Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-386/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxx 1984-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi yeni yaşayış Xanlar massivində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında olarkən, əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı 3 saylı şəhər poliklinikasının Mənzil Tikinti Korperativinin sədri Zərərçəkmiş şəxs ondan həmin yerdə dayanmasının səbəbini soruşmasına görə heç bir səbəb olmadan alkoqol sərxoşluğu vəziyyətində sonuncu ilə mübahisə yaradıb ucadan səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayıb ictimai qaydaya, əxlaq və mənəviyyat normalarına əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək əl zərbələri ilə sonuncunun sifət və bədən nahiyələrinə vurub zor tətbiq etməklə Zərərçəkmiş şəxs təpə nahiyəsində ortada, alın-təpə nahiyəsində sağda, burun belində, hər iki dirsək oynağının, sağ saidin və sol diz oynağının sıyrıqları, burunun sol dəliyində cərrahı tikişə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs qarşı qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilk dəfə 22 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanda baş vermiş hadisə zamanı görmüş, onun onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:40 radələrində o, ünvan 4 ünvanda yerləşən bir qədər aralıqda yerləşən 8 saylı TTYS-nm qarşısındakı yolun kənarında dayanıb telefonla danışaraq siqaret çəkərkən, həmin vaxtı adını və soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmiş,o, isə heç bir etiraz etməyib ona siqaretindən birini vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs siqareti ondan aldıqdan sonra aşağı düşmüş və bir neçə dəqiqə keçməmiş yenidən onun yanına gələrək ondan 1 (bir) manat ona pul verməyini istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs üzərində xırda pul olmadığını dedikdə, sonuncu onunla mübahisə edərək onu söyüb təhqir edərək və kobud şəkildə danışmağa başlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs söyüşündən əsəbləşərək ondan uzaq durmağını tələb etmişdir. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs onu yenidən söyüb təhqir edərək və üzərinə gələrək onu vurmaq istəyərkən o, ondan özünü müdafiə etmək məqsədi ilə əli ilə onun sifətinə və bədəninə bir neçə dəfə vuraraq özündən kənarlaşdırmişdir. Bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmış və bunun nəticəsində sifətindən və bədənindən xəsarətlər almışdır. Bundan sonra o, hadisə yerini tərk edərək oradan çıxıb getmişdir. Lakin sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində Yasamal RPİ-nin 27-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:40 radələrində ünvan 4 ünvanda olmuş, hadisənin səbəbi onu Zərərçəkmiş şəxs söyüb təhqir etməsinin üstündə olmuş, həmin hadisənin şahidləri küçədən keçən tanımadığı şəxslər olmuşlar və həmin hadisədə sonradan qaynı Zamiq olmuş və həmin hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin təsadüfi axarı zəminində, yalnışlıq nəticəsində, arzu etmədiyi halda gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailəli olduğunu və himayəsində 2 uşağının olmasını, zərərçəkənlərə dəyən zəzəri tam ödədiyini, zərəçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdən bu günə kimi ünvan 5 ünvanın yaşayış binasının sədr vəzifəsində işləyir. Belə ki, 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində o, həmin yaşadığı və həm də işlədiyi Yasamal rayonu, Hüseyn Cavid küçəsi, ev 9 saylı ünvanın yaşayış binasının ümümi giriş qapısının qarşısından, evə getmək üçün binanın ümumi həyətinə keçərkən, ümumi qapının qarşısında bir nəfər tanımadığı, lakin Yasamal RPİ-nin 27-ci PB-də ona soyadı, adı və atasının adı məlum olan Təqsirləndirilən şəxs binanın həyətində oturduğunu və bina sakini olmadığından ona yaxınlaşıb ona bu binaya kimə gəldiyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs isə onun sualına cavab vermədən, səbəbini izah etmədən onun ünvanına nalayıq küçə söyüşləri ilə təhqir etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu nə səbəbə görə təhqir etdiyini soruşduqda sonuncu onu yenidən nəlayıq küçə söyüşlərini söyüb təhqir etmişdir. Bundan sonra o, isə ondan uzaqlaşmaq istəyən zaman, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun yaxasından tutub əli ilə sifət nahiyəsinə bir dəfə əl zərbəsi ilə vurmuşdur. Bundan sonra o, onun əlindən qaçmaq istəyərkən, Sərxan onu yenidən söyüb təhqir edərək arxadan üstünə atılaraq və o, isə müvazinətini itirərək üzü üstdə yerə yıxılmışdır. Bundan sonra Sərxan onu yenidən yerdə əli ilə onun bədəninə bir neçə dəfə əl zərbələri ilə vuraraq bədən xəsarəti yetirmişdir. Bu zaman kənardan onlara yaxınlaşan sonradan onun məlumatına görə Sərxanın tanışı adını bilmədiyi şəxs onu Sərxanın əlindən almış və ona iradını bildirmişdir. Bundan sonra o, elə həmin günü 22 avqust 2022-ci il tarixdə baş vermiş hadisə barədə məlumat vermiş, bir qədər sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları gəlmiş və o, isə polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş hadisə 22 avqust 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində həm yaşadığı və həmdə işlədiyi ünvan 5 yaşayış binasının ümumi giriş qapısının qarşısında olmuş, onun Təqsirləndirilən şəxs onun binaya kimə gəlməsini soruşmağının üstündə olmuş, həmin hadisənin şahidləri Təqsirləndirilən şəxs həmin hadisə yerinə gələn qohumu və küçədən keçən tanımadığı şəxslər olmuşlar. Həmin hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu X5 küçəsi ev 16 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun yeznəsidir. Belə ki, 22 avqust 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində o, yaşadığı ünvan 8 ünvanın qarşısında dayanıb siqaret çəkən zaman, onun yaşadığı ünvanla qonşu küçənin kəsişməsində yəni, ünvan 9ş binasının qarşısında səs-küy eşitmiş, bundan sonra o, həmin ünvana yıxınlaşarkən görmüşdür ki, onun yeznəsi Təqsirləndirilən şəxs sonradan adı və soyadını bildiyi Yasamal rayonu, Hüseyn Cavid küçəsi 9 saylı binanın sədri olan Hacıbala Cavadovla aralarında mübahisələri olduğunu və Zərərçəkmiş şəxs sifətindən xəsarət aldığını və qan içərisində olduğunu şahidi olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs öz iradını bilirərək onu oradan uzaqlaşdıraraq evə yola salmışdır. Bundan sonra bilmişdir ki, Zərərçəkmiş şəxs yeznəsi Təqsirləndirilən şəxs barəsində Yasamal RPİnin 27-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa Şahid bildirmişdir ki, baş vermiş hadisə 22 avqust 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində ünvan 10 ünvanın qarşısında olmuş, onun Təqsirləndirilən şəxs aldığı məlumata görə həmin ünvanın qarşısında olan zaman Zərərçəkmiş şəxs ondan siqaret istədikdən sonra isə 1 manat pul istəməsinin üstündə olmuş, həmin hadisənin şahidləri o, və küçədən keçən tanımadığı şəxslər olmuşlar. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X6 856 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə nahiyəsində ortada, alın-təpə nahiyəsində sağda, burun belində, hər iki dirsək oynağının, sağ saidin və sol diz oynağının sıyrıqları, burunun sol dəliyində cərrahı tikişə ehtiyacı olan əzilmiş yara küt əşyanın (əşayların) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 22 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2008ci il təvəllüdlü Ayxan Abbasov və xx.xx.2009-cu il təvəllüdlü Rəvanə Abbasova adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, evli olmasını, 2 uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 26 gün (beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-386/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-386/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver