Məhkəmə qərarları › İş №1(004)-389/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-389/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-389/2025 23.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X3 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun nəvəsi X7 ləğv olunmuş əllilik təqaüdünü bərpa etdirəcəyinə yalan vəd verib inandırıb aldadaraq 2024-cü ilin mart ayının əvvələrində yaşadığı ünvan 2anında Zərərçəkmiş şəxs1 Kamil qızının vasitəsi ilə Zərərçəkmiş şəxs3 məxsus 1100 manat pulu alıb, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1.100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun xəstəliyi ilə əlaqədar müddətsiz təqaüd düzəldəcəyi adı ilə yalan vəd verib inandırıb aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 oktyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 500 manat, 24 oktyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 1.500 manat, 25 noyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 6.200 manat, 07 dekabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 1.500 manat, 12 aprel 2024-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 700 manat, 05 avqust 2024-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs1 600 manat pulu alıb, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 11.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncuya xəstəlik ilə əlaqədar müddətsiz təqaüd düzəldəcəyi adı ilə yalan vəd verib inandırıb aldadaraq 17 oktyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 500 manat, 24 oktyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 1.500 manat, 25 noyabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 6.200 manat, 07 dekabr 2023-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 1.500 manat, 12 aprel 2024-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 700 manat, 05 avqust 2024-cü il tarixdə ünvan 2anında Zərərçəkmiş şəxs2 600 manat pulu alıb, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 11.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Rəxşəndəni o, Rəşidə kimi çağırır. Rəşidə və Məzahir birlikdə ayrı-ayrı şəxslərə pensiya düzəldilməsi işi ilə məşğul olmuşdur. Dəqiq xatırlamadığı tarixdə o Rəxşandənin tapşırığı ilə 13-14 nəfər şəxsin kəsilmiş pensiyalarının bərpası ilə əlaqədar olan təxminən 14.000- 15.000 manat məbləğində pulu sonuncudan alaraq Şahid7 sürücüsünə vermişdir. O, hər dəfə sənəd və pulları verən zaman 20 manat olmaqla, ümumilikdə təxminən 240 manat xeyir əldə etmişdir. Onun Zərərçəkmiş şəxs2 bu işlə əlaqədar sənəd və ya pul almamış, bütün göstərişləri və pulu Rəşidədən almışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 tanımır, həmin şəxslə görüşməmiş və danışmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilən səs yazılarında olan səslər ona məxsusdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onların uzaq qohumudur. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə Mehribanın yaşadığı evdə sonuncu ilə söhbət edərkən xəstəliklə əlaqədar təqaüdə çıxmaq istədiyini demiş, Mehriban 11.000 manat pulun müqabilində 10 ay müddətində onun üçün müddətsiz xəstəlik təqaüdü düzəldəcəyinə söz vermişdir. Bu məqsədlə o, dəqiq xatırlamadığı tarixdə Mehribana əlbə-əl 500 manat, 1.500 manat, 6.200 manat, 1500 manat, 700 və 600 manat olmaqla ümumilikdə 11.000 manat pul vermiş, lakin sonradan Mehriban ona verdiyi vədlərə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Mehriban ondan aldığı pulu qaytarmamışdır. Bundan başqa Mehriban həyat yoldaşı Rəxşəndən da eyni məqsədlə 11.000 manat pul alaraq Rəxşəndəyə qarşı da dələduzluq etmişdir. Son olaraq ona dəymiş 11000 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini və ona vurulmuş maddi zərər ödənilmədiyi halda onun azadlıqdan məhrumətmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun adı Rəxşəndə olsa da tanışları ona Rəşidə kimi müraciət edirlər. Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs ona özünün Dövlət Sosial Müdafiə Fondundu işlədiyini bildirmiş, həmçinin polis orqanlarına, eləcə də Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsi ilə bağlı sosial şəbəkədə paylaşımlar etmişdir. Təqsirləndirilən şəxs ondan pensiya düzəltməsi üçün adam göndərməyini xahiş etmiş, o isə bununla razılaşmayaraq onun yalnız özü üçün ömürlük pensiya düzəltməsini Mehribandan xahiş etmişdir. Mehriban da onun özü üçün 10 ay müddətinə 11000 manat ödəniş etməklə ömürlük pensiya düzəldəcəyinə söz vermişdir. Bu məqsədlə o, Mehribanın yaşadığı mənzilində sonuncuya hissə-hissə olmaqla ümumilikdə 11.000 manat pul vermişdir. Sonradan o, Mehribanın qohumlarından sonuncunun tutulduğunu eşitmiş, lakin araşdıran zaman Mehribanın tutulmadığı ona məlum olmuşdur. Mehriban ona verdiyi vədlərə əməl etməyərək ona qarşı dələduzluq etmiş, Mehriban ondan başqa həyat yoldaşı Zərərçəkmiş şəxs2 da eyni məqsədlə 11.000 manat pul alaraq Zərərçəkmiş şəxs2 qarşı da dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs onun 10600 manat məbləğində pulunu qaytarmış, 400 manat pulu isə qaytarılmamış olaraq qalmışdır. Son olaraq ona dəymiş 11.000 manat məbləğində zərərdən qalıq qalmış 400 manat məbləğinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini və ona vurulmuyş maddi zərər ödənilmədiyi halda onun azadlıqdan məhrumətmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin mart ayının əvvəllərində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tanış olmuşdur. Bundan bir müddət sonra onun ürək qüsurlu nəvəsi X9 əlillik təqaüdünün bərpa edilməsi məqsədilə həmin Xəstəxanada bacısı Şahid5 iştirakı ilə Rəxşəndəyə 4.000 manat pul vermişdir. Həmin vaxt Rəxşəndə onun nəvəsi Ayanın əlillik təqaüdünün təxminən 2024-cü ilin sentyabr ayında bərpa etdirəcəyini bildirmişdir. 2024-cü ilin avqust ayında Rəxşəndə ona Təqsirləndirilən şəxs nömrəsini verərək pulun məbləği barədə Təqsirləndirilən şəxs ilə danışmasını bildirmişdir. O, Mehribana zəng edərək ondan verdiyi pulu soruşduqda, Mehriban Rəxşəndənin ona 1.000 manat pul verdiyini, qalan 3.000 manat Rəxşəndədə olduğunu və pulunu Rəxşəndədən almasını bildirmiş, eləcə də Rəxşəndəyə işin alınmadığını deməsini tapşırmışdır. O, Rəxşəndə ilə telefonla danışdıqdan sonra növbəti günlərdə özündə olan 3.000 manat puldan ona 2900 (iki min doqquz yüz) manat pulu geri qaytarmış, qalan 1100 manatı Mehribanda olduğunu bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq Mehribanla əlaqə saxlamış, hətta Mehriban ondan əlavə 700-800 nəfər şəxsin də sənədlərinin özündə olduğunu ona telefon danışığı zamanı etiraf etmişdir. Mehriban hər dəfə ona bir az da gözləməsini bildirərək vaxtı uzatmış və verdiyi vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Mehribanla aralarında olan telefon danışıqlarının səs yazılarını istintaq orqanına təqdim etmişdir. Son olaraq ona dəymiş 1100 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini və ona vurulmuş maddi zərər ödənilmədiyi halda onun azadlıqdan məhrumətmə cəzasına məhkum edilməsinin məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. Zərərçəkmiş şəxs1 dəqiq xatırlamadığı tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təsadüfən tanımışdır. Bacısı İzamənin ürək qüsurlu nəvəsi X13 bir yaşında ürək əməliyyatı olunduğundan Ayana əlillik təqaüdü verilsə də, sonradan həmin təqaüdün ödənilməsi dayandırılmışdır. Həmin ərəfədə bacısı nəvəsini M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb gətirən zaman Rəxşəndə ilə tanış olmuşdur. Rəxşəndə ilə söhbətlərin birində bacısı nəvəsi Ayana verilən pensiyanın ləğv edilməsi barədə danışmış, Rəxşəndə Ayana 4.000 manat pulun müqabilində əlillik təqaüdü bərpa etdirə biləcəyini bildirmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə bacısı İzamə onun iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 33 ünvanında yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 1-ci mərtəbəsinin dəhlizində Rəxşəndə ilə görüşüb sonuncuya əlillik təqaüdünün bərpa edilməsi məqsədilə 4.000 manat pulu vermişdir. Hazırda bacısı İzamə tərəfindən verilən puldan 2900 manat geri qaytarılsa da, qalan 1100 manat pul qaytarılmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun qayınanası, X13 onun qızıdır. Onun qızı Ayan Bəşirli bir yaşında ürək əməliyyatı olunduğundan dövlət tərəfindən tərəfindən Ayana əlillik təqaüdü verilirmiş, lakin sonradan əlillik təqaüdü ləğv edilmişdir. Qayınanası İzamə onun qızı Ayanın xəstəliyi ilə əlaqədar Respublika Klinik Xəstəxanasında Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və Rəxşəndə qızı Ayana 4.000 manat pulun müqabilində əlillik təqaüdü bərpa etdirə biləcəyini demişdir. Bundan sonra qayınanası İzamə Rəxşəndəyə əlillik təqaüdünün bərpa edilməsi məqsədilə 4.000 manat pul vermişdir. Rəxşəndə 4.000 manat puldan 2.900 manat pulu qayınanası İzaməyə qaytarmış, qalan 1.100 manat pulun Təqsirləndirilən şəxs olmasını demişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə X5 görmüşdür. Mehriban ilə qızı Ayanının əlillik təqaüdünün bərpa olunması məsələsi ilə bağlı 1.000 manat məbləğində pul aldığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, pensiya işi ilə bağlı hər hansı şəxsə pul verməmişdir. Zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs pul verilməsi barədə məlumatım yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Məzahirin Mehriban adlı şəxslə əlaqəsi barədə məlumatı yoxdur, həmçinin pensiya işi ilə bağlı hər hansı şəxsə müraciət etməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır. Pensiya işi ilə bağlı heç bir şəxsə müraciət etməmiş və hər-hansı bir məbləğdə pul verməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Onun sürücüsü və işçisi olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 133-135-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, X15 onun nişanlısıdır, Təqsirləndirilən şəxs Zaurun anasıdır, X11 isə Zaurun atasıdır, 2024-cü ilin yay aylarında o, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına bir neçə dəfə gedib gəldiyi vaxtı Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 və sonuncunun yanında X1 gəlib getməsinin şahidi olmuş, lakin onların aralarında nə kimi danışıqlar olmasını eşitməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 və X6 Abbasovaya hər-hansı məbləğdə pul verməsinin şahidi olmamışdır, belə ki, o, onların Mehribanın yaşadığı evə qonaq gəlmələrini görsə də hətta aralarında nə kimi danışıqlar olmasını belə eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskə baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 araşdırma müddətində təqdim etdiyi 01 ədəd «DVD» formatlı diskə baxış keçirilərkən içərisində «WhatsApp Audio 2024-12-04 at 14.48.45», «WhatsApp Audio 2024-12-04 at 14.48.46 (1)», «WhatsApp Audio 2024-12-04 at 14.48.46 (2)», «WhatsApp Audio 2024-12-04 at 14.48.46», «WhatsApp Audio 2024-12-04 at 14.48.47 (1)», «WhatsApp Audio 2024-12-04 at 14.48.47 (2)», «WhatsApp Audio 2024-12-04 at 14.48.47», «WhatsApp Audio 2024-12-04 at 14.48.48 (1)», «WhatsApp Audio 2024-12-04 at 14.48.48 (2)», «WhatsApp Audio 2024-12-04 at 14.48.48» və «WhatsApp Audio 2024- 12-04 at 14.48.49» adlı 11 ədəd səs yazısının olması müəyyən edilir. «WhatsApp Audio 2024-12-04 at 14.48.45» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Bir də bu ayın 13-nə qədər, yəni ayın 13-nə qədər bütün pensiyaları zadı hamısını, sıfırdan da endiriblər, sıfırdan 1.500-ə endirilib, bərpanı 700 manata, istəyən olsa belə deyin. Ama yəni bu ay üçün ha. Bu ayın 13-nə qədər, elə helə deyiblər. 13-dən sonra qaldıracaqlar. Həmdəki, qiymətlərindən də həkim artım eliyəcək». «WhatsApp Audio 2024-12-04 at 14.48.46 (1)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Telefonda ancaq onlarla üstü örtülü danışırıq. Aama 2-ci, 5-ci günləri rahat bir yerdə oturub rahat söhbət eliyirik». «WhatsApp Audio 2024-12-04 at 14.48.46 (2)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Birdə şeydi kim, qazi veteran istəsə ev, indi 3 otaqlılarla 4 otaqların qeydiyyatı gedir. Bir otaqla iki otaqların qeydiyyatı bitdi. İndi də bu gündən 1-ci günündən 3 otaqla 4 otağın qeydiyyatı gedir. Yəni kim istəsə mənə deyin də, müraciət eləsin. Salım adlarını qeydiyyata. Birdə ki, 11-ci sinif uşaqları imtahan verire, imtahan verəndə bal topalıyıllar, balda kəsiri olanlar, İdman Akademiyasına istəyən olsa mənə desin. 11-ci sinif.» «WhatsApp Audio 2024-12-04 at 14.48.46» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Adam da çox olduğundan başım itir. Hamısının adını dəyişik salıram. Bax bayaq mənə dedi ki, onda Vidadinin göndərişini vermişəm. Mən elə bilirəm sizin göndərişinizdi. Sizin də adınızı səhv saldım. Elə bilirəm sizin göndərişinizdi. Mən də Rəşidəyə deyirəm Məzahirin göndərişi verilib, sonra gəlirəm evdə ona zəng eliyirəm ki, Məzahirin göndərişini verdin də bu gün. Deyir yoxe, Vidadini vermişəm. Deyirəm bəs mən camahata ümid verdim ki, Məzahirin göndərişidi. Sonra təzdən Rəşidəni yığmışam ki, bacı səhv demişəm, Məzahirin yox, Vidadinin göndərişidi, Ona görə bax belənçi vəsiqə olmayanda huşumda qalmır, ağlımda qalmır». «WhatsApp Audio 2024-12-04 at 14.48.47 (1)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Yox kartdan atanda o çeki telefonda belə saxlaya bilmiroəm, ama aparatdan aparıb ötürəndə onu özümdə çeki saxlıyıram özümdə, şəklini çəkib atıram həmin adama, çeki də yığıram özüm də saxlayıram. Ona görə siz həmişə elə bil karta atmırsız mənə həmin dəqiqə gedib çıxardıram. Atıram onu karta, çekləri saxlayıram. Telefonumda saxlaya bilmirəm. Çünki bəzən elə olur ki, sənəd çox olur, silinir gedir, yaddaş məndə azdı, telefonumun yaddaşı silinir. Bəzən də tapa bilmirəm, o sənədlərin arasında belə. Ona görə çekin atıb saxlayıram özümdə». «WhatsApp Audio 2024-12-04 at 14.48.47 (2)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Hə bir də o qadının əgər varsa, qadının da vəsiqəsini atarsız da mənə, çünki adam çoxdu məndə, yəni çox adam varda. Gedirəm orda qalıram, yadımnan çıxır, kimi soruşmaq lazımdı, kimi soruşmayım, ama vəsiqə daim məndə olanda belə rahatam da girib birbaşa vəsiqəni göstərim ki, bir dənə sistemdə vur görək hə çıxır, nəyi var, nəyi yox onu öyrənim». «WhatsApp Audio 2024-12-04 at 14.48.47» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Mən elə bil kartdan karta ötürmürəm də. Çıxardıb sonra atıram kim, onun çekini çıxarıb özündə saxlayıram. Telefonda saxlamaq olmur. Bəzən silinir, çekini çıxardıram elə. Aparatdan ötürüb özümdə saxlayıram». «WhatsApp Audio 2024-12-04 at 14.48.48 (1)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Belə amma, yəni 6 ay müddətinə, 5 ay, 6 ay müddətinə 3.500-ə eliyirlər. Bu bərpadı, bu heç. Ama belə deyir kim eləsə, elə istəsə ki, tez düzəlsin 3.500-ə, 5 ay, 6 ay, yəni bu aylara çəkmək üçün, 1 il çəkməsin də. 3.500-ə istəsə vallah deyir, yəni elə kim istəsə o formada eləsin. Yəni 5 aya, 6 aya kartı götürsün, hazır vəziyyətdə 3500. Amma belə gözləsə dedi, yəni 10 ay, 11 ay gözləmək üçün yəni bilirsiz də, onun qiymətini. Yəni bu da ki, bərpadı deyir, sıfırdan deyil, yəni bu bərpadı. Bərpanı da deyir biz yatmağı lazımdı, çünki deyir sənədlər özününküdü. Var deyir bu sənədlər. Biz buna deyir başqa əlavə xəstəlik eliyə bilmərik. Biz siftədən hamısı xəstəliklə deyir çıxıbsa biz də deyir onu o xəstəliklə çıxartmalıyıq. Ona görə deyir bu sıfırdan başlasaq o, başqa deyir. Bilərik ki, özümüz yazmışıq, özümüzün əlindən çıxıb, bunu deyir araşdırarlar, görərlər ki, yəni mən başqa xəstəliklə bunu çıxarıram, yəni onda deyir, mənə pis olar. Ona görə də məcbur da olsa yatmaq istəyirsə yatızdıraq da deyir. Ama yatmaq istəmirsə may ayını gözləsin, 3 gün yatar qalanını biz əlavə edərik». «WhatsApp Audio 2024-12-04 at 14.48.48 (2)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Salam, hərvaxtınız xeyir, biz sabah komissiyada olacağıq. Bizim 2-ci, 5-ci günləridi, komissiya günlərimiz. Biz həkimlərlə yığılırıq bir yerə komissiya günü, komissiyanın özündə həll eliyirik məsələni. Bir də sabah Allah qoysa orda həll eliyib sizə deyəcəm. Mən çünki belə, telefonla həkimlə danışmıram axı, nəsə cavab alam deyəcəm sizə». «WhatsApp Audio 2024-12-04 at 14.48.48» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Əgər kimsə belə istəyəndə, yəni desə ki mən tez istəyirəm, tez istəmək üçün 3.500, yəni 5 ay – 6 aya başa gəlmək üçün 3.500-dü. Ama belə 2.500-dü. Ama bu yanvardan sonra deyir onu da qaldıracaqlar. O biri həkim gəlir yenə, başqa həkimlərin əlinə düşəndə bilirsiz ki, yəni ilbəil qaldırırlar. Ama hələ ki, 2.500-dü. Ama kim istəsə ki, mənimki tez düzəlsin, yəni 5-6 aya tez düzəlsin kartımı götürüm. Hə onda 3.500-ə eliyir». «WhatsApp Audio 2024-12-04 at 14.48.49» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Həkim öz telefonu ilə heç kim danışmır, mənim nömrəmlə dedim danışılacaq. 5-ci gün komissiya günü. Mənim telefonumla danışılacaq, həkim öz telefonu ilə heç kimlə danışmır, heç mənlə də telefonla danışmır, nə sözümüz var, üzbə-üz danışırıq». Odur ki, Zərərçəkmiş şəxs2 araşdırma müddətində təqdim etdiyi 01 ədəd «DVD-R» formatlı disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 18-20) “İfadənin yerində yoxlanması haqqında” 02 fevral 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 8 saylı yaşayış binasının 3 saylı mənzilində Təqsirləndirilən şəxs pulları verməsini qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı 02 ədəd foto şəkil çəkilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 40) “İfadənin yerində yoxlanması haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 8 saylı yaşayış binasının 3 saylı mənzilində Təqsirləndirilən şəxs pulları verməsini qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı 02 ədəd foto şəkil çəkilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 52) “Vurulmuş ziyanın ödənilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ödənilməsi üçün Təqsirləndirilən şəxs bacısı X2 təqdim etdiyi 10.600 manat pul götürülmüşdür. (i.v. 97) “İfadənin yerində yoxlanması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 33 ünvanında yerləşən Akademik M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasında Zərərçəkmiş şəxs1 pulları verməsini qeyd etmişdir. İfadənin yerində yoxlanılması zamanı 02 ədəd foto şəkil çəkilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 192-193) 16 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demişdir. (i.v. 218- 222) “Diskə baxış keçirilməsi haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 01 ədəd «CD-R» formatlı diskə baxış keçirilərkən Həmin diskin içərisində 03 ədəd «PTT-20241204-WA0083», «PTT-20241204-WA0084» və «PTT-20241225-WA0042» adlı faylların «opus» formatlı faylların olması müəyyən edilir. «PTT-20241204-WA0083» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Ayanın vəsiqəsin gələn həftənin 3-cü günü gəl məndən apar. Çünki o vəsiqə sizə lazım olacaq». «PTT-20241204-WA0084» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Ayanın sənədləri də məndədi, götürmüşəm. Çünki daha o sənədləri veriblər mənə. Onları da siz məndən götürərsiz. Vəsiqəni də. Vəsiqə mütləq lazım olacaq. O karta hazı olanda gedib götürürsüz ha, bax onda lazım olacaq». «PTT-20241225-WA0042» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Təqsirləndirilən şəxs aid olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: -«Nə vaxt düzəlməz get hə onda şikayətivi elə. Düzəlməz dediyim kimi, get hara deyirsən de. Fakt vaxtıvı gözləməlisən də». Odur ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 01 ədəd «CD-R» formatlı disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 226) 16 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 270- 274) “Götürmə haqqında” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 22 vərəqdən ibarət xx.xx.2014-cü il təvəllüdlü X7 adına olan xəstəlik sənədləri cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən sonuncudan götürülmüşdür. (i.v. 279) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, mobil operatorlardan daxil olmuş iki ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 302-319) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni heç kəsə təqaüd düzəltmək barədə söz verməməsi yalnız Zərərçəkmiş şəxs1 ilə Şahid7 arasında vasitəçilik etməsi və hər bir əməliyyatdan 20 manat gəlir əldə etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, səs yazılarının, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkarar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 59) “Axtarışda olan şəxsin tutulması barədə” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:40 dəqiqədə tutulmuşdur. (i.v. 68) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 4(004)-202/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. (i.v. 120-126) “Qətimkan tədbiri seçilməsi barədə” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 127-128) Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məvburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu BDUnin 8 saylı yataqxanasında məskunlaşıb. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hazırda Təqsirləndirilən şəxs haqqında rəsmi olaraq ərizə və şikayət daxil olmamışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə tutulmuşdur. (i.v. 237) “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmişdir. (i.v. 262-265) Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək 02 (iki) gün, 13 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün olmaqla həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxsnun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır (CM-52-1). Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübutlar – iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək 02 (iki) gün, 13 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək 02 (iki) gün, olmaqla cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmənin iclaslarında iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar