Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-399/2022 19.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qonşuluqda yerləşən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə olan hər biri 100 manat olmaqla ümumilikdə 500 manat təşkil edən 5 ədəd 2 metr uzunluğunda olan dəmir boruları, evin yataq otağından cehizlik olan hər biri 100 manat dəyərində ümumilikdə 1000 manat təşkil edən 5 ədəd yorğan və 5 ədəd döşək dəstlərini, hər biri 50 manat dəyərində ümumilikdə 500 manat təşkil edən 10 ədəd yastıqlarını, hər biri 125 manat olan ümumilikdə 500 manat təşkil edən 4 ədəd xalçanı, qab-qacaq rəfindən hər bir dəsti 200 manat olan ümumilikdə 1000 manat təşkil edən 5 dəst xrustal qabqacaqlar dəstələrini, markasını tam bilmədiyi 1 ədəd 200 manat dəyərində televizorunu, 1000 manat dəyərində taxta materialdan olan 1 ədəd stol və 6 ədəd stuldan ibarət stol-stul dəstini, hər biri 100 manat olan ümumilikdə 200 manat təşkil edən 2 ədəd qədimi somovarı, 800 manat dəyərində 1 ədəd markasını bilinməyən işıq generatorunu, 100 manat dəyərində 1 ədəd markasını bilinməyən su qızdırıcısını, yataq otağında döşəyin altında olan 50 manat nağd pulu gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5850 (beş min səkkiz yüz əlli) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb oxumağı bacarır. Fiziki və psixi cəhətdən sağlamdır, heç bir dispanserdə qeydiyyatda durmur. O, verilən sualları başa düşüb cavab vermək iqtidarındadır. İfadəsinin alınmasında mütəxəssisin iştirakına ehtiyacı yoxdur. İfadəsinin müstəntiq tərəfindən onun sözləri ilə kompyuter vasitəsilə yazılmasına etirazı yoxdur. Ona verilən suallara cavab olaraq bildirir ki, o, Təqsirləndirilən şəxs anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Mahiyyəti üzrə bildirdi ki, ünvan 4 ünvanının qonşuluğunda Rəhilə xanım yaşayır. Belə ki, Rəhiləni 10 ildir ki tanıyır. Qonşu kimi yaxın münasibətləri var. Təxminən, 2022-ci ilin mart ayının sonlarında yaşadığı məhəllədə dükanlardan birinin qarşısında olan zaman Rəhilə adlı qonşunun artıq köçdüyünü, burada yaşamadığını eşitmişdir. Həmin vaxt oğurluq etmək niyyəti yox idi. Qeyd etmişdir ki, o, tutulanadək göyərçin saxlayırdı. xx.xx.2022-ci il tarixdə göyərçinlərindən biri Rahilə xanımgilin hasarının üzərində olduğunu görmüşdür. Hasara çıxaraq göyərçini tutmuşdur. Birdən-birə həyətdə olan dəmirlər diqqətini çəkmişdir. 3 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin dəmirləri oğurlamaq qərarına gəlmişdir. Ara-sıra, vaxtaşırı evə girib çıxaraq dəmir boruları aparırdı. Boruları aparmaq üçün o, 3-4 dəfə həmin həyətə düşmüşdür. Həyətdən təqribən, 2-3 metrlik 3-4 ədəd boru və xırda dəmirlər oğurlamışdır. Həmin metalları küçədə səyyari formada metal qəbul edən tanımadığı şəxslərə satmışdır. Bir neçə müddətdən sonra ara-sıra evə yenə daxil olmağa başlamışdır. Belə ki, dəmir qapının üzərindəki pəncərə mütəmadi olaraq açıq idi. Ara-sıra ora daxil olub samovar, qab-qacaq, yorğan-döşək, televizor, 1 ədəd generator, mürəbbə bankaları, su qızdırıcısı, xalça, 3 ədəd plastik boru, 1 ədəd alminium stul oğurlamışdır. Oğurladığı əmlakları bazarda tanımadığı şəxslərə satmışdır. Satdığı əmlaklardan əldə etdiyi puldan öz ehtiyaclarını ödəyirdi. Əlavə olaraq qeyd etmişdir ki, oğurluğu tək etmiş, oğurladığı əşyaları satdığı şəxslər əşyaların oğurluq olduğunu bilməmişlər. Həmin əşyalardan yalnız televizoru satmamış, televizor onun evində qalmış və həmin televizoru ibtidai araşdırmaya təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 5 ünvanında uzun müddət yaşamamağına baxmayaraq xəstələnməyi ilə bağlı yalnız qalmamaq üçün 2022-ci ilin fevral ayından evdən çıxmışdır. Ara-sıra oğlunun və qızının yaşadığı ünvanlarda qalırdı. Sonuncu dəfə mart ayı ərəfəsində Novruz bayramı zamanı evə gəlib baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə yenidən evə baş çəkmək və nəzarət etmək məqsədilə evə gələn zaman evinin həyətindən və evinin içərisindən oğurluq hadisəsinin baş verməsini aşkar etmişdir. Belə ki, ilk öncə həyətdə divara söykənilmiş vəziyyətdə olan hər biri 100 manat olmaqla ümumilikdə 500 manat təşkil edən 5 ədəd 2 metr uzunluğunda olan dəmir boruları yerində aşkar etməmişdir. Evə yaxınlaşdıqda dəmir qapının üzərində olan açıq pəncərənin aralı olduğunu görmüşdür. Qapını açmışdır. İçəri daxil olduqda yataq otağından ona məxsus cehizlik olan hər biri 100 manat dəyərində ümumilikdə 1000 manat təşkil edən 5 ədəd yorğan və 5 ədəd döşək dəstlərini, hər biri 50 manat dəyərində ümumilikdə 500 manat təşkil edən 10 ədəd yastıqlarını, hər biri 125 manat olan ümumilikdə 500 manat təşkil edən 4 ədəd xalçanı, qab-qacaq rəfindən hər bir dəsti 200 manat olan ümumilikdə 1000 manat təşkil edən 5 dəst xrustal qab-qacaqlar dəstələrini, markasını tam bilmədiyi 1 ədəd 200 manat dəyərində televizorunu, 1000 manat dəyərində taxta materialdan olan 1 ədəd stol və 6 ədəd stuldan ibarət stol-stul dəstini, hər biri 100 manat olan ümumilikdə 200 manat təşkil edən 2 ədəd qədimi somovarı, 800 manat dəyərində 1 ədəd markasını bilinməyən işıq generatorunu, 100 manat dəyərində 1 ədəd markasını bilinməyən su qızdırıcısını, yataq otağında döşəyin altında olan 50 manat nağd pulu naməlum şəxs (şəxslər) oğurlandığından oğurluq nəticəsində ona ümumilikdə 5850 (beş min səkkiz yüz əlli) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də vurulmuş ziyanı tələb edir, şikayətçidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Bunla belə iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-236/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir, Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd “Westburg” markalı televizorun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin eyniliyi cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə üzərində qəti olaraq saxlanılmış 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan maddi sübut kimi tanınmış 1 ədəd “Westburg” markalı televizorun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin eyniliyi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-399/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-399/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver