Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-391/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-cı ildə Lənkəran rayonunda anadan olan, Azərbaycanlı Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər 26 noyabr 2015-cı il tarixdə Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 300 manat cərimə olunmuş, 26 iyun 2017-cı il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət törətməsinə görə CPM-nin 40.2.1-ci imaddəsi ilə xitam edilmiş, 29 dekabr 2017-cı il tarixdə Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 360 saat ictimai işlər məcbur edilmiş və 27 iyul 2021-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, ünvan 1 ünvanda qeydiyatda olan, ünvan 2ış, hazırda 5 saylı CÇM-də cəzasını cəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan «Rüstəm» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,383 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,295 qram olan, qalıq 1,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan, qalıq 0,064 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 3,410 qram, qalıq 3,370 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2021-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava küçəsində Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılıb Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Argo» markalı siqaretin içərisindən həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq, dələduzluq və narkotik vasitədən istifadə etməyinə görə cinayət məsuliyətinə cəlb edilmiş və cəzasını cəkmişdir. Hazırda barəsində olan Abşeron rayon məhkəməsin hökmünə əsasən cəza çəkir. Narkotik maddəni isə bədənində ağrılar olduğundan istifadə edir. 20 iyun 2021-cı il tarixdə bədənində ağrılar olduğundan narkotik maddə almaq istəmiş və təsadüfdən 5 mərtəbə tərəfdə tanıdığı, ünvanını bilmədiyi Rüstəm adlı şəxsə rast gəlmiş və ondan narkotik vasitə əldə etmək istəmişdir. Bu səbəbdən Rüstəm adlı şəxsə narkotik vasitə əldə etmək üçün 50 manat pul vermiş, özü isə «Azdramanın» qarşısında Rüstəmi gözləmişdir. Üstündən bir saat gecmiş Rüstəm onunla görüşərək müxtəlif növlü narkotik maddələr vermiş və narkotik maddələri aldıqdan sonra yaşadığı evə getmiş və narkotik vasitələri üstündə saxlamışdır. 22 iyun 2021-ci il tarixdə metronun «Elmlər Akademiyası» stansiyasına getmək üçün saat 16:30 rədələrində Yasamal rayonu ərazisində ATS-in qarşısında dayanaraq taksi gözləməyə başlamışdır. Qarşıdan gələn taksi avtomobilini gördüyü üçün ona əl edərək saxlamış və avtomobilin qabaq hissəsində əyləşərək metronun «Elmlər Akademiyası» stansiyasına getmək istədiyini bildirmişdir. Sürücü avtomobili 10-15 metr hərəkət edərkən yolun kənarında dayanmış bir cavan qız avtomobili saxlamağı və universitet tərəfə gedəcəyini bildirmişdir. Cavan qız avtomobilə oturduqdan sonra mobil telefonun evdə qaldığını bildirərək ora sürməyi təklif etmişdir. Ona görə də evə catarkən avtomobildən düşərək evdən mobil telefonu götürmüş və yenidən avtomobilə əyləşmişdir. Avtomobil təxminən 10 metr aralanmış üc nəfər polis əməkdaşları avtomobili saxlayaraq sənəd istəmişlər, sonra isə bir yerdə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Polis şöbəsində bildirdilər ki, üzərində qanunsuz əşya və ya maddələr varsa onları təqdim etsin, ona görə də əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Aqro» markalı siqaret qutusunun icərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş icərisində bir həb dərman, bir ədəd ağ rənkli sellofana bükülmüş qəhvəyi rənğdə narkotik vasitəyə oxşar kütlə, bir ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rənkdə narkotik vasitəyə oxşar maddə kütləsi, bir büküm ağ sellofan torbaya bükülmüş ödəniş çekinin içərisində olan qəhvəyi rəngdə narkotik maddəyə oxşar maddə kütləsi, bir ədəd siqaretin içərisinə doldurulmuş marixuana, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə oxşar ağ kraistal maddə kütləsi və bir ədəd sellofan torbada olan marixuananı cıxarıb təhvil vermiş və polis əməkdaşlarına bildirmişdir ki, narkotik maddələri 20 iyun 2021-cı il tarixdə tanışı anket məlumatlarını bilmədiyi «Rüstəm» adlı şəxsdən 50 manat pul verərək almışdır. Polis şöbəsində məlum oldu ki, onunla bir yerdə yaxalanıb gətirilən şəxs Şahid4 və Şahid5dır. Onların onunla heç bir əlaqələri olmadığı üçün onlardan izahat alınaraq buraxılmışlar. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Yasamal RPİ-nin PPXB-də polis nəfəri kimi calışır. 22 iyun 2021-cı il tarixdə Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 da xidmət apararkən saat təxminən 17:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava küçəsində xx xxxxx 1997-cı il tarixdə ünvan 3 ünvanında qeydiyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onu və onunla birlikdə «Ravon Nexia R 3» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 və ünvan 5 ünvanında yaşayan Şahid5 saxlanılaraq hər ücü avtomobillə bir yerdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirərək və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun vəkili Nizami Caniyevin iştirakı ilə Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd «Aqro» markalı siqaretin içərisində olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində olan 1 ədəd dərman (həb), 1 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngdə narkotik vasitəyə oxşar kütlə, 1 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngdə narkotik vasitəyə oxşar maddə kütləsi, 1 büküm ağ sellofan torbaya bükülmüş ödəniş çekinin içərisində olan qəhvəyi rəngdə narkotik maddəyə oxşar kütləsi, 1 ədəd siqaretin içərisinə doldurulmuş marixuanaya oxşar maddə kütləsi, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə oxşar ağ kristal maddə kütləsi və bir ədəd sellofan torbada olan marixuanaya oxşar maddə kütləsini çıxarıb könülli təqdim edərək, həmin narkotik vasitələri 20 iyun 2021-cı il tarixdə tanışı anket məlumatlarını bilmədiyi «Rüstəm» adlı şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Azər Məmmədzadə tərəfindən protokol tərtib edilərək cəkiliş aparıldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun analoji ifadə verərək onun dediklərini təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə saat təxminən 16:25 radələrində taksi lazım olduğu üçün Yasamal ərazisində sonradan adını bildiyi X3 idarə etdiyi «Ravon Nexia R 3» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə arxada əyləşib onu Universitet istiqamətində aparmasını xahiş etmişdir. Hərəkətdə olarkən qabaqda əyləşən sərnişin sürücüyə bildirmişdir ki, onun mobil telefonu evdə qalmış və mobil telefonu götürmək lazım olduğunu demişdir. Sərnişin ünvana catarkən o avtomobildən düşərək evə getmiş və mobil telefonunu götürək avtomobilə əyləşmişdir. Sürücü avtomobili hərəkətə gətirərək hərəkət edərkən 3 nəfər polis əməkdaşları avtomobili saxladaraq bir yerdə şöbəyə gətirmişlər. Şöbədə ona bəlli oldu ki, avtomobildə ön sərnişin oturacağında oturan şəxsin adı Təqsirləndirilən şəxsdur və onun üzərindən narkotik maddələr aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, hazırda göstərdiyi ünvanda anası ilə bir yedə yaşayır özü isə icarəyə götürdüyü avtomobillə sərnişin daşımaqla məşğul olur. 22 iyun 2021-ci il tarixdə saat təxminən 16:25 radələrində idarə etdiyi «Ravon Nexia R 3» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişinsiz hərəkətdə olarkən bir nəfər cavan, 24-25 yaşlarında oğlan Yasamal rayon Şərifzadə küçəsində yerləşən ATS-nin qarşısında əl edib saxlatmış və onu metronun «Elmlər Akademiyası» stansiyasına apamağı xahiş etmişdir. Sərnişinlə razılaşaraq onu avtomobilin qabaq hissəsində əyləşdirmiş və hərəkətdə olarkən binr cavan qızın avtomobilə əl etməsini və onu Universitet istiqamətində aparmasını xahiş etdiyi üçün və etdiyi hərəkət zonası bir istiqamətdə olduğu üçün cavan qız sərnişini avtomobilinin arxa oturacağına otuzduraraq hərəkət etmişdir. Hərəkətdə olarkən qabaqda əyləşən sərnişin ona bildirmişdir ki, onun mobil telefonu evdə qalmış və mobil telefonu götürmək lazım olduğunu demişdir. Sərnişin ünvana catarkən o avtomobildən düşərək evə getmiş və mobil telefonunu götürək avtomobilə əyləşmişdir. Avtomobili hərəkətə gətirərək hərəkət edərkən 3 nəfər polis əməkdaşları avtomobili saxladaraq bir yerdə şöbəyə gətirmişlər. Şöbədə ona bəlli oldu ki, avtomobildə oturan şəxsin adı Təqsirləndirilən şəxsdur və onun üzərindən narkotik maddələr aşkar edilmişdir, sonra isə idarə etdiyi avtomobilə baxış keçirmişlər, baxış zamanı qanunsuz əşyalar müəyyən edilmədiyində protokol tərtib edərək foto cəkilmişdir. Avtomobildə olan digər sərnişin və sonradan tanıdığı Şahid5 izahat alaraq bir yerdə şöbədən buraxmışlar. Cinayət işinin 23-24-cü vərəqələrində olan 22 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 104-105-ci vərəqələrində olan Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarından görünr ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Cinayət işinin 106-107-ci vərəqələrində olan təqsiləndirilən şəxs barəsində qətimkan tədbirinin nəzərə alınması və MSY-dən azad olunması haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli axtarış qərarı nəzərə alınmış və sonuncu həmin tarixdə Yasamal RPİ-nin MSY-dən azad olunaraq Abşeron RPİ-nin polis əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin 59-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-cı il tarixli 6/2544 saylı ekspert rəyindən görünür ki, X5 üzərindən götürülən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,383 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,295 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 manat 82 qəpik təşkil etmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 7/587 ekspert rəyindən görünür ki, bir ədəd polietilen paketdə təmiz çəkisi 3,190 qram və bir ədəd uc hissəsi bağlanmış, düzəldilmiş siqaretdəki qarışıq kütlədə təmiz çəkisi 0,220 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 manat 46 qəpik təşkil etmişdir. Cinayət işinin 170-178-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,383 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,295 qram olan, qalıq 1235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan, qalıq 0,064 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 3,410 qram, qalıq 3,370 qram olan çətənə (kannabis) bitkisindən qurudulmuş marixuana və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X2 ekspert komissiyasının 31.07.2021ci il tarixli, 2590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Cinayət işinin 149-151 və 154-161-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 avqust 2021-ci il tarixli tələbnamədən və 27 iyul 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 26 noyabr 2015-cı il tarixdə Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 300 manat cərimə olunmuş(AR MM-nin 20.05.201-ci il tarixli amnistiya qərarına əsasən təyin olunmuş cərimə cəzasından azad edilib), 26 iyun 2017-cı il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət törətməsinə görə CPM-nin 40.2.1-ci imaddəsi ilə xitam edilmiş, 29 dekabr 2017-cı il tarixdə Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 360 saat ictimai işlər məcbur edilmiş və 27 iyul 2021-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ja bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könülli surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «Aqro» markalı siqaretin içərisində olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində olan 1 ədəd dərman (həb), 1 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngdə narkotik vasitəyə oxşar kütlə, 1 ədəd ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngdə narkotik vasitəyə oxşarmaddə kütləsi, 1 büküm ağ sellofan torbaya bükülmüş ödəniş çekinin içərisində olan qəhvəyi rəngdə narkotik maddəyə oxşar kütləsi, 1 ədəd siqaretin içərisinə doldurulmuş marixuanaya oxşar maddə kütləsi, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə oxşar ağ kristalmaddə kütləsi və bir ədəd sellofan torbada olan marixuanaya oxşar maddə kütləsini çıxarıb könülli təqdim edərək, həmin narkotik vasitələri 20 iyun 2021 -cı il tarixdə tanışı anket məlumatlarını bilmədiyi «Rüstəm» adlı şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəməyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zakmanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə toplanılmaqla ona qəti cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdı. Azərbaycan Respublikasının 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəza çəkməsinin əvvəli Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünə əsasən 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 31.07.2021-ci il tarixli, 2590 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,383 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,295 qram olan, qalıq 1,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan, qalıq 0,064 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 3,410 qram, qalıq 3,370 qram olan çətənə (kannabis) bitkisindən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 148 manat 28 qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili L.N.Mənsurovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili L.N.Mənsurovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı CÇM-də cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,383 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,295 qram olan, qalıq 1,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan, qalıq 0,064 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 3,410 qram, qalıq 3,370 qram olan çətənə (kannabis) bitkisindən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının cəmi - 148 manat 28 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı CÇM-də cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-391/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-391/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver