Məhkəmə qərarları › İş №1(004)-39/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-39/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-39/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti RPŞ-də qeydiyyatda olmaqla faktiki olaraq Xırdalan şəhəri Quşçuluq massivi dalan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,207 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:00-da Yasamal rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş bükümdə xeyli miqdrada təmiz çəkisi 0,207 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. İstintaq orqanı tərəfindən ona fiziki və psixoloji təzyiq göstərildiyindən istintaq zamanı verdiyi ifadəsində təqsirləndirildiyi maddə üzrə özünü təqsirli bildiyini bildirmişdir. İfadəsinin sonunda özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildiyinə görə barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Xüsusilə iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olmaqla onun istifadəsində olmuş mobil telefon nömrəsinə göndərilmiş SMS yazışmalarla. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 04 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə İdarə rəisinə raportla məruzə olunduqdan sonra ondan və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 04 mart 2024- cü ildə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 12 radələrində ünvan 3arşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Yasamal RPİ-nə dəvət etmişlər. O, da razı olaraq birlikdə Polis İdarəsinə gəlmişlər. Prosessual sənədləşmə idarənin baş təhqiqaptçısı Əli Məmmədova həvalə edilmişdir. Polis İdarəsində təhqiqatçının xidməti iş otağında hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmış, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında onlayn vasitəsi ilə İran Vətəndaşından 10 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rənjli kristallardan idarət maddə aşkar edilmişdir. Bundan sonra o, əynindəki gödəkçənin sol yan cibindən 1 qutu Davidof markalı siqaret, gödəkçənin sağ iç cibindən Samsunq A12 markalı mobil telefonu və əynindəki şalvarın sağ yan cibindən 10 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə əlaqədar sonradan məlumat daxil olsada, narkotik vasitəni alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 1). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 4 mart 2024-cü il tarixdə (saat 12:00 dəqiqədən) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 20). xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 4 mart 2024-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edimişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında onlayn vasitəsi ilə İran Vətəndaşından 10 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan idarət maddə aşkar edilmişdir. Bundan sonra o, əynindəki gödəkçənin sol yan cibindən 1 qutu Davidof markalı siqaret, gödəkçənin sağ iç cibindən Samsunq A12 markalı mobil telefonu və əynindəki şalvarın sağ yan cibindən 10 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə və mobil telefon qablaşdırılaraq götürülmüş, 1 qutu siqaret və 10 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş, şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd «DVD» diskə köçürülmüş və həmin «DVD» diskə tərəfimdən baxış keçirilmişdir. Odur ki, həmin 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. (İ/V. 31-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 4 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilir. Diskdə olan görüntü Yasamal RPİ-də qeydə alınaraq, NMB-nin baş əməliyyat müvəkkili polis baş leyteantı Şahid1 və onun yanında həmin NMBnın əməliyyat müvəkkili polis kapitanı X1 iştirakları ilə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin və Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X3 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında onlayn vasitəsi ilə İran vətəndaşından 10 manata aldığını bildirir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rənjli kristallardan idarət maddə aşkar edilir. Bundan sonra o, əynindəki gödəkçənin sol yan cibindən 1 qutu Davidof markalı siqaret, gödəkçənin sağ iç cibindən Samsunq A12 markalı mobil telefonu və əynindəki şalvarın sağ yan cibindən 10 manat pulu masanın üzərinə qoyaraq təqdim edir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir, başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə və mobil telefon qablaşdırılaraq götürülür, 1 qutu siqaret və 10 manat pul Təqsirləndirilən şəxs qaytarılır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilir, protokol ucadan oxunur və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalandığı müşahidə olunur. Məhkəmə-Kimyəvi Ekspertizasının 5 mart 2024-cü il tarixli, 6/1313 saylı rəyindən görünür ki, təmiz çəkisi 0,207 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazirlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 39-43). Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 1750 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 89-90). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 54-55). xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 74-77). xx.xx.2024 tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 113-114). Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan diskdə 04 ədəd PDF formatlı fayl mövcuddur. İlkin olaraq “SMS_Tarixcesi **********1403 998070503” adlı fayla baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan SMS yazışmalarım mətnləri göstərilmişdir. Belə ki, **********01 saylı nömrədən “qulagase nolar 2 dene derman bide biraz pat yolya bilmesen hec cure ya da ozun gelerdun taksiyle suya cixanda goturerdun meni nolar ki it iyne dur eseg olma”, **********307 saylı nömrədən “Brat daw var yarim lazimdı” mesajı, **********07 saylı nömrədən “Brat var daw gelim yari goturum” mesajı, “Brat hardasan yari daw yari cola lazimdi”, “Brat qurban olum 30mt daw saxla axwam goturecem” mesajları, **********07 saylı nömrədən “Qaqaw elwendı 20man alındırde” mesajı, **********07 saylı nömrədən “Qaqaw elwendı 20man var yola verde tel now göturmursen.?” mesajı, **********07 saylı nömrədən “Brat yari daw alinir axwama” mesajı, **********02 saylı nömrədən “Qaqas menem vüqar 30 luq olsun” mesajı, **********07 saylı nömrədən “Brat alinirsa ne olar taksi pulunda verem 20m mene yari getir ver ged” mesajı, **********07 saylı mobil nömrədən “Brat qram daw alinir 2neferuy” mesajı, “Brat ot var gelim goturum” mesajları, **********81 saylı nömrədən “Aj samir 20m kelbe vartemiz jari alinar bidened balağa daw” mesajı, **********82 saylı nömrədən “Qaqaw taksideyem daniwa bilmirem onu 3 dene 20 liy elede.60 verecem.qardawimsan bacardiginqeder normalni ele” mesajı, **********90 saylı mobil nömrədən “qaqas 15 manatlig kola istiyirem.yari ver imkan varsa.5de taksiye verdim 15 qaldi” mesajı, **********93 saylı mobil nömrədən “Qardawim bawuva donerem vezyetim pisdi tersdiyden hec cetde qalmayibe oz payunan da olsa ve ya hardansa goturey hec olmasa sen goturene kimi aqrida qalmayim. Qaqawimsan samir olurem 1 qram alinmirsa hec olmasa yarim bawuva donerem. Bitike birwey alindirda qalmiyim lomkada” mesajı, **********05 saylı mobil nömrədən “Samir meneme qaqaw caviddi teli açda bidene brat mene bidene 1 qram, lazimdie duz qow elemek olar” mesajı, **********93 saylı mobl nömrədən “Qaqawim 2.6 kola geldi qardawim 3.2 pati atam qebir qardawimsan onsuzda senen bawqa güvəndiyim bawqa adam yoxdu sendə elə eleki batmiyimda qardawim bawuva doner qardawun” mesajı, **********75 saylı nömrədən “Salam Samir! 20 man var. Gelə bileremi? Neqedere gelicesen bir soz didə qusa qusa qalmiwam pisəm qardawim” mesajı, **********03 saylı nömrədən “Qardawimsan caliw mencun yarim cet ayirda yarimnan.butoy 20 manatdi”, **********63 saylı mobil nömrədən “brat 5 dana yeka kiwini agrida qoymuwam burda qirgindi oldururlar ozdarin pul qayidsin ...bir tahar saxlamiwam bulari san quran alinmirsa camaatin pulun qaytaraq qan qaraciliq duwmasin bularnan aramda..sag salamat qaqaw gozduyuran man xirdalana gala bilmiyacam aa brat mawin yoxdu, ay brat camaat dagidire ozun burda samir var yoxuna lənət qapimiza zada geliblar əla bilirlar atib elamiwam san cani brat sag salamat gal tez yola sal meni qirilir camaat lomkada saad 7 dan pulu veriblar saad 12 dı. Brat 3 dana yari vermalisanda mana bayaxki 2 kisi bir yerda 0.3 idi. Ay qaqaq saad 1 yarsi oldu oluruy lomkadan ay qaqaw bayaxdan düzəldib qutara bilmadun qram yarm hamisin bir yera qoy ver mana brat man bolaram burda” mesajı, **********74 saylı nömrədən “Brat iki dene yarı goturde” mesajı, **********67 saylı nömrədən “Qaqaş pul 35 di də imkan vArsa bitk ə daş qoyardanda” mesajların göndərilməsi diskə baxış zamanı müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədlən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2009-cu ildə Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən azad olunmuşdur. Bundan sonra o Səbail rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 02.11,2013-cü ildə cazısının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluqları ödənilmişdir. (İ/V. 82-84). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuşdur. (İ/V. 144-155). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ/V. 160-161). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-467/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdı Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdı Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri və işin digər materialları ilə tam, xüsusən də ona məxsus mobil telefon nömrəsində olan digər şəxslərlə arasında olan SMS yazışmalarla tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ona məxsus olmuş mobil telefon nömrəsində mövcud olan, digər şəxslərlə arasında aparılan SMS yazışmalarla habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (маd.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrə ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Yasamal rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 5(004)- 757/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-dən BKC/LGL-15487/23, nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskdə olan yazışmalardan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0.157 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan “Samsunq A12” markalı mobil telefon Təqsirləndirilən şəxs (yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-467/2024 saylı, 1 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0.157 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan “Samsunq A12” markalı mobil telefon Təqsirləndirilən şəxs (yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosuna 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar