Məhkəmə qərarları › İş №1(004)-392/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-392/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-392/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxx N89-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcən qəsəbəsi, R.İsmayılov küçəsi, ev 4, mənzil 44-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi, ev 46, mənzil 37də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx N94-cü ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərən, məhkumluğu olmayan, Füzuli rayonu, Üçbulaq ərazi dairəsi, Govşatlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 14, mənzil 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 09 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 "A" ünvanında yolun hərəkət hissəsində heç bir əsaslı səbəb olmadan, yəni Təqsirləndirilən şəxs2 Sadiq oğluna məxsus olsa da həmin vaxt özünün idarə etdiyi “Daewoo Gentra” minik markalı **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən “Hüseyn Cavid” parkının qarşısından keçən yolda hərəkətdə olan zaman idarə etdiyi avtomobillə onlarla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Harley Davidson” markalı, 10-B-699 dövlət qeydiyyat nişanlı motosikletin qarşısında kəskin manevr etməklə həmin motosikletə və yolda hərəkətdə olan digər avtomobillərə qəza şəraiti yaratmasına Zərərçəkmiş şəxs haqlı irad bildirdiyinə görə avtomobili yolun hərəkət hissəsində saxlayıb Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb həmin vaxt yolda hərəkətdə olan çoxsaylı avtomobillərdəki və ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına zidd olaraq, öz şəxsiyyətlərinin digərlərindən üstün olduğunu nümayiş etdirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək hər ikisi əl zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurmaqla onu idarə etdiyi motosikletdən yerə yıxıb sonuncunun başında olan qoruyucu dəbilqəni də çıxararaq yenidən əl və ayaq zərbələri endirməklə, daha sonra Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Space TV” telekanalının inzibati binasının qarşısında yenə döyməkdə davam etməklə ona baş beyin silkələnməsi və sol orta qulağın iltihabı ilə müşayiət olunmuş sol göz ətrafının qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 09 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 "A" ünvanında yolun hərəkət hissəsində heç bir əsaslı səbəb olmadan, yəni özünə məxsus olsa da həmin vaxt qohumu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daewoo Gentra” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən “Hüseyn Cavid” parkının qarşısından keçən yolda hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə onlarla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Harley Davidson” markalı, 10-B-699 dövlət qeydiyyat nişanlı motosikletin qarşısında kəskin manevr etməklə həmin motosikletə və yolda hərəkətdə olan digər avtomobillərə qəza şəraiti yaratmasına Zərərçəkmiş şəxs haqlı irad bildirdiyinə görə avtomobili yolun hərəkət hissəsində saxlayıb Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb həmin vaxt yolda hərəkətdə olan çoxsaylı avtomobillərdəki və ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına zidd olaraq, öz şəxsiyyətlərinin digərlərindən üstün olduğunu nümayiş etdirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək hər ikisi əl zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurmaqla onu idarə etdiyi motosikletdən yerə yıxıb sonuncunun başında olan qoruyucu dəbilqəni də çıxararaq yenidən əl və ayaq zərbələri endirməklə, daha sonra Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Space TV” telekanalının inzibati binasının qarşısında yenə döyməkdə davam etməklə ona baş beyin silkələnməsi və sol orta qulağın iltihabı ilə müşayiət olunmuş sol göz ətrafının qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 09 iyul 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs2 məxsus “Daewoo Gentra” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına istirahət parkının yanı ilə həyat yoldaşının atası Şahid2 yaşadığı ünvan 2 ünvanı istiqamətində hərəkətdə olan zaman sol yoldan dövlət qeydiyyat nişanını xatırlamadığı, tünd göy rəngli, markasını bilmədiyi motosiklet keçərək H.Cavid prospekti istiqamətinə doğru hərəkət edirmiş. Avtomobili isə özü idarə edirmiş. O, idarə etdiyi avtomobillə baş yola qəfildən çıxdığından həmin anda motosikletin yoluna çıxmışdır. Lakin yola çıxarkən motosikleti görməmişdir. Hərəkət edərkən qəfildən motosikleti idarə edən şəxs sağ əlinin orta barmağını ona göstərərək təhqir etmişdir. Həmin vaxt isə avtomobildə Təqsirləndirilən şəxs2 savayı həyat yoldaşı Şahid1 və iki azyaşlı uşaqları, qayınatası Şahid2 və onun tanışı Rauf adlı şəxs də olmuşdur. Bundan sonra o, Yasamal rayonu, H.Cavid prospekti 17”A” ünvanının qarşısındakı işıqforun qırmızı işığında dayanarkən avtomaşından düşərək motosikleti idarə edən şəxsə yaxınlaşıb nə üçün onu təhqir etdiyini soruşmuş və hadisə zamanı əsəblərinə sahib çıxa bilməyib həmin şəxsə sağ əlinin içi ilə baş nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. Sonradan Təqsirləndirilən şəxs2 də avtomaşından düşərək onlara yaxınlaşmışdır. O, belə başa düşmüşdür ki, Orxanın yaxınlaşmaqda məqsədi onları ayırmaq olmuşdur. Həmin vaxt motosikleti idarə edən şəxsin başında dəbilqə var imiş. Aralarında olan mübahisə zamanı Orxan da əsəbləşərək motosikleti idarə edən şəxsi əlləri ilə itələmişdir. Sonra Şahid2 də avtomobildən enib mübahisəyə müdaxilə etməyə çalışmışdır. Həmin vaxt hadisə yerində təxminən 10-15 nəfərə yaxın tanımadıqları şəxslər yaxınlaşaraq onları ayırırmış. Bu zaman motosikleti idarə edən şəxs onları “Space” TV-nin yanına söhbət etməyə çağırmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və özü avtomobilə əyləşərək yollarına davam etmişlər. Qarşı tərəfdəki dairəvi yoldan geri qayıdıb qayınatasının yaşadığı ünvana sarı getdikdə isə motosikleti idarə edən şəxsin “Space” telekanalının inzibati binasının qarşısında dayanmasını gördüklərindən yenə də o, avtomaşını saxlayıb enərək həmin şəxsə yaxınlaşmışdır. Bu dəfə isə Şahid2 və tanışı Rauf adlı şəxs müdaxilə edib onları ayırmağa çalışırmışlar. Təqsirləndirilən şəxs2 isə avtomaşını idarə edib həyat yoldaşı Könülü və azyaşlı uşaqlarını evə aparmışdır. O, özü isə yenə də əsəbləşərək həmin şəxsi vurmaq istədikdə kənardakı şəxslərin hadisəyə müdaxiləsi nəticəsində buna nail ola bilməmiş, daha sonra isə hamısı sakitləşib hadisə yerindən uzaqlaşmışlar. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Hadisənin təxminən 10-15 nəfərə yaxın şahidləri olmuşdur. Lakin o, həmin şəxslərdən heç birini tanımır. Qayınatası Şahid2 və onun tanışı Rauf adlı şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişlər. Onunla Zərərçəkmiş şəxs arasındakı münaqişə zamanı isə Təqsirləndirilən şəxs2 tərəfindən sonuncuya zərbə endirilməsini görməmişdir. Hadisənin təsadüfi axarı zəminində, yalnışlıq nəticəsində, arzu etmədiyi halda gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailəli olduğunu və himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkən şəxsə dəyən zəzəri tam ödədiyini, zərəçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 09 iyul 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində özünə məxsus “Daewoo Gentra” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid adına istirahət parkının yanı ilə nişanlısının atası Şahid2 yaşadığı ünvan 4 ünvanı istiqamətində hərəkətdə olan zaman sol yoldan dövlət qeydiyyat nişanını xatırlamadığı tünd göy rəngli, markasını bilmədiyi motosiklet keçərək H.Cavid prospekti istiqamətinə doğru hərəkət etmişdir. Hərəkət edərkən isə motosikleti idarə edən şəxs sağ əlinin orta barmağını həmin vaxt avtomaşını idarə edən nişanlısının yeznəsi Təqsirləndirilən şəxs1 göstərərək onu təhqir etmişdir. Həmin vaxt avtomobildə Məmmədağanın həyat yoldaşı Şahid1 və iki azyaşlı uşaqları, nişanlısının atası Şahid2 və onun tanışı Rauf adlı şəxs də olmuşdur. ünvan 5 ünvanının qarşısındakı işıqforun qırmızı işığında dayanarkən Məmmədağa avtomaşından düşərək motosikleti idarə edən şəxsə yaxınlaşıb nə üçün onu təhqir etdiyini soruşmuşdur. Məmmədağa ilə birlikdə özü də avtomaşından düşərək onlara yaxınlaşmışdır. Aralarında yaranmış mübahisə zamanı əsəbləşərək motosikleti idarə edən şəxsi əlləri ilə itələmişdir. Sonra Şahid2 də avtomaşından düşüb mübahisəyə müdaxilə etməyə çalışmışdır. Həmin vaxt hadisə yerinə təxminən 10-15 nəfərə yaxın tanımadıqları şəxslər yaxınlaşaraq onları ayırırmış. Daha sonra Təqsirləndirilən şəxs1 və o, avtomaşına əyləşərək yollarına davam etmişlər. Qarşı tərəfdəki dairəvi yoldan geri qayıdıb Şahid2 yaşadığı evə tərəf getdikdə isə motosikleti idarə edən şəxsin “Space” telekanalının inzibati binasının qarşısında dayanmasını gördükdə yenə də Təqsirləndirilən şəxs1 avtomaşını saxlayıb enərək həmin şəxsə yaxınlaşmışdır. Bu dəfə isə Şahid2 və tanışı Rauf adlı şəxs müdaxilə edib onları ayırmağa çalışmışlar. O, özü isə avtomaşını idarə edib nişanlısının bacısı Könülü və onun uşaqlarını evə aparıb, bir neçə dəqiqədən sonra piyada geri qayıtdıqda hadisə yerində heç kimi görməmişdir. Ancaq kənarda dayanan tanımadığı şəxslər münaqişə tərəflərinin uzaqlaşdıqlarını bildirdiklərindən özü də həmin yerdən getmişdir. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Hadisənin təxminən 10-15 nəfərə yaxın şahidləri olmuşdur. Lakin o, həmin şəxslərdən heç birini tanımır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında əyləşmiş digər şəxslərdən yalnız nişanlısının atası Şahid2 və onun tanışı Rauf “Space” telekanalının inzibati binasının qarşısında baş vermiş hadisə zamanı avtomaşından enərək onunla birlikdə hadisəyə müdaxilə edib Məmmədağanı və motosikleti idarə edən tanımadıqları şəxsi ayırmağa köməklik göstərmişlər. Nişanlısının bacısı Könül və iki azyaşlı övladları isə heç bir halda avtomaşından düşməmişlər. O, özü, Şahid2 və onun tanışı Rauf adlı şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasındakı münaqişə zamanı isə sonuncuya zərbə endirilməsini görməmişdir. Belə ki, o, hadisə zamanı avtomaşını idarə edib nişanlısının bacısı Könülü və onun uşaqlarını evə aparmışdır. Bu səbəbdən də nə baş verdiyini görə bilməmişdir. Hadisənin təsadüfi axarı zəminində, yalnışlıq nəticəsində, arzu etmədiyi halda gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailələrinin Füzuli rapyonundan məcburi köçkün olduğunu, atasının 1-ci Qarabağ müharibəsin iştirakçısı olduğunu, vəfat etdiyini, özünün məcburi köçkün kimi yataqxanada məskunlaşdığını, yeni ailəli həyatı qurduğunu, arvadının hamilə olduğunu, zərərçəkənə dəyən zəzəri tam ödədiyini, zərəçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “X13" mərkəzində və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi hospitalında həkim oftalmoloq işləyir. 09 iyul 2021 -ci il tarixdə saat təxminən 22:30 radələrində özünə məxsus olan "Harley Davidson" markalı, 10-B-699 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "Hüseyn Cavid" adına istirahət parkı tərəfdən metronun "Elmlər Akademiyası" stansiyasına doğru hərəkətdə olan zaman sag yoldan dövlət nömrə nişanını xatırlamdığı ağ rəngli "Daewoo Gentra" markalı avtomobilin sürücüsü avtomobilini qəflətən idarə etdiyi motosikletin ön tərəfinə hərəkət etdirib onun motosikletinə və yolda hərəkətdə olan digər avtomobillərə qəza şəraiti yaratdıqdan sonra hərəkətinə davam etmişdir. Həmin vaxt həmin avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozmaqla qəza şəraiti yaratmasına baxmayaraq yolda hər hansı bir toqquşma baş verməmişdir. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq qəza şəraiti yaradan avtomobillə toqquşamamaq üçün həmin yolun hərəkət hissəsinə keçmiş və bundan sonra toqquşmanın qarşısını almışdır. Avtomobili idarə edən şəxs və həmçinin həmin avtomobildə olan digər şəxslər əl-qol işarələri ilə ona hədə-qorxu gəlməklə yanaşı, sürücü avtomobilin qabaq sol qapısının şüşəsini aşağı endirib avtomobilində olan digər sərnişinlə onu nalayiq formada və şəxsiyətini alçaldacaq dərəcədə təhqir etmişlər. Onların bu hərəkətlərinin həmin yolda digər avtomobillərin sürücüləri də şahidi olmuşlar və "Daewoo Gentra" markalı avtomobilə görə yolun hərəkət hissəsində tıxac yaranmış və bu da sürücülərin haqlı narazılığına səbəb olmuşdur. Yolda olan avtomobillərin sürücülərinin xahişləri ilə və öz istəyi ilə “Daewoo Gentra” markalı avtomoblin sürücüsünün və avtomobildə olan digər sərnişinin tərbiyəsiz hərəkətlərinə məhəl qoymayıb motosikleti hərəkətə gətirib yoluna davam etmişdir. Motosikletlə bir qədər hərəkət etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 ünvanda yerləşən işıqforun qırmızı işığının yandığını görüb motosikleti yolun müəyyən olunmuş hissəsində saxlamışdır. Bu zaman "Daewoo Gentra" markalı avtomobildən həmin vaxt tanımadığı, lakin şəxsiyyətləri barədə onda təhqiqat araşdırması zamanı məlumatı olan və 26-cı Polis Şöbəsində gördüyü Məmmədağa və Orxan adlı şəxslər düşüb onun yanına gəlmişlər. Onlardan biri, yəni avtomobilin sürücüsü Məmmədğa adlı şəxs motosikletin ön təkərini, Orxan adlı şəxs isə motosikletin arxa təkərini təpikləməyə başlamışlar. O, həmin şəxslərə nəyə görə belə hərəkət etdiklərini, yolun hərəkət hissəsində olan zaman məhz onların avtomobili təhlükəli idarə etməsi üzündən qəza şəraitinin yarandığını irad olaraq bildirdikdə hər iki şəxs qəflətən onun başına əlləri ilə zərbələr endirməyə başlamışlar. Həmin vaxt başında dəbilqə olmuş, həmin şəxslərin əlləri ilə vurduqları zərbələr başında olan dəbilqəyə dəyirmiş. Daha sonra onlar dəbilqəni başından çıxarmışlar. Bu vaxt "Daewoo Gentra" markalı maşının salonunda olan qadın qışqıra-qışqıra və ağlayaraq maşından düşüb onların yanlarına gəlmişdir. Daha sonra isə həmin maşından iki nəfər başqa kişi düşüb onların yanlarına gəlmişlər. Onu vuran oğlanlar nə qadının, nə də ki, onları sakitləşdirməyə cəhd edən kişilərin, həmçinin onun döyüldüyünü görüb kənardan gələn adamların xahişlərinə və sözlərinə məhəl qoymayıb hər ikisi onu nalayiq sözlərlə təhqir etməyə başlamışlar. Nəhayət onların maşınından düşüb gələnn kişilərdən biri qadını maşına doğru aparmış, hadisə yerinə gələn digər şəxslər onu həmin şəxslərin əlindən güclə almışlar. Onu həmin şəxslərin əlindən alan və tanımadığı şəxslər hadisə yerindən aralaşdıqdan sonra oğlanlar onunla söhbət etmək istədiklərini bildirib onu "Space" televiziya şirkətinin binasına doğru ağaclıq olan yerə aparmışlar. Bu zaman avtomobilin sürücüsü hər iki əlini birləşdirib yumruqları ilə başına vurmuş, o, həmin şəxslərin onu vuduqları ilkin və sonuncu zərbənin təsirindən huşunu itirmişdir. Kənardan gələn şəxslərin köməkliyi ilə ayılıb özünə gəldikdə avtomobilin sürücüsü və adının Məmmədağa olduğunu bildiyi şəxs ona "bunun bircə xəncəri əskikdir" ifadələri işlədib ona hədə-qorxu gəldikdən sonra hadisə yerindən çıxıb getmişlər. O, bir qədər özünə gəldikdən sonra hadisə barədə 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Həmin mübahisə təxminən 15-20 dəqiqəyə yaxın davam etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, onu döyən şəxslərin əlində silah və ya silah qismində istifadə olunan əşyaların olduğunu görməmişdir. Ancaq Məmmədağa adlı şəxs həmin qeyd edilən ifadəni işlədərək ona hədə-qorxu gəlmişdir. Hadisə yolun hərəkət hissəsində və "Space" televiziya kanalının qarşısında baş vermişdir. Onlar iki nəfər olduğundan onun həmin şəxslərə müqavimət göstərmək imkanı olmamışdır. Onu həmin şəxslərin hər ikisi əl və ayaq zərbələri ilə bir qayda olaraq əsasən də baş nahiyyəsinə və sifətinə vururmuşlar. O, həmin şəxslərə xəsarət yetirməmişdir. Həmin şəxslərin hərəkətlərinin avtomobil sürücüləri və oradan keçən şəxslər şahidi olmuşdur. Hadisənin şahidlərinin şəxsiyyətləri barədə onda məlumat yoxdur. Həmin vaxt özündə olmadığından şahidlərin heç biri barədə məlumat almaq imkanı olmamışdır. “Siz həmin şəxslərin sizə qarşı belə hərəkətlər etmələrinə və sizin döyülməyinizə səbəb ola biləcək hərəkətlərə yol vermisinizmi. Belə ki, ilkin araşdıma zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və avtomobildə olan digər şəxslərin izahatlarından göründüyü kimi siz qeyd edilən ünvanda motosikleti idarə edən zaman sağ əlinizin orta barmağını həmin vaxt avtomobili idarə edən Təqsirləndirilən şəxs1 göstərərək sonuncunu təqhir etdiyiniz üzündən mübahisə baş vermişdir. Məhz bu səbəbdən təhqir olunmasına aydınlıq gətirmək üçün Təqsirləndirilən şəxs1 avtombilini saxlayıb sizin yanınıza gəlmiş və bu zaman o, əli ilə sizi vurmuş, Təqsirləndirilən şəxs2 isə sizi itələmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və digər şəxslərin dedikləri tam yalandır. Hadisə o, dediyi kimi baş vermişdir. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs1 idarə etdiyi avtombillə yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi motosikletə və digər avtomobillərə qəza şəraiti yaratması olmuşdur. Hüseyn Cavid prospekti 17 ünvanında yerləşən işıqforda dayanan zaman isə ona barmaq yox, əli ilə işarə edib qəza şəraiti yaratdığına görə yalnız haqlı iradını bildirmişdir. Onun tərbiyəsi və əxlaqı kiminsə şəxsiyyətini təqhir etməyə və alçaltmağa imkan vermədiyindən Təqsirləndirilən şəxs1 dediyi nalayiq hərəkətə yol verməmişdir. Suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu onların əlindən alan şəxslərə hər hansı bir qanunsuz hərəkət etməmişlər. Həmin şəxslər yalnız onu heç bir səbəb olmadan döymüşlər. Mübahisənin başa çatmasına səbəb kənardan gələn şəxslərin mübahisəyə müdaxilə etmələri olmuşdur. Həmin şəxslər olmasaymış Orxan və Məmmədağa onu döyməyə davam edəcəklərmiş. Orxan və Məmmədağa heç öz maşınlarında olan qadının və kişilərin dediklərinə məhəl qoymurmuşlar. Hadisə nəticəsində motosikleti zədələnmədiyindən ona maddi ziyan dəyməmişdir. Həmçinin göstərmişdir ki, istintaqa əvvəl verdiyi ifadəsini və üzləşdirmələr zamanı verdiyi ifadələrini tam təsdiq edir, həmin ifadələrində hadisənin necə baş verməsini ətraflı göstərmişdir. Belə ki, 09 iyul 2021-ci il tarixdə H.Cavid prospektində yerləşən “Space” teleradioşirkətinin qarşısında, yolun hərəkət hissəsində, heç bir səbəb olmadan, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin zorakılıqlarına və nalayiq hərəkətlərinə məruz qalmışdır. Əvvəlki ifadələrində və onlarla üzləşdirmə zamanı da qeyd etdiyi kimi onlar hər ikisi onu döyərək, ona qarşı nalayiq sözlər işlədib ona xəsarət yetirmişlər. Belə ki, həmin şəxslər onu vəhşicəsinə döyməklə yanaşı onu ifadə edilməsi mümkün olmayan nalayiq sözlərlə təhqir etmişlər. Onu həmin şəxslərin əlindən ətrafa toplanmış şəxslər çətinliklə almışlar. Bu barədə də əvvəlki ifadələrində tam ətraflı məlumat vermişdir. Həmin ifadələrini tam təsdiq edir, başqa əlavəsi yoxdur. Artıq təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qızı Könülün, Təqsirləndirilən şəxs2 Sadiq oğlu isə digər qızı Ülkərin həyat yoldaşıdırlar. X10 qəsəbəsi, Gənclər şəhərciyində evləri var. 2021ci ilin iyul ayının 09-da həmin mənzilə qaz çəkilməsi üçün ora usta aparmalı olmuşlar. Odur ki, həmin vaxt qızı Ülkərlə nişanlı olan Orxan özünün idarə etdiyi “Daevoo” markalı avtomobillə onlara gəlib onu, qızı Könülü və iki azyaşlı uşağını, həmçinin həyat yoldaşı Məmmədağa ilə usta Raufu götürüb Məmmədağagilə aparmışdır. Orada usta Rauf qazı çəkəndən sonra, yəni artıq saat 21-22 radələrində Məmmədağa Orxanın avtomobilini idarə edərək evə qayıdırmışlar. Onlar Yasamal rayonu, Hüseyn Cavid parkının yanından keçib “Space” TV-yə tərəf getmək istəyəndə, yəni Məmmədağa maşını sola kəskin şəkildə döndərəndə bir motosiklet sürücüsünə bir qədər narahatlıq yaranmışdır. Odur ki, motosiklet sürücüsü motosikleti sürüb onların olduqları maşının yanında dayandırıb maşının içinə baxanda Məmmədağa ona irad bildirmişdir ki, “nə üçün maşının içinə baxırsan, nə olub?” Bu vaxt həmin motosiklet sürücüsü sağ əlinin orta barmağı ilə onlara tərəf işarə göstərib motosikleti sürətlə sürüb onlardan uzaqlaşmışdır. Onun bu hərəkəti Məmmədağanı əsəbiləşdirdiyindən maşını onun arxasınca sürmüşdür. Qarşıda, yəni “Space” TV-nin yanındakı işıqfora çatanda qırmızı işıq yandığından motosikletçi də dayanmışdır. Bu vaxt Məmmədağa maşını işıqforda yolun ortasında saxlayıb maşından düşərək həmin motosikletçiyə yaxınlaşıb öz iradını bildirəndə onlar arasında mübahisə yaranmış və Məmmədağa əli ilə motosikletçinin başında olan dəbilqənin üstündən ona zərbələr vurmuşdur. Bu vaxt o və Orxan avtomobildən düşüb onlara yaxınlaşaraq ayırmağa başlamışlar. Həmin vaxt Orxan əli ilə motosikletçini kənara itələyib ayırmağa çalışmışdır. Bu vaxt yolun hərəkət hissəsində maşınların hərəkəti dayandığından həm sürücülər, həm də ətrafda olan çoxlu sayda şəxslər hadisənin şahidi olmuşlar. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Yolda hərəkət dayandığından sürücülər və ətrafa yığılan şəxslər də narazılıq etməyə başlamışlar. O, Orxan və ətrafa toplaşan bir neçə nəfər çətinlikə Məmmədağanı motosiklet sürücüsündən ayırıb maşına gətirmişlər. Bundan sonra o və Orxan da maşına oturaraq evə gəlmişlər. Məmmədağa və Orxan onları evdə düşürəndən sonra maşına əyləşib həmin yerə qayıtmışlar. Sonradan onlardan eşitmişdir ki, orada yenidən həmin motosiklet sürücüsü ilə aralarında münaqişə yaranmışdır. Lakin nə o, nə qızı Könül, nə də ki, usta Rauf həmin vaxt onların yanında olmadıqlarından sonrakı hadisənin necə baş verməsi və kimin kimi vurması barədə heç bir məlumatı yoxdur. Bu hadisədən bir neçə gün sonra əvvəlcə onları Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə çağırmışlar. Daha sonra isə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmış və Məmmədağa ilə Orxanı tutmuşlar, iki sutkadan sonra isə onları azad etmişlər. İstintaq bir neçə ay gedəndən sonra eşitmişdir ki, artıq Orxanla Məmmədağanın işi qurtarmışdır. Onun bu hadisə ilə bağlı deyəcəkləri bu qədərdir. Suallara cavab olaraq göstərmişdir ki, Orxan ilkin hadisə zamanı motosiklet sürücüsünü vuran Məmmədağanı onunla birlikdə ayırırmış, həmin vaxt Orxan motosiklet sürücüsünü əli ilə kənara itələmişdir ki, Məmmədağanı sakitləşdirsin. Hadisə vaxtı Orxanın motosiklet sürücüsünə başqa hər hansı bir zərbə endirməsini görməmişdir. Onları düşürüb qayıdandan sonra isə hadisənin necə baş verməsinin şahidi olmadığından, həmin vaxt kimin kimi, nə ilə və bədəninin hansı nahiyyəsindən vurmasına dair heç bir məlumatı yoxdur. Hadisə zamanı özü yalnız Məmmədağanı motosiklet sürücüsündən ayırmağa, onu vurmasını dayandırmağa çalışmışdır, özü motosiklet sürücüsünə heç bir zərbə vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə 09 iyul 2021-ci il tarixdə atasıgilin yaşadıqları Yasamal rayonu ərazisindəki evdə qalırmışlar. Masazır qəsəbəsində özlərinə məxsus olan mənzildə isə qaz olmadığından həmin gün ora qaz çəkmək üçün usta aparmaq istəyirmişlər. Həmin gün bacısı Ülkərin həmin vaxt nişanlısı olan, hazırda isə həyat yoldaşı Təqsirləndirilən şəxs2 də atasıgilə gəlmişdir ki, onları və ustanı özünün “Daevoo” markalı avtomobili ilə Gənclər şəhərciyinə aparsın. Həmin gün o, həyat yoldaşı Məmmədağa, iki azyaşlı övladları, atası Feyzulla və usta Rauf Orxanın maşını ilə gündüz vaxtı evlərinə getmişlər, orada Rauf qaz xəttini çəkmiş və gecə təxminən 21-22 radələrində şəhərə atasıgilə qayıtmışlar. Yasamal rayonu ərazisindəki H.Cavid parkının yanına çatanda, yəni Ədliyyə Nazirliyinin yanından keçib “Space” Teleradio şirkəti istiqamətində hərəkətdə olarkən, Space” TV-yə tərəf dönmək istəyəndə qarşılarına bir motosiklet çıxaraq siqnal verdiyindən onlar avtomobili dayandırmışlar. Bu vaxt motosikleti idarə edən şəxs motosikleti onların olduqları avtomobilin yanına yaxınlaşdırıb maşının içinə baxanda əri Məmmədağa həmin şəxsə demişdir ki, “nə olub, maşının içinə niyə baxırsan?”. Həmin şəxs heç bir söz deməyərək motosikleti sürüb gedəndə orta barmağı ilə onlara işarə verib getmişdir. Motosikleti idarə edən şəxsin bu hərəkəti əri Məmmədağanı əsəbiləşdirdiyindən o, maşını motosikletin arxası ilə sürmüş, “Space” TV-nin qarşısında işıqforun qırmızı işığı yananda motosikletçi dayandığından ona çatmışlar. Məmmədağa maşını saxlayıb düşüb motosikletçiyə yaxınlaşdıqda Orxan da maşından düşüb motosikletçiyə yaxınlaşmışdır. Məmmədağa motosikletçini vuranda Orxan da onlara yaxınlaşmış, bu vaxt atasıgil maşından düşərək Məmmədağagili motosiklet sürücüsündən ayırmağa çalışmışlar. Həmin vaxt ətrafa çoxlu tanımadığı şəxslər yaxınlaşdıqlarından Orxan Məmmədağanı saxlayıb kənara çəkmişdir. Məmmədağa motosiklet sürücüsünə başında olan dəbilqənin üzərindən əl zərbələri vururmuş. Bundan sonra Orxan, atası və usta Rauf, həmçinin ora toplaşan şəxslər Məmmədağanı motosiklet sürücüsündən ayırıb maşına əyləşdirmişlər. Bundan sonra, maşını Orxan idarə edib onu, uşaqları, atası və usta Raufu gətirib atası evinə düşürmüş, Orxanla Məmmədağa isə yenidən hadisə yerinə getmişlər. Lakin bundan sonrakı hadisənin şahidi olmadığından orada daha sonra motosiklet sürücüsü ilə Məmmədağa və Orxan arasında nələr baş verdiyindən məlumatı yoxdur. Aradan bir neçə gün keçmiş isə əri Məmmədağanı, Orxanı və atasını 26-cı Polis bölməsinə çağırmışlar, daha sonra isə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmış və Orxanla Məmmədağanı tutaraq iki gün sonra isə buraxmışlar. Onun bu hadisə barədə bildikləri bundan ibarətdir. Suallara cavab olaraq göstərmişdir ki, Orxanın motosiklet sürücüsünü vurmasını şəxsən görməmişdir, odur ki, onun motosiklet sürücüsünün bədəninin hansı nahiyyəsinə nə ilə zərbə vurmasına dair heç bir məlumatı yoxdur. O, yalnız ətrafa camaat yığılandan sonra Orxanın Məmmədağanı motosiklet sürücüsündən ayırmasını görmüşdür. Hadisə işıqforun yanında yolun hərəkət hissəsində baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində avtomobillərin hərəkəti dayanmış və hadisə yerinə avtomobilləri idarə edən və yoldan keçən tanımadığı çoxlu şəxslər yığılmışdır. Lakin hadisə zamanı ətrafa yığışan şəxsləri tanımır. İş materiallarında olan Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X14 Ekspertinin 655 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarət-baş beyin silkələnməsi və sol orta qulağın iltihabı ilə müşayiət olunmuş sol göz ətrafının qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən və eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərtinə əsasən Təqsirləndirilən şəxs1 evli olmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 9/2-1806 saylı, xx.xx.2015-ci il tarixli arxiv arayışına əsasən X12 N saylı hərbi hissə komandirinin N aprel N92-ci il tarixli, N saylı əmrilə N saylı hərbi hissənin 3-cü bölüyündə döyüşçü vəzifəsinə qəbul edilmiş, komandirin 21 iyun N92-ci il tarixli 21 saylı əmrində 3-cü bölüyündə manqa komandiri vəzifəsində xidmətdə olmuşdur. Qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin N aprel N93-cü ilədək dövrü əhatə edən nizami hissə üzrə əmrlərində S.R.Əhmədovun sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin 01/2215 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs2 atası X12 23 avqust N93-cü il tarixədək Füzuli rayonunun Govşadlı kəndində yaşamış, məcburi köçkün olmuşdur. Məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonunda məskunlaşıb yaşamış və vahid aylıq müavinət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 244080 saylı, 13 yanvar 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X12 03 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “X15” klinikasının 16 avqust 2022-ci il tarixli arayışına əsasən Ülkər Ağayevə 12 həftəlik hamilədir. İş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs2 Füzuli rayonundan məcburi köçkünddür. Həmçinin iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə, həmçinin məhkəmə iclasındakı ifadəsinə əsasən o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini etiraf edib, səmimi peşman olmalarını, ilk dəfə cinayət törətmələrini, Təqsirləndirilən şəxs1 evli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 Füzuli rayonundan məcburi köçkün olmasını, ailəli olmasını, arvadının hamilə olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqları dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il (iki il) müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 11 ay 22 gün (bir il on bir ay iyirmi iki gün) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 22 gün (on bir ay iyirmi iki gün) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar