Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-397/2024 19.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (üzərində çəkilməmiş 01 il 01 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası qalmış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 4 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,475 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 04 aprel 2024-cü il tarixdə saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPl-nə dəvət edilmiş və həmin gün İdarənin inzibati binasında saat 18:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,475 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir, onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etmir, 04 aprel 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Əli adlı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində «kakos» kimi tanıdığı 01 büküm narkotik vasitə heroin almış, istifadə etmək üçün həmin vaxtı əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətmiş, həmin gün, yəni 04 aprel 2024cü il tarixdə, saat 16:20-də tanışları X3, X8 və X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87 ünvanının qarşısında olarkən, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və dövriyyəsində şübhəli olduğumu izahat edərək Yasamal RPİ-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək polis əməkdaşları ilə Polis İdarəsinə yollanmış, yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün üzərində saxladığı, içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü özündən kənara ata bilməmiş, Yasamal RPl-nin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmiş, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmiş, sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmiş, bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmiş, o, artıq ifşa olunduğunu başa düşərək, əynində olan göy rəngli şalvarın arxa sol cibindən içərisində özünə məxsu şəxsiyyət vəsiqəsi və 5 (beş) manat pul olan 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan «Redmi» markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 qutu «Rotmans» markalı siqaret və üzərində qoruyucu örtük olan 01 ədəd avtomobil açarını və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan təxminən 15 dəqiqə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Əli adlı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində aldığını bildirmiş, sonra üzərinə şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPl-nin NMBnin əməliyyat müvəkilli, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 4 aprel 2024-cü il tarixdə Yasamal RPİ-nə xx.xx.1991-ci il təvəllüdlü X1 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPl-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ- nin NMBnin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2024-cü il tarixdə, saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87 ünvanının qarşısında X3 və sonuncunun yanında olan üç nəfər şəxsə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra həmin şəxslərə narkotik vasitələri saxlaması və istifadəsində şübhəli bilindiklərini izah edib Yasamal RPİ-nə dəvət etmiş, həmin şəxslər buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmış, Polis İdarəsində X1 yanında olan şəxslərin xx.xx.1986-cı il təvəllüdlü X9, xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1998-ci il təvəlldül X8 olması müəyyən edilmiş, Yasamal RPl-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli şalvarın arxa sol cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və 5 (beş) manat pul olan 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan «Redmi» markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 qutu «Rotmans» markalı siqaret və üzərində qoruyucu örtük olan 01 ədəd avtomobil açarını və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan təxminən 15 dəqiqə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Əli adlı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində aldığını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisinə baxış keçirilərkən içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPl-nin NMBnin baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 ifadəsində digər Şahid1 ifadəsindəki xüsusatları deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da digər şahidlər X5 və Şahid1 ifadələrindəki xüsusatları deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 4 aprel 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2024-cü il tarixdə (saat 16:20 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 22). 4 aprel 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 87 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və həmin gün saat 18:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman həmin vaxtı əynində olan göy rəngli şalvarın arxa sol cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və 5 (beş) manat pul olan 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan «Redmi» markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 qutu «Rotmans» markalı siqaret və üzərində qoruyucu örtük olan 01 ədəd avtomobil açarını və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan təxminən 15 dəqiqə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Əli adlı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində aldığını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisinə baxış keçirilərkən içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Redmi» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüş, içərisində beş manat pul və şəxsiyyət vəsiqəsi olan 01 ədəd pul kisəsi, 01 qutu «Rotmans» markalı siqaret və 01 ədəd avtomobil açarı sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. (İ/V. 33-36). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPl-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli şalvarın arxa sol cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və 5 (beş) manat pul olan 01 ədəd pul kisəsini, şalvarının sağ yan cibindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan «Redmi» markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 qutu «Rotmans» markalı siqaret və üzərində qoruyucu örtük olan 01 ədəd avtomobil açarını və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan təxminən 15 dəqiqə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Əli adlı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində aldığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükümün içərisinə baxış keçirilərkən içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Redmi» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülür, içərisində beş manat pul və şəxsiyyət vəsiqəsi olan 01 ədəd pul kisəsi, 01 qutu «Rotmans» markalı siqaret və 01 ədəd avtomobil açarı sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılır. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16/16/2-6/1865 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)..." sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkimi 0,475 qram olan qəhvəyi rəngli maddə kustar üsalla hazırlanmış narkotik vasitə - heroindir. (İ/V. 44-48). xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «mobil telefon aparatına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, «Redmi» markalı mobil telefonun ön və arxa hissəsi qara rənglidir, telefon üzərində heç bir zədə aşkar edilmir. Telefonun üzərində qara rəngli olmaqla üzərində «camera silicon» yazıları həkk olunmuş qara rəngli telefon qoruyucuyu (kaburo) vardır. Telefonu giriş kodu «0000» rəqəmlərinin birləşməsindən ibarətdir. Telefonun üzərində 01 ədəd GSM nömrə yeri mövcddur və üzərində ***-***-**-** saylı nömrə vardır. Telefonun «kontaktlar», «sms» və «galareya» bölməsinə baxış keçirilərkən iş üçün sübut əhəmiyyətinə malik hər-hansı bir məlumat və ya fayl aşkar edilmir. Odur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Redmi» markalı mobil telefon maddi sübut kimi tanınmadan Təqsirləndirilən şəxs qaytarılmışdır. (İ/V. 122). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İ/V. 115). xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 2504 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 135-136). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 5579 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə almayıb. (İ/V. 142). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə xx.xx.2024-cü ildə protokola əsasən Azərbaycan Respublikası CPM-in 153.4, 162.5.1, 16.10.14 maddələri ilə həbsdə saxlama müddəti uzadılmadığından azad edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPl-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X14 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (İ/V. 96-98). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,425 narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2627/24 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd «CD-R» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V. 182-193). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər probasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gun müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, məhkum E Süleymanov xx.xx.2023-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Binəqədi Rayon Məhkəməsinin 4(001)-1127/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbsqətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı xx.xx.2023-cü ıl tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə 06 ay 28 gün hissəsi məhkum tərəfindən çəkilmiş. 01 il 04 ay 28 gün hissəsi çəkilməmiş qalmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2015-ci il, xx.xx.2021-ci il və xx.xx.2019-cu il təvəllüdlü üç azyaşlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə heroini əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroini şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 036 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs onun barəsində bundan əvvəl törətmiş olduğu cinayət əməlinə görə barəsində tətbiq edilmiş daha yüngül cəzadan özünün islah olunması üçün yararlanmamış və yenidən eyni növ cinayət əməlini törətmişdir. Digər tərəfdən cinayət işinin materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsi tərəfindən icraata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Bakı şəhər probasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023cü il tarixə 06 ay 28 gün hissəsi məhkum tərəfindən çəkilmiş. 01 il 04 ay 28 gün hissəsi çəkilməmiş qalmışdır. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1127/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində (onun azadlığın məhdudlaşdırılması cəzası çəkdiyi dövrdə) 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (bəraətverici əsasla) xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasinin 7(102)-134/2024 saylı xx.xx.2024 tarixli qərarında oxşar halla bağlı yəni azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş və çəkilməyən hissələrini, müvafiq olaraq da çəkilməyən hissənin müəyyən edilməsi ilə bağlı müəyyən etdiyi mövqeyə görə Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində təsbit edilən normanın qanunvericinin iradəsi ilə şərtləndirilən hüquqi mənası belədir ki, “başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır” müddəasında “qətimkan tədbiri kimi həbs” dedikdə qanunsuz hesab edilməyən həbsdə saxlama nəzərdə tutulur, qanunsuz hesab edilmiş (cinayət prosesini həyata keçirən orqanın səhvinin və ya suiistifadəsinin nəticəsi olmuş) həbsdə saxlama halları isə sözügedən norma ilə ehtiva olunmur. Həmin norma altında qanuni və ya qanunsuz (cinayət prosesini həyata keçirən orqanın səhvinin və ya sui-istifadəsinin nəticəsi) olmasından asılı olmayaraq qətimkan tədbiri qismində seçildiyi halda istənilən həbsdə olmanın nəzərdə tutulduğunu ehtimal etmək – bu qanunvericinin Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilikdə təsbit edilmiş prinsiplərlə şərtləndirilən həqiqi iradəsinin ziddinə olan təfsirdir. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Azadlıq hüququnun nəzərdə tutulduğu Konstitusiyanın 28-ci maddəsində isə təsbit edilmişdir ki, “azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər” (İİ hissə). Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın normativ hüquqi aktlara həsr olunmuş 149-cu maddəsinin İ hissəsinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 8.0.8-ci maddəsində “insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət” normayaratma fəaliyyətinin prinsiplərindən biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.2-ci maddəsinə əsasən məhkəmə hökmü ilə bəraət verilməsi kimi, məhkəməyədək icraatda cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi də şəxsin təqsirsiz olması anlamına gəlir, 56.0 və 56.0.2-ci maddələrinə görə isə CPM-in 39.2-ci madəsində göstərilən əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs kimi səciyyələndirilir və həmin Məcəllə ilə belə şəxslərin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyətin qoyulması qadağan edilməklə (CPM, maddə 55.3) yanaşı, onların cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində pozulmuş hüquqlarının bərpası və vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi nəzərdə tutulur (CPM, 57, 58, 59-cu maddələr). CPM-in 59.1.1 və 59.1.2-ci maddələri isə qeyd edilən, o cümlədən CPM-in 39.2-ci madəsində göstərilən əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxsin ziyanın ödənilməsi ilə bağlı “əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq”, habelə “azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək” hüquqlarını nəzərdə tutur. Məhkəmənin qənaətinə görə qeyd olunan normalara əsasən, o cümlədən analogiya üzrə CPM-in 59.1.1, 59.1.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə başlanmış CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən (bəraətverici əsasla) xitam verilməsinə dair müstəntiqin xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından irəli gələn məsələlərin həllinə yanaşdıqda, həmin cinayət təqibinin gedişində Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair qərarla 9 noyabr 2023-cü il tarixdən 9 fevral 2024-cü il tarixədək həbsdə saxlanılması cinayət prosesini həyata keçirən orqanın səhvinin nəticəsi və pozulmuş hüquqlarının bərpasını şərtləndirən hal kimi qəbul edilməli və 3 ay təşkil edən həmin həbsdə saxlanılma müddəti şəxsə azadlığın məhdudlaşdırılması cəzasının ara verilmədən çəkildiyi müddət kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi kimi 01 il 04 ay 28 gün müddət deyil 01 il 01 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası kimi müəyyən olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir günü kimi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,425 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2627/24 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd «CD- R» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-397/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir günü kimi nəzərə alınmaqla həmin cəza 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,425 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2627/24 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 01 (bir) ədəd «CD-R» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-397/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-397/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver