Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-392/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-ali, subay, Azərbaycan Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, 01 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində X3 ünvan 2 ünvanında yerləşən «Araz» marketin yaxınlığında şəxsi münasibətlərin pozulması zəminində tanıdığı Zərərçəkmiş şəxs yanına arxadan ayağı ilə vurması nəticəsində sonuncu üzü üstə yerə yıxılaraq başın təpə nahiyəsinin yaraları, alın və sol bazu nahiyələrinin səthi yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa miiddət pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Təqsirləndirilən şəxs İ.B.Bəyalıyev məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşuluqda yaşadığından təxminən 3 ildir ki, tanıyır və əvvəllər aralarında heç bir münaqişə olmamışdı. 31 may 2025-ci il tarixdə günorta saatlarında, o, evlərində olan güzgünü valideynlərindən icazə almadan yaxınlığındakı zibilxanaya atmışdı. Sonradan atası Bəyalı güzgünü atdığına görə onu danladığında 01 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində güzgünü evlərinə aparması üçün Şərifzadə küçəsi 44 ünvanında yerləşən «Araz» marketin yaxınlığında olan zibilxanaya yaxınlaşmışdı. O, güzgünün atdığı yerdən təxminən 5 metr aralığa qoyulduğunu görüb özü ilə götürmək istəmişdi. Bu zaman Rəşid ona yaxınlaşaraq guya güzgünü bir gün əvvəl özünün oraya qoyduğunu söyləmişdi. Buna görə aralarınzda münaqişə yarandıqda Rəşid onu nalayiq küçə söyüşləri ilə söyərək çönüb oradan getmək istəmişdi. O, Rəşidin söyüşlərindən əsəbləşərək arxadan onun üstünə yeriyib təpiklə onu vurduqda Rəşid üzü üstə yerə yıxılmış, bundan sonra güzgünü götürərək evə aparmışdı. İ.B.Bəyalıyev həmçinin münaqişənin təxminən 5 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini, münaqişə zamanı heç bir xəsarət almadığını qeyd etmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində ifadəsində göstərmişdir ki, qonşuluqda yaşadığından tanıdığı Bəyalıyev ilkini təxminən 3 ildir ki, tanıyır. Əvvəllər aralarında heç bir münaqişə olmamışdı. 31 may 2025-ci il tarixdə saat 15:00 radələrində evlərinin yaxınlığındakı zibilxanada salamat vəziyyətdə olan güzgünü görüb sonradan evinə aparması üçün zibillikdən təxminən 5 metr kənara aparıb qoymuşdu. 01 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində güzgünü evinə aparması üçün Şərifzadə küçəsi 44 ünvanında yerləşən «Araz» marketin yaxınlığında olan həmin yerə yaxınlaşdıqda Bəyalıyev İlkinin həmin güzgünü götürüb aparmaq istədiyini görmüşdü. O, İlkinə nəyə görə özünə aid olmayan güzgünü aparmaq istədiyini soruşduqda, İlkin ona kobud surət iə özünün güzgünü oraya qoyduğunu və ona görə də aparacağını bildirmişdi. Buna görə aralarinda münaqişə yarandıqda İlkin onu nalayiq küçə söyüşü ilə təhqir etmişdi. O, İlkinin sözlərini özünə qaytarıb çönüb oradan uzaqlaşmaq istədikdə İlkin arxadan üstünə hücum edib təpiyi ilə yanından zərbə vurmuşdu. Zərbənin təsirindən üzü üstə yerə yıxıldıqda orada yerə atılmış taxta parçalarının üzərində olan mismarlar alnına və təpə nahiyəsinə xəsarətlər yetirmişdir. Bundan sonra birbaşa 28-ci PŞ-nə gələrək İlkinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin münaqişənin təxminən 5 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini qeyd etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs İ.B.Bəyalıyev ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 12-14-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2025-ci il tarixli 443 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər, başın təpə nahiyəsinin yaraları, alın və sol bazu nahiyələrinin səthi yaraları iti uclu əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə təkanla yerə yıxılması zamanı mismarların qeyd olunan nahiyələrə batması zamanı əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materialının 15-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 16-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs İ.B.Bəyalıyev barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 48-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İ.B.Bəyalıyev əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs İ.B.Bəyalıyev ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, İ.B.Bəyalıyevin zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən İ.B.Bəyalıyevin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan İ.B.Bəyalıyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İ.B.Bəyalıyevin məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, İ.B.Bəyalıyevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-392/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-392/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver