Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-393/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkum olmayan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 329,772 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvana daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılmış, həmin gün saat 20:10-dan etibarən kirayədə yaşadığı X7 məxsus mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mənzilin yataq otağına girişdə sağ tərəfdə yerləşən dolabın üzərindən tərkiblərinə görə eyni olan bir ədəd sellofanda təmiz çəkisi 105,0 qram, bir ədəd polietilen torbada təmiz çəkisi 85,0 qram, 137 (yüz otuz yeddi) ədəd kiçik sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,258-0,287 qram olmaqla ümumi çəkisi 39,201 qram, 20 (iyirmi) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,117-5,139 qram olmaqla ümumi çəkisi 100,262 qram, bir ədəd papirosun içərisində təmiz çəkisi 0,309 qram olan ümumilikdə 329,772 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd üzərində narkotik vasitə marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə marixuannadan çəkmək yolu ilə istifadə edir. Həbs olunduğu vaxtdan təxminən 2-3 ay əvvəl pandemiya ilə əlaqədar olaraq iş tapa bilmədiyindən və maddi cəhətdən sıxıntıları olduğu üçün narkotik vasitələrin satışı ilə məşğul olmağı düşünmüş və bu məqsədlə o, Yasamal rayonunun ərazisində kirayə ev tutub orada yaşamağa başlamışdır. Bir müddət əvvəl “Telegram” sosial şəbəkəsində tanımadığı şəxslə danışıb ondan narkotik vasitə olan marixuana almaq qərarına gəlmişdir. Bundan sonra o həmin şəxsin göndərdiyi bank hesabına pul köçürüb və həmin şəxs tərəfindən ona göndərilən şəkildə göstərilən yerdən narkotik vasitə olan marixuananı götürüb yaşadığı evə gətirmiş, daha sonra isə həmin marxuananı bükümlərə bölüb bir bükümü 10 manata, biraz böyüklərini isə qramından asılı olaraq 20-30 manata satmışdır. Bundan əlavə o, internetdə psilosibin adlı psixotrop maddə barəsində oxuyub ondan “göbələk” adlandırılan maddənin hazırlanması qaydasını öyrənmişdir. Bu məqsədlə eyni qaydada bir dəfə psixotrop maddə psilosibin almış, bundan sonra isə şüşə qabların içində xüsusi torpaqda buğda əkib üzərinə psilosibin maddəsini tökmüş, sonra isə həmin qabı xüsusi temperatur və şəraitdə saxlayıb nəticədə göbələk adlandırdığı bitkini əldə etmişdir. Narkotik vasitə marixuananı və göbələyi elektron tərəzilərdə çəkib kiçik bükümlərə və bağlamalara yığmışdır. İlk dəfə 800 manat müqabilində təxminən 70-80 qram narkotik vasitə marixuana almış, həmin narkotik vasitəni satdıqdan sonra isə ümumilikdə 1600 manat pul əldə etmişdir. Narkotik vasitənin satışını “Telegram” və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həyata keçirmişdir. Ondan narkotik vasitə alan şəxslər pulu onun dediyi yerlərə qoymuş, o isə narkotik vasitəni müxtəlif yerlərə atıb, həmin yerin şəklini onlara göndərmiş, həmçinin bəzi şəxslərə nağd pul almaqla narkotik vasitə satmışdır. 23 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində mağazaya getmək məqsədi ilə yaşadığı evdən çıxıb həyətə düşən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyət məlumatları barədə məlumat almışlar . Bundan sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və o, həmin məlumatı təsdiqləmişdir. Daha sonra polis əməkdaşları ona yaşadığı evdə baxış keçirilməli olduğunu, lakin bunun üçün onun razılığının tələb olunduğunu bildirdikdə, o, ərizə yazıb könüllü olaraq polis əməkdaşlarını yaşadığı mənzilə dəvət etmişdir. Evdə olan zaman o, yataq otağında sağ tərəfdə yerləşən dolabın üzərində kiçik və böyük ölçülərdə olan sellofanları göstərib demişdir ki, onların içindəki maddələr narkotik vasitə olan marixuanadır. Yataq otağındakı dolabın üzərindəki içində narkotik vasitə marixuana olan büküm və bağlamalar sayılmaqla onların 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada və 01 ədəd siqaret kağızına bükülmüş halda olduğu müəyyən edilmiş, 24 ədəd sellofan bağlamaların ikisi göbələk olmuş, baxış zamanı dolabın üzərində 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin elektron tərəziləri narkotik vasitələri çəkib bükümlərə yığmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa baxış zamanı dolabın üzərində 01 ədəd sellofan bağlamada psilosibin adlı maddədən düzəldilmiş göbələk adlandırılan narkotik tərkibli maddələr olmuşdur. Bundan əlavə dolabın üzərində yaşıl rəngli dəri materiallı pul kisəsinə baxış zamanı içində 3600 manat pul və 03 ədəd plastik kart aşkar edilmişdir. Onun yaşadığı mənzildən aşkar edilmiş göbələkləri o, psilosibin adlı psixotrop maddə vasitəsi ilə yetişdirməyi öyrənmişdir. Onun yaşadığı mənzildən aşkar edilərək götürülmüş pul vəsaitinin 1000 manatını narkotik vasitələrin satışından əldə etmiş, digər 2600 manatı isə işlədiyi vaxtlarda toy xərclərini qarşılamaq məqsədilə yığıb saxlamış, plastik kartlar isə onun özünə məxsus olmaqla narkotik vasitəni alan şəxslər tərəfindən hesabına pul köçürülməsi üçün istifadə etmişdir. Bundan əlavə onun yaşadığı evdən “Samsung A10” və “Xiaomi” markalı mobil telefonlar aşkar edilmişdir. Onun yaşadığı evdən aşkar olunmuş 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada, 01 ədəd siqaret kağızına bükülmüş halda narkotik vasitə olan marixuana, 02 ədəd elektron tərəzi, həmçinin 01 ədəd sellofan bağlamada, 14 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq formada psilosibin tərkibli maddələr 01 ədəd kağız zərfdə və 02 ədəd şəffaf sellofan bağlama onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Baxış zamanı yaşadığı mənzildən aşkar edilmiş 02 ədəd mobil telefon, 3.600 manat pul və 03 ədəd plastik bank kartı götürülmüşdür. Son olaraq əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və ali təhsilli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təşkilati-analtik İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ondan baş əməliyyat müvəkkili Şahid2, Şahid3 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X5 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 iyun 2021-ci il tarixdə saat 20:00-da qrup üzvləri ilə birlikdə ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmişdir. Onlar tərəfindən verilmiş suallara cavab olaraq Ülvi yaşadığı ünvanda qanunsuz maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmaqlarına yazılı razılıq verdikdən sonra, ilk olaraq özü mənzilə daxil olub onları içəri dəvət etmişdir. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ünvanda tək kirayə yaşadığını, mənzilin 3 otaqlı olduğu və mənzildə onlardan başqa heç kimin olmadığı bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə mənzilə baxış keçirilməsinə başlanmış və Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı evdə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları mənzilin giriş qapısından qarşıda yerləşən yataq otağına dəvət etmiş və həmin otaqda sağ tərəfdə yerləşən güzgülü dolabın üzərində kiçik və böyük ölçülərdə olan sellofanları göstərib demişdir ki, onların içində olan maddələr narkotik vasitə olan marixuanadır. Bundan sonra kiçik və böyük ölçülü sellofan bükümlərə ayrı-ayrılıqda baxış keçirilmiş və içindəki maddələrin tünd yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edilmişdir. Baxış zamanı dolabın üzərində siqaret kağızına bükülmüş halda bir qədəri istifadə edilmiş içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin siqaret kağızındakı maddələrin narkotik vasitə olan marixuana olduğunu və bir hissəsini özü istifadə etdiyini bildirmişdir. Yataq otağındakı dolabın üzərindəki içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olan büküm və bağlamalar sayılmaqla onların 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada və 01 ədəd siqaret kağızına bükülmüş halda olduğu müəyyən edilmiş, daha sonra baxış zamanı dolabın üzərində 02 ədəd elektron tərəzi aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəzilərdən narkotik vasitələri çəkib bükümlərə yığmaq üçün istifadə etdiyini bildirmişdir. Elektron tərəzilərə baxış zamanı üzərində narkotik vasitə olan marixuanaya bənzər maddə qalıqlarının olduğu müəyyən edilmiş, bundan başqa baxış zamanı dolabın üzərində 01 ədəd sellofan bağlamada naməlum tərkibli ot kütləsi halında naməlum maddələrin olduğu məlum olmuşdur. Ülvi Məmmdovdan həmin maddələrin nə olduğu barədə soruşduqda, o, bildirmişdir ki, həmin maddələr psilosibin adlı maddədən düzəldilmiş “göbələk” adı ilə adlandırılan narkotik tərkibli maddələrdir. Həmin naməlum tərkibli maddələrə baxış keçirilmiş və bundan sonra dolabın üzərində Təqsirləndirilən şəxs aid olan şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan əlavə dolabın üzərində olan yaşıl rəngli dəri materiallı pul kisəsinə baxış zamanı içində 3600 manat pulun və 03 ədəd plastik kartın olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2-3 ay olar ki, “Telegram” sosial şəbəkəsində tanımadığı şəxslə danışıb ondan narkotik vasitə olan marixuana almış və onları bükümlərə bölüb satmaqla məşğul olmuşdur. Belə ki, o, hazırda təqdim etdiyi maddələri təxminən 10 gün əvvəl tanımadığı şəxsin ona sosial şəbəkədə göndərdiyi bank hesab nömrəsinə 1000 manatdan artıq pul köçürməklə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun parkında gizlədildiyi yerdən əldə etdiyini, həmin maddələrdən narkotik vasitə olan marixuananı özü evdə bükümlərə və bağlamalara ayırıb bükümün birini 10 manata, bağlamaları isə fərqli qiymətlərə satdığını bildirmiş, həmçinin qeyd etmişdir ki, internet saytlarından psilosibin adlı psixotrop maddə vasitəsi ilə “göbələk” kimi tanınan bitki formalı maddənin düzəldilməsini öyrənmiş və tanımadığı şəxsdən həmin maddəni almaqla yaşadığı ünvanda bitkini yetişdirməklə hazırlamağa başlamışdır. Həmçinin o, “göbələk" deyilən maddənin 1 qramını 20 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs pul vəsaiti və plastik kartlar barədə bildirmişdir ki, pul vəsaiti narkotik vasitələrin satışından əldə olunan vəsaitdir, kartlar isə onun özünə məxsus olmaqla narkotiki alan şəxslər tərəfindən onun hesabına pul köçürülməsi üçün istifadə edir. Daha sonra baxış keçirilməsi üçün mənzilin qonaq otağına daxil olmuş və orada girişdən sağ tərəfdə kiçik taxta mebelin üzərində 02 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq vəziyyətdə naməlum təkibli maddələr aşkar olunmuşdur. Həmin maddələr barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, şüşə qablarda olan maddələrin sadəcə torpaq, plastik qablarda və açıq vəziyyətdə olan maddələrin isə psilosibin maddəsi ilə buğdanın qarışığından ibarət olmaqla “göbələk” adlanan narkotikin hazırlanma mərhələsindədir. Baxış keçirilən otağın mərkəzində şüşə masanın üzərində iki ədəd mobil telefonun olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs telefonların özünə məxsus olmaqla “Samsung A10” və “Xiomi” markalı olduqlarını bildirmişdir. Baxış keçirilən otağa və evin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada, 01 ədəd siqaret kağızına bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər maddələr, 02 ədəd elektron tərəzi, həmçinin 01 ədəd sellofan bağlamada, 14 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq formada naməlum tərkibli bitki və maye halında maddələr 01 ədəd kağız zərfdə və 02 ədəd şəffaf sellofan bağlamalar özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 02 ədəd mobil telefon, 3.600 manat pul və 03 ədəd plastik bank kartı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüdür. Məhkəmə iclasında dindirilmiş Şahid3 da X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 138-142-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təşkilati-analtik İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. xx.xx.1996-cı ildə ünvan 4 ünvanında qeydyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 67 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq 23 iyun 2021-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X11 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ərazisinə getmiş və saat 20:00-da ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində deyil yaşadığı ünvanda qanunsuz maddələr olduğunu bildirməklə daxil olan məlumatı təsdiq etmiş, belə olan halda Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməli olduqlarını demiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmaqlarına razılıq verməklə bu barədə BMCMİ-nin rəhbərliyinin adına ərizə ilə müraciət edərək yaşadığı ünvanda baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq mənzildə olan dövriyyəsi qadağan olan maddələri bizə təqdim edə biləcəyini bildirməklə onları mənzilə dəvət etmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısının çölündən baxış keçirilməsinə başlanması üçün əlverişli şərait olmadığına görə saxlanılan şəxs qapını üzərindəki açarla açaraq ilk olaraq özü mənzilə daxil olub onları içəri dəvət etmiş, mənzilə daxil olmaq üçün icazə istənilimiş və razılıq verildikdən sonra qapıdan içəri daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ünvanda tək kirayə yaşadığını bildirməklə mənzilin üçotaqlı olduğu və içəridə onlardan başqa heç kimin olmadığı müəyyən edilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş və o, etiraz etmədikdən sonra mənzilin giriş qapısından içəri hissədə videoçəkilişlə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı evdə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməyərək iştirakçıları mənzilin giriş qapısından qarşıda yerləşən yataq otağına dəvət etmiş və həmin otaqda sağ tərəfdə yerləşən güzgülü dolabın üzərində kiçik və böyük ölçülərdə olan sellofanları göstərib demişdir ki, onların içindəki maddələr narkotik vasitə olan marixuanadır. Baxış keçirilməsinə və sayılmasına əlverişli olması üçün kiçik ölçülü sellofan bükümlərə və böyük ölçülü sellofan bükümlərə ayrıayrılıqda baxış keçirilmiş və içindəki maddələrin tünd yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edilmiş, baxış zamanı dolabın üzərində siqaret kağızına bükülmüş halda bir qədəri istifadə edilmiş olmaqla içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin siqaret kağızındakı maddələrin narkotik vasitə olan marixuana olduğunu və bir hissəsini özü istifadə etdiyini bildirmişdir. Yataq otağındakı dolabın üzərindəki içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olan büküm və bağlamalar sayılmaqla onların 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada və 01 ədəd siqaret kağızına bükülmüş halda olduğu müəyyən edilmiş, daha sonra baxış zamanı dolabın üzərində 02 ədəd elektron tərəzi aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəzilərdən narkotik vasitələri çəkib bükümlərə yığmaq üçün istifadə etdiyini bildirmişdir. Elektron tərəzilərə baxış zamanı üzərində narkotik vasitə olan marixuanaya bənzər maddə qalıqlarının olduğu müəyyən edilmiş, bundan başqa baxış zamanı dolabın üzərində 01 ədəd sellofan bağlamada naməlum tərkibli ot kütləsi halında naməlum maddələrin olduğu məlum olmuş, Ülvi Məmmdovdan həmin maddələrin nə olduğu barədə sual olunduqda o, bildirmişdir ki, həmin maddələr psilosibin adlı maddədən düzəldilmiş “göbələk” adı ilə adlandırılan narkotik tərkibli maddələrdir. Tərəflərindən bağlamda olan naməlum tərkibli maddələrə baxış keçirilmiş, bundan sonra dolabın üzərində Təqsirləndirilən şəxs aid olan şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, həmçinin dolabın üzərində yaşıl rəngli dəri materiallı pul kisəsinə baxış zamanı içində 3600 manat pulun və 03 ədəd plastik kartın olduğu məlum olmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2-3 ay olar ki, “Telegram” sosial şəbəkəsində tanımadığı şəxslə danışıb ondan narkotik vasitə olan marixuana almış və onları bükümlərə bölüb satmaqla məşğul olmuşdur. Belə ki, o, hazırda təqdim etdiyi maddələri təxminən 10 gün əvvəl tanımadığı şəxsin ona sosial şəbəkədə göndərdiyi bank hesab nömrəsinə 1000 manatdan artıq pul köçürməklə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun parkında gizlədildiyi yerdən əldə etdiyini, həmin maddələrdən narkotik vasitə olan marixuananı özü evdə bükümlərə və bağlamalara ayırıb bükümün birini 10 manata, bağlamaları isə fərqli qiymətlərə satdığını bildirmiş, həmçinin qeyd etmişdir ki, internet saytlarından psilosibin adlı psixotrop maddə vasitəsi ilə “göbələk” kimi tanınan bitki formalı maddənin düzəldilməsini öyrənmiş və tanımadığı şəxsdən həmin maddəni almaqla yaşadığı ünvanda bitkini yetişdirməklə hazırlamağa başlamışdır. Həmçinin o, göbələk deyilən maddənin 1 qramını 20 manata satdığını bildirmiş, baxış keçirilən otaqda olan paltar dolabına baxış zamanı yuxarı tərəfində 12 ədəd şüşə qabda aşağı tərəfi qara üzəri ağ rəngli olan naməlum təkibli maddələr aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bunları özü hazırladığını, şüşə qabın aşağı tərəfində olan maddələrin buğda, onun üzərində olan maddələrin isə psilosibin adlı maddə olduğunu, həmin maddə buğda ilə təxminən 4-6 ay müddətində qaranlıq şəraitdə saxlandıqda kimyəvi əlaqə nəticəsində göbələk adlanan narkotik tərkibli maddənin yarandığını bildirmiş, şüşə qablardakı maddələrə baxış zamanı onlardan 10 ədədinin bərk maddələrdən 02 ədəd qabın içindəki maddələrin isə maye halında olan maddələrin ibarət olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs maye halında olan maddələrin psilosibin maddəsinin özü olduğunu demiş, pul vəsaiti və plastik kartlar barədə bildirmişdir ki, pul vəsaiti narkotik vasitələrin satışından əldə olunan vəsaitdir ki, kartlar isə onun özünə məxsus olmaqla narkotiki alan şəxslər tərəfindən onun hesabına pul köçürülməsi üçün istifadə edir. Daha sonra baxış keçirilməsi üçün mənzilin zal otağına daxil olmuş və orada girişdən sağ tərəfdə kiçik taxta mebilin üzərində 02 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq vəziyyətdə naməlum təkibli maddələr aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs şüşə qablarda olan maddələrin sadəcə torpaq, plastik qablarda və açıq vəziyyətdə olan maddələrin isə psilosibin maddəsi ilə buğdanın qarışığından ibarət olmaqla “göbələk” adlanan narkotikin hazırlanma mərhələsində olduğunu bildirmiş, həmin qablardakı maddələrə baxış keçirilməklə götürülmüş, baxış keçirilən otağın mərkəzində şüşə masanın üzərində iki ədəd mobil telefonun olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs telefonların özünə məxsus olmaqla “Samsung A10” və “Xiomi” markalı olduqlarını bildirmiş, baxış keçirilən otağa və evin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada, 01 ədəd siqaret kağızına bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər maddələr, 02 ədəd elektron tərəzi, həmçinin 01 ədəd sellofan bağlamada, 14 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq formada naməlum tərkibli bitki və maye halında maddələr 01 ədəd kağız zərfdə və 02 ədəd şəffaf sellofan bağlamada özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 02 ədəd mobil telefon, 3.600 manat pul və 03 ədəd plastik bank kartı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüdür. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-nə aparılmaqla onun hüquqlarının müdafiəsi məqsədi ilə 20 saylı vəkil bürosunun vəkili X8 dəvət olunaraq saxlanılan şəxsə təqdim olunmuş, Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmiş, yaşadığı ünvana keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçi də iştirak etmiş, daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Mənzilə baxış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının ona tam olaraq aydın olduğunu bildirdikdən sonra keçirilən əməliyyat tədbirləri barədə məlumat verildi. Ardınca Təqsirləndirilən şəxs təklif edildi ki, yaşadığı evdə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməyərək iştirakçıları mənzilin giriş qapısından qarşıda yerləşən yataq otağına dəvət etdi və həmin otaqda sağ tərəfdə yerləşən güzgülü dolabın (kamot) üzərində kiçik və böyük ölçülərdə olan sellofanları göstərib dedi ki, onların içindəki maddələr narkotik vasitə olan marixuanadır. Tərəfimizdən baxış keçirilməsinə və sayılmasına əlverişli olması üçün kiçik ölçülü sellofan bükümlərə və böyük ölçülü sellofan bükümlərə ayrı-ayrılıqda baxış keçirildi və içindəki maddələrin tünd yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edildi. Baxış zamanı dolabın üzərində siqaret kağızına bükülmüş halda bir qədəri istifadə edilmiş olmaqla içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin siqaret kağızındakı maddələrin narkotik vasitə olan marixuana olduğunu və bir hissəsini özü istifadə etdiyini bildirdi. Yataq otağındakı dolabın üzərindəki içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olan büküm və bağlamalar sayılmaqla onların 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada və 01 ədəd siqaret kağızına bükülmüş halda olduğu müəyyən edildi. Ardınca baxış zamanı dolabın üzərində 02 ədəd elektron tərəzi aşkar olundu ki, Təqsirləndirilən şəxs tərəzilərdən -narkotik vasitələri çəkib bükümlərə yığmaq üçün istifadə etdiyini bildirdi. Elektron tərəzilərə baxış zamanı üzərində narkotik vasitə olan marixuanaya bənzər maddə qalıqlarının olduğu müəyyən edildi. Bundan başqa baxış zamanı dolabın üzərində 01 ədəd sellofan bağlamada naməlum tərkibli ot kütləsi halında naməlum maddələrin olduğu məlum oldu. Ülvi Məmmdovdan həmin maddələrin nə olduğu barədə sual olunduqda o, bildirdi ki, həmin maddələr psilosibin adlı maddədən düzəldilmiş “göbələk” adı ilə adlandırılan narkotik tərkibli maddələrdir. Tərəfimizdən bağlamda olan naməlum tərkibli maddələrə baxış keçirildi. Ardınca colabın üzərində Təqsirləndirilən şəxs aid olan şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Həmçinin dolabın üzərində yaşıl rəngli dəri materiallı pul kisəsinə caxış zamanı içində 3.600 manat pulun və 03 ədəd plastik kartın olduğu məlum oldu. Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 2-3 ay olar ki, “Telegram" sosial şəbəkəsində tanımadığı şəxslə danışıb ondan narkotik vasitə olan marixuana almış və onları bükümlərə bölüb satmaqla məşğul olmuşdur. Belə ki, o, hazırda təqdim etdiyi maddələri təxminən 10 gün əvvəl tanımadığı şəxsin ona sosial şəbəkədə göndərdiyi bank hesab nömrəsinə 1.000 manatdan artıq pul köçürməklə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun parkında gizlədildiyi yerdən əldə etdiyini, həmin maddələrdən narkotik vasitə olan marixuananı özü evdə bükümlərə və bağlamalara ayırıb bükümün birini 10 manata, bağlamaları isə fərqli qiymətlərə satdığını bildirdi. Təqsirləndirilən şəxs həmçinin qeyd etdi ki, internet saytlarından psilosibin adlı psixotrop maddə vasitəsi ilə “göbələk” kimi tanınan bitki formalı maddənin düzəldilməsini öyrənmiş və tanımadığı şəxsdən həmin maddəni almaqla yaşadığı ünvanda bitkini yetişdirməklə hazırlamağa başlamışdır. O, göbələk deyilən maddənin 1 qramını 20 manata satdığını bildirdi. Baxış keçirilən otaqda olan paltar dolabına baxış zamanı yuxarı tərəfində 12 ədəd şüşə qabda (bankada) aşağı tərəfi qara üzəri ağ rəngli olan naməlum təkibli maddələr aşkar olundu ki, Təqsirləndirilən şəxs bunları özü hazırladığını, şüşə qabın aşağı tərəfində olan maddələrin buğda, onun üzərində olan maddələrin isə psilosibin adlı maddə olduğunu, həmin maddə buğda ilə təxminən 4-6 ay müddətində qaranlıq şəraitdə saxlandıqda kimyəvi əlaqə nəticəsində göbələk adlanan narkotik tərkibli maddənin yarandığını bildirdi. Həmçinin şüşə qablardakı maddələrə baxış zamanı onlardan 10 ədədinin bərk maddələrdən 02 ədəd qabın içindəki maddələrin isə maye halında olan maddələrin ibarət olduğu məlum oldu. Təqsirləndirilən şəxs maye halında olan maddələrin psilosibin maddəsinin özü olduğunu dedi. Təqsirləndirilən şəxs pul vəsaiti və plastik kartlar barədə bildirdi ki, pul vəsaiti narkotik vasitələrin satışından əldə olunan vəsaitdir ki, kartlar isə onun özünə məxsus olmaqla narkotiki alan şəxslər tərəfindən onun hesabına pul köçürülməsi üçün istifadə edir. Daha sonra baxış keçirilməsi üçün mənzilin zal otağına daxil olduq və orada girişdən sağ tərəfdə kiçik taxta mebilin üzərində 02 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq vəziyyətdə naməlum təkibli maddələr aşkar olundu ki, Təqsirləndirilən şəxs şüşə qablarda olan maddələrin sadəcə torpaq, plastik qablarda və açıq vəziyyətdə olan maddələrin isə psilosibin maddəsi ilə buğdanın qarışığından ibarət olmaqla “göbələk” adlanan narkotikin hazırlanma mərhələsində olduğunu bildirdi. Həmin qablardakı maddələrə baxış keçirilməklə götürüldü. Baxış keçirilən zal otağın mərkəzində şüşə masanın üzərində iki ədəd mobil telefonun olduğu müəyyən edildi və Təqsirləndirilən şəxs telefonların özünə məxsus olmaqla “Samsung A10” və “Xiomi” markalı olduqlarını bildirdi. Bundan sonra baxış keçirilən otağa və evin digər otaqlarına baxış keçirildi, kənar əşya və maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 137 ədəd sellofan bükümdə, 24 ədəd sellofan bağlamada, 01 ədəd siqaret kağızına bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər maddələr, 02 ədəd elektron tərəzi, həmçinin 01 ədəd sellofan bağlamada, 14 ədəd şüşə qabda, 03 ədəd plastik qabda və 01 ədəd açıq formada naməlum tərkibli bitki və maye halında maddələr (psilosibin adlı psixotrop maddəyə bənzər) 01 ədəd kağız zərfdə və 02 ədəd şəffaf sellofan bağlamada özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etdilər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 02 ədəd mobil telefon, 3.600 manat pul və 03 ədəd plastik bank kartı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v. 32-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji eskpertizasının 24 iyun 2021-ci il tarixli 7/594 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar plunan maddələr...” sözləri yazılmış polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 105,0 qram, bir ədəd polietilen torbada təmiz çəkisi 85,0 qram, 137 (yüz otuz yeddi) ədəd kiçik sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,258-0,287qram, ümumi çəkisi 39,201 qram, 20 (iyirmi) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,117- 5,139qram, ümumi çəkisi 100,262 qram, bir ədəd papirosun içərisində təmiz çəkisi 0,309 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 329,772 qramdır. Tədqiqata təqdim olunmuş polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd sellofan paketdə ayrıayrılıqda təmiz çəkiləri: 5.655 qram və 3.612 qram olan quru vəziyyətdə göbələklər və onun hissələri Psilosibin göbələklərə aiddirlər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün təqdim olunmuş marixuanalar ilə miüqayisəli tədqiqat aparılmamışdır. (i.v. 44-48) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji eskpertizasının 25 iyun 2021-ci il tarixli 7/596 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan maddələr...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan paketdə ümumi çəkisi 0.549 qram olan göbələklər və onun hissələri Psilosibin göbələklərə aiddilər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində göbələklərə məxsus hissəciklər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış qara rəngli polietilen torbada iki ədəd şüşə bankada və bir ədəd açıq vəziyyətdə olan qarışıq torpaq nümunələri göbələklərin qida mühiti və inkişafı üçün nəzərdə tutulmuş torpağın mineral substratıdır. Həmin qara rəngli torbada 09 (doqquz) ədəd şüşə bankada və 03 (üç) ədəd plastmas qabda olan substratın üzərindəki ağ rəngli tellər göbələklərin bədəni üçün xarakterik olan mitseliy telləridir. (i.v. 95-98) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə eskpertizasının 25 iyun 2021-ci il tarixli 6/2566 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş... ...” yazısı olan bağlamadakı 3 (üç) ədəd şüşə qablarda, ayrı-ayrılıqda həcmləri 415 ml, 150 ml və 210 ml olan sarımtıl rəngli bulanıq, spesifik iyli mayelərin tərkibi eyni olub, hidroksimetilfurfuaral və dioktilftalat adlı maddələr təşkil edirlər. Hidroksimetilfurfuaral və dioktilftalat adlı maddələr 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na, eləcədə “Zəhərli maddələrin siyahısı”na daxil deyildirlər. (i.v. 99-105) “Maddi sübut hesab etmə haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 329,772 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalığı – 326,572 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi, 9,067 qram göbələk, iki ədəd şüşə bankada və bir ədəd açıq vəziyyətdə olan qarışıq torpaq nümunələri, 09 (doqquz) ədəd şüşə bankada və 03 (üç) ədəd plastmas qabda olan substrat, 3(üç) ədəd şüşə qablarda hidroksimetilfurfural və dioktilftalat maddələri saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 119-120) “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 3600 manat məbləğində pul vəsaitləri madi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Maddi sübut kimi tanınmış 3600 manat məbləğində pul vəsaitləri saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir. (i.v. 156-157) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji eskpertizasının 23 iyul 2021-ci il tarixli 7/695 saylı rəyindən görünür ki, Psilosibin göbələkləri hal-hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na daxil deyildirlər. (i.v. 95-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair 30 avqust 2021-ci il tarixli 3151 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrə qarşı patoloji meyl formalaşıb. Hal-hazırda narkotik vasitələrin qəbulundan fiziki asılılıq yoxdur. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsindəyaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksiksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 177-178) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 20 sentyabr 2021ci il tarixli qərardan görünür ki, “mənzilə baxış və götürmə aparılması” haqqında 02 mart 2021-ci il tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Mənzilə baxış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət ətqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin izahatı və ifadələri, şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının 24.06.2021-ci il tarixli 7/594 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 30.08.2021-ci il tarixli 3151 nömrəli rəyi, 23.06.2021-ci il tarixli mənzilə baxış və götürmə protokolu iş üzrə sübut növü hesab edilmişdir. (i.v. 179-192) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 26) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 4(005)-638/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 88-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 18.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmiş şəxsdir.(i.v. 172-173) Bakı İstintaq Təcridxanasının 17.08.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayətedərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. "xxxx" MMC-nin idarə heyəti sədri Sabir Hüseynov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 20.02.2021-ci il tarixdən 23.06.2021-ci il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 67 ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində onunla qonşular arasında heç bir problem yaşanmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək törətdiyi əməldən peşman olmasını, təcridxana rəhbərliyi və yaşayış yeri üzrə müsbət qiymətləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 329,772 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalığı – 326,572 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi, 9,067 qram göbələk, iki ədəd şüşə bankada və bir ədəd açıq vəziyyətdə olan qarışıq torpaq nümunələri, 09 (doqquz) ədəd şüşə bankada və 03 (üç) ədəd plastmas qabda olan substrat, 3(üç) ədəd şüşə qablarda hidroksimetilfurfural və dioktilftalat maddələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 381.00 (üç yüz səksən bir) manat pul vəsaiti X6 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1.2-ci Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Təqsirləndirilən şəxs, mənzilindən aşkar edilmiş 3600 (üç min altı yüz) manat məbləğində vəsaitinin yalnız bir hissəsinin yəni, 1000 (bir min) manat məbləğində pul vəsaitinin narkotik vasitələrin satışından əldə etdiyini qalan hissəsinin isə öncədən gələcək toy mərasimi üçün yığdığını bildirsədə, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və həmin pul vəsaitinin tam şəkildə narkotik vasitələrin satışından əldə edilməsi qənaətinə gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1.2-ci maddəsində sadalanmış əmlakların müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 3600 (üç min altı yüz) manat məbləğində vəsait xüsusi müsadirə tətbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 23 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 326,572 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi, 9,067 qram göbələk, iki ədəd şüşə bankada və bir ədəd açıq vəziyyətdə olan qarışıq torpaq nümunələri, 09 (doqquz) ədəd şüşə bankada və 03 (üç) ədəd plastmas qabda olan substrat, 3(üç) ədəd şüşə qablarda hidroksimetilfurfural və dioktilftalat maddələri məhv edilsin. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 3600 (üç min altı yüz) manat məbləğində vəsait xüsusi müsadirə tətbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınsın. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 381.00 (üç yüz səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-393/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-393/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver