Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-388/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən başlayaraq 10 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 10 fevral 2016-cı il tarixdə X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(004)-3784/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 3(004)-4027/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 04 noyabr 2020-ci il və 07 dekabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 2400,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin qeyri-rəsmi olaraq Bakı şəhəri, Yasamal rayonu, Əsgər Ələkbərov küçəsində yerləşən “Araz” marketlər şəbəkəsinə məxsus mağazanın qarşısında avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqda gözətçi işləyir və gündəlik gəliri orta hesabla 10,00 - 15,00 manat müqabilində təşkil edir. 2011-ci ilin noyabr ayının 4-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2012-ci ilin iyul ayının 31-də Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 10 avqust 2012-ci il tarixdə Sevda adlı və 10 fevral 2016cı il tarixdə isə Nəcimə adlı iki qız övladları dünyaya gəlmişdir. 2020-ci ilin iyul ayında aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi ünvandan çıxıb gedərək valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 22 iyul 2020-ci il tarixdən başlayaraq 10 avqust 2012-ci il tarixdə anadan olmuş Sevda Əzimovanın və 10 fevral 2016-cı il tarixdə anadan olmuş Nəcimə Əzimovanın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 07 sentyabr 2020- ci il tarixli, 2(004)-3784/2020 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında ölkədən getmək hüququ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edildir. Məhkəmə qətnaməsi üzrə alimentə görə Zərərçəkmiş şəxs 26 may 2021-ci il tarixədək borclu olduğu 2400,00 manat məbləğində puldan 1200,00 manat məbləğində ödəniş etdiyini və qeyd edilən tarixədək 1200,00 manat alimentə görə pul borcu qaldığını, aliment borcunu vaxtında tam olaraq ödəməməyinə səbəb bir müddət işsiz olduğunu və keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki azyaşlı uşağı ilə onunla görüşə icazə verməməsi olduğunu bildirmişdir. Hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, buna görə onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2011-ci ilin noyabr ayının 4-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2012-ci ilin iyul ayının 31-də Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 10 avqust 2012-ci il tarixdə Sevda adlı və 10 fevral 2016cı il tarixdə isə Nəcimə adlı iki qız övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2020-ci ilin iyul ayında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2020ci ilin sentyabr ayında aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 22 iyul 2020-ci il tarixdən başlayaraq 10 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 10 fevral 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 07 sentyabr 2020-ci il tarixli, 2(004)-3784/2020 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə ona borclu olduğu məbləğdən məsuliyyətə cəlb edilməsindən ötrü təqdimat verilən tarixədək 1000,00 manat ödəniş etmişdir. Təqdimat verillən tarixdən sonra 26 may 2021-ci il tarixədək məhkəmə qətnaməsi üzrə borclu olduğu 2400,00 manat məbləğində puldan isə 1200,00 manat məbləğində ödəniş etmişdir. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qeyri- rəsmi olaraq Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “Araz” marketlər şəbəkəsinə məxsus mağazanın qarşısında avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqda gözətçi işləyərək qazanc əldə etdiyi üçün alimentə görə borclu olduğu məbləği ödəməyə tam olaraq imkanının olduğunu bildirmişdir. Lakin hazırda təqsirləndirilən şəxs qətnaməni tam icra edərək, borcunu tamamilə ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3784/2020 saylı, 05 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2020-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs 10 avqust 2012-ci il təvəllüdlü X4 və 10 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir üşağa görə hər ay 170,00 manat, cəmi 340,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 07 sentyabr 2020-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar edilməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs hər ay mütamadi olaraq aliment ödənişi etməkdən və yığılmış aliment borcunu ödəməkdən yayındığı üçün o, şöbəyə dəvət olunaraq aliment borcunun tam olaraq ödənilməsi tələb olunmuşdur. Borclu isə öz izahatında müxtəlif bəhanələr göstərərək, yaranmış aliment borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə 500,00 manat inzibati qaydada cərimə edilmişdir. Tələbi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borcun ödənilməsi üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də, borcun ödənilməsi təmin edilməmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə qeydiyyata düşməyi tövsiyə olunsa da, o qərəzli olaraq işsiz kimi qeydiyyata düşməmişdir. Qeyd olunmalıdır ki, icraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən icra dövründə 1000,00 manat ödəniş həyata keçirilmiş və təqdimat verilən 26 may 2021-ci il tarixədək 2400,00 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxsla dəfələrlə fərdi söhbətlər aparılmış, lakin o müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği ödəməkdən yayınmışdır. İş üzrə tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməs:nə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən 26 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM- nin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etmişdir, borcunu tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələb yoxdur. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etmiş, borcunu tam ödəmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 06.08.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, 02.11.2021-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-388/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-388/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver