Məhkəmə qərarları › İş №1(004)-39/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-39/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-39/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 nümayəndəsi X6, tərcüməçi X8, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X20 küçəsi, dalan 2, ev 2 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi, Quşçular məhəlləsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələri ilə, xx xxxxxxx 1998-ci il tarixdə Laçın rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmamış, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş və təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və binaya qanunsuz daxil olub oğurluq etmişdir Digər Təqsirləndirilən şəxs2 təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən R.Rza, Xəqani və Qoqol küçələrinin kəsişməsində yerləşən “Xəqani” istirahət parkında Şahid3la əvvəlcədən aralarında olan olan razılaşmaya görə Şahid3 zərərçəkmişşəxs Zərərçəkmiş şəxs7 Taleh qızının diqqtəini yayındırdıqdan sonra o, skamyanın üzərindən Zərərçəkmiş şəxs7 məxsus üzərində 5 manat dəyərində 070 831 98 76 Azerfon mobil opreratoruna aid mobil nömrə olan 600 manat dəyərində “X22-8 Lite” markalı mobil telefon aparatını, cəmi 605 manat dəyərində əmlakını açıq olaraq talayıb hadisə yerindən qaçaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs6 kirayə yaşadığı ünvan 4 dalan 3, 2A saylı ünvanda yerləşən mənzilin giriş qapısının qıfılının içliyini açar-seçmə yolu ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs6 məxsus mənzilin 1-ci yataq otağında olan dolabın rəflindən 50 manat dəyərində olan «Tissot» markalı və 150 manat dəyərində olan «Naviforce» markalı kişi qol saatlarını, masanın üstündən 1 ədəd 2000 manat dəyərində olan 1 metr 20 sm dioqonallı «Vestel» markalı «LCD» tipli televizoru və həmin otaqğın qapısında asılqandan asılmış 100 manat dəyərində olan parçadan tikilmiş kişi gödəkçəsini, cəmi 2300 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs10 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasının giriş qapısının kilidini özündə olan açarla açaraq binaya qanunsuz olaraq daxil olub mağazadan 120 manat nəğd pulu, hər birinin dəyəri 100 manat olan 10 ədəd qadın ətirini, hər birinin dəyəri 150 manat olan 20 dəst qadın alt paltarını, hər birinin dəyəri 80 manat olan 10 ədəd qadın pul qabını, hər birinin dəyəri 50 manat olan iki ədəd qadın papağını, dəyəri 400 manat olan bir ədəd “Apple” markalı planşeti, üzərində 3 manat dəyərində qabı və 50 manat dəyərində “Azercell” mobil operatoruna aid 050 999 01 06 mobil nömrə və hesabında 5 manat pul vəsaiti olan 300 manat dəyərində “İphone 6S” markalı mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmişşəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 5778 manat olmaqla xeyli midarda maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” şirkətin ofisinin giriş qapısının kilidini özündə olan açarla açaraq binaya qanunsuz olaraq daxil olub ofisdən 2500 manat dəyərində “Samsung” markalı plazma televizoru, 1500 manat dəyərində “Dell” markalı noutbuku, 900 manat dəyərində “Dell” markalı noutbuku, 500 manat dəyərində kofe aparatını, hər birinin qiyməti 440 manat olan 03 ədəd “Sospiro” markalı ətiri və 10 manat dəyərində noutbuk çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 6730 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Şahid7 məxsus ünvan 7 ünvanda yerləşən iki mərtəbədən ibarət yaşayış binasının dəmir qapısının kilidini açarseçmə yolu ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan 130 manat dəyərində Rusiya istehsalı olan direli, ümumilikdə 234 manat dəyəri olan Rusiya və Almaniya isthsallı 2 ədəd direli, 450 manat dəyərində 1 ədəd Almaniya istehsalı olan açar dəstini, 400 manat dəyərində kustar üsulla hazırlanmış nərd taxtanı, 90 manat dəyərində elektron qəlyanı, 250 manat dəyərində 2TR-lıq yaddaş tutumlu “Hard” disk olmaqla, cəmi zərərçəkmiş şəxs Şahid7 məxsus 1554 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti iləözgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs9 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 8 “B” ünvanında yerləşən “Xəzinə” çay evinin giriş qapısının kilidini özündə olan açarla açaraq binaya qanunsuz olaraq daxil olub çay evindən hər birinin qiyməti 80 manat olmaqla ümumi dəyəri 560 manat olan 7 ədəd misir qəlyanını, hər birinin qiyməti 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd səsgücləndiricini, 1 ədəd 25 manat dəyərindəmikrofonu, 1 ədəd 15 manat dəyərində “Samsung” markalı televizorun pultunu, 1 ədəd 15 manat dəyərində “Green” markalı kondisonerin pultunu, hər bir qutunun qiyməti 27 manat olmaqla ümumi dəyəri 81 manat olan 3 qutu “Gixon” markalı tütünü, hər bir qutunun qiyməti 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 qutu limonlu kömürü, 1 ədəd 40 manat dəyərində “Nokia E 71” markalı mobil telefon aparatını və 1 ədəd 10 manat dəyərində jalyüz açarı olmaqla Zərərçəkmiş şəxs9 məxsus cəmi 956 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-cu il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi 15 nömrəli evin giriş qapısını özündə olan açarla açıb yaşayış yerinə qanunsuz daxil olub evdən üzərində 6 manat dəyərində olan “Bakcell” mobil operatoruna məxsus 055 928 65 78 cin mobil nömrəsi və 6 manat dəyərində “Azərcell” mobil operatoruna məxsus 050 390 69 81 sim mobil nörməsi olmaqla hesabında 20 manat manat pul vəsaiti olan 300 manat dəyərində “Samsung C2” markalı mobil telefon aparatını, Zərərçəkmiş şəxs3 əri Rüfət İsmayılova məxsus şalvarın cibindən 30 manat nəğd pulu, 585 əyarlı 7 qram çəkidə 560 manat dəyərində olan 1 cüt qızıl sırğanı, 585 əyarlı 9 qram çəkidə 590 manat dəyərində olan qızıl üzüyü, 925 əyarlı 5,70 qram çəkidə 40 manat dəyərində olan gümüşüzüyü və 925 əyarlı 2 qram çəkidə 30 manat dəyərində olan gümüş üzük olmaqla Zərərçəkmiş şəxs3 məxsus cəmi 1582 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 05:12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Espresso club Azərbaycan” kofe avadanlıqlarının satıldığı mağazanın giriş qapısını kilidini əvvəlcədən aralarında olan razılaşmaya əsasən özündə olan açarla açadıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz olaraq daxil olub mağazadan zərərçəkmişşəxs Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 3000 manat dəyərində “Dell İnspiron 5000” markalı noutbuku, 1 ədəd 550 manat dəyərində “Canon EOS 4000 D kit 18-55” markalı fotoaparatı, 1 ədəd 18,99 manat dəyərində “SD Car Ultra SDHC32 GB 48 MB/s CL10” markalı fotoaparatın yaddaş kartını, hər birinin dəyəri 1 manat olan 1000 ədəd olmaqla 1000 manat dəyərində kofe kapsullarını, hər birinin qiyməti 0,50 qəpik olan 21 ədəd olmaqla 10 manat 50 qəpik dəyərində “Rotfront” şokoladını, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 30 manat dəyərində saç fenini, 1 ədəd 720 manat dəyərində “Samsung Galaxy 10.1” markalı planşeti, 1 ədəd 25 manat dəyərində köynəyi, Zərərçəkmiş şəxs1 məxsus 100 manat dəyərində gödəkçəni və 100 manat dəyərində elektron qəlyanıümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 4579,49 manat, Zərərçəkmiş şəxs5 775 manat və Zərərçəkmiş şəxs1 200 manat maddi ziyan vurmaqla “Espresso club Azərbaycan” kofe avadanlıqlarının satıldığı mağazadan vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 5554,49 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birlərəşək xx xxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 10 ünvanda yerləşən yaşayış sahəsinə bitişik olan və sonuncunun icarəəsasında işlətdiyi “ANT” adlı marketin plastikdən olan qapısının kilidini açaraq binaya qanunsuz daxil olaraq oradan üzərində 50 manat dəyərində “Azercel” mobil operatoruna aid ***-***- **-** sim mobil nömrəsi ilə istifadə olunan 3000 manat dəyərində **********70378 və **********83247 imei kodlu, Çində istehsal edilmiş 64 GB yaddaş tutumlu, “A2160 (11Pro) modelli, "İphone”markalı, üzərində hər birinin qiyməti 05 manat olmaqla 10 manat dəyərində ***-***-**-**“ Azercell” mobil operatoruna və ***-***-**-** “Azerfon” mobil operatoruna aid 2 qoşa nömrələrlə istifadə olunan 600 manat dəyərində **********03481 və **********03489 imei kodlu "Samsunq-A40" markalı mobil telefon aparatlarını, içərisində 1 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini, yaşayış sahəsi, market və soyuduculara aid 10 manat dəyərində 6 ədəd topa şəklində açarı, marketin vitrinindəki plasmas pul qabında saxlanılan 8 manatdan ibarət qəpik pullar olmaqla zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 3694 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-cu il tarixdə saat 22:00 radələrində ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus “Dəniz Diş” klinkasının giriş qapısınıözündə olan açarla açıb binanaya qanunsuz daxil olub klinikadan 70 manat dəyərində dəmir seyfi, üzərində “DFL articaine 100” markalanma nişanı olan hər birinin qiyməti 10 manat olan 5 ədəd konvalyut olmaqla ümumilikdə 50 manat dəyərində stamatoloji dərman preparatını, tibbi ləvazimat olan 50 manat dəyərində alt çənə sümüyünün modelini, “Dentalux” markalanma nişanı olan 10 manat dəyərində tibbi kəvazimatı, “Medidenta” markalanma nişanı olan 200 manat dəyərində tibbi ləvazimatı və 550 manat dəyərində “HP” markalı “13-c010ns” modelli noutbuk olmaqla Zərərçəkmiş şəxs8 məxsus 930 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 05:12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarəəsasında işlətdiyi “Espresso club Azərbaycan” kofe avadanlıqlarının satıldığı mağazanın giriş qapısını kilidini əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 özündə olan açarla açadıqdan sonra onunla birlikdə binaya qanunsuz olaraq daxil olub mağazadan zərərçəkmişşəxs Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 3000 manat dəyərində “Dell İnspiron 5000” markalı noutbuku, 1 ədəd 550 manat dəyərində “Canon EOS 4000 D kit 18-55” markalı fotoaparatı, 1 ədəd 18,99 manat dəyərində “SD Car Ultra SDHC32 GB 48 MB/s CL10” markalı fotoaparatın yaddaş kartını, hər birinin dəyəri 1 manat olan 1000 ədəd olmaqla 1000 manat dəyərində kofe kapsullarını, hər birinin qiyməti 0,50 qəpik olan 21 ədəd olmaqla 10 manat 50 qəpik dəyərində “Rotfront” şokoladını, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 30 manat dəyərində saç fenini, 1 ədəd 720 manat dəyərində “Samsung Galaxy 10.1” markalı planşeti, 1 ədəd 25 manat dəyərində köynəyi, Zərərçəkmiş şəxs1 məxsus 100 manat dəyərində gödəkçəni və 100 manat dəyərində elektron qəlyanı ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 4579,49 manat, Zərərçəkmiş şəxs5 775 manat və Zərərçəkmiş şəxs1 200 manat maddi ziyan vurmaqla “Espresso club Azərbaycan” kofe avadanlıqlarının satıldığı mağazadan vahid niyyətləəhatə olunan qəsdlə cəmi 5554,49 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birlərəşək xx xxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 12 ünvanda yerləşən yaşayış sahəsinə bitişik olan və sonuncunun icarəəsasında işlətdiyi “ANT” adlı marketin plastikdən olan qapısının kilidini Təqsirləndirilən şəxs1 açdıqdan sonra binaya qanunsuz daxil olaraq oradan üzərində 50 manat dəyərində “Azercel” mobil operatoruna aid ***-***-**-** sim mobil nömrəsi ilə istifadə olunan 3000 manat dəyərində **********70378 və **********83247 imei kodlu, Çində istehsal edilmiş 64 GB yaddaş tutumlu, “A2160 (11Pro) modelli, "İphone”markalı, üzərində hər birinin qiyməti 05 manat olmaqla 10 manat dəyərində ***-***-**-**“ Azercell” mobil operatoruna və ***-***- **-** “Azerfon” mobil operatoruna aid 2 qoşa nömrələrlə istifadə olunan 600 manat dəyərində **********03481 və **********03489 imei kodlu "Samsunq-A40" markalı mobil telefon aparatlarını, içərisində 1 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini, yaşayış sahəsi, market və soyuduculara aid 10 manat dəyərində 6 ədəd topa şəklində açarı, marketin vitrinindəki plasmas pul qabında saxlanılan 8 manatdan ibarət qəpik pullar olmaqla zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 3694 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid3la hər hansı bir cinayəti, yəni soyğunçuluq törətməmişdir. Səbail rayonunda cinayəti o, tək törətmişdir.Məlum olduğu kimi həbs edilənədək o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X20 küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 28 May küçəsi, Quşçular məhəlləsində fərdi həyət evində ailəsi ilə birlikdə yaşamışdır. 2010-cu ildə Gülşən Kərimova ilə ailə qurmuş və himayəsində iki uşağı var. Həyat yoldaşı Sumqayıt yolunda yerləşən kərpic zavodunda işləyir. Əqli və psixi cəhətdən sağlamdır, psixiatrik qeydiyyatda deyil. Əvvəllər cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işi üzrə vermiş olduğu əvvəlki ifadələrini bir daha təsdiq edərək bildirmişdir ki, o, 2019 və 2020-ci illərdə Bakı şəhərinin Səbail, Nəsimi və Yasamal rayonlarının ərazisndə oğurluq etməyə başlamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan” bağında olan zaman Ceyhun adlı tanışını görmüşdür. Parkda gəzərkən skamyanın üzərində adı və soyadı sonradan, yəni polisdə olan zaman ona məlum olan Zərərçəkmiş şəxs7 rəfiqəsi ilə şəkil çəkdirdiyini və kənarda olan skamyanın üzərində iki ədəd mobil telefonun olduğunu görmüşdür. Qızların onu görmədiyini görüb o, skamyada olan “X22-8 Lite” markalı mobil telefonu götürüb qaçmışdır. Ceyhun da həmin vaxt onunla bərabər qaçmışdır. Ancaq Ceyhunun onun skamyanın üstündən telefonu götüməyindən xəbəri olmamışdır. Nəhayət qızlardan uzaqlaşmış və Ceyhun da gəlib ona çatanda Ceyhun ondan nəyə görə qaçdığını soruşduqda Ceyhuna skamyadan telefon götürdüyünü demişdir. Telefon qabında Zərərçəkmiş şəxs7 məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti var idi. Şəxsiyyət vəsiqəsi və tələbə bileti ona lazım deyildi v onları onun oğurlamaq niyyəti olmayıb. Buna görə dəşəxsiyyət vəsiqəsini və tələbə biletini o, Cyehuna vermişdir ki, Ceyhun onları kənarda bir yerə qoysun və sənədləri kimsə görüb sahibinə qayatarar. Ceyhunla daha sonra 28 May küçəsinə gəlmiş və telefondan sim kartıçıxarıb atmışdır. Mağazalardan birinə 5 manat verib telefonun kodunu açdırmış, daha sonra Puşkin küçəsinə gəlib həmin küçədə olan mağazada telefonu Ceyhunun şəxsiyyət vəsiqəsi ilə 150 manata satmışdır. Həmin puldan Ceyhuna heç nə verməmişdir. Ancaq telefonu oğrulamasından Ceyhunun sonradan xəbəri olmuşdur. Telefonu ondan alan oğlanın da telefonun oğurluq olmasından xəbəri olmamışdır. 28 Maya gəlib orada olan kefelərdən birində Ceyhunla yemək yemiş və sonra o, Ceyhundan ayrılmışdır.Bundan başqa xx xxxxxx 2019-cu tarixdə saat 17-18 radələrində ünvan 13 dalan 3, 2A saylı ünvanda, binanın 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısının qıfılının içliyini o, özündə olan açarla açaraq evə girmişdir. Onu həmin vaxt heç kim görməmişdir. Otaqların birində olan servantın rəflərindən «Tissot» markalı və «Naviforce» markalı kişi qol saatlarını, stolun üstündən isə «Vestel» markalı «LCD» tipli televizoru və həmin otağın qapısından asılmış parçadan olan gödəkçəni götürüb evdən çıxmışdır. «Naviforce» markalı kişi qol saatını dostu Aydına saxlamağa, televizoru və digər əşyalarıisətanımadığı adamlara vermişdir. Aydının saatın oğurluq omasından xəbəri olmamışdır. Həmçinin xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasının giriş qapısının kilidini özündə olan açarla açaraq mağazaya daxil olub mağazadan qadın ətirlərini, qadın alt paltarlarını, pul qablarını, qadın papaqlarını, bir ədəd “Apple” markalı planşeti və “İphone 6S” markalı mobil telefon aparatını oğurlamışdır. Paltarları və digər əşyaları sellofan torbalara yığmış və bir gün sonra Kubinka deyilən yerdə paltarları, ətirləri, papaqları, pul qablarını tanımadığı adamlara satmışdır. Telefonu 100 manata, planşeti isə 80 manata tanımadığı oğlanlara Kubinkada satmışdır. xx xxxx 2020-ci il tarixdə narkotik olan tələbatını ödəmək üçün narkotik almalı idi, ancaq buna maddi imkanı yol vermədiyindən o, oğruluq etmək qərarına gəlmişdir. Həmin günü saat 17 radələrində ünvan 6 ünvanında yerləşən və adını istintaq zamanı bildiyi“X23” şirkətinin ofisinin giriş qapısını açmazdan əvvəl qapının zəngini vurmuş, qapını heç kimin açmadığını görüb qapının kilidini özündə olan açarla açaraq ofisə daxil olmuşdur.Ofisdən “Samsung” markalı plazma televizoru, iki ədəd “Dell” markalı noutbuku, kofe aparatını, 03 ədəd ətiri və noutbuk çantasını götürüb ofisdən çıxmışdır.Həmin yerin əvvəlcə mənzil olduğunu düşünsəö dədaha sonra polisdə olan zaman oğurluq etdiyi yerin ofis olduğunu bilmişdir. Oğurladığı əşyaları həmin ərazidə gedən tikintinin yaxınlığında gizlətmiş, əşyaların bir hissəsini Kubinkadan narkotiklə dəyişmişdir. Hər iki noutbuku isə 20 Yanvar metrosunun yaxınlığında Vüsal adlı şəxsə 130 manata satmışdır. Vüsalın hər iki noutbukun oğurluq olmasından xəbəri olmamışdır və o, Vüsala noutbukların özünə məxsus olduğunu demişdir. 2020-ci ilin aprel ayının 4-də səhər saat 04 radələrində o, ünvan 7 ünvanda yerləşən iki mərtəbədən ibarət evdə heç kimin olmadığını görüb qapının kilidini özündə olan açarla açmış və evdə təmir olduğundan yaşayışın olmadığını görmüşdür. Evdən direlləri, açar dəstlərini, nərdtaxtanı, elektron qəlyanı, “Hard”-diski torbaya yığıb evdən çıxmışdır. Bütün əşyaları səhər tezdən “Kubinka” deyilən yerə aparıb satmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 8 “B” ünvanında yerləşən “Xəzinə” çay evinin giriş qapısının kilidini özündə olan açarla açaraq çay evinə daxil olmuşdur.Çay evində olan kabinetləri, yəni otaqları axtarmağa başlamışdır. Çay evindən 7 ədəd qəlyan aparatını və iki ədəd səsgücləndiricini götürüb oradan çıxıb tanışı Aydının yaşadığı evə gəlmişdir. Həmin günü Aydının evində qalmışdır. Aydına qəlyan aparatlarının və iki ədəd səsgücləndiricinin özünə məxsus olduğunu, onları satmaq üçün müştəri axtardığını demişdir. Aydının həmin əşayaların oğruluq olmasından xəbəri olmamışdır. xx xxxxx 2020-cu il tarixdə saat 02:30 radələrində Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi 15 nömrəli evin giriş qapısını özündə olan açarla açıb evə girmişdir. Evdən “Samsung C2” markalı mobil telefon aparatını, şalvarın cibindən 30 manat pulu, bir cüt qızıl sırğanı, qızıl üzüyü, iki ədəd gümüşüzüyü oğurlayıb evdən çıxmışdır. Evdə olan zaman onu heç kim görməmişdir. “Mərkəzi” univermağın qarşısında qızıl sırğanı 240 manata başqa bir tanımadığı oğlana, qızıl üzüyü isə 400 manata tanımadığı başqa bir oğlana sənədsiz satmışdır. Oğlanların qızılların oğurluq olmasından xəbərləri olmamış və qızılların özünə məxsus olduğunu onlara demişdir. Mobil telefonu isə qorxduğu üçün atmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 04 radələrində “Qış” parkında olan zaman Təqsirləndirilən şəxs2 onu görüb ona yaxınlaşmış və ondan çəkmək üçün siqaret istəmişdir. Buna qədər o, Elçini tanımamışdır. Elçin ondan pul istəikdə Elçinə o, 1 manat vermişdir. Elçini söhbətə tutmuş, ona oğurluq edib pul qazanmağı, qazanılan pulu isə yarı bölməyi təklif etdikdə Elçin onun təklifi ilə razılaşmışdır. Bundan sonra Elçin və o, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə piyada getmişlər. Həmin vaxt Elçinin əynində cins şalvar, qara rəngli ayaqqabı, boz rəngli parça materialdan gödəçkə və ağzında isə ağ rəngli maska, onun özünün əynində isə qara rəngli dəri materialdan gödəkçə, qara rəngli çeçenka papaq, qara rəngli şalvar, ağzında isə ağ rəngli maska olmuşdur. Saat 05:10 radələrində onlar Azərbaycan prospektində yerləşən “Espresso club” kofe avadanlıqlarının satıldığı mağazaya yaxınlaşmışlar. Mağazanın qabaq və sol yan tərəfi, giriş qapısı şüşədən olmaqla mağazanın qapısı içəridən bağlanmışdır. O, həmin qapılara yaxınlaşıb baxmış, sonra hər ikisi mağazanın yerləşdiyi beş mərtəbəli binanın arxa tərəfinə getmişdir. Arxa tərəfə gəldikdən sonra görmüşlər ki, mağazanın arxa tərəfində dəmirdən giriş qapısı var. O, Elçinə ətrafa göz gəzdirib baxmağı, adam olduğu halda ona xəbər verməsini dedikdən sonra Elçin kənara çəkilib ətrafa göz gəzdirmişdir.O, cibindən topa halda olan açarları çıxartmış və açarları bir-bir qapıya salıb qaıpını açıb açmadığını yoxlamışdır. Açarlardan biri nəhayət qapını açmış və qapı açıldıqdan sonra o,özündə olan alışqanın fənərini yandırıb mağazaya girmişdir. Onun arxasınca isə Elçin mağazaya girmişdir. O, mağazanın işığını yandırdıqda mağazada çoxlu avadanlıqların olduğunu görmüşdür. Elçin həmin otaqdan noutbuku və planşeti götürüb ağ rəngli torbaya qoymuş, sonra onlar dəhlizi və mətbəxi axtarmağa başlamışlar, orada olan şkafların siyirtmələrində, daha sonra zala keçib pul axtarsalar da tapa bilməmişlər. Həmin otaqda kassa aparatının qoyulduğu mebelin siyirtməsindən çoxlu kofe kapsulları və şokolad qutularını görüb 2-ci bir ağ rəngli sellofan torbaya qoymuşlar. Mağazaya aid açarları stolun üstündən götürüb torbaya qoymuş və sonra Elçinlə birlikdə zirzəmiyə düşmüşdür. Zirzəmidə çoxlu kofe aparatları, şkafda bir dəst üstü yazılı olan qolu qısa köynək var idi. Elçin köynəyi özünə götürmüşdür. Sonra mağazadan gödəkcəni, fotoaparatı və onun yaddaş kartını, saç fenini götürüb torbaya qoymuşdur. Mağazadan çıxıb “Qış” parkına tərəf getmişlər və parkda olan zaman Elçinlə oğurladığı əşyaları iki yerə bölmüşlər. Noutbuku, planşeti və qısaqol köynəyi Elçin götürmüşdür. Elektron siqareti, kofe vəşokolad qutularını, açarları, gödəkcəni, fotoaparatı və yaddaş karıtını isə onun özü götürmüşdür. Şokoladların bir hissəsini özü yemişdir. Əşyaları o, Yasamalda yaşayan dostu Şahid6 evinə qoymuş və o, əşyaların özünə məxsus olduğunu Aydına demişdir.Fotoaparatı və yaddaş kartını tanımadığı oğlana 60 manata satmışdır. O, zibillikdən 3 ədəd qəlyan dəstini və səsgücləndiricini tapdığını demişdir. Lakin onları isə “Xəzinə” çay evindən oğurlamışdır. Həmin əşyaları da Aydının evinə qoymuşdur. Həmin günü, yəni xx xxxxx 2020-ci il tarixdə saat 06 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə ünvan 10 ünvanda yerləşən və yaşayış evinə bitişik olan “ANT” adlı marketin plastik qapı kilidini özündə olan açarla açıb içəri keçmişdir.Ondan sonra isə Elçin marketə girmişdir. Elçinə yazığı gəldiyindən sonuncu ifadələrində Elçinin həmin marketdən onunla birlikdə oğurluq etmədiyini demişdir. İfadəsinin yerində yoxlanılması zamanı o, hər şeyi olduğu kimi danışmışdır. Həmçinin həmin oğurluq faktı üzrə araşdırma aparan X9 vermiş olduğu ifadəsi də düzgündür və həqiqətən “ANT” marketdən oğurluğu Təqsirləndirilən şəxs2la birlikdə etmişdir. Marketə daxil olduqdan sonra marketdə olan otağın pənərəsindən əlini salıb "İphone”markalı telefonu, sonra isə kassanın yanından "Samsunq-A40" markalı mobil telefonu götürmüşdür. Marketin vitrinindəki plasmas pul qabında saxlanılan 8 manata yaxın qəpik pulları götürüb mağazadan çıxmışdır. “Samsung A40” markalı telefonu Təqsirləndirilən şəxs2 vermişdir. “İphone” markalı telefon isə onda qalmışdır. Həmin “İphone” markalı telefonu polis əməkdaşları Aydından götürmüşlər. “Samsung” markal telefonu isə Təqsirləndirilən şəxs2 nə etdiyini bilmir. xx xxxxx 2020-cu il tarixdə saat 22 radələrində ünvan 11 ünvanında yerləşən “Dəniz Diş” klinkasının giriş qapısını özündə olan açarla açıb klinikaya daxil olmuşdur. Klinikadan dəmir seyfi, pratez dişi, “HP” markalı noutbuku oğurlayıb klinikadan çıxmışdır. Seyfin qapısını daşla sınıdırıb açsa da içərisində pul və qiymətli əşyaların olmadığını görüb seyfi zibilxanaya atmışdır. Noutbuku isə aparıb dostu Aydının evinə qoymuşdur. Aydına noutbukun özünə məxsus olduğunu və gəlib aparacağını demişdir. Bu oğurluğu tək törətmişdir. Elçinin və Aydının oğurluq etməyindən xəbərləri olmayıb.Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi 15 nömrəli evdən oğurluq edən zaman ev qaranlıq idi və onun kimisə, yaxud da kiminsə onu görməsi qeyri mümkün idi. Onun əlində bıçaq olmayıb və heç kimə qarşı hədə qorxu gəlməmişdir. O, evin qaranlıq olduğunu və heç kimin onu görmədiyinəəmin olduqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən ikisinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək o, Bakı şəhəri, Qaradağ rayonu,“Qobu Park” yaşayış massivi, ev 14, mənzil 61-də yaşamış və heç bir yerdə işləməmişdir. Əqli və psixi cəhətdən sağlamdır, heç bir psixiatrik qeydiyyatda deyil. Əvvəllər cinayət törətdiyinə görə o, cinayət məsiyyətinə cəlb edilmişdir. xx xxxxx 2020-ci il tarixdə gecə vaxtı o, Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzirmiş, səhər açılan kimi isə yaşadığı evə getmək fikrində olmuşdur. “Qış” istirahət parkının yaxınlığında gəzərkən Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşmış və Emindən çəkmək üçün siqaret istəmişdir. Buna qədər o, Emini tanımamış və onu birinci dəfə idi ki, görmüşdür. Ac olduğu üçün Emindən yemək almağa pulunun olub olmadığını soruşmuş, bu vaxt Emin ona bir manat vermişdir. Emin ona oğurluq edib pul qazanmağı, qazanılan pulu isə yarı bölməyi təklif etdikdə o, Eminin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Eminlə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə hərəkət etməyə başlamışlar. Həmin vaxt onun əynində cins şalvar, qara rəngli ayaqqabı, boz rəngli parça materialdan gödəçkə və ağzında isə ağ rəngli maska olmuşdur. Onun saçı həmin günü uzun və üzü isə tüklü idi. Eminin əynində isə qara rəngli dəri materialdan gödəkçə, qara rəngli çeçenka papaq, qara rəngli şalvar, ağzında isə ağ rəngli maska var idi. Artıq ayın tarixi xx xxxxx 2020-ci il saat 05:10 radələri olardı, Eminlə Azərbaycan prospektində yerləşən “Espresso club” kofe avadanlıqlarının satıldığı mağazaya yaxınlaşmışlar. Mağazanın qabaq və sol yan tərəfi, giriş qapısı da şüşədən idi. Mağazanın qapısı içəridən bağlanmışdır. Emin həmin qapılara yaxınlaşıb baxdıqdan sonra mağazanın yerləşdiyi beş mərtəbəli binanın arxa tərəfinə birlikdə getmişlər. Arxa tərəfə gəldikdən sonra mağazanın arxa tərəfində dəmirdən giriş qapısının olduğunu görmüşlər. Emin ona ətrafa göz gəzdirib baxmağı, adam olduğu halda ona xəbər verməyi dedikdən sonra o, bir qədər kənara çəkilib ətrafa nəzər yetirmiş, Emin isə cibindən topa halda olan açarları çıxartmış və açarları bir-bir qapıya salıb qaıpını açıb amadığını yoxlamışdır. Emində olan açarlardan biri nəhayət qapını açmışdır. Qapı açıldıqdan sonra Emin özündə olan alışqanın fənərini yandırıb mağaya girmiş və o, da Eminin arxasınca mağazaya keçmişdir. Emin mağazanın işığını yandırdıqda mağazada çoxlu avadanlıqların olduğunu görmüşdür. Həmin otaqdan notbuku və planşeti götürüb ağ rəngli torbaya qoymuşlar. Sonra dəhliz və mətbəxi axtarmağa başalamışlar, orada olan şkafların siyirtmələrində heç nə tapa bilməmişlər. Daha sonra zala keçib pul axtarsalar da tapa bilməmişlər. Həmin otaqda kassa aparatının qoyulduğu mebelin siyirtməsindən çoxlu kofe kapsulları və şokolad qutularını görüb 2-ci bir ağ rəngli sellofan torbaya qoymuşlar. Emin topa açarları stolun üstündən götürüb torbaya qoymuş və sonra onlar birlikdə zirzəmiyə düşmüşlər. Zirzəmidə çoxlu kofe aparatları, şkafda bir dəst üstü yazılı olan qolu qısa köynək var idi. O, köynəyi götürmüşdür.Həmin köynəyi o, polisdə olan zaman təhvil vermişdir.Emin fotoaparat və yaddaş kartını, həmçinin gödəkçəni götürmüşdür. Papaq götürməyi barədə əvvəlki ifadələrində səhv qeyd etmişdir. Mağazadan çıxıb “Qış”parkına tərəf getmişlər və parkda olan zaman Eminlə oğurladığı əşyaları iki yerə bölmüşlər. Notbuku, planşeti və qısaqol köynəyi o götürmüşdür. Yerdə qalan əşyaları isə Emin özünə götürmüşdür. O, notbuku və planşeti “Nizami” metrostansiyasının yaxınlığında yerləşən kompyuter və telefon mağazasında 135 manata satmışdır və satan zaman heç bir sənəd təqdim etməmişdir. Həmin şəxsə satan zaman əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Oğlanın notbukun və planşetin oğurluq olmasından xəbəri olmamışdır. 135 manat pulu o, öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, heç bir oğurluqda iştirak etməmişdir. X9 ifadə verən zaman, həmçinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirovun adına yazmış olduğu ərizədə “ANT” marketdən oğurluq etməsi barədə dediklərini Eminə kömək olsun deyə demişdir. Həmin ərizə və ifadəsində göstərdikləri düzgün deyil və bunun nəzərə alınmasını xahiş etmişdir. Həmin cinayəti Emin özü tək törətmişdir. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin qismən etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, İsrail dövlətində anadan olmuş, həmin dövlətdə orta təhsil almaqla yanaşı ali təhsilini də tikinti mühəndis ixtisası üzrəİsrail dövlətində almış, ingilis və israil dilində sərbəst yazır və oxuya bilir. O, ifadəsini ingilis dilində sərbəst bilən tərcüməçinin iştirakı ilə alınmasını xahiş etmişdir. Bakı şəhərinə o, xx xxxxxxx 2018-ci il tarixdə gəlmiş və Azərbaycana gəldikdən sonra azərbaycanlı qızla ailə qurmuş və hazırda Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ev 71, mənzil 8-də ailəsi ilə birlikdə yaşayır. xx xxxxxxx 2018-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında icarəyə yer götürüb “X13” Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla kofe avadanlıqları mağazası kimi həmin yeri işlədir. Mağazada onun özü müdir kimi fəaliyyət göstərir və mağazanın 9 nəfər işçisi vardır. Mağaza bazar günündən başqa səhər saat 10dan axşam saat 20-dək işləyir. Mağazda onun İtaliyadan sifariş əsasında gətizdirdiyi kofe kapsulları, kofe aparatları və kofe aksessuarları satılır. Zərərçəkmiş şəxs5 onun işçisidir. O, Azərbaycan dilində bilmədiyi üçün Nurani öz adından şikayət ərizəsini yazmışdır. Mağazanın üç giriş qapısı var, qapılardan ikisi mağazanın qabaq hissəsində, qapının biri isə mağazanın arxa hissəsindədir, qapıların açarları isə mağazada kassanın yanında olur. Onlar mağazaya arxa qapıdan girib çıxırlar və həmin qapının iki ədəd açarı vardır. Açarlardan biri inzibatçı Sevildə, digəri isə xadiməçi Gülnarədə olmuşdur. Hazırda davam edən karantin rejimi ilə bağlı o, işçilərin növbəyə gəlməsini təmin etmək üçün həmin açarı satıcı Kamrana vermişdir ki, aparıb 2 nüsxəsini də çıxarıb gətirsin. Kamran xx xxxx 2020ci il tarixdə açarı aparıb “Mərkəzi Univermağın” yaxınlığında 2 sutərini çıxardıqdan sonra qayıdıb gəlmişdir. Bununla da arxa qapının 4 ədəd açarı olmuşdur. Qapının 2 ədəd açarından bir ədədini o, satış meneceri Murad Quliyevə, 1 ədədini isə mühasib işləyən Sona xanıma vermişdir. xx xxxx 2020-ci ildən işçilər işəçıxmırlar.Yalnız sifarişləri internet vasitəsilə alıb bir neçə sifariş toplandıqdan sonra satış meneceri Murad Quliyev və sürücü Zərərçəkmiş şəxs5 gələrək mağazanı açıb sifarişləri ünvana çatdırmışlar. Nəğd pul oduqda pullar ona çatdırılmış, nəğdsiz hesab olduqda isə ödənişlər bank hesabına köçürülür. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində onun işçisi Murad və sürücü Nurani sifarişləri aparıb çatdırmaq üçün mağazaya gəlmişdir. Murad özündə olan açarla arxa qapının kilidini açmaq istədikdə kilidin özəyinin boş fırlandığını, qapının isə açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Muraddan az sonra Nurani də gəlmiş və onlar mağazadan oğurluq olduğunu aşkar etikdən sonra Murad ona zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra onun özü mağazaya gəlmiş, Nurani isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, mağazadan ona məxsus 3000 manat dəyərində “Dell İnspiron 5000” markalı notbuk, 1 ədəd 550 manat dəyərində “Canon EOS 4000 D kit 18-55” markalı fotoaparat, 1 ədəd 18,99 manata dəyərində “SD Car Ultra SDHC32 GB 48 MB/s CL10” markalı fotoaparatın yaddaş kartı, 1 ədədinin dəyəri 1 manat olan 1000 ədəd 1000 manat dəyərində kofe kapsulaları, hər birinin qiyməti 50 qəpik olan 21 ədəd “Rotfront” şokoladını, Nuraniyə məxsus bir ədəd 30 manat dəyərində saç feni, 720 manat dəyərində “Samsung Galaxy 10.1” planşeti, Kamrana məxsus 100 manat dəyərində gödəkçə, 1 ədəd 100 manat dəyərində elektron qəlyanı oğurlanıb. Bununla da mağazaya 5543 mana 98 qəpik maddi ziyan dəymişdir. Oğrular mağazadan topa açarları da oğurlamışdır. Mağazaya ümumilikdə 10 ədəd kamera quraşdırlımış və kamera görüntüləri onun mobil telefonuna yönləndirilmişdir. Həmin görüntülərə baxan zaman o, görmüşdür ki, xx xxxxx 2020-ci il tarixdə saat 05:07 radələrində iki nəfər şəxs mağazanın araxa qapısına yaxınlaşır, saat 05:10-da isə mağazanın qapısını açıb mağazaya daxil olurlar və saat 5:53-də isə həmin şəxslər əllərində torbalarla mağazadan çıxırlar. Onun özünə isə ümumilikdə 4573 manat 98 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki,ailəsi ilə birlikdə yaşayır və ailəsi ondan, həyat yoldaşı X2, qızı X1 ibarətdir. Qızı Tubuxanım ailəli olduğundan onlardan ayrı yaşayır. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 02:30 radələrində yaşadığı Təbriz Xəlilbəyli küçəsi ev 15-də yatan zaman evdən müxtəlif səslərin gəldiyini eşidib həmin səsə oyanmışdır. Həmin vaxt onun həyat yoldaşı yataq otağında, onun özü isə 3 yaşlı nəvəsi Fatimə ilə birlikdə qonaq otağında divanda yatmışdır. O, düşünmüşdür ki, yoldaşı Rüfət yuxundan oyanmış və buna görə də Rüfəti səslədikdə ona naməlum səslə kimsə cavab vermişdir. Həmin səsin yoldaşına aid olmadığını və başqa bir adamın evə girdiyini başa düşmüşdür. O, divanda oturmuş və qorxusundan səsini çıxartmamışdır. Həmin şəxs çöl qapısına tərəf getdikdə o, da qapıya tərəf getmiş və həmin şəxsi arxadan görmüşdür. Həmin şəxsin əynində qara rəngli gödəkçə olmuşdur. Daha sonra o, evə nəzər yetirdikdə evdən 300 manat dəyərində ona məxsus olan “Samsung J2” markalı mobil telefonun, yataq otağının giriş qapsından olan asılqandan asılmış həyat yoldaşı Rüfətə məxsus şalvar və gödəkçəsinin cibindən 30 manat pulun, 585 əyarlı 7 qram çəkidə olan 560 manat dəyərində 1 cüt sırğanın, 585 əyarlı 9 qram çəkidə olan 590 manat dəyərində üzüyün, 925 əyarlı 3 qram çəkidə olan 40 manat dəyərində gümüşüzüyün, 925 əyarlı 2 qram çəkidə olan 30 manat dəyərində üzüyün oğurlandığını aşkar etmişdir. Telefonun üstündə hər birinin qiyməti 6 manat olan 055 928 65 78 və 050 390 69 81 nömrələri olmuşdur. 050 390 69 81 mobil sim nömrənin hesabında 14 manat, 055 928 65 78 mobil cin nömrənin hesabında isə 2 manat olmuşdur. İşüzrə təyin edilmiş məhkəmə fizki kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/604 -9/1026 nömrəli rəyində göstərilən və ona məxsus olan üzüyün qiymətinin 34 manat olması ilə razı deyildir. Çünki həmin 925 əyarlı 5,70 qram çəkidə olan üzüyün qiyməti 40 manatdır. İlkin ifadəsində o, üzüyün çəkisinin 3 qram olmasını səhvən qeyd etmişdir. Evindən oğurluq edən şəxs, yəni istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs1 onu gördüyünü bilməmişdir və Eminin özü evdən çıxıb getmişdir. Eminin əlində bıçağın olduğunu dəqiq görməmişdir. Çünki Eminin əlində alışqanın da olduğunu ehtimal edir. Ona qarşı Təqsirləndirilən şəxs1 bıçaqıla, yaxud da bıçaqsız heç bir hədə qorxu gəlməmişdir. Emin onu görə bilməzdi, çünki o, Emindən gizlənmişdir ki, Emin onu görə bilməsin. Evdən alışqan və siqaret oğurlanmayıb,ərizəsində bu barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xx xxxx 1993-cü ildə Astara rayonunda anadan olmuş, subay olmaqla orta təhsillidir. Heç bir ruhi əsəb xəstəlikləri keçirməmişdir. Fərdi əməklə məşğul olur. Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olsa da Bakı şəhərində işlədiyi üçün Yasamal rayonu, Əlövsət Quliyev küçəsi ev 13, dalan 3, mənzil 2 “A” ünvanında kirayə yaşayır. Kirayə yaşadığı həmin mənzil 2 mərtəbəlidir, qarşısında balaca həyəti olduğu üçün həmin həyətin girişində dəmir qapı var və qapı üzərinə quraşdırılmış “Vaz” tipli qıfılla bağlanır. Hal-hazırda həmin mənzilin 1-ci mərtəbəsində olan otaqlarda yaşayış yoxdur, onun yaşadığı otaqlar mənzilin 2-ci mərtəbəsində yerləşir.Həyətə daxil olduqda 2-ci mərtəbəyə qalxmaq üçün pilləkən var və həmin pilləkənlərin baş hissəsində yaşadığı otaqların iki taylı giriş qapısı vardır. Qapının üzərində heç bir qıfıl yoxdur və buna görə də yalnız ümumi həyətin giriş hissəsində olan “Vaz” tipli qıfılı bağlamaq mənzilə girib çıxmaq olur. 2-ci mərtəbədə onun yaşadığı mənzildə sol tərəfdə balkon, sağ tərəfdə mətbəx, giriş qapısı ilə üzbəüz yataq otağı, həmin otağın da sağ tərəfində digər yataq otağı yerləşir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08:00 radələrində o, mənzildən həyətdə olan dəmir qapını bağlayıb iş yerinə getmişdir. Həmin günü saat 22 radələrində o, evə qayıtmış, özündə olan açarla qapını açmaq istədikdə qıfıla aid açarın qıfılın içliyində fırlandığını və qapını bir qədər itələdikdə qapının açıq olduğunu görmüşdür. Bundan sonra 2-ci mərtəbəyə yaşadığı mənzilə qalxmış, yataq otağında olan çarpayı dəstlərinin dağınıq vəziyyətdə olmasını, masanın üstündən kreditə almış olduğu 2000 manat dəyərində 1 metr 20 sm diaqanallı “LCD” markalı televizorun, şüşəli servantın rəfindən 50 manat dəyərində olan “Tissot” markalı və 150 manat dəyərində “Naviforce” markalı kişi qol saatlarının və 100 manat dəyərində parçadan tikilmiş gödəkçənin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, saat 22:30 radələrində DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində olan 2300 manat maddi ziyan dəymişdir. Məhkəmə fizki kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/704 - 9/1195 nömrəli rəyi ilə razı deyil, çünki ona məxsus olan “Naviforce” kişi qol saatının qiyməti 30 manat yox, 150 manatdır. Odur ki, həmin saatın qiymətinin 150 manat olduğu nəzərə alınmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində o, rəfiqəsi və bir qrupda oxuduğu Şahid1 ilə şəhərin mərkəzində görüşüb “Malakan” bağına getmişlər. Həmin bağa gələn zaman artıq saat 17:30 radələri olmuşdur. Onlar orada skamyaların birində əylıəşib söhbət etmişlər və sonra o, özünə məxsus “Xiaomi Mi 8 Lite” markalı mobil telefon aparatını və əl çantasını skamyanın üzərinə qoyub skamyadan durmuşdur ki, Fidan parkda onun şəkilini çəksin. O, skamyanın yanında arxası skamyaya tərəf, Fidan isə ondan 5-6 metr aralıda üzü ona tərəf dayanmışdır. O, Fidanın telefonu ilə Fidanın şəkilini çəkməyə başlamışdır. Bu zaman onların arasında arıq bədən quruluşlu orta boylu, əynində boz rəngli jaket və başına kapuşon taxılmış, 20-25 yaşlarında oğlan keçmiş və onların arasından keçdiyinə görə onlardan üzür istəmişdir. Oğlan onlardan “Xəqani” ticarət mərkəzinə tərəf 20-30 metr hərəkət etdikdən sonra Fidan ona həmin oğlan onların arasından keçən anda başqa bir oğlanın onun əşyalarını qoyduğu skamyadan nəyisə götürdüyü təəssüratını onda yaratdığı üçün Fidan ona əşyalarını yoxlamağı demişdir. O, geriyə çönüb skamyaya baxan zaman Fidanın ikinci telefonunun skamyanın üstündə olduğunu görsə də özünə məxsus telefonun isə skamyada olmadığını görmüşdür. Bu zaman o, düşünmüşdür ki, həmin oğlan gizlin olaraq onun telefonunu götürmüşdür. Oğlanların getdikləri istiqamətə tərəf o, baxanda oğlanların birləşib qaçdıqlarını görmüşdür.Onlar oğlanların arxasınca qaçmağa başladıqda oğlanlar onların görünüş dairəsindən itmişlər. Bundan sonra Fidan öz mobil telefonu ilə 102 xidmətinə zəng etmişdir. Mobil telefonun üzərində 070 831 98 76 olmuşdur və nömrənin qiyməti 5 manat, telefonun qiyməti isə 600 manatdır. Telefon qabının içərisində ona məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti də olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə kimsə ona məxsus şəxsiyyət vəsiqəsini və tələbə biletini dənizkənarı parkda tapıb mühafizə xidmətinin əməkdaşına vermiş, daha sonra isə o, həmin mühafizəçi ilə görüşüb sənədlərini mühafizəçidən almışdır. İşüzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 422 nömrəli rəyində mobil telefonun qiymətinə görə göstərilmiş 480 manatla razı deyildir. Çünki mobil telefonu o, 600 manata almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 nümayəndəsi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 ailəsi ilə birlikdə yaşayır və sonuncu ünvan 14 ünvanında yerləşən “Diş Klinikası”nı işlədir. Klinika hər gün saat 09:00-dan fəaliyyətə başlayır və saat 19:00-da klinika bağlanır. Zərərçəkmiş şəxs8 xx xxxxx 2020-ci il tarixdə səhər saat 09:00-da klinikadan oğurluq olması barədə məlumat almışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs8 məlum olmuşdur ki, klinakdan ona məxsus olan 550 manat dəyərində “HP” markalı notbuk, 70 manat dəyərində içərisi boş olan seyf, üzərində “DFL articaine 100” yazıları olan 5 konvalyut stamotoloji dərman preparatı hər konvalyuta 10 ədəd olmaqla 50 manat dəyərində 5 konvalyut, 1 ədəd 50 manat dəyərində alt çənə sümüyüüçün model, 10 manat dəyərində “Dentalux” markalı tibbi ləvazimat, 200 manat dəyərində “Medidenta” markalı tibbi ləvazimatlar oğurlanmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs8 930 manat maddi ziyan dəymişdir. işüzrə təyin edilmiş məhkəmə fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/604 -9/1026 nömrəli rəyində göstərilən və sonuncuya məxsus olan “HP” markalı “13-c010ns” modelli notbukun qiymətinin 300,0 manat olması ilə razı deyildir. Çünki həmin “HP” markalı“13-c010ns” modelli notbukun qiyməti 550 manatdır. Odur ki, həmin notbukun qiymətinin 550 manat olduğu nəzərə alınmalıdır. Daha sonra Zərərçəkmiş şəxs8 nümayəndəsi C.R.Hacıyeva məhkəməyə ərizə təqdim edərək onlara vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini və sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, ünvan 15 ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, ev 7, mənzil 60 ünvanında yaşayır. O, rəsmi olaraq “Uesal Compani” şirkətində satış müdiri işləyir. Bundan başqa o, icarə müqaviəsi əsasında ünvan 8 “B” ünvanında yerləşən “Xəmsə” adlı çay evini işlədir.Onun işlətdiyi çay evi bir zaldan və beş kabinetdən ibarətdir. Çay evinin içərisində 9 ədəd stol və stul, 4 ədəd televizor və “Playstation 3” oyun aparatı, bir ədəd soyuducu, qəlyan apartları və iki ədəd səsgücləndirici vardır. Çay evinin ön və arxa tərəfdən girişi vardır. Ön tərəfdə olan qapı jalüzlə bağlanır, arxa qapı isə dəmirdən olmaqla seyf tiplidir. Ölkədə mövcud olan hadisə ilə bağlı, yəni virusla əlaqədar olaraq o, xx xxxx 2020-ci il tarixdən çay evini bağlamışdır. Lakin buna baxmayaraq həftədə bir dəfə çay evinə gələrək suyu və işığı yoxladıqdan sonra çıxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:45 radələrində çay evinə nazərət etmək üçün gəldikdə arxa qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Çay evinə baxan zaman 7 ədəd qəlyan aparatının və 2 ədəd səsgücləndiricinin oğurlandığını aşkar etmişdir. Daha sonra o, bu barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə məlumat vermişdir. İlkin ifadəsində o, 7 ədəd qəlyan aparatının və səsgücləndiricilərin oğurlandığını demişdir. Sonradan müəyyn etmişdir ki, çay evində hər birinin qiyməti 5 manat olan 2 qutu qəlyan üçün olan limonlu kömür, 50 manat olan mikrofon, 40 manat dəyərində “Nokia E 71” markalı mobil telefon oğurlanmışdır. 7 ədəd qəlyan aparatının hər birinin qiyməti 100 manatdır. İki ədəd səsgücləndiricinin hər birinin qiyməti isə 100 manatdır. Oğurluq zamanı ona 1000 manat maddi ziyan dəymişdir. İşüzrə təyin edilmiş məhkəmə fizki kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/604 -9/1026 nömrəli rəyində göstərilən qiymətlərlə razı deyildir. “Xəzinə” çay evindən hər biri 80 manat olmaqla ümumi dəyəri 560 manat olan 7 ədəd misir qəlyanı, hər biri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd səsgücləndirici, 1 ədəd 25 manat dəyərində mikrofon, 1 ədəd 15 manat dəyərindəsamsung markalı televizorun pultu, 1 ədəd 15 manat dəyərində “Green” markalı kondisonerinin pultu, hər qutusu 27 manat olmaqla 81 manat dəyərində 3 qutu “Gixon” markalı tütü, hər qutusu 5 manat olmaqla 10 manat olan 2 qutu limonlu kömür, 1 ədəd 40 manat dəyərində Nokia E 71 markalı mobil telefon, 1 ədəd 10 manat dəyərində jalyüz açarı, yəni pultu oğurlanmışdır. Ümumilikdə ona 956 manat maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini və sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin noyabr ayından Nəsimi rayunu, Əlövsət Quliyev küçəsi 128 ünvanda olan binanın altında yerləşən “Girl Secrets” mağazasını icarə əsasında işlədir.Həmin mağazada qadınlara aid müxtəlif növdə və xaricdə istehsal olunan mallar satılmışdır. İlk gündən mağazada satıcı işləyən Ayşən Məmmədovaya o, 400 manat zəhmət haqqı ödəmişdir. xx xxxxxx 2020-ci il tarixdən Ayşən öz xoşluğu ilə işdən çıxmışdır. Onun işlədiyi mağaza iki otaqdan ibarətdir. Birinci və əsas otağın girişi Əlövsət Quliyev küçəsinə çıxır. İkinci otaqdan isə o, yardımçı sahə kimi istifadə etmiş və həmçinin anbar kimi saxlamışdır. Əlövsət Quliyev küçəsinə çıxan əsas giriş qapısı şüşəli olmaqla aşağı hissədən qıfıllanır. Bayır tərəfdən dəmirlidir, yuxarıdan aşağıya doğru jalyuz ilə bağlanmış və jalyüz pultdan istifadə olunmaqla bağlanmışdır. Arxa tərəfdə isə ikinci dəmir qapı olmuş və həmin qapının da daxili qızıfı vardır. xx xxxx 2020-ci il tarixdə sat 20 radələrində o, mağazanın qapılarını bağlamış və arxa qapıdan çıxaraq evə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10:20 radələrində o, mağazaya gəlmiş və arxa qapını açmaq üçün özündə olan açarı qapıya salmaq istədikdə qıfılın içərisində sınmış açarın qaldığını görmüşdür. Bundan şübhələndiyi üçün o, qapını itələmiş və müəyyən etmişdir ki, qapı örtülmüş vəziyyətdədir. O, yardımçı otağa keçdikdən sonra əşyaların dağıdıldığını görmüşdür. Buna görə də, oğurluq olduğunu başa düşmüşdür. Daha sonra bayıra çıxaraq polisə zəng vurmuşdur.Polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə salona daxil olmuşdur.İlkin ifadəsində o, oğurluq zamanı dəymiş ziyanı dəqiq müəyyən etmədiyindən bəzi məlumatları düzgün verməmişdir. Hazırda verəcəyi məlumat tam dəqiqdir.Belə ki, həmin günü mağazadan 120 manat pul, hər birinin qiyməti 100 manat olan 10 ədəd qadın ətiri, hər birinin qiyməti 150 manat olan qadın 20 dəst qadın alt paltarı, hər birinin qiyməti 80 manat olan 10 ədəd qadın pul qabı, hər birinin qiyməti 50 manat olan iki ədəd qadın papağı, 400 manat qiyməti olan bir ədəd “Apple” markalı planşet, üzərində 3 manat dəyərində qabı və 50 manat dəyərində “Azercell” mobil operatoruna aid 050 999 01 06 mobil sim nömrəsi, hesabında 5 manat pul vəsaiti olan 300 manat dəyərində “İphone 6S” markalı mobil telefon aparatı oğurlanmışdır. Ona ümumilikdə 5778 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Əslən Sabirabad rayonundan olsa da Bakı şəhərində yaşayır. Əvvəllər ticarətin müxtəlif növləri ilə məşğul olmuşdur. Hazırda “X23” MMC-nin müdiri vəzifəsində işləyir. Həmin MMC 2019-cu ilin may ayında təsis edilmiş və həmin ilin oktyabr ayında fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyəti ölkə ərazisində metal alqı-satqısından ibarətdir. Şirkətin ofisi ünvan 6, mənzil 5-də yerləşir. O, həmin mənzili kirayə olaraq şirkətin ofisi üçün götürmüşdür. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Novruz bayramı ilə əlaqədar olaraq şirkətin ofisinin qapısnı bağlayıb getmişdir. Şirkətin iş rejimi saat 09:00-dan 18:00-dəkdir.Bayram günü olduğuna görə o, bir neçə gün işə gəlməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində ofisə gələn zaman ofisdə oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Həmin oğruluq hadisəsi ofisdə quraşdırılmış müşahidə kameralarına düşmüşdür. Oğurluq hadisəsi xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində baş vermişdir. Ofisdən 2500 manat dəyərində “Samsung” markalı plazma televizor, 1500 manat dəyərində “Dell” markalı notbuk, 900 manat dəyərində “Dell” markalı notbuk, 500 manat dəyərində kofe aparatı, hər birinin dəyəri 440 manat olmaqla 03 ədəd “Sospiro” markalı ətir və 10 manat dəyərində noutbuk çantası oğurlanmışdır. Ona ümumilikdə 6730 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/917 nömrəli rəyi ilə razı deyil. Belə ki ona məxsus olan notbuk çantasının qiyməti 10 manatdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Yasamal rayonu, Azərbaycan prospekti 29-da yerləşən “Espresso Club” kofe avadanlığı mağazasında satıcı menecer işləyir.Mağazanın üç giriş qapısı var, qapılardan ikisi mağazanın qabaq hissəsində, qapının biri isə mağazanın arxa hissəsindədir, qapıların açarları isə mağazada kassanın yanında olur. Onlar mağazaya arxa qapıdan girib çıxırlar və həmin qapının iki ədəd açarı vardır. Yalnız sifarişləri internet vasitəsilə alıb bir neçə sifariş toplandıqdan sonra o, və Nuran mağazaya gələrək mağazanı açıb sifarişləri ünvana çatdırmışlar. Nəğd pul oduqda pullar müdirə çatdırılmış, nəğdsiz hesab olduqda isə ödənişlər bank hesabına köçürülmüşdür. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında o, mağazaya gəlmiş və mağazanın arxa qapısını açmaq istədikdə qapının açıq olduğunu görüb mağazaya daxil olmuşdur. Ondan sonra mağazaya sürucü Nurani gəlmiş və Nuraniyə arxa qapının açıq olduğunu və mağazaya oğurluğa girdiklərini demişdir. Onlar mağazadan oğurluq olduğunu və mağazanın dağıdıldığını görmüşlər.O, müdirə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra müdirin özü mağazaya gəlmişdir. Nurani isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra məlum olmuşdur ki, mağazadan Zərərçəkmiş şəxs4 məxsus 3000 manat dəyərində “Dell İnspiron 5000” markalı notbuk, 1 ədəd 550 manat dəyərində “Canon EOS 4000 D kit 18-55” markalı fotoaparat, 1 ədəd 18,99 manata dəyərində “SD Car Ultra SDHC32 GB 48 MB/s CL10” markalı fotoaparatın yaddaş kartı, 1 ədədinin dəyəri 1 manat olan 1000 ədəd 1000 manat dəyərində kofe kapsulaları, Nuraniyə məxsus bir ədəd 30 manat dəyərində saç feni, 720 manat dəyərində “Samsung Galaxy 10.1” planşeti, yay köynəyi, ona məxsus 100 manat dəyərində gödəkçə və 1 ədəd 100 manat dəyərində elektron qəlyanı oğurlanıb. Ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır.2004-cü ilin avqust ayından o,Yasamal rayonu, Zərgərpalan küçəsi 37 ünvanda yerləşən “Ant” marketi icarə əsasında işlədir. Marketin yerləşdiyi sahəyə bitişik olan bir otaqlı mənzildə oğlu Turla Cəfərovla birlikdə yaşayır. xx xxxxx 2020-ci il tarixdə axşam saat 23:30 radələrində marketi bağlayıb bir otaqlı mənzildə yatmışdır. Onun oğlu Tural isə ayıq sürücü işlədiyinə görə sifariş qəbul etdiyi üçün ayıq qalmış telefonla əlaqə saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində namaz qılmaq üçün oyansa da yorğun olduğundan namaz qıla bilməmiş, oğlu Turalın isə yatdığını görmüşdür.Saat 08:30 radələrində oyandıqdan sonra mağazanın qapısının açıq olduğunu görmüşdür. Bu vaxt o, oğlunun qapını açıb çölə çıxdığını düşünsə də sonrada oğlunun yatdığını görmüşdür. Daha sonra o, taxtadan olan pul qabının marketdən götürülüb yatdıqları otağa atıldığını, içərisində 8 manatdan ibarət qəpik pullar olan narıncı rəngli plasmas qabın vitrindən kompyuter masasının üstünə qoyulduğunu, pulların isə götürüldüyünü görmüşdür. Bunu görüb o, oğlu Turalı yuxudan oyatmışdır.Tural evə və marketə baxdıqda məlum olmuşdur ki, onun oğlu Turalın adına xx xxxx 2020-ci il tarixdə kreditə 3500 manata aldığı, üzərində 50 manat dəyəri olan 051 933 11 11 “Azercell” çirkətinə aid **********703378 və **********3247 imei kodlu “İphone 11 Pro” markalı və xx xxxxxx 2020-ci il tarixdə 600 manata aldığı və üzərində hər birinin dəyəri 5 manat olan 050 763 79 72 və 070 631 32 57 nömrələr olan **********03481 və **********03489 imei kodlu “Samsung A40” markalı mobil telefonların, içərisində 1 manat olan 15 manat dəyərində pul qabının, ümumi dəyəri 10 manat olan 6 ədəd açarın oğurlandığını aşkar etmişdir. Marketin qapısının üzərində hər hansı bir sınıq və əziyin olmadığı üçün içəri daxil olan şəxsin onda şübhə yaratması üçün əsas tapmadığından düşünmüşdür ki, kimsə marketə gələnlərdən, yaxud da yaxınlarından biri telefonu götürməkə zarafat edib. Buna görə də o, həmin günü ərizə ilə Yasamal RPİ-nin 26-cı PBnə gedərək telefonları itirdiyini bildirmişdir. Daha sonra isə xx xxx 2020-ci il tarixdə ətraf ərazidə evlərdən və marketlərdən oğurluq olduğunu eşitdikdən sonra marketdən də oğurluq edildiyinə əmin olub 26-cı PB-nə gələrək yenidən ərizə yazmışdır. Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1505 nömrəli rəyi ilə razı deyil.Belə ki ona məxsus olan telefonun qiyməti 3000 manatdır.Odur ki, telefonun qiymətinin 3000 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. İlkin ifadəsində telefonun 3500 manat olması barədə dedikləri düzgün deyil. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, “Espresso Club” kofe avadanlığı mağazasında sürücü işləyir. Mağazanın üç giriş qapısı var, qapılardan ikisi mağazanın qabaq hissəsində, qapının biri isə mağazanın arxa hissəsindədir, qapıların açarları isə mağazada kassanın yanında olur. Onlar mağazaya arxa qapıdan girib çıxırlar və həmin qapının iki ədəd açarı vardır. Açarlardan biri inzibatçı Sevildə, digəri isə xadiməçi Gülnarədə olmuşdur. Hazırda davam edən karantin rejimi ilə bağlı mağazanı müdiri Tevakol Avad işçilərin növbəyə gəlməsini təmin etmək üçün həmin açarı satıcı Kamrana vermişdir ki, aparıb 2 nüsxəsini də çıxarıb gətirsin. Kamran xx xxxx 2020-ci il tarixdə açarı aparıb “Mərkəzi Univermağın” yaxınlığında 2 sutərini çıxardıqdan sonra qayıdıb gəlmişdir. Bununla da arxa qapının 4 ədəd açarı olmuşdur. Qapının 2 ədəd açarından bir ədədini müdir Murada, 1 ədədini isə mühasib işləyən Sona xanıma vermişdir. xx xxxx 2020-ci ildən işçilər işə çıxmırlar.Yalnız sifarişləri internet vasitəsilə alıb bir neçə sifariş toplandıqdan sonra satış meneceri və o, mağazaya gələrək mağazanı açıb sifarişləri ünvana çatdırmışlar. Nəğd pul oduqda pullar müdirə çatdırılmış, nəğdsiz hesab olduqda isəödənişlər bank hesabına köçürülmüşdür. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, mağazaya gələn zaman mağazanın arxa qapısının açıq olduğunu görüb mağazaya keçmişdir. Murad və o, sifarişləri aparıb çatdırmaq üçün mağazaya gəlmişdir. O, özünə məxsus “Mercedes” markalı avtomobillə mağazanın işlərini görür. Murad ondan əvvəl mağazaya gəlmişdir. Çünki mağazanın açarı onda olmur. Mağazaya gədikdən sonra Murad ona arxa qapının açıq olduğunu və mağazaya oğurluğa girdiklərini demişdir. O, mağazadan oğurluq olduğunu və mağazanın dağıdıldığını görmüşdür. Dəhlizə keçmiş, mətbəxə bazan zaman rəflərin hamısının açıq olduğunu, satış zalına keçdikdən sonra isə ofisin qapısnın bağlı olduğunu görmüşdür. Daha sonra isə zala keçdikdə kassa tərəfdə olan rəflərin də açıq olduğuu görmüşdür. Muradla zirzəmiyə düşdükdən sonra anbarın otaqlarının qapılarının bağlı olduğunu, köhnə kofe hissələrinin qoyulduğu şkafa baxıdqda isə ona məxsus olan köynəyin yerində olmadığını görmüşdür. Murad müdirə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra müdirin özü mağazaya gəlmişdir. O, isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra məlum olmuşdur ki, mağazadan Zərərçəkmiş şəxs4 məxsus 3000 manat dəyərində “Dell İnspiron 5000” markalı notbuk, 1 ədəd 550 manatdəyərində “Canon EOS 4000 D kit 18-55” markalı fotoaparat, 1 ədəd 18,99 manata dəyərində “SD Car Ultra SDHC32 GB 48 MB/s CL10” markalı fotoaparatın yaddaş kartı, 1 ədədinin dəyəri 1 manat olan 1000 ədəd 1000 manat dəyərində kofe kapsulaları, ona məxsus bir ədəd 30 manat dəyərində saç feni, 720 manat dəyərində “Samsung Galaxy 10.1” planşeti, 25 manat dəyərində köynəyi, Kamrana məxsus 100 manat dəyərində gödəkçə, 1 ədəd 100 manat dəyərində elektron qəlyanı oğurlanıb. Bununla da mağazaya 5543 mana 98 qəpik maddi ziyan dəymişdir. Oğrular mağazadan topa açarları da oğurlamışdır. Mağazaya ümumilikdə 10 ədəd kamera quraşdırlımış və kamera görüntüləri mağazanın müdiri Zərərçəkmiş şəxs4 mobil telefonuna yönləndirilmişdir. Həmin görüntülərə baxan zaman müdir görmüşdür ki, xx xxxxx 2020-ci il tarixdə saat 05:07 radələrində iki nəfər şəxs mağazanən araxa qapısına yaxınlşaır, saat 05:10-da isə mağazanın qapısını açıb mağazaya daxil olurlar və saat 5:53-də isə həmin şəxslər ələrində torbalarla mağazadan çıxırlar. Onun özünə 775 manat maddi ziyan dəymişdir. İşüzrə təyin edilmiş məhkəmə fizki kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/604 -9/1026 nömrəli rəyində göstərilən və ona məxsus olan üzərində “JHK TSRA 150” yazıları olan, “M” ölçülü qara rəngli, qısa qol köynəyin qiymətinin 10,0 manat olması ilə o, razı deyildir. Çünki həmin köynəyin qiyməti 25 manatdır. Odur ki, həmin köynəyin qiymətinin 25 manat olduğu nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs Şahid7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır.ünvan 17 ünvanında ikinci mərtbəsi artırılmış, ümumi 4 otaqdan, mətbəx, vanna otağı və balkondan ibarət yaşayış sahəsi vardır. Həmin evdə təmir işləri aparmaq məqsədi ilə müvəqqəti olaraq ailəsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi ev 6”A” ünavana köçərək orada kirayə yaşamalı olmuşdur. Təmir işləri aparılması nəzərdə tutulan mənzildə tutduğu mənzilə təmir-tikintidə istifadə olunan alətləri yığaraq hazırlıq görməyə başlamışdır. Müəyyən işlər gördükdən sonra maddi çətinliyə görə təmirə ara verməli olmuşdur. Onun vaxtı olduğu halda 10 gündən, 20 gündə bir evinə baxmağa getmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. xx xxx 2020-ci il tarixdə saat 21:20 radələrində o, mənzilə baxmaq üçün gəldikdə evin dəmirdən olan əsas giriş qapısının kilidinin açıq olduğunu görüb təəəccüblənmiş, otaqları gəzib baxdıqda evin dağıdılmış vəziyyətdə olduğunu, təmir-tikindi alətlərinin yerində olmadığını və evə naməlum şəxslərin qanunsuz daxil olduqlarını görüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra evə polis əməkdaşları gəlmişdir. Məlum olmuşdur ki, evdən 130 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan direl, ümumilikdə 234 manat dəyəri olan Rusiya və Almaniya isthsallı 2 ədəd direl, 450 manat dəyərində 1 ədəd Almaniya istehsalı olan açar dəstli, 400 manat dəyərində kustar üsulla hazırlanmış nərdtaxta, 90 manat dəyərində 1 ədəd elektron qəlyanı və 250 manat dəyərində 1 ədəd 2TR-lıq yaddaş tutumlu Hard-diski oğurlanıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev küçəsi ev 7, mənzil 19-da anası ilə birlikdə yaşayır, subaydır, ailəli olmayıb vəəvvəllər 5 dəfə cinayət məsuliyyətinə məhkum olunmuşdur. Sonuncu dəfə isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunub və 5 aydır ki, cəzasını çəkməklə azadlığa çıxmışdır. Onun gepatit “S”, spid və başqa xəstəliklıəri olmaqla 2-ci qrup əlildir. Hal hazırda o, rəsmi olaraq heç bir yerdə işləmir və fəhlə işi olduğu zaman fəhlə kimi işləməklə pul qazanır. Narkotik vasitələrdən hərdən istifadə edir.Təqsirləndirilən şəxs1 o, 20 il yaxın olar ki, cəza çəkmə müəssisəsindən tanıyır. Emin əslən Şabran rayonundan olsa da Müşfiqabad qəsəbəsində yaşayır və Emin də onun kimi 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Azadlığa çıxdıqdan sonra onlar bir biri ilə yoldaşlıq etmişlər. Təxminən 2-3 gün bundan əvvəl Emin tək onun yaşadğı evə gəlmiş, yolların bağlı olduğunu, rayona gedə bilmədiyini ona deyib özündə olan əşyaları bir neçə günlüyünə evində saxlamaq istədiyini ondan xahiş etmişdir. Eminə razılıq verdikdən sonra Emin təxminən 4 gün bundan əvvəl 3 dəst qəlyan aparatını, bir ədəd səsgücləndiricini onun yaşadığı evə gətirmiş, ona özünə məxsus olduğunu, karantinlə bağlı obyektin bağlandığını, müvəqqəti olaraq onun evində qalmasını və daha sonra evindən götürəcəyini deyib əşyaları onun evində saxlayıb çıxıb getmişdir. Aradan iki gün keçdikdən sonra Emin yenindən onun evinə iki ədəd torbada olan əşyaları gətriib onun evinə qoymuşdur. Emin xx xxxxx 2020-ci il tarixdə onun evindən çıxıb getmişdir. Emindən o, əşyaları haradan aldığını soruşmamışdır. xx xxxxx 2020-ci il tarixdə onu 26-cı PB-nə dəvət etmişlər və ondan Eminin onun yaşadığı evə hansısa əşyaları gətirib gətirmədiyini soruşmuşlar.Eiminlə o, hər hansı bir oğurluqda iştirak etməmişdir və Eminin onun evinə qoyduğu əşyaların oğurluq olmasından onun xəbəri olmayıb.Bundan başqa onu da bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə o, yaşadığı evdə təmizlik işləri aparan zaman qonaq otağında olan divanın altından bir ədəd “İphone Pro-11” markalı mobil telefoniu tapdıqda həmin telefonun da Emin tərəfindən oğurlanığnı düşünüb 26-cı PB-nə getmiş, PB-dən isə onu Yasamal RPİ-nin İŞ-nə göndərmişlər. Eminin oğurluq etməsindən onun xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və ünvan 18 ünvanın kəsişməsində yerləşən telefon mağazasında işləyir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında şəxsiyyəti sonradan ona Təqsirləndirilən şəxs1 kimi məlum olan bir nəfər mağazaya gəlmiş və özünə məxsus olan “X22-8 Lite” markalı mobil telefonu pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. O, telefonu Emindən alıb baxmış və mobil nömrənin sim kart nömrəsi üstündə olmamaqla kodu açıq olmuşdirur. Eminlə onun arasında olan razılaşmaya görə o, mobil telefonu ondan 150 manata alamağa razılaşmışdır. Emindən şəxsiyyət vəsiqəsini tələb etdikdə Emin ona şəxsiyyət vəsiqəsinin üstündə olmadığını və dostunun şəxsiyyət vəsiqəsi ilə sata bilib bilməyəcəyni ondan soruşduqda o, Eminə demişdir ki, problem deyil. Emin dostu Şahid3 məxsus şəxsiyyət vəsiqəsi ilə telefonu ona 150 manata satmışdır. Daha sonra Səbail rayon Polis İdarəsinin əməkdaşları mağazaya gəlmiş və o, həmin telefonun oğurluq olduğunu bilmişdir. Şahid3 adına olan şəxsiyyət vəsiqəsinin surətini ondan polis əməkdaşı təhvil almışdır. Mobil telefonu tanımadığı bir nəfərə satmışdır. Həmin telefonun cinayət yolu ilə əldə edilməsindən xəbəri olmayıb və o, Eminə hər hansı bir cinayət yolu iləəldə edilmiş əşya olduğu halda ondan alacağına əvvəlcədən vəd verməmiş və buna onun təşəbbüsü belə olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində o, tələbə yoldaşı Zərərçəkmiş şəxs7 iləşəhərin mərkəzində görüşüb “Malakan” bağına gəlmişlər. Orada onlar bağın “Rus Dram” teatrının binasına yaxın olan hissəsində skamyanın birində əyləşib söhbtət etmişlər. O, özünə məxsus ikinci telefonunu, Rəhimə isə özünə məxsus olan çantanı skamyanın üzərinə qoyduqdan sonra onlar hər ikisi ayağa durmuşlar ki, ona məxsus digər telefonla Rəhimə onun şəkilini çəksin. Onun özü skamyaya tərəf, Rəhimə isə arxası skmayaya tərəf dayanmış, daha sonra Rəhimə onun şəkillərini çəkməyə başlamışdır. Bu zaman onların arasından normal bədən quruluşlu, hündür boylu, əyninə boz rəngli gödəkçə geyinmiş və başında kapuşon olan, 20-25 yaşlarında bir oğlan keçmiş və oğlan aralarından keçdiyinə görə onlardan üzr də istəmişdir. Bu anda o, görmüşdür ki, həmin oğlanla bərabər Rəhimənin arxasından da bir nəfər balaca boylu, normal bədən quruluşlu, əynində tündü göy rəngli paltar olan eyni yaşda bir oğlan keçərək asqırmış və asqıran zaman skamyaya tərəf əyilib qalxmışdır. Sonra həmin oğlanlar “Xəqani” ticarət mərkəzinə tərəf cəld addımlarla hərəkətlərini davam etdirmişlər. Rəhimənin arxasından keçən oğlanın asqırıb əyilərkən skamyanın üzərindən nəsə götürdüyünü zənn etdiyi üçün o, Rəhiməyə bu barədə demiş, Rəhiməçönüb skamyaya baxnada telefonunun orada olmadığını demişdir. Onlar belə başa düşmüşlər ki, oğlan telefonu götürüb. Onlar oğlanlar tərəfə baxan zaman artıq oğlanların qaçdığını görmüşlər. Bundan sonra o, öz mobil telefonu ilə polisin 102 ximdətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 28 May 80 “B” ünvanında yerləşən telefon aksessuarlarının satıldığı “Mirtelecom” dükanında telefon ustası işləyir. xx xxxxxx 2019-cu il tarixdə o, işdə olarkən əvvəldən tanıdığı Emin adlışəxsin polis işçiləri ilə birlikdə dükana gəldiyini görmüş və orada olan zaman polis işçilərinin demələrindən sonra ona məlum olmuşdur ki, Eminin ona xx xxxxxx 2019-cu il tarixdə parolunu açmaq üçün verdiyi mobil telefon cinayət yolu iləəldə olunub. Emin bir neçə il bundan əvvəl onun işlədiyi dükanın qarşısındakı küçədə maşınlara nəzarət etməklə məşğul olan zaman Emini tanımış və uzun müddətdir ki, Emini görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 18019 radələrində hava qaralmışdır, Emin onun işlədiyi dükana girmiş və onlar bir-biri ilə hal-əhval tutduqdan sonra Emin özünə məxsus mobil telefon aparatının sensor parolunu yaddan çıxartdığını və parolu açmağı ondan xahiş etmişdir. O, Emini tanıdığıüçün Eminin ona verdiyi “Xiaomi Redmi 8 Lite” markalı mobil telefon aparatının sensor parolunu açıb telefonu Eminə qaytarmış və Emin isəəvəzində ona 10 manat pul vermişdir. Bundan sonra isə Emin çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, aləsi ilə birlikdə yaşayır. Hal-hazırda Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında icarəyə obyekt götürüb mobil teıefonların alqı satqısı ilə məşğul olur. Bu işlə o, təxminən 8 ilə yaxındır ki, məşğuldur. Təqsirləndirilən şəxs1 təxminən 2 ilə yaxındır ki, tanıyır. Emin onun müştərisi olub. Emin 5-6 dəfə onun işlədiyi mağazaya gələrək həm özünə, həm də ailəsinə telefon almışdır. Buna görə də onun Eminlə bir müştəri kimi münasibəti normal olub. xx xxxx 2020-ci il tarixdə saat 14-15 radələrində Emin onun işlədiyi mağazaya gəlmişdir. Həmin vaxt Eminin yanında başqa bir nəfər də olmuşdur. Emin ona həmin şəxsin dostu və adının Vüqar olduğunu ona demişdir. Emin notbukun da dostuna məxsus olduğunu ona bildirmişdir. Vüqar Eminin sözlərini təsdiq etmişdir. Emin iki ədəd notbuk üçün ondan 200 manat istəmişdir. Həmin notbukların hər iki qara rəngdə olmuşdur. Emin vacib pul lazım olduğunu ona demişdir. Daha sonra o, Eminlə 130 manata razılığa gəlmiş və notbukların işlək olub olmadığını yoxladıqdan sonra Eminə 130 manat vermişdir. Həmin vaxt Vüqarın əlində kofe hazırlayan aparat ı olmuşdur vəVüqar aparatın qiymətinin 1000 manat olduğunu demişdir. Sonra Vüqar onun kofe aparatını almadığını görüb çıxıb gemtişdir. Həmin notbukların şəkillərini o, dərhal “Tap.az” saytında yerləşdirmiş və notbukların hər ikisinə 210 manat qiymət qoymuşdur. Elə həmin günü notbukları ondan mağazaya gələn müştəri 170 manata almışdır. Həmin notbukların cinayət yolu ilə əldə edilməsindən onun xəbəri yoxdur. Eminin isə cinayət törətməsini o, polisdə bilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində anadan olmuş və Xırdalan şəhərində 3 saylı orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra o, fəhlə kimi müxtəlif yerlərdə işləməklə gündəlik qazanc əldə etmişdir. Emini o, 28 May metrosunun yanında yerləşən S.Vurğun bağından tanıyır. Emin bağda spirtli içkilərə meyilli olan adamlarla tez-tez vaxt keçirir. Həmin parkda onun özü də tez-tez olduğundan Emini də orada görür. xx xxxxxx 2019-cu il tarixdə o, Eminlə Sahil metrosunun yanında təsadüfən görüşmüş və orada olan marketlərdən birində 250 ml tutumlu araq alıb Eminlə birlikdə içmiş, daha sonra oradan “Malakan” bağına gəlmişlər. Adətən Emin həmin bağda dilənçilik etməklə məşğuldur. Onlar təxminən 10 dəqiqəyə yaxın “Malakan” bağında gəzmişlər və birdən o, Eminin qəflətən Fransa səfirliyinə tərəf qaçdığını görmüşdür. O, bunu görüb Eminin hansısa xəta törətdiyini düşünüb Eminin arxasınca qaçmışdır. Onlar oradan “Anadolu” restoranına tərəf getmişlər. Emin ona “Malakan” bağında hansısa qızın skamyaya qoyduğu telefonu oğurladığını demişdir. Emin qız şəkili olan şəxsiyyət vəsiqəsini və tələbə biletini ona verib zibbilliyə tullamasını demişdir. O, isə düşünmüşdür ki, zibillikdənsə yerə tullasın, kimsə sonradan sənədləri tapıb sahibinə qaytara bilsin və bu məqsədlə də sənədləri parkda otluğun üstə qoymuşdur. Emin telefon parolda olduğu üçün sata bilməcəyini və 28 May küçəsində mağaza olduğunu və orada telefonun parolunu açdıra biləcəyini ona demişdir. Onlar muzeyin yanından 28 May küçəsinə tərəf gəlmişlər, Emin özü tək telefon mağazasına daxil olmuş, 5-10 dəqiqədən sonra mağazadan çıxıb telefonun kodunu açdırdığını və telefonu satmaq üçün başqa dükana getməli olduqlarını ona demişdir.Emin onunla bilrikdə Puşkin küçəsində yerləşən telefon mağazasına gəlmiş, Emin özündə olan “Xiaomi Redmi 8” markalı telefonu mağazada işləyən oğlana göstərmiş və 200 manata satmaq istədiyini oğlana demişdir. Oğlan Emindən telefonu 160 manata alacağı ilə razılaşmış, Emin adapteri rayondan qoyduğundan və adapter olmadığından oğlan 10 manat da adapterə görə çıxdığını Eminə demişdir.Eminin şəxsiyyət vəsiqəsi olmadığından Eminin təkidi ilə o, öz şəxsiyyət vəsiqəsini oğlana vermişdir. Oğlan Eminə 150 manat verib telefonu Emindən almışdır. Mağazadan sonra onlar bilrikdə 28 May küçəsində yerləşən kafeyə gəlmişlər və orada yemək yedikdən sonra ayrılmışlar. Telefon talamağa görə Eminlə onun arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır. Ümumiyyətlə onun Eminin cinayət edəcəyindən xəbəri olmamışdır. Eminin qızlardan birinin telefonunu götürməsini o sonradan bilmişdir. Bu cinayətdə onun iştirakı olmayıb. Cinayət işinin 3-cü cild 47-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 3-cü cild 106-cı vərəqəsində olan qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 3-cü cild 170-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 3-cü cild 175-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 4-cü cild 250-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 5-ci cild 35-37-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan həmin vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Cinayət işinin 5-ci cild 38-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 212-214-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 215-217-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 180-188-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 5-ci cild 175-179-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 7-ci cild 167-168-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 7-ci cild 169-170-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 8-ci cild 21-26-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 8-ci cild 27-32-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31798 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd taxma konstruksiyalı qıfılın silindrik mexanizminin və açar yuvalarının səthində kənar predmetin təsirindən yaranmağa xarakterik iz və zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş bir ədəd taxma konstruksiyalı qıflın silindrik mexanizminin kespert tərəfindən şəxrti olaraq “2” rəqəmi ilə işarələnmiş açar yuvasının daxili detallarıüzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin açar yuvası giriindən silindirk mexanizm ştat açarı və ya ştat açarına dəqiq uyğunlaşdırlmış açılıb bağlanmışdır. Silindrik mexanizminin ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş açar yuvasının girişindən mərkəzinə doğru istiqamətdə müvafiq sıra ardıcıllığı ilə yerləşmiş ikinci, üçüncü, dördüncü, beşinci stifin səthində kənar bərk predmetin (metal çubuq, biz və s. kimi alət və vasitələrin) təsirindən yaranmağa xarakterik izlər (zədələr) vardır. Silindrik mexanizm “1” rəqəmi ilə işarələnmiş açar yuvası daxilində olan zədələrin kənar predmetlə birbaşa müdaxiləsi zamanı yaradıldığı və bu müdaxilə zamanı qıfılın açılması istisna edilmir. Cinayət işinin 2-ci cild 131-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 422 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə işlənmiş mobil telelfon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən bir ədəd “Xiaomi Mi- 8-lLite” markalı mobil telefonun işlənmiş vəziyyətdə xx xxxxxx 2020-ci il tarixə, istismar olunmasını, təyinatıüzrə istifadəyə yararlığını, istimar müddətini, hadisə vaxtıüstündə satışüçün telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu iləşərti olaraq təxminən 480,0 manat müəyyən edilir. Cinayət işinin 3-cü cild 161-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 236-239-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/604-9/1026 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan qolbaq-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 29,96 qramdır.1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd mirvariyə bənzər muncuq və ağşəffaf qaşlar olan üzük –üzərində 925 əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 5,70 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd mirvariyə bənzər muncuq və ağşəffaf qaşlar olan sırğa cütü metalıəlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,52 qramdır qaşları qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti iləümumi dəyəri 1401,50 manat müəyyən olunur. Cinayət işinin 3-cü cild 235-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 242-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/704-9/1195 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, içərisində “Naviforce” yazısı, şüşəsinin kənarı qara rəngli olan gün göstəricili qol saatı –metalı dəmir v ə xroç elementinin ərintisindən hazırlanmış sverpladışüşədir, çəkisi 179,00 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş qol saatının istifadə olunmasını nəzərə alaraq 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti 30,0 manat müəyyən edilir. Cinayət işinin 3-cü cild 241-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 3/351 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş silindrik mexanizmlər işlək vəziyyətdədir və onların açar oyuqlarının səthində və daxili detalların üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Təqdim edilmiş iki ədəd silindrik mexanizm ştat açarına uyğunlaşdırılmış açarla iz yaratmadan açılması mümkündür. Təqdim edilən qıfılların konstruksiyasına görə onları hər hansı bir predmetin köməyi ilə ştat açarı olmadan açmaq olar. Cinayət işinin 4-cü cild 2-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/158 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qıfılın bağlayıcı mexanizmi nasaz vəziyyətdədir və açar oyuğunda kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr vardır. Açar oyuğunun üzərində kənar predmetin təsirindən yaranmağa xas olan iz və zədələr olmadığıüçün onu konkret olaraq tədqiqata təqdim edilən edilən açar parçası ilə açılmasını müəyyən etmək mümkün olmadı. Həmin zədələrə əsasən qıfılın kənar predmetlə (seçmə açar, kilidaçan və s.) açılması mümkündür. Cinayət işinin 4-cü cild 139-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 3/221 nömrəli məhkəmətrasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizm işlək vəziyyətdədir və onun səthində, açar yuvasının kənarlarında və daxili detallarıüzərində kənarın kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarı və ya ştat çarına uyğunlaşdırılmış açılması mümkündür. Təqdim edilən qıfılın konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi iləştat açarı olmadan açmaq olar. Təqdim edilmiş açarların üzərində onların nüsxəsinin (forma və qəlibinin) çıxarılmasına xarakterik mexaniki qurğu və ya vasitədən yaranan izlər aşkar edilmədiyindən onların nüsxəsinin çıxarılması müəyyən edilmədi. Cinayət işinin 5-ci cild 69-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 56 (əlli altı) manat müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/917 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd əvvəllər istifadə edilmiş notbuk çantasının 2020-ci ilin mart ayına respublikadaxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 5,00 manat müəyyən edilir. Cinayət işinin 5-ci cild 73-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 6-cı cild 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1505 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehal edilmiş 4 Gb yaddaş tutumlu, **********70378 və **********83247 imei kodlu, “İphone” markalı, “A2160 (11 Pro)” modelli mobil telefon aparatının satışüçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 2000,00 manat müəyyən edilir. Cinayət işinin 6-cı cild 118-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 6-cı cild 185-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/732 nömrəli məhkəmə- trasoloji ekspertizasının rəyindən görünür ki, 1 №-li zərfdə tədqiqata təqdim edilmiş daktilolentlərdən 1 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2 saylı daktilolentin səthindəki papilyar naxış izi tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 1№-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izinin daktiloxəritələrə köçürülmüş ovuc izlərinin tenar hissələri aydın əks olunmadığından müqayisəli tədqiqat aparılmadı. -2 №-li zərfdə tədqiqata təqdim edilmiş daktilolentlərdən 1 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 1 və 2 saylı dakrilolentlərin səthlərindəki papilyar naxış izləri, 3 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi izi tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 2 №-li zərfdə tədqiqata təqdim edilmiş daktilolentlərdən 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş sağ əlin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş daktilolentlərdən 1 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -3 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2-8 saylı daktilolentlərin səthlərindəki əlbarmaq və papilyar naxış izi tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 3 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -4 №-li zərfdə tədqiqata təqdim edilmiş daktilolentlərdən 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 7 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 1-5 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 9-12 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 4 №-li zərfdə tədqiqata təqdim edilmiş 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 7 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -5 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentlərin səthindəki “a” əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 1 saylı daktilolentin səthindəki “b” və “c” əl-barmaq izləri, 3-5 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 5 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağından qalmışdır. 5 №-li zərfdə tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -6 №-li zərfdə tədqiqata təqdim edilmiş daktilolentlərdən 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 və 4 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 17 saylı daktilolentin səthindəki “a” ovuc izi, 23 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 24 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi, 25 saylı daktilolentin səthindəki “a” əl-barmaq izəri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2 saylı daktilolentin səthindəki “b” və “c” əl-barmaq izləri, 5-6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış ziləri, 8 saylı daktilolentin səthindəki “b” əlbarmaq izi, 9-16 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri, 17 saylı daktilolentin səthindəki “b” ovuc izi, 18-22 saylı daktilolentlərin səthlərindəki əlbarmaq və ovuc izləri, 23 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi, 24 saylı daktilolentin səthindəki “b” və “c” əl-barmaq izi, 26-28 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. 6 №-li zərfdə tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki ovuc izi, 23 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 24 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi Təqsirləndirilən şəxs1 sol ovucunun hipotenar, sağəlinin böyük, sol əlinin adsız barmaqlarından qalmışdır. 6 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki ovuc izi, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 17 saylı daktilolentin səthindəki “a” ovuc izi, 25 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Cinayət işinin 6-cı cild 184-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 55-57-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmiş; 2) Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməklə 06 ay müddətinə şərti sınaq müddəti təyin edilmiş; 3) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 3019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 6-cı vərəqəsinin 63-64-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Quba Rayon Məhkəməsinin xx xxxx 1999-cu il il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmiş; 2) Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx xxx 2016-cı il tarixli Aministiya Qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsinin çəkməkdən azad edilmişdir. Cinayət işinin 3-cü cild 130-132-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29, 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 5-ci cild 235-238-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 12 (on iki) müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, 21-1/14307 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 3019-cu il tarixli hökmünə əsasən təyin olunmuş 01 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdılması cəzasından 21 gününü cəkmiş və 01 il 03 ay 21 günü çəkilməmiş qalmışdır. Cinayət işinin 8-ci cild 104-147-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əli Babayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs6 kirayə yaşadığı ünvan 19 “A” ünvanında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı götürülmüş qıfıl iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verildiyi nəzərə alınmış; Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Sahib Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs11 məxsus olan qara rəngli notbuk çantası maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs11 təhvil verildiyi nəzərə alınmış; Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Sahib Əzizov tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” MMC-nin ofisində videomüşahidə kamerası ilə qeydə alınmış görüntülər olan 01 ədəd yaddaş kartı maddi sübut kimi tanınmış və yaddaş kartının iş materillarına əlavə edildiyi nəzərə alınmış; Zərərçəkmiş şəxs9 məxsus üzərində “Xəzinə” yazıları olan 3 ədəd qəlyan aparatı, 2 qutu qəlyan üçün nəzərdə tutulmuş limonlu kömür, “Goldy” marakalı səsgücləndirici, üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli mikrafon, jalyuz açarı, “Nokia” markalı “ E71” modelli mobil telefon, Zərərçəkmiş şəxs4 məxsus 7 qutu üzərində “Pittissima Cremoso” yazıları olan 10 kapsuladan ibarət kofe kapsulası, 86 ədəd kofe kapsulaları, “Rotfront” yazıları olan 11 ədəd şokolad, Zərərçəkmiş şəxs5 məxsus “JHK TSRA 150” yazıları olan, “M” ölçülü qara rəngli, qısa qol köynəy, Zərərçəkmiş şəxs8 məxsus “HP” markalı notbuk, üzərində üzərində “DFL Articaine 100” yazıları olan 1 konvalyutda 10 ədəd olmaqla 5 konvalyut dərman preparatı, tibbi ləvazimat olan alt çənə üçün modeli, «dentalux» markalı tibbi ləvazimat, «modidenta» markalı tibbi ləvazimat, Leyla İsmayılovaya məxsus gümüşü rəngli metaldan üzük və Zərərçəkmiş şəxs6 məxsus “Naviforce” kişi qol saatın maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 tanış olduqdan sonra saxlanmsı üçün sahiblərinə təhvil verildiyi nəzərə alınmışdır; Zərərçəkmiş şəxs2 məxsus olan **********70378 və **********83247 imei kodlu, Çində istehsal edilmiş 64 GB yaddaş tutumlu, “A2160 (11Pro) modelli, "İphone”markalı mobil telefon aparatın maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verildiyi nəzərə alınmış; Zərərçəkmiş şəxs10 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxladığı kameraya təhvil verildiyi nəzərə alınmış; ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus “Dəniz Diş” klinkasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxladığı kameraya təhvil verildiyi nəzərə alınmış; Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” şirkətin ofisindən oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfılın iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxladığı kameraya təhvil verildiyi nəzərə alınmış; Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Eespresso club” kofe avadanlıqlarının satıldığı mağazada videomüşahidə kamerası ilə qeydə alınmış və baş vermiş hadisəni özündə əks etdirən yaddaş kartın maddi sübut kimi tanınmış və yaddaş kartının iş materiallarına əlavə edildiyi nəzərə alınmış; Zərərçəkmiş şəxs10 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasında videomüşahidə kamerası ilə qeydə alınmış və baş vermiş hadisəni özündə əks etdirən görüntülər olan 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və yaddaş kartının iş materiallarına əlavə edildiyi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs8 nümayəndəsi C.R.Hacıyevanın ərizəsindən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş və sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş və sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən ikisinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, həmçinin sonuncunun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 (iki) gün, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 3019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs6 kirayə yaşadığı ünvan 19 “A” ünvanında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı götürülmüş qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs10 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus “Dəniz Diş” klinkasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” şirkətin ofisindən oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılmalı, iş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus olan **********70378 və **********83247 imei kodlu, Çində istehsal edilmiş 64 GB yaddaş tutumlu, “A2160 (11Pro) modelli, "İphone”markalı mobil telefon aparatı, Zərərçəkmiş şəxs11 məxsus olan qara rəngli notbuk çantası, Zərərçəkmiş şəxs9 məxsus üzərində“Xəzinə” yazıları olan 3 ədəd qəlyan aparatı, 2 qutu qəlyan üçün nəzərdə tutulmuş limonlu kömür, “Goldy” marakalı səsgücləndiricini, üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli mikrafon, jalyuz açarı, “Nokia” markalı “71” modelli mobil telefon, Zərərçəkmiş şəxs4 məxsus 7 qutu üzərində “Pittissima Cremoso” yazıları olan yazıları 10 kapsuladan ibarət kofe kapsulası, 86 ədəd kofe kapsulaları, “Rotfront” yazıları olan 11 ədəd şokolad, Zərərçəkmiş şəxs5 məxsus “JHK TSRA 150” yazıları olan, “M” ölçülü qara rəngli, qısa qol köynək, Zərərçəkmiş şəxs8 məxsus “HP” markalı notbuk, üzərində “DFL Articaine 100” yazıları olan 1 konvalyutda 10 ədəd olmaqla 5 konvalyut sərman preparatı, tibbi ləvazimat olan alt çənəüçün modeli, «dentalux» markalı tibbi ləvazimat, «modidenta» markalı tibbi ləvazimat, zərərçəkmiş şəxs X7 məxsus gümüşü rəngli metaldan üzük və Zərərçəkmiş şəxs6 məxsus “Naviforce” kişi qol saatı qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilməli, iş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” MMCnin ofisində videomüşahidə kamerası ilə qeydə alınmış görüntülər olan 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ekspertizasının xərci – cəmi 650 (altı yüz əlli) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Y.C.Hüseynə, M.T.Şahmarova, Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 220 saata görə 1320 (bir min üç yüz iyirmi) manat, Müdafiəçi1ya isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarova ibtidai istintaq dövründə iştirak etdiyi 220 saata görə 1320 (bir min üç yüz iyirmi) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 (iki) gün, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs6 kirayə yaşadığı ünvan 19 “A” ünvanında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı götürülmüş qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra sonuncuya qaytarılsın, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs10 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Girl Secret” qadın geyimləri mağazasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılsın, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus “Dəniz Diş” klinkasından oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılsın, iş üzrə digər maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutlar kamerasında saxlanılan Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” şirkətin ofisindən oğurluq faktı ilə əlaqədar hadisə yerinin baxışı zamanı götürülmüş qıfıl sonuncuya qaytarılsın. İş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus olan **********70378 və **********83247 imei kodlu, Çində istehsal edilmiş 64 GB yaddaş tutumlu, “A2160 (11Pro) modelli, "İphone”markalı mobil telefon aparatı, Zərərçəkmiş şəxs11 məxsus olan qara rəngli notbuk çantası, Zərərçəkmiş şəxs9 məxsus üzərində “Xəzinə” yazıları olan 3 ədəd qəlyan aparatı, 2 qutu qəlyan üçün nəzərdə tutulmuş limonlu kömür, “Goldy” marakalı səsgücləndiricini, üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli mikrafon, jalyuz açarı, “Nokia” markalı “71” modelli mobil telefon, Zərərçəkmiş şəxs4 məxsus 7 qutu üzərində “Pittissima Cremoso” yazıları olan yazıları 10 kapsuladan ibarət kofe kapsulası, 86 ədəd kofe kapsulaları, “Rotfront” yazıları olan 11 ədəd şokolad, Zərərçəkmiş şəxs5 məxsus “JHK TSRA 150” yazıları olan, “M” ölçülü qara rəngli, qısa qol köynək, Zərərçəkmiş şəxs8 məxsus “HP” markalı notbuk, üzərində “DFL Articaine 100” yazıları olan 1 konvalyutda 10 ədəd olmaqla 5 konvalyut sərman preparatı, tibbi ləvazimat olan alt çənəüçün modeli, «dentalux» markalı tibbi ləvazimat, «modidenta» markalı tibbi ləvazimat, zərərçəkmiş şəxs X7 məxsus gümüşü rəngli metaldan üzük və Zərərçəkmiş şəxs6 məxsus “Naviforce” kişi qol saatı qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən “X23” MMC-nin ofisində videomüşahidə kamerası ilə qeydə alınmış görüntülər olan 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 650 (altı yüz əlli) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X12 ibtidai istintaq dövründə iştirak etdiyi 220 saata görə 1320 (bir min üç yüz iyirmi) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 220 saata görə 1320 (bir min üç yüz iyirmi) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar