Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-399/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mirhüseyn oğlunun və onun müdafiəçisi “22 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Milla” süd məhsulları zavodunda satış təmsilçisi işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Mirhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs onu qısqanması səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə arvadı Zərərçəkmiş şəxs qarın boşluğundan vuraraq sonuncuya sol Vİİİ-X qabırğaların sınığı, sol bazunun, sağ budun və sağ baldırın qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mirhüseyn oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha girərək ailə qurmuş, birgə nigahlarından iki övladı vardır. 21.09.2021-ci il tarixdə saat 14:00 radələrində birgə yaşadıqları Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 21q ünvanında yerləşən mənzildə olarkən Şəhla qısqanclıq zəminində onunla mübahisə etmişdir. Mübahisə zamanı Şəhla ona yüksək səslə qışqıraraq təhqir edib üstünə gəldikdə o, əsəbləşdiyindən sağ əlinin yumruğu ilə bir dəfə Şəhlanın bud nahiyəsinə zərbə vurmaq istədikdə, Şəhla əyildiyindən zərbəsi onun sol böyründən dəymişdir. Bundan sonra Şəhla yerə yıxıldıqda o, hərəkətindən peşman olduğu üçün onu yerdən qaldırıb divanda oturtmuş və ona su vermişdir. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha girərək ailə qurmuş, birgə nigahlarından iki övladı vardır. 21.09.2021-ci il tarixdə saat 14:00 radələrində birgə yaşadıqları Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 21 q ünvanında yerləşən mənzildə olarkən o, qısqanclıq zəminində Raminlə mübahisə edərək ondan qonşuluqda yaşayan qadınla nə münasibətlərinin olmasını soruşmuşdur. Lakin Ramin onun bu sualına cavab vermək əvəzinə onun sözlərindən əsəbləşmiş və aralarında münaqişə yaranmışdır. Bundan sonra Ramin sağ əlinin yumruğu ilə onun qabırğalarına vurmuşdur. Raminin ona yetirdiyi zərbənin nəticəsindən o, kəskin ağrı hiss edib yerə yıxılmışdır. 23.09.2021-ci il tarixdə qabırğalarında kəskin ağrılar hiss etdikdə Respublika Klinik xəstəxanasına müraciət etmiş və rentgen müayinəsindən sonra iki ədəd qabırğasının sınması müəyyən edilmişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs Mirhüseyn oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək 21.09.2021-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs tərəfindən məhz həmin mənzildə döyüldüyünü bildirmişdir. (i.v. 9-10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 24.09.2021-ci il tarixli, 943 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər, sol Vİİİ-X qabırğaların sınığı, sol bazunun, sağ budun və sağ baldırın qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 21.09.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. (i.v. 14- 16) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Mirhüseyn oğlu əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 48) Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mirhüseyn oğlu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Mirhüseyn oğlu tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur, onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mirhüseyn oğlunun əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Mirhüseyn tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Mirhüseyn oğlu zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mirhüseyn oğlunun Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Mirhüseyn oğlu cinayət məsuliyyətindən azad edilməli, CMin 127.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Mirhüseyn oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Mirhüseyn oğluna göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Mirhüseyn oğlu həmin Məcəllənin 127.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Mirhüseyn oğluna göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-399/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-399/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver