Məhkəmə qərarları › İş №1(004)-392/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-392/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-392/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmuş, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 02 iyul 2021-ci il tarixdə təxminən saat 19:35 radələrində Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 59 saylı binanın həyətinə gəlib, həmin binanın 55 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs həyətdə olan otaracaqda əyləşdiyini gördükdə, tamah niyyəti ilə təxminən 20 dəqiqə ərzində kənardan müşayiət etdikdən sonra saat 19:55 dəqiqədə həmin oturacağın qarşısında olan masanın üstündən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 3 manat dəyərində üzərində “Cianni Versace” sözləri yazılmış 20x10 ölçülü qara rəngli suni dəri materialdan hazırlanmış pul kisəsini içərisində olan 340 Manat, 100 ABŞ Dolları - milli pul ekvivalenti ilə 170 Manat və 10 Avro - milli pul ekvivalenti ilə 20 Manat 13,4 qəpik nağd pul vəsaitləri, eləcə də üzərində hər birinin dəyəri 4 Manat olan ***-***-**-** və ***-***-**-** sim-kart nömrələri olan 220 manat dəyərində 01 ədəd “Samsung A21s” markalı “A217F/DSN” modelli **********42358 imei kodlu sensor dizaynlı 32 GB yaddaşlı mobil telefonunu və hesabının balansında 45 manat pul vəsaiti olan Zərərçəkmiş şəxs məxsus “Azərbaycan Beynəlxalq Bank”-ına aid elektron plastik bankomat kartını açıq talamış, Zərərçəkmiş şəxs çağırışlarına və etirazlarına məhəl qoymayaraq hadisə yerindən uzaqlaşıb, sonunucuya ümumilikdə 806 manat 13,4 qəpik miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onkoloji xəstədir, müalicə olunmağı ilə bağlı dərman almağa pulu olmadığı üçün 02.07.2021-ci il tarixdə məcbur olub oğurluq etmək qərarına gəlmişdir. Bununla bağlı o, 02.07.2021-ci il tarixdə axşam saatlarında piyada olaraq yaşadığı evə qayıdarkən qərara gəlmişdir ki, hər hansı bir yerdən oğurluq etsin. Həmçinin, fikirləşmişdir ki, yol üstü yerləşən istirahət parklarına daxil olaraq oralarda baxaraq axtarsın ki, bəlkə hər hansı bir şəxslər özlərinə məxsus əl çantalarını və ya pul kisələrini oturacaqların üstünə qoyduğu halda onları götürərək qaçıb getsin. Bununla bağlı o, evə gələrkən Yasamal rayonu A.Abbasov küçəsində yerləşən istirahət parkına daxil olaraq təxminən 20-30 dəqiqə ərzində orada ora-bura gəzişib axtarışlar aparmış, lakin heç nə müəyyən edə bilməmişdir. Bundan sonra o, həmin parkdan çıxaraq üzbəüzdə, yəni A.Abbasov küçəsi ilə Z.Xəlilov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli 59 saylı yaşayış binasının həyətinə daxil olmuşdur. Həmin binanın həyətində olan oturacaqda bir nəfər tanımadığı yaşlı qadın əyləşərək öz pul kəsəsini qarşısındakı taxta masanın üstünə qoymasını görmüşdür. Bu yolla da o, təxminən 15-20 dəqiqə ərzində özündə olan mobil telefonunu əli ilə qulağına tutub, guya kimləsə danışdığı görünüşünü yaradaraq bir qədər həmin həyətdə ora-bura gəzişərək ətrafa nəzər yetirməyə başlamışdır ki, həyətdə başqa adam olmayan kimi dərhal yaxınlaşıb həmin qadının pul kisəsini oğurlasın, ona görə ki, həmin vaxt göstərilən həyətdə olan ərzaq mağazasından hansısa şəxslər mağazaya giribçıxırmışlarlar. Bu yolla da o, təxminən 20-25 dəqiqə həmin vəziyyətdə orada gəzişdikdən sonra, saat 19:55 radələrində ətrafda heç kimin olmadığını gördükdə dərhal arxa tərəfdən astaca olaraq həmin qadına yaxınlaşaraq onun sol tərəfindən sağ əli ilə qarşısındakı masanın üstündə olan qara rəngli pul kisəsini götürərək dərhal da oradan qaçıb küçəyə çıxmış və qaçaraq B.Bağırova küçəsi ilə gedib Zərdabi prospektinə çıxmış və qarçarkən həmin pul kisəsini əlində olan ağ rəngli aptek sellofan paketinin içinə qoymuşdur. Həmin qadın isə onun bu kimi hərəkətini gördükdə dərhal qışqır-bağır salmağa başlamış və buna görə də, qaçıb Zərdabi prospektinə çıxdıqdan sonra dərhal yoldan keçən taksilərin bininə əyləşərək oradan “Bakı Bulvarı” istiqamətində getmişdir. Taksidə o, arxa otacaqda əyləşmiş və yolu gedərkən həmin pul kisəsini açıb içinə baxdıqda orada cəmi 340 manat, 100 ABŞ dolları və 10 Avro nağd pul vəsaiti, 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd cavan qıza aid olan fotoşəkillər, müxtəlif marketlərə aid güzəşt kartları, həmin pul kisəsinin sahibi olan Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin və ona məxsus “Azərbaycan Beynəlxalq Bank”-a aid bankomat kartının olduğunu aşkar edərək həmin mobil telefonunu dərhal söndürmüşdür ki, zəng edib axtara bilməsinlər. Həmçinin, göstərilən pul kisəsinin içində həmin bankomat kartının şifrəsi yazılmış balaca kağız parçasını da aşkar etmişdir. Bundan sonra o, təxminən saat yarım-iki saat ərzində bir qədər “Bulvar parkı”-nda gəzişmiş və həmçinin oturacaqda əyləşib vaxtını keçirmişdir. Daha sonra isə o, bir qədər susuyub- acıdığından təxminən saat 22 radələrində “Park Bulvar” adlanan ticarət mərkəzinə daxil olmuş və təxminən 15-20 dəqiqə ərzində orada olan “Qloriya Jeans“ adlanan kafedə əyləşərək kofe içib, şirniyyat yedikdən sonra 35 manata yaxın miqdarda olan hesabı oğurladığı həmin pul kisəsinin içində olmuş “Azərbaycan Beynəlxalq Bank”-a aid bankomat kartını kafedə olan ödəniş terminalına daxil etməklə hesabı ödəyib-getmişdir. Beləliklə də, o, “Qloriya Jeans“ adlanan kafeni tərk etdikdən sonra dərhal həmin ticarət mərkəzindən çıxıb, yoldan keçən taksiyə əyləşərək bir başa yaşadığı ünvan 3 ünvana gəlmiş və bundan sonra həmin bankomat kartından heç bir ödənişlər etməyərək, yalnız oğurladığı pul kisəsinin içində olmuş nağd pul vəsaitini xərcləməyə başlamış, həmin bankomat kartını isə pul kisəsinin içinə qoyub orada olan başqa əşyalarla birlikdə yaşadığı mənzildə gizlətmişdir. Həmçinin, o, həmin gün gecə saatlarında yaşadığı mənzilə həmin pul kisəsini içindəki “Samsung” markalı mobil telefonunun üzərində olan 055 ***-**-** və 070 ***-**-** nömrəli 2 ədəd sim-kartları çıxararaq həmin sim-kart nömrələrini, eləcə də plastik kartlar, vəsiqə və fotoşəkilləri pul kisəsinin içində saxlayaraq, həmin pul kisəsini yaşadığı mənzildə özünə məxsus ayaqqabı qutusunun içinə qoymaqla gizlətdi ki, bir qədər ara sakitləşəndən sonra onları aparıb hər hansı bir poçt şöbəsində qoysun ki, sahibinə geri qaytara bilsinlər. Daha sonra isə növbəti günlər ərzində o, həmin pul kisəsində olmuş 340 manat pulu, eləcə 100 ABŞ dolları və 10 Avro miqdarda pulları bankda manata çevirib 190 manat əldə etməklə, yəni cəmi 530 manat miqdarda pulu öz dərmanlarına, yeməyinə, siqaretə, ərzaqa və digər tələbatlarına tamlıqla xərcləyib qurtardı. Buna görə də, 05.07.2021-ci il tarixdə saat 18 radələrində həmin mobil telefonu hər hansı bir şəxsə satıb pul əldə etmək məqsədi ilə “İnşaatçılar” metrostansiyası tərəfdə olan mağazalara getməkdən yaşadığı mənzildən çıxmış, lakin yaşadığı binanın həyətindən çıxmaq istərkən üç nəfər mülki geyimdə olan şəxslər onu saxlayıb, özlərini polis əməkdaşları kimi təqdim edərək həmin pul kisəsini oğurladığı haqqında məlumatlarının olmasını bildirib, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getməyini tələb etmişlər və o da, çıxışsız vəziyyətdə olduğu üçün razılaşmışdır. Bundan sonra o, həmin polis əməkdaşlarının avtomobilində oradan Yasamal RPİ-nin 28-ci PB-nə gəlmiş və artıq ifşa olunduğunu anladığı üçün cibində olan həmin “Samsung” markalı mobil telefonunu könüllü olaraq onlara təhvil verərək bildirmişdir ki, həqiqətən də həmin pul kisəsini oğurlamış və göstərilən mobil telefonu da pul kisəsinin içində olmuşdur. Daha sonra isə o, istintaqda ifadə verdikdə hər şeyi olduğu kimi etiraf etmiş və sabahısı gün polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə gedərək özü könüllü olaraq göstərilən pul kisəsini içindəki həmin bankomat kartı və digər əşyalarla birlikdə istintaqa təhvil vermişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda oğlu Şahid1 və onun arvadı X6 ilə birlikdə yaşayır. Peşə üzrə həkimdir, lakin bir neçə ildir ki, təqaüdə çıxdığı üçün hal-hazırda heç bir yerdə işləmir. İnsult xəstəliyi keçirdiyi üçün hazırda hər gün mütəmadi olaraq tibb müəssisəsinə gedib-gələrək müvafiq müalicəni alır və bu səbəbdən də orada ödənişlər etməkdən ötrü daim pul kisəsində müəyyən bir miqdarda nağd pul vəsaitini saxlayır. Belə ki, 02.07.2021-ci il tarixdə o, həmişə olduğu kimi tibbi müəssisəsinə gedib müalicəsini gəbul etdikdən sonra yaşadığı Yasamal rayonu Z.Xəlilov küçəsi ev 59, 55 saylı mənzilə gəlmiş və bundan sonra axşam saat 19:20-19:30 radələrində hava bir qədər sərinləşdiyi üçün hava qəbul etmək məqsədi ilə yaşadığı binanın həyətinə düşərək həyətdə qonşular tərəfindən quraşdırılmış oturacaqda əyləşmişdir. Pul kisəsi bir qədər böyük olduğundan istifadə etdiyi mobil teləfonunu həmin pul kisəsinin içində qoyaraq özü ilə gəzdirmiş və məhz bu səbəbdən də həyətə düşdükdə pul kisəsini də içindəki mobil telefonu ilə birlikdə özü ilə götürdüyü üçün oturacaqda əyləşdikdə pul kisəsini həmin oturacağın qarşısında olan taxta masanın üstünə qoymuşdur. Təxminən 15-20 dəqiqə ərzində həmin oturacaqda əyləşdiyi zaman görmüşdür ki, bir nəfər əynində sarı rəngli şalvar və qara rəngli qolsuz köynək olan təxminən 30-35 yaşlı və hətta ola bilər ki, 40 yaşlarında olan bir kişi mobil telefonu ilə kimləsə danışaraq arxa tərəfində ora-bura gəzişir. Bununla bağlı belə zənn etmişdir ki, həmin şəxs ya qonşudur və ya da məhlədə yaşayan hansısa qonşunun yanına gəlib və buna görə də, həmin haldan nə şübhələnməmiş və nə də ki, narahat olmamışdır. Həmin hal təxminən 15-20 dəqiqə ərzində davam etmiş və bundan sonra təxminən saat 19:55-də həmin kişi qəflətən arxadan yaxınlaşıb sol tərəfindən sağ əlini masanın üstünə ataraq onun pul kisəsini götürüb qaçmışdır. Həmin vaxt şok vəziyyətinə düşdüyü üçün qışqırıb qonşuları köməyə çağırmağa başlamış və bu zaman həyətdə yerləşən ərzaq mağazasında işləyən Cəsarət adlı kişi həyətdə olan bir neçə cavan uşaqlarla birlikdə onun səsinə toplaşaraq, pul kisəsini oğrurlamış həmin kişi binanın dalanından küçəyə tərəf qaçıdığından onun arxasınca qaçmışlar, lakin sonra Cəsarət geri qayıdaraq bildirmişdir ki, həmin kişi çevik tərpənib qaçaraq gözdən itdiyi üçün onu tuta bilməmişdir. Bundan sonra, o, yaşadığı mənzilə qalxıb oğlu Mətinə zəng edərək baş vermiş hadisə barədə bildirmiş və Mətin bir neçə dəqiqədən sonra yaşadıqları mənzilə gəlib, onunla üz-üzə danışdıqdan sonra onun tələb və xahişi əsasında öz mobil telefonundan DİN-nin «102 Xidməti»-nə zəng edərək pul kisəsinin oğurlanması barədə məlumat vermişdir. Ona məxsus həmin pul kisəsi qara rəngli, süni dəridən olmuş, qiyməti 3 manat və hadisə vaxtı onun içindəki cibliklərinin birində 4 ədəd 50 manatlıq əskinaslar, digərlərində isə 2 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq əskinaslar, eləcə də 1 ədəd 100 ABŞ dolları və 1 ədəd 10 avro əskinasları olmuşdur. Həmçinin, pul kisəsinin içində ona məxsus 2 ədəd «Umiko», 1 ədəd «Araz» və 1 ədəd «Bazarstore» adlanan marketlərin və 1 ədəd «Bahar» ətriyyat mağazasının güzəşt plastik kartları, həmçinin aldığı təqaüdlə bağlı 1 ədəd «Azərbaycan «Azərbaycan Beynəlxalq Bank»-ın plastik bankomat kartı və özünə aid şəxsiyyət vəsiqəsi də olmuşdur. Bundan əlavə, yuxarıda göstərdiyi kimi «Samsunq A21s” markalı 220 manat dəyərində olan mobil telefonu da həmin vaxt pul kisəsinin içində olmuşdur. Göstərilən mobil telefon iki sim-kartla işlədiyi üçün hadisə vaxtı onun üzərində hər birinin dəyəri 4 manat olan ***-***-**-** və 070312-01-90 saylı sim-kart nömrələri olmuşdur. Yaşlı adam olduğu üçün aldığı təqaüdlə bağlı «Azərbaycan Beynəlxalq Bank»-ın plastik bankomat kartının şifrəsinin rəqəmlərini balaca kağız parçasına yazaraq həmin pul kisəsinin içində saxlamış və baş vermiş hadisədən sonra o, «Azərbaycan Beynəlxalq Bank»-ın qaynar xəttinə zəng edib kartı bloklayanda oradan operatorun verdiyi məlumata əsasən müəyyən olmuşdur ki, onun pul kisəsini oğurlamış şəxs hadisədən bir qədər sonra göstərilən kartını «Park Bulvar» adlanan ticarət mərkəzində fəaliyyət göstərən «Qloriya Jeans» kafesində istifadə edərək 34 manat 60 qəpik ödəniş etmişdir. Hadisədən əvvəl iəs həmin kartının bank hesabında cəmi 45 manat pul vəsaiti olmuşdur və o, sonradan həmin kartı bloklaşdırdığı üçün qalıq qalmış pulu cinayətkar hesabdan çıxara bilməmişdir. Həmin mobil telefonun alışı ilə bağlı kassa qəbzi və onun qutusu özündə idi. Ona vurulmuş ziyan tam ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 qeydiyyatda olmaqla orada anası Zərərçəkmiş şəxs və həyat yoldaşı X6 ilə birlikdə yaşayır. Anası Zərərçəkmiş şəxs insult xəstəliyi keçirdiyi üçün hər gün mütəmadi olaraq tibb müəssisəsinə gedibgələrək müvafiq müalicəni alır və bu səbəbdən də orada ödənişlər etməkdən ötrü daim pul kisəsində müəyyən bir miqdarda nağd pul vəsaitini saxlayır. Belə ki, 02.07.2021-ci il həmişə olduğu kimi anası Zərərçəkmiş şəxs tibbi müəssisəsinə gedib müalicəsini gəbul etdikdən sonra yaşadıqları qeyd olunan mənzilə gəlmiş və bundan sonra axşam saatlarında hava qəbul etmək məqsədi ilə yaşadıqları binanın həyətinə düşərək həyətdə qonşular tərəfindən quraşdırılmış oturacaqda əyləşmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs özü ilə içərisində pul vəsaitləri, «Samsung A21s» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və digər sənədləri olan pul kisəni də özü ilə götürmüşdür. Anası Zərərçəkmiş şəxs həyətə düşəndə, o özü mənzildə olmayaraq yaşadıqları binadan bir qədər aralıda gəzişmişdir. Bundan sonra isə həmin gün saat 20:05-də anası Zərərçəkmiş şəxs ona yaşadıqları mənzildən zəng edib həyəcanlı vəziyyətdə olaraq tez evə qayıtmasını bildirdiyi üçün, o, təxminən 4-5 dəqiqə ərzində mənzilə gəlib, nə baş verdiyini soruşduqda, anası Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 30-40 dəqiqə bundan əvvəl həyətə düşüb, həyətdə qonşular tərəfindən quraşdırılmış oturacaqda əyləşərək pul kisəsini oturacağın qarşısında olan taxta masanın üstünə qoymuş və təxminən 15-20 dəqiqə ərzində həmin oturacaqda əyləşdiyi zaman bir nəfər əynində sarı rəngli şalvar və qara rəngli qolsuz köynək geyinmiş təxminən 30-40 yaşlarında olan bir kişi həyətə daxil olaraq, arxa tərəfində təxminən 15-20 dəqiqə ərzində ora-bura gəzişərək mobil telefonu ilə kimləsə danışması görüntüsü yaratdıqdan sonra qəflətən arxadan yaxınlaşıb masanın üstündə olan ona məxsus pul kisəsini götürüb qaçmışdır. Buna görə də o, yəni anası Sevda qışqırıb qonşuları köməyə çağırdığı üçün həyətdə yerləşən ərzaq mağazasında işləyən Cəsarət adlı kişi və həyətdə olan bir neçə cavan uşaqlar onun səsini eşidərək dərhal pul kisəsi oğrurlamış həmin kişi binanın dalanından Bəsti Bağırova küçəsinə tərəf qaçdığından onun arxasınca qaçmışlar, lakin sonra geri qayıdaraq sonuncuya çata bilmədiklərini bildirmişlər. Bundan sonra isə o, dərhal anası Zərərçəkmiş şəxs xahiş və tələbi ilə yaşadıqları mənzildən istifadə etdiyi ***-***-**- ** sim-kart nömrəli telefonunla DİN-nin «102 Xidməti»-nə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin həmin vaxt anası Sevda hələ də həyacanlı vəziyyətdə olduğundan ona yalnız səthi olaraq oğurlanmış əşyalar haqqında məlumat verərək bildirmişdir ki, pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, «Samsung A21s» markalı mobil telefonu, 100 ABŞ dolları, 150 manat və digər sənədləri olmuşdur. Məhz buna görə o da, öz növbəsində DİN-nin «102 Xidməti»-nə həmin məlumatları vermişdir. Lakin sonradan anası Zərərçəkmiş şəxs pul kisəsinin içərisində olan pul vəsaitlərini və sənədləri barədə dəqiqliklə xatırladıqdan sonra ona bildirmişdir ki, talanmış qara rəngli süni dəridən hazırlanmış pul kisəsinin içindəki cibliklərində 340 manat, 1 ədəd 100 ABŞ dolları və 1 ədəd 10 avro əskinasları, eləcə də market və mağazalara aid 2 ədəd «Umico», 1 ədəd «Araz» və 1 ədəd «Bazarstore» və 1 ədəd «Bahar» adlanan güzəşt plastik kartları, balansında 45 manat pul vəsaiti olan «Azərbaycan Beynəlxalq bank»-ın plastik bankomat kartı, özünə aid şəxsiyyət vəsiqəsi, nəvəsi X1 aid 2 ədəd fotoşəkil və üzərində 2 ədəd, yəni 055 ***-**-** və 070 ***- **-** saylı sim-kart nömrələri olan «Samsung A21s» markalı qara rəngli mobil telefonu olmuşdur. Bundan sonra isə yaşadığı həyətə Yasamal RPİ-nin polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirilmiş və həmçinin Zərərçəkmiş şəxs hadisə ilə bağlı izahatını yazmışdır. Daha sonra isə yaşadıqları mənzildə olarkən o, anası Sevda ilə birlikdə «Azərbaycan Beynəlxalq Bank»-ın qaynar xəttinə zəng edib kartı bloklayanda oradan operatorun verdiyi məlumata əsasən məlum olmuşdur ki, pul kisəsini talamış şəxs hadisədən sonra göstərilən kartı «Park Bulvar» adlanan ticarət mərkəzində fəaliyyət göstərən «Qloriya Jeans» adlanan kafedə istifadə edərək 34 manat 60 qəpik ödəniş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 02.08.2021-ci il tarixli, 9/4841 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Samsung A21s” markalı “A217F/DSN” modelli **********42358 imei kodlu sensor dizaynlı 32 GB yaddaşlı mobil telefonun orta bazar dəyəri 220 manat, “Cianni Versace” sözləri yazılmış 20x10 ölçülü qara rəngli suni dəri materialdan hazırlanmış pul kisəsininin orta bazar dəyəri 3 manat, ***-***-**-** saylı GSM nömrənin orta bazar dəyəri 4 manat, ***-***-**-** GSM nömrənin orta bazar dəyəri 4 manat, həmin malların ümumi orta bazar dəyəri 231 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ilk dəfə ACDİÜ AR Məhkəməsinin 30.10.2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16.02.2015-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 11 gün müddəti hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxs həmin hökm üzrə məhkumluğu ödənilmədiyi müddətdə yenidən cinayət törətmiş və Yasamal Rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli hökmü ilə məhkum edilmiş və həmin hökmə əsasən residiv müəyyən edilmişdir, hökmlər üzrə məhkumluğun ödənilməsi müddəti müstəqil hesablandığından, artıq ACDİÜ AR Məhkəməsinin 30.10.2008-ci il tarixli hökmü üzrə məhkumluq ödənilmişdir. Belə ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.06.2002-ci il tarixli Qərarının 10-cü bəndinə əsasən birinci cinayətə görə məhkum edilən şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır. Buna görə də həmin hökm üzrə cəzasını çəkib qurtardığı vaxtdan 6 il keçdiyindən, məhkumluğu ödənilmişdir. Sonradan iş materiallarında olan hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Yasamal Rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.. Təqsirləndirilən şəxs barəsində 07.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05.07.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A21s”” markalı, AZ2117F/DSN modelli, **********42358 imei kodlu sensor dizaynlı 32 GB yaddaşlı, iki simkartla işləyən, qara rəngli, istifadə olunmuş vəziyyətdə, içərisində sim-kart nömrələri olmayan mobil telefon, 01 ədəd üzərində “Cianni Versace” sözləri olan qara rəngli suni dəri materialından hazırlanmış və istifadə olunduğundan köhnəlmiş vəziyyətdə olan pul kisəsi, 02 ədəd Zərərçəkmiş şəxs nəvəsi X1 aid fotoşəkillər, 01 ədəd "xxxx" MMC-yə aid ***-***-**-** və 01 ədəd "xxxx" MMC-yə aid 70-312-01-90 sim-kart mobil telefon nömrələri, 01 ədəd üzərində Zərərçəkmiş şəxs yazılmış «Azərbaycan Beynəlxalq Bank”-a aid bankomat kartı, 01 ədəd üzərinə AA******* seriya, xx.xx.1951-ci ildə doğlulmuş Zərərçəkmiş şəxs yazılmış şəxsiyyət vəsiqəsi, mağaza və marketlərə aid 2 ədəd «Umico», 1 ədəd «Araz», 1 ədəd «Bazarstore» və 1 ədəd «Bahar» adlanan plastik kartların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 1 ədəd CD-R formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 05 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A21s”” markalı, AZ2117F/DSN modelli, **********42358 imei kodlu sensor dizaynlı 32 GB yaddaşlı, iki sim-kartla işləyən, qara rəngli, istifadə olunmuş vəziyyətdə, içərisində sim-kart nömrələri olmayan mobil telefon, 01 ədəd üzərində “Cianni Versace” sözləri olan qara rəngli suni dəri materialından hazırlanmış və istifadə olunduğundan köhnəlmiş vəziyyətdə olan pul kisəsi, 02 ədəd Zərərçəkmiş şəxs nəvəsi X1 aid fotoşəkillər, 01 ədəd "xxxx" MMC-yə aid ***-***-**-** və 01 ədəd "xxxx" MMC-yə aid 70-312-01-90 sim-kart mobil telefon nömrələri, 01 ədəd üzərində Zərərçəkmiş şəxs yazılmış «Azərbaycan Beynəlxalq Bank”-a aid bankomat kartı, 01 ədəd üzərinə AA******* seriya, xx.xx.1951-ci ildə doğlulmuş Zərərçəkmiş şəxs yazılmış şəxsiyyət vəsiqəsi, mağaza və marketlərə aid 2 ədəd «Umico», 1 ədəd «Araz», 1 ədəd «Bazarstore» və 1 ədəd «Bahar» adlanan plastik kartların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar