Məhkəmə qərarları › İş №1(004)-4/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-4/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-4/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittihamçı X7 nümayəndəsi və vəkili Müdafiəçi2, müdafiəçi “Ədalət” Vəkil Bürosunun vəkilləi X3 və Müdafiəçi1, təqsirləndirilən şəxs Tağıyeva Mehriban Yafəz qızının iştirakı ilə, 21 noyabr 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan Tağıyeva Mehriban Yafəz qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X12 xüsusi ittiham qaydasında şikayat ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Tağıyeva Mehriban Yafəz qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, həmçinin ərizəsinə əlavə verərək Tağıyeva Mehriban Yafəz qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tağıyeva Mehriban Yafəz qızı 15 aprel 2019cu il tarixdə özünün https://www.facebook.com/mehriban.kerimova.37 linkində yerləşən “Facebook” sosial şəbəkədəki profilində “Zdravstvuyte doroqiye druzya!” sözləri ilə başlayan yazı yerləşdirmişdir. Həmin yazıda M.Y.Tağıyeva aşağıdakıları yazmışdır: “V nastoyasheye vremya ya rabotayu v oqromnoy korporatsii mejdunarodnogo maştaba Karlsberq, no v yeye azerbaydjanskom variante, qde k rukovodstvu postavlenı lyudi dlya kotorıx net ponyatiya çest i sovest i kotorıe kak mogut topçut vse vnutrikorporativnıye normı i pravila.” Həmin mətnin azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir: “Hal-hazırda mən beynəlxalq miqyaslı nəhəng “Karlsberq” korporasiyasında çalışıram, lakin onun Azərbaycan variantında rəhbərliyə təyin olunmuş insanlar üçün namus və vicdan anlayışları yoxdur və onlar bütün daxili korporativ norma və qaydalarını necə istəyirlər elə də tapdalayırlar.” O, "xxxx" MMC-nin rəhbəri, baş direktoru vəzifəsində işləyir. Yuxarıda qeyd edilən yazıda o nalayiq formada təhqir olunmuşdur. Belə ki, M.Y.Tağıyeva onu namus və vicdan anlayışı olmayan şəxs kimi ictimaiyyətə təqdim etmişdir. M.Y.Tağıyevanın bu təhqirindən o mənəvi sarsıntı keçirmişdir. Bu təhqiri M.Y.Tağıyeva ilə “Facebook” sosial şəbəkəsində əlaqəsi olan şirkətin digər işçiləri də görüblər və bununla da onun kollektivdəki nüfuzuna ciddi ziyan vurulmuşdur. Daha sonra şikayətə əlavə edərək qeyd etmişdir ki, 16 aprel 2019-cu il tarixdə o, xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş. 23 aprel 2019-cu il tarixdə məhkəmədən M.Y.Tağıyevaya telefon zəngi olunub və onu məlumatlandırıblar ki, onun barəsində həmin yazı ilə bağlı işə baxılacaq. Bu məlumatı əldə edəndən sonra M.Y.Tağıyeva həmin tarixdə özünün https://www.facebook.com/mehriban.kerimova.37 linkində yerləşən “Facebook” sosial şəbəkədəki profilində “V Azerbaydjane est oçen xoroşaya poslovitsa” sözləri ilə başlan yeni yazı yerləşdirmişdir. Həmin yazıda M.Y.Tağıyeva yazıb ki, “Etomu çeloveku-X5 ne ponravilis moi slova ob otsutstvii u nego çesti i sovesti v moyey predıduşey publikatsii. Həmin mətnin Azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir: “Əvvəlki nəşrimdə namus və vicdanının olmaması barədə dediyim sözlər bu insanın - X8 xoşuna gəlməyib.” Beləliklə, M.Y.Tağıyeva təkrarən onu kütləvi çıxışında ağır formada təhqir etmişdir. Bu təhqirdən o, təkrarən ağır sarsıntı keçirmişdir. M.Y.Tağıyevanın ikinci təhqirindən görünür ki, sonuncu ona qarşı mənəvi terror həyata keçirir, kütləvi çıxışlarında onu ağır formada təhqir edərək alçaltmak, rəhbərlik etdiyi əmək kollektivində nüfuzdan salmaq məqsədi güdür. M.Y.Tağıyevanın bu cür hüquqazidd hərəkətləri olduqca təhlükəlidir. 15 aprel 2019-cu il tarixdə M.Y.Tağıyeva onun barəsində təhqir məzmunlu yazını özünün https://www.facebook.com/mehriban.kerimova.37 linkində yerləşən “Facebook” sosial şəbəkədəki profilində yerləşdirəndən sonra “Carlsberg Group” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Nadejda Ovsannikova həmin yazının altında şərh yazmışdır və M.Y.Tağıyevanı ona qarşı hüquqi addımların atılacağı barədə xəbərdar etmişdir. M.Y.Tağıyeva isə bu şərhə cavab yazaraq, mövgeyinin doğru olduğunu bildirmişdir. Bundan başqa, M.Y.Tağıyeva 15 aprel 2019-cu il tarixdə özünün https://www.facebook.com/mehriban.kerimova.37 linkində yerləşən “Facebook” sosial şəbəkədəki profilində “Zdravstvuyte doroqiye druzya!” sözləri ilə başlayan yazısında qeyd edir ki, “Kak skazal mne pri vstreçe qeneralnıy direktor Karslberq Azerbaydjan qrajdanin X15 Oleqoviç çitiruyu: “Poka tı dokajeş, çto mı deystvuyem nezakonno mı uje tebya uvolim, a suditsa tı mojeş xot skolko xoçeş...” Bu sözlərin tərcüməsi aşağıdakı kimidir: “Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən.” Bu ifadə ilə Mehriban Tağıyeva ona böhtan atmış, onun demədiyi sözü ictimaiyyət arasında yaymışdır. Həmin böhtan məzmunlu sözlər xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyir, onu nüfuzdan salır, xüsusi ittihamçını Azərbaycan Respublikasının qanunvericiliyinə etinasız münasibət bəsləyən şəxs kimi ictimaiyyətə aşılayır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı V.O.Maltsevin nümayəndəsi və vəkili Müdafiəçi2 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək M.Y.Tağıyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs M.Y.Tağıyeva barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittihamçı şikayətində istinad etdiyi ifadələri “böhtan” və “təhqir” kimi qələmə vermək üçün xeyli cəhd göstərsə də, hətta bu məqsədlə şikayətində onun ifadələrini və onu tərcüməsini təhrif etməklə məhkəməyə təqdim etsə də Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibini yaradan əməllər olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında bir daha təsdiq edildi ki, ona ittiham kimi istinad edilən əməllər əslində əmək münasibətlərində hüquqları kobud şəkildə pozulmuş bir işçi kimi onun bölüşdüyü tənqidi fikirlərdən ibarətdir. Onun tənqidinin haqlı olmasını təsdiq edən kifayət qədər əsaslar vardır. Belə ki, onun əmək hüquqlarının pozulması ilə "xxxx" MMC-yə qarşı mülki qaydada Abşeron rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin iddianın təmin tədbiri kimi çıxardığı qərardadlar "xxxx" MMC icra edilməmişdir. Daha sonra Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək o, "xxxx" MMC-də işə bərpa edilmişdir. Həmin qətnamə isə müvafiq olaraq apellyasiya və kassasiya instansiyaları məhkəmələrində qüvvəsində saxlanılmışdır. Bir işçi kimi qanunsuzluğa, qərəzə, hüquqlarının pozulmasına məruz qaldığı üçün sosial şəbəkədə öz tənqidi fikirini bölüşmüşdür. Xüsusi ittihamçı bu tənqidi fikirlərdən lazımi nəticə çıxararaq onun təqib edilməsindən imtina etmək əvəzinə əksinə ona qarşı hazırki ittihamla məhkəmədə çıxış edir. Sadalanan fakt və qanuni qüvvədə olan məhkəmə qərarları xüsusi ittihamçının 147.1-ci maddəsi ilə irəli sürdüyü ittihamların əsassız olmasını təsdiq edir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021ci il tarixli məhkəmə lingvistik eskpertizasının rəyi ilə də onun hər hansı konkret şəxsə qarşı ifadə işlətməməsi və işlətdiyi ifadələrin isə təhqiredici ifadələr olmaması öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun şöbə müdiri, filologiya elmləri doktoru, professor X14 işlədiyi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyinə uyğun çıxış edərək bildirmişdir ki, təqdim edilmiş mətndə işlədilən leksik vahidlər, söz və söz birləşmələri insanda və onun davranışında təzahür edən bu və ya başqa xüsusiyyətləri ifadə edir. Həmin xüsusiyyətləri bildirən sözlər leksik kateqoriya etibarı ilə və işləndiyi kontekst daxilində vulqarizm, söyüş sözləri, ədəbsiz ifadələr deyildir. Bu səbəbdən də “rəhbərliyə təyin edilmiş insanlar üçün namus və vicdan anlayışı yoxdur” ifadəsini kiminsə şərəf və ləyaqətini aşağılayan, onu qəsdən alçaldan, təhqiramiz ifadələr hesab etmək olmaz. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, M.Y.Tağıyevaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.4. cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı; 346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. İş materiallarına əlavə edilmiş “https://www.facebook.com/mehriban.kerimova.37” linkində yerləşən “Facebook” sosial şəbəkəsindən çıxarışdan görünür ki, həmin istifadəçi profilində “Zdravstvuyte doroqiye druzya!” sözləri ilə başlayan yazı yerləşdirmişdir. Həmin yazıda M.Y.Tağıyeva 15 aprel 2019-cu il tarixdə aşağıdakıları yazmışdır: “V nastoyasheye vremya ya rabotayu v oqromnoy korporatsii mejdunarodnogo maştaba Karlsberq, no v yeye azerbaydjanskom variante, qde k rukovodstvu postavlenı lyudi dlya kotorıx net ponyatiya çest i sovest i kotorıe kak mogut topçut vse vnutrikorporativnıye normı i pravila.” Həmin mətnin azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir: “Hal-hazırda mən beynəlxalq miqyaslı nəhəng “Karlsberq” korporasiyasında çalışıram, lakin onun Azərbaycan variantında rəhbərliyə təyin olunmuş insanlar üçün namus və vicdan anlayışları yoxdur və onlar bütün daxili korporativ norma və qaydalarını necə istəyirlər elə də tapdalayırlar.” İş materiallarına əlavə edilmiş “https://www.facebook.com/mehriban.kerimova.37” linkində yerləşən “Facebook” sosial şəbəkəsindən çıxarışdan görünür ki, “https://www.facebook.com/mehriban.kerimova.37” linkində yerləşən “Facebook” sosial şəbəkəsindən çıxarışdan görünür ki, həmin istifadəçi profilində “V Azerbaydjane est oçen xoroşaya poslovitsa!” sözləri ilə başlayan yazı yerləşdirmişdir. Həmin yazıda M.Y.Tağıyeva 23 aprel 2019-cu il tarixdə aşağıdakıları yazmışdır: “Etomu çeloveku-X5 ne ponravilis moi slova ob otsutstvii u nego çesti i sovesti v moyey predıduşey publikatsii. Həmin mətnin Azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir: “Əvvəlki nəşrimdə şərəf və vicdanının olmaması barədə dediyim sözlər bu insanın - X8 xoşuna gəlməmişdir”. Həmin yazıda həmçinin qeyd edilir ki, “Kak skazal mne pri vstreçe qeneralnıy direktor Karslberq Azerbaydjan qrajdanin X15 Oleqoviç çitiruyu: “Poka tı dokajeş, çto mı deystvuyem nezakonno mı uje tebya uvolim, a suditsa tı mojeş xot skolko xoçeş...” Bu sözlərin tərcüməsi aşağıdakı kimidir: “Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən.” İş materiallarında olan 31.03.2017-ci il tarixli 398 saylı əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, M.Y.Tağıyeva "xxxx" MMC-yə hüquqi işlər üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 30.03.2018-ci il tarixli 398 saylı əmək müqaviləsinə 3 saylı əlavə sazişin təsdiq edilmiş surətindən görünür ki, M.Y.Tağıyeva "xxxx" MMC-yə hüquq işləri üzrə departament rəhbəri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 aprel 2018-ci il tarixli Qərardadından görünür ki, İddiaçı M.Y.Tağıyeva ilə cavabdeh "xxxx" MMC arasında qanunsuz ixtisar və töhmət əmrinin ləğv olunmasına dair mülki iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənədək ikinci intizam tənbehinin verilməsi cavabdehə qadağan edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli Qərardadından görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18.12.2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-nin 12.04.2019cu il tarixli, 12T/HR saylı Tağıyeva Mehriban Yafəz qızı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, Tağıyeva Mehriban Yafəz qızı "xxxx" MMC-də Hüquq Departamentinin Rəhbəri vəzifəsinə bərpa edilməsi və "xxxx" MMC-dən məcburi işburaxmaya görə Tağıyeva Mehriban Yafəz qızının işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı Tağıyeva Mehriban Yafəz qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli Qərarından görünür ki, Cavabdeh “Carlsberg Azerbaijan" məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar X12 və "xxxx" MMC-dən rəsmi qaydada üzr istəmək, həmin üzrxahlığı özünün özünün https://www.facebook.com/mehriban.kerimova.37 “Facebook" linkində dərc etmək və 15.04.2019-cu il tarixdə dərc etdiyi “Zdravstvuyte doroqiye druzya!” sözləri ilə başlayan və “prodoljeniye sleduyet” sözləri ilə qurtaran yazını silmək vəzifəsi cavabdeh Tağıyeva Mehriban Yafəz qızının üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2020-ci il tarixli Qərarından görünür ki, iddiaçı Tağıyeva Mehriban Yafəz qızının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2021-ci il tarixli Qərarından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-2785/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xüsusi ittihamçının nümayəndəsi və vəkili tərəfindən müstəqil qaydada alınaraq məhkəməyə təqdim edilmiş X1 02 oktyabr 2020-ci il tarixli 348 saylı mütəxəssis rəyindən görünür ki, tədqiqat təqdim edilmiş Tağıyeva Mehriban Yafəz qızının “Facebook” sosial şəbəkəsində özünə aid olan səhifədə 15.04.2019-cu il tarixdə etdiyi paylaşımlarda “Karlsberq” (Azərbaycan) şirkətinin rəhbərliyi barədə işlətdiyi “...onun Azərbaycan vainatında “rəhbərliyə təyin olunmuş insanlar üçün namus və vicdan anlayışları yoxdur” cümləsi əks etdirdiyi məzmun abxımından yönəldiyi şəxsin (şəxslərin) şərəf və ləyaqətini ləkələyən söz və ifadələr hesab edilir. Tədqiqata təqdim edilmiş Tağıyeva Mehriban Yafəz qızının “Facebook” sosial şəbəkəsində özünə aid olan səhifədə 15.04.2019-cu il tarixdə etdiyi paylaşımlarda “Karlsberq” (Azərbaycan) şirkətinin rəhbərliyi barədə yazdığı “onlar bütün daxili korporativ norma və qaydalarını necə istəyirlər elə də tapdalayırlar”, Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən” sözlərinin deyilməsi kimi (yəni şirkət rəhbərliyinin norma və qaydaları tapdalaması, qanunsuz hərəkətlərdən çəkinməyərək işçini işdən qovmaqla təhdid etdiyini bildirən) məlumatlar öz təsdiqini tapmadığı və sübuta yetirilmədiyi təqdirdə aid edildiyi şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatla hesab edilir. Həmin məlumatların doğruluğunun və ya böhtan olmasının müəyyən edilməsi isə lingvistik tədqiqata aid olmayıb, hüquqi araşdırma tələb olunan məsələdir. İş materiallarında olan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyindən görünür ki, mətndə işlədilən leksik vahidlər, söz və söz birləşmələri insanda və onun davranışında təzahür edən bu və ya başqa xüsusiyyətləri ifadə edir. Həmin xüsusiyyətləri bildirən sözlər leksik kateqoriya etibarı ilə və işləndiyi kontekst daxilində vulqarizm, söyüş sözləri, ədəbsiz ifadələr deyildir. Bu səbəbdən də “rəhbərliyə təyin edilmiş insanlar üçün namus və vicdan anlayışı yoxdur” ifadəsini kiminsə şərəf və ləyaqətini aşağılayan, onu qəsdən alçaldan, təhqiramiz ifadələr hesab etmək olmaz. Qeyd edilən mütəxəssis rəyinin verilməsi xərcləri kimi müvafiq müşayətedici məktubda 300 AZN qeyd edilmişdir. İş materiallarında olan Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 4/488 saylı ekspert rəyindən görünür ki, 15 aprel 2019-cu il tarixdə https://www.facebook.com/mehriban.kerimova.37 linkdən surəti çıxarıldığı bildirilən "Salam, dostlar!" sözləri ilə başlayan "Hazırda mən beynəlxalq miqyaslı böyük korporasiyada “Karlsberq”, lakin onun Azərbaycan variantında işləyirəm, burada rəhbərliyə şərəf və vicdan anlayışı deyilən bir məfhumu daşımayan şəxslər qoyulmuşdur, onlar bütün daxili norma və qaydaları istədikləri kimi tapdalayırlar." mətnində təsvir edilən hadisələr, habelə qanunsuz yolla alçaq və rəzil niyyət çatmaq”, “şərəf və vicdan anlayışlarının olmadığı” kimi ifadələr konkret şəxsə ünvanlanmamışdır. 23 aprel 2019-cu il tarixdə https://www.facebook.com/mehrib-an.kerimova.37 linkindən surəti çıxarıldığı bildirilən "Azərbaycanda çox yaxşı atalar sözü var " sözləri ilə başlayan yazıda “Mənim əvvəlki yazımdakı şərəf və vicdanın olmaması barədə sözlərim bu adamın-X8 xoşuna gəlməyib” cümləsində “şərəf və vicdanın olmaması” sözləri şəxsin şərəf və layaqətini alçaldan məlumatlardır. Lakin, həmin sözlərin bilavasitə X10 ünvanlandığını rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün deyil. 23 aprel 2019-cu il tarixli yazıdakı ifadələr 15 aprel 2019-cu il tarixli yazıya konkret şəxsin - X8 yazı müəllifinə qarşı məhkəməyə müraciət etməsi formasında verdiyi reaksiyaya cavab kimi qiymətləndirilə bilər. 15 aprel 2019-cu il və 23 aprel 2019-cu il yazıları ayrı-ayrılıqda götürüldükdə konkret bir şəxsə qarşı təhqiredici ifadələr işlədilməmişdir. Həmin rəyə görə ekspertiza xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın xərci 300 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəyindən görünür ki, 15 aprel 2019-cu il tarixli və 23 aprel 2019-cu il tarixli yazılar birlikdə götürüldükdə orada işlədilmiş ifadələr konkret şəxsə və ya şəxslərin ünvanına deyil, ümumi şəkildə “rəhbərlik” və “onlar” sözlərinin vasitəsi ilə ifadə olunmuşdur. Tədqiq edilmiş yazılarda nəzərdə tutulmuş şəxslərin dairəsinə “rəhbərlik” sözünün mənasına görə "xxxx" MMC-nin direktoru daxildir. Həmin rəyə görə ekspertiza xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın xərci 150 manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(103)-1336/2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar X13 və "xxxx" MMC-nin cavabdeh Tağıyeva Mehriban Yafəz qızına qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2020 saylı 13.10.2020-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə dair mülki iş vardır. Qeyd edilən mülki iş üzrə icraat dayandırılmışdır. İcraatın dayandırılma səbəbi kimi isə X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının olmaması göstərilmişdir. İş materiallarında olan DİN-nin portalından çıxarışdan görünür ki, M.Y.Kərimova Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.06.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsilli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyləri və ekspert rəyləri araşdırlarkən müəyyən edilmişdir ki, iş materiallarında olan xüsusi ittihamçının nümayəndəsi və vəkili tərəfindən müstəqil qaydada alınaraq məhkəməyə təqdim edilmiş X1 02 oktyabr 2020-ci il tarixli 348 saylı mütəxəssis rəyi ilə Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyi, həmçinin Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 4/488 saylı və 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəyləri arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə qeyd edilən mütəxəsis və ekspert rəylərini araşdıraraq hesab edir ki, hazırki iş üzrə Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyi, həmçinin Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 4/488 saylı və 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəyləri mötəbər, X1 02 oktyabr 2020-ci il tarixli 348 saylı mütəxəssis rəyi isə qeyrimötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylərin hər birinin tədqiqat hissəsi araşdırldıqda müəyyən edilir ki, Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyi, həmçinin Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 4/488 saylı və 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəyləri verilərkən daha əhatəli araşdırma aparılmış, söz və ifadələrin lüğəvi mənalarına istinad etməklə əsaslandırılmış rəylər verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə yekun nəticəyə gəlinərkən Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstititunun 12.10.2020-ci il tarixli 037/158 saylı mütəxəssis rəyi, həmçinin Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021ci il tarixli 4/488 saylı və 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəylərinə istinad etmək olar. Bundan əlavə məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 97/2020 saylı 13.10.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyi və işin apellyasiya mərhələsində icraat dayandırıldığı üçün həmin qətnamə hazırki iş üzrə preyidusial (məcburi) hüquqi qüvvəyə malik məhkəmə aktı qismində qəbul edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna təminat nəzərdə tutmuşdur. İnsan hüquqlan üzrə Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikir ifadə etmək azadlığı) həyata keçirilməsi «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il «Mülki və Siyasi Hüquqlar Haqqında» Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «İnsan Hüquqları va Əsas azadlıqların Müdafiəsi Haqqında» 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddəsində işlədilən «İfadə» anlayışına genişləndirici təsvir verilir. X4rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən vəya etinasız qəbul edilən «məlumat» və «ideyaları», həm də dövlət və ya əhalinin birhissəsi tərəfindan həqarətli, utandırıcı və narahatlıq doğuran «məlumat» və «ideyaları» əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Bununla yanaşı Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, qiymətləndirici mülahizələrdən fərqli olaraq (yazıda istinad edilən) faktları sübut etmək mümkündür. «QRİNBER RUSİYAYA QARŞİ (№ 23472/03. 21.07.2005.) işi üzrə qərarında da Məhkəmə bu mövqeyini bir daha təsdiqləmişdir. Məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf- cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan cinayəti obyektiv cəhətdən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla ifadə olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir cinayəti obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda ifadə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Hazırki iş üzrə araşdırma aparılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs M.Y.Tağıyeva "xxxx" MMC-nin işçisi olmuş, əmək prosesi zamanı intizam tənbehinin verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tərəflər arasında mübahisələr yaranmış və bununla bağlı M.Y.Tağıyeva məhkəməyə müraciət etmişdir. Hətta məhkəmə qərarlarının icrası ilə bağlı da tərəflər arasında fikir ayrılıqları olmuşdur. Bununla bağlı hazırki iş üzrə təqsirləndirilən şəxs M.Y.Tağıyeva https://www.facebook.com/mehriban.kerimova.37 linkində yerləşən “Facebook” sosial şəbəkəsindəki profilində olan yazılarında Azərbaycan dilində tərcüməsi aşağıdakı kimi olan ifadələr yazmışdır. - “Hal-hazırda mən beynəlxalq miqyaslı nəhəng “Karlsberq” korporasiyasında çalışıram, lakin onun Azərbaycan variantında rəhbərliyə təyin olunmuş insanlar üçün namus və vicdan anlayışları yoxdur və onlar bütün daxili korporativ norma və qaydalarını necə istəyirlər elə də tapdalayırlar.” - “Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən.” Xüsusi ittihamçı məhkəməyə müraciətində iddia edir ki, M.Y.Tağıyeva birinci abzasda yazılmış söz və ifadələrlə onu təhqir etmiş, ikinci abzada olan söz və ifadələrlə isə ona böhtan atmışdır. Təqsirləndirilən şəxs isə qeyd edir ki, o, kimsəni təhqir etməmiş, ümumi şəkildə qeyd etmişdir ki, “rəhbərliyə təyin edilmiş şəxslər”, yəni sözləri konkret şəxsə qarşı ünvanlanmamışdır. Həmçinin kiməsə namussuz və ya vicdansız deməmişdir. “namus və vicdan anlayışları yoxdur” kimi yazmışdır ki, bu da hər hansı şəxsin namusunun və ya vicdanın olmaması demək deyildir. Böhtanla bağlı isə qeyd etmişdir ki, “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən” yazmaqla xüsusi ittihamçınının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma niyyəti olmamış, aralarında olan məhkəmə mübahisələri də təsdiq edir ki, burada onun yalan informasiya yaymaq niyyəti olmamış, aralarında olan məhkəmə çəkişmlərində olan məsələlər barədə yazmışdır. Hansı ki, oxaşar məsələlər aramızda olan mülki işlərdə də olmuşdur. Qeyd edilən iddialarla bağlı məhkəmə araşdırması zamanı Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitituna sorğu verilərək müvafiq mütəxəssiz rəyi alınmış, həmçinin məhkəmə-linqvistik ekspertizaları təyin edilərək Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 4/488 saylı və 06 avqust 2021-ci il tarixli 4/907 saylı ekspert rəyləri alınmışdır. Həm mütəxəssis rəyi, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, rəhbərliyə təyin edilmiş insanlar üçün namus və vicdan anlayışı yoxdur” ifadəsini kiminsə şərəf və ləyaqətini aşağılayan, onu qəsdən alçaldan, təhqiramiz ifadələr hesab etmək olmaz. Həmçinin müəyyyən edilmişdir ki, “şərəf və vicdan anlayışlarının olmadığı” kimi ifadələr konkret şəxsə ünvanlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, M.Y.Tağıyevaya istinad edilən ittiham üzrə onun birinci əməli ("xxxx" MMC-nin Azərbaycan variantında rəhbərliyə təyin olunmuş insanlar üçün namus və vicdan anlayışları yoxdur” yazısı) kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçı X8 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etməsi kimi qiymətləndirilə bilməz. Bununla bağlı olaraq, məhkəmə hesab edir ki, M.Y.Tağıyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Məhkəmə ilk növbədə M.Y.Tağıyevanının xüsusi ittihamçı barəsində yaydığı məlumatın tənqidi xarakteri, qiymətləndirici mülahizə və ya böhtan olmasının araşdırılmasını zəruri hesab edir. Bu nöqteyi nəzərdən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, M.Y.Tağıyevanın Facebook sosial şəbəkəsindəki səhifəsində “Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən” yazmaqda məqsədi xüsusi ittihamçını gözdən salmaq, işgüzar nüfuzuna xələl gətirmək, şərəf və ləyaqətini alçaltmaq və ona böhtan atmaq olmamış, sadəcə aralarında olan əmək mübahisələri və bununla bağlı məhkəmə çəkişmələri ilə əlaqədar yazmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, M.Y.Tağıyevaya istinad edilən ittiham üzrə onun ikinci əməli (“Karlsberq Azərbaycanın baş direktoru Rusiya vətəndaşı X13 ilə görüşü zamanı mənə dediyi kimi, sitat gətirirəm: “Sən bizim qanunsuz hərəkət etdiyimizi sübut edənə qədər biz səni qovacağıq, nə qədər istəyirsən məhkəmədə çəkişə bilərsən” yazması) yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X8 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatın kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla X10 böhtan atması kimi qiymətləndirilə bilməz. Bununla bağlı olaraq, məhkəmə hesab edir ki, M.Y.Tağıyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi də yoxdur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2. və 21.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs üçün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məcəllənin 7-ci maddəsinə görə isə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci bəndinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, M.Y.Tağıyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə verilmiş mütəxəssi rəyinə görə çəkilmiş xərclər üzrə 300 (üç yüz) manat məbləğində pul vəsaiti və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci 450 (dörd yüz əlli) manat xüsusi ittihamçıdan tutularaq həmin təşkilatların hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı CPM-nin 344-347, 349, 350, 352, 353.3, 353.5, 356, 358, və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Tağıyeva Mehriban Yafəz qızının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələrlə bəraət verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 450 (dörd yüz əlli) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə verilmiş mütəxəssi rəyinə görə xərc – 300 (üç yaz) manat X6 tutularaq Azərbaycan Respublikası Milli X9 Nəsimi adına Dilçilik İnstititunun (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, illi X9 Nəsimi adına Dilçilik İnstititu, VÖEN **********, AZ50CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar