Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-391/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2lıq və İnşaat Universitetinin 1 saylı yataqxanası, mənzil 501 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat olmaqla, üç uşağa görə cəmi 480,00 manat sabit pul məbləğində alimenti övladları 04 aprel 2014-cü il təvəllüdlü X1, 22 fevral 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyun 2020-ci il tarixli, 2(034)-46/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 3(004)-2137/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 13 oktyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 8620,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni cambalkon ustası işləyir, aylıq gəliri 600,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından X2, X8 və X9 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, övladları isə Zərərçəkmiş şəxs himayəsində saxlanmış, 2019-cu ildə sonuncu tərəfindən aliment tələbinə dair Zəngilan rayon Məhkəməsində ona qarşı iddia qaldırılmış, məhkəmənin 18 iyun 2020ci il tarixli, 2(034)46/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 160,00 manat olmaqla, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları 04 aprel 2014-cü il təvəllüdlü Məhəmmədtəqi Hüseynovun, 22 fevral 2016-cı il təvəllüdlü Yusif Hüseynlinin və 30 aprel 2019-cu il təvəllüdlü Ərşad Hüseynlinin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdilər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2020ci il tarixli, 3(004)- 2137/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə rəsmi xəbərdarlıq versə də o, alimenti ödəməmişdir. Qətnaməni maddi imkanının olmaması ucbatından icra edə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstrəmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından Məhəmmədtəqi Rauf oğlu, X8 və X9 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da övladları onun himayəsində saxlanmış, Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərməmiş, o, isə aliment tələbinə dair Zəngilan rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 18 iyun 2020-ci il tarixli, 2(034)-46/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 160,00 manat olmaqla, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 04 aprel 2014-cü il təvəllüdlü M.Hüseynovun, 22 fevral 2016-cı il təvəllüdlü Y.Hüseynlinin və 30 aprel 2019-cu il təvəllüdlü Ə.Hüsəynlinin yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 3(004)-2137/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra qeyd etmişdir ki, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs yığılmış aliment borcunu ödəməmişdir, ondan şikayətçidir, ən ağır formada ciddi cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 160,00 manat olmaqla, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment tutularaq 04 aprel 2014-cü il təvəllüdlü X1, 22 fevral 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Zəngilan rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyun 2020-ci il tarixli, 2(034)-46/2020 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 24 iyun 2020-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 3(004)- 2137/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-46/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq 04 aprel 2014-cü il təvəllüdlü X1, 22 fevral 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-2137/2020 saylı, xx.xx.2020ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə hazırkı vəziyyətdə, pul borcunu ödəməyən şəxsi, pulla bağlı cəza ilə tənbeh etməklə, cəzanın məqsədlərinə çatmağı mümkün hesab etmir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, icra edilməyən məhkəmə aktının uşaqların saxlanılması ilə bağlı alimentlə əlaqədar olduğunu, alimentin ödənilməməsi uşaqların mənafeyinə xələl gətirdiyini, öz uşaqları üçün verilməli olan alimenti ödəməyən şəxsin cinayət törətməkdə təqsirli bilinməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulmuş, prosessual hərəkətlər yerinə yetirildikdən sonra Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 01 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 29 gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 10 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-391/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-391/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver