Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-386/2022 19.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsinə mənsub şəxsdən özünün istifadəsi üçün aldığı 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,005 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə, saat 16 radələrində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,005 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyim kişi cinsinə mənsub şəxsdən özünün istifadəsi üçün 10 manata 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini almış və şəxsi istifadəsi məqsədi ilə əynindəki boz rəngli cins şalvarının sağ arxa cibində saxlayıb gəzdirmişdir. Bundan sonra həmin tarixdə, saat 16:00-da isə ünvan 4 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslərin ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Daha sonra Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərimə axtarış və götürmə aparılacağını bildirib ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizə də yazıb imzalamışdır. Bununla bağlı həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş, o, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarımı müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Nofəl Əhmədov kimi təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı həmin şəxsi ona təqdim etmiş və o da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov onu və vəkil Nofəl Əhmədovu, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Nofəl Əhmədovun iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov, video kameradan istifadə etməklə çəkiliş aparıb onun üstümə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki boz rəngli cins şalvarının sağ arxa cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,005 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən istifadəsi üçün 01 (bir) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroini almışdır. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki boz rəngli cins şalvarının sağ arxa cibində saxlayırdır. xx.xx.2022-ci il tarixdə, 16 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında durduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Daha sonra isə baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov təqdim etdiyi 01 ədəd ağ rəngli kağızından ibarət olan bükümə baxdıqda içərisində həqiqətən də qeyd olunan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar narkotik vasitə olması aşkar olunmuşdur. Bundan sonra baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov özü onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Həmçinin baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov, onun və vəkilim Nofəl Əhmədovun, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan psixotrop maddəni ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Ondan aşkar olunmuş həmin büküm içindəki narkotik vasitə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün o həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 26-ci Polis Bölməsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid1 ilə birlikdə Polis Bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 16:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 2 ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlanaraq onun həqiqətən də xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğuimuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən öziərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə oradan 26-cı Polis Bölməsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanaraq Polis Bölməsinə gətirilməsi dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 26-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 həvalə olunmuşdur. Bununla bağlı baş təhqiqatçı X16 Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edib Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətləri ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib dövlət hesabına onun üçün istənilən vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı baş təhqiqatçı Elnur Heydərov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 26-cı PB-nə dəvət edərək Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Nofəl Əhmədovu təqdim etmiş və o da təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra baş təhqiqatçı Elnur Heydərov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid1 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Baş təhqiqatçı Elnur Heydərov şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Elnur Heydərov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmüş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığnı və özü barədə anket məlumatlarını baş təhqiqatçı Elnur Heydərov bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsinin təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı Elnur Heydərov həmin bükümdə nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda şübhəli şəxs heroin deyilən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsinə mənsub şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Baş təhqiqatçı Elnur Heydərov tərəfindən həmin bükülüyə keçirilən baxış zamanı bükülünün içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Bundan sonra Elnur Heydərov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Baş təhqiqatçı Elnur Heydərov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılmış və “Zərflər üçün 170 nömrəli” möhürlə ilə möhürlənmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Elnur Heydərov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD- R disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfi və protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Pənah Aiiahverdiyevdən aşkar olunub götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətəndə narkotik vasitə heroindir və çəkisi 1,005 qram təşkil edir. Ramiz Mustafayevin əməlində qanunsuz narkotik vasitə əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır, yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitə hesab edilən heroini Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə hesab edilən heroinin mənbəyi ilə bağlı xidmət etdiyi bölmənin digər əməkdaşları müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2787 saylı, 15 may 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 0,955 qram çəkidə hissəsi qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2746 saylı, 24 may 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin hansı müddətə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 adında uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində 02 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,955 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-386/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-386/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver