Məhkəmə qərarları › İş №1(004)-40/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-40/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-40/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Gürcüstan Respublikası, Rustavi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 07 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Kəmərli kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə xx.xx.1989-cu ildə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Viyən kəndində pasport qeydiyyatında olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talanacaq əmlakın yarıbayarı bölünəcəyi ilə bağlı sövdələşərək cinayət əlaqəsinə girib xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu H.Hüseynov küçəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Klinik Xəstəxanasının binasının yan tərəfində dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı “E class” modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində sərnişin qismində olan şəxslərin yatmasını müşahidə etdikdən sonra Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermiş, aralarında olan razılaşmaya əsasən özü kənardan gələn olarsa xəbər vermək məqsədi ilə hadisə yerindən 100 metr məsafədə gözləmiş, Təqsirləndirilən şəxs2 isə qeyd edilən ünvanda dayanmış halda olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı “E class” modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus 200 manat dəyərində üzərində “X4 AR-**********” yazısı olan qol saatını və Zərərçəkmiş şəxs1 məxsus 1.600 manat dəyərində “İphone” markalı, “12 PRO" modelli mobil telefonu və telefonun üzərindəki 4 manat dəyərində GSM nömrəsini nömrədə olan 3 manat 50 qəpiklik balansı ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talanacaq əmlakın yarıbayarı bölünəcəyi ilə bağlı sövdələşərək cinayət əlaqəsinə girib xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu H.Hüseynov küçəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Klinik Xəstəxanasının binasının yan tərəfində dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı “E class" modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində sərnişin qismində olan şəxslərin yatmasını müşahidə edən Təqsirləndirilən şəxs1 ona bu barədə məlumat verdikdən sonra, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 kənardan gələn olarsa xəbər vermək məqsədi ilə hadisə yerindən 100 metr məsafədə gözləmiş, özü isə qeyd edilən ünvanda dayanmış halda olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı "E class" modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus 200 manat dəyərində üzərində “X4 AR-**********” yazısı olan qol saatını və Zərərçəkmiş şəxs1 məxsus 1.600 manat dəyərində “İphone” markalı, “12 PRO” modelli mobil telefonu və telefonun üzərindəki 4 manat dəyərində GSM nömrəsini nömrədə olan 3 manat 50 qəpiklik balansı ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxs Elminlə aralarında cinayətin törədilməsi ilə bağlı sövdədləşmə olmamışdır və onunla birlikdə heç bir oğurluq etməmişdir. Elmin özünə məxsus əşyaları satmaq üçün üzərində özünün şəxsiyyət vəsiqəsi olmadığından ondan həmin əşyaları satmasını xahiş etmişdir. O da əşyaların Elminə məxsus olduğunu düşünüb bu təklifə etiraz etməmişdir. Daha sonra o, “28 may” kimi tanınan əraziyə gedib telefon maqazinində işləyən əvvəllər bir yerdə cəzaçəkmə müəsisəndə cəza çəkdiyi tanışı Mehracın yanına getmişdir. Ona satılıq mobil telefon olduğunu, lakin mobil telefon apartının ona menyusuna daxil olmaq üçün olan şifrələnmə kodunu bilmədiyini demişdir. Tanışı Mehrac telefona baxaraq həmin telefona görə ona 420 manat pul vermişdir və o, həmin pulu Elminə vermişdir. Alqı-satqı zamanı öz şəxsiyyət vəsiqəsin surətini dükana təqdim etmişdir. Onun tərəfindən əvvəllər başqa oğurluq cinayətləri törədilmişdir, həqiqətən törətdiyi həmin əməlləri etiraf etmiş və məhkum olunmuşdur. Lakin hazırkı cinayət əməli ilə heç bir əlaqəsi yoxdur, onun tərəfindən törədilməmişdir. Ümumiyyətlə törədilmiş cinayət barədə məlumatı olmamışdır. Belə ki, o, istintaq zamanı döyülmüşdür. Onun təzyiq altında ifadəsi alınmışdır. Bununla bağlı ekspertiza keçirilmiş, araşdırılma aparılmışdır. Lakin cinayət işinin başlanması qanunsuz olaraq rədd olunmuşdir. İfadəsinin sonunda onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, 31 may 2022-ci il tarixdə onunla birlikdə cəza çəkmə müəssəsində cəza çəkmiş Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq “28 may” ərazisində görüşmüşdür. Onlar bir qədər Bakı şəhərində Elminin idarə etdiyi boz metalik rəngli Toyota markalı Prius modelli avtomobillə şəhərdə gəzdikdən sonra Elmin sürücülük vəsiqəsini götürməsi üçün “20 yanvar” ərazisinə getməyi təklif etmişdir. Elimlə razılaşaraq birlikdə getmiş və sonuncunun idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində olan zaman tualetə getmək üçün Elminə avtomobili saxlatmasını bildirmişdir. Tualetə gedib qayıdanda yolun kənarında mercedes markalı gümüşü rəngli avtomobiln dayandığını, içərisində isə qabaq oturacaqda və arxa oturacaqda qadın cinsli şəxsin yatdığını görmüşdür. Elminin yanına gedərək ona gördüyü avtomobil barədə məlumat verərək “mən avtomobilin içərisində qadın olduğu üçün oğurluq edə bilmərəm bacarırsansa sən yoxla” demişdir. Elmin “mən baxaram” demiş və avtomobildən düşüb onun göstərdiyi istiqamətdə getmişdir. O, oğurluq olan yerdən təxminən 100 metr kənarda durub gözləmişdir ki, avtomobilə tərəf sürücü və ya digər şəxslər yaxınlaşsa məlumat verə bilsin. Elminin oğurluq etdiyi anı görməmiş, baxanda artıq Elmin oğurluq edib ona yaxınlaşmışdır. Elminə məxsus avtomobilə oturduqda Elmin avtomobildən bir ədəd İphone markalı telefon və bir ədəd qol saatı oğurladığını bildirmişdir. Daha sonra onlar “20 yanvar” istiqamətində yolunu davam etdirmişlər. Orada avtomobildən düşmüş və razılaşmalarına əsasən oğurlanmış mobil telefonla qol saatını özü ilə götürmüşdür ki, satıb pulunu bölsünlər. Daha sonra o, “28 may” ərazisinə gedib telefon maqazinində işləyən dostu Mehracın yanına getmişdir. Ona satılıq mobil telefon olduğunu, lakin mobil telefon apartının ona menyusuna daxil olmaq üçün olan şifrələnmə kodunu bilmədiyini demişdir. Tanışı Mehrac telefona baxaraq həmin telefona görə ona 420 manat pul vermişdir. Alqı-satqı zamanı öz şəxsiyyət vəsiqəsin surətini dükana təqdim etmişdir. Daha sonra Elminlə mobil telefonla əlaqə saxlayaraq 28 may metrostansiyası yaxınlığında görüşmüşdür. Mobil telefonun satışından əldə edilmiş 420 manat pul vəsaitindən 80 manatını restoranda xərcləmişlər, qalan pulu isə hər adama 170 manat olmaqla yarı bölmüşlər. 01 iyun 2022-ci il tarixdə isə 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində olan qol saatını polis əməkdaşlarına təqdim etmişdir. Mehrac adlı şəxs onunla birlikdə cəza çəkmə müəssəsində olmuşdur. Mehracla sonuncu dəfə təxminən 7-10 gün əvvəl görüşmüşdür. Mehrac onun iphone markalı mobil telefonunun olmamasını bilmişdir. Lakin ona satmış olduğu telefonunda oğurluq olması barədə ona heç bir söz deməmişdir, telefonun ona aid olmasını bildirmişdir. Beləliklə də Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, hadisə yerinə baxış protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (oğurluğu Elimxanla birlikdə deyil yalnız özü törətdiyini) ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı döyülməsə də müxtəif təzyiq və təsir altında ifadə vermək məcburuyyətində qalmışdır və ona görə də oğurluq əməlini Elimxanla birlikdə törətdiyini bildirmişdir. Əslində digər Təqsirləndirilən şəxs1 oğurluqdan xəbəri olmamışdır. Həmçinin bildirmişdir ki, müəyyən xəstəlikdən əziyyət çəkdiyi üçün ona əməliyyat olunmaq üçün pul lazım olduğuna görə özü təkbaşına oğurluq etmək qənaətinə gəlmişdir və oğurluğq etmişdir. Belə ki, ayaqyuluna gedərkən yolun kənarında mercedes markalı avtomobil dayandığını və içərisində olan qadın cinsli şəxslərin yatdığını görmüşdür. Kənarda başqa şəxslərin olub-olmadığını, eləcə də oğurluq edən zaman kiminsə onu görə biləcəyini nəzərdən keçirib və avtomobildəki şəxslərin həqiqətəndə yatdığını, avtomobildən oğurluq edəcəyini hiss etməyəcəklərinə əmin olduqdan sonra qabaq sərnişin tərəfdən avtomobilin açıq şüşəsindən qolunu salona uzadıb oradan bir ədəd iphone markalı mobil telefon və bir ədəd emporio armani markalı qol saatını götürüb qaçmışdır. Daha sonra onun üstündə şəxsiyyət vəsiqəsi olmadığından dostu Elimxandan həmin oğurladığı əşyaları satmasını xahiş etmişdir. Elimxanın əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Elimxana oğurladığı əşyaların özünə məxsus olduğunu bildirmişdir və müalicəsi üçün pul lazım olduğunu bildirərək satmaq istədiyini demişdir. Elimxan onun dostu olduğu üçün həmin əşyaların satılmasında kömək etməyə razı olmuşdur və sonradan satdığı telefona görə ona 420 manat pul vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini Elimxanla birlikdə deyil, yalnız onun tərəfindən törədilməsi, eləcə də digər hallarla bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, 31 may 2022-ci il tarixdə onunla birlikdə cəza çəkmə müəssəsində cəza çəkmiş Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq “28 may” ərazisində görüşmüşdür. Onlar bir qədər Bakı şəhərində onun icarə əsasında idarə etdiyi boz metalik rəngli Toyota markalı Prius modelli avtomobillə şəhərdə gəzdikdən sonra sürücülük vəsiqəsini götürmək üçün “20 yanvar" ərazisinə tərəf maşını sürmüşdür. Yasamal rayonu ərazisindən keçərkən Elimxan tualetə getmək istədiyini bildirdiyi üçün avtomobili yolun kənarında saxlamışdır. Elimxan avtomobildən düşüb tualetə getmiş və təxminən 10 dəqiqə sonra qayıdaraq ona “yolun kənarında mercedes markalı avtomobil dayandığını və içərisində olan qadın cinsli şəxsin yatdığını, içərisindəki şəxsin qadın olduğu üçün özü avtomobilə daxil olmaq istəmədiyini, əgər alınarsa onun avtomobildən dəyərli əşya oğurlayıb satıb pul əldə etmələrini” bildirmişdir. Onun və Elimxanın hər ikisinin pula ehtiyacı olduğu üçün sonuncunun təklifi onda maraq yaratmışdır. Daha sonra Elimxana avtomobilin dayandığı yeri ona göstərməsini bildirmişdir. O, öz avtomobilinin yanından ayrılaraq piyada gümüşü rəngli mercedes markalı avtomobilin yanına tərəf getmişdir. Avtomobilin yanına yaxınlaşdıqda içərisində qabaq və arxa oturacaqda iki nəfər qadın cinsli şəxsin yatdığını görmüşdür. Kənarda başqa şəxslərin olub-olmadığını, eləcə də oğurluq edən zaman kiminsə onu görə biləcəyini nəzərdən keçirib və avtomobildəki şəxslərin həqiqətəndə yatdığını, avtomobildən oğurluq edəcəyini hiss etməyəcəklərinə əmin olduqdan sonra qabaq sərnişin tərəfdən avtomobilin açıq şüşəsindən qolunu salona uzadıb oradan bir ədəd iphone markalı mobil telefon və bir ədəd emporio armani markalı qol saatını götürüb qaçaraq öz avtomobilinə tərəf getmişdir. Elimxanla idarə etdiyi avtomobilə oturaraq 20 yanvar metrostansiyası istiqamətinə getmişdir. 20 yanvar ərazisində Elimxan avtomobildən düşmüş və ümumi razılaşmalarına əsasən oğurladığı mobil telefon və qol saatını özü ilə götürmüşdür ki, satıb pulları bölsünlər. Ayrıldıqdan bir neçə saat sonra Elimxan ona zəng eləmiş və onlar yenidən 28 may ərazisində görüşmüşlər. Elimxan mobil telefonu 420 manata satdığını, lakin qol saatını sata bilmədiyini bildirmişdir. Onlar hərəyə 170 manat pul bölmüşlər qalan pulu isə restoranda xərcləmişlər. Saxlanıldıqları gün Təqsirləndirilən şəxs1 oğurladıqları qol saatını polis bölməsində təqdim etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, baxmayaraq ki, ibtidai istintaqı dövrü ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini səmimi etiraf etmişlər və özlərini təqsirli bilmişlər, cinayət hadisəsini birlikdə törətdiklərini qeyd etmişlər yalnız məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə dövründə cinayət əməlinin törədilməsində onun rolunun olmadığını, cinayət hadisəsi ilə əlaqəsinin olmamasını bildirmişdir, Təqsirləndirilən şəxs2 isə cinayəti təkbaşına törətməsi ilə bağlı ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir, döyülməmişdir, lakin o, təziqlərə məruz qaldığından hazırda fəqli ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs2 ona qarşı edilmiş təziqlərin kim tərəfindən törədildiyini və təziqlərin konkret olaraq nədən ibarət olmasını izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxsdir və o, ilkin vermiş olduğu ifadəsinin mahiyyətini və məsuliyyətini dərk etməklə bərabər, bildiyi kimi ifadə vermək və ya ümumiyyətlə ifadə verməmək imkanına malik olmuşdur. Məhkəmə istintaqı zamanı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı döyülmüşdür və təziqlərə məruz qaldığından fəqli ifadə vermişdir. Lakin məhkəmənin sorğusu əsasında əldə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 gətirdiyi dəlillər əsassızdır .Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında tibbi yoxlanışdan keçən zaman onun bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı 197-C-22 saylı material üzrə cinayət işinin başlanması AR CMnin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdirvə hazırda həmin qərar qüvvədədir. Digər tərəfdən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər doqquz dəfə məhkum olunmuş şəxsdir və o, ilkin vermiş olduğu ifadəsinin dərk etməklə bərabər, bildiyi kimi ifadə vermək və ya ümumiyyətlə ifadə verməmək imkanına malik olmuşdur. Bundan əlavə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş və ittiham olunduqları cinayət əməllərini harada və hansı üsullarla həyata keçirdikləri sənədləşdirilərək iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 istintaq orqanına verdiyi ifadələri hadisə yerində əyani şəkildə göstərib tam təsdiq etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qətimkan tədbri seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak edərkən hər iki şəxs törətdikləri cinayət əməlini səmimi etiraf etmişlər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə qarşısında olan zaman həqiqəti bildirmək imkanları olmuş və onlar həmin vaxt səmimi və düzgün ifadə vermişdirlər. Belə ki, məhkəmə qarşısında olan zaman və barələrində verilmiş təqdimata münasibət bildirərkən (cinayətin onlar tərəfindən törədilibtörədilməməsi soruşularkən) onlara başqa bir şəxslər tərəfindən hər hansı bir kənar müdaxilə olunması halının baş verməsi və ya digər qaydada təziq və təsir edilməsi imkan xaricində olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.7.10, 91.5.10 və 90.9-cu maddələrinin tələblərinə əsasən, şübhəli və yaxud təqsirləndirilən şəxslər ifadə vermək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və ya ifadə verməkdən imtina etmək, onlara qarşı irəli sürülən ittihamla əlaqədar izahat (ifadə) vermək və izahat (ifadə) verməkdən, sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Habelə, cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, onun üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxslər istədiyi kimi özünün müdafiəsini mümkün olan və zəruri hesab etdiyi vasitələrdən istifadə edib qurmaqla həyata keçirmək hüququna malikdir, yəni onun ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və yaxud imza etməkdən imtina etmək vəzifəsi deyil, hüququdur və buna görə də, onun hər hansı bir məsuliyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı bir sənədi imzalamaqdan imtina etməsinə və yaxud etirafedici ifadə verməməsinə, ifadə vermək və ya ifadə verməkdən imtina etməsinə yalnız onun müdafiə hüququ kimi baxılmaqla qəbul olunmalı və qiymətləndirməklə nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır lakin onlar məhkəməyə gəlməməyin səbəbi kimi Gəcə şəhərində yaşadıqları üçün məsafənin uzaq olmasını, Zərərçəkmiş şəxs2 isə hazırda həqiqi hərbi xidmətdə olmasını, o, səbəbdən iştirak etmələrinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdirlər.Məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan və notariat qaydad təsdiq edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərin hər ikisindən tələbkar və şikayətçidir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 31 may 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Gəncə şəhər idarəsinin göndərişinə əsasən qardaşı Zərərçəkmiş şəxs2 müayinə məqsədilə Bakı şəhərinə Respublika Klinik Xəstəxanasına gəlməli olmuşdur. Qardaşı Həmidlə birlikdə o və anası Vüsalədə Bakı şəhərinə gəlmişlər. Onlar Bakı şəhərinə çatdıqdan sonra qardaşı özünə məxsus Mercedes markalı “E” class modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili Respublika Klinik Xəstəxanasının hasarının yan tərəfində saxlamışdır. Daha sonra qardaşı avtomobildən düşüb xəstəxanaya getmişdir. O, anası ilə birlikdə avtomobildə qardaşını gözləmişdir. Onlar səhər Gəncədən çıxdıqları üçün yorğun olmaları səbəbindən avtomobildə yatmışlar. Avtomobilin qabaq pəncərələrini açıq qoyaraq qabaq sağ oturacaqda o, arxada isə anası Vüsalə yatmışdır. Təxminən saat 15 radələrində tanımadığı təxminən 35-40 yaşlarında olan kişi cinsli şəxs onu səsləyərək oyadıb yerə düşmüş pul qabının ona məxsus olubolmadığını soruşmuşdur. O və anası yuxudan oyanmışlar. Özünə məxsus pul kisəsinin yerə düşdüyünü görmüşdür. Pul kisəsini götürmüş və daha sonra mobil telefonunu istifadə etmək üçün götürmək istədikdə mobil telefonu qoyduğu yerdə olmadığını görmüşdür. İlk öncə mobil telefonun harasa düşməsini düşünərək avtomobilin içərisində axtarmışdır. Daha sonra isə anasının telefonu ilə zəng etdikdə mobil telefonun şəbəkə xidməti xaricində olmasını bilmişlər. Həmçinin qardaşı Həmidə məxsus mobil telefonunda yerində olmadığını görüb onlar yatan vaxt mobil telefon və qol saatının oğurlandığı məlum olmuşdur. Oğurluq hadisəsi zamanı ona məxsus İphon 12 Pro markalı mobil telefon və qardaşı Həmidə məxsus Armani markalı qol saatı oğurlanmışdır. Ona məxsus mobil telefonu 8 mart qadınlar günü münasibəti ilə bağlı 2022-ci ilin mart ayında nişanlısı Abbas 2,500 manata alaraq ona hədiyyə etmişdir. Mobil telefonun üzərində 10 manat dəyərində Bakcell” MMC-yə aid 055- ***-**-** sim-kart mobil nömrəsi və nömrənin balansında 3.50 manat pul olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 31 may 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Gəncə şəhər idarəsinin göndərişinə əsasən Bakı şəhərinə Respublika Klinik Xəstəxanasına müayinəyə gəlmişdir. Gəncə şhərindən onunla birlikdə anası Vüsalə və bacısı Esmirada Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə çatdıqdan sonra özünə məxsus Mercedes markalı “E” class modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili xəstəxananın hasarının yan tərəfində saxlamışdır. Daha sonra anası Vüsalə və bacısı Esmira avtomobildə onu gözləmişlər. O, müayinə üçün xəstəxanaya daxil olmuşdur. Təxminən saat 15 radələrində anası Vüsalə onun mobil telefonuna zəng edib onu avtomobilin yanına gəlməyi bildirərək avtomobildən bacısının mobil telefonunun və ona məxsus qol saatının oğurlandığını demişdir. O, dərhal xəstəxanadan çıxıb avtomobilin yanına getmişdir. Avtomobilin yanına çatanda orada anası və bacısının olduğunu görmüşdür. Anası Vüsalə DİN-102 xidmətinə məlumat verdiyini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona məxsus 150 manat dəyərində içərisində X4 yazısı olan qol saatı və bacısı Esmiraya məxsus 2,500 manat dəyərində İphone markalı 12 pro modelli mobil telefon oğurlanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 31 may 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Gəncə şəhər idarəsinin göndərişinə əsasən oğlu Həmid Bakı şəhərinə Respublika Klinik Xəstəxanasına müayinəyə gəlməli olmuşdur. Həmin tarixdə Gəncə şəhərindən onunla birlikdə o və qızı Esmirada Bakı şəhərinə gəlmişdir. Həmid özünə məxsus Mercedes markalı “E” class modelli **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili xəstəxananın hasarının yan tərəfində saxlayaraq Klinik Xəstəxanaya getmişdir. O və qızı Esmira isə avtomobildə Həmidi gözləmişlər. Yorğun olduqları üçün avtomobildə arxa oturacaqda o, qabaq sağ oturacaqda isə qızı Esmira yatmışlar. Təxminən saat 15 radələrində tanımadığı kişi cinsli şəxs Esmiranı səsləyib oyadaraq sonuncuya məxsus pul kisəsinin yerə düşdüyünü bildirmişdir. Bundan sonra onlar yuxudan oyanmışlar. Daha sonra Esmira mobil telefonundan istifadə etmək üçün götürmək istədikdə mobil telefonun qoyduğu yerdə olmadığını görmüşdür. Daha sonra avtomobilə baxdıqda həm Esmiraya məxsus mobil telefonun həm də ki, oğlu Həmidə məxsus qol saatının yerində olmadığı məlum olmuşdur. Onlar mobil telefonun və qol saatının naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşlər və o, DİN-in 102 məlumat xidmətinə, həmçinin oğlu Həmidə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində qızı Esmiraya məxsus İphone 12 Pro modelli mobil telefon və oğlu Həmidə məxsus qol saatı oğurlanmışdır. Həmçinin oğurluq hadisəsi zamanı ona məxsus heç bir əşya oğurlanmamış və ona heç bir məbləğdə ziyan dəyməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin mart ayının əvvəllərində cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra “Vinil Azərbaycan” mobil telefonların satışı dükanında satıcı işləmişdir. 31 may 2022-ci il tarixdə Elimxan işlədiyi dükana gəlmişdir. Ona, oteldə qızla olduğunu və həmin qıza aid mobil telefonu satmasını demişdir. Ondan qızın özünün məlumatı olub-olmadığını soruşmuşdur. Elimxan qızın özünün satmasını deməsini bildirmişdir. Həmçinin mobil telefonun kodda olduğu üçün satmasını bildirmişdir. Telefonu ehtiyyat hissələrini sərf etmək üçün 470 manata ala bləcəyini demişdir. Lakin mobil telefonun qutusu olmadığı üçün 50 manat əskik, yəni 420 manat verib qutusunu gətirdikdən sonra ona qalıq 50 manat pulu verəcəyini demişdir. Elimxan öz şəxsiyyət vəsiqəsinin surətini vermiş və üzərində imzasını etmişdir. Mobil telefonun oğurluq olmasını bilməmiş, əgər oğurluq olmasını bilmiş olsaydı həmin mobil telefonu almazdır. Mobil telefonu alan zaman Elimxan mobil telefonun oğurluq olması barədə ümumiyyətlə ona heç bir söz deməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 9/4145 №-li məhkəmə-əmtəəşünaslıq ekspert rəyi ilə təsdiq edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “X5 AR-**********” yazıları olan qol saatının yuxarıda qeyd olunan xüsusatları nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 200,0 manat müəyyən edilmişdir (1-ci cild səh.194-196). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 9/5279 №-li məhkəmə-əmtəəşünaslıq ekspert rəyi ilə təsdiq edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “12 Pro” modelli 128 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 1600,00 manat, ***-***-**-** GSM nömrə 4,0 manat müəyyən olunmuşdur (1-ci cild, səh. 197-199). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 -ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddətinə məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 69.4- cü maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına məhkum dilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum dilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş şəxsdir (1-ci cild səh. 17, 178-181, 200-208) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Sumqayıt şəhəri məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)- 5/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmişdir. (1-ci cild, səh. 24,182-183, 187-192). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon icra və probasiya şöbəsindən daxil olmuş 10 fevral 2023-cü il tarixli 25 nömrəli məktubdan görünür ki, Yasamal rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.1, 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş və cərimə pulunu xx.xx.2017-ci il tarixdə tam olaraq dövlət büdcəsinə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin Bakı şəhəri, Yasamal rayonu H.Hüseynzadə küçəsi Respublika Klinik Xəstəxanasının hasarının yan tərəfi olduğu müəyyən edilmişdir (1-ci cild , səh. 06-09). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Klinik Xəstəxanasının yan tərəfini və orada törətdiyi oğurluq hadisəsinin gedişatını əyani olaraq göstərmişdir (1-ci cild, səh. 102-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu H.Hüseynov küçəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Klinik Xəstəxanasının binasının yan tərəfində və orada törətdiyi oğurluq hadisəsinin gedişatını əyani olaraq göstərmiş, eləcə də sonuncu oğurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığı Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, 33 “B” ünvanında yerləşən «Vinil Azərbaycan» mobil telefonların alqı-satqısı dükanının yerini göstərmişdir (1-ci cild səh.105-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, təhqiqat zamanı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs2aya məxsus 1 ədəd üzərində “Emporio Armanı” yazısı olan qol saatı Təqsirləndirilən şəxs1 tərəfindən könüllü olaraq təqdim edildiyindən Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Anar Allahyarov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokol əsasında həmin qol saatı Təqsirləndirilən şəxs1 götürülərək istintaqa təqdim olunmuşdur (1-ci cild, səh. 16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Əşyanın könüllü təqdim edilməsi əsasında götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus mobil telefona baxış keçirilərək Şahid2 götürülmüş mobil telefonun - İphone markalı, 12 Pro modelli 128 GB yaddaşlı, qara rəngli olmaqla işlək vəziyyətdə olması müəyyən olunmuşdur (1-ci cild, səh. 113-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Əşyaları tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı oğurluq yolu ilə ələ keçirilən əşyalar, yəni bir ədəd İphone markalı, 12 Pro modelli mobil telefon tanınma üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncu əvvəl ifadəsində göstərdiyi əlamətlərə uyğun təqdim edilən mobil telefonu tanıyaraq özünə məxsusluğunu bir daha təstiq etmişdir (1-ci cild , səh.169). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Əşyaları tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı oğurluq yolu ilə ələ keçirilən əşyalar, yəni bir ədəd üzərində “emporio armanı” yazısı olan qol saatı tanınma üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu əvvəl ifadəsində göstərdiyi əlamətlərə uyğun təqdim edilən mobil telefonu tanıyaraq özünə məxsusluğunu bir daha təstiq etmişdir (1-ci cild ,səh. 168). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan örünür ki, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə, 01 ədəd üzərində “X7 AR-**********” yazısı olan qol saatı və 01 ədəd İphone markalı, 12 Pro modelli mobil telefon aparatı 17 avqust 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (1-ci cild, səh. 228-239). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-479/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 56, 158-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-478/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 79, 161-163). Məhkəmə istintaqı zamanı əldə edilmiş və iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında tibbi yoxlanışdan keçən zaman bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı 197C-22 saylı material üzrə cinayət işinin başlanması AR CM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.Hazırda həmin qərar qüvvədədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr əldə edilmiş sübutlarla uzlaşmadığından onların ağır cəzadan qurtulmağa çalışdığını göstərir və həmin ifadələrə tənqidi yanaşaraq, özlərini müdafiə üçün gətirdikləri dəlil kimi qiymətləndirilməlidir və ibtidai istintaq zamanı verdikləri ifadələri əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). "Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Əsaslı şübhədən kənar” standartı adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət əməli nəticəsində vurulmuş ziyanın aradan qaldırılmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır.Hazırda müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş təzədən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cinayət əməli nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır.Hazırda müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş təzədən cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla X3 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X4 AR- **********” yazısı olan qol saatı və İphone markalı, “12 PRO” modelli mobil telefon zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, İş üzrə 100 (bir yüz) manat məbləğində məhkəməekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 50 (əlli) manat, Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-453/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “X4 AR- **********” yazısı olan qol saatı və İphone markalı, “12 PRO” modelli mobil telefon zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat məbləğində məhkəmə- ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 50 (əlli) manat, Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində, Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar