Məhkəmə qərarları › İş №1(004)-396/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-396/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-396/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May döngəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksi ev E, blok 2, mənzil 3 ünvanda Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən ayağı ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə təpiklə vuraraq ona sağ süd vəzisinin hematoması xəsarətini yetirərək sağlamlığın qısa müddətə rozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X4 onun tanışıdır və onların hər zaman münasibətləri yaxşı olub. Zərərçəkmiş şəxs İlkin Hətəmovun yoldaşıdır, onuda bir müddətdir ki, tanıyır və münasibəti hər zaman yaxşı olub. İlkin etdiyi cinayət əməlinə görə 2024-cü ilin yanvar ayında tutulmuşdur. İlkin tutulduqdan sonra sənət yoldaşı olduğu üçün ailəsinə dəstək olmaq məqsədi ilə İlgünün yaşadığı evə gedib baş çəkirmiş. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İlkinin anasıgilə, yəni Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanda yerləşən evinə getmişdir. Sonradan sənət yoldaşları Elvin və Əli də ora gəlmişlər. Onlar qonaq otağında İlkinin bacısı İlgün, Elvin, Əli və Nübarla birlikdə oturub İlkinin azadlığa çıxmasına necə köməklik edəcəkləri mövzusunda söhbət edirmişlər. xx.xx.2024cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində söhbət əsnasında Nübar ona İlkinin niyə telefonunun onda olduğunu, ona niyə “Whatsapp” ani mesajlaşma proqramında mesajlar yazdığını irad bildirərək onunla mübahisə etməyə başlamışdır. Həmin mübahisə zamanı Nübar onun üstünə gəlmişdir və bu zaman özünü müdafiə etmək məqsədi ilə ayağı ilə onun sinə nahiyəsindən vurmuşdur. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə İlkin tutulduğu üçün mütəmadi olaraq Yasamal rayonu, “Melissa Park” yaşayış kompleksində yaşayan anası Nailə xanıma gedib baş çəkirmiş. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində İlkinin anası gildə olan zaman Nailə xanım, qızı İlgün, İlkinin sənət yoldaşları Vüqar, Əli və Elvin də orada olmuşlar. Onlar qonaq otağında əyləşmiş və İlkini azadlığa necə çıxaracaqları barədə söhbət edirmişlər. O, yerdə xalçanın üzərində əyləşmiş Vüqar isə onun qarşısında stulda əyləşmirdir. Söhbət əsnasında Vüqara İlkinin telefonu ilə ona niyə mesaj yazdığını, onunla İlkinin şəxsi həyatına niyə müdaxilə etdiyini, bətnində olan körpəni niyə abort etdirməyini istədiyini irad bildirərək onunla sözlə mübahisə etmişdir. O, Vüqara İlkinlə birlikdə işlətdikləri studiyaya əxlaqsız qadınları gətirməklə İlkinin adına ləkə gətirdiyini bildirmişdir. Bu zaman Vüqar onun ünvanına nalayiq ifadələr işlədərək təpiklə onun sinə nahiyəsindən bir dəfə möhkəm zərbə vurmuşdur. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anası və övladları ilə birlikdə yaşayır. 2016-cı ildən “Smart Education” Bağçalar şəbəkəsində təsisçi direktor vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qardaşı X4 ilə təxminən 1 il müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətindədirlər. Nübarla münasibətləri yaxşıdır. Nübar arada onun yaşadığı evə gəlir. Qardaşı İlkin dələduzluq cinayəti törətdiyinə görə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Həmin vaxtdan sonra Nübar tez-tez onun evinə gəlirmiş. xx.xx.2024cü il tarixdə saat 23 radələrində Nübar evdə olan zaman onlara gəlmişdir. Nübar gələnədək evdə qardaşı İlkinin sənətçi dostları Vüqar, Elvin, Əli də olmuşlar. Qardaşının dostları da Nübarı tanıyırlar. Onlar birlikdə qonaq otağında oturub qardaşı İlkinin azadlığa çıxmasına necə köməklik edəcəkləri mövzusunda söhbət edirmişlər. xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində söhbət əsnasında Nübarla Vüqarın arasında sözlə mübahisə yaranmışdır. Vüqar stulda, Nübar isə yerdə xalçanın üzərində əyləşmişdir. Onların bir-biri ilə mübahisələrini ciddiyə almamışdır. O, həmin vaxt Nübarın yanında yerdə xalçada əyləşmişdir. Mübahisə zamanı Vüqar anidən təpiklə Nübarın sinə nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Nübar Vüqarın onu vurmasından əsəbləşib ayağa qalxmışdır. O, məsələnin böyüməməsi üçün müdaxilə edərək Vüqara ayıb olduğunu, hamilə qadına niyə təpik vurduğunu irad bildirərək evindən çıxmasım tələb etmişdir. Bundan sonra orada olan Əli ilə o, Vüqarı evdən çıxarıb yola salmışlar. Sonra Nübarın yanına qayıdaraq onu sakitləşdirməyə çalışmışdır. Bir qədər keçdikdən sonra Nübar DİNin 102 xidmətinə zəng edərək Vüqarın onu vurması barədə məlumat vermişdir. Bundan sonra Nübarı tək buraxmamaq üçün onunla birlikdə Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanda baş vermişdir, dalaşma təxminən 2- 3 dəqiqə davam etmişdir, həmin vaxt orada o, Nübar, Vüqar, Əli və Elvin olmuşdur. O, mübahisə edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən bir dəfə təpiklə zərbə vurduğunu görmüşdür. Hadisə zamanı Nübar Vüqarın heç bir nahiyəsinə zərbə vurmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birinə nalayiq ifadələr işlətsələr də yüksək qışqırıq səsləri baş verməmişdir. Onunla əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında heç bir ədavət, qərəzli münasibət, düşmənçilik olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir, musiqiçidir, arada toy şənliklərində musiqi ifa etməklə məşğul olur. Zərərçəkmiş şəxs sənət yoldaşı X2 vasitəsi ilə təxminən 1 il müddətdir ki, tanıyır. Nübarla İlkin qeyri-rəsmi ər-arvad münasibətindədirlər. İlkinlə uşaqlıqdan dostluq münasibətindədir. Nübarla da münasibətləri yaxşıdır. Dostu İlkin dələduzluq cinayəti törətdiyinə görə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Həmin vaxtdan sonra mütəmadi olaraq İlkinin anası Nailə xanıma dəstək olmaq üçün yanma gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində İlkinin anasının qaldığı bacısı İlgünün evinə sənət yoldaşı Əli ilə birlikdə getmişdir. Sonradan sənət yoldaşı Vüqar da həmin evə gəlmişdir. Onlar oturub İlkinin azadlığa çıxmasına necə köməklik edəcəkləri mövzusunda söhbət edirmişlər. Saat təxminən 23 radələrində İlkinin qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nübar da evə gəlmişdir. Onlar birlikdə qonaq otağında əyləşib söhbət edirmişlər. xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində söhbət əsnasında Nübarla Vüqarın arasında sözlə mübahisə yaranmışdır. Vüqar stulda, Nübar isə yerdə xalçanın üzərində əyləşmişdir. Onların sözlə mübahisələrinə məhəl qoymayaraq mətbəxə su içməyə getmişdir. O, mətbəxdə olan zaman qəfildən Nübarın səsinə geri qonaq otağına qayıtmışdır. Qonaq otağına daxil olan zaman İlgün ilə Əlinin Vüqarı mənzildən çıxardıqlarını, Nübarın isə əsəbi halda olduğunu görüb ona yaxınlaşmışdır. O, Nübarı digər otağa keçirərək ona su gətirmiş və sakitləşdirməyə çalışmışdır. Həmin vaxt İlgün də Vüqarı mənzildən çıxardıqdan sonra Nübarın yanına gəlmişdir. Bir qədər keçdikdən sonra Nübar DİN-in 102 xidmətinə zəng edərək Vüqarın onu vurması barədə məlumat vermişdir. Bundan sonra Nübarı tək buraxmamaq üçün onunla birlikdə Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində İlgünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanda baş vermişdir, dalaşma təxminən 2-3 dəqiqə davam etmişdir, həmin vaxt orada o, Nübar, Vüqar, Əli və İlgün olmuşdur. O, Vüqarla Nübarın sözlə mübahisə etdiklərini görsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən təpiklə zərbə vurması anını mətbəxdə olduğu üçün görməsə də, sonradan Vüqarın Nübarın sinəsindən bir dəfə təpiklə zərbə vurduğunu bilmişdir. Hadisə zamanı bildiyinə görə Nübar Vüqarın heç bir nahiyəsinə zərbə vurmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birinə nalayiq ifadələr işlətsələr də yüksək səslə qışqırıq halları baş verməmişdir. Onunla əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında heç bir ədavət, qərəzli münasibət, düşmənçilik olmadığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 72-75-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, musiqiçidir, arada toy şənliklərində musiqi ifa etməklə məşğul olur. Zərərçəkmiş şəxs sənət yoldaşı X2 vasitəsi ilə təxminən 4- 5 ay müddətdir ki, tanıyır. Nübarla İlkin qeyri-rəsmi ər-arvad münasibətindədir. İlkinlə uzun müddətdir ki, dostluq münasibətindədir. Nübarla da münasibətləri yaxşıdır. Dostu İlkin dələduzluq cinayəti törətdiyinə görə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Həmin vaxtdan sonra mütəmadi olaraq İlkinin anası Nailə xanıma dəstək olmaq üçün yaşadığı evə gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində İlkinin anasının qaldığı bacısı İlgünün evinə sənət yoldaşı Elvinlə birlikdə getmişdir. Sonradan sənət yoldaşı Vüqar da həmin evə gəlmişdir. Onlar birlikdə oturub İlkinin azadlığa çıxmasına necə köməklik edəcəkləri mövzusunda söhbət edirmişlər. Saat təxminən 23 radələrində İlkinin qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nübar da evə gəlmişdir. Onlar birlikdə qonaq otağında əyləşib söhbət edirmişlər. xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində söhbət əsnasında Nübarla Vüqarın arasında sözlə mübahisə yaranmışdır. Vüqar stulda, Nübar isə yerdə xalçanın üzərində əyləşmişdir. Onların sözlə mübahisələrinə məhəl qoymayaraq əlində olan mobil telefonla məşğul olmuşdur. O, telefona baxan zaman Nübar anidən qışqırmışdır. O, görməsə də başa Vüqarın Nübarı vurmasını başa düşmüşdür. Ancaq nə ilə və necə vurduğunu görməmişdir. Bundan sonra o, qalxıb Vüqarı kənara çəkib sakitləşdirmişdir. İlgün də onlara yaxınlaşmışdır. Bundan sonra Vüqarı mənzildən çıxarıb yola salmışlar. Geri qayıtdıqda Elvinin Nübarı sakitləşdirdiyini görmüşdür. Bir qədər keçdikdən sonra Nübar DİN-in 102 xidmətinə zəng edərək Vüqarın onu vurması barədə məlumat vermişdir. Bundan sonra Nübarı tək buraxmamaq üçün onunla birlikdə Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində İlgünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanda baş vermişdir, dalaşma təxminən 2-3 dəqiqə davam etmişdir, həmin vaxt orada o, Nübar, Vüqar, Elvin və İlgün olmuşdur. O, Vüqarla Nübarın sözlə mübahisə etdiklərini görsə də, başı telefonuna qarışdığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən təpiklə zərbə vurması anını görməsə də, sonradan Nübar dedikdən sonra Vüqarın onun sinəsindən bir dəfə təpiklə zərbə vurduğunu bilmişdir. Hadisə zamanı bildiyinə görə Nübar Vüqarın heç bir nahiyəsinə zərbə vurmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birinə nalayiq ifadələr işlətsələr də yüksək səslə qışqırıq halları baş verməmişdir. Onunla əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında heç bır ədavət, qərəzli münasibət, düşmənçilik olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 21 fevral 2024-cü il tarixli, 195 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ süd vəzisinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 32-34) “Baxış keçirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dalaşma Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanda baş vermişdir. (i.v. 52-55) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 60) 23 may 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 80-83) 23 may 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 84-87) 23 may 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 88-91) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 115-116) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət, tələbi yoxdur və onlar artıq barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar