Məhkəmə qərarları › İş №1(004)-393/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-393/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-393/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X15 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 nümayəndə və vəkili - “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 müdafiəçiləri – “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X17 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasda və ya ona bərabər tutulan tədbirdə təqzib verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə X7 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında - “Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquqmühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz” həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirmişdir. Bildirmək istəyir ki, X10 “X34” MMC-nin direktoru kimi qızı X11 Yasamal rayonunda fəaliyyət göstərən “X34”də bədənindən artıq piy təbəqəsinin götürülməsi və digər estetik cərrahi əməliyyatlar icra etmiş, lakin işə səhlənkar yanaşaraq və qızını köməksiz vəziyyətdə qoyaraq vəfat etməsinə səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-95/2025 saylı iş üzrə 26 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təyin edilmiş qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə az ciddi cəza daha ciddi cəza ilə əhatə etmək yolu ilə X6 qəti olaraq 03 (üç) il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Qızının ölümü ilə bağlı ibtidadı istintaq və məhkəmə istintaqı aparılarkən dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edib nazir hazırda xüsusi ittiham qaydasında şikayət olunan şəxs Teymur Musayevin qəbulunda olmuşdur. Ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” X33 tərəfindən verilmiş rəy, ittiham aktı və digər sənədlər barədə məlumat vermişdir. X12 ölümü ilə bağlı kifayət qədər məlumatı olmuşdur. Xüsusi ittiham qaydasında şikayət olunan şəxs Teymur Musayev 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında yalan olduğunu bilə-bilə guya onun mərhum qızının mətbəxdə əməliyyat olmasını deməsi ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olmuşdur. Teymur Musayevin çıxışından sonra “qafqazinfo.az”, “modern.az” və digər saytlar və sosial şəbəkə istifadəçiləri nazirin dediklərini tirajlamışlar. Ülviyyə İlyasovanın barəsində hökm çıxarıldıqdan sonra da, saytlar xəbəri tirajlayaraq “eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə hökm oxundu” və s. başlıqda xəbərlər paylaşıblar. Belə ki, Teymur Musayev yalan olduğunu biləbilə mərhum qızı barəsində dedikləri qızının ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə demiş, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltmış və qəsdən böhtan atmışdır. Halbuki 1948-ci il Ümumdünya insan Hüquqlar Bəyannaməsində, 1966-cı il “Mülki va siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamllığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlğına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olubolmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz va Ruar Fransaya qarşı (BP) 45). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib hissələri: Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı səxsin şərəf ya ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma: Diqqətə çatdırmaq istəyir ki, Teymur Musayev tərəfindən yayılmış məlumatlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündə yalan olduğu təsdiqini tapır, həqiqəti əks etdirmir və mərhum qızının timsalında onun şəxsiyyətinə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuna ləkə gətirir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür məlumatlar yayaraq insanlarda, cəmiyyətdə ailəsinə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla ona həm maddi, həm mənəvi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrinin tərkib hissələri: Təhqir yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilə əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin sərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma: Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübut edilməyən bu ifadələr tamamilə yalandır va böhtan xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli Plenum qərarına əsasən, Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və layaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən az iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə haşa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Böhtan yə təhqir xarakterli məlumatların müxtəlif orqan yə təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan Şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmanı ehtiva edir. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Heç kəs internet informasiya ehtiyatında başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Göründüyü kimi, Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. İnsan Hüquqlarının və X14 X8 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burda təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onlan Konvensiyda nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüququndan sui-istifadəsinin qadağan olunması kimi qiymətləndirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına müdaxilə olubolmamasına diqqət yetirsinlər”. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində öz əksini tapmış cinayətin bilavasitə obyekti başqa şəxsin şərəf, ləyaqəti və ya nufuzu təşkil edir. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görünüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətə, kollektivə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Yuxanda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin, CPM-nin və MM-nin müddəalarını rəhbər tutaraq, 16 sentyabr 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Səhiyyə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasda və ya ona bərabər tutulan tədbirdə təqzib verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 nümayəndə və vəkili “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi3 bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin xüsusi ittiham qaydasında şikayət hazırlanarkən Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulmayıb. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 müdafiəçisi “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət edən şəxs X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir: Azərbaycan Respublikasının səhiyyə X7 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında “Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənimdə qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bildirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz” həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirmişdir. İlk öncə qeyd etmək istəyir ki, xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin heç bir əsası yoxdur. Belə ki, 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin Plenar iclasında X2 diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına hətta xeyrinə deyilmiş sözlərdir. İş materiallarına əsasən xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində X5 özünə məxsus “X34” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu X13 üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 33/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən mərhum X13 ölümünə səbəb boyunun buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahi əməliyyatı ilə əlaqədar baş vermiş qanitirmə olmuşdur və mərhum S.Vəliyevanın xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahi əməliyyatla onun ölümü arasında bilavasitə əlaqə vardır. Toplanmış materiala əsasən fakta görə xx.xx.2024-cü il tarixdə Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. Odur ki, X1 “Liposaksiya-piysovurma” əməliyyatı zamanı X10 tərəfindən hər hansı tibbi müdaxilənin qəsdən səhv edilməsi, Səbirə Vəliyevanın düzgün “Liposaksiya-piysovurma” əməliyyatı olub-olmaması, S.Vəliyevanın ölümündən öncə Ü.İlyasova tərəfindən ona edilmiş tibbi müdaxilələrin qəsdən səhv edilib-edilməməsi, X13 ölümündə X10 qəsdinin olub-olmamasını, X5 tibbi təhsilinin olmaması, estetik mərkəzdə əməliyyat və laborator şəraitinin olmaması, həmin cərrahi müdaxilədən sonra S.Vəliyeva ilə estetik mərkəzdə reanimasyon və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazimi tibbi yardım göstərilməməsində səhiyyə sistemində qüvvədə olan hansı təlimatın və ya hansı normativ aktların pozulmasını və əhəmiyyət kəsb edə biləcək digər halların müəyyən etmək məqsədi ilə iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub rəy alınmışdır. Belə ki, təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X26 Vəliyevanın üzərində “Liposaksiya piysovurma” cərrahi müdaxilənin aparılmasından ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə əməliyyatxana və laborator şəraitin olmaması; əməliyyatı icra edən X5 isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından Səbirə Vəliyevaya lazımi tibbi yardım göstərilməmişdir. Əməliyyatı icra edən Ülviyyə İlyasovanın tibb təhsili olmadığından törədilən əməl Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir. Səbirə Vəliyevanın meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi boyunun, buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur ki, bununla da xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahiyyə əməliyyatı ilə onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. Səbirə Vəliyevanın xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə “Liposaksiya piysovurma” cərrahi müdaxilənin edilməsindən sonra müalicəsinin ev şəraitində və tibb təhsili olmayan şəxs tərəfindən aparılması yolverilməzdir. Qeyd olunan hal Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X26 Vəliyevanın üzərində “Liposaksiya piysovurma” cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə əməliyyatxana və laborator şəraitin olmaması; əməliyyatı icra edən X5 isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra Səbirə Vəliyeva estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazımi tibbi yardım göstərilməmişdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 4-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi X22 xüsusi ittihamçı X3 Vəliyevanın ölümü ilə bağlı onu qeyri-klinik, qeyri-steril şəkildə əməliyyat etmiş və sonuncunun ölümünə səbəb olmuş şəxs barəsində tənqidi fikirlər səsləndirmişdir. Xüsusi ittiham qaydasında şikayət edən şəxs X17 şikayətində qeyd etmişdir ki, Teymur Musayev tərəfindən yayılmış məlumatlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündə yalan olduğu təsdiqini tapır, həqiqəti əks etdirmir və mərhum qızımın timsalında mənim şəxsiyyətimə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə də öz təsdiqini tapmışdır ki, 15 aprel 2024-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında kommersiya qurumunun rəhbəri kimi təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olaraq işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Səbirə Vəliyevanın ixtisaslı tibb müəssisəsində müayinədən keçirilərək diaqnostikası aparılmadan, cərrahiyyə əməliyyatının keçirilməsinə tibbi göstərişin mövcudluğu dəqiqləşdirilmədən, liposaksiya əməliyyatı zamanı gözlənilə biləcək risk və fəsadların, xüsusilə qanaxmanın qarşısının alınması üçün zəruri tədbirləri qabaqcadan təmin etmədən, zəruri əməliyyatxana, reanimasion, intensiv terapiya və laborator otaqlarının mövcüd olmadığı iş yerində anestezioloq kimi dəvət etdiyi, “Medikus” klinikasında işləyən X21 tərəfindən anesteziya tədbirləri görüldükdən sonra, Səbirə Vəliyevanın üzərində səhiyyə sistemində qüvvədə olan müvafiq protokol, təlimat və digər normativ aktların tələbləri pozulmaqla “liposaksiyapiysovurma” əməliyyatı icra edərək, onun boyun nahiyəsinin buxaq və çənə bucaqlarından, döş qəfəsinin ön, arxa və yan səthlərindən, qarın nahiyəsinin ön və yan səthlərindən, çanağın qalça-qasıq nahiyələrindən, onurğa sütununun döş-bel-omba nahiyələrindən piyləri alaraq, əməliyyatdan sonra onu ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirib müalicəsini davam etdirmək üçün saxlamalı olduğu, bununla da əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda onları görməyərək etinasızlıq göstərərək saat 23 radələrində Səbirə Vəliyevanı özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı Dərə nömrəsiz fərdi evə aparıb, orada tibb müəssisəsindən və həkim nəzarətindən kənar saxlamış, keçirdiyi cərrahiyyə əməliyyatının fəsadları olaraq növbəti gün, yəni 16 aprel 2024-cü il tarixdə S.Vəliyevada qanaxma baş verdikdə özü tərəfindən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğu Səbirə Vəliyevaya kömək göstərmək imkanı olduğu və onun qayğısına qalmalı olduğu halda onun təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq imkanından məhrum olduğunu bilə-bilə dərhal tibb müəssisəsinə aparmayaraq, həmçinin təxirəsalmadan təcili tibbi yardım briqadası çağırmayaraq köməksiz vəziyyətdə qoymuş, 16 aprel 2024-cü il tarixdə saat 01 radələrində Səbirə Vəliyevanın boyunun buxaq və çənə bucaqları nahiyyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-omba nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı nəticəsində baş vermiş kəskin qan itirmədən ölməsi ilə, “X34” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə hökmü ilə də öz təsdiqini tapmışdır ki, X10 əməliyyatı həkim ixtisası olmadan iş yerində qeyri klinik, qeyri stiril şəraitdə etmiş, müalicəni isə evində davam etdirmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olub olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Bir daha qeyd etmək istəyir ki, şikayət ərizəsinin qanuni əsası olmamaqla şikayətçiyə heç bir aidiyyəti yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşdüyündən şikayət ərizəsinə diqqət yetirdikdə nəinki sübut yoxdur, söz yığınından başqa bir şey deyildir. Azərbaycan Respublikası CPM-nin 293.3.1293.3.7-ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, ığulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Əlavə olaraq qeyd etmək istəyir ki, Səhiyyə Nazirliyi səlahiyyətləri daxilində qanunsuz fəaliyyət göstərən tibb işçilərinə qarşı mübarizəsini davam etdirir. Bu yaxınlarda, plastik cərrahiyyə sahəsində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirlikdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələrindən təşkil edilmiş Xüsusi Təftiş Komissiyası da nazirliyin bu sahədə qəti mövqeyinin əyani təzahürüdür. Xüsusi Təftiş Komissiyası tərəfindən tibb mütəxəssislərinin fəaliyyəti yoxlanılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tibbi xidmətin göstərilməsi qaydalarının pozmaya görə yeni cəzaların müəyyənləşdirilməsi və sərtləşdirilməsi ilə bağlı aparılan qanunvericilik dəyişikliklərində Səhiyyə Nazirliyi aktiv iştirak edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi 13 iyun 2025-ci il tarixdə keçirilən Milli Məclisin iclasında üçüncü oxunuşda qəbul olunub. Belə ki, dəyişiklik Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 142-ci maddənin yeni redaksiyada verilməsi, belə ki ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayəti tam qanunsuz və əsassızdır. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsnin 293 və 302-ci maddələrinin tələblərini rəhbər tutaraq, xüsusi ittiham qaydasında şikayət edən şəxs X9 xüsusi ittiham qaydasında olan şikayəti tam qanunsuz və əsassız olduğu üçün onun şikayətinə etirazını nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 da Müdafiəçi2 dediklərini təsdiq edərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə görünür ki, xüsusi ittiham qaydasında şikayət Milli Məclisin Plenar iclasında yayılmış məlumatla əlaqədar olmuşdur. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin qurumun yerləşdiyi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində təşkilatın (hazırkı halda qurumun) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, şikayətin məzmunu X22 tərəfindən internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar yox, Milli Məclisinin Plenar iclasında söylədiyi fikirlərlə bağlı olmuşdur. Portaldan çıxarışdan görünür ki, Milli Məclisin yerləşdiyi ünvanı Bakı şəhəri, Səbail rayonu, Parlament prospektidir. Məhkəmə Milli Məclisin yerləşdiyi ünvanının Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti olmasını nəzərə alaraq hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti pozulmaqla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. X18 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “28 saylı” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 55 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar