Məhkəmə qərarları › İş №1(004)-398/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-398/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-398/2022 27.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, (Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Mingəçevir Şəhər Məhkəməsinin 7(051)- 112/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 3 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası, 7 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş) ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 26 may 2022-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhərində yerləşən bazarın arxa yolu kənarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0.306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,609 qram, 0,237 qram ümumi təmiz çəkisi 0.846 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə-metamfetamini və 1 (bir) ədəd açıq - qəhvəyi rəngli «F/M40» göstəricili əsas təsir edici maddəsi metadon olmaqla təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən dərman həbini əldə edib, üzərində saxlayaraq daşımış, 27 may 2022-ci il tarixdə saat 01:40-da Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nun əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİnin 27-ci PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində «VVinston» markalı siqaret qutusundan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0,306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,609 qram,0,237 qram ümumi təmiz çəkisi 0,846 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə-metamfetamin və 1 (bir) ədəd açıq qəhvəyi rəngli «F/M40» göstəricili əsas təsiredici maddəsi metadon olmaqla təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə hesab olunan dərman həbi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 26 may 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində o, Mingəçevir şəhərində yerləşən bazarın arxa yolu kənarından üzdən tanıdığı şəxsdən 50 manata narkotik vasitə olan bir büküm heroin, bir büküm metamfetamin və bir ədəd metadon həb almışdır. Bundan sonra o, üzərində olan Winston markalı siqaret qutusunun içərisinə həmin narkotik vasitələri yerləşdirmiş və əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, münasib yer tapıb bir qədərindən öz şəxsi istifadə üçün qəbul edər. Həmin günü taksi ilə Bakı şəhərinə qayıtmışdır. Taksi sürücüsü ilə Yasamal rayonu Bakıxanov küçəsində 27 may 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində yolun kənarında yuxulayarkən ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, onlardan şübhələndikləri üçün onlara yaxınlıqda olan Yasamal RPİ-nin 27-ci PB-nə getməklərini bildirmişlər. Bu zaman onun üzərində narkotik vasitə olduğundan qorxub avtomobildən qaçmaq istəyərkən, polis əməkdaşları onu saxlamışdır. Bundan sonra polis əməkdaşları onu və taksi sürüçüsü Şahid7lə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Bundan sonra o, polis bölməsində polis əməkdaşlarına onun üzərində sonra narkotik vasitə olduğunu bildirmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə və iki nəfər hal şahidlərinin iştirakçıları üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində olan Winston markalı siqaret qunusunun içərisindəki bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbin olmasını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat axtarış üzrə əməliyyat müvəkkili polis Şahid1 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 27 may 2022-ci il tarixdə saat təxminən 01:40 radələrində Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat qrupunda xidmətdə olan zaman, polis bölməsinə Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən onlara təbesizlik göstərməsində və narkotik vasitənin təsiri altında olmalarından şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid7 raport əsasında növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü etiraf edərək narkotik vasitənin qəbul etdiyini və hazırda üzərində öz istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təhqiqat hərəkətlərinin keçirilməsi üçün bölmənin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanova həvalə edilmişdir. Bununla bağlı, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən, müdafiəçini bölməyə dəvət etmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində olan Winston markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbin olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış və götürmə aparıldıqdan sonra şübhəli şəxs Şahid7 üzərində də Yasamal RPİ-nin PPXB-nun polis nəfəri polis serjantı Şahid2 və iki nəfər digər hal şahidlərinin iştirakçıları ilə şəxsi axtarış və götürmə aparılmış və onun üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPX-nin bölüyünün polis nəfəri polis serjantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 27 may 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində o, və onunla birlikdə postaçı iş yoldaşları polis nəfərləri polis serjantı Şahid4 və polis serjantı Şahid3la birlikdə ünvan 4 ünvanın qarşısında xidmət aparaq zaman,həmin vaxtı yolun kənarında Mercedes benz minik markalı Az **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Bu zaman həmin avtomobilin yolun kənarında dayanmağını və köməklik etmək məqsədi ilə yaxınlaşmış, bu zaman sürücüyə avtomobilin bir qədər kənarda saxlamağını səbəbini soruşduqda, həmin avtomobilin arxa oturacağında bir nəfər şəxsin özünü şübhəli apardığından və həmin şəxs avtomobildən düşüb qaçmaq istəyən zaman onlar onu saxlamışlar. Həmin şəxslərin şəxsiyyətlərin müəyyən etmək məqəsədi ilə və onlar özlərini şübhəli apardığından və narkotik vasitənin təsiri altında olmalarından şübhələnərək barələrində qanuni tədbir görülməsi üçün Yasamal RPİ-nin 27-ci PB-nə gətirərək bölmənin rəisinə raportla məzurə etdikdən sonra, polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Polis bölməsində həmin şəxslər Şahid7 və Təqsirləndirilən şəxs olmaları müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü etiraf edərək narkotik vasitənin qəbul etdiyini və hazırda üzərində öz istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Onların üzərlərinə şəxsi axtarış və götürmə aparılması üçün o, həmin polis bölməsində qalmış, onunla digər postaçı iş yoldaşlarım Şahid3 və Şahid4 Yasamal rayon inzibati əraziyə gedərək xidmətlərini davam etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nun polis nəfərləri polis baş serjantları Şahid4 və Şahid3 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək şahid Yasamal RPİ-nin PPX-nin bölüyünün polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 26 may 2022-ci il axşam saatlarında o, Mingəçevir şəhərində yerləşən Bakı şəhərinə gedən avtomobilərinə dayanacağında idarə etdiyi «Mercedes benz» minik markalı Az **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub Bakı şəhərinə gedən müştəriləri gözələyən zaman, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu Bakı şəhərinə aparmağını və səhərsi günü isə onu Mingəçevir şəhərinə gətirməyimi xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə onu Mingəçevir şəhərindən Bakı şəhərinə aparıb və sonra isə onu Mingəçevir şəhərinə gətirməsi ilə bağlı gediş haqqı 120 manat pula razılaşmışlar. Elə həmin günü yəni 26 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Təqsirləndirilən şəxslə Bakı şəhərinə gəlmişlər. Bundan sonra 27 may 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində ünvan 5 ünvanın yaxınlığında yerləşən yolunu kənarında avtomobili saxlayıb Vəli Abullayevlə yuxsuz olduqlarına görə bir qədər yuxulayarkən onlara həmin ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, onlardan şübhələndikləri üçün onlar yaxınlıqda olan Yasamal RPİ-nin 27-ci PB-nə getməyimizi bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs avtomobildən qaçmaq istəyərkən, polis əməkdaşları onu saxlamışlar. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxslə birlikdə Yasamal RPİ- nin 27-ci PB-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsində polis əməkdaşlarına onun üzərində sonra narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis bölməsində onun üzərinə şəxsi axtarış keçiriləcəklərini bildirilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə və iki nəfər hal şahidlərinin iştirakçıları üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış apararkən heç bir qanunsuz əşya aşkar olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02:50 radələrində o, şəxsi işləri ilə əlaqədar Yasamal RPİ-nin 27-ci PB-nin qarşısından keçərkən bölmənin qarşısında dayanmış polis geyimində olan tanımadığı bir əməkdaş ona yaxınlaşaraq bölməyə bir nəfər şəxs gətirdiklərini və hal şahidi kimi onun üzərinə şəxsi axtarış və götürmə hərəkətləri keçirilməsini onun da iştirakının olmasını bölməyə dəvət olmağını xahiş etmişdir. Bundan sonra o, həmin polis əməkdaşına heç bir etiraz etməyərək onunla birliklə həmin polis bölməsinə gəlmişdir. Polis bölməsində ondan əvvəl vəkil və ondan sonra isə bir nəfər tanımadığı hal şahidi görmüşdür. Polis bölməsinin inzibati binasında yerləşən xidməti iş otağında onun hal şahidi kimi dəvət olunduğunu və ondan başqa orda olan başqa bir tanımadığı hal şahidinə hüquq və vəzifələri, eləcə də nə edəcəyikləri iş, iştirakıları nədən ibarət olduğunı izah edilmişdir. Orada, onlara Təqsirləndirilən şəxs adlı şəxs təqdim olunaraq, onun üzərinə şəxsi atarış və götürmə keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təhqiqat hərəkətlərinin keçirilməsi üçün bölmənin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanova həvalə edilmişdir. Bununla bağlı, təhqiqatçı Çingiz Qurbanov öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində olan Winston markalı siqaret qunusunun içərisindəki bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbini öz istifadəm üçün Mingəçevir şəhərində yerləşən bazarın arxa yolu kənarında tanımadığı şəxsdən 50 manat pula aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Namiq oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid5 oğlunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şəxs Yasamal RPİ-nin 27- ci PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili X2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs Şəhriyyar Hüseynzadə üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (səh. 179-182). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şəxs Yasamal RPi-nin PPXB-nin polis nəfəri Şahid2 ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs Taleh Ələkbərov üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (səh. 183-185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şəxs hal-şahidi Şahid5 ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir.Üzləşdirmə zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (səh.186-188). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2022-ci il tarixli istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş şəxs hal-şahidi Şahid6 Namiq oğlu ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs Şahid6 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (səh. 113-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli şəxsi “axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X6, Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat axtarış üzrə əməliyyat müvəkkili polis Şahid1 oğlu, Yasamal RPİ-nin PPXB-nun polis nəfərləri polis baş serjantları Şahid4, hal-şahidləri Şahid6 Namiq oğlu və Şahid5 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində olan Winston markalı siqaret qunusunun içərisindəki bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbini öz istifadəm üçün Mingəçevir şəhərində yerləşən bazarın arxa yolu kənarında tanımadığı şəxsdən 50 manat pula aldığını bildirmişdir. Aşkar edilmiş narkotik madde hesab olunan bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, bir ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini və bir ədəd metadon həbini zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (səh. 30-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3005 nömrəli 28 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində "... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkidəri 0,609 qr.,0,237 qr.,ümumi təmiz çəkisi 0,846 qram olan ağ rəngli kristalik hissəciklərindən ibraət maddələr kustar üsulla hazırlanmış yeni tərkibili psixotrop maddə-metamfetamdir,1 ədəd açıqqəhvəyi rəngli”F/M40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixatrop maddələri”-in siyahısına daxildir. Heroin 2005-ci il 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in (Siyahı İ) daxildir (səh. 76-82). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2022-ci il tarixli “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş ümümi təmiz çəkisi-0,846 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddəmetamfetaminin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi- о.306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1 (bir) ədəd açıq -qəhvəyi rəngli «F/M40» göstəricili əsas təsir edici maddəsi metadon olmaqla təsir maddəsinin ümumi miqdarı 0,040 qram həb metadon cinayət işi üzrə maddi sübut kimi tanınmalı, təmiz çəkisi-0,846 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə-metamfetaminin,tədqiqatdan sonra sərf edilmiş-0,100 qram qalıq -0,746 qram, təqdim edilmiş -1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin,tədqiqatdan sonra sərf edilmiş-0,050 qram qalıq -0,256 qram və təqdim edilmiş -1 (bır) ədəd açıq -qəhvəyi rəngli «F/M40» göstəricili əsas təsir edici maddəsi metadon olmaqla təsir maddəsinin ümumi miqdarı 0,040 qram həb metadonun tədqiqatdan sonra sərf edilmiş 1/2 hissə həb qalıq -1/2 həb metadon qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (səh. 141-142). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 2882 saylı 01 iyun 2022-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yararan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 208-209). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən, hökmün sürətindən görünür ki, Abdullayev X3 Şəhər Məhkəməsinin 1(051)-86/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7(051)-112/2022 nömrəli 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Mingəçevir şəhəri məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(051)-86/2022 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 2 (iki) günü CM-in 52-1.5-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 7 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, cəza çəkməsinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilməsi qərara alınmışdır (səh. 189-190-196-207). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid7 Akfi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 27 may 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh. 17). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh.144-145). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 15 sentyabr 222-ci il tarixli 304/3-12 nömrəli məktubundan görünür ki, Abdullayev X3 Şəhər Məhkəməsinin 1(051)- 86/2022 saylı, xx.xx.2022- ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinirərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 15 sentyabr 2022-ci il tarixə cəzasının 2 ay 1 günü icra olunmuş, 1 il 3 ay 29 günü icra olunmamış qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini, metamfetamini, metodon həbi şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-86/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmən növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, bundan əvvəl törötdiyi cinayətə görə təqsirləndirilən şəxs barəsində azdlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq şəxs təyun edilmiş cəzanın icrasından qərəzli boyun qaçırdığı üçün ona təyin edilmiş cəzə müvafiq qaydada verilmiş təqdimat əsasında azadlıqdan məhru metmə cəzası ilə əvəz edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-86/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 2 gün hissəsinin Mingəçevir Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 7(051)- 112/2022 nömrəli qərarı ilə 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi müəyyən edildiyindən həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin bağlanğıcı 05 noyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-86/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 2 gün hissəsinin Mingəçevir Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 7(051)-112/2022 nömrəli qərarı ilə 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, 0,746 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə metamfetamin, 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1/2 həb metadon məhv edilməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-398/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 09 avqust 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsus müsadirə olunan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(051)-112/2022 saylı qərarı ilə əvəz edilmiş 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (ay) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin bağlanğıcı 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 7(051)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən həbsdə olması və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, 0,746 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixatrop maddə metamfetamin, 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1/2 həb metadon məhv edilsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar