Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-391/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə İsmayıllı rayonu, Topçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, İsmayıllı rayonu, Topçu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 29,177.1, 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmiş, habelə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixə keçən gecə dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda ünvan 1 ünvanda yerləşən «Luxery Vine» mağazasının giriş qapısının qarşısına quraşdırılmış Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyərində olan kovraliti gizli olaraq talayib həmin yerdən uzaqlaşan zaman tanımadığı şəxslərin həmin yerə gəlməsi səbəbindən ifşa olunduğunu anlayaraq Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyirində olan kovraliti hadisə yerində atıb qaçıb getməklə özgənin əmlakının gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən olunmayan vaxtda Zərərçəkmiş şəxs3 yaşadığı İsmayıllı şəhəri, M.Orucov küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla, evin yataq otağında yerləşən çarpayının üzərindən 1 ədəd dəyəri 300 manat təşkil edən “Xeomi Redmi S2” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda Zərərçəkmiş şəxs2 qızına məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti, 65 saylı ünvanda yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla evin salonunda yerləşən masanın üzərindən 1 ədəd dəyəri 430 manat təşkil edən, 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən “Samsung Galaxy A13” markalı mobil telefon aparatını, 1 ədəd dəyəri 300 manat təşkil edən, 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən “Redmi 8A” markalı mobil telefon aparatını və 1 ədəd dəyəri 50 manat təşkil edən elektron qol saatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümümilikdə 786 (yeddi yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixə keçə gecə, dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 2, ev 1 ünvanında yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla evin yataq otağında yerləşən çarpayının üzərindən Zərərçəkmiş şəxs1 qızma məxsus 1 ədəd dəyəri 2300 manat təşkil edən “İphone 11” markalı mobil telefon aparatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda Bakı şəhəri, Yasamal rayonu, Ramal Əliyev küçəsində tanışı Zərərçəkmiş şəxs5 ilə görüşmüş, tanışlıq münasibətlərinə görə aralarında olan inam və etibardan sui-istifadə edərək sonuncudan ona məxsus Redmi 11 Note Pro markalı mobil telefonunu danışmaq bəhanəsi ilə götürüb, 15 dəqiqə ərzində qaytaracağını yalandan bildirərək aldatmaqla həmin yerdən çıxıb gedərək Zərərçəkmiş şəxs5 məxsus 1100 (bir min yüz) manat dəyərində Redmi 11 Note Pro markalı mobil telefonu ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyirində olan kovraliti oğurlamağa cəhd etməmişdir. Bu epizoddan onun ümumiyətlə xəbəri yoxdur, digər epizodlar üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmış və etdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə 2018-ci ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə amnistiya aktına əsasən azadlığa buraxılmışdır. 2022-ci ilin mart ayının 18-də oğurluq etmək üçün ünvan 2 ünvanın qarşısından keçən zaman orada olan mağazanın qarşısında ayaqaltının olmasını görüb həmin ayaqaltını oğurlamaq qərarına gəlmiş və ayaqaltını oğurlamaq üçün yerindən götürərək oradan uzaqlaşmaq istəyən zaman ətrafdan kənar şəxslərin gəlməsini görüb ayaqaltını orada qoyub hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa, 2022-ci ilin oktyabr ayında o, İsmayıllı rayonuna getmiş və tanışı Rəsulun tanışı olan Aqşin onun gecəni qalması üçün öz tanışı olan Zərərçəkmiş şəxs3 yaşadığı mənzildə qalmasına icazə verməsini istəmişdir. Zərərçəkmiş şəxs3 razılaşmış və o, sonuncu ilə birlikdə sonuncunun yaşadığı ünvana getmişdir. Gecəni orada qalan zaman o, Rəşadın “Redlmi” markalı telefonunu oğurlamaq qərarına gəlmiş və Rəşad yatdıqdan sonra sonuncunun yanına qoyduğu “Redmi” markalı mobil telefon aparatını götürmüş və evi tərk edərək çıxıb getmişdir. Həmin telefon aparatını da Bakı şəhərinə gətirib tanımadığı şəxsə satmışdır. Bundan əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qızını tanımır. Sonuncunun həyat yoldaşı Ədalət Mikayılovu uzun müddətdir ki tanıyır, qohumçuluq münasibəti olmuşdur. 2022-ci il tarixdə xatırlamadığı gündə İsmayıllı şəhərində olmuş, axşam radələrində yaşadığı Topçu kəndinə getmək istəyirmiş. Bu vaxt X2 şəhəri ərazisində qarşılaşmışdır. Sonuncu ilə hal-əhval soruşduqdan sonra hara getdiyini soruşmuşdur. O, Ədalətə Topçu kəndinə getmək istədiyini bildirmiş, Ədalət isə gecə vaxtı yola çıxmamağı və özlərinin evinə getməyi təklif etmişdir. Onlar həmin gün Ədalətlə birlikdə sonuncunun İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən evinə getmişlər. Evdə ailə üzvləri də olmuşdur. Həmin gün o, orada gecələmiş və evdən oğurluq etmək niyyətinə düşmüşdür. Evdə olarkən evin giriş çıxışına, haradan girib-çıxmağın rahat olduğuna göz yetirmişdir. Səhəri gün səhər saatlarında sonuncuların evindən çıxıb rayon mərkəzinə getmişdir. O, sonuncuların evinə girmək qərarına gəlmiş və həmin gün gecə saatlarına qədər rayon mərkəzində gözləmişdir. Gecə təqribən saat 03 radələrində onların evinə gəlmiş, həyət darvazasının açıq olduğunu görüb, həyətə girmiş, daha sonra isə evə giriş qapısının da açıq olduğunu görüb evə daxil olmuşdur. Evin giriş otağında stolun üstündə markasını və modelini xatırlamadığı 2 ədəd telefon və 1 ədəd elektron qol saatının olduğunu görmüşdür. Həmin əşyaları götürüb evdən çıxmış, İsmayıllı şəhəri, “Kəpənək” dairəsi adlanan əraziyə getmiş və tanımadığı yol maşını ilə Bakı şəhərinə yollanmışdır. Səhər saat 07 radələrində Bakı şəhərinə çatmışdır. Bakı şəhəri “20 yanvar” dairəsi adlanan ərazidə Şəhər Ticarət Mərkəzində telefon mağazalarının birinin qarşısında dayanıb telefonları satmaq istəmişdir. Həmin vaxt telefon mağazasına girən şəxslərin telefon almaq istədiklərini görmüşdür. Həmin tanımadığı şəxsləri çağırıb ucuz qiymətə telefon satdığını bildirmişdir. Telefonların hər ikisini müxtəlif şəxslərə xatırlamadığı qiymətə satıb Bakı şəhərində qalmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən İsmayıllı rayonuna gəlmişdir. Rayon mərkəzində tanışı Ağa ilə qarşılaşmış, Şahid 5-6 ildir ki, tanıyır. Sonuncunun atası Elçin Talıbovla aralarındakı münasibət normal olmuşdur. Ağanı da atasına görə tanımışdır. Ağa ilə həmin gün İsmayıllı şəhəri ərazisində yerləşən Göbələk çay evində əyləşmişlər. Həmin gün gecə evə getmək gec olduğundan Ağa ona evində qalmağı təklif etmişdir. Gecə onlar sonuncunun evinə getmişlər. Ağanın İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən evlərində nənəsi və babası da olmuşlar. Onların evində olarkən oğurluq niyyəti ilə evə girmək qərarına gəlmiş və bu səbəbdən evin giriş çıxışına diqqətlə baxmışdır. O, bir gecə orada qalmış və səhər tezdən evdən çıxıb rayon mərkəzinə getmişdir. Həmin gün gecə 02-03 radələrində onların evinin yerləşdiyi küçəyə gəlmiş, ətrafda heç kimin olmadığından əmin olub, həyət darvazasından həyətə keçmişdir. Evin giriş qapısı da açıq olmuş, evə daxil olmuş və Ağanın yatdığı otağa keçmişdir. Ağa çarpayıda yatmış, sonunxunun “İphone” 11 markalı mobil telefonu yatdığı çarpayının yanında olmuşdur. Telefonu götürüb evdən çıxmışdır. Yenə həmin gecə Bakı şəhərinə gəlmiş və “20 yanvar” ərazisində telefonu tanımadığı şəxsə satmışdır. Həmin gün o, rayona qayıtmamışdır. Daha sonra 01 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində əvvəllər 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu Zərərçəkmiş şəxs5 ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində qarşılaşmış və sonuncu ilə söhbət edən zaman İntizamın əlində “Redmi” markalı mobil telefon aparatının olmasını görərək sonuncunun telefon aparatını ələ keçirmək istəmişdir. Bu məqsədlə də İntizama guya zəng etmək lazım olmasını bildirərək telefonunu istəmişdir. İntizam onunla razılaşaraq telefonunu ona vermiş və o, telefonu qulağına tutaraq guya kiminləsə danışırmış kimi özünü aparmış və oradan İntizamın anlamayacağı halda oradan uzaqlaşmışdır. Bundan sonra o, telefonu apararaq satmışdır. xx.xx.2022-ci il tarixdə 3 nəfər tanımadığı şəxs “20 yanvar” metrosunun çıxışında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərin İsmayıllı RPŞ-nin əməkdaşları olduğunu bilmişdir və onlarla birlikdə İsmayıllı RPŞ-yə gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid onun oğludur. xx.xx.2022-ci il tarixdə Ağa İsmayıllı rayonunda olan zaman ona zəng edərək bildirmişdir ki, onun aldığı “İphone 11” markalı mobil telefonu evdən naməlum şəxs oğurlamışdır. Bundan sonra Ağa bu barədə polisə məlumat vermişdir. O, oğlu Ağaya “İphone 11” markalı mobil telefonu 2021-ci ilin avqust ayında 2300 manata almışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadıqları İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 65 ünvanda həyat yoldaşı X1 ad gününü qeyd etmişlər. Həmin gün onlar təxminən 01 radələrinədək oyaq olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində həyat yoldaşı Ədalət yuxudan durub ətrafa nəzər saldıqda siqaretinin olmadığını görmüşdür. Daha sonra isə oğlu Səidə 430 manata aldığı “Samsung A13” markalı və özünə məxsus 300 manata aldığı “Redmi 8A” markalı mobil telefonlarin və elektron qol saatının evdə olmadığını müəyyən etmişdir. Bundan sonra həyat yoldaşı X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs ilə onlara gəlmişdir. O, həmin oğurluğu evlərinə gələn Əfqanın etdiyini düşünmüş və bu barədə gəlib İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Aqşin ona Əfqan adlı tanışının Bakı şəhərindən gəldiyini və qalmağa yeri olmadığını bildirmişdir. Bundan sonra Əfqan bir gün onun evində qalıb səhəri gün isə getmişdir. Onunla həmin vaxt aralarında münasibət yaranmışdır. 2022-ci ilin oktyabr ayında dəqiq tarixi xatırlamadığı gündə axşam saatlarında yaşadığı İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən evə gəlmişdir. Evə girərkən giriş qapısını örtmüşdür. Bir müddət sonra o, üç il əvvəl Şirvan şəhərindən 300 manata aldığı “Xeomi Redmi S2” markalı mobil telefonu yatdığı çarpayının yanına qoyub yatmışdır. Səhər oyanarkən telefonu qoyduğu yerdə olmadığını görmüşdür. O, ilkin olaraq bir neçə gün əvvəl onunla birlikdə qalan Təqsirləndirilən şəxs adlı şəxsdən şübhələnmiş və Əfqana zəng etmişdir. Əfqan gecə vaxtı gəlib onun telefonunu oğurladığını etiraf etmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 18 mart 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən «DUXURY VİNE» mağazasının qarşısında quraşdırılmış ona məxsus olan 700 manat dəyərində olan ayaqaltının yenidən oğurlamağa cəhd edilmiş, lakin həmin şəxs bunu edə bilməmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. 01 dekabr 2022-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olan zaman Əfqanı görmüşdür. Bir müddət Əfqanla söhbət etdikdən sonra, Əfqan ondan zəng etmək üçün mobil telefonunu xahiş etmiş, o isə özünə məxsus “Redmi PRO 5S” markalı mobil telefonu Əfqana vermişdir. Bundan sonra, Əfqan bir qədər ondan aralaşıb telefonla kiminləsə danışmağa başlamış və onun həmin vaxt başı qarışdığından Əfqana fikir verməmiş, Əfqan isə ona bildirmədən onun mobil telefonunu götürüb oradan getmişdir. O həmin hadisədən bir müddət əvvəl “Redmi PRO 5S” markalı mobil telefonu 1100 manata almışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, “İsmayıllı” futbol klubunun futbolçusudur, İsmayıllı şəhərində babası X6 ilə və nənəsi X4 ilə birlikdə yaşayır. Onlardan başqa həmin evdə heç kim yaşamır. Onun valideynləri işləri ilə əlaqədar olaraq Bakı şəhərində yaşayırlar. Atası ona təxminən 1 ildir ki, “iPhone 11” markalı mobil telefon almışdır. O, həmin telefonu istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə o, həmişə olduğu kimi saat 23 radələrində yaşadığı evə gəlmişdir. Həmin gün gecə telefonla biraz oynadıqdan sonra telefonu yatdığı otaqda stolun üstünə qoyaraq yatmışdır. Səhəri gün oyandıqda telefonun axşam qoyduğu yerdə olmadığını görmüşdür. O, səhər durub otağı tam şəkildə axtarmış və telefonu tapa bilməmişdir. Bu barədə babası Mirzəağaya demişdir. Babası da onunla birlikdə evi axtarsa da telefonu tapa bilməmişlər. Həmin gün futbolçusu olduğu komanda ilə “Ağsu” futbol klubunun yoldaşlıq matçı olmuşdur. Bu səbəbdən də o, komanda yoldaşları ilə birlikdə Ağsu şəhərinə yollanmışdır. Ağsudan qayıtdıqdan sonra yenidən evi babası ilə birlikdə axtarmışdır. Nə qədər axtarsa da həmin telefonu tapa bilməmişdir. Buna görə də səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinə gələrək gəlmişdir. İsmayıllı rayon polis şöbəsinin aidiyyəti əməkdaşlarına bu barədə məlumat vermiş və ərizə yazmışdır. İlk öncə telefonumun itdiyini fikirləşmiş, lakin daha sonra isə telefonumun oğurlandığını düşünmüş və polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşir. (Cild İ, i.v. 4-8) “Baxış keçirilməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı prospekti 65 saylı ünvanda yerləşir. Elektron qol saatı evin şüşəbəndli eyvanının içərisində olan dörd ayaqlı taxta stol üzərindən “Samsung A13” markalı mobil telefon evin yataq otağındakı dörd ayaqlı ayaqlı stol üzərindən, Redmi 8A markalı mobil telefon isə evin yataq otağından şifonerin orta hissəsindəki açıq gözündən oğurlanmışdır. (Cild İ, i.v. 63-68) “Təqdim etmə, baxış keçirmə və götürmə haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs2 qızının evindən oğurlanmış 1 ədəd elektron qol saatı götürülmüşdür. (Cild İ, i.v. 111-113) “Maddi sübut kimi tanınma haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd elektron qol saatı maddi sübut kimi tanınmışdır. (Cild İ, i.v. 115-116) “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı şəhəri, M.Orucov küçəsi, dalan 2, ev 5 ünvanında yerləşir. Zərərçəkmiş şəxs3 məxsus mobil telefon həmin ünvanda yataq otağında çarpayının üzərindən oğurlanmışdır. (Cild İ, i.v. 184-187) “Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 2, ev 1 ünvanında yerləşir. Şahid məxsus mobil telefon həmin ünvanda yataq otağında çarpayının yanındakı stolun üzərindən oğurlanmışdır. (Cild İ, i.v. 203-205) “Baxış keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşir. (Cild İİ, i.v. 8-11) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/611 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, 2022-ci ilin iyul ayında işlənməmiş vəziyyətdə alınmış 01 ədəd 128 GB yaddaş tutumuna malik “Samsung A13” markalı mobil telefonun ümumi dəyəri 200 manat, 2020-ci ildə işlənməmiş vəziyyətdə alınmış 01 ədəd 64 GB yaddaş tutumuna malik “Redmi 8A, markalı mobil telefonun ümumi dəyəri 120 manat, 2022-ci ilin oktyabr ayında işlənməmiş vəziyyətdə alınmış 01 ədəd Çin istehsalı elektron qol saatı ümumi dəyəri 15 manat, 01 ədəd 64 GB yaddaş tutumuna malik “İphone 11” markalı mobil telefonun ümumi dəyəri 650 manat və işlənməmiş vəziyyətdə 300 manata alınmış 64 GB yaddaş tutumuna malik “Xeomi Redmi S2” markalı mobil telefonun dəyəri 100 manat hesablanmaqla, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1085 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (Cild İİ, i.v. 48-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 9/1523 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, anoloji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd 64GB yaddaş tutumlu, 6 GB RAM «Redmi Note 11 Pro 5G Graphite Gray» markalı mobil telefonun bir ay müddətində istifadə olunması, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 700 manat müəyyən olunur. (Cild İİ, i.v. 90-92) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun ünvan 1 ünvanda yerləşən «Luxery Vine» mağazasının qarşısına quraşdırılmış Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyərində olan kovraliti oğurlamağa cəhd etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadələsi ilə, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-nin: 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə verilmiş ittihamdan Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsini əks etdirən rəqəm ifadəsinin xaric edilməsi barədə təklifini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddəsi ilə əhatə olunduğundan, onun ittihamından Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsini əks etdirən rəqəm ifadəsi xaric edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmiş, habelə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixə keçən gecə dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda ünvan 1 ünvanda yerləşən «Luxery Vine» mağazasının giriş qapısının qarşısına quraşdırılmış Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyərində olan kovraliti gizli olaraq talayib həmin yerdən uzaqlaşan zaman tanımadığı şəxslərin həmin yerə gəlməsi səbəbindən ifşa olunduğunu anlayaraq Zərərçəkmiş şəxs4 məxsus 700 manat dəyirində olan kovraliti hadisə yerində atıb qaçıb getməklə özgənin əmlakının gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən olunmayan vaxtda Zərərçəkmiş şəxs3 yaşadığı İsmayıllı şəhəri, M.Orucov küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla, evin yataq otağında yerləşən çarpayının üzərindən 1 ədəd dəyəri 300 manat təşkil edən “Xeomi Redmi S2” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda Zərərçəkmiş şəxs2 qızına məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti, 65 saylı ünvanda yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla evin salonunda yerləşən masanın üzərindən 1 ədəd dəyəri 430 manat təşkil edən, 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən “Samsung Galaxy A13” markalı mobil telefon aparatını, 1 ədəd dəyəri 300 manat təşkil edən, 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən “Redmi 8A” markalı mobil telefon aparatını və 1 ədəd dəyəri 50 manat təşkil edən elektron qol saatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümümilikdə 786 (yeddi yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixə keçə gecə, dəqiq saatı istintaqla müəyyən olunmayan vaxtda İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 2, ev 1 ünvanında yerləşən, saxlanc yeri hesab edilən fərdi yaşayış evinə evin örtülü vəziyyətdə olan, lakin kilitlənməmiş giriş qapısını açıb qanunsuz daxil olmaqla evin yataq otağında yerləşən çarpayının üzərindən Zərərçəkmiş şəxs1 qızma məxsus 1 ədəd dəyəri 2300 manat təşkil edən “İphone 11” markalı mobil telefon aparatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda Bakı şəhəri, Yasamal rayonu, Ramal Əliyev küçəsində tanışı Zərərçəkmiş şəxs5 ilə görüşmüş, tanışlıq münasibətlərinə görə aralarında olan inam və etibardan sui-istifadə edərək sonuncudan ona məxsus Redmi 11 Note Pro markalı mobil telefonunu danışmaq bəhanəsi ilə götürüb, 15 dəqiqə ərzində qaytaracağını yalandan bildirərək aldatmaqla həmin yerdən çıxıb gedərək Zərərçəkmiş şəxs5 məxsus 1100 (bir min yüz) manat dəyərində Redmi 11 Note Pro markalı mobil telefonu ələ keçirib dələduzluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/611 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, 2022-ci ilin iyul ayında işlənməmiş vəziyyətdə alınmış 01 ədəd 128 GB yaddaş tutumuna malik “Samsung A13” markalı mobil telefonun ümumi dəyəri 200 manat, 2020-ci ildə işlənməmiş vəziyyətdə alınmış 01 ədəd 64 GB yaddaş tutumuna malik “Redmi 8A, markalı mobil telefonun ümumi dəyəri 120 manat, 2022-ci ilin oktyabr ayında işlənməmiş vəziyyətdə alınmış 01 ədəd Çin istehsalı elektron qol saatı ümumi dəyəri 15 manat, 01 ədəd 64 GB yaddaş tutumuna malik “İphone 11” markalı mobil telefonun ümumi dəyəri 650 manat və işlənməmiş vəziyyətdə 300 manata alınmış 64 GB yaddaş tutumuna malik “Xeomi Redmi S2” markalı mobil telefonun dəyəri 100 manat hesablanmaqla, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1085 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 9/1523 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, anoloji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd 64GB yaddaş tutumlu, 6 GB RAM «Redmi Note 11 Pro 5G Graphite Gray» markalı mobil telefonun bir ay müddətində istifadə olunması, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 700 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxslərə məxsus 01 ədəd “Xeomi Redmi S2” markalı mobil telefonu 300 manat, 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefonu 430 manat, 01 ədəd “Redmi 8A” markalı mobil telefonu 300 manat, 01 ədəd elektron qol saatını 50 manat, 01 ədəd “İphone 11” markalı mobil telefonu 2300 manat, 01 ədəd “Redmi 11 Note Pro” markalı mobil telefonunu 1100 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Xeomi Redmi S2” markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 100 manat, Zərərçəkmiş şəxs2 qızına məxsus 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 200 manat, 01 ədəd “Redmi 8A” markalı mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 120 manat, 01 ədəd elektron qol saatın oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 15 manat, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 650 manat, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Redmi 11 Note Pro” markalı mobil telefonun oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 700 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20-də tutulmuşdur. (Cild İ, i.v. 99-100) İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 4(037)-68/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 dekabr 2022ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 170-173) İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(037)-4/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti 02 ay, yəni 03 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək uzadılmışdır. (Cild İİ, i.v. 45-47) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da tutulmuşdur. (Cild İ, i.v. 46-47) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli 4(004)-343/2023 tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 may 2023cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 131-133) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Babayev X3 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndininin tətbiqi nəticəsində azadlıqdan məhrum etmə cəzsının çəkilməmiş hissəsindən həmin qərarın 2.11-ci bəndinin tətbiqi nəticəsində cərimə cəzasından azad edilmişdir. (Cild İ, i.v. 232-234) İsmayıllı Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli 1(037)-16/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün müddəti nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. (Cild İ, i.v. 243-246) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 1(004)- 256/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il(dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə təyin olunmuş 1500 manat cərimə cəzası, hazırkı hökmlə təyin olunancəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 04 il (dörd) müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat (min beş yüz manat) miqdarında cərimə cəzası təyin edilmişdir. (Cild İİ, i.v. 94-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. 8 X10 münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixlı qərarına əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 28 sentyabr 2018ci il tarixli qərar üzrə məhkumluğu götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən iki nəfərə dəymiş zərərin ödənilməsini, həmin şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmalarını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş, 01 ədəd elektron qol saatı qanuni sahibi Zərərçəkmiş şəxs2 qızına qaytarılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа 01 ədəd elektron qol saatı qanuni sahibi Zərərçəkmiş şəxs2 qızına qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-391/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-391/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver