Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-399/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbir seçilərək hazırda Azərbaycna Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 01 fevral 2025-ci il tarixdə saat 11:00-də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 22 fevral 2025-ci il tarixdə saat 12:00-də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli klassik şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da tutulduğu zaman onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis Bölməsində ona göstərilmiş psixoloji təzyiqə görə təqdim edilən maddələri boynuna götürməyə məcbur olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmənin bu qənaəti eyni zamanda ona əsaslanır ki, təqsirləndirilən şəxs məhkəmədə gətirmiş olduğu dəlillərini inandırıcı edə biləcək heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir, digər tərəfdən saxlanılarkən təhqiqat və istintaq orqanlarına özünün ad və soyadını düzgün təqdim etməyərək məsuliyyətdə yayınmaq istəmişdir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən, görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda narktik vasitə aludəçisidir. ünvan 6 ünvanında qeydiyyatdadır və hal-hazırda ünvan 7 ünvanında yaşamışdır. Mahiyəti üzrə bildirmişdir ki ki, o, narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 01 fevral 2025-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini 10 manata almış və münasib vaxtda istifadə etməyi üçün üzərimdə saxlamış və oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 11 radələrində ünvan 3 ünvanının qarşısında olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib ondan da, özünü təqdim etməyimi tələb etmişdirlər. Həmin vaxtı cinayət məsuliyyətinə cəlb edilməkdən qorxduğu üçün özünü qardaşı xx.xx.1968-ci il təvəllüdlü Şahid5 kimi təqdim etmişdir. O, özünü onlara təqdim etdikdən sonra onlar onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib bununla bağlı üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını qeyd edərək onu Yasamal rayon polis idarəsinin 26-cı Polis bölməsinə aparmışdırlar. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmağını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən üzərinə axtarış keçirilmiş və digər başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd bükümə baxış keçirilmiş və sorğu zamanı o, bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, onu üzdən tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa o, 22 fevral 2025-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu, Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən bir büküm psixotrop maddə olan metamfetamini 10 manata olmaqla alaraq əynindəki göy rəngli klassik şalvarımın sağ yan cibinə qoymuşdur ki, istifadə etsin. 22 fevral 2025-ci il tarixdə saat 12:00-da ünvan 8 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu Yasamal rayonu 26-cı PB-nə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə 26-cı PB-nə gəlmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli klassik şalvarının sağ yan cibində olan bir büküm siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş və həmin maddə götürülmüşdür. Bildirmişdir ki, üzərində olan psixotrop maddə metamfetamindir və ona məxsusdur, özü qəbul etmək üçün əldə etmişdir. Ondan aşkar edilmiş büküm, müdafiəçinin iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçinin iştirakı ilə zərf və protokol imzalandı. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olduğundan cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğu üçün özünü qardaşının adı ilə, yəni Şahid5 kimi təqdim etmiş və bütün sənədlərdə onun adı Rafiq olaraq qeyd edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narktoik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımasında təqsiri tam sübuta yetirildi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 fevral 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində xidmətdə olarkən həmin küçədə dalan 3 ünvanının qarşısında bir nəfər şəxsin özünü qeyri-adekvat apardığını görüb həmin şəxsin narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmasında şübhələndikləri üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Şahid5 kimi təqdim edən Təqsirləndirilən şəxs, üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onlar həmin şəxsi Yasamal RPİ-nin 26-cı PB-nə aparmışlar. Yasamal RPİ-nin 26-cı PB-də olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması Yasamal RPİ-nin təhqiqatçı polis mayoru Natiq Abdullayevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə onun, Şahid2 və müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və digər hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulduqda, o, həmin bükümdə "heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, heroini Nəsimi rayonunda “Kubinka” adlanan ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə gətirilən zaman və binada olduğu zaman həmin şəxsə hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili Hüseynzadə X2 bildirmişdir ki, 22 fevral 2025-ci il tarixdə saat 12:00 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 birlikdə ünvan 10 ünvanda xidmətdə olan zaman bir nəfər kişi cinsindən olan şəxsin özünü qeyri-adekvat aparması onlarda şübhə yaratdığı üçün onlar həmin şəxsə yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsin üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmiş və o, onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində, həmin şəxs özünü Şahid5 kimi təqdim etmiş əslində isə Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümün içərsində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni 22 fevral 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, sonradan ona məlum olmuşdur ki, saxlanılan şəxs məsuliyyətdən yayınmaq üçün anket məlumatlarını düzgün bildirmiyərək adının Rafiq olduğunu bildirmişdir, lakin həmin şəxsin anket məlumatları Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid3 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonunda yaşamışdır. O heç bir zaman narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Qardaşı Təqsirləndirilən şəxs onun adını verərək özünü Rafiq kimi təqdim etmişdir. Anar narkotik vasitə aludəçisi olmuşdur. Anar cinayət məsuliyyətindən yayınmaq üçün polis orqanlarına onun soyad ad və ata adını bildirmişdir. O, ümumiyyətlə nadir hallarda Bakı şəhərinə gəlmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs isə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış və tüfeyli həyat tərzi keçirmişdir. Onunla demək olar ki, əlaqəsi olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 1 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-nin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 109). “Şübhəli şəxsin tutulması haqqında” 1 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 11:00 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. (İ/V. 138-139). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 1 fevral 2025-ci il tarixli şəxsi axtarış aparılması və götürmə aparılçası barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin görüntülərdən müəyyən edilir ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Natiq Abdullayev qarşısında masa arxasında əyləşmiş şəxs, “Mərkəz” vəkil bürosunun müdafiəçisi X6r. Xidməti otaqda ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və digər iki nəfər Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarıdır. Çəkilişin davamında təhqiqatçı Natiq Abdullayev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman həmin şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etdi. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir bundan başqa onun üzərindən qanunsuz hər hansı bir başqa aşkar edilmədi. Həmin bir ədəd bükümə baxış keçirilir və içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin heroni kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm maddəni boş zərf götürülərək zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan başqa mobil telefon da iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhtiqaçı tərəfindən götürülmüşdür. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. (İ/V. 174-175). “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 176-177). “Cinayət işinin başlanması haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-nin təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 12:00 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 22). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. (İ/V. 78-79). “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 80-81). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli klassik şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb təqdim edərək həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirdi. (İ/V. 30-31). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 22 fevral 2025-ci il tarixli şəxsi axtarış aparılması və götürmə aparılçası barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin görüntülərdən müəyyən edilir ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis leytenantı X9 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis kapitanı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmişdirr. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli klassik şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb təqdim edərək həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirdi. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində polis əməkdaşları tərəfindən ünvan 12 ünvanının qarşısında saxlanılmışdır. Şahid5 təqdim etdiyi içərisində psixotrop maddə olan 1 ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/437 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 170” möhür əskləri olan, “1. “imza” Şahid5İ (kirilcə) və sair yazılar qeyd edilmiş əslində (Təqsirləndirilən şəxs) olan bir ədəd zərfdəki 01 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,300 qram, tədqiqata sərf edilən miqdar 0,080 qram, qalıq 0,220 qram. (İ/V. 147-150). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2025-ci il tarixli 6/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Şahid5...” sözləri olan əslində (Təqsirləndirilən şəxs) olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 0,423 qr, - tədqiqata sərf edilən miqdar-0,050 qram, qalıq - 0,373 qram. (İ/V. 38-41). “Cinayət bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi Xəyal Mürşüdlü tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli işə birləşdirilmiş və cinayət işinin istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. (İ/V. 105-106). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 250090061nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (İ/V. 38-41). xx.xx.2025-ci il tarixli “tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində saxlanılaraq Yasamal RPİ-nin 26-cı PŞ-nə gətirilmişdir. (İ/V. 210). “Şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin sənədlərində şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmuş Şahid5 xx.xx.1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs (AA 1235994, FİN: xxxxxxx) kimi oxunması qərara alınmışdır. (İ/V. 219-220). “Şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin sənədlərində şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmuş Şahid5 xx.xx.1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs (AA 1235994, FİN: xxxxxxx) kimi oxunması qərara alınmışdır. (İ/V. 219-220). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 243-244). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 255-256). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 2337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyada məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ/V. 237-238). “Sübutların qiymətləndirilməsi haqqında” 1 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkiləri 0,300 qram narkotik vasitə heroin və 0,423 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,220 qram narkotik vasitə heroin və 0,373 qram psixotrop maddə metamfetamin məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 02 ədəd DVD-R formatındakı disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V. 267-279). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 317-2.1-ci maddəsi ilə təqsirli bilinib ona 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 182.2.2 və 234.1-ci, 66.3-cü maddələri ilə təqsirlibilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə qismən toplanaraq üzərində qəti cəza 09 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə CM-nin 178.3.2-ci maddəsinə aid olan əməli həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 08 il 03 ay müddətinə endirilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 06 ay 17 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə təyin edilmiş cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ/V. 90-92). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (digər cinayət işi üzrə) 4(004)-534/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və onun həmin məhkəmənin 1(004)-534/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə ********* saylı digər cinaəyət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Elektron məhkəmə informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narktoik vasitə heroin xeyli miqdarda əldə edib üzərində saxlaması özünün ibtidai istintaq zamanı etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin və heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyalı uşağının olması halını onun cəzasını yüngülləşdirən hal kimi məyyən edir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandırlar. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 317-2.1-ci maddəsi ilə təqsirli bilinib ona 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 182.2.2 və 234.1-ci, 66.3-cü maddələri ilə təqsirlibilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə qismən toplanaraq üzərində qəti cəza 09 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə CM-nin 178.3.2-ci maddəsinə aid olan əməli həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 08 il 03 ay müddətinə endirilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 06 ay 17 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə təyin edilmiş cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı əməlləri məhkumluğu ödənilməmiş halda törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halı və cinayətlərin təkrar törədilməsi ona təyin olunacaq cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxsə cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdən 3 fevral 2025ci il tarixədək və 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün, eləcə də 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün olmaqla ümumilikdə 06 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 170 (bir yüz yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,220 qram narkotik vasitə heroin və 0,373 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-399/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdən 3 fevral 2025-ci il tarixədək və 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün, eləcə də 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün olmaqla ümumilikdə 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 170 (bir yüz yetmiş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,220 qram narkotik vasitə heroin və 0,373 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-399/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-399/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver