Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-39/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tələddin oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə ve aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə zabit kimi işə düzəlmək adı ilə aldadıb özünə inandıraraq orada yüksək rütbəli tanışlarının işləməsini bildirməklə 15 yanvar 2020-ci il tarixdə saat 16 radələrində tanışının yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 98-də yerləşən evin həyətində 2.700 manat, 20 mart 2020-ci il tarixdə saat 18 radələrində tanışının yaşadığı Yasamal rayonu Şərifzadə 44 a ünvanda yerləşən evin yaxınlığındakı adsız çayxanada 6.300 manat və 2020-ci ilinin avqust ayının ortalarında Bakı şəhəri Yasamal rayonu H.Cavid parkının yaxınlığında yerləşən «Kapital» Bankın qarşısında 6.000 manat pulu tanışının vasitəsi ilə alıb, vermiş olduğu vədinə əməl etməyərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 ümumilikdə 15.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində tanışının yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada onun iştirakı ilə 2.000 manat, bundan 10 gün sonra yenə həmin ünvanda 1.000 manat, 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə 1.535 manat və 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da yenə də Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada 5.000 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Gülmirzə Yoldaşova ümumilikdə 9.535 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 qardaşı oğlu Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər vermişdir. 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində tanışının yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada onun iştirakı ilə 3.000 manat və 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə 1.535 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 4.535 manat maddi ziyan vurmaq həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 qardaşı qızı Zərərçəkmiş şəxs4 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 95 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 15 fevral 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 əmisi Zərərçəkmiş şəxs2 tanışının yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 A ünvanda yerləşən adsız çayxanada onun iştirakı ilə 3.000 manat, 07 avqust 2020-ci il saat 11 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə 1.535 manat və 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da yenə də Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən adsız çayxanada 5.500 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 10.035 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs7 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 20 il müddətinə ayda 256 manat ödəmək şərti ilə 56 kv.metr sahəsi olan 2 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib,11 mart 2020-ci il tarixdə saat 15 radələrində tanışının yaşadığı ünvan 4 ünvanda yerləşən evin həyətində Zərərçəkmiş şəxs7 həyat yoldaşı Şahid5 500 manat, 14 mart 2020-ci il tarixdə saat 11 radələrində yenə də tanışının yaşadığı evin həyətində Şahid5 2500 manat, 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində tanışının yaşadığı ünvan 4 ünvanda yerləşən adsız çayxanada alacağı iki otaqlı mənzilin açarını göstərməklə VTB banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə Şahid5 1.535 manat, 11 avqust 2020-ci il tarixdə saat 16 radələrində tanışının yaşadığı evin həyətində 300 manat və 07 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində yenə də tanışının yaşadığı ünvan 4 ünvanda yerləşən adsız çayxanada Zərərçəkmiş şəxs7 həyat yoldaşı Şahid5 və qızı Şahid4 3.920 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 ümumilikdə 8.755 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 130 manat ödəmək şərti ilə 32 kv.metr 1 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 2020-ci ilin mart ayının sonlarında tanışının iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 4 A saylı binanın yaxınlığındakı çayxanada 3.000 manat, 2020-ci ilin avqust ayının əvvəlində günorta saatlarında Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Araz Market»in arxasındakı həyətdə şəxsən tanışının iştirakı ilə 1.534 manat, 14 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən X9 yaxınlığında alacağı bir otaqlı mənzilin açarın göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının yanında 1.500 manat pulu tanışı vasitəsi ilə alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 6.034 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs10 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 220 manat ödəmək şərti ilə 60 kv.metr 2 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər vermişdir. 2020-ci ilin iyun ayının 20-də saat 19 radələrində tanışının iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığında 2.000 manat, 29 iyun 2020-ci il tarixdə saat 20 radələrində Yasamal rayonu Şərifzadə küçəsi 44 A ünvanda şəxsən tanışının iştirakı ilə 3.000 manat və 30 iyul 2020-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yerləşən «Kilim Mebel» salonunda «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə 1.534 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 ümumilikdə 6.534 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 81 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər vermişdir. 18 may 2020-ci il tarixdə saat 11 radələrində tanışının iştirakı ilə onun yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada 1.000 manat, 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də tanışının yaşadığı Şərifzadə 44 A ünvanda yerləşən çayxanada 1.500 manat, 12 iyun 2020-ci il tarixdə saat 16 radələrində tanışının yaşadığı Şərifzadə küçəsi 44 A ünvanda yerləşən evin həyətində 1.000 manat, 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə 1.535 manat və 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Şərifzadə 44 A ünvanda 5.300 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə 10.335 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs8 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 300 manat ödəmək şərt ilə 81 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 18 may 2020-ci il tarixdə saat 11 radələrində tanışının yaşadığı Şərifzadə küçəsi 44 A ünvanında yerləşən adsız çayxanada 1.000 manat, 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də Şərifzadə küçəsi 44 A ünvanda yerləşən çayxanada tanışının iştirakı ilə 2.000 manat, 08 iyun 2020-ci il tarixdə saat 17 radələrində yenə də həmin ünvanda 1.010 manat, 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində Şərifzadə küçəsi 44 A ünvanda alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə tanışının iştirakı ilə 1.535 manat və 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu Şərifzadə 44 A ünvanda 5.300 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 ümumilikdə 10.845 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən 25 il müddətinə ayda 285 manat ödəmək şərti ilə 82 kv.metr 3 otaqlı mənzil almaqda köməklik göstərəcəyi adı ilə aldadaraq özünə inandırmaqla yalan vədlər verib, 2020-ci ilin avqust ayının əvvəlində saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında tanışının iştirakı ilə 5.000 manat 14 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində yenə də tanışının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 44 A saylı binanın yaxınlığındakı çayxanada alacağı üç otaqlı mənzilin açarını göstərməklə «VTB» banka sığorta ödənişi etmək adı ilə qəbzə imza etdirməklə 5.300 manat pulu tanışının vasitəsi ilə alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 10.300 manat xeyli miqdarda maddi ziyan vurmaqla həmin məbləği ələ keçirib dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2020-cı ilin sentyabr ayının ortalarında tanışı Laçın ona müştərilərə evlər satdığını bildirmiş, ondan həmin evlərin sənədələrinə müştərilər tərəfindən imza etdirməsini xahiş etmişdir və o, da onunla razılaşmışdır. Təxminən 2020-ci ilin sentyabr ayının sonunda o, Laçın və Rafiq, Yasamal rayonu dəqiq xatırlmadığı çayxanada adlarını bilmədiyi ev alan müştərilərlə görüşmüşdür və Laçının ona verdiyi sənədlərə həmin müşətərilərə imza etdirmişdir. Onlardan ayrıldıqdan sonra bunun müqabilində Laçın ona cəmi 2600 manat pul verərək həmin şəxsələrə ev aldığını, bundan sonrada onların da xeyirləri olacağını bildirmişdir. O, Şahid9, Şahid8 və Şahid7 iştirakları ilə, Zərərçəkmiş şəxs9 işə düzətmək üçün 15.000 manat pul almamışdır. Bundan başqa o, Şahid9, Şahid8 və Şahid7 iştirakları ilə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Şahid5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən mənzilin alınması üçün pul almamışdır. O, zərərçəkmiş şəxslərə özünü bank işçisi kimi təqdim etməmişdir. Laçının, onu zərərçəkmiş şəxslərə bank işçisi kimi təqdim etməsindən, bundan başqa Laçının özünü Kənan kimi təqdim etməsindən heç bir məlumatı olmamışdır. «Amal» adlı şəxsidə görməmiş, həmin şəxsi ümumiyyətlə tanımamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü dələduzluq cinayətinin törətməsində təqsirli bilməyərək, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 Tələddin oğlu ifadəsində göstərmişdir ki, 2013-cü ildən ev alqı-satqısı ilə məşğul olmuşdur və onlayn xidmət göstərmişdir. Həmin vaxtdan Şahid9 tanımış, onunla normal münasibəti olmuşdur. Əli ozü də onun kimi ev alqı-satqısı ilə məşğul olmuş, hətta Əli ilə bir neçə dəfə müştərək işi olmuşdur, yəni müştəriyə birgə ev tapmışdırlar. Daha sonra o, Əlidən özü üçün münasib qiymətə bir otaqlı ev axtarmasını, ondan ucuz qiymətə ev düşsə xəbər etməsini xahiş etmişdir. 2020-ci ilin mart ayının sonlarında Şahid9 ona zəng edərək "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərdən Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus 9 ədəd mənzili olduğunu, onların içində istədiyi ucuz qiymətə bir otaqlı ev olduğunu, həmin evlərdən almaqda köməklik göstərə biləcəyini demişdir. Bu məqsədlə, Əlinin vasitəsi ilə Kənan adlı şəxslə görüşmüşdür. Kənan ona söhbət zamanı mənzil almaqdan ötru sistemə düşməli olduğunu və buna görə əvvəlcədən 3.000 manat verməli olduğunu, sonra ilkin ödəniş kimi banka 3.000 manart köçürməli, mənzil adına sənədləşdikdən sonra isə mənzil sahəsinə əsasən 25 il müddətində ayda 130 manat pul ödəməli olduğu bildirilmişdir. Kənanın dediyi şərtlər onu qane etdiyi üçün razılaşmışdır. Kənan ondan 3.000 manat «şapkanı» istəmiş, sonra Asan xidmətdən Asan imzanı almasını, qalan məsələlərin isə özü tərəfindən həll olunub, onu qeydiyyata salacağını bildirmişdir. Həmin vaxt 3.000 manatı olmadığına görə Əlidən əvəzinə borc olaraq Kənana 3000 manat verməsini xahiş etmiş, Əli də razılaşmış və Kənana onun iştirakı olmadan həmin məbləği vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində günorta saatlarında Kənan ona zəng edərək bank işçisi Orxan adlı şəxsin gəlib mənzilin ilkin ödənişi kimi 1.534 manat pulu yığıb bu barədə qəbzə imza etdirəcəyini bildirmiş, lakin sonradan bank işçisi olan Orxan gəlməmiş və Kənan atasının xəstə olmasını bəhanə edərək özü Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Araz Market»in arxasındakı həyətdə şəxsən Şahid9 iştirakı ilə ondan 1.534 manat pulu götürərək qəbzə imza etdirmiş və bir gün sonra tanımadığı taksi ilə qəbzi göndərmişdir. Sonra Kənan və Şahid9 ona verdikləri qəbzin bir nüsxəsinin bankda qalmasını, bir nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini bildirmiş, həmin vaxt Kənandan qalan ödənişin nə vaxt olunacağını soruşduqda müdiri Yaşarla danışacağını və bu barədə özü Əliyə xəbər verəcəyini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə isə Yaşar adlı şəxs Əliyə zəng edərək bank işçisinin özü gəlib mənzil almaq istəyən müştərilərdən ilkin ödənişin qalan hissəsini alacağını demiş və həmin günü yəni, 14 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Əli ona zəng vuraraq Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən X9 yaxınlığına çağırmışdır.Həmin ünvana tək getmiş və orada Əli, Kənan, Yaşar və tanımadığı, özünü VTB bankın işçisi kimi təqdim edən şəxsin olmasını görmüşdür. Bank işçisi kostyum geymiş, boynunda da bankın adı olan lövhə asılmışdır. Bu səbəbdən ona inanaraq həqiqətən Kənanın işini düzəltməsini fikirləşmiş, yəni ev almaq istəyənlərin siyahısına salınmasını zənn etmişdir. Sonra adını bilmədiyi bank işçisi bir otaqlı mənzil üçün 1.500 manat, iki otaqlı mənzil üçün 3.300 manat və üç otaqlı mənzil üçün 5.300 manat ödəniş edilməli olduğunu bildirmişdir. Həmin vaxt orada ondan başqa mənzil almaq istəyən digər tanıdığı və tanımadığı şəxslər də olmuşdur. Əlinin yanında 1.500 manat pulu sayıb Kənana vermiş, bank işçisi ona qəbzə imza etdirmiş və cümə günü VTB banka çağırılacağını, sonra isə Asan xidmətə gedib sənədlərə imza edərək bir otaqlı 32 kv.metr mənzilin açarı ilə qeydiyyat şəhadətnaməsini alacağını bildirmişdir. Həmin vaxt Yaşar özünü Dövlət Gömrük Komitəsinin məsul əməkdaşı kimi təqdim etmiş və rütbəsinin polkovnik-leytenant olduğunu bildirmişdir və o, Kənanla birlikdə bank işçisinin dediklərini təsdiq edərək hamını özünə inandırmışdır. Həmin vaxt ona veriləcək 32 kv.metr bir otaqlı mənzilin 11 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşməsi bildirilmişdir. 18 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Kənana zəng vurmuş və o, banka getdiyini, orada məsələni həll etdikdən sonra ona zəng vurub banka çağıracağını bildirmiş, lakin sonradan Kənanın ona verdiyi mobil nömrəyə zəng çatmamışdır. Şahid9 zəng vurmuş, Əli isə Yaşarla danışıb ona məlumat verəcəyini demiş, ancaq sonradan Yaşarın da nömrəsinə zəng çatmamış və Yaşar Kənanla birlikdə qaçıb gizlənmişdirlər. Əli ona söz versə də Kənanı və Yaşarı tapa bilməmişdir. Əlinin onun əvəzindən Kənana verdiyi 3.000 manatı düzəldib Əliyə qaytarmış, işin alınmadığını və Kənanı qıçıb gizləndiyini görərək Əlidən verdiyi 6.034 manat pulu qaytarmasını tələb etmişdir. Əli ona narahat olmamağını deməsinə baxmayaraq onu aldatmış və pulunu qaytarmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Tələddin oğlu ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Yeni Yasamal rayonu ərazisində özünə mənzil almaq istəyərkən orada evlərin alqı-satqısı ilə məşğul olan Şahid9la tanış olmuş, sonradan onun Əli ilə yaxın münasibəti yaranmışdır. Şahid9 Yasamal rayonu ərazisindən ucuz qiymətə üç otaqlı mənzil tapıb almaqda ona köməklik etməsini xahiş etmişdır. Şahid9 ona Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus bir neçə mənzil olmasını, həmin mənzillərin içərisində isə istədiyi münasib qiymətli üç otaqlı mənzillərin mövcud olmasını bildirmiş və həmin evlərdən birini ona almaqda köməklik göstərə biləcəyini demişdir. Əlinin vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüş, həmin vaxt Kənan ona "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial mənzildən almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra mənzilin ilkin ödənişləri kimi banka 6.800 manat ödəyəcəyini, mənzil adına sənədləşdirildikdən sonra mənzilin sahəsinə əsasən, 25 il ərzində aybaay kredit ödəyəcəyini şərt kimi irəli sürmüşdür. Sonra Kənan bunun üçün ona əvvəlcə «Asan» xidmətdən «Asan imza» alıb özləri tərəfindən qeydiyyata salındıqda «şapka» kimi nəzərdə tutulan 3.000 manatı ödəyəcəyini, daha sonra isə banka ilkin ödənişi ödəyəcəyini bildirmişdir. Ailə üzvləri ilə danışıb məsləhətləşdikdə qardaşı oğlu Zərərçəkmiş şəxs3 və qardaşı qızı Zərərçəkmiş şəxs4 da özləri üçün ipoteka şərtləri ilə Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərdən üç otaqlı mənzil almaq istədiklərini bildirmişdirlər. Bu barədə Əliyə və Kənana bildirdikdə onlar problem olmadığını, qohumlarına da "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial mənzildən almaqda köməklik edəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının 15-də saat 16 radələrində tanışı Əlinin dəvəti ilə Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya, yəni Əlinin yaşadığı evin yaxınlığına getmiş, orada Əli ilə görüşərək həm ətraflı, həm də yekun olaraq söhbət etmişdir. Əli ona arxayın olmağını, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu şəxsən ondan götürülməsini demişdir. Bundan sonra tanışı Şahid9 Kənana zəng vuraraq onu da həmin çayxanaya çağırmış, «Asan imza» almamışdan əvvəl «şapka» pulu kimi özünün, qardaşı oğlunun və qardaşı qızının almaq istədikləri hər üç mənzilə görə Kənana ödəməli olduğu 9.000 manat puldan ilkin olaraq 2.000 manatı sayıb Əliyə uzatmış, Əli də həmin pulu götürərək yanında Kənana vermiş, bundan 10 gün sonra Əliyə 1.500 manat vermiş və Kənana çatdırmasını xahiş etmiş, Əli də həmin məbləği deməsinə görə aparıb Kənana vermişdir. Daha sonra isə Əli onun əvəzindən borc olaraq Kənana 2.000 manat vermiş, hazırda həmin məbləğin 1.300 manatını Əliyə qaytarmış və ona 700 manat borclu qalmış, 2020-ci ilin may ayının ortalarına kimi hissə-hissə olmaqla 9.000 manat pulun hamısını Əlinin yanında Kənana vermişdir. Rafətin və Günelin adından verdiyi məbləğlər onların özlərinə məxsus olmuş, həmin pulun ona heç bir aidiyyatı olmamışdır. 2020-ci ilin avqust ayının əvvəlində Əli ona zəng vuraraq yaşadığı evin yanına çağırmış və bank işçisinin gəlməsini, ilkin ödənış olan 1.534 manat 70 qəpik pulu gətirib verməsini və bu barədə qəbzə imza etməsini bildirmişdir. 07 avqust 2020-ci il saat 11 radələrində qardaşı oğlu Rafətlə birlikdə Şahid9 yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə 44 ünvanında yerləşən çayxanaya getmiş, həmin vaxt öz evi və qardaşı qızı Günelin ev üçün ayrı-ayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, qardaşı oğlu Rafət də öz evi üçün 1.535 manat pulu sayıb Əliyə uzatmışdır. Əli Kənana verməsini bildirmişdir. Həmin vaxt Kənan bank işçisinin atasının xəstə olduğunu bildirərək pulu özü yığmış, bir neçə gündən sonra isə Kənan Orxan adlı bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərini göndərmiş və onlar hamısı həmin qəbzə imza etmişdirlər. Kənan həmin qəbzlərin bir nüsxəsinin bankda qalmasını, digər nüsxəsinin "xxxx" şirkətində işə tikiləcəyini bildirərək qəbzlərdən onlara verməmişdir. Həmin vaxt Kənandan nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəyini soruşduqda Kənan əvvəlcə onlara mənzillərin qalan ilkin ödəniş pullarını hər biri gedib metronun «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəyəcəyini demiş, sonra isə Kənan öz müdiri Yaşar adlı şəxsin Şahid9la görüşüb hər şeyi izah edəcəyini, həmin görüşdə Yaşar adlı şəxs Əliyə mənzillərin açarlarını təqdim edəcəyini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə bank işçisinin gəlib mənzil almaq istəyən müştərilərdən ilkin ödənişin qalan hissəsini alacağını demişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da Şahid9 zəngi ilə onun yaşadığı Yasamal rayonu, Şərifzadə 44 A ünvanında yerləşən evin yaxınlığındakı çayxanaya getmiş, həmin vaxt Kənan, Yaşar və bir nəfər bank işçisi formasında və boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul topladıqda qardaşı oğlu Rafət bu məsələnin fırıldaq olmasını bildirərək pulu aparıb bankda ödəməsə əlbəəl heç kəsə verməyəcəyini bildirmişdir. Lakin özü iki mənzilə görə 10.300 manat pulu Kənana ödəmiş, bank işçisi oradan gedincə əvvəl suallara cavab olaraq həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, bundan sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini (kupçaları) alacaqlarını bildirmişdir. 18.09.2020-ci il tarixdə, yəni həftənin cümə günü saat 11 radələrində Kənan onlarla görüşərək özü banka gedib məsələni həll etdikdən sonra yenidən onlarla görüşəcəyini vəd edərək aralanmış, sonradan isə istifadəsində olan nömrəsinə zəng çatmamışdır. Əli bu barədə Yaşara zəng edərək əhvalatı ona danışdıqda Yaşar narahat olmamalarını bildirmişdir. Sonradan isə Yaşar da özünə məxsus nömrəsini bağlamış və ona da zəng çatmamışdır. Daha sonra Kənanın öz adını onlara səhv deməsini, özünə saxta şəxsiyyət vəsiqəsi düzəltməsini, onun əsl adının Laçın olmasını sonradan eşidib-bilmişdir. Laçından alacağı evin yerini göstərməsini xahiş etsə də o, müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. Ona "xxxx" şirkətinin tikdiyi üç binadan birində 5-ci mərtəbədən, qardaşı oğlu Ratətə 6-cı mərtəbdən və qardaşı qızı Günelə isə 4-cü mərtəbədən hər biri üçün üç otaqlı, 95-96 kv.metrlik mənzil veriləcəyini bildirmişdir. Laçın qaçıb gizləndikdə Şahid9la görüşərək, ondan verdiyi pulları tələb etmiş, ancaq Əli müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Şəxsən Əliyə və Kənana özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən üç otaqlı mənzil almasına görə 9.535 manat, qardaşı oğlu Rafət cəmi 4.535 manat, qardaşı qızı Günel isə 10.035 manat pul vermiş, hətta Əli ona mənzillərinin açarını belə göstərmişdir. Ümumilikdə Kənana və Əliyə üç mənzil üçün 24.105 manat pul vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın az bir miqdarda yəni min manat həcmində ödənildiyini, qalan məbləğin ödənilmədiyi bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, evlərin alqı-satqısı ilə məşğul olan Şahid9 əmisi Güləmirzənin tanışı olmuşdur. O, ona Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən mənzil almasına köməklik edəcəyinə söz vermişdir. Şərtləri sərfəli olduğundan o da əmisi qızı Zərərçəkmiş şəxs4 ilə bərabər özlərinə də ipoteka şərti ilə Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən üç otaqlı mənzil almaq istəmiş, bu barədə əmisi Güləmirzəyə dedikdə o, Əliyə və Kənana zəng vurub bu barədə bildirmiş, onlar da problem olmadığını və ev almaqda onlara da köməklik edə biləcəklərini demişdirlər. 2020-ci ilin fevral ayının 15-də Şahid9 əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və üç ədəd üç otaqlı mənzil üçün 9.000 manat pul ödəmək lazım olduğunu bildirmiş, həmin vaxt əmisi qızı Günellə birlikdə hərəsi 3.000 manat düzəldib Əliyə çatdırılması üçün əmiləri Güləmirzəyə vermişdirlər. Sonra əmisi Güləmirzə Əlinin dəvəti ilə Bakı şəhərində onun yaşadığı Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada onunla görüşmüş və Əli ilə ətraflı söhbət etmiş, həmin vaxt Əli əmisinə narahat olmamağı, əgər iş alınmasa 15 gün ərzində gəlib pulunu ondan götürməsini bildirmişdir. Əmisi Güləmirzə şəxsən Əlinin yanında hər üç mənzilə görə Kənana ödəməli olduğu 9.000 manat pulu sayıb vermişdir. Həmin vaxt əmisi qızı Günellə birlikdə orada olmamışdırlar, onların pulunu da əvəzlərindən əmisi Güləmirzə Laçına vermişdir. 2020-ci ilin yayında Şahid9 yenə də əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və bankın işçisinin gəlib ilkin ödəniş olan 1.534 manat 70 qəpik pulu götürəcəyini bildirmişdir. Əmisi Güləmirzə ilə birlikdə 07 avqust 2020-ci il saat 11 radələrində Əlinin yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmiş, həmin vaxt əmisi Güləmirzə öz evi və Günelin evi üçün ayrıayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, sonra öz evi üçün 1.535 manat pulu sayaraq Əliyə uzatmışdır. Əli pulu Kənana verməsini bildirmişdir. Kənan bank işçisinin atasının xəstə olduğunu bildirərək gələ bilmədiyi üçün pulu özü yığmasını, bir neçə gündən sonra isə Kənan Orxan adlı bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərin göndərmiş və onlar da həmin qəbzə imza etmişdirlər. Kənan həmin qəbzlərin bir nüsxəsinin bankda qalacağını, digər nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini bildirərək qəbzləri onlara verməmişdir. Həmin vaxt Kənandan nə vaxt ilkin ödənişin qalan hissəsin ödəyəcəklərini soruşduqda Kənan əvvəlcə onlara mənzillərin qalan ilkin ödəniş pullarını hər birinin gedib metronun «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəyəcəklərini bildirsə də sonradan Kənan öz müdiri Yaşar adlı şəxsin Şahid9la görüşüb hər şeyi izah edəcəyini demiş, həmin görüşdə Yaşar adlı şəxs Əliyə mənzillərin açarlarını təqdim edərək,14 sentyabr 2020-ci il tarixdə bank işçisinin gəlib mənzil almaq istəyən müştərilərdən ilkin ödənişin qalan hissəsini alacağını bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da Şahid9 əmisi Güləmirzəyə zəngi ilə onunla birlikdə Əlinin yaşadığı Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən evin yaxınlığındakı çayxanaya getmiş, həmin vaxt Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, özünü Orxan kimi təqdim edən, boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul topladıqda onların sanki harasa tələsdiklərini görüb bu məsələnin içində nəsə bir fırıldaq olmasını əmisinə bildirmişdir. Sonra etiraz edərək əlbəəl heç kimə pul verməyəcəyini, yalnız pulu aparıb banka ödəyəcəyini bildirmişdir. Çünki Kənan ona pulu «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəniləcəyini bildirmiş, lakin sözünə əməl etməmişdir. Bu isə onda şübhə oyatmışdır. Bu zaman Əli ona pulu banka ödəyərsə vaxtın uzanacağını, Kənanın məsələni özü həll edicəyini demişdir. O, isə yenə buna etiraz etmiş və 5.300 manat pulu verməyəcəyini demişdir. Ancaq əmisi Güləmirzə öz evi və əmisi qızı Günelin evi üçün cəmi 10.300 manat pulu Əlinin yanında Kənana vermiş, bank işçisi oradan gedincə əvvəl suallara cavab olaraq həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini (kupçaları) alacaqlarını bildirmişdir. 18.09.2020-ci il tarixdə saat 11 radələrində onlarla görüşüb banka gedəcəklərini və sənədləri götürəcəklərini vəd edərək onlardan ayrılıb getmiş, sonradan isə onun istifadə etdiyi nömrəsinə zəng çatmamışdır. Əlidən öyrəndiklərinə görə özü bu barədə Yaşara zəng edib əhvalatı ona danışmış və Yaşar narahat olmamalarını bildirərək sonradan o, da istifadə etdiyi nömrəsini bağlamışdır. Sonradan Kənanın öz adını onlara səhv deməsini və özünə saxta şəxsiyyət vəsiqəsi düzəltməsini, əsl adının Laçın olmasını bilmişdir. Əmisi Güləmirzə ilə birlikdə Laçından alacaqları evin yerini göstərməsini xahiş etsələr də Laçın hər dəfə müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmış, "xxxx" şirkətinin tikdiyi üç binadan birində əmisinə 5-ci mərtəbədən, ona 6-cı mərtəbdən vo əmisi qızı Günelə isə 4-cü mərtəbədən hər birinə üç otaqlı, 95-96 kv.metrlik mənzil veriləcəyini bildirmişdir. Əmisi Güləmirzə ilə birlikdə Əli ilə görüşərək ondan pullarını tələb etmişdirlər, ancaq Əli onlara narahat olmayın desə də müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. Əmisi Güləmirzə şəxsən Əliyə və Kənana özü uçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil almasına görə 9.535 manat, özü cəmi 4.535 manat, əmisi qızı Günel isə 10.035 manat pul vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid2 2019-ci ilin sonlarından etibarən online formada ev alqı-satqısı ilə məşğul olmuşdur. Fidan ev alqısatqısı ilə məşğul olduğu zaman onunla eyni işi görən Zərərçəkmiş şəxs1 tanımışdır. 2019- cu ilin noyabr ayında həyat yoldaşı Fidan işdən gələrək ona iş yoldaşı Zərərçəkmiş şəxs1 tanışı Şahid9 vasitəsilə özünə "xxxx" şirkətinin Yasamal rayonu ərazisində tikdiyi sosial təyinatlı binalardan ipoteka yolu ilə mənzil almasını, söhbət zamanı isə Zərərçəkmiş şəxs1 həyat yoldaşına da sosial mənzil almaqda köməklik göstərə biləcəyini bildirmişdir. Həmin vaxt evi olmadığına və kirayə yaşadığına görə Zərərçəkmiş şəxs1 sosial mənzillərdən ona ev almaqda köməklik göstərməsinə razılaşmışdır. Zərərçəkmiş şəxs1 zəng vuraraq onunla danışmış və Fəyyaz ona əlaqə saxlamağı üçün bu işlə məşqul olan tanışı Şahid9 telefon nömrəsini vermişdir. bundan təxminən 2-3 gün sonra Əliyə zəng vurmuş, ipoteka şərti ilə "xxxx"-dan mənzil almaq istədiyini bildirmişdir. Şahid9la Şərifzadə 44a ünvanında yerləşən çayxanada görüşmüş şərtlərlə tanış olmuşdur. 2020-ci ilin may ayının 18-də saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşüb istədiyi sənədləri və 1.000 manat pulu ona vermiş, həmin vaxt həyat yoldaşı Fidan yanında olmuşdur. Onlar pulu verdikdən sonra Fidanın iş yoldaşı Elza və yoldaşı Sevgin də öz işləri üçün yanlarında Əliyə çıxarıb 1.000 manat pul vermişdirlər. Onlar pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Təxminən 10 gün sonra Əli yenidən ona və Sevginə zəng edərək Asan xidmətlə bağlı sənədlərinin hazırlanması üçün 2.000 manat verməli olduqlarını bildirmiş, onunla razılaşaraq həyat yoldaşı Fidanla 28 may 2020-ci il tarixdə 1.500 manat pulu göndərmişdir. Sonra Əli ona zəng edərək, ona verdiyi sənədləri gəlib götürməsini demişdir. Bu zəngdən sonra Sevginlə birlikdə Yasamal rayonu Şərifzadə 44 A ünvanına gedərək Əlidən sənədlərini götürmüşdür. Həmin vaxt Əli onlara «egov.az» saytına girib öz şəxsi hesablarına baxmalarını istəsə də, alınmamışdır. Əli də bunu görüb Kənan Bağırova zəng etmiş və onlara kömək etməsi üçün yanına gəlməsini xahiş etmişdir. Kənan gəldikdən sonra Əli onlara Kənanı bu işi görən adam kimi təqdim etmiş və Kənan oraya gələrək onların «egov.az» saytındakı hesablarına girib şəxsi portallarını onlara göstərmişdir. Buna görə Əliyə inanmış və işlərinin yolunda getməsinə arxayın olmuşdur. Daha sonra Əli ona və Sevginə zəng vuraraq onlara çatacaq 4.000 manatdan son olaraq, 1.000 manatını da verməli olduqlarını bildirmişdir. 12 iyun 2020-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı Fidanla birlikdə Şərifzadə 44 A ünvanına gedərək Əlinin yaşadığı məhlədə binanın qarşısında onunla görüşmüş, sonra Əli dediyi kimi işini həll edən tanımadığı Kənan adlı şəxsə zəng vurub onu da çağırmış, Kənanın yanında 1.000 manat pul sayıb Əliyə vermiş, həmin vaxt bundan sonrakı proseslərin necə olacağını soruşduqda Əli «VTB» bankdan ona zəng gələcəyini, qalan 6.834 manat pulun 1.534 manatını həmin bankda sığortaya, 5300 manatını isə evin ilkin ödənişi üçün verməli olduğunu ona bildirmişdir. Həmçinin evin açarının və sənədinin də bank tərəfindən veriləcəyini demişdir. Təxminən bir ay sonra Əli ona zəng edərək, sığortanın pulunu ödəməyi üçün görüşməli olduqlarını bildirmişdir. Həmin vaxt Əlidən bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli ona bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini demişdir. 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Şahid2, onun iş yoldaşı Şahid1 və onun həyat yoldaşı Sevgin Sülemyanovla birlikdə Şərifzadə 44A ünvanına getmiş, həmin vaxt Əli oraya Kənanla birlikdə gəlmiş, orada Əli onlara imzalamaqları üçün sığorta qəbzi vermiş, daha sonra 1.535 manat pulu sayaraq Əliyə vermişdir. Həmin vaxt Sevgin də eyni məbləğdə pulu sayıb onun yanında Əliyə vermiş, Kənan və Əli təxminən bir ay ərzində bankın özü onlara zəng edəcəyini bildirmişdir. Lakin bundan iki ay keçmiş və heç kəs onlara zəng etməmişdir. İşin belə olduğunu görüb Əliyə zəng etmiş, bu barədə bildirdikdə Əli guya ölkə ərazisində yayılmış korona virusun səbəbindən işin gecikdiyini bildirmişdir. Ona nə etməli olduğunu soruşduqda yerdə qalan pulu gətirib özünə vermələrini, işi özünün həll edəcəyini demişdir. Daha sonra 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı, Sevgin və onun həyat yoldaşı ilə birlikdə yenidən Şərifzadə 44 A ünvanına gedərək orada Əli ilə görüşmüşdür. Həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X4 adında bank işçisi də olmuşdur. Orda Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını bildirmişdir. Sonra onlara inanaraq Sevginlə birlikdə hər biri 5.300 manat pul sayaraq Əliyə uzatmışdır. Əli də pulu qəbul edib Kənana vermişdir. Sonra Əli onlara sabah «VTB» banka yaxınlaşmaqlarını, orada bank nümayəndəsinin onları çağıracağını və evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəklərini bildirmişdir. Həmçinin Əli onlara özündə olan evin açarlarını da göstərmiş və işin qaydasında olduğuna arxayın etmişdir. Həmin vaxt Əlidən alacağı evi aparıb göstərməsini xahiş etsə də Əli müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan nömrəsinə və Yaşarın nömrələrə zəng etsə də onlara zəng çatmamışdır. Əliyə zəng edərək bu haqda danışdıqda o narahat olmamalarını, həmin adamları tapacağını bildirmişdir. Aldadıldıqlarını başa düşərək Əlidən pullarını geri qaytarmasını tələb etmişdir. Əli pulun onda olmadığını bildirirərək həmin adamları tapdıqdan sonra pullarını qaytara biləcəyini demiş, buna baxmayaraq bu günə kimi Əli onların pulunu qaytarmamış və müxtəlif bəhanələrlə onları aldatmışdır. Şəxsən Əliyə inanaraq ona dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alıb verməsi üçün cəmi 10.335 manat pul vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir kı, həyat yoldaşı Şahid1 təxminən iki ilə yaxındır ev alqı-satqısı ilə məşğul olmuşdur. Həmin vaxtdan ev alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 tanımışdır. 2020-ci ilin əvvəllərində Elza ona iş yoldaşı Fəyyazın öz tanışı Şahid9 vasitəsilə özünə Yasamal rayonunda yerləşən "xxxx" yaşayış kompleksində ipoteka şərti ilə mənzil almasını və onlara da ev almaları üçün köməklik göstərə bilcəyini demişdir. Həyat yoldaşı Elzanın təklifi ilə razılaşaraq kirayə yaşadığı üçün özünə mənzil almaq istəmişdır. Fəyyaz ona əlaqə saxlaması üçün Şahid9 nömrəsini vermişdir. 2020-ci ilin mart ayında Şahid9 zəng etmiş və ipoteka şərti ilə "xxxx" şirkətindən özünə ev almaq istədiyini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Şahid9la görüşmüş, həmin vaxt Əli onlara Yasamal rayonunda yerləşən sosial evlərdən 81 kvadrat metr olan 3 otaqlı evin verilməsi üçün 11.335 manat xərci çıxacağını bildirmişdir. Əli ilə razılaşmış, təxminən bir həftə sonra Əli onlara zəng edərək, şəxsiyyət vəsiqəsinin surətini, asan imzanının sənədlərini, həmçinin beh olaraq 1.000 manat pul gətirməsini bildirmişdir. Həmin günün sabahısı, yəni 2020-ci ilin may ayının 18- də saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşərək istədiyi sənədləri və 1.000 manat pulu ona vermişdir. Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. Təxminən 10 gün sonra Əli yenidən ona zəng edərək Asan xidmətlə bağlı sənədlərinin hazırlanması üçün 2.000 manat verməli olduğunu bildirmiş, sonra 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də Əlinin deməsi ilə Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada Şahid9la görüşmüşdür. Həmin görüş zamanı Fəyyazın işi olduğundan həyat yoldaşı Fidan onlarla getmiş, Fidanla birlikdə hərəsi ayrılıqda öz işləri üçün 2.000 manat pulu sayaraq Əliyə vermişdirlər. Həmin günün axşamı Əli onlara zəng edərək, verdikləri sənədləri gəlib götürə biləcəklərini bildirmiş, axşamı onlar Şərifzadə 44 A ünvanına gedərək Əlidən sənədləri götürmüş və həmin vaxt Əli onlara «egov.az» saytına girərək öz şəxsi hesablarına baxmalarını söyləmişdir. Buna görə Əlinin yanında biz hesablarına daxil olmaq istəsələr də alınmamışdır. Əli də bunu görüb Kənan Bağırova zəng etmiş və onlara kömək etməsi üçün gəlməsini xahiş etmişdir. Kənan gəldikdən sonra Əli onlara Kənanı bu işi görən adam kimi təqdim etmişdir. Kənan adlı şəxs onların «egov.az» saytındakı hesablarına girərək şəxsi portallarını göstərmiş, daha sonra Əli onlara çatacaq 4.000 manatdan son olaraq, 1.000 manatını da verməli olduqlarını bildirmişdir. 08 iyun 2020- ci il tarixdə saat 17 radələrində Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt həyat yoldaşı Elza və Fəyyazın həyat yoldaşı Fidan da onlarla birlikdə olmuşdur. Kənanın və Fəyazın yanında 1.010 manat pul sayaraq Əliyə vermiş, Əli də həmin pulu qəbul edib Kənana vermişdir. Fəyyaz da 1.000 manatı sayıb Əliyə vermişdir. Təxminən bir ay sonra Əli ona zəng edərək, sığortanın pulunu ödəməyi üçün görüşməli olduqlarını bildirmiş, həmin vaxt ondan bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini demişdir. 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində Elza, Fidan və Fəyyazla birlikdə Şərifzadə 44A ünvanına getmiş, orada Əli onlara imzalamaqları üçün sığorta qəbzləri vermişdir. Oda 1.535 manat pulu sayaraq Əliyə vermiş, həmin vaxt Fəyyaz da eyni məbləğdə pulu sayaraq Əliyə vermişdir. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü zəng edəcəyini bildirmişdirlər. Görüşdən iki ay keçsə də heç kəs onlara zəng etməmişdir. Əliyə zəng edib bu barədə bildirmişdir. Əli isə onlara guya ölkə ərazisində yayılmış korona virusu səbəbindən işin gecikdiyini demişdir. 17 sentyabr 2020ci il tarixdə saat 12 radələrində yenidən Şərifzadə 44 A ünvanına gedərək orada Əli ilə görüşmüşdür. Həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X4 adında bank işçisi kimi təqdim edilən şəxslər olmuşdurlar. Orda Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını demişdir. Fəyyazla birlikdə hərəsi öz evi üçün 5.300 manat pulu sayaraq Əliyə uzatmış, Əli də pulu qəbul edib Kənana sayıb vermişdir. Əli onlara sabah «VTB» banka yaxınlaşmalarını, orada bank nümayəndəsinin onları çağıracağını və evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəklərini bildirmiş, həmçinin Əli onlara özündə olan evin açarlarını da göstərmişdir. Həmin günün sabahısı «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan nömrəsinə və Yaşarın istifadəsində olan nömrələrə zəng etsələr də onlara zəng çatmamışdır. Əlinin yaşadığı yerin yaxınlığına gedərək onunla görüşüb danışmış və Əli onlara narahat olmamalarını, həmin adamları tapacağanı bildirmişdir. Əliyə dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alması üçün cəmi 10.845 manat pul vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs8 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə, teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiyini, işə onların iştirakı olmadan baxılıb yekun nəticə verilməsini xahiş etmişdirlər. İş üzrə Zərərçəkmiş şəxs9 məhkəməyə göndərdiyi teleqramda əlavə olaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir (belə ki, onların iştirakının təmin edilməsi ilə bağlı məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır, lakin onların iştiraklarının təmin edilməsi mümkün olmamışdır). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əmisi oğlu Zərərçəkmiş şəxs3 ilə bərabər özlərinə də ipoteka şərti ilə Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən üç otaqlı mənzil almaq istəmişdir. Bu barədə əmisi Güləmirzəyə demişdir. O, Əliyə və Kənana zəng vurub bu ona barədə bildirmişdir. Onlar da problem olmadığını və ev almaqda onlara da köməklik edə biləcəklərini demişdir. 2020-ci ilin fevral ayının 15-də Şahid9 əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və üç ədəd üç otaqlı mənzil üçün 9.000 manat pul ödəmək lazım olduğunu bildirmişdir. Həmin vaxt əmisi oğlu Rafətlə birlikdə hərəsi 3.000 manat düzəldib Əliyə çatdırılması üçün əmiləri Güləmirzəyə vermişdirlər. Sonra əmisi Güləmirzə Əlinin dəvəti ilə Bakı şəhərində onun yaşadığı Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanada onunla görüşmüş və Əli ilə ətraflı söhbət etmişdirlər. Həmin vaxt Əli əmisinə narahat olmamağı bildirmişdir. Əli tanışı Kənana zəng vuraraq onu da həmin çayxanaya çağırmış və əmisi Güləmirzə şəxsən Əlinin yanında hər üç mənzilə görə Kənana ödəməli olduğu 9.000 manat pulu sayıb vermişdir. həmin vaxt əmisi oğlu Rafətlə birlikdə orada olmamışdır. Onların pulunu da əvəzlərindən əmisi Güləmirzə Laçına vermişdir. 2020-ci ilin yayında Şahid9 yenə də əmisi Güləmirzəyə zəng vuraraq onu Bakı şəhərinə çağırmış və bankın işçisinin gəlib ilkin ödəniş olan 1.534 manat 70 qəpik pulu götürəcəyini bildirmişdir. Bu zəngdən sonra Rafət əmiləri Güləmirzə ilə birlikdə 07 avqust 2020-ci il saat 11 radələrində Əlinin yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən çayxanaya getmişdir. Həmin vaxt əmisi Güləmirzə öz evi və onun evi üçün ayrı- ayrılıqda 1.535 manat pulu Əlinin yanında sayıb Kənana vermiş, sonra əmisi oğlu Rafət öz evi üçün 1.535 manat pulu sayaraq Əliyə uzatmışdır. Əli pulu Kənana verməsini bildirmişdir. Kənan bank işçisinin atasının xəstə olduğunu bildirərək gələ bilmədiyi üçün pulu özü yığmasını, bir neçə gündən sonra isə Kənan Orxan adlı bank işçisinin atasının vəfat etdiyini deyərək taksi ilə ödədiyi pulun qəbzlərini göndərmiş və onlar da həmin qəbzə imza etmişdirlər. Kənan həmin qəbzlərin bir nüsxəsinin bankda qalacağını, digər nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini bildirərək qəbzləri onlara verməmişdir. Həmin vaxt əmisi oğlu Rafət Kənandan nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəklərini soruşduqda Kənan əvvəlcə onlara mənzillərin qalan ilkin ödəniş pullarını hər birinin gedib metronun «Əcəmi» stansiyasının yaxınlığında yerləşən «VTB» bankın «Əcəmi» filialında ödəyəcəklərini bildirsə də sonradan Kənan öz müdiri Yaşar adlı şəxsin Şahid9la görüşüb hər şeyi izah edəcəyini demişdir. Həmin görüşdə Yaşar adlı şəxs Əliyə mənzillərin açarlarını təqdim edərək, 14 sentyabr 2020-ci il tarixdə bank işçisinin gəlib mənzil almaq istəyən müştərilərdən ilkin ödənişin qalan hissəsini alacağını bildirmişdirlər. 14 sentyabr 2020-ci il tarixdə saat 11.30-da Şahid9 əmisi Güləmirzəyə zəngi ilə Rafət onunla birlikdə Əlinin yaşadığı Yasamal rayonu Şərifzadə 44 A ünvanında yerləşən evin yaxınlığındakı çayxanaya getmişdir. Həmin vaxt Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, özünü Orxan kimi təqdim edən, boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat pul topladıqda Rafət onların harasa tələsdiklərini görüb bu məsələnin içində nəsə bir fırıldaq olmasını əmisinə bildirmişdir. Sonra etiraz edərək əlbəəl heç kimə pul verməyəcəyini, yalnız pulu aparıb banka ödəyəcəyini bildirmişdir. Əmisi Güləmirzə öz evi və onun evi üçün cəmi 10.300 manat pulu Əlinin yanında Kənana sayıb vermişdir. Bank işçisi oradan gedincə əvvəl suallara cavab olaraq həftənin cümə günü onların banka gəlib sənədlərə imza edəcəklərini, sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini (kupçaları) alacaqlarını bildirmişdir. Kənan cümə günü, yəni 18.09.2020-ci il tarixdə saat 11 radələrində onlarla görüşüb banka gedəcəklərini və sənədləri götürəcəklərini vəd edərək onlardan ayrılıb getmişdir. Sonradan isə istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng çatmamış, Əlidən öyrəndiklərinə görə özü bu barədə Yaşara zəng edib əhvalatı ona danışmış və Yaşar narahat olmamalarını bildirərək sonradan o da istifadə etdiyi ***-***-**-** nömrəsini bağlamışdır. Sonradan əmisi Güləmirzə Kənanın öz adını onlara səhv deməsini və özünə saxta şəxsiyyət vəsiqəsi düzəltməsini, əsl adının Laçın olmasını bilmişdir. Rafət əmisi Güləmirzə ilə birlikdə Laçından alacaqları evin yerini göstərməsini xahiş etsələr də Laçın hər dəfə müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. "xxxx" şirkətinin tikdiyi üç binadan birində əmisinə 5-ci mərtəbədən, Rafətə 6cı mərtəbdən və ona isə 4-cü mərtəbədən hər birinə üç otaqlı, 95-96 kv.metrlik mənzil veriləcəyini bildirmişdir. Rafət əmiləri Güləmirzə ilə birlikdə bir neçə dəfə Əli ilə görüşərək ondan pullarını qaytarmasını tələb etmiş, ancaq Əli onlara narahat olmayın desə də müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. Əmisi Güləmirzə şəxsən Əliyə və Kənana özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil almasına görə 9.535 manat, əmisi oğlu Rafət cəmi 4.535 manat, özü isə 10.035 manat pul vermiş, hətta Əli Rafətə və əmisi Güləmirzəyə alacaqları mənzillərin açarını da göstərmiş, sonradan Əlinin tanışları Yaşar və Kənan adlı şəxslərlə birlikdə onlardan başqa bir neçə şəxsi də eyni üsulla aldadıb pullarını ələ keçirməsini eşidib- bilmişdir. Ümumilikdə onlar Kənana və Əliyə üç mənzil üçün 24.105 manat pul vermişdir. Hazırda onunla bərabər əmisi Güləmirzəyə və əmisi oğlu Zərərçəkmiş şəxs3 da maddi ziyan dəymişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin əvvəllərində oğlu üçün münasib qiymətə ev axtararkən tanışı Sevginin həyat yoldaşı Elza xanımın vasitəsilə ev alqı-satqısı ilə məşğul olan Şahid9 ilə tanış olmuş və ona oğlu üçün Bakı şəhərində ev almaq istədiyini bildirmişdir. Həmin vaxt Əli ona problem olmadığını və bu işdə köməklik göstərə biləcəyini demişdir. 2020-ci ilin mart ayında Əli ona zəng edərək Yasamal rayonu ərazisində "xxxx" MMC-nin tikdiyi sosial evlərində Kənan adlı tanışının Yaşar adlı rəisinə məxsus 9 ədəd mənzil olmasını və həmin mənzillər içərisində istədiyi üç otaqlı mənzilin də mövcudluğunu bildirmişdir. Həmin vaxt Əlinin vasitəçiliyi ilə Kənan adlı şəxslə görüşmüş və Kənan ona üç otaqlı mənzili almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra, mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat pul ödəyəcəyini, mənzil adına sənədləşdirildikdən sonra mənzilin sahəsinə əsasən, 25 il ərzində aylıq kredit ödəyəcəyini şərt kimi irəli sürmüş, Kənan ona bunun üçün əvvəlcə «Asan» xidmətdən «Asan imza» alıb özləri tərəfindən qeydiyyata salındıqda «şapka» kimi nəzərdə tutulan 3.000 manatı ödəməyini, daha sonra isə banka ilkin ödənişini etməsini təklif etmişdir. Həmin vaxt imkanı daxilində ipoteka ödəyə biləcəyini fikirləşərək Əlinin və Kənanın təklifi ilə razılaşmışdır. 2020-ci ilinin təxminən avqust ayının əvvəlində saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında Əli və Kənanla görüşmüş, həmin vaxt tək olmuş, onlara Bakı şəhəri Yasamal rayonu ərazisində "xxxx" MMC-nin tikdiyi sosial evlərdən 82 kv.metr 3 otaqlı mənzil almaq istydiyini bildirmişdir. Bu məqsədlə şəxsən Əliyə 5.000 manat pulu sayıb vermiş, sonra Əli onun yanında aldığı pulu Kənana vermişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Əlinin tanışı olan Kənan adlı şəxs onun işi ilə məşqul olan Orxan adlı bank işçisinin atasının vəfat etməsini, buna görə özü gələ bilməyəcəyini bildirərək taksi ilə göndərdiyi qəbzləri imza etməsini xahiş etmiş, sonra Kənanın göndərdiyi 1.534 manat ilkin ödəniş etməsi barədə olan qəbzə imza etmişdir. Lakin qəbzi gətirən taksinin nömrə nişanı yadında qalmamış və sürücüsünü tanımamışdır. Əliyə inandığı üçün qəbzə imza etmiş və həmin qəbzin şəklini telefonuna çəkməmişdir. Sonra taksi imza etdiyi qəbzi götürüb aparmış və Əliyə vermiş, sonradan isə Əli ona zəng vuraraq imza etdiyi qəbzin bir nüsxəsinin bankda qalacağını, digər nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini bildirmişdir. Həmin vaxt Kənandan və Əlidən ilkin ödənişin qalan hissəsini nə vaxt ödəyəcəyini soruşduqda Kənan öz müdürü Yaşarın Əli ilə görüşüb hər şeyi ona izah edəcəyini demişdir. Sonra Yaşar adlı şəxs Əliyə 14 sentyabr 2020-ci il tarixdə bank işçisinin gəlib ilkin ödənişin qalan hissəsini alacağını demişdir. 14 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Kənan, Yaşar və bir nəfər bank işçisi formasında, boynundan adı və soyadı yazılmış lövhə asılmış şəxs gələrək 82 kv.m 3 otaqlı mənzil üçün 5.300 manat, iki otaqlı mənzil üçün 3.300 və bir otaqlı mənzil üçün 1.500 manat ilkin ödəniş lazım olduğunu deyib Əlinin və Kənanın yanında ondan 5.300 manat alaraq getmiş, bu dəfə də pulu şəxsən Əliyə vermişdir. 18 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Kənan onunla görüşdükdə özü VTB banka gedib sənədləri götürəcəyini demiş və orada məsələni həll etdikdən sonra, yəni bir saatdan sonra onunla görüşəcəyini vəd etmiş, sonradan isə Kənana məxsus ***-***-**-** nömrəsinə zəng çatmamışdır. Əliyə zəng vuraraq narahatçılığını bildirmiş və Əli bu barədə özü Yaşara zəng edib əhvalatı ona danışdıqda Yaşar narahat olmamasını desə də sonradan Yaşar da özünə məxsus ***-***- **-** nömrəsini bağlayaraq gizlənmişdir. Kənan adlı şəxsin əsl adının Şahid7 olmasını və öz adına saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi düzəltməsini bilmişdir. Ümumilikdə, 10.300 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmiş, aldanıldığını gördükdə Əlidən verdiyi 10.300 manat pulu qaytarmasını tələb etmişdir. Əli müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. İbtidai istintaqda zərər çəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin mart ayında həyat yoldaşı Şahid5 maddi vəziyyətləri ilə bağlı özlərinə ev ala bilmədikləri üçün dövlət tərəfindən az təminatlı ailələrə görə tikilən sosial evlərdən mənzil almaq qərarına gəlmişdir. Bunun üçün müvafiq sənədlər toplamış, həmin ərəfədə həyat yoldaşı Zakirin tanışı olan Ərəstun adlı şəxs onlara kömək məqsədilə Şahid9 adlı tanışının olmasını bildirmiş və belə işlərlə məşqul olduğunu demişdir. Sonra Ərəstun həyat yoldaşını Əli adlı şəxslə Yasamal rayonunda görüşdürmüş və Əli ona bu işin düzəlməsi üçün 3.000 manat əlavə xərc çıxacağını demişdir. 2020-ci ilin mart ayının 11-də həyat yoldaşı Zakir Şahid9 ilə onun yaşadığı Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evinin həyətində görüşmüş və ona 500 manat beh olaraq vermişdir. Əli onlardan müvafiq sənədləri də almış və işə başlaması üçün mart ayının 14-də 2500 manatı gətirib vermələrini bildirmişdir. 2020-ci ilin mart ayının 14-də saat 11 radələrində həyat yoldaşı Zakir yenə də Əlinin deməsi ilə onun yaşadığı evin həyətinə gedərək oradan onunla görüşüb 2500 manat pulu ona vermişdir. Bu zaman Əlinin yanında özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Yalçın Bağırov adlı şəxs olmuş, ancaq həyat yoldaşı pulu şəxsən Əliyə vermiş və Əli pulu götürdükdə həyat yoldaşına aldığı 3.000 manatın işi düzəldənə və özünə çatdığını bildirmişdir. Sonra isə Əli həyat yoldaşına mart ayının sonunda 5.450 manat pulu da düzəldib gətirməsini və novruz bayramından sonra evə köçəcəyini bildirmişdir. Həyat yoldaşı da Əlinin vədlərinə və onun yanında olmuş Mida şirkətinin işçisi kimi özünü təqdim edən Yalçın adlı şəxsə inanaraq onlarla razılaşmışdır. 2020-ci ilin mart ayında məlum «karona virus pandemiyası» ilə əlaqədar arada boşluq yaranmış və Əli həyat yoldaşına karantin bitdikdən sonra evə köçürüləcəyini bildirmişdir. Ona görə məlum hadisələrlə bağlı Əliyə inanıb gözləməyə başlamışdır. 2020-ci ilin iyun ayında "xxxx"şirkətindən onlara telefon vasitəsilə SMS gəlmiş, həmin mesajda 2020-ci ilin iyul ayının 30-da onlar evlə bağlı dəvət ediləcəkləri göstərilmişdir. Bu mesaja inanmış və vaxtı gözləmişdir. Zakir Əliyə zəng vuraraq ondan hara getməli olduğunu və kiminlə görüşəcəyini soruşmuşdur. Əli onlara heç yerə getməyin deyərək, yaşadığı evin həyətinə çağırmış və özü ilə 1.534 manat pul gətirməsini bildirmiş, guya həmin məbləğin sığortaya köçürülməli olduğunu bildirmişdir. 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində Əlinin deməsi ilə onun yaşadığı evin həyətinə gedərək orada onunla görüşmüş, həmin vaxt Əli tək olmuş və həyat yoldaşı 1.534 manat pulu ona vermişdir. Əli pulu götürdükdə həmin məbləği sığortaya köçürdəcəyini və iki-üç günə mədaxil çekini verəcəyini bildirmişdir. Sonra isə onu VTB bankdan çağıracaqlarını və orada onunla müqavilə bağlanacağını və yerdə qalan 3.920 manat pulu da orada ödəyəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayında Şahid9 həyat yoldaşına zəng vurub onu təbrik etmiş, guya ev işi düzəldiyini bildirmiş və özü üçün 300 manat şirinlik istəmişdir. Əliyə inanaraq həmin məbləği düzəldib 2020-ci ilin avqust ayının 11-də saat 16 radələrində həyat yoldaşı ilə Əliyə 300 manatı göndərmiş və yenə də onlar Əlinin yaşadığı evin həyətində görüşmüş və Əli pulu götürmüşdür, hətta Əli həyat yoldaşına onlar üçün düzəltdiyi iki otaqlı mənzilin açarlarını da göstərmişdir. 2020-ci ilin avqust ayının sonunda Şahid9 zəng vuraraq yerdə qalan 3.920 manat pulu düzəldib hazır vəziyyətdə olmalarını, guya işlərin tamamlanmasını və 2020-ci ilin sentyabr ayının 7-də, yəni birinci günü pulu ona verməyi, həmin həftənin 5-ci günü isə mənzilə köçəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 07-də saat 10 radələrində həyat yoldaşı Şahid5 və qızı Şahid4 yerdə qalmış 3.920 manat pulu götürərək yenə də Əlinin deməsi ilə yaşadığı evin həyətinə gedib orada Əliylə görüşüb şəxsən 3920 manat pulu sayıb özünə vermişdir. Həmin vaxt Əlinin yanında Kənan və özünü bank işçisi kimi təqdim edən Yaşar adlı şəxs olmuşdur.X16 deməsi ilə həyat yoldaşı ilə birlikdə getmiş, çünki alacaqları sosial evi dövlət işində işləyən birinin adına qeydiyyata alınmalı olduğundan və qızı da İçəri şəhərdə yerləşən 46 saylı uşaq bağçasında tərbiyəçi- müəllimə işlədiyinə görə həmin iki otaqlı sosial evi elə onun adına qeydiyyata aldırmağı qərara almışdır. Həyat yoldaşı Zakir 3920 manat pulu şəxsən qızı Gülnarənin iştirakı ilə Əliyə sayıb vermişdir. Həmin vaxt Yaşar və Kənan qızına bir neçə sənədə imza etdirmiş və onları tam arxayın yola salmışdır. 2020-ci ilin sentyabr ayının 11-də iki otaqlı evin qeydiyyat şəhadətnaməsi və açarı veriləcəyini və həmin mənzil qızı Gülnarənin adına olacağını bildirmişdir. 4 gün Əlinin vədinə inanıb onu gözləmiş, lakin vaxt gəldikdə Əliyə zəng vurmuş, həmin vaxt Əli Kənana zəng çatmadığını deyərək bir az gözləmələrini və onu tapıb əlaqə saxlayacağını bildirmiş, ancaq bir neçə gün də keçmiş və Əlidən xəbər çıxmamış, artıq ona inamı itməyə başlamış və buna görə həyat yoldaşı Zakirlə birlikdə şəxsən özü Əlinin yaşadığı ünvana gedərək ondan ya mənzilin açarını verib onu evə köçürtməsini, ya da ki, verdiyi 8.754 manat pulunu qaytarmasını tələb etmişdir. 2020-ci ilin noyabr ayına kimi Əlini gözləmiş, ancaq Şahid9 bu dəfə də onları aldatmış və verdiyi sözə əməl etməmişdir. 8.754 manat pul şəxsən Şahid9 verilmiş və bu səbəbdən də ondan pulunu tələb edərək 2020-ci ilin noyabr ayında Şahid9 Yasamal rayon prokurorluğuna şikayət etmişdir. Şahid9 tanışları Yaşar və Kənan adlı şəxslərlə birlikdə ondan başqa daha bir neçə şəxsi də eyni üsulla aldatmasını və pullarını ələ keçirməsini eşidib-bilmişdir. İbtidai istintaqda zərər çəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə iclasında elan olunmuş ifadələrinindən görünür ki, 2019-cu ilin noyabr ayında Nəriman müəllim ona Şahid9 adlı tanışı olmasını və onunla işi barədə söhbət etməsini, Şahid9 onu Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəltməkdə köməklik edə biləcəyinə söz verməsini bildirmişdir. Bunun üçün 15.000 manat pul lazım olduğunu, özünə isə 300 manat hörmət olunmasını demişdir. 2019-cu ilin noyabr ayının 29-da səhər tezdən 6.300 manat pulu aparıb Nəriman müəllimin icarəyə götürüb işlətdiyi ofisdə ona vermiş, danışığa görə qalan pulu işə düzəldikdən sonra verməli olmuşdur. Nəriman müəllim ondan pulu götürüb yanında tanışı Əliyə zəng vurmuş, həmin vaxt Əli işi olduğunu bildirərək axşamtərəfi özü gəlib ofisdən pulu götürcəyini demişdir. Pulu Nəriman müəllimə təhvil verərək getmişdir. 29 noyabr 2019-cu il tarixdə axşam saat 16 radələrində evdə olan zaman Nəriman müəllim zəng vuraraq tanışı Şahid9 işlədiyi Nərimanov rayonu, N.Hacıyev 46 ünvanında yerləşən ofisə gəlib ondan verdiyi 6.300 manat pulu götürüb getməsini bildirmiş və təxminən 3 ay ərzində onun işini düzəldəcəyinə söz vermişdir. Nəriman müəllimlə Şahid9 arasında olan danışığa görə 2019-cu ilin dekabr ayının sonuna kimi yerdə qalan 9.000 manatı da düzəldib Əliyə verəcək, Nəriman müəllim 6.300 manat pulu Əliyə verdikdə ona Əli ona narahat olmamağını, işin düzələcəyinə vəd vermişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Şahid9 tanışı Nəriman müəllimə zəng vuraraq 2020-ci ilin yanvar ayında qohumu Zərərçəkmiş şəxs9 Sədərək Ticarət Mərkəzinin yanında olan avtomobil gömrük idarəsində xidmətə başlayacağını demiş, sonra isə yerdə qalan 9.000 manat pulu düzəldib vermək lazım olduğunu bildirmişdir. 15 yanvar 2020-ci il tarixdə saat 17 radələrində 9.000 manat pulu düzəldib Nəriman müəllimin ofisinə getmiş, sonra Nəriman müəllim yanında tanışı Şahid9 zəng vurmuş, həmin vaxt Əli onları yaşadığı Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən evinin həyətinə çağırmışdır. Əli ona şirin vədlər vermiş və tezliklə işə çıxacağını, işlərinin qaydasında getməsini bildirmiş, həmin vaxt Şahid9 tək olmuş, orada ondan, Əlidən və Nəriman müəllimdən başqa kənar şəxs olmamışdır. Nəriman müəllimin iştirakı ilə özü ilə gətirdiyi 9.000 manat pulu sayıb Əliyə vermişdir. Şahid9 vəd etdiyi vaxt gəldikdə işindən xəbər çıxmamış və onlar Əliyə zəng vuraraq işlə maraqlandıqda hər dəfə Şahid9 müxtəlif bəhanələrlə onları aldadıb vaxtı uzatmış, pandemiyanı bəhanə etmiş, bu minvalla 2020-ci ilin may ayına kimi Əli onu getgələ salıb aldatmışdır. Baş vermiş aldadılma nəticəsində ona cəmi 15.300 manat maddi ziyan dəymiş, bu işdə Nəriman müəllimə maddi ziyan dəyməmişdir. Şahid9 tərəfindən Dövlət Gömrük Komitəsində işə düzəlməyində Nəriman müəllimin heç bir maddi marağı olmamışdır. İbtidai istintaqda zərər çəkmiş şəxs qismində taninaraq dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, 2020-ci ilin iyun ayında özünə Bakı şəhəri Yasamai rayonunda "xxxx" şirkəti tərəfindən az təminatlı ailələr üçün tikilmiş sosial təyinatlı evlərdən uzun müddətli ipoteka şərti ilə ev almaq istəmiş, bu zaman tanışı Zərərçəkmiş şəxs8 vasitəsi ilə Yasamal rayonunda ev alqı-satqısı ilə məşqul olan Şahid9 ilə tanış olmuşdur. Həmin vaxt Şahid9 tanışı Zərərçəkmiş şəxs8 da sosial təminatlı mənzil düzəltməkdə köməklik etmiş, Şahid9la görüşüb danışdıqda mənzili almaqdan ötrü sistemə düşməyi üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra mənzillərin ilkin ödənişləri kimi banka 6.800 manat ödəyəcəyini, mənzil adına sənədləşdirildikdən sonra isə mənzilin sahəsinə əsasən aybaay 20-25 il ərzində kredit ödəyəcəyini şərt kimi irəli sürmüşdür. Əli ona bunun üçün əvvəlcə «Asan» xidmətindən «Asan imza» alıb qeydiyyata salındıqda 3.000 manatı ödəyəcəyini, daha sonra isə banka ilkin ödənişi olunacağını bildirmiş, Əlinin deməsinə görə iki otaqlı mənzilə görə ümumilikdə 10.034 manat pul ödəməli olacağını bildirmişdir. Həmin vaxt Şahid9 ona pulu ona verməyi və narahat olmamamağı bütün işləri özü həll edəcəyini bildirmiş, əgər iş alınmasa pulu özünə qaytaracağına vəd vermişdir. Bu səbəbdən və Əlinin tanışı Sevginə də mənzil düzəltməsinə görə ona inanaraq razılaşmışdır. 2020-ci ilin iyun ayının 20-də saat 19 radələrində Şahid9 zəngi ilə onun yaşadığı evin yanına-yəni Yasamal rayonu Şərifzadə küçəsi 44 A ünvanın qarşısına getmiş və orada təklikdə Şahid9la görüşərək ona 2.000 manat pulu sayıb vermişdir. 29 iyun 2020-ci il tarixdə saat 20 radələrində yenə də Şahid9 zəngi ilə onun yaşadığı evin yanına getmiş və bu dəfə də orada təklikdə Şahid9la görüşərək ona 3.000 manat pul və müvafiq sənədlərin surətini vermiş, həmin vaxt Əli ondan pulu və sənədləri qəbul edərək 2020-ci ilin avqust ayında Yasamal rayonunda "xxxx" şirkətinin tikdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial təyinatlı binanın 6cı mərtəbəsindən uzun müddətli ipoteka şərti ilə 60 kv.metr mənzil veriləcəyini və 20 il ərzində ayda 220 manat pul ödəyəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayının 30-da günorta saatlarında Şahid9 ona zəng vuraraq alacağı mənzilin sığorta pulu olan 1.534 manat pulu gətirməsini bildirmişdir. Həmin günü saat 15 radələrində özünü Kənan kimi təqdim edən şəxs işlədiyi ünvan 5 ünvanda yerləşən «Kilim Mebel» salonuna gəlmiş və iş yerində təkllikdə Əlinin sığorta üçün istədiyi 1534 manat pulu sayıb Kənana vermişdir. Hətta Kənan ona bir qəbzə imza etdirmiş, ancaq həmin qəbzi ona verməmişdir. Həmin vaxt Kənan tək gəlmişdir. Kənan ondan pulu götürüb gedən kimi Şahid9 zəng vurmuş və Əli telefonda ona narahat olmamağı vəd vermişdir. Şahid9 dediyi vaxt tamam olduqda ona zəng vurmuş və nə zaman evin sənədlərinin veriləcəyini və mənzilə nə zaman köçəcəyini soruşmuş, ancaq Əli pandemiyaya görə işlərin bir qədər uzandığını bildirərək bir həftə də gözləməsini demiş, lakin Əli onu aldadıb avqust ayını başa vurmuş, sonda isə 2020-ci ilin sentyabr ayının əvvəlində mənzilin hazır olacağını bildirmiş, ancaq yenə də Əli və Kənan onu aldatmışdırlar. Özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 2 otaqlı mənzil almasına görə şəxsən Əliyə 5.000 manat, Kənan adlı şəxsə isə 1.534 manat, cəmi 6.534 manat pul vermişdir. Hazırda Əli və Kənan pulunu qaytarmamış və onu aldadaraq vədinə əməl etməyib pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin axırlarında Rza ona Əli adlı tanışının yaxın bir adamını Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəltmək lazım olduğunu bildirmişdir. O, tanışı olan Rahibə bu barədə demiş, Rahib isə tanışının olmasını və onun vasitəsilə bu işi düzəldə biləcəyini demişdir. Bir müddət keçdikdən sonra Rahib özü ilə Yaşar (sonradan adının Rafiq olduğunu bildiyi) adlı şəxsi gətirmiş və həmin şəxsin Əlinin tanışını Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Əli ilə görüşmüş və özünü Əliyə Kənan kimi, Rafiqi isə Rahibin dediyi kimi tanışının işə düzəldə biləcək adam kimi təqdim etmişdir. Sonra Əli işə düzəlmək istəyən şəxsin 5.000 manat pulu olmasını bildirmiş, Rafiqə bu barədə bildirdikdə həmin qiymətə işə düzəldə biləcəyinə söz vermişdir. Əli isə bu işin düzəlməsi üçün həmin şəxsdən çox pul alacağını və əlavə olaraq hörmət edəcəyini bildirmişdir. Əli ilə razılaşdıqdan sonra təxminən 2019- cu ilin noyabr-dekabr aylarında 2.500 manat pulu Əlinin yaşadığı evin qarşısında ondan götürmüş və Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında Rafiqlə görüşərək həmin pulu ona vermişdir. Təxminən 15 gün sonra Əlinin yaşadığı evin yaxınlığında yerləşən çayxanada Əli ilə görüşərək yerdə qalan 2.500 manat pulu da ondan götürmüşdür. Hər iki dəfə Əli ilə görüşüb ondan cəmi 5000 manat pulu aldıqda yanlarında kənar şəxslər olmamışdır. Sonra həmin 2500 manat pulu Rafiqə verməyərək öz şəxsi ehtiyacı üçün xərcləmişdir. X13 Komitəsində işə düzəldəcəyi şəxsin adının Zərərçəkmiş şəxs9 olmasını sonradan bilmişdir. Bu işi gömrək üçün Əlidən ümumilikdə 5000 manat pul almışdır. Bir dəfə Əli və Eltacla birlikdə Əlinin yaşadığı evin yaxınlığında görüşmüşdür. Ona işinin tezliklə düzələcəyini demişdir. Bir müddət sonra Rafiq ona Zərərçəkmiş şəxs9 xidməti vəsiqəsini surətini gətirib vermiş və həmin sənədi işin düzələcəyinə inanması üçün apararaq Əliyə vermişdir. İkinci dəfə 2500 manatı Əlidən götürən zaman Zərərçəkmiş şəxs9 aid sənədlər olan qovluğu Əli ona verdiyi kimi aparıb Rafiqə vermişdir. Zərərçəkmiş şəxs9 Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəldilməsi ilə bağlı onunla söhbət etdikdə Əli ona tanışlarının olmasını və az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərdən mənzil almaq istədiklərini bildirmiş və onlara kömək etmək mümkün olub-olmamasını soruşmuşdu. Həmin vaxt Əliyə tanışı Rafiqlə danışıb cavab deyəcəyini bildirmişdir. Bu barədə Yaşara, yəni Rafiqə bildirmiş, Rafiq həmin məsələni də həll edə biləcəyini bildirdikdən sonra Əliyə tanışlarına istədikləri evlərin alınmasında köməklik edə biləcəyinə söz vermişdir. Bu işlərə görə 2020-ci ildə Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 Yasamal rayonu ərazisində inşa edilən "xxxx" sosial evlərdən uzunmüddətli ipoteka şərti ilə mənzil almaqda köməklik edəcəyi adı ilə Rahib və adının sonradan Rafiq olduğunu bildiyi, özünü Yaşar kimi təqdim edən şəxslərlə birlikdə pul almışdır. Belə ki, Zərərçəkmiş şəxs7 ev almaqda kömək etmək üçün Əlidən onun verdiyi 500 və 2500 manat olmaqla cəmi 3000 manat almışdır. Həmin 3000 manat pulu da Rahibə və Rafiqə vermişdir. Sığorta adı ilə aldığı 1534 manat pulu isə öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Axrıncı 3.920 manatı isə onun yanında Rahib almışdır. 2020-ci ildə Güləmirzəyə Yasamal rayonu ərazsində inşa edilən "xxxx" sosial evlərdən mənzil almaqda köməklik etmək üçün Əlidən onun verdiyi 2.000 və 1000 manat olmaqla 3000 manat, Zərərçəkmiş şəxs3 3.000 manat və Zərərçəkmiş şəxs4 3.000 manat pulu Əlidən almışdır. Həmin pulları Rahibə və Yaşara vermiş, Güləmirzədən 1.534 manat olmaqla sığorta haqqı ilə birlikdə 3 mənzil üçün 4602 manat pul almışdır.Həmin pulları özünə xərcləmiş, onlardan ümumilikdə 10500 manatı isə onun yanında Rahib almışdır. 2020-ci ildə Rafiq, Zərərçəkmiş şəxs1 Yasamal rayonu ərazsində inşa edilən "xxxx" sosial evlərdən mənzil almaqda köməklik etmək üçün ondan cəmi 1534 manat almışdır. Həmin pulu da öz ehtiyacı üçün xərcləmişdir. 1500 manatı isə onun yanında Rahib almışdır. Fəyyazın yerinə Əli ona 3000 manat pul verməmişdir. Bundan başqa 2020-ci ildə Zərərçəkmiş şəxs6 da Yasamal rayonu ərazsində inşa edilən “Mida" sosial mənzillərdən ev almaqda köməklik etmək üçün ondan 1534 manat pul almışdır. 5300 manatı isə Fəyyaz özü gətirib ona vermiş, həmin məbləği Fəyyazın yanında Rafiqə vermişdir. Əliyə Fəyyazın nə qədər pul veməsindən xəbəri olmamışdır. Əli 1.000, 1.500 və 1.000 manat olamaqla cəmi 3500 manat pulu Fəyyaza görə ona verməmişdir. 2020-ci ildə Rafiq, Zərərçəkmiş şəxs5 Yasamal rayonu ərazisində inşa edilən "xxxx" sosial evlərdən ev almaqda köməklik etmək üçün Arifdən cəmi 1534 manat almışdır, həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Əli ona 5000 manat pulu Arifin yerinə verməmişdir. Onun yanında Arif 5300 manat pulu Rahibə vermişdir. 2020-ci ildə Zərərçəkmiş şəxs8 Yasamal rayonu ərazisində inşa edilən "xxxx" sosial evlərdən ev almaqda köməklik etmək üçün Sevgindən 2034 manat pul almışdır. Sevgindən 1534 manat və Sevginin Əliyə verdiyi 1010 manat pulun 500 manatını Əli ona vermişdir. 5300 manatı isə Sevgin ona verdikdə bank işçisi olan Rahibə vermiş, Sevginin Əliyə nə qədər pul verməsindən xəbəri olmamışdır. 2020-ci ildə Zərərçəkmiş şəxs10 Yasamal rayonu ərazsində inşa edilən "xxxx" sosial evlərdən ev almaqda köməklik etmək üçün Nuridədən 1534 manat almış, yerdə qalan puldan ona heç bir məbləğ çatmamışdır. Rahib Əlinin yaşadığı evin yaxınlığında hamıdan pul yığan zaman Nuridə ora gəlməmişdir. Onun yerinə Əli özü Rahibə pul vermişdir. lakin Əlinin nə qədər pul verməsini bilməmişdir. Yuxarıda adları qeyd edilən şəxslərin üstündə adları yazılmış açarları ona özünü Yaşar kimi təqdim edən Rafiq vermişdir. O, həmin açarları aparıb Əliyə çatdırmışdır. Rahib və Rafiq ona qeyd edilən şəxslərə ev veriləcəyinin və Eltacın Gömrük Komitəsində işə düzəltməsinin həqiqi olduğunu demişdir. Rahibin və Rafiqinin onu aldatdığını sonradan bilmişdir. Rahibin nə qədər pul yığdığını bilməmişdir. Lakin orada təxminən 30.000 manat pul olduğunu zənn etmişdir. Həmin puldan Rahib Rafiqə 3.650 manat, ona isə 7000 manat pul vermiş, yerdə qalanı isə Rahib özünə götürmüşdür. Həmin restoranın otağında olan zaman Rahib onların hər üçünü telefon vasitəsi ilə videoya çəkərək bir- birinə söyüş qoymuş, kim birinci tutularsa bir-birini satmayacaqlarına söz vermişdir. Həmin video görüntülər Rahibin telefonunda qalmışdır. Özünü Yaşar kimi təqdim edən şəxsin adı Rafiq, özünü Orxan kimi təqdim edən şəxsin adı Rahib olmuşdur. Amal isə tanışı olmaqla əsl adı Namaz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının sonunda tanışı Rahib onu Şahid7la görüşdürüb ona kömək etmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Laçından ona necə kömək edə biləcəyini soruşduqda, yaxın adamı olan və dayısı kimi xətrini çox istədiyi Əli adlı adamla görüşüb ona kömək etmək məqsədilə özünü Dövlət Gömrük Komitəsinin polkovniki kimi təqdim etməli olduğunu və Zərərçəkmiş şəxs9 adlı şəxsin Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəlməsinə köməklik göstərdiyini və tezliklə onun işini həll edəcəyini bildirməli olduğunu demişdir. Laçının və Rahibin təklifi ilə razılaşmışdır. Laçın onun adını Rafiq kimi deyil, Yaşar İsmayılov kimi təqdim etmiş, həmin vaxt Laçının Əliyə dediklərini təsdiq edərək özünü rəis olaraq göstərmişdir. Şahid9 Zərərçəkmiş şəxs9 Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəlməsinə köməklik göstərdiyini və tezliklə onun işini həll edəcəyini bildirmişdir. Əli ilə görüşdükdə Şahid7 özünü ona Kənan kimi, tanışı Təqsirləndirilən şəxs isə özünü Orxan kimi təqdim etməsini bilmişdir. Laçın Əliyə guya Dövlət Gömrük Komitəsində işləməyini, Orxanın isə «VTB» bankın rəhbər işçisi olmasını bildirmişdir. Əl ilə ona inanmış, sonradan Laçın və Rahib ona Əlinin vasitəsi ilə onun bir neçə tanışlarından pul alıb guya onlara "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən ipoteka yolu ilə 2 və 3 otaqlı mənzillər almaqda köməklik göstərəcəklərinə söz vermələrini bildirmişdir. Şahid7 və Təqsirləndirilən şəxs ilə birlikdə Laçının dəvəti ilə 2020-ci ilin sentyabr ayında Şahid9la onun yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 44 a ünvanda yerləşən evinin yaxınlığındakı çayxanada görüşmüş, həmin vaxt orada əvvəllər tanımadığı bir neçə kişi və qadın olmuş, orada olan zaman Əli və Laçınla bir kənarda oturub söhbət etmiş, Rahib isə boynundan bank əməkdaşı olması barədə xidməti vəsiqə asılmış formada ora toplaşmış şəxslərdən pullar yığmışdır. Rahibin nə qədər pul yığdığını bilməmişdir. Həmin puldan Rahib ona 3.650 manat, Laçına isə 7000 manat vermiş, yerdə qalan pulları isə Rahib özünə götürmüşdür. Şahid7 və Təqsirləndirilən şəxs onun Dövlət Gömrük Komitəsində polkovnik vəzifəsində işləməsini bildirməklə ondan istifadə edib Əlinin vasitəçiliyi ilə onun bir neçə tanışlarına guya "xxxx" MMC-nin Yasamal rayonu ərazisində tikdiyi sosial evlərdən ipoteka yolu ilə 2 və 3 otaqlı mənzillər almaqda köməklik göstərəcəklərini vəd etsələr də bu adla şəxsən özü heç kəsdən pul almamış, həmin vətəndaşlardan pulları Laçın və Rahib almışdır. Həmin pullardan ona cəmi 3650 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının sonlarında dostu Güləmirzə ilə evinin yaxınlığındakı çayxanada olarkən Kənan oraya gəlmiş və Güləmirzə ona sosial evlərdən özü üçün iki ədəd üç otaqlı mənzil almaq istədiyini bildirmişdir.Həmin vaxt Kənan "xxxx" şirkətinə məxsus sosial evlərdə özlərinə məxsus 9 ədəd mənzillərin olmasını, üç otaqlı mənzil almaq istəyən şəxslərin sistemə düşmələri üçün əvvəlcə 3.000 manat «şapka» pulu ödədikdən sonra, mənzillərin ilkin ödənişləri kimi banka hər birinin 6.800 manat pul ödəyəcəklərini, mənzillər həmin şəxslərin adına sənədləşdirildikdən sonra mənzillərin sahəsinə əsasən aybaay 25 il ərzində kredit ödəyəcəklərini şərt kimi irəli sürmüşdür. Güləmirzə və sonradan onun vasitəsi ilə Kənanla tanış olmuş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Şahid2, Şahid1, Zərərçəkmiş şəxs4, Şahid6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs10 adlı müştərilər Kənanla razılaşmış, tanışı Güləmirzə qızı Çiçəyə, qardaşı oğlu Rafətə və qardaşı qızı Günelə, Zərərçəkmiş şəxs7 isə qızı Gülnarəyə ev almaq istəmiş, Fəyyaz, Nuridə, Fidan və Elza isə özlərinə ev almaq istəmiş, mənzil almaq istəyən hər kəs «Asan» xidmətdən sim nömrə aldıqdan sonra onlara iyul ayının ortalarında 30 iyul 2020-ci il tarixdə «ASAN» xidmətə yaxınlaşmaları barədə mesaj gəlmiş, lakin Kənan koronavirus pandemiyası ilə əlaqədar həmin gün «ASAN» xidmətə yaxınlaşmamağı, özünün "xxxx"-nın rəhbərliyi ilə danışacağını bildirmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Kənan bankın işçisinin gəlib ilkin ödəniş kimi hər bir müştəridən 1.534 manat pul yığıb, bu barədə qəbzlərə imza edəcəklərini bildirmişdir. lakin sonradan bank işçisinin atasının xəstə olduğunu bəhanə edib hər kəsdən 1.534 manat pulu özü yığmış, Kənan qəbzləri gətirib çatdıracağını vəd etsə də bunu etmədikdə, ondan təcili olaraq qəbzləri verməsini tələb etmişdir. Həmin günü ona zəng edən şəxs özünü Orxan adı ilə təqdim edərək «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən bankın işçisi olduğunu bildirmiş, atası xəstə olduğundan başının qarışıq olduğunu, avtomobilində olan qəbzləri ertəsi gün gətirib çatdıracağını vəd etmişdir. Ertəsi gün Kənan Orxan adlı şəxsin atasının vəfat etdiyini söyləmiş və taksi vasitəsilə çekləri göndərdikdə hər bir kəs öz qəbzlərinə imza edib getmişdir. Kənan isə həmin qəbzlərin bir nüsxəsinin bankda qalmasını, digər nüsxəsinin isə "xxxx" şirkətində işə tikiləcəyini söyləyərək qəbzləri verməmişdir. Həmin vaxt Kənandan müştərilərin nə vaxt ilkin ödənişin qalan hissəsini ödəyəcəklərini soruşduqda Kənan öz müdiri Yaşarın onunla görüşüb hər şeyi izah edəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Kənan Yaşarı onunla tanış etdikdə Yaşar özünü polkovnikleytenant kimi təqdim etmişdir. Ondan tanışı Nərimanın qohumu olan Zərərçəkmiş şəxs9 işinin nə yerdə olmasını soruşduqda Yaşar ona işə düzəlmək istəyən şəxsin onun yanına gəlməsini və özünün hər şeyi ona başa salacağını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs9 Yaşarla görüşdükdə ona gələn həftə forma verildikdən sonra Sulutəpədə işə çixacağını vəd etmişdir. Ertəsi günü Yaşarla görüşdükdə Yaşar ona bazar ertəsi, yəni 14.09.2020-ci il tarixdə bank işçisinin gələrək mənzil almaq istəyən müştərilərdən ilkin ödənişin qalan hissəsini alacağını bildirmişdir. Yaşar özünün şadlıq sarayının satışından 1.500.000 manat əldə etdiyini bildirmiş və onun makler kimi bir çox tikintilərlə əlaqəsi olduğundan «Kapital» hankda adına hesab açdıqdan sonra hesabına 450.000 manat pul koçürtməsini, sonradan həmin məbləğdən istifadə edərək müxtəlif tikintilərə armatur və digər tikinti materialları alıb sataraq mənfəət əldə etməyini və həmin mənfəətdən həm özünə, həm də Kənana pay verməyini təklif etmiş, o da onunla razılaşmışdır. Kənan onu H.Cavid parkının yaxınlığındakı «Kapital» bankın Yasamal filialının qarşısına dəvət edərək ona əvvəlcədən növbə tutmuş və orada hesab nömrəsi açmışdır. Lakin özünə hesab açdıqdan sonra dəfələrlə həm Yaşar, həm də Kənanla əlaqə saxlayıb nəyə görə hesabına pul köçürülməməsini soruşduqda onlar guya Yaşarın həmin məbləği hansısa banka 10 faiz sələmlə qoyduğunu və ay tamam olduqda bankdan 495.000 manat pul çıxarıb vəd etdiyi məbləği hesabına köçürəcəyini bildirmişdir. Sonradan Yaşar ondan küllü miqdarda pul aldıqları üçün onu inandırmaqdan ötrü bunları etməsini bilmişdir. Bankda onun adına hesab açılan gün Yaşar ona işə düzəltmək istədiyi Zərərçəkmiş şəxs9 işinin artıq həll oiunduğunu da bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə bir nəfər bank işçisi formasında və boynundan adı və soyadı yazılmış lövhə asılmış halda gələrək 3 otaqlı mənzillər üçün 5.300, iki otaqlı mənzillər üçün 3.300 və bır otaqlı mənzil üçün 1.500 manat toplayıb qəbzlərə imza etdirərək oradan getmiş, bank işçisi oradan gedincə əvvəl suallara cavab olaraq həftənin cümə günü müştərilərin banka gəlib sənədlərə imza edəcəklərini, bundan sonra isə «ASAN» xidmətə gedib orada evlərin qeydiyyat vəsiqələrini (kupçaları) alacağını bildirmişdir. 18.09.2020-ci il tarixdə saat 11 radələrində Kənan onunla görüşdükdə Güləmirzənin qohumu ona banka gedib sənədləri götürməklərini bildirmiş, ancaq sonradan Kənana zəng çatmamışdır. Zərərçəkmiş şəxs9 görə ondan aldığı 15000 manat pulun 2700 və 6300 manat olmaqla 9000 manatını Laçına, 6000 manatını isə Rafiqə vermişdir. Zərərçəkmiş şəxs2 işinə görə ondan 2.000 və 1000 manat olmaqla 3000 manat almış, həmin pulu da Laçına vermişdir. Zərərçəkmiş şəxs3 3.000 manat və Zərərçəkmiş şəxs4 3.000 manatı alaraq həmin pulları da Laçına vermişdir. Zərərçəkmiş şəxs7 500 və 2500 manat olmaqla həyat yoldaşı Zakirdən özü almış və həmin məbləği də Laçına vermişdir. Zərərçəkmiş şəxs1 adına 3.000 manat pulu onun xahişi ilə özündən düzəldib Laçına vermişdir. Sonradan isə həmin pulu Fəyyaz ona qaytarmışdır. Zərərçəkmiş şəxs10 2.000 və 3.000 manat olmaqla 5000 manatını ona vermiş və həmin pulu da Laçına vermişdir. Zərərçəkmiş şəxs6 1.000, 1.500 və 1.000 manat olmaqla 3500 manatı Fəyyazdan almış və həmin pulu da Laçına vermişdir. Zərərçəkmiş şəxs8 1.000, 2.000 və 1.010 manat olmaqla 4010 manatı alıb Laçına vermişdir. Zərərçəkmiş şəxs5 isə 5.000 manat pulu onun yanında sayıb Laçına vermişdir. 5.300 manat pulu isə Arif özü Laçının yanında bank işçisi olan Orxana vermişdir. Şahid7la iş görməkdə məqsədi vətəndaşlara kömək etmək olmuşdur. Şahid7 işlər alınacağı halda yəni gördüyü işləri başa çatdırdıqda ona hər bir adamın işinə görə 300 manat şirinlik verəcəyini bildirmiş, ancaq ilşər alınmadığına görə Laçın və ya Yaşar ona pul verməmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ev almaq məqsədi ilə 2020-ci ilin mart ayının 11-də Şahid9 ilə onun yaşadığı Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evinin həyətində görüşmüş və ona 500 manat beh olaraq, sonra isə 2.500 manat pulu şəxsən sayıb ona vermişdir. Həmin vaxt Əlinin yanında özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Şahid7 adlı şəxs olmuşdur, ancaq pulu şəxsən Əliyə vermişdir. Əlinin vədlərinə və onun yanında olmuş "xxxx" şirkətinin işçisi kimi özünü təqdim edən Laçın (Kənan) adlı şəxsə inanaraq onlarla razılaşmışdır. 2020-ci ilin iyun ayında "xxxx" şirkətindən ona telefon SMSi gəlmiş və həmin mesajda 2020-ci ilin iyul ayının 30-da evlə bağlı dəvət olunacağı göstərilmişdir. Bu mesaja inanmış və sakit dayanıb vaxtı gözləmişdir. 30 iyul 2020-ci il tarixdə saat 12 radələrində onun deməsi ilə yaşadığı evin həyətinə gedərək onunla görüşmüş, həmin vaxt Əli olmuş və 1.534 manat pulu sayaraq təklikdə ona vermişdir. 2020-ci ilin avqust ayının 11-də saat 16 radələrində Əli ilə yaşadığı evin yanında görüşərək 300 manatı ona vermiş, həmin vaxt Əli ona alacağı iki otaqlı mənzilin açarlarını da göstərmiş və 2020-ci ilin sentyabr ayının əvvəlində mənzilinə köçəcəyinə söz vermişdir. 2020-ci ilin sentyabr ayının 07-də saat 10 radələrində qızi Şahid4 ilə birlikdə yerdə qalmış 3.920 manat pulu götürərək yenə də Əlinin deməsi ilə yaşadığı evin həyətinə gedib orada onunla görüşmüş və şəxsən 3.920 manat pulu Əlinin özünə vermişdir. Həmin vaxt Əlinin yanında Kənan və özünü bank işçisi kimi təqdim edən Yaşar adlı şəxs də olmuşdur. Vaxt gəldikdə Əliyə zəng vurmuş və Əli tanışı Kənana zəng çatmadığını bildirmişdir. Əlindən xəbər çıxmamış, artıq ona inamı itməyə başlamış və buna görə həyat yoldaşı Kəmalə ilə birlikdə şəxsən özü Əlinin yaşadığı ünvana getmiş və ondan ya mənzilin açarını verib onu köçürtməsini, ya da ki, verdiyi 8.754 manat pulunu qaytarmasını tələb etmişdir. Şahid9 özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Kənan və özünü «BTB» bankın əməkdaşı kimi təqdim edən Yaşar adlı şəxslərlə birləşərək onları aldadaraq 8.754 manat pulunu ələ keçirtmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsinindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək, Şahid5 ifadəsində göstərilən halları təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində Şahid10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2018-ci ilin oktyabr ayının əvvəlindən etibarən 2018-ci ilin dekabr ayının 20-dək hissə-hissə olmaqla Əlidən yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 08 saylı binanın yaxınlığındakı adsız çayxanada ümumilikdə 4.000 manat pul almışdır. Həmin vaxt ona 2019-cu ilin yanvar ayının əvvəllərində təqaüdünü düzəldəcəyinə söz vermiş, ancaq Əlinin təqaüd məsələsi ilə bağlı heç kəsə müraciət etməmişdir. Onun Əliyə şəkər xəstəliyi ilə bağlı təqaüd düzəltmək fikiri və niyyəti olmamışdır. Sadəcə evinin damını vurmaq üçün pul lazım olduğuna görə belə bir vədlə Əlidən 4.000 manatı almış, sonradan isə həmin 4.000 manatı öz şəxsi işlərinə xərcləmişdir. 2019-cu ilin əvvəlimdə Əli ona tez-tez zəng vuraraq təqaüd məsələsi ilə bağlı maraqlandıqda və işin nə yerdə olduğunu soruşduqda ona yalan vədlər verməklə sadəcə pulunu düzəldib qaytarması üçün vaxtı uzatmışdır. 2019-cu ilin, aprel-may aylarında Şahid9 ona zəng vuraraq Nəriman adlı tanışının qohumu Zamiq adlı şəxsin Dövlət Gömrük Komitəsində işə düzəlmək istədiyini bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman Əlinin pulunu qaytarmaqda vaxt qazanmaq üçün ona kömək edə biləcəyini demişdir. Əlidən tanışının gömrük komitəsində işə düzəlməsi üçün ondan pul götürməmiş və həmin şəxslə görüşüb söhbət etməmişdir. 2019-cu ilin oktyabr ayında tanışı Şahid7 ona zəng vuraraq ev alqı-satqısı ilə məşğul olan tanışının olub-olmamasını soruşmuş və Yasamal rayonundakı evini satmaq istədiyini bildirmiş, bı zaman Şahid9 telefon nömrəsini ona verərək yaxın adam olduğunu, özüni tanışı kimi təqdim edib görüşə biləcəyini demişdir. Laçının, Əlinin tanışı Nərimanın qohumunu Dövlət Gömrük Komitəsində işə düzəltməsinə görə ondan pul almasını eşidib-bilmişdir. Hətta Laçının sonralar Şahid9la yaxın münasibəti yaranmış və onunla başqa işlər də görmüşdür. Laçının Əlidən pul almasını eşitsə də bunun şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin mart ayının sonlarında həyat yoldaşı Sevgin Şahid9 zəng etmiş və ipoteka şərti ilə "xxxx" şirkətindən ev almaq istədiyini bildirmişdir. 2020 ci ilin may ayının 18-də saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşərək istədiyi sənədləri və 1.000 manat pulu ona vermişdir. Həmin vaxt Fəyyaz və yoldaşı Fidan da onlarla gedərək öz işləri üçün Əliyə 1.000 manat pul vermişdir. Həyat yoldaşı Sevgin Şahid9 pulu verən zaman Əli həmin pulu başqa tanışına verəcəyini, həmin adamın da evin verilməsi ilə bağlı ilkin işlərə başlayacağını bildirmişdir. 28 may 2020-ci il tarixdə saat 18 radələrində yenə də Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada Şahid9la görüşmüş, həmin görüş zamanı Fəyyazın işi olduğundan həyat yoldaşı Fidan da onlarla getmiş, Sevgin və Fidan ayrı ayrılıqda hər biri öz işləri üçün 2.000 manat pulu sayaraq Əliyə vermişdirlər. 08 iyun 2020-ci il tarixdə saat 17 radələrində həyat yoldaşı Sevgin Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt özü və Fəyyazın həyat yoldaşı Fidan onlarla getməmiş, lakin həyat yoldaşı Sevgin həmin vaxt Əli ilə çayxanada deyil, onun yaşadığı məhlədə binanın qarşısında görüşmüş, sonra Əli işlərini həll edən Kənan adlı şəxsə zəng vuraraq onu da çağırmış, həyat yoldaşı Sevgin Kənanın və Fəyazın yanında 1.010 manat pul sayıb Əliyə vermişdir. Əli də həmin pulu götürüb Kənana vermiş, eyni ilə Fəyyaz da 1.000 manat pulu sayaraq Əliyə vermişdir. 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Sevgin, Fidan və Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş, həmin vaxt Əli oraya Kənanla birlikdə gəlmiş, orada Əli imzalamaqları üçün onlara sığorta qəbzi vermiş,daha sonra həyat yoldaşı Sevgin və Fəyyaz 1.535 manat pulu sayaraq Əliyə vermişdirlər. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü zəng edəcəyini bildirmiş, bundan iki ay keçsə də heç kəs onlara zəng etməmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı ilə birlikdə yenidən Şərifzadə 44A ünvanına gedərək orada Əli ilə görüşmüş, həmin vaxt Əlinin yanında Kənan Bağırov, Yaşar İsmayılov və X4 adında bank işçisi olan şəxslər olmuşdurlar. Orda Əli onları Yaşar İsmayılovla tanış edərək Kənanın rəisi olmasını bildirmiş, sonra həyat yoldaşı Sevgin və Fəyyaz hər biri öz işi üçün 5.300 manat pul sayıb Əliyə vermişdirlər. Əli də pulu qəbul edib onların yanında sayaraq Kənana vermişdir. Əli onlara sabah «VTВ» banka yaxınlaşmalarını, orada evin sənədlərinə qol çəkdikdən sonra açarları götürə biləcəkləri demiş, hətta Əli onlara özündə olan evin açarlarını da göstərmişdir. Həyat yoldaşı Sevgin Əlidən alacaqları evi göstərməsini xahiş etsə də, Əli müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırtmışdır. Onlar «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın istifadəsində olan nömrəsinə və Yaşarın nömrələrinə zəng etsələr onlara zəng çatmamışdır. Sonra Əlinin yaşadığı evin yaxınlığına getmiş və Əlidən pullarını qaytarmasını tələb etmişdirlər. Lakin Əli onları aldadıb pullarını qaytarmamış, bəhanələrlə həyat yoldaşı Sevgini aldadıb vaxtı uzatmışdır. Həyat yoldaşı Sevgin, şəxsən onun yanında Əliyə dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alması üçün cəmi 10.845 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin dekabr ayının əvvəlində həyat yoldaşı Zərərçəkmiş şəxs6la birlikdə gedib Şahid9la Şərifzadə 44a ünvanında yerləşən çayxanada görüşmüş, Şahid9 onlara Yasamal rayonu ərazisində yerləşən MİDA sosial evlərdən ev almasında köməklik göstərməsini xahiş etmişdirlər. Əli onlara bu işin düzəlməsi üçün ümumilikdə 10 835 manat pul lazım olduğunu demişdir. 2020-ci ilin may ayının 18-də saat 11 radələrində Şərifzadə 44A ünvanında yerləşən çayxanada Əli ilə görüşüb istədiyi sənədləri və 1.000 manat pulu ona vermişdir. Həmin vaxt həyat yoldaşının yanında olmuş, onlar pulu verdikdən sonra iş yoldaşı Elza və yoldaşı Sevgin də öz işləri üçün yanlarında Əliyə çıxarıb 1.000 manat pul vermişdirlər. 28 may 2020-ci il tarixdə saat 18 radələrində Əlinin deməsi ilə yenə də Şərifzadə 44A ünvanda yerləşən çayxanaya gedərək, orada onunla görüşüb 1.500 manat pulu ona vermişdir. Həmin görüş zamanı Sevgin və Elza da orada olmuş və onlar da öz işləri üçün onun yanında Əliyə 2.000 manat vermişdirlər. 12 iyun 2020-ci il tarixdə həyat yoldaşı Fəyyazla birlikdə Şərifzadə 44 A ünvanına getmiş və Əlinin yaşadığı məhlədə binanın qarşısında onunla görüşmüş, sonra Əli dediyi kimi işlərini həll edən Kənan adlı şəxsə zəng vurub onu da çağırmış, həyat yoldaşı Kənanın yanında 1.000 manat pul sayıb Əliyə vermişdir. Bundan təxminən bır ay sonra Əli həyat yoldaşına zəng edərək, sığortanın pulunu ödəmələri üçün görüşməli olduqlarını bildirmiş, ondan bankdan niyə zəng gəlmədiyini soruşduqda Əli bankda gecikmələr olduğunu, işi özünün həll edəcəyini demişdir. 31 iyul 2020-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs6, iş yoldaşı Şahid1 və onun həyat yoldaşı Sevgin Sülemyanova ilə birlikdə Şərifzadə 44A ünvanına gedərək orada Əii və Kənanla görüşmüş, həmin vaxt Əli onlara imzalamaları uçün sığorta qəbzi də vermiş, daha sonra həyat yoldaşı 1.535 manat pulu sayaraq Əliyə vermişdir. Həmin vaxt Sevgin də eyni məbləğdə pulu sayıb Əliyə vermişdir. Kənan və Əli onlara təxminən bir ay ərzində bankın özü onlara zəng edəcəyini bildirmiş, lakin bundan iki ay keçmiş və heç kəs onlara zəng etməmiş, işin belə olduğunu görərək onlar Əliyə zəng edib bu barədə bildirmiş, Əli isə ölkə ərazisində yayılmış korona virusu səbəbindən işin gecikdiyini bildirmişdir. 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs6, Sevgin və onun həyat yoldaşı Elza ilə birlikdə yenidən Şərifzadə 44A ünvanına gedərək orada Əli ilə görüşmüş, həmin vaxt Əlinin yanında Kənan Bağırov, sonradan adlarını bildiyi Yaşar İsmayılov və X4 adında bank işçisi kimi özlərini təqdim edən şəxslər də olmuşdur. Əli onlara Yaşar İsmayılovun işlərini görən Kənanın rəisi olmasını bildirmiş və onları inandıraraq həyat yoldaşı Fəyyazdan və Sevgindən hər birinin işi üçün 5.300 manat pulu almışdır. Əli pulu qəbul edərək onların yanında Kənana sayıb vermişdir. Əli onlara özündə olan evin açarlarını da göstərmişdir. Sabahısı onlar «VTB» bankın qarşısına gedərək dəfələrlə Kənanın və Yaşarın istifadəsində olan nömrələrə zəng etmiş, lakin onlara zəng çatmamışdır. Əlinin yaşadığı yerin yaxınlığına gedib onunla görüşərək danışmış və Əli onlara həmin adamları tapacağına söz vermişdir.Həyat yoldaşı Zərərçəkmiş şəxs6 şəxsən Əliyə dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil alması üçün ona cəmi 10.335 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ildə uzaq qohumu olan, həm də tələbəsi olan Zərərçəkmiş şəxs9 Dövlət Gömrük Komitəsində işə düzəlmək istəmişdir. Bu barədə söhbət zamanı tanışı Şahid9 bildirmiş və o, yanında kiminləsə telefonla danışıb problem olmadığını, tələbəsi Zərərçəkmiş şəxs9 Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəlməsində köməklik göstərə biləcəyini demişdir. Bunun üçün 15.000 manat pul lazım olmasını və onun özünə də 300 manat hörmət olunmasını bildirmişdir. 2019-cu ilin noyabr ayının 29-da qohumu Eltac səhər tezdən 6.300 manat pulu gətirib onun icarəyə götürdüyü ofisdə ona vermişdir. 29 noyabr 2019-cu il tarixdə saat Şahid9 yanına gəlmiş və ondan Eltacın verdiyi 6.300 manat pulu götürüb getmişdir. Təxminən 3 ay ərzində qohumu Zərərçəkmiş şəxs9 işə qəbul edilib zabit kimi işinə çıxacağına söz vermişdir. 15 yanvar 2020-ci il tarixdə saat 17 radələrində qohumu Eltac 9.000 manat pulu Yasamal rayonu Şərifzadə 44 a ünvanında yerləşən evinin həyətində Əliyə vermişdir. Əli Eltaca şirin vədlər verərək, tezliklə işə çıxacağını, işlərin qaydasında getməsini bildirmişdir. Həmin vaxt Şahid9 tək olmuş, orada ondan, Əlidən və qohumu Eltacdan başqa kənar şəxs olmamışdır. 2020-ci ilin may ayına kimi Əli onları get-gələ salıb aldatmışdır. Qohumu Eltac işə düzəlmək məqsədi ilə Əliyə cəmi 15.300 manat pul vermişdir. İşinin düzəlmədiyini gördükdə həmin pullarını Əlidən tələb etmiş, lakin yenə də Əli vaxtı uzatmış, Eltacın pulunu qaytaracağını desə də bu vaxta qədər onları aldatmış və pullarını qaytarmamışdır. Bundan başqa, Şahid9, Zərərçəkmiş şəxs9 Dövlət Gömrük Komitəsində işə düzəltməkdə onlara köməklik etməmişdən əvvəl, yəni 2019-cu ilinin may ayının axırlarında başqa bir tanışı olan Zamiq adlı şəxsi də Şahid10 vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində zabit kimi işə düzəltmək adı ilə onun vasitəsilə 4.000 manat pul almışdır. Lakin Əli və Rza onları müxtəlif bəhanələrlə aldatmış, deyilən vaxt tamam olduqda Zamiqin işi düzəlməmişdir. Əlidən 4.000 manatı qaytarmasını tələb etmişdir. Şahid9 4 000 manatı şəxsən özü vermişdir. Əli ona işin alınmasına, əks halda pulu qaytaracağına təminat vermişdir. Özü və Zamiq Şahid10 görməmiş, tanışı Zamiq Şahid9la da görüşməmişdir. Vasitəçiliyi özü etmiş və pulu da Əliyə özü tək aparıb vermişdir. lakin sonradan Əlinin, tanışı Zamiqi Rza adlı şəxsin vasitəsilə işə düzəltmək istəməsini eşidibbilmişdir. Şahid9 verdiyi 4.000 manatı özündən qaytarmış və həmin pulu aparıb sahibi Zamiqə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, atası Zərərçəkmiş şəxs2 2020-ci ildə Yasamal rayonu ərazisində özünə mənzil almaq istəyərkən orada evlərin alqı- satqısı ilə məşğul olan Şahid9la tanış olmuşdur. 2020-ci ilin fevral ayında Şahid9 atası Güləmirzə ilə görüşərək ona Bakı şəhəri, Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən Kənan adlı tanışının vasitəsilə münasib qiymətə üç otaqlı mənzil almaqda köməklik göstərə biləcəyini demişdir. Atası bu barədə yaşadığı evdə danışdıqda əmisi oglu Zərərçəkmiş şəxs3 və əmisi qızı Zərərçəkmiş şəxs4 da özləri üçün ipoteka şərti ilə Yasamal rayonunda "xxxx" şirkətinin inşa etdiyi az təminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərindən üç otaqlı mənzil almaq istədiklərini demişdirlər. Bu məqsədlə, atası şəxsən Əliyə və Kənana özü üçün dövlət tərəfindən tikilmiş sosial evlərdən 3 otaqlı mənzil almasına görə 9.535 manat, əmisi oğlu Rafət cəmi 4.535 manat, əmisi qızı Günel isə cəmi 10.035 manat pul vermişdirlər. Əli və Kənan atasına və Rafətə alacaqları mənzillərin açarını göstərərək özünə inandırmışdır. Atasıgil ümumilikdə Kənana və Əliyə üç mənzil üçün 24.105 manat pul vermişdir. Hazırda atası ilə bərabər əmisi oğlu Zərərçəkmiş şəxs3 və əmisi qızı Zərərçəkmiş şəxs4 da maddi ziyan dəymişdir. Atasının Günelə və Rafətə görə verdiyi pullar şəxsən onların özlərinə məxsus olmuşdur. Eləcə də atası özü üçün almaq istədiyi üç otaqlı evə görə verdiyi pul özünə məxsus olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid9 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Şahid9 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 3, səh. 17-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid9 ilə Şahid8 oğlu arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Şahid9 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 41- 47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 227- 230). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 7- 10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 231- 234). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Şahid8 oğlu arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 31-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 235- 238). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bır daha təsdiq etmişdir (cild 4, səh. 21- 25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs8 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 239- 243). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 uzunə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 16- 20). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 26- 30). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 244- 248). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 4-6). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid4 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 254-255). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid5 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 3, səh. 1-3). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid5 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 37-40). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 249- 253). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 11- 15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 ilə Şahid7 arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid7 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 2-3). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 ilə Şahid8 oğlu arasında keçirilmiş üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bır daha təsdiq etmişdir (cild 4, səh. 35-36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, X8 ilə Şahid8 arasında keçirilmiş üzləşmə zamanı təqsirləndirilən şəxs Şahid7 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Şahid8 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, səh. 48-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktybar 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı təqsirləndirilən şəxs Şahid7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 5, səh. 164-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı təqsirləndirilən şəxs Şahid8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 5, səh. 157-162). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı təqsirləndirilən şəxs Şahid9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 5, səh. 149-155). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli “üzləşdirmə istintaq hərəkətində iştirakdan imtina edilməsi haqqında” protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə istintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə üzləşməkdən etmına etmişdir (cild 5, səh. 171). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2021-ci il tarixli “əşyanın təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Şahid9 təqdim etdiyi hər biri üç ədəd komplektləşdirilmiş və dəmir halqaya salınmış 09 dəst qara başlıqlı açarlara baxış keçirilmiş və Şahid9 həmin açarları təqdim edərək bildirmişdir ki, həmin açarları ona 2020-ci ilin yayında tanışı Şahid7 (Kənan) Nizami oğlu işlərini düzəltdiyi, yəni Yasamal rayonunda "xxxx" şirkəti tərəfindən az təminatlı ailələr üçün tikilmiş sosial təyinatlı evlərdən mənzil alınmasına köməklik etdiyi şəxslərə təqdim edilməsi üçün vermişdir. Həmin 09 dəst açarlara baxış keçrilən zaman müəyyən edilmişdir ki, həmin açarların bir dəstinin üzərində «çiçək», bir dəstinin üzərində «günel», bir dəstinin üzərində «gülnarə», bir dəstinin üzərində «fidan», bir dəstinin üzərində «rafət», bir dəstinin üzərində «fəyaz», bir dəstinin üzərində «nuridə», bir dəstinin üzərində «sevgi» və bir dəstinin üzərində «arif» sözləri yazılmışdır (cild 1, səh. 190-191). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən, Şahid9 təqdim etdiyi hər biri üç ədəd komplektləşdirilmiş və dəmir halqaya salınmış 09 dəst qara başlıqlı açarlar maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanması üçün Yasamal RPİ-nin saxlancına verilmişdır (cild 4, səh. 95-145). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən Şahid9 təqdim etdiyi 10.07.2020-ci il tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə 01221 ödəmə terminalından ödənilmiş 02 ədəd qəbzlər, təqsirləndirilən şəxs Şahid7 tərəfindən 15.01.2020-ci il tarixdə yazılmış şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini Şahid9 girov qoyması və Şahid9 2700 manat pulu qohumunu işə düzədltmək adı ilə götürməsi barədə olan qəbz, Şahid7 tərəfindən 30.07.2020-ci il tarixdə yazılmış kreditinə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Gülnar Bayramovadan, Şahid2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4r Şahid6 və Zərərçəkmiş şəxs3 hər birindən 1534 manat pul alması barədə olan qəbz və təqsirləndirilən şəxs Şahid7 tərəfindən 20.03.2020-ci tarixdə Şahid9 tanışı Zərərçəkmiş şəxs9ı gömrükdə işə düzəltməsinə görə 6300 manat alması barədə olan qəbz sübut növü kim tanınmış və kserosurətləri cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 12, 18-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 31 may 2012-ci il tarixli hökmü ilə AR CM- nin 333.4,70-ci məaddələri ilə təsirli bilinərək 01 il şərti sınaq müddəti təyin olunmaqla 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 5, səh. 132-133). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin 4(004)-565/2021 nömrəli 25.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 5, səh. 32-35,67-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən X8 və «Amal» adlı şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır və ********* nömrəli cinayət işində olan müvafiq sənədlərin kserosurəti ayrılmış cinayət işinə əlavə edilmişdir (cild 5, səh. 230-231). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ödəniş qəbzlərindən görünür ki, 25.02.2022-ci il tarixində iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs anası X3 dəymiş zərərin əvəzinə 500 manat pulu və 11.02.2022-ci il tarixində iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs anası X3 dəymiş zərərin əvəzinə 500 manat pulu qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs vurmuş zərərdən qismən (zərəçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə min manat ödəməsi) ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş hər biri üç ədəd komplektləşdirilmiş və dəmir halqaya salınmış 09 dəst qara başlıqlı açarların ********* saylı cinayət işi üzrə də maddi sübut kimi saxlanması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən 10.07.2020-ci il tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə 01221 ödəmə terminalından ödənilmiş 02 ədəd qəbzlər, təqsirləndirilən şəxs Şahid7 tərəfindən 15.01,2020-ci il tarixdə yazılmış şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini, Şahid9 girov qoyması və Şahid9 2700 manat pulu qohumunu işə düzəltmək adı ilə götürməsi barədə olan qəbz, Şahid7 tərəfindən 30.07.2020-ci il tarixdə yazılmış ev kreditinə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Şahid4, Şahid2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Şahid6 və Zərərçəkmiş şəxs3 hər birindən 1534 manat pul alması barədə olan qəbz və təqsirləndirilən şəxs Şahid7 tərəfindən 20.03.2020-ci il tarixdə Şahid9 tanışı Zərərçəkmiş şəxs9 gömrükdə işə düzəltməsinə görə 6300 manat alması barədə olan qəbz və həmin sənədlərin kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-450/2022 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilməklə, 100 (yüz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 100 (yüz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş hər biri üç ədəd komplektləşdirilmiş və dəmir halqaya salınmış 09 dəst qara başlıqlı açarların ********* saylı cinayət işi üzrə də maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən, 10.07.2020-ci il tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə 01221 ödəmə terminalından ödənilmiş 02 ədəd qəbzlər, təqsirləndirilən şəxs Şahid7 tərəfindən 15.01,2020-ci il tarixdə yazılmış şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini, Şahid9 girov qoyması və Şahid9 2700 manat pulu qohumunu işə düzəltmək adı ilə götürməsi barədə olan qəbz, Şahid7 tərəfindən 30.07.2020-ci il tarixdə yazılmış ev kreditinə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Şahid4, Şahid2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Şahid6 və Zərərçəkmiş şəxs3 hər birindən 1534 manat pul alması barədə olan qəbz və təqsirləndirilən şəxs Şahid7 tərəfindən 20.03.2020-ci il tarixdə Şahid9 tanışı Zərərçəkmiş şəxs9 gömrükdə işə düzəltməsinə görə 6300 manat alması barədə olan qəbz və həmin sənədlərin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-39/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-39/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver