Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-396/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təsadüfən tanış olduğum X10 ilə bir aralar səmimi münasibətləri yaranmışdır, belə ki, ilk dəfə həmin şəxs onların evində mebel ustası kimi işləyib və pulunu da artıqlaması ilə alıb getmişdir. Sonradan S.Abasov ailəli adam olmasına baxmayaraq onun mobil telefonuna şəxsi mənada mesajlar yazaraq ona eşq, məhəbbət nağılları yazmışdır. Onların bir qısa müddət yaxşı münasibətləri olmuş, lakin sonradan pisləşmişdir, sonra da təqribən 2025 ilin fevral ayından başlayaraq bugünki günədək S.Abasov və onun arvadı X2 olaraq ona və oğluna hədə qorxu və təhdid gələrək şantajla ondan 10.000 (on min manat) pul tələb edirlər, belə ki, Gülər Abasova və Sahib Abasov sosial şəbəkələrdə və vatsapda (əsgərlikdə olan oğlullarının adına olan telefon vasitəsi ilə) onun fotosunu və mərhum anasının adları ilə saxta profil düzəldərək və altında nalayiq söyüşlər yazıb və paylaşırlar və bunu açıq özləri də etiraf edirlər. Onda bu barədə konkret faktlar və subutlar vardır. X19 səs qeydi vardır S. Abasovun və G.Abasovanın "İnstaqram" səhfəsində olan öz profillərindən, Sahib Abasova məxsus (sahib.abasov.129) onu və uşaqlarını təhqir, təhdid və hədələyirlər. Saxta profil "Zaxramaxra_beyim" yaradaraq onun fotosunu və ona məxsus avtomobilinin fotosunu (**-DO-***) həmin profilə yerləşdirərək nəlayiq sözlərlə onu və ailəsinu təhqir edirlər. Belə ki, həmin "Zaxramaxra_beyim" saxta profili altında onun ünvanına Faişə, Qəhbə, əxlaqsız, murdar, qoca fahişə adlandıraraq bunları paylaşmışdır. X15 soruşanda isə cavab verir ki, "bunların hamısını arvadı Gülər edir" deyə cavab verir. Hətta bununla bağlı o, Nəsimi rayon polis idarəsinin 19-cu PB-nə ərizə vermiş və orada izahat verən Gülər Abasovanın əri Sahib Abasov izahat verərək bunu etiraf edərək izahat vermişdir. Bu təhqirlər nəticəsində ona pul ekvivalenti ilə 100.000 (yüz min) manat ziyan dəymişdir. Bundan əlavə onların evinə gizli girərək fotolarını çəkərək və oğlunun fotosunu çəkərək ölümlə təhdid etmişlər. Onları izlətdirirlər və təqib edirlər. Bununla bağlı o, dəfələrlə polis idarələrinə müraciət etməyinə baxmayaraq lakin polis həmin şəxslərin barəsində heç bir təbdir görməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1 maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hərəkətlərindən ibarətdir. Həmin Məcəllənin tələblərinə əsasən cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyəti yaradır. Beləliklə onun ərizəsi Nəsimi rayon polis idarəsinin 19-cu bölməsində araşdırılan zaman Sahib Abasov izahat verərək etiraf etmişdir ki, "Aynuru bütün sosial şəbəkələrdə saxta profil açıb biabır və təhqir edən arvadı Gülərdi". Baş verən bu hadisəyə nəzər salınsa, bu cinayətin subyektinin, yəni əməli törədən şəxsin X10 və onun arvadı Abasova Gülər olduğu sosial şəbəkələrdən çıxarılmış şəkillərdən, polisdə verdiyi izahatlarla və onun telefon vasitəsi ilə yazılmış səs qeydi ilə təsdiqlənir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi X12 ərizənin mahiyyətinə uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X14 bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyatı Yasamal Rayon Məhkəməsi deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayətində göstərmişdir ki, X9 onun barəsində təhqir və böhtan xarakterli ifadələri “instagram” sosial şəbəkəsində onun idarə etdiyi müxtəlif istifadəçi adları altında səhifələrdə bildirmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 isə ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyatı Sabirabad Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmənin hazırlıq iclasında iştirak etməmiş lakin “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək hazırki şikayətin aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, o, ünvan 2 ünvanda yaşayır. Bu səbəbdən də xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs X3 (yəni mənim) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin qeydiyyatda olduğu aidiyyətinə görə Sabirabad rayonu üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməsi zəruridir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.174.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 barəsində təhqir xarakterli ifadələri “İnstagram” sosial şəbəkəsində özünün idarə etdiyi müxtəlif adlı istifadəçi səhifələrində yaymışdır. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş (çıxarılmış) çıxarışdan görünür ki, X1 rayonu, M.Hümbətov küçəsi, ev 19A ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayətə əsasən şikayət vermiş şəxsin barəsində ilkin olaraq təhqir xarakterli məlumatlar “İnstagram” sosial şəbəkəsində özünün idarə etdiyi müxtəlif adlı istifadəçi səhifələrində yerləşdirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə təhqir xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında əlavə edilmiş elektron çıxarışa əsasən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonunun ərazisində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə təhqir xarakterli hesab edilən məlumatların ilkin olaraq “İnstagram” sosial şəbəkəsində idarə etdiyi müxtəlif adlı istifadəçi səhifələrində yerləşdirilməsini, sözügedən internet informasiya ehtiyatının xaricdə qeydiyyata alındığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qeydiyyat və yaşayış yerinin ünvan 3 ünvanın Sabirabad rayonunun inzibati ərazisinə aid olduğunu nəzərə alaraq hazırkı şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 05 saata görə 55 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatı üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-396/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-396/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver