Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-394/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli xulıqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 14 iyul 2021-ci il tarixdə saat 22 radələrındə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə bir qrup şəxs halında Bakı şəhəri, Yasamal rayonu D. Bünyadzadə küçəsində insanların gözü önündə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, Zərərçəkmiş şəxs1 və X4 ilə heç bır əsaslı səbəb olmadan mübahisə edib ətrafda olan şəxslər dairəsinin şuurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçun ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan açığa hörmətsizlik ifadə edən ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vuraraq ona sol göz bucağı nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının, alt dodağın bel nahiyyəsinın qançırları, sağ saıdın və sol dız oynağının sıyrıqları qismində dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, Nuranə Heydərovanın isə saçından tutub zor tədbıq etməklə yerə yıxaraq sonuncuya sağ əlin İİİ İV V barmaqlarının və sağ dız oynağı nahiyyəsinın sıyırıqları qismində sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçun dərəcələri təyin edilməyən bədən xəsarətləri yedirməklə xulıqanlıq cinayət əməlini törətmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2021-cı il tarixdə saat 22 radələrində o, ünvan 2 ünvanının qarşısında tək dayanmışdır. Həmin zaman qonşuluqda yaşayan, sonradan adını bildiyi Qoşqar adlı şəxs həyat yoldaşı ilə birlikdə qucaqlaşmış şəkildə yaşadığı evin qarşısından keçmişdir. Bu hal onun xoşuna gəlməmişdir. Belə ki, yaşadığı evin qarşısında adətən qadınlar oturub söhbət edirlər. O, Qoşarı səsləmiş və ona xanımını evə qoyduqdan sonra ona yaxınlaşmasını bildirmişdir. Təxminən 3-4 dəqiqə sonra Qoşqar onun yanına gəlmişdir. O, Qoşqarla birlikdə evin qapsından bir az kənarlaşmışdır. O, Qoşqara evin qarşsından qadınla qucaqlaşmış şəkildə keçməsinə gorə irad bildirmiş və ondan bır daha bu şəkildə qapıdan keçməməsını xahiş etmişdir. Həmin zaman Qoşqar kobud şəkildə ona “ ele bil ki, birdə keçdim, neyləyəcəksən ki, sözlərini demişdir. Bu zaman Qoşqarın həyat yoldaşı, sonradan adını bildiyi Nuranə adlı şəxs onlara yaxınlaşmış və səs-kuy salmağa başlamışdır. Bu zaman ətrafa çoxlu sayda adam toplaşmışdır. O, həmin zaman əsəbləşmış və yumruqla Qoşqarın sifət nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra onlar dava-dalaş etməyə başlamışlar və Qoşqar yerə yıxılmışdır. Ətrafda olan şəxslər və atası Bəhrəm onları ayırmaq istəmişlər. Qəflətən atası Bəhrəm oz müvazinətini saxlaya bilməmiş və yerə yıxılmışdır. Bu hal onu dahada əsəbləşdırmış və həmin zaman o, yerə yıxılmış Qoşqarı təpiklə vurmağa başlamışdır. Bundan sonra atası Bəhrəm onu yaşadığı evə aparmışdır. Bir az sonra o, yaşadığı evdən çıxıb çay içməyə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tək törətməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir kı, 14 iyul 2021-cı ıl tarixdə saat 22.30-da o, həyat yoldaşı X4 ilə birlikdə kirayə yaşadıqları Yasamal rayonu Dadaş Bunyadzadə küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinə gedən zaman küçədə bır nəfər tanımadığı şəxs ona "bır dəqiqə səni olar” sözlərini deyərək səsləmişdir O, öz növbəsində həyat yoldaşı Nuranəni yaşadığı evə ötürmüş və bundan sonra onu səsləyən şəxsin yanına gəlmişdir. Həmin vaxt orada ıkı nəfər tanımadığı şəxs olmuşdur. O, onlara yaxınlaşmış və onlardan onu çağırmaqlarının səbəbini soruşmuşdur. Həmin şəxslədən bırı ondan kinayəli şəkildə qeyd olunan ünvanın bulvar və ya Yasamal olmasını soruşmuşdur. O, həmin şəxsə cavab olaraq buranın Bakı olduğunu bildirmişdir. Həmin şəxs ona həyat yoldaşı ilə küçədə əl-ələ tutaraq gəzməyinə gorə irad bildirmişdir. O, həmin şəxsin iradı ilə razı olmamış və ona istədiyi vaxt həyat yoldaşı ilə əl-ələ gəzəcəyini bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə baş vermişdir. Sonradan isə onların mübahisələrinə başqa şəxslərdə toplaşmışdır. Bu zaman onun həyal yoldaşı Nuranədə mübahisə yerinə gəlmişdir. Mübahisə zamanı soradan həmin yerə toplaşan şəxslərdə bırı qəflətən yumruqla onun sifət nahıyyəsınə vurmuşdur. O, həmin şəxslə ümumiyyətlə söhbət etməmişdir. Həmin şəxs baş vermiş mübahisəyə sonradan müdaxilə etmişdir. Həmin şəxs onu vurduqdan sonra o, da həmin şəxsin baş nahıyyəsınə yumruqla vurmuşdur. Bu zaman həmin şəxs yerə yıxılmış və Nuranə isə həmin şəxsin qarnından təpiklə vurmuşdur. Həmin an Nuranəni kimsə saçından tutaraq kənara çəkmişdir. Həmin ərəfədə onu mübahisəyə ilk dəfə çağıran şəxsdə onun sifət nahıyyəsınə yumruqla vurmuşdur. O, həmin onu ilk dəfə yumruqla vuran şəxsin üzərinə hücum etmiş, lakın həmin şəxsi orada olan tanımadığı şəxslər ondan aralamışlar. O, isə həmin yerdə uzanmış vəziyyətdə qalmış və ətrafa yığışmış təxminən 7 nəfər şəxs onu vurmağa başlamışlar. Bu zaman orada olan onları aralamağa cəhd göstərən yaşlı bır kışı yerə yıxılmış və bu səbəbdən onu döyən şəxslər həmin şəxsə yaxınlaşmışlar. Bundan sonra o, ayağa qalxmış və yoldaşınıda ayağa qaldırmışdır. Orada olan şəxslər isə harasa qaçıb getmişlər. Sonradan məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək hal-hazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, 14 iyul 2021-cı ıl tarixdə saat 22:30-da o, həyat yoldaşı X6 ilə birlikdə kirayə yaşadıqları Yasamal rayonu Dadaş Bunyadzadə küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinə gedən zaman küçədə bır nəfər tanımadığı şəxs Qoşqara bır dəqiqə səni olar sözlərim deyib səsləmişdir. Qoşqar öz növbəsində onu yaşadığı evə ötürmüş və bundan sonra həmin şəxsin yanına getmişdir. O, Qoşqarın həmin şəxslərlə mübahisə edə biləcəyindən narahat olub təxminən 2 dəqiqə sonra evdən çıxmış və Qoşqarın arxasınca getmişdir. O, təxminən 150-200 metr irəliləmiş və Qoşqarın 3-4 nəfərlə sozlu mübahisə etdiyini görmüşdür. O, onlara yaxınlaşmış və mübahisənin səbəbini soruşmuşdur. Orada olan şəxslər ona evə getməyi məsləhət görmüşlər. Lakin o, bununla razılaşmamış və evə getməmişdir. Həmin zaman ətrafa çoxlu sayda adam yığışmışdır. Qoşqarı çağıran şəxs ona öz iradını bildirərək məhlədən onunla əl-ələ keçməməsıni bıldırsədə Qoşqar buna etiraz edib istədiyi şəkildə məhlədən keçəcəyini bildirmişdir. Bu mövzuda onlar arasında sözlü mübahisə olmuş və qəflətən anı anda orada şəxslərdən biri Qoşqarın sifət nahıyyəsınə yumruqla vurmuşdur. Qoşqar həmin şəxslə ümumiyyətlə söhbət etməmişdi. Həmin şəxs baş vermiş mübahisəyə sonradan müaxılə etmişdir. Həmin şəxs Qoşqarı vurduqdan sonra Qoşqarda həmin şəxsin baş nahiyyəsinə yumruqla vurmuşdur. Bu zaman həmin şəxs yerə yıxılmış və o, həmin şəxsin qarnından bır neçə dəfə təpiklə vurmuşdur. Həmin an isə başqa bir şəxs yumruqla Qoşqarın sifətindən vurmuş və bundan sonra onun saçından tutaraq fızıkı zor lədbıq etməklə kənara itələyib yerə yıxmışdır. Həmin zaman o, xəsarət almışdır. Qoşqar isə həmin yerdə uzanmış vəziyyətdə qalmış və ətrafa yığışmış şəxslər Qoşqarı vurmağa başlamışlar Orada olan yaşlı bır kişi isə onları aralamağa cəhd etmişdir. O, ayağa qalxmış Qoşqara tərəf gələn zaman həmin yaşlı kışı yerə yıxılmış və orada olan şəxslər yaşlı kişinin ətafına toplaşmışlar. O, Qoşqara kömək etmiş və Qoşqar ayağa qalxmışdır. Bundan sonra orada olan şəxslər harasa qaçıb getmişlər. Sonradan məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək halhazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X4 onun bacısıdır. Zərərçəkmiş şəxs1 isə onun yeznəsidir. 14 iyul 2021-cı ıl tarixdə saat 23 radələrində o, yaşadığı evdə olduğu zaman Qoşqar Bəkırov ona zəng vurmuş və yaşadıqları evin yaxınlığında 7 nəfər naməlum şəxs tərəfindən döyüldüklərini bildirmişdir. O, dərhal DİN-nın 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra isə evdən çıxıb Qoşqar və bacısı Nuranənin yaşadığı evə getmişdir. Orada o, Qoşqar və Nuranənin pıs vəziyyətdə olduqlarını gormuşdur. Onlar hər ıkısı doyulmuş vəziyyətdə olmuşlar. O, onlardan nə baş verdiyini soruşduqda Qoşqar və Nuranə yaşadıqları evin yaxınlığında naməlum şəxslərlə sözlu mübahisə etmiş və sozlu mübahisə zamanı həmin şəxslər onları döyərək bədən xəsarəti yetirdiklərini bildirmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 15 iyul 2021-cı ıl tarixli 642 saylı rəyi ilə təsdiq edilir ki, X2 almış olduğu xəsarətlər - sağ əlin İİİ, İV, V barmaqlarının və sag dız oynağı nahiyyəsınin sıyırıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 14 07 2021-cı ıl tarixdə törənməsi mumkundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları uçun dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin ozu tərəfindən yetirilməsi inkar olunur (səh. 21-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 26 iyul 2021 ci ıl tarixli 641 saylı rəyi ilə təsdiq olunur ki, X3 almış olduğu xəsarətlər - sol goz bucağı nahiyəsinin əzilmiş yarası, sol goz ətrafının alt dodağın bel nahiyyəsınin qançırları sağ saıdın və sol dız oynağının sıyrıqları kut əşya (əşyalar) təsirindən törənmişlər qərarda göstərilən şəraitdə və müddətdə yəni 14 07 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özu tərəfindən yetirilməsi inkar olunur (səh. 24-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSll-dən alınmış 24 06 2022-cı ıl tarixli tələbnamədən gorunür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (səh. 163). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 16 sentyabr 2022-ci il tarixli N-***-*******22 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xulıqanlıq hərəkətləri etmiş naməlum şəxslərin şəxsiyyətinin və yerinin müəyyən edilməsi ilə bağlı ayrılmış və hazırda Azərbyacan Respublikası CM-221.2.1 maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 140-141, 157-159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, X11 oglu ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı X6 qarşısında oturan Təqsirləndirilən şəxs onu yumruq və təpiklə vuraraq xəsarət yetirdiyim bildirməklə istintaqa verdiyi ifadəsini bır daha soonuncunün uzunə qarşı bildirmişdir (səh. 134-136). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı X4 qarşısında oturan Təqsirləndirilən şəxs onun saçından tutaraq fızıkı zor tədbıq etməklə yerə yıxıb xəsarət yetirən şəxs olduğunu bildirməklə istintaqa verdiyi ifadəsini bır daha sonuncunun uzunə qarşı bildirmişdir (səh. 137-139). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 notariat tərəfindən təsdiq olunmuş ərizə yazaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və qarşılıqlı tələbləri olmadıqlarını bildirmişdirlər. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün qismən etirafi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, üzləşmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə ilk qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməlinin törədilməsi sübut edən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 məhkəmə ististintaqı zamanı verdiyi ifadələr həlledici sübut kimi çıxış etməsinə baxmayaraq iş üzrə yeganə sübutlar deyildir. Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət hadisəsini tək törətməsinə dair gətirdiyi dəlillə bağlı məhkəmə bilidirir ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər cinayət işinin materiallarında olan məlumatlarla, ekspertiza rəyləri ilə, üzləşmə protokolları ilə tamamilə inkar olunur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi onların islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay 8 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 394/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs Nəhrəm oğlunun hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 06 (altı) ay 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-394/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-394/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver