Məhkəmə qərarları › İş №1(004)-390/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-390/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-390/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin hüquqi varisi (arvadı) X2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində nömrəsiz evdə kirayədə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 12 iyun 2021-ci il tarixdə, saat 22:55 radələrində lizinq müqaviləsi əsasında idarə etdiyi "xxxx" ASC-yə məxsus “Samand SE minik” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi ilə üzü İnşaatçılar prospekti istiqamətində hərəkətdə olan zaman həmin yolun orta hissəsində, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında yolu keçmək istəyən piyada X4 vuraraq nəticədə ehtiyyatsızlıqdan Ədalət Qurbanovun sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmiş və sonuncunun ölümünə səbəb olmuş, eyni zamanda "xxxx" ASC-nin mülkiyyətində olan avtomobilə 465 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəməyə təqdim edilmiş AZ-İİ 214768 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Asfiksiya” səbəbindən 11.10.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış arvadı X9 müvafiq ərizə təqdim edərək mərhum həyat yoldaşı barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqi varisinin müdafiəçisi təyin edilmiş “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X10 cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan məlum olur ki, maddi sübut kimi tanınmış, DİN-in X5 Xidmətindən əldə edilmiş hadisənin videogörüntüləri olan 01 ədəd disk və Bakı şəhəri Təcili və X8 Stansiyasından əldə edilmiş zənglərin səs yazılarını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir, həmçinin “Samand SE minik” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçisi "xxxx" ASC-nə təhvil verilmişdir. İş materiallarında olan AZ-İ 231080 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Həsənova (Camalova) Günay Hüseyn qızı 22.04.2006-ci il tarixində nikaha daxil olmuşdurlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 450 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarına araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata onun 11.10.2021-ci il tarixdə ölümü ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3.-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə öldüyünə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verildiyindən ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 21.09.2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinini secilməsi haqqında qərar ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi sübut kimi tanınmış “Samand SE minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınmalı, DİN-in X5 Xidmətindən əldə edilmiş hadisənin videogörüntüləri olan 01 ədəd disk və Bakı şəhəri Təcili və X8 Stansiyasından əldə edilmiş zənglərin səs yazılarını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə cinayət işi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(004)-390/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, qərardadın icrası Bakı Şəhəri 24 saylı Vəkil Bürosuna həvalə edilmişdir. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi digər müdafiəçi ilə əvəz edilmiş, 16.11.2021-ci il tarixə, saat 12:00-a təyin olunmuş məhkəmə baxış iclasına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkilləri sırasından vəkil məhkəməyə dəvət olunmuşdur. 16.11.2021-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclası təqsirləndirilən şəxsin hüquqi varisi X2 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına, eyni zamanda “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 4 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 299-300, 305 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 21.09.2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinini secilməsi haqqında qərar ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış DİN-in X5 Xidmətindən əldə edilmiş hadisənin videogörüntüləri olan 01 ədəd disk və Bakı şəhəri Təcili və X8 Stansiyasından əldə edilmiş zənglərin səs yazılarını əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samand SE minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs və onun hüquqi varisinə göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 4 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar