Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-390/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: X3 Təqsirləndirilən şəxs: xx.xx.2NNN-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 85 ünvanında kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 fevral 2N23-cü il tarixdə saat 23 radələrində X1 yaşadığı ünvan 2 ünvanın blokunda quraşdırılmış sonuncuya məxsus saxlanc yeri hesab edilən dolabın qapısının kilidini sındırıb açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 1 cüt 35N manat dəyərində «LV» markalı, 1 cüt 28N manat dəyərində «Reebook» markalı, 1 cüt 4NN manat dəyərində «Totti» markalı, 1 cüt 18N manat dəyərində «Perla» markalı ayaqqabdan, markalan istintaqa məlum olmayan ümumilikdə 6NN manat dəyərində 4 cüt qadın ayaqqabısının, 2 ədəd 7NN manat dəyərində «X8» markalı avtomobilin yan güzgülərini gizli olaraq talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Aygün Hüseynovaya 251N manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonunda anadan olmuş və 12 ilə yaxındır ki, Bakı şəhərində müxtəlif yerlərdə ailərilə birlikdə kirayədə yaşayır. Gəncə hərbi məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 332.1 -ci maddəsi ilə təqsirli bilinərək intizam xarakterli hərbi hissədə saxlanılmaq cəzasına N6 ay şərti olaraq məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2N21 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək N2 il N5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2N22-ci ilin noyabr ayında cəzaçəkmə yerindən azad olunmuşdur. Təqribən bir ilə yaxındır ki, narkotik vasitələrin istifadəsi ilə məşğuldur və narkotik vasitələri inyeksiya yolu ilə qəbul edir. Təxminən 17 fevral 2N23-cü il tarixdə saat 23 radələrində o, Bala şəhəri, Yasamal rayonunda olan zaman oğurluq etmək niyyəti ilə Yasamal rayonu, Yeni Yasamal 2, Ə.Əhmədov küçəsi, ev 22 A saylı binanın blokuna daxil olmuş və oğurlayaraq satıb pul əldə edərək narkotik vasitə almaq üçün oğurlanması mümkün olan əşya axtarmağa başlamışdır. Blokun 255 saylı mənzilinin qarşısında olan divara quraşdırılmış dolabın olmasım görərək üzərində olan kilidini sındıraraq içərisində olan beş cüt müxtəlif rənglərdə olan qadın ayaqqabılarını oğurlamışdır. Həmin ayaqqabıların iki cütünü "Günəş Petrol" YDM ilə üzbə-üz yerləşən söküntüsü başa çatmamış binada gizlin olaraq gizlətmişdir. Qalan üç cüt ayaqqabını özümdə saxlamışdır ki, sonra müştəri tapdıqda satar. Lakin 28 aprel 2N23-cü il tarixdə saxlanıldığından o, özündə saxladığı 3 cüt ayaqqabım polis əməkdaşlarına təhvil vermişdir. Sonradan homin binada owoicodən gizlətdiyim həmin iki cüt ayaqqabım axtarsa da tapa bilməmişdir..Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2N23-cü il tarixdə saat təxminən NN:4N radələrində bloka çıxdıqda blokda quraşdırılmış dolabın qapılın açıq vıziyyətdə və orada olan əşyalar dağınıq vəziyyətə olmasını görmüşdür. Dolaba baxan zaman aşkar etmişdir ki, ona məxsus olan 1 cüt “LV” markalı krasovka 35N manat dəyərində, 1 cüt “Rccbook” markalı krasovka 28N manat dəyərində, Moskva şəhərində sərgidə əldə etdiyi 1 cüt “Tootti” markalı ilan dərisindən olan hündür daban əyaqqabı 4NN manat dəyərində, 1 cüt “Perla” markalı hündür daban ayaqqabı 18N manat dəyərində, 4 cüt markalarını bilmıdiyim əyaqqabı ümumi dəyəri 6NN manat və 2 ədəd “X8” markalı avtomobilin yan güzgüləri 7NN manat dəyərində oğurlanmışdır. O, sonradan müşahidə kamerasına nəzər yetirən zaman 1 nəfər cavan oğlan dolabın qapısını sındıraraq özünə məxsus olan əşyaları oğurladığı görmüş və DlN-in 1N2 xiidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin videogörüntü telefonunun format olunması səbəbindən silindiyindən istintaqa təqdim edə bilmir. Hadisə nəticəsində ona ümumilikdə 251N manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2N21-ci il tarixli, 1(N11)-241/2N21 saylı hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq N2 il N5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2N21-ci il tarixli Qərarı tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş hissəsi N1 il azaldılmışdır. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2N21ci il tarixli, 1(N11)-241/2N21 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 2 gün hissəsi, 2 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir, cəzasının əvvəli xx.xx.2N22-ci il tarixdən hesablanmışdır. Həmin cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan əlavə iş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin şikayət və tələbi olmasa da, ziyanı tam ödənilməmişdir. İş materiallarında olan xx.xx.2N23-cü il tarixli ərizəyə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2N23-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2N23-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış N3 cüt qadın ayaqqabısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib N2 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 aprel 2N23-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 5N manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış N3 cüt qadın ayaqqabısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 2NN (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 2N (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-390/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-390/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver