Məhkəmə qərarları › İş №1(004)-397/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-397/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-397/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili X5, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əsədulla qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5,Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Naxçıvan MR, Babək rayonu, Kültəpə kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, orta təhsilli, Naxçıvan MR, Babək rayonu, Kültəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə onunla bir yerdə işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin iyul ayının axırlarında ünvan 9a yerləşən gözəllik salonunda «Phibrows» markalı qaş işləmək üçün aparat alacağını vəd edərək 700 manat,daha sonra 2020-ci ilin avqust ayında həmin gözəllik salonunda lazer effektivliyi ilə qalıcı dodaq boyası ilə işləməyi öyrətməyi vəd edərək 600 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə 1300 manat miqdarında ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 güzəştli mənzil almaq kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalardan güzəştli mənzillərin ikisini alacağı ilə bağlı yalan vəd verib, bunun müqabilində 14000 manat pul verməli olmasını bildirməklə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatmış və 27 noyabr 2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən «Wel Estetik» gözəllik salonunda sonuncudan 14000 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar törətməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 güzəştli mənzil almaq kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalardan güzəştli mənzillərin birini alacağı ilə bağlı yalan vəd verib, bunun müqabilində 7000 manat pul verməli olmasını bildirməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldatmış və 28 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən «Kristella» gözəllik salonunda sonuncudan 7000 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq təkrar törətməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 güzəştli mənzil almaq kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalardan güzəştli mənzillərin birini alacağı ilə bağlı yalan vəd verib, bunun müqabilində 6000 manat pul verməli olmasını bildirməklə, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldatmış və 30 noyabr 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Kristella» gözəllik salonunda sonuncudan 6000 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrar törətməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 güzəştli mənzil almaq kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalardan güzəştli mənzillərin birini alacağı ilə bağlı yalan vəd verib, bunun müqabilində 9500 manat pul verməli olmasını bildirməklə, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldatmış və 01 dekabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən 3 saylı Asan xidmət mərkəzinin yaxınlığında sonuncunun idarə etdiyi «Mercedes Benz ML 350» markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 9500 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vuraraq təkrar törətməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs6 Firudin oğluna güzəştli mənzil almaq kimi imkanının olmasına inandıraraq, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa edilən binalardan güzəştli 3 mənzil alacağı ilə bağlı yalan vəd verib, bunun müqabilində 22.500 manat pul verməli olmasını bildirməklə, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldatmış və vahid niyyətlə əhatə olunmuş qəsdlə 04 dekabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən “Well Estetik” mərkəzində sonuncudan 4500 manat, daha sonra 06 dekabr 2020-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən «İlahiyyət» məsçidinin qarşısında 7000 manat, 08 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ünvan 6 ünvanın yaxınlığında 2500 manat, daha sonra 15 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu M.Seyidov küçəsi 21-25 saylı ünvanda yerləşən «İlahiyyət» məsçidinin qarşısında Zərərçəkmiş şəxs6 tanışı Şahid6 vasitəsilə göndərdiyi 2500 manat, 16 dekabr 2020-ci il tarixə saat 20 radələrində sonuncudan ünvan 7 ünvanda yerləşən «İlahiyyət» məsçidinin qarşısında 6000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümimilikdə 22.500 manat xeyli miqdarda ziyan vuraraq təkrar törətməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Naxçıvan Muxtar Respublikası Hərbi məhkəməsinin 29.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2018-ci ilin may ayında vaxtından əvvəl şərti azad olunmuş, bundan sonra Bakı şəhərinə gəlmiş və burada bir müddət kamera ustası işləmişdir. Təxminən 2019-cu ilin fevral ayından qaşa tatu vurma işini öyrənib «Nizami Mall» Ticarət mərkəzində işləməyə başlamışdır. 2019-cu ilin oktyabr ayında o «Nizami Mall» TM-dən çıxaraq TM-nin yaxınlığında icarəyə yer götürüb orada işləməyə davam etmiş, sonradan 2020-ci ilin fevral ayında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən «Kristella» gözəllik salonunda işinə davam etmişdir. Zərərçəkmiş şəxs4 «Nizami Mall» TM-də işlədiyi vaxtdan tanıyır, Zərərçəkmiş şəxs4 TM-də lazeroloq işləmiş, onunla münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2019-cu ilin oktyabr ayında TM-nin yaxınlığında icarəyə obyekt götürən zaman pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs4 borca pul istəmiş,. Aygün də etiraz etməyib ona faizlə 6000 manat pul vermişdir. Həmin pulun müqabilində o, hər ay Aygünə 600 manat pul ödəməli olmuşdur. Təxminən 4 ay ərzində Aygünə hər ay 600 manat ödəmiş, sonradan isə Aygünə nəğd 3500 manat pul ödəmiş və Aygünə 2500 manat borcu qalmışdır. Bundan başqa, Quliyeva Susanı çoxdan tanıyır, onunla birlikdə gözəllik salonunda işləmişdir. Zərərçəkmiş şəxs1 700 manat alaraq tatu aparatını gətirmiş, lakin özünə verə bilməmişdir.O, aparatı iş yoldaşı Raminə vermişdir ki, Susanaya çatdırsın.İş öyrətmək üçün Susanadan 600 manat almamış, ona məxsus kosmetik boyalarını götürməmişdir.Bundan başqa, Zərərçəkmiş şəxs2 2020-ci ildən tanıyır,. Belə ki, o «Nizami Mall» TM-də işləyərkən orada onun Şahid1 ad və soyadlı müştərisi olmuş, Janeti Aygünün vasitəsilə tanımışdır. O, «Nizami Mall» TM-dən çıxıb icarəyə obyekt götürüb işlədiyi vaxt Janet ondan bir qədər aralıda lazeroloq işləmişi və bir-birinə müştəri göndərmişlər. Janetlə aralarında münasibətlər yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin fevral ayında tatu silmək üçün istifadə olunan aparat almaq istəyərkən və bu barədə Janetlə söhbət edib mənə 19000 manat pul lazım olduğunu dedikdə, sonuncu əlində 14000 manat pul olduğunu və həmin pulu ona faizə verə biləcəyini demişdir. O da etiraz etməmiş, aralarında olan razılığa əsasən hər ay Janetə 2600 manat pul ödəməli olmuş, sonradan isə 14000 manat pulu tam şəkildə ödəməli olmuşdur. Təxminən 4 ay Janetə hər ay 2600 manat pul ödəmiş, 2020-ci ilin may ayından sonra isə Janetə pul ödəyə bilməmişdir. 2020-ci ilin avqust ayında o «Kristella» gözəllik salonunda işləyərkən aldığı tatu silmə aparatını 11000 manata satıb həmin puldan 9600 manatı Janetə ödəmişdir.Sonradan isə 2020-ci ilin dekabr ayında o, Janetə 4400 manat pul ödəmiş və ona borcu qalmamışdır. 2020-ci ilin dekabr ayında Janetə pulu ödəyib qurtardıqdan sonra Janet demişdir ki, 2020-ci ilin may, iyun, iyul, avqust aylarında aldığı pulun faizlərini ödəməmiş və həmin faizləri ödəməlidir. O isə demişdir ki, o, vaxtında faizləri saxlamağı, pulunun olmadığını dediyini bildirmişdir. Buna görə həm Janet, həm də Zərərçəkmiş şəxs4 ilə münasibətləri korlanmışdır. 2020-ci ilin dekabr ayında o işləmək üçün Türkiyə Respublikasına getmiş, 2021-ci ilin fevral ayında isə X9 Respublikasına Babək rayonu Kültəpə kəndinə qayıtmiş və orada yaşamağa davam etmişdir. 16 may 2021-ci il tarixdə isə yaşadığı kənddə polis əməkdaşları tərəfindən saxlanılmış və 17 may 2021-ci il tarixdə Bakı şəhərinə Nəsimi rayon polis idarəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs4 6000 manat müqabilində sosial ev almaq kimi imkanı olduğunu deməmiş, bu niyyətlə ondan pul almamışdır. 6000 manatı borc olaraq faizə pul almış, həmin pulu isə 2021-ci ilin fevral ayında Türkiyə Respublikasından Azərbaycana qayıtdıqdan sonra onu Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmış, Aygünün onun barəsində şikayət etdiyini öyrənmişdir. Həmin İdarədə araşdırma aparıldığı dövr ərzində Aygünə 6000 manat pulu tam ödəmişdir. Zərərçəkmiş şəxs2 sosial ev almaq kimi imkanın olduğunu deyib 2 ədəd sosial ev almaq üçün 14000 manat pul almamış, O, Zərərçəkmiş şəxs2 14000 manat pulu tatu silmə aparatı almaq üçün faiz ödəmək şərti ilə borc almışdır. Həmin pula görə Janetə 4 ay ərzində hər ay 2600 manat pul ödəmiş, sonradan 2020-ci ilin avqust ayında o tatu silmə aparatını satıb Janetə 9600 manat, 2020ci ilin dekabr ayında isə 4400 manat pul ödəmişdir. Janetə hazırda heç bir borcu yoxdur. Sadəcə olaraq Janet ondan faiz ala bilmədiyi ayların pulunu istəyirdi. Həmçinin Zərərçəkmiş şəxs6 Firudin oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 tanımır, belə bir şəxslərdən heç vaxt pul almamışdır. Həmin şəxslərin nə üçün onun barəsində bu cür ifadə vermələrinin səbəbini bilmir. Janet ondan faizlərini almağa çalışır. Məhz ona görə sonuncunun tanışları olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ondan polisə şikayət etmişdilər, ki ona təzyiq edərək Janet xanıma ödənilmədiyi faizləri ödəsin. Göstərilənlərə əsasən ona qarşı irəli sürülmüş ittihamla razılaşmayaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yaşayır. 2020-ci ilin yay aylarında ünvan 9a yerləşən gözəllik salonda işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Elçin onun əl işini bəyəndikdən sonra onunla birlikdə işləməyi təklif etmişdir. Onunla təxminən 3 ay müddət ərzində işləmiş, Həmin ərəfədə Elçin ona qadınların qaşlarını düzəltmək üçün «Phibrows» markalı qaş işləmək üçün aparat almağı təklif etmiş və həmin aparatı tanışları 700 manata satdığını və onun üçün ala biləcəyini bildirmişdir. Buna görə 2020-ci ilin iyul ayının axırlarında Elçinə həmin ofisdə qeyd olunan aparatı almaq üçün 700 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs onun üçün aparatı alıb gətirməmişdir. Bundan sonra Elçin ona lazer effektivliyi ilə qalıcı dodaq boyası ilə işləməyi öyrətməyi vəd etmiş, buna görə ondan 2020-ci ilin avqust ayında 600 manat pul istəmişdir. Ona inanıb 600 manat pulu həmin ünvanda yerləşən işlədikləri salonda Təqsirləndirilən şəxs vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs vəd verdiyi qaş aparatını gətirməmişdir. Lazer effektivliyi ilə qalıcı dodaq boyası ilə işləməyi öyrətməmişdir. Təqsirləndirilən şəxsla birlikdə işlədikləri üçün ona etibar etdiyinə görə güman etmişdir ki, ya onun pulunu qaytaraçaq ya da vəd etdiyi aparatı alacaq və onun Lazer effektivliyi ilə qalıcı dodaq boyası ilə işləməyi öyrədəcək, Elçin hər dəfə yalançı vədlər vermişdir. O da, ona inanmışdır ki, verdiyi vədlərə əməl edəcəkdir. 2020-ci ilin noyabr ayının axırlarında Təqsirləndirilən şəxsla birlikdə ünvan 10 ünvanda yerləşən «Kristella» gözəllik salonunda bir otaq icarəyə götürmüşdür. Həmin otaqda 3 ustanın işləməsi üçün yer olmuşdur. O, Elçin və digər usta Ramin özlərinə məxsus olan kosmetik əşyaları hər biri ayrı-ayrı dolablara yığmışlar və bir müddət orada işləmişlər. 14.12.2020-ci il tarixdə pandemiya ilə bağlı gözəllik salonu müvəqqəti fəaliyyətini dayandırmışdır. O da salonda olan dolabın qapısını açarla bağlamışdır. 25.12.2020-ci il tarixdə ona alətləri lazım olduğu üçün salonun müdiri Kəmalə xanımdan birlikdə salona getməyi və salonu açmasını xahiş etmiş və orada olan kosmetik əşyalarını götürmək istədiyini bildirmişdir. İş otağına daxil olmuş, açarla dolabıın qapısını açmaq istəyəndə görmüşdür ki, ona məxsus olan dolabın qapısı açıq vəziyyətdədir, dolaba qoyduğu kosmetik boyaların olmadığını aşkar etmişdir. Kəmalə xanımdan maraqlanan zaman bildirmişdir ki, təxminən 7-8 gün bundan əvvəl Təqsirləndirilən şəxs Gəncə şəhərinə seminara getdiyi bildirərək ona məxsus kosmetik boyalarını özününki olduğunu bildirərək götürmüşdür. O, həmin vaxt salonda olanda görmüşdür ki, Təqsirləndirilən şəxs özünə məxsus dolabın qapısı da açıqdır, öz əşyalarını da götürüb aparmışdır. Ramin də bu hadisənin şahidi olmuşdur. O, dolaba qoyduğu kosmetik boyalarının olmadığını aşkar etdikdən dərhal sonra həmin gün yəni, 25.12.2020-ci il tarixdə axşam saat 21 radələrində Elçin ona zəng edib Turkiyədə olduğunu və kosmetik boyalarını qaytaracağını bildirərək onun haqqında şikayət etməməyini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında bir neçə telefon danışıqları olmuş, Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, Təqsirləndirilən şəxs ona olan etibarından sui-istifadə edərək ona qadınların qaşlarını düzəltmək üçün aparat alacağını vəd edərək 700 mant, lazer effektivliyi ilə qalıcı dodaq boyası ilə işləməyi öyrətməyi adı ilə 600 manat, umumilikdə 1300 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, habelə sonuncu ilə barışmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında yerləşən “Well estetik” mərkəzində lozeroloqkosmetoloq işləyir. Uzun illərdir ki, kirayədə yaşayır və qızı Lalə talasemiya xəstəsi olmaqla birinci qrup əlil olduğundan ipoteka yolu ilə özünə ucuz qiymətə mənzil almaq istəmişdir. Ona sosial evlərin daha ucuz qiymətə satıldığını demişlər. O da qızı əlil və himayəsində olduğundan ona sərfəli və ucuz mənzil satılmasını nəzərə almışdır. Bir neçə tanışından bu barədə ona köməklik etməsini xahiş etmişdir. Keçmiş iş yoldaşı Şahid1 da bu barədə demişdir. 23 noyabr 2020-ci il tarixdə ona zəng vuraraq sosial evlərin alınmasında ona yardım edə biləcək adamı tapdığını, onunla görüşməyi təklif etmişdir və onu öz iş yerinə çağırmışdır. O, yaxın qohumu Zərərçəkmiş şəxs3 müraciət edib demişdir ki, sosial evlərdən mənzil almağa köməklik edən şəxs olduğunu, bu məsələ ilə əlaqədar onunla gedib həmin şəxslə söhbət etməsini təklif etmişdir. 24 noyabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində qohumu Zərərçəkmiş şəxs3la Aygünün işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmişdir. Orada Aygün və Aygünün ona təqdim etdiyi Təqsirləndirilən şəxs ilə görüşmüş, görüş zamanı Aygün ona Elçini yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etmişdir. Elçin də ona demişdir ki, prezdent aparatında işləyən Hikmət Hacıyevin yaxın qohumudur, əvvəllər MTN-də(Milli Təhlükəzilik Nazirliyində) işləmişdir. Sonra xəstəliyi ilə bağlı pensiyaya çıxmışdır. Ondan adında hər hansı bir əmlak olub-olmamasını soruşmuş, ona adında heç bir əmlak olmadığını bildirmişdir. Ondan neçə mənzil almaq istədiyini soruşanda ona uzun müddətli kreditlə 2 ədəd mənzil, yəni bir oğlu Rüstəm üçün, digərini də özünə almaq istədiyini bildirmişdir. Elçin ondan 76 kvadratmetr sahəsi olan bir mənzil üçün 7000 manat pulu ilkin ödənişi etməli olacağını bildirmişdir. O da Elçinlə razılaşmışdır. Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs inandığından güzəştli şərtlərlə tikilən sosial evlərdən bir ədəd 76 kvadrat sahəsi olan mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 7000 manat pulu ödəyərsə, onun üçün də qeyd olunan mənzillərdən almağa köməklik edə bilər. Elçin onun, oğlu Rüstəmin və Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqələri istəyərək adlarına əmlak olub-olmamasını bilmək üçün yoxlayacağını bildirmişdir. Bu söhbət tamamlanmışdır. Oğlu Rüstəmə də bu barədə bildirmiş, ona mənzil almağına etiraz etməmiş və şəxsiyyət vəsiqəsini özü Təqsirləndirilən şəxs təqdim edcəyini bildirmişdir. Ertəsi gün, yəni 25 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs həmin vaxt icarə götürüb işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmiş, orada ona öz şəxsiyyət vəsiqəsini vermiş, Bundan bir gün sonra isə 26 noyabr 2020-ci il tarixdə nahar saatlarında oğlu Rüstəm özünün və Nahidin şəxsiyyət vəsiqəsini gətirib «Kristella» gözəllik salonunda Təqsirləndirilən şəxs verərək xahiş etmişdir ki, komendant saatı olduğundan onların şəxsiyyət vəsiqəsini tezliklə qaytarsın, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs onların şəxsiyyət vəsiqəsini qaytarmışdır. Təqsirləndirilən şəxs telefonunda olan Whatsap proqramı vasitəsilə onun telefonumda olan Whatsap proqramına zəng edib bildirmişdir ki, «sizin və oğlunuz üçün hər birinin 76 kvadrat metr olmaqla Yasamal rayonunda yerləşən Sosial evlərdən iki ədəd mənzil ala bilərəm». Elçinə inanmışdır. Elçin ona bildirmişdir ki, «pulu tez gətirin, çünki ilin yekundu, sonra mənzil tapa bilmərik». Oğlu Rüstəmə də bu barədə bildirmişdir. Rüstəm onun üçün mənzil almağıma etiraz etməmiş. O, Elçinə inandığı üçün Elçinin mənzillərə görə ondan 2 mənzilə görə istədiyi 14000 manat pulu 27.11.2020-ci il tarixdə ona verəcəyini bildirmişdir və həmin vaxt Elçinin istifadə etdiyi mobil telefon nömrəsini götürmüşdür. O, da onun mobil telefonunu götürmüşdür. O, 14000 manat pulu hazırlamış və Elçinlə telefonla danışıb pulu hazırladığını bildirmişdir. Elçin 27.11.2020-ci il tarixdə saat 14 radələrində ünvan 12 ünvanında yerləşən işlədiyi «Well estetik» gözəlik salonuna gəlmiş, həmin vaxt oğlu Rüstəm və iş yoldaşı Şahid2 da onun yanında olmuşdur. Həmin vaxt Elçin bildirmişdir ki, onlar üçün binanın birinci mərtəbəsindən 54 kvadratmetr, 9-cu mərtəbədən 96 kvadratmetr sahəsi olan mənzilləri alacaqdır. Eyni zamanda Elçin ona bildirmişdir ki, 96 kvadratmet sahəsi olan mənzilə görə aylıq 245 manat, 54 kvadratmetr sahəsi olan mənzilə görə isə ayda 95 manat pul ödəyəcəkdir. O, Elçinlə razılaşmış və 14000 manat pulu orada Elçinə vermişdir. Elçin pulları sayıb 14000 manat olduğunu təsdiq edib götürmüşdür. Ona və oğlu Rüstəmə vəd edib bildirmişdir ki, 21 dekabr 2020ci il tarixdə onlara zəng gələcək və onları Asan xidmətə çağıracaqlar və onlara qeyd etdiyi mənzilləri təqdim edəcəklər. Səhv etmirsə, 28 noyabr 2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs3 da 7000 manat pulu hazırlayıb sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq üçün Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna gedib həmin məbləğdə pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra Nahiddən eşitmişdir ki, o, mənzil almaq üçün Təqsirləndirilən şəxs mənzil almaq üçün 7000 manat pulu verəndən sonra 2020-ci ilin noyabr ayının axırında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Asan xidmət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs onun tanışı Zərərçəkmiş şəxs5 də onun üçün sosial evlərdən güzəştli mənzil almaq üçün 9500 manat pulunu almışdır. Təqsirləndirilən şəxs ona da vəd verərək 2020-ci ilin dekabr ayının axırlarında ona zəng gələcəyini və onu da Asan xidmətə çağıracaqlar və mənzilini təqdim edəcəklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs inanmışdır ki, həqiqətən qeyd etdiyi tarixdə vəd etdiyi mənzilləri onlara təqdim edəcəklər, sevindiyinə görə tanışları və qohumlarına, o cümlədən Zərərçəkmiş şəxs6 Firudin oğluna da sosial evlərdən uzun müddətli kreditə ilkin ödəniş kimi hər bir mənzilə görə 7000 manat, 2 mənzil alınmasına 14000 manat pul ödədiyini, 21 dekabr 2020-ci il tarixdə mənzillərin onlara təqdim ediləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs6 da ucuz qiymətə ipoteka yolu ilə mənzil istədiyini və kimin vasitəsilə mənzili aldığını soruşaraq onu da həmin şəxslə tanış etməyini xahiş etmişdir. Ona görə də Rövşəni Elçinlə tanış etmişdir. Belə ki, 04 dekabr 2020-ci il tarixdə Rövşəni və Elçini ünvan 11 ünvanında “Well estetik” mərkəzinə işlədiyi salon dəvət etmişdir. Həmin gün saat 17 rədələrində Rövşən öz dostu İxtiyar adlı şəxslə işlədiyi qeyd olunan salona gəlmişlər. 5-6 dəqiqədən sonra Təqsirləndirilən şəxs da işlədiyi salona gəlmiş və Rövşən də Elçinlə güzəştli şərtlərlə mənzil almaq barədə söhbət etmişlər. Rövşən pulu verməmişdən əvvəl onun da fikrini öyrənmək istəmişdir. Rövşənə Elçini az müddətdə tanıdığını, lakin etibar edərək 14000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Rövşən onun və dostu İxtiyarın yanında ilkin olaraq 4500 manat pulu Elçinə vermişdir. Həmin vaxt iş yoldaşı Şahid2 salonda olmamışdır. 21 dekabr 2020-ci il tarixdə almaq istədiyi mənzillərlə bağlı Elçinin onu aldatdığını müəyyən etmişdir. Həmin gün Rövşənlə də danışaraq Elçinlə danışıb danışmamasını soruşmuş, Rövşən də Elçinin onu aldatdığını, 03 mənzil satmaq adı ilə 22500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Elçinin onu aldadaraq 14000 manat pulunu ələ keçirməsilə bağlı Nəsimi RPİ-nin 21-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir, Təqsirləndirilən şəxs o, 2020-ci ilin noyabr ayından Şahid1 vasitəsilə tanış olmuşdur. 2020-ci ilin noyabr ayından əvvəl Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir yerdə görüşməmişdir. Təqsirləndirilən şəxs ondan borc pul almamış, hadisə ifadəsinin yuxarı hissəsində göstərdiyi kimi baş vermişdir. O, Baş Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinə Təqsirləndirilən şəxs barəsində şikayət ərizələri yazsa da, həmin ərizələrilə əlaqədar yalnız Nəsimi RPİ-də araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs4 şikayəti ilə əlaqədar Baş Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində apaşdırma aparılmasından və Təqsirləndirilən şəxs həmin idarəyə dəvət edilməsi barədə heç bir məlumatı olmamışdır. O, 2020-ci ilin noyabr ayında özləri üçün MİDA tikinti şirkətinin tikdiyi sosial binalardan mənzil almaq üçün Təqsirləndirilən şəxs 14000 manat pul verməyini qohumu Zərərçəkmiş şəxs3 bilmişdir, Nahid də Təqsirləndirilən şəxs vermək üçün 7000 manat pulu Zərərçəkmiş şəxs5 götürərkən Təqsirləndirilən şəxs onun tanışı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, habelə sonuncu ilə barışmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanda yaşayır. Zərərçəkmiş şəxs2 onun xalası qızıdır. ünvan 12 ünvanında yerləşən «Well estetik» gözəlik salonuna lozeroloq-kosmetoloq işləyir. Zərərçəkmiş şəxs2 oğlu Rüstəm və qızı Lalə ilə birlikdə ünvan 14 ünvanında yaşayırlar. Münasibətləri normaldır. 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Janet ona müraciət edərək sosial evlərdən mənzil almağa köməklik edən şəxs olduğunu, bu məsələ ilə əlaqədar onunla bərabər gedib həmin şəxslə söhbət etməsini xahiş etmişdir. O da, Janetə etiraz etməmişdir. 24 noyabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində ona Janetlə Aygün adlı rəfiqəsinin işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmişlər. Orada Aygün və Aygünün Janetə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı Aygün Təqsirləndirilən şəxs yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etmişdir. Elçin onlara prezdent aparatında işləyən Hikmət Hacıyevin yaxın qohumu olduğunu, əvvəllər MTNdə(Milli Təhlükəzilik Nazirliyində) işlədiyini, sonra xəstləiyi ilə bağlı pensiyaya çıxdığını, hər bir işə köməklik əlindən gəldiyini bildirmişdir. Janet Təqsirləndirilən şəxs sosial evləndən mənzil almaq istədiyini bildirmişdir. O isə, Janetdən adında hər hansı bir əmlak olub-olmamasını soruşmuşdur. Janet də ona adında heç bir əmlak olmadığını bildirmişdir. Daha sonra Janetdən neçə mənzil almaq istədiyini soruşanda Janet ona oğlu Rüstəm və özü üçün uzun müddətli kreditlə 2 ədəd mənzil almaq istədiyini bildirmişdir. Elçin 76 kvadratmetr sahəsi olan bir mənzil üçün 7000 manat ilkin ödənişi etməli olacağını bildirmiş, Janet də Elçinlə razılaşmışdır. O da, Təqsirləndirilən şəxs sosial evlərdən mənzil almağa köməklik etməsinə inandığından o da, bir ədəd 76 kvadrat sahəsi olan mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 7000 manat pulu ödəyərsə, onun üçün də qeyd olunan mənzillərdən almağa köməklik edə bilər. Elçin onun, Janet və oğlu Rüstəmin şəxsiyyət vəsiqələri istəyərək adlarına əmlak olub-olmamasını bilmək üçün yoxlayacağını bildirmişdir. Onlarda Təqsirləndirilən şəxsla razılaşmışlar və ayrıldıq Sonradan Janet öz şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs təqdim etmişdir. 26 noyabr 2020-ci il tarixdə Rüstəm şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs verəcəyi üçün getdiyindən o da, Rüstəmdən xahiş etmişdir ki, onun da şəxsiyət vəsiqəsini özü ilə götürüb Təqsirləndirilən şəxs versin. Rüstəm də həmin gün özü tək gedib onun və özünün şəxsiyyət vəsiqələrini Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna gedərək orada Təqsirləndirilən şəxs verərək komendant saatı olduğundan tezliklə qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da Rüstəmə adlarına əmlak olub-olmamasını tezliklə yoxlayıb həmin gün axşam saatlarında qaytaracağını bildirmişdir. həmin gün Rüstəm «Kristella» gözəllik salonuna axşam saatlarında gedərək Təqsirləndirilən şəxs özünün və onun şəxsiyyət vəsiqəsini götürmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt Rüstəmə adlarına əmlakı olub-olmamasını yoxlatdırdığını, adlarına əmlak olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Janetə zəng edib bildirmişdir ki, onlar üçün hər biri 76 kvadrat metr olmaqla Yasamal rayonunda yerləşən sosial evlərdən iki ədəd mənzil ala bilər, ilin yekunu olduğunu, sonra mənzil tapa bilməcəyini, pulu tez gətirməyi tapşırmışdır. Janet 14000 manat pulu hazırladığını bildirmiş, Elçin də Janetin işlədiyi gözəllik salonuna gəlib pulu götürəcəyini bildirmişdir. 27.11.2020-ci il tarixdə günorta saatlarında Janetin işlədiyi salona gəlib pulu götürəcəyini bildirmişdir. Janet işlədiyi salona pulun Elçinə verilməsində iştirak etmək üçün oğlu Rüstəmi ora dəvət etmişdir. 27.11.2020-ci il tarixdə saat 14 radələrində ünvan 12 ünvanında yerləşən işlədiyi «Well estetik» gözəlik salonuna gəlmiş və onlar üçün binanın birinci mərtəbəsindən 54 kvadratmetr, 9-cu mərtəbədən 96 kvadratmetr sahəsi olan mənzilləri alacağını, 96 kvadratmet sahəsi olan mənzilə görə aylıq 245 manat, 54 kvadratmetr sahəsi olan mənzilə görə isə ayda 95 manat pul ödəyəsəklərini bildirmişdir. Onlarda Elçinlə razılaşmışlar. X16, iş yoldaşı Şahid2 yanında Elçinə 14000 manat pulu vermişdir. Elçin pulları sayıb götürərək zəruri ödənişləri edəcəyini, onlar verdiyi puldan ona cizi miqdarda pul qalacağını. 21 dekabr 2020-ci il tarixdə onlara zəng gələcəyini və onları Asan xidmətə çağıracaqları və onlara qeyd etdiyi mənzilləri təqdim edəcəklərin, verdikləri pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir.Elçinin Rüstəm və Janetlə apardığı bu söhbətlər onda da Elçinə qarşı inan yaranmışdır. Həmin gün Təqsirləndirilən şəxs onun telefon əlaqəsi saxlayaraq sosial evlərdən alacağı mənzilə görə ona verəcəyi 7000 manat pulu tezliklə çatırmasını tapşırmışdır. Həmin vaxt o da tanışı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs köməkliyi ilə sosial evlərdən mənzil alacağını bildirib ona 7000 manat borc pul verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 etiraz etməyərək ona 7000 manat borc pul vermişdir. Zərərçəkmiş şəxs5 də həmin mənzillərdən almasına köməklik etməsini üçün Təqsirləndirilən şəxs müraciət etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs5 demişdir ki, Elçinlə görüşüb pulu verəndə bu barədə ona bildirəcəkdir. 28 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Rüstəmlə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmişlər. Təqsirləndirilən şəxs hansısa qadın müştərinin qaşlarını tatu etməklə məşqul olmuşdur. Onların gəldiyini görüb onlarla söhbət etməyə başlamış və həmin vaxt sosial evlərdən mənzil almaqla əlaqədar tələb olunan 7000 manat pulu gətirdiyini və pulu vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanındakı müştəriyə məhəl qoymadan ondan 7000 manat pulu alıb sayıb götürmüş və pulun 7000 manat olduğunu təqdiq edərək bildirmişdir ki, 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcək və onu Asan xidmətə çağıracaqlar və qeyd etdiyi mənzili onu təqdim edəcəklər, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs5 də sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, mənzillər hal-hazırda məhduddur, maraqlanmalıdır, əgər alınarsa, ona xəbər edəcəkdir. Həmin gün, yəni 28 noyabr 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, sosial evlərdə sahəsi böyük olan bir mənzil qalmışdır, həmin mənzilə görə 9500 manat ödəniş etmək lazım olduğunu, pulu sabaha çatdırmasını tapşırmışdır. Həmin vaxt bu barədə Zərərçəkmiş şəxs5 bu barədə bildirmiş, Zərərçəkmiş şəxs5 özü də Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb danışmışdır. Təqsirləndirilən şəxs sosial evlərdən güzəştli şərtlərlə mənzil almasına köməklik etdiyini, bu işdə səriştəsi olduğunu bildirmiş və Zərərçəkmiş şəxs5 də inandırmış və 9500 manat pulu təcili olaraq ona çatdırmasını bildirmişdir. Zərərçəkmiş şəxs5 01 dekabr 2020-ci il tarixdə pulu hazırlamış və ona onunla birlikdə gedib pulu Təqsirləndirilən şəxs verməyi bildirmiş, o isə işdə olduğundan işdən ayrılmaq imkanı olmadığını, Rüstəm də Təqsirləndirilən şəxs tanıdığını və onunla birlikdə gedib pulu Elçinə verməyi təklif etmitşdir. Zərərçəkmiş şəxs5 idarə etdiyi Mersedes markalı avtomobildə Rüstəmlə birlikdə 01 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu 3 saylı Asan xidmətin yaxınlığına getmişlər, orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada Zərərçəkmiş şəxs5 şəxsən özü Təqsirləndirilən şəxsla qeyd olunan mənzillə bağlı söhbət etmişlər, həmin mənzilə görə Zərərçəkmiş şəxs5 ona 9500 manat pulu ödəməli olduğunu bildirmiş və 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcəyini və onu Asan xidmətə çağıracaqlarını və ona qeyd etdiyi mənzili təqdim edəcəklərini, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 də Elçinə inandığından özü ilə gətirdiyi 9500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. o da, pulu sayıb 9500 manat olduğunu təsdiq etmişdir. Bundan sonra eşitdiyinə görə həmin vaxtlarda Janet Rövşənlə söhbət əsnasında sosial evlərdən ipoteka yolu ilə mənzil aldığını və 14000 manat ilkin ödəniş kimi pul verdiyi bildirmişdir. Rövşən də ucuz qiymətə ipoteka yolu ilə mənzil istədiyini və kimin vasitəsilə mənzili aldığını Janetdən soruşaraq onu da həmin şəxslə tanış etməyini xahiş etmişdir. Janet də Rövşəni Elçinlə tanış etmiş, Elçin Rövşəni də inandıraraq onun üçün sosial evlərdən 3 mənzil almağa köməklik edəcəyini vəd edərək 22500 manat pulunu almışdır. 21 dekabr 2020-ci il tarixdə və bundan sonrakı vaxtlarda onlara heç bir yerdən mənzillərin onlara verilməsi ilə əlaqədar heç bir zəng və məlumat gəlməmişdir. Təqsirləndirilən şəxs əlaqələri kəsib zənglərə cavab verməyib onlardan gizlənmişdir. O, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən axtarılıb tapılaraq tulduğunu eşitmiş, O da, Yasamal RPŞ-nə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs onu aldadaraq sosial evlərdən güzəştli şərtlərlə mənzil alacağına köməklik edəcəyini yalandan vəd edib 7000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs boyu təxminən 170-172 sm, 31-33 yaşlı və saçları qara rəngli, qalın qaşları olmur, onun özü və ya fotoşəkli ona təqdim edilərsə, tanıya bilər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, habelə sonuncu ilə barışmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 27.11.2020-ci il tarixdə saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs3 onun yanına gələrək Janetin tanışı Təqsirləndirilən şəxs köməkliyi ilə sosial evlərdən mənzil alacağını bildirib ona 7000 manat borc pul verməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs2 artıq Təqsirləndirilən şəxs MİDA şirkətinin Yasamal rayonu ərazisində tikdiyi sosial binalardan güzəştli şərtlərlə oğlu Rüstəm və özünə 2 ədəd mənzil almaq istədiyini, hər bir mənzilə görə 7000 manat, ümumilikdə 14000 manat pul verdiyini, 21 dekabr 2020 il tarixdə Asan xidmət tərəfindən onlara zəng olunun mənzilləri onlara təqdim edəcəklərini bildirmişdir. Nahidə etiraz etməyərək 7000 manat pulu ona borc vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 həmin mənzillərdən onun da almasına köməklik etməsi üçün Təqsirləndirilən şəxs müraciət etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ona demişdir ki, görüşüb pulu verəndə bu barədə ona bildirəcəkdir. 28 noyabr 2020-ci il tarixdə saat 16 radələrində X1 birlikdə Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmişlər. Orada Zərərçəkmiş şəxs3 sosial evlərdən mənzil almaqla əlaqədar tələb olunan 7000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da, Nahidə 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcəyini və onu Asan xidmətə çağıracaqlarını və qeyd etdiyi mənzili ona təqdim edəcəklərini, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 7000 manat pulu Təqsirləndirilən şəxs verəndən sonra onun da sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs3 bildirmişdir ki, mənzillər hal-hazırda məhduddur, maraqlanacaq, əgər alınarsa, ona xəbər edəcəkdir. Bu görüşdən sonra Nahid də Təqsirləndirilən şəxs ona sosial evlərdə sahəsi böyük olan bir mənzil qalmasını mənzilə görə 9500 manat ödəniş etmək lazım olduğunu, pulu sabaha çatdırmasını tapşırmışdır. Həmin ərəfələrdə, yəni 01 dekabr 2020-ci il tarixdə bankdan kreditə borc pul götürmüş və pulu hazırlamışdır. Zərərçəkmiş şəxs3 onunla birlikdə gedib pulu Təqsirləndirilən şəxs verməyi təklif etmişdir. Nahid isə işdə olduğundan işdən ayrılmaq imkanı olmadığını, Janetin oğlu Rüstəm Təqsirləndirilən şəxs tanıdığını və Rüstəmlə birlikdə gedib pulu Elçinə verməyi təklif etmişdir.həmin gün Şahid4 istifadə etdiyi mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib Təqsirləndirilən şəxs onları həmin gün saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu 3 saylı Asan xidmətin yaxınlığında gözləyəcəyini bildirmişdir, o, həyat yoldaşı X4 adına olan idarə etdiyi «Mercedes Benz ML 350» markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisinə gəlmiş, orada Şahid4la təxminən saat 16:40 radələrində görüşmüşlər və birlikdə idarə etdiyi qeyd olunan avtomobillə Bakı şəhəri Yasamal rayonu 3 saylı Asan xidmətin yaxınlığına getmişlər,təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs ora gəlmiş və onlarla salamlaşıb idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmiş və onunla sosial evlərdən güzəştli mənzilin alınması ilə əlaqədar söhbət etmiş, Təqsirləndirilən şəxs da ona bir daha bildirmiş ki, 83 kvadratmetr sahəsi olan mənzilə görə 9500 manat pulu ödəməli olduğunu və həmin mənzili də 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcəyini və o Asan xidmətə çağırılacağını və ona qeyd etdiyi mənzili təqdim edəcəklərini, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. O da, ona inandığından özü ilə gətirdiyi 9500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O da, pulu sayıb 9500 manat olduğunu təsdiq etmişdir. Bundan sonra ondan ayrılmışlar. 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi heç bir yerdən mənzillərin onlara verilməsi ilə əlaqədar heç bir zəng və məlumat gəlməmişdir. Təqsirləndirilən şəxs əlaqələri kəsib zənglərə cavab verməyib onlardan gizlənmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən aldanıldıqlarını bilmişlər, pullarını ondan tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlib bəhanələr gətirərək pullarını geri qaytarmamışdır. O, istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs zəng etməmiş, pullarının geri qaytarılması ilə əlaqədar onunla həmin vaxtlar Zərərçəkmiş şəxs2, Şahid4 istifadə etdikləri mobil telefon nömrələri ilə zənglər etmişdirlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə Nəsimi RPİ-nə müraciət etmiş, o isə işləri olduğu üçün hüquq mühafizə orqanlarına həmin vaxt müraciət etməmişdir. 17 may 2021-ci il tarixdə Janet mənimlə əlaqə saxlayıb Elçinin tutulduğunu bildirdikdə o, Janetlə birlikdə Nəsimi rayon polis idarəsinə gəlmiş və Elçin tərəfindən aldanılaraq 9500 manat pulumu ələ keçirməsi barədə ərizə yazmışdır. O, Elcin Bahbudova 01.12.2020-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu 3 saylı Asan xidmətin yaxınlığında 9500 manat pulu verdiyi yeri əyani olaraq göstərə bilər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, habelə sonuncu ilə barışmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 15 ünvanında qeydiyyatda olmaqla Yasamal rayonu ünvan 16vanında ailəsi ilə birlikdə yaşayır. Onun övladlarının yaşı artdığından onlar üçün əlavə mənzil almaq istəmişdir. Bunun üçün o, bir neçə nəfərdən maraqlandıqda qohumu Zərərçəkmiş şəxs2 ona tanışı Təqsirləndirilən şəxs Yasamal rayonu Yasamal yaşayış kompleksində yerləşən sosial evlərdən (MİDA) ipoteka yolu ilə ucuz qiymətə faizsiz mənzillərin alışında köməklik edə biləcəyini bildirmişdir. O, Janetin fikrindən həvəslənərək üç mənzil almaq qərarına gəlmiş və onu Təqsirləndirilən şəxsla görüşdürməsinə köməklik etməyini xahiş etmişdir. 04 dekabr 2020-ci il tarixdə saat 17 radələrində o, Janet və Elçin R.Behbudov küçəsi 144 ünvanında yerləşən Janetin iş yerində “Well” Estetik mərkəzdə görüşmüşlər. dük. O, Janet və Elçinlə görüşə dostu İxtiyarla birlikdə getmişdir. Elçindən ona mənzillərlə bağlı məlumat verməyini tələb ettmişdir. Elçin ona ipoteka yolu ilə ilkin ödəniş kimi 10000 manat verməli olduğunu bildirmişdir. Elçinə üç mənzil alacağını və bunun üçün ona ilkin ödənişlərdə endirimdə köməklik etməyini xahiş etmişdir. Elçin ona kömək kimi hər mənzil üçün 7500 manat pul tələb etmiş, üç mənzilə görə ümumilikdə 22500 manata razılşamışlar. Elçin ona 22500 manatı 28 dekabr 2020-ci il tarixinədək ödədikdən sonra mənzilləri təhvil verəcəyini və onu Asan Xidmət mərkəzinə çağıracağını bildirmişdir. Elçindən mənzilləri nə vaxt görə biləcəyini soruşduqda, Elçin ona 18 dekabr 2020-ci il tarixdə mənzilləri göstərə biləcəyinə söz vermişdir. İlkin olaraq 4500 manat pulu Elçinə verməmişdən əvvəl Janetdən Elçini tanıyıb-tanımadığını, etibar etdiyini soruşmuşdur.Janet də tam əminliklə Elçinə etibar etdiyini və pulu verə biləcəyini ona demişdir. O, həmin gün söhbətlərindən sonra Janet və İxtiyarın yanında 4500 manat Elçinə pul vermişdir. Daha sonra 06 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Yasamal rayonu M.Seyidov küçəsi 21-25 saylı ünvanda yerləşən İlahiyyət məsçidinin qarşısında Elçinlə görüşərək 7000 manat pul vermişdir. 08 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində Elçin yaşadığı Yasamal rayonu Zərdabi küçəsi 3166-cı məhəlləyə gəlmiş və onunla onunla görüşərək əlavə olaraq 2500 manat pulu ona vermişdir. Qalan 8500 manat pulu dostu Şahid6 ondan götürərək onun xahişi ilə Elçinə çatdırmışdır. 8500 manat pulun 6000 manatını 15 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində, 2500 manat pulu isə 16 dekabr 2020-ci il tarixə təxminən saat 20 radələrində Elçinlə Yasamal rayonu M.Seyidov küçəsi 21-25 saylı ünvanda yerləşən «İlahiyyət» məsçidinin qarşısında görüşərək vermişdir. Bununla da o,Təqsirləndirilən şəxs danışdığı kimi 22500 manat pulu çatdırmışdır. O, 18 dekabr 2020-ci il tarixdə Elçinlə əlaqə saxlamaq istəsə də onun istifadəsində olan telefon nömrəsinə zəng çatmamış, bundan sonra o, Elçin tərəfındən aldanıldığını başa düşmüşdür. O, Janetlə görüşərək ona inanaraq pulu Elçinə verdiyini və Elçinin də onu aldatdığını, verdiyi 22500 manat pulu Elçindən alaraq ona verməyini və ya özünün onun pulunu geri qaytarmasını tələb etmişdir. Janet də Elçinin onu da inandıraraq aldatdığını və pulunu ələ keçirdiyini ona bildirmişdir. O həmçinin Təqsirləndirilən şəxsla aralarında olan “whatsapp” yazışmalarını 03 vərəqədə ifadəsinə əlavə etmişdir. Onun və dostu Şahid6 Təqsirləndirilən şəxsla görüşərək pulu ünvan 17 ünvan oldunü düzgün qeyd etməmişdir. Pulun Təqsirləndirilən şəxs o və Hüseyn tərəfindən verildiyi yer Yasamal rayonu M.Seyidov küçəsi 21-25 ünvandır. O, Təqsirləndirilən şəxs tanıyır və onun özü və ya fotoşəkli təqdim edilərsə tanıya bilər, onun boyu təxminən 170-175 sm, 30-35 yaşlı və qara saçlı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, habelə sonuncu ilə barışmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri,Xətai rayonu, Babək prospekti ev 78, mənzil104-də yaşayır, Elçini təxminən 1 ildir ki, tanıyır. «Nizami Mall» Ticarət Mərkəzində işlədiyi müddətdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Elçin orada qaş ustası işləmişdir. Sonradan Elçin «Nizami Mall»-dan çıxaraq ünvan 18 ünvanda yerləşən «Kristella» gözəllik salonunda işləməyə başlamışdır. Təqsirləndirilən şəxs həmçinin onun qaş ustası olub, bu səbəbdən də təxminən 17 noyabr 2020-ci il tarixdə «Kristella» gözəllik salonuna Elçinə qaşını düzəltdirmək üçün getmişdir. Orada olarkən Elçinlə danışıq apararkən Elçinə evinin olmadığını bildirmişdir. Həmin vaxt Elçin ona sosial ev almaq üçün köməklik edə biləcəyini, həmin evin alınması üçün 6000 manat ilkin ödəniş etmək lazım olduğunu və həmin məbləği də bankda ödəyəcəyini demişdir. Həmin vaxt Elçinə heç bir razılıq bildirməmiş və sonuncudan ayrılıb evə getmişdir. Evdə olarkən xeyli düşünmüş, bundan təxminən 2-3 gün sonra Elçin istifadəsində olan mobil nömrə ilə ona zəng edərək nə qərara gəldiyini soruşmuş, o da, ona razı olduğunu bildirmişdir. Sonra Elçin şəxsiyyət vəsiqəsini ona verməyini bildirmişdir ki, adında əmlakının olub-olmamasını yoxlatdırsın, o da, razılaşmışdır və Elçin pulu da gətirməyini demiş, o isə, ona əlində nəğd pulunun olmadığını, həmçinin alacağı evi və ya hər hansı bir sənədi görmədən pulu verməyə tərəddüd etmiş, lakin Elçin təkidlə pulu gətirməyini demişdir. Elçinə adında əmlakın olub-olmamasını yoxlatdırmadan bu işə əl qoymasını bildirsə də, Elçin təkidlə 6000 manat pulu gətirməyini demişdir. 30 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda yerləşən və Elçinin işlədiyi «Kristella» gözəllik salonuna gedərək onunla görüşmüş və 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq onun üçün heç bir sosial ev almamış və pulunu ələ keçirmiş, pulunu geri tələb etdikdə hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqram vasitəsi ilə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində yaşayır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs Əlxan oğlunu uzun müddətdir ki, tanıyır. Əsas işindən əlavə ünvan 19 ünvanında yerləşən «Kristella» gözəllik salonunda lazer ustası kimi fəaliyyət göstərir. Həmin yerə o, həftədə bir-iki dəfə iş dalınca gedir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə aralarında hər hansı bir narazılıq və ədavəti olmamışdır. 2020-ci ilin noyabr ayının sonlarında Yasamal rayonu ərazisində «Qaçət» deyilən yerin yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlədiyi gözəllik salonunda qaşını düzəltdirərkən istifadə etdiyi ***-***-**-** mobil telefon nömrənə Janetin istifadə etdiyi ***-***-**-** mobil telefonundan zəng gəlmiş və danışıq vaxtı Janet bildirmişdir ki,Yasamal rayonunda satılan sosial evlərdən ev almaq istəyir. Həmin vaxt telefonda mikrofonla danışığını eşidən və qaşını düzəldən Elçin ona bildirmişdir ki, bəs, o sosial mənzilləri düzəldə bilir, kim istəyibsə, köməklik etmişdir. «Bundan sizin xəbəriniz yoxdur?»-demişdir. Bundan sonra telefonu ilə Elçin Zərərçəkmiş şəxs2 ilə danışıb razılaşmışlar ki, sabah görüşsünlər. 2020-ci ilin noyabr ayında o, Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonunda olduğu zaman Elçin onun işlədiyi salona işləmək məqsədi ilə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 qohumu Nahid adlı şəxslə həmin ünvana gəlmiş, Elçin orada Janet və Nahidə özünü təqdim edərək prezident aparatında işləyən Hikmət Hacıyevin yaxın qohumu olduğunu və sosial mənzillərin düzəldilməsi ilə məşqul olur, onun əli hər yerə çatdığını, sosial mənzillər ucuz qiymətə alınmasına köməklik etməsi barəsində söhbət etməyə başlamışlar. Sonradan Janet ilə Elçin bir neçə dəfə görüşüb mənzil barəsində söhbət etmişlər. O, Janetə bildirmişdir ki, «Elçini dərindən tanımıram, birdən ona pul verərsən, mənlik olmasın, səni aldadar». Janet isə ona bildirmişdir ki, «sən narahat olma, mən Elçinlə maraqlanmışam, söhbət etmişəm və bizim işimizə qarışma» Sonradan Janetin özündən eşitmişdir ki, Təqsirləndirilən şəxs ona sosial mənzillərdən almağa köməklik edəcəyini vəd edib aldadaraq 14000 manat pulunu ələ keçirmişdir. Janetin və digər şəxslərin Təqsirləndirilən şəxs pul verməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 qohumu Nahid adlı şəxslə Təqsirləndirilən şəxsla görüşüb söhbət etmək üçün onun iş yerinə gəlib sosial mənzillərin alınması ilə əlaqədar söhbət etmişdirlər. Həqiqətən Təqsirləndirilən şəxs özünü yüksək vəzifəli şəxslərin və ya şəxslərin qohumu kimi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal rayonu H.B.ünvan 20 ünvanda yaşayır. Zərərçəkmiş şəxs2 2003-cü ildən tanıyır, ünvan 11 ünvanında yerləşən “Well” estetik mərkəzində Zərərçəkmiş şəxs2 ilə bir yerdə salonda kosmetoloq işləyir. 27 noyabr 2020-ci il tarixdə saat 14 radələrində “Well estetik” mərkəzində olarkən Elçin adlı şəxs işlədikləri salona gəlmiş, həmin vaxt salonda o, Janet və Janetin oğlu Rüstəm olmuşdur. Onların iştirakı ilə Janet sosial evlərdən mənzil almaq üçün 14000 manat pulu sayıb Elçinə vermişdir. Elçin də həmin pulları sayıb alaraq 14000 manat olduğunu təsdiq edib götürmüşdür. Təqsirləndirilən şəxs pulları alandan sonra oradaca Janetə və Janetin oğlu Rüstəmə bildirmişdir ki, 21 dekabr 2020-ci il tarixdə onların telefonuna zəng gələcək və onları Asan xidmətə çağıracaqlar və onlara inşa edilən sosial evlərdən mənzilləri təqdim edəcəklər. 21 dekabr 2020-ci il tarixdə Janetə və oğlu Rüstəmə heç bir yerdən mənzil verilməsi ilə əlaqədar zəng və məlumat gəlməmişdir. Təqsirləndirilən şəxs Janet və oğlu Rüstəmlə əlaqələri kəsib zənglərə cavab verməyib gizlənmişdir. Janet aldanıldıqlarını bilib 14000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirməsi bağlı Nəsimi RPİ-nin 21-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. 04 dekabr 2020-ci il tarixdə işdə olmamış, Lakin eşitmişdir ki, Təqsirləndirilən şəxs sosial evləndən güzəştli şərtlərlə mənzil almaq adı ilə Zərərçəkmiş şəxs2 qohumu Nihad Abbasovdan 7000 manat, Zərərçəkmiş şəxs6 22500 manat, Zərərçəkmiş şəxs5 adlı şəxsdən də 9500 manat pullarını alıb ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anası Janet və bacısı Lalə Sultanova ilə birlikdə və ünvan 14 ünvanda kirayədə yaşayırlar. Anası Zərərçəkmiş şəxs2 Yasamal rayonu ərazisində Asan xidmətin arxa tərəfində inşa olunmuş binalardakı mənzillərdən ipoteka yolu ilə ucuz qiymətə mənzil almaq istəmişdir. Həmin sosial evlərin daha ucuz qiymətə satıldığını demişlər. Anası Janet bir neçə tanışına bu barədə köməklik etməsini xahiş etmişdir. Anası Janet keçmiş iş yoldaşı Şahid1 ilə 2020-ci ilin noyabr ayında telefon əlaqəsi saxlayarkən Şahid1 anası Janetə sosial evlərin alınmasında ona köməklik edə biləcək adamı tapdığını, onunla görüşməyi təklif etmişdir və həmin şəxslə anası Janeti görüşdürmək üçün iş yerinə, yəni işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna çağırmışdır. Anası Janet yaxın qohumu Zərərçəkmiş şəxs3 müraciət edib sosial evlərdən mənzil almağa köməklik edən şəxs olduğunu, bu məsələ ilə əlaqədar onunla gedib həmin şəxslə söhbət etməsini təklif etmişdir. 24 noyabr 2020-ci il tarixdə nahar saatlarında anası Janet Zərərçəkmiş şəxs3la Aygünün işlədiyi «Kristella» gözəllik salonuna getmişlər. Orada Aygün Təqsirləndirilən şəxs ilə onları görüşdürmüşdür. Təqsirləndirilən şəxs özünü yüksək vəzifəli şəxsin, yəni prezdent aparatında işləyən Hikmət Hacıyevin yaxın qohumu olduğunu, əvvəllər MTE-də (Milli Təhlükəzilik Nazirliyində) işlədiyini, sonradan xəstləiyi ilə bağlı pensiyaya çıxdığını, əlindən hər bir işi düzüb qoşmaq imkanı vardır. X13 rayonu Yasamal Yaşayış kompleksində yerləşən sosial evlərdən (MİDA) almasına köməklik edəcəyini vəd edərək anası Janetdən adında hər hansı bir əmlak olub-olmamasını soruşmuş, anası Janet ona adlarında heç bir əmlak olmadığını bildirmişdir. Ondan neçə mənzil almaq istədiyini soruşanda anası Janet uzun müddətli kreditlə 2 ədəd mənzil, yəni bir onun üçün, digərini də, özünə almaq istədiyini bildirmişdir. Elçin anası Janetdən 76 kvadratmetr sahəsi olan bir mənzil üçün 7000 manat pulu ilkin ödənişi etməli olacağını bildirmişdir. Anası Janet də Elçinlə razılaşmışdır. Həmin vaxt bu söhbətlərdə iştirak edən Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs inandığından güzəştli şərtlərlə tikilən sosial evlərdən bir ədəd 76 kvadrat sahəsi olan mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 7000 manat pulu ödəyərsə, onun üçün də qeyd olunan mənzillərdən almağa köməklik edə bilərdemişdir. Elçin orada anası Janetdən şəxsiyyət vəsiqələrini istəyərək adlarında əmlak olubolmamasını yoxlayacağını bildirmişdir. Bu görüşdən sonra anası Janet Təqsirləndirilən şəxsla olmuş söhbətləri ona danışmışdır. Anası Janetin onun üçün mənzil almağına etiraz etməmiş və şəxsiyyət vəsiqəsini özü Təqsirləndirilən şəxs təqdim edəcəyini bildirmişdir. Anası Janet özü öz şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs təqdim etmişdir. 26 noyabr 2020-ci il tarixdə nahar saatlarında özünün və Nahidin şəxsiyyət vəsiqəsini Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna gedərək orada Təqsirləndirilən şəxs vermişdir, Təqsirləndirilən şəxs həmin vaxt həmin gözəllik salonunda işləmişdir. Həmin şəxsiyyət vəsiqələrini Elçin verərək xahiş etmişdir ki, komendant saatı olduğundan onların şəxsiyyət vəsiqələrini tezliklə qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da adlarına əmlakı olub olmamasını tezliklə yoxlayıb həmin gün axşam saatlarında qaytaracağını bildirmişdir. «Kristella» gözəllik salonuna axşam saatlarında gedərək Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini götürmüşdür. Təqsirləndirilən şəxs adlarına əmlakı olub-olmamasını yoxlatdırdığını, adlarına əmlak olmadığını bildirmişdir. Bundan sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs anası Janetlə Whatsap proqramı ilə zəng edib bildirmişdir ki, onlar üçün hər birinin 76 kvadrat metr olmaqla Yasamal rayonunda yerləşən sosial evlərdən iki ədəd mənzil ala bilər. Onlar Elçinə inanmışlar. Elçin anası Janetə ilin yekunu olduğunu, sonra mənzil tapa bilməcəyini, pulu tez gətirməyi tapşırmışdır. Anası Janet də ona bu barədə bildirmişdir. 27 noyabr 2020-ci il tarixdə anası Janet 14000 manat pulu hazırlamış və Elçinlə telefonla danışıb pulu hazırladığını bildirmiş, Elçin də günorta saatlarında anası Janetin işlədiyi salona gəlib pulu götürəcəyini bildirmişdir. Anası Janet onu işlədiyi salona pulun Elçinə verilməsində iştirak etmək üçün orada olmağını bildirdiyndən o da, həmin tarixdə və vaxta ora getmişdir. Təqsirləndirilən şəxs həmin gün, yəni 27.11.2020-ci il tarixdə saat 14 radələrində ünvan 12 ünvanında yerləşən «Well estetik» mərkəzinə anası Janetin işlədiyi salona gəlmişdir. Həmin vaxt orada salonda ondan və anası Janetdən başqa Janetin iş yoldaşı Şahid2 da olmuşdur. Həmin vaxt Elçin bildirmişdir ki, onlar üçün binanın birinci mərtəbəsindən 54 kvadratmetr, 9-cu mərtəbədən 96 kvadratmetr sahəsi olan mənzilləri alacaq, 96 kvadratmet sahəsi olan mənzilə görə aylıq 245 manat, 54 kvadratmetr sahəsi olan mənzilə görə isə ayda 95 manat pul ödəməlidirlər. Onlar da Elçinlə razılaşmış və orada anası Janet 14000 manat pulu Elçinə vermiş, Elçin pulları sayıb 14000 manat olduğunu təsdiq edib götürərək, onlara vəd edərək bildirmişdir ki, zəruri ödənişləri özü edəcək, onlara verdiyi puldan ona cizi miqdarda pul qalacaqdır. 21 dekabr 2020-ci il tarixdə onlara zəng gələcək və onları Asan xidmətə çağıracaqlar və onlara qeyd etdiyi mənzilləri təqdim edəcəklər, verdikləri pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Onlar da, Elçinə inanaraq çox sevincək olmuşlar. Onlar 14000 manat pulu Təqsirləndirilən şəxs verəndən sonra Təqsirləndirilən şəxs Nahidlə də əlaqə saxlayıb sosial evlərdən alacağı mənzilə görə ona verəcəyi 7000 manat pulu tezliklə çatırmasını tapşırmışdır. Zərərçəkmiş şəxs3 da tanışı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs köməkliyi ilə sosial evlərdən mənzil alacağını bildirib ona 7000 manat borc pul verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ona 7000 manat borc pul vermiş, həmçinin Nahiddən Təqsirləndirilən şəxs ona da mənzil almasına köməklik etməsini üçün müraciət etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 7000 manat pulu hazırlayandan sonra sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq üçün onunla birlikdə 28 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu R.Behbudov küçəsi 71 ünvanında yerləşən «Kristella» gözəllik salonuna getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hansısa qadın müştərinin qaşlarını tatu etməklə məşqul olmuşdur. Onların gəldiyini görüb onlarla mənzillərlə bağlı söhbət etməyə başlamışdır. Hahid Abbasov həmin vaxt sosial evlərdən mənzil almaqla əlaqədar tələb olunan 7000 manat pulu gətirdiyini və pulu vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanındakı müştəriyə məhəl qoymadan Zərərçəkmiş şəxs3 7000 manat pulu alıb sayıb götürmüş və 7000 manat olduğunu təqdiq edib Zərərçəkmiş şəxs3 bildirmişdir. 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcək və onu Asan xidmətə çağıracaqlar və ona qeyd etdiyi mənzili təqdim edəcəklər, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs5 də sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da Nahidə bildirmişdir ki, mənzillər hal-hazırda məhduddur, maraqlanmalıdır, əgər alınarsa, ona xəbər edəcəkdir. Həmin gün, yəni 28 noyabr 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Hahidə zəng edib bildirmişdir ki, sosial evlərdə sahəsi böyük olan bir mənzil qalmışdır, həçmin mənzilə görə 9500 manat ödəniş etmək lazım olduğunu, pulu sabaha çatdırmasını tapşırmışdır. Hahid Abbasov 01dekabr 2020-ci il tarixdə işdə olduğundan onndan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs5lə birlikdə gedib Təqsirləndirilən şəxs tələb etdiyi pulu verilməsində iştirak etsin.Belə ki, Zərərçəkmiş şəxs5 təxminən 5-6 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs5 tanıdığına görə və onunla arasında yaxın münasibət olduğundan Nahidin təklifi ilə razılaşmış, 01 dekabr 2020-ci il tarixdə günorta saatlarında o, Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış və Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu 3 saylı Asan xidmətin yanında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 idarə etdiyi Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə həmin ünvana gəlmişlər və orada həmin gün Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs orada Zərərçəkmiş şəxs5 Mercedes markalı avtomobilinin sağ qabaq oturacağına əyləşmiş və Zərərçəkmiş şəxs5 onunla sosial evlərdən güzəştli mənzilin alınması ilə əlaqədar söhbət etmişdir. Təqsirləndirilən şəxs da onlara dediyi şərtləri də Zərərçəkmiş şəxs5 deyərək böyük sahəsi olan mənzilə görə 9500 manat pulu ödəməli olduğunu bildirmişdir. Həmin mənzili də 21 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixə kimi olan dövrlərdə ona zəng gələcək və onu Asan xidmətə çağıracaqlar və ona qeyd etdiyi mənzili təqdim edəcəklər, verdiyi pulun mirqdarı da sənədlərdə göstəriləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 də ona inandığından özü ilə gətirdiyi 9500 manat pulu Təqsirləndirilən şəxs vermiş, o da, pulu sayıb 9500 manat olduğunu təsdiq edərək götürmüşdür. Bundan sonra ondan ayrılmışlar. Həmin ərəfələrdə anası Janet qohumu Rövşənlə söhbət əsnasında sosial evlərdən ipoteka yolu ilə mənzil aldığını və 14000 manat ilkin ödəniş kimi pul verdiyi bildirmişdir. Rövşən də ucuz qiymətə ipoteka yolu ilə mənzil istədiyini və kimin vasitəsilə mənzili aldığını soruşaraq onu da həmin şəxslə tanış etməyini xahiş etmişdir. Anası Janet də Rövşəni Elçinlə tanış etmişdir. Sonradan eşitmişdir ki, Elçin Rövşəni də inandıraraq onun üçün sosial evlərdən 3 mənzil almağa köməklik edəcəyini vəd edərək ümumilikdə 22500 manat pulunu almışdır. 21 dekabr 2020-ci il tarixdə heç bir yerdən mənzillərin onlara verilməsi ilə əlaqədar zəng və məlumat gəlməmişdir. Təqsirləndirilən şəxs əlaqələri kəsib zənglərə cavab verməyib onlardan gizlənmişdir. Aldanıldıqlarını başa düşüb anası Janet 14000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirməsi bağlı Nəsimi RPİ-nin 21ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5 ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Naxçıvan MRnın Hərbi Məhkəməsinin 29.07.2015-ci il tarixli hökmün surətindən görünür ki, Behbudov X10 MRnın Hərbi Məhkəməsinin 29.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur, Kəngərli rayon Məhkəməsinin 25.05.2018-ci il tarixli qərarına əsasən çəzasının çəkilməmiş hissəsi ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarında olan «Azərfon», «Azərcell» və "xxxx" MMC-lərdən çıxarılmış məlumatlarla Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayətlərdə özünə məxsus ********* və ********** simkart nömrələrindən istifadə edərək ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, Şahid4 istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-**, ***- ***-**-**, Şahid6 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə telefon danışıqları aparmaları və cinayəti törətdiyi vaxtlarda eyni anten dairəsində olması tam təsdiq olunmuşdur. İş materiallarında olan zərərçəkən şəxs Zərərçəkmiş şəxs6 ifadəsinə əlavə etdiyi “whatsapp” yazışmalarında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan sözügedən mənzillərin alınmasına köməklik ediləcəyi, mənzillərin yerinin göstəriləcəyi müvafiq pulun Elçinə verilməsinə, sonuncunun da həmin pulu almasına dair söhbətlərin aparılması sübuta yetirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini isə hansısa bir obyektiv və mötəbər faktla təsdiq olunmadığından özünü müdafiə kimi hesab edərək əsaslı saymır, həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilən ifadə cinayət məsuliyyətindən yayınması məqsədi daşıyır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan yalnız Zərərçəkmiş şəxs4 aid hissədə ödənilmiş, qalan hissədə isə ödənilməmişdir. Digər ərərçəkmiş şəxslər şikayətçidir. Onlara münasibətdə zərərin ödənilməsi üçün, barışıq əldə edilməsi üçün hər hansı bir cəhd edilməsi məhkəmədə müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, hazırkı iş üzrə də zərərçəkən şəxslərin sayının çoxluğunu, əməllərin sayının çoxluğunu, zərərin ödənilməməsini, həmçinin özünü yalandan yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək törətdiyi dələduzluq əməlinin dövlət hakimiyyətinin nüfuzuna xələl gətirən hərəkətlər hesab edilərək, göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən sonuncunun Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsini və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı və o, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-də 17 may 2021-ci il 19 may 2021-ci il qədər saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları”Vəkil Bürosunun vəkili X8 məhkəmədə sərf etdiyi 50 saata görə ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları”Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2021-ci il 19 may 2021-ci il qədər Nəsimi RPİ-nin MSY-də saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 11 ay 28 gün (üç il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 19 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları”Vəkil Bürosunun vəkili X8 məhkəmədə sərf etdiyi 50 saata görə ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusif Allahverdiyev və partnyorları” bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar