sağ yan cibində saxlamışdır ki, qəbul etsin. O, narkotik vasitəni əldə etdikdən sonra yaşadığı məhəlləyə gəlmiş və evinin qapısı ağzında dayanmış, bir az sonra İbrahim gəlmiş, onunla salamlaşmış və söhbət etdiyi zamanı, polis əməkdaşları onlara yaxınlaşmışlar və onları polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşlarına etiraz etməmişlər və birlikdə polis bölməsinə getmişlər, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əldə etdiyi narkotik vasitə üzərindən aşkar edilmişdir. O, İbrahimin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır, sadəcə istintaq zamanı məlumatı olmuşdur ki, İbrahimin üzərinə də şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, İbrahimlə məhəllədə rastlaşanda, onun sifət nahiyyəsində xəsarət görmüş, ondan soruşmuşdur ki, sənə nə olub, İbrahim də ona demişdir ki, avtomobilin qapısı dəymişdir, o, daha hansı şəraitdə İbrahimin xəsarət almasını görməmişdir. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Namiq oğlu ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakinləri X7 və Təqsirləndirilən şəxs 14.07.2021-ci il tarixdən etibarən tanıyır, onları əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 14.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi dalan 2, ev 3-də yaşayan X3 və ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil edilmişdir. Sonra isə X7 və Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində X7 və Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında olmalarını müəyyən etdikdən sonra, onlara yaxınlaşmışlar, özlərini onlara təqdim etdikdən sonra, onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. X7 və Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmişlər, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PB-də xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, hazırda da əynində olan göy rəngli idman şalvarının sağ yan cibində şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə olan kakos vardır. Sonra isə Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə «kokos»u cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxardıb təqdim etdiyi iki ədəd bükülülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə kakos deyilən narkotik vasitə heroindir. Müdafiəçi və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, əynindəki göy rənğli idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi iki ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni 14 iyul 2021-ci il tarixində saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubunka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükülünü on manata almış və 20 (iyirmi) manat dəyərində narkotik vasitə alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki göy rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra o, həmin gün saat 14:00 radələrində evə qayıdan zaman yaşadığı evin qarşısında ünvan 4 ünvanda Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər bir ədəd Huawel markalı mobil telefon aşkar edilərək tərəfindən götürülmüş, bundan başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan sonra, Yasamal RPİ-nin 27-ci PB-də xidməti otaqların birində əvvəlcə X7 dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona görə də X3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X5 təqdim edilmişdir. Sonra isə X5 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X5 təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı X7 bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, hazırda da əynində olan açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə olan kakos vardır. Sonra isə X7 əynində olan açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı şəffaf selofan kəsiyinə bükülmüş iki ədəd bükülüdə narkotik vasitə «kokos»u cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. X3 əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd büküllərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş iki ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə “kokos” deyilən heroin vardır. Müdafiəçi X2 və digər şəxslərin iştirakı ilə X5 əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, əynindəki açıq boz rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi iki ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni 14 iyul 2021-ci il tarixində saat 12:00 radələrində Nəsimi rayonu “Kubunka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükülünü on manata almış və 20 (iyirmi) manat dəyərində narkotik vasitə alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki açıq boz rəngli rəngli idman şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra o, həmin gün saat 14:00 radələrində evə qayıdan zaman ünvan 6 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı X3 üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. X3 üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və İbrahim Muradov tərəfindən imzalanmış, video çəkiliş cd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs və İbrahim Muradov saxlanılarkən və polis bölməsinə gətirilərkən, onlara qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 ifadəsində Şahid1 Namiq oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15.07.2021-ci il tarixli, 6/2870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 168 möhür əksi”, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram;0,248 qram; ümumi təmiz çəkiləri 0,435 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin Amblator X1 17.08.2021-ci il tarixli, 2928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Məcburi müalicənin əks təsir yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 03.02.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11.03.2013cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24.06.2016-cı il tarixdə AR-sı Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir.Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CMnin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 16.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 219,80 manat (iki yüz on doqquz manat səksən qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,295 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı CD formatlı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Carçalova Nuranə Həsrət qızına ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-386/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-386/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver