Məhkəmə qərarları › İş №1(004)-393/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-393/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-393/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər: X5, X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X7 (şikayətdə həmin şəxs X1 göstərilmişdir) X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 (xx.xx.1972-ci il təvəllüdlü) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdirlər. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, bəzi özünü mətbuat işçisi, jurnalist kimi cəmiyyətə təqdim edən www.deryaz.az və www.bizimxeber.tv saytları "MƏDƏT ZEYNALOVUN HƏDİYYƏ ETDİYİ FƏXRİ AD NİYƏ ARVADİNİ QANE ETMƏYİB", “ Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı" adlı xx.xx.2023-cü il tarixli yayımlanmış məqalədə, youtube və tiktok sosial şəbəkəsində, internet informasiya ehtiyatlarında o, Bayram Bayramovu və Afaq Mustafayevanı 8.000 (səkkiz min) manat məbləğində rüşvəti Mədət Zeynalova verməkdə - işə qəbul üçün 8.000 manat rüşvət verməklə, ağır cinayətdə, o, Afaq Mustafayevanı həm də dövlət qulluqçusu və operator vəzifəsində çalışdığı halda "katibə kimi işlədiyini və Ağstafa rayon Təhsil Sektorunun müdiri Mədət Zeynalovun yoldaşı Təhminə xanımla qısqanclıq zəmnində dava etdiklərini və Mədət Zeynalovun ona diqqət və qayğı göstərməsi və onun bütün maxinasiyalardan, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərdən xəbərdar olduğunu və valideynlərdən təmənna ummağına göz yumulduğunu, onu təkrar cinayət etməkdə və s-də ittiham edirlər. Məlumatı yayan baş direktor Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olan X8 Dəryaz Oraqov təxəllüsü ilə məqaləni saytda dərc etmiş, saytın tiktok sosial şəbəkəsində də yaymışdır. Habil Tağıyev tərəfindən saytda mətbu orqanın yerləşdiyi ünvandan (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbə) yayılmış məqalənin linki belədir: https://deryaz.az/2p-10351 Habil Tağıyev qeyd etdikləri cinayət hadisəsini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbədə etmişdir. Həmin məlumatları yayarkən hansı araşdırmaya, hansı mənbəyə əsaslandığını qeyd etməmişlər və faktları təsdiq edən sübutları dərc etməmişlər. Həmin kütləvi informasiya vasitələrində yayılmış məlumatlar tamamilə əsassızdır, yalandır, qərəzlidir, şər-böhtandır. Onların yaydığı qərəzli, əsassız, qanunsuz şər-böhtan xarakterli məlumatlara görə onlar həm iş yerlərində, həm cəmiyyətdə, gündəlik həyatlarında, qohumdost və qonşular arasında rüsvay olmuşlar və mənəvi iztirab və mərhumiyyətlər yaşayırlar. Onların bu hüquqazidd hərəkətlər KİV haqqında Qanunun tələblərinə jurnalistikanın qaydalarına da ziddir. Bu rüsvayedici, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqdan sonra sağlamlıqlarında, əsəb-psixoloji vəziyyətlərində də pozulma halları baş vermiş və sağlamlıqlarının pozulma, pisləşmə halları davam etməkdədir. Onlarla bərabər övladları Toğrul və Türqay da öz cəmiyyətləri arasında rüsvay olmuş və onların da sağlamlığı, səhhəti, və psixologiyaları pozulmaqdadır. Şikayətlərinin digər hüquqi əsasları isə onlardan ibarətdir ki, X8 onların barəsində kütləvi-informasiya vasitələrində, internet informasiya ehtiyatlarında “şər-böhtan xarakterli, yəni qəsdən nəlayiq formada, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan, onları ağır cinayət etməkdən ittihamedici məlumatları yaymış və şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmışdır. Baş redaktor Habil Tağıyev həmin qərəzli, böhtan xarakterli məlumatları yaymaqla və onları ağır cinayət etməkdə ittiham etməklə ifadə olunan hərəkətləri edərkən əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş olmuşdur. Bundan başqa, H.Tağıyev həmin məlumatları yayarkən o, operator vəzifəsində və dövlət qulluğunda çalışdığı halda, onu “katibə” kimi qələmə verməklə və ona Mədət Zeynalovun dərin diqqət və qayğı göstərməsini qeyd etməsi və M.Zeynalovun həyat yoldaşının onunla qısqanclıq zəmnində dava etməsini yazması onu təhqir etməkdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-37/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “Məhkəmə qeyd edir ki, barəsində şikayət verilmiş şəxs “Deryaz.az” saytının baş redaktorudur və “Deryaz.az” saytı Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan nəşriyyatı” 2-ci mərtəbə ünvanında yerləşir. Məhkəmənin qərarı ilə “Deryaz.az” saytının hüquqi ünvanı və cinayətin baş verdiyi yer müəyyən edilmişdir. Bundan başqa, qeyd edir ki, onlar “deryaz.az” saytının qeydiyyat məlumatları ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə rəsmi müraciət də etmişdir. Göstərilənlərə əsasən xx.xx.1972-ci il təvəllüdlü, Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş və qeydiyyatda olan X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə , eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq, 3 (üç ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxslər X5 və X2 şikayətin icraata qəbul edilməsini və məhkəmə iclasında iştirak edən X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X7 bildirdi ki, şikayət düzgün yazılmayıb. Belə ki, şikayət xx.xx.1972-ci il təvəllüdlü, Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş və qeydiyyatda olan X6 barəsində verilib, lakin həmin şəxs “Deryaz.az” saytının redaktoru deyildir. O özü “Deryaz.az” saytının redaktorudur, ona görə də onun ata adı şikayətdə səhvən Cahan kimi yazılıb, hətta təvəllüdü də səhv yazılıb. Onun təvəllüdü xx.xx.1972-ci ildir, şikayətdə götsriəln şəxsiyyət vəsiqəsi məlumatları və FİN məlumatları ona aid deyildir, tamma başqa adama aiddir. Göstərilənlərə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Yəni şikayətdə barəsində şikayət verilmiş şəxsin məlumatları səhv göstərilib. Şikayətçi əslində X7 (təvəllüd xx.xx.1972-ci il) barəsində şikayət etmək istəsə də, şikayətdi həmin şəxsi xx.xx.1972-ci il təvəllüdlü, Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş və qeydiyyatda olan X1 göstərmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə şikayətdə göstərilib ki, məlumatlar “Youtube” və “Tiktok” sosial şəəbəsində yayılıb və “deryaz.az” saytında yayılıb. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ümumiyyətlə əməlin, hadisənin harada görədilməsi dəqiq müəyyən edilməmişdir, yəni işin ərazi aidiyyəti də düzgün müəyyən edilməmişdir. Bu məsələ aşağıdakılarla diqqətə çatdırılır. 1) Şikayətin mətnində göstərildiyi kimi məlumatların “Youtube” və “Tiktok” sosial şəbəkəsində də yayımlanması qeyd edilmişdir. Həmin sosial şəbəkələrdə yayımlanmış məlumatlarla bağlı şikayət verilmişdirsə, buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkənin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin qeydiyyat üzrə yaşayış ünvanıdır. Sosial şəbəkənin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə “Youtube” və “Tiktok” sosial şəbəkələrinin hüquqi ünvanı xaricdə yerləşir, Azərbaycan Respublikası ərazisində yerləşmir. Ona görə də hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarına əsasən X4 yaşayış və qeydiyyat ünvanı ünvan 3ibət üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. 2) Şikayətdən görünür ki, məlumatların həm də “deryaz.az” saytında yayıldığı qeyd edilib. Və şikayətçi hesab edir ki, “deryaz.az” saytının redaksiyası Yasamal rayonu Mətbuat pr 529-cu məhəllədə “Azərbaycan nəşriyyatı” binasının 2-ci mərtəbəsində yerləşdiyini və bununla da məlumatın həmin redaksiyasında hazırlanması əsas gətirilərək və həmin saytın faktiki yerləşdiyi ünvan Yasamal Rayonu ərazisi hesab edilərək, iş aidiyyəti üzrə göndərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, aidiyyət müəyyən edilərkən, məlumatın harada hazırlanması yox, harada yayılması əhəmiyyət kəsb edir. Şəxs məlumatı evində də, ofisində də, parkda istirahət edə edə də, ümumi nəqliyyat vasitələrində yol gedərək də və ya digər formada da hazırlaya bilər. Aidiyyəti müəyyən edilməsində həmin məlumatın harada hazırlanması yox, həmin məlumatın harada yayımlanması əhəmiyyət kəsb edir. Belə olduğu təqdirdə məhkəmə yenə də qeyd edir ki, fatkiti ünvan yox, hüquqi ünvan hazırkı işin ərazi aidiyyətini müəyyən etməkdə əhəmiyyət kəsb edir. Bununla belə hər bir halda qeyd edilməlidir ki, əgər məlumatın internet saytında yayımlanması halında, ərazi aidiyyəti müəyyən edilərsə, bu zaman internet saytının faktiki yerləşdiyi ofis, bina deyil, həmin internet saytının qeydiyyatdan keçərkən göstərdiyi hüquqi ünvan əhəmiyyət kəsb edir. Ümumiyyətlə “deryaz.az” adlı internet saytının hüquqi ünvanının Yasamal rayonu ərazisində olmasına dair iş materiallarında heç bir mötəbər sənəd mövcud deyildir, ümumiyyətlə həmin internet saytının ünvanı müəyyən edilməmişdir, ünvanının müəyyən edilməsinə dair digər hər hansı bir tədbir görülməmişdir. İş materiallarında olan “deryaz.az” internet saytından verilmiş arayışda onun ünvanının Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 2-ci mərtəbə olması göstərilməsi əsası ilə hesab edilmişdir ki, işin ərazi aidiyyəti Yasamal Rayon Məhkəməsidir. Bununla bağlı qeyd edilməlidir ki, internet saytından çıxarılmış çıxarışda ünvan kimi göstərilən Bakı şəhəri Mətbuat prospekti, 529-cu məhəllə, 2-ci mərtəbə, həmin “deryaz.az”ın hüquqi ünvanı kimi deyil, əlaqə ünvanı, saytın yerləşdiyi ünvan kimi göstərilib. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Qərardan belə məlum olur ki, həmin “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” kimi göstərilmiş ünvan “deryaz.az” internet saytının “hüquqi ünvan”ı kimi qəbul edilərək, iş ərazi aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir. Lakin həmin əsaslandırmaya Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarındakı “hüquqi ünvan” anlayışı baxımından razılaşıla bilinməz. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə Yasamal Rayon Məhkəməsi tərəfindən “deryaz.az” internet saytının hüquqi ünvanını müəyyən etmək üçün internetdə bunun üçün müəyyən edilmiş imkanlardan istifadə edərək müəyyən edildi ki, Azərbaycan ərazisində internet saytlarının qeydiyyatı barədə məlumatları “whois.az” saytından əldə etmək olar. Lakin həmin saytda “deryaz.az” saytının hüquqi ünvanı qeyd edilməmişdir, həmin məlumat qrafaları doldurulmamışdır, boş qalmışdır. Bununla da həmin internet saytının hüquqi ünvanı müəyyən deyildir. Hazırkı şikayətdən görünür ki, şikayətçi məlumatların X7 tərəfindən yayıldığını və əməlin onun tərəfindən törədildiyini şikayətində qeyd etmişdir. Belə olduğu təqdirdə iş materiallarına əsasən həmin şəxsin qeydiyyatı və yaşayış ünvanı, ünvan 10u təqdirdə də yenə də Ali Məhkəmə Plenumunun qərarında qeyd edildiyi kimi - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Təkrarən qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Buna görə də hadisənin, əməlin harada törədilməsi barədə və iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi barədə şikayətdə göstərilənlər əsassızdır. Qeyd edilənlərə əsasən şikayət həm də əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə bütün yuxarıda göstərilənləri nəzərə alaraq, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 (şikayətdə X1 göstərilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar