Məhkəmə qərarları › İş №1(004)-40/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-40/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-40/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və mütəxəssis X4 iştirakları ilə, 1 iyul 2005-ci ildə Hacıqabul rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla hazırda faktiki olaraq həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, yaş fərqi iki ildən çox olan tanışı xx xxxxxxxx 2008-ci il təvəllüdlü, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmamış Zərərçəkmiş şəxs on altı yaşına çatmayan şəxs olduğunu bilə-bilə, sonuncunun razılığı ilə 2023-cü ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının mənzillərindən birində olduqları zaman əvvəl sağ əlinin barmaqlarını Zərərçəkmiş şəxs anal dəliyinə dəfələrlə salıb-çıxararaq onunla seksual xarakterli hərəkətlər etmiş, daha sonra Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq cinsiyyət orqanı ilə qızlıq pərdəsinin tamlığını pozmaqla, sonuncunun və özünün cinsi ehtiraslarını təmin edərək, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1- ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə əsgərliyə getməmişdən əvvəl tanış olmuş, belə ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında metronun «20 Yanvar» stansiyası yaxınlığında olan parkda tanış olmuş, Aysu ilə tanış olduqdan sonra əvvəllər müxtəlif sosial şəbəkələr vasitəsilə, sonradan isə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə danışmışlar. Zərərçəkmiş şəxs ilə danışaraq sonuncu ilə daha da yaxınlaşmış və aralarında sevgi münasibətləri yaranmışdır, əvvəllər o, Aysu ilə məhz sevgi münasibətləri yaşamağı düşünsə də, sonradan evlənmək qərarına gəlmişlər, lakin valideynləri Aysunun 16 yaşına çatmadığı üçün icazə verməmişlər və o, hərbi xidmətə gedib qayıtdıqdan sonra bu barədə düşünəcəklərini bildirmişlər. Lakin Aysu ilə birbirlərini sevdikləri üçün 2023-cü ilin mart ayının əvvəllərində qərara almışlar ki, Aysu ilə o, cinsi əlaqədə olsunlar. Səhərisi gün, o, internet vasitəsilə metronun «lnşaatçılar» stansiyasının yaxınlığında kirayə ev tutub 20 manat pul vermiş və Aysu ilə həmin evə gedərək, sonuncu ilə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olan zaman o görmüşdür ki, Aysunun cinsi orqanından qan gəlmiş, yəni bakirəliyi pozulmuşdur. O, cinsi əlaqədə olmamışdan əvvəl Aysu ilə öpüşən zaman ehtirasdan sağ əlinin barmağını Aysunun anal dəliyinə də soxub-çıxarmış, bu, təxminən 10 dəqiqə davam etmişdir. Aysu ilə cinsi əlaqədə olduqdan sonra evdən çıxmışlar və həmin ayın ortalarında Aysu onunla valideynlərinin yaşadığı Hacıqabul rayonundakı evə getmişdir, lakin onlar daha cinsi əlaqədə olmamışlar. Aysu Hacıqabul rayonunda onun anası ilə yatıb-durmuş, Aysu ilə Hacıqabul rayonunda olarkən, dəfələrlə aralarında qısqanclıq zəminində mübahisələri olmuşdur. Sonuncu dəfə Aysu ilə 2023-cü ilin may ayının əvvəllərində həmin evdə aralarında mübahisə olmuş, mübahisə zamanı o, əli ilə Aysunun sinəsinə vurmuş, Aysunun əlindəki bıçağı da alaraq kənara atmışdır. Aysu bir də vursa, bıçaqla özünə xəsarət yetirəcəyini dediyi üçün o, daha Aysu ilə mübahisə etməmiş və sakitləşdirmişdir. Həmin ayın ortalarında Aysu Bakı şəhərinə getmiş, sonradan, yəni 2023-cü ilin iyun ayının sonlarında Aysu onun barəsində şikayət etdikdən sonra aparılan araşdırma zamanı onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra, həm onun, həm də Aysunun valideynləri onun Aysu ilə cinsi əlaqədə olduğunu və Aysunun bakirəliyinin itirildiyini bilmişlər. Aysunun da onun barəsində şikayət etməsinin səbəbi parkda təsadüfən onu qızla görməsi olmuşdur. Sonradan o, Aysu ilə barışmış, hərbi xidməti başa vurduqdan sonra Aysu ilə evlənəcəklər, hazırda nişanlıdırlar. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqdan sonra sonuncu ilə daha cinsi əlaqədə olmamışdır, ən azından valideynləri bilməmişlər ki, onlar cinsi əlaqədə olmuşlar. Aysu onun barəsində şikayət etdikdən sonra valideynləri bu barədə öyrənmiş, o, Aysu ilə Hacıqabul rayonuna getdikdən sonra Aysu onun anası ilə yatıb durmuşdur. Orada və ya digər yerdə onun Aysu ilə heç bir yaxınlığı olmamışdır. O, 2023-cü ilin mart ayının əvvəllərində Aysu ilə cinsi əlaqədə olmamışdan əvvəl sağ əlinin barmaqlarını Aysunun anal dəliyinə soxmuş və bunu təxminən 10 dəqiqə ərzində etmiş, lakin Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur, o, Zərərçəkmiş şəxs heç bir zor tətbiq etməmişdir. O, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronun «lnşaatçılar» stansiyasının yanında olan beş mərtəbəli binanın 2, ya 3-cü mərtəbəsində yerləşən mənzilində cinsi əlaqədə olmuş, həmin ev günlük kirayə verilən evlərdən olmuş və internetdə yerləşdirilən elandan götürmüş, həmin evin yerini xatırlamamış və göstərə bilməmişdir. Aysu da həmin evin yerini xatırlamamışdır. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun yaşının 16-dan aşağı olduğunu bilmiş, hətta cinsi əlaqədə olmamışdan əvvəl valideyni Aysu ilə evlənməsi üçün Aysunun yaşadıqları evə elçi getmiş, Aysunun yaşı 16-dan aşağı olduğu üçün valideynlər evlənmələrinə icazə verməmişlər. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, eləcə də zərərçəkmiş şəxslə ailə həyatı quracağını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin və mütəxəssisin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 54 saylı tam orta məktəbin 9-cu sinfini bitirmiş və daha məktəbə getməmişdir, yəni, natamam orta təhsillidir. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin noyabr ayında metronun «20 Yanvar» stansiyasının yaxınlığında olan parkda tanış olmuş, tanış olduqdan sonra əvvəllər müxtəlif sosial şəbəkələr vasitəsilə, sonradan isə “WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə danışmışlar. Təqsirləndirilən şəxslə danışaraq, sonuncu ilə daha da yaxınlaşmışlar və aralarında sevgi münasibətləri yaranmışdır, əvvəllər Ehtibarla məhz sevgi münasibətləri yaşamağı düşünsələr də, sonradan evlənmək qərarına gəlmişlər. 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs anası Naibə ilə birlikdə onun yaşadığı evə onun üçün elçiliyə gəlmişlər, həmin vaxtlarda onun 14 yaşı tamam olmuş və 15 yaşın içində olmuşdur, onun yaşı az olduğuna görə, valideynləri Ehtibarın anasına bir müddət gözləmələrini, onun 18 yaşı tamam olduqdan və Ehtibar hərbi xidmətə gedib qayıtdıqdan sonra fikirlərini deyəcəklərini bildirmişlər. Ehtibarın valideynləri də onun valideynləriin fikri ilə razılaşmış, lakin Ehtibarla o razılaşmamışlar, bir-birilərini sevdikləri və ər-arvad olmaq istədikləri üçün tez bir zamanda evlənmək istəmişlər və münasibətlərini davam etdirmişlər. 2023-cü ilin mart ayının əvvəllərində Ehtibarla mobil telefonda danışan zaman bir-birilərini istədikləri üçün cinsi əlaqədə olmaqla bağlı razılaşmışlar, səhərisi gün saat 17 radələrində o, Təqsirləndirilən şəxslə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında görüşmüş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun «lnşaatçılar» stansiyasının yaxınlığına getmişlər. Ehtibar mobil telefonda internet saytında günlük kirayə evlərlə maraqlanmış və «lnşaatçılar» metrostansiyasının yaxınlığında günlük 20 manata kirayə verilən evin sahibi ilə danışaraq razılaşmışdır. Ehtibarla birlikdə İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli binalardan birində 2, ya 3-cü mərtəbədə yerləşən mənzillərdən birinə getmiş, Ehtibar həmin mənzilin giriş qapısının qarşısında olan ayaqaltının altından mənzilin açarını götürmüş və qapını açaraq evə daxil olmuşlar. Əvvəl Ehtibarla söhbət etmiş və 30 dəqiqə sonra sevişməyə başlamışlar. Sevişən zaman Ehtibarla razılaşmışlar ki, cinsi əlaqədə olduqdan sonra bunu heç kimə deməsinlər, çünki bilmişlər ki, 16 yaşdan aşağı yaşda olan qadınla cinsi əlaqədə olma cinayətdir. Onlar soyunub çarpayıda uzanmışlar. O, Ehtibarla öpüşmüş və öpüşən zaman Ehtibar sağ əlinin barmağını onun arxa nahiyəsinə (anal dəliyi) soxub çıxarmışdır. Təxminən 10 dəqiqə ərzində Ehtibar barmağını axıra kimi onun anal dəliyinə soxmuş, bir qədər ağrı versə də, xoşuna gəlmiş və onu ehtiraslandırmışdır. Bundan sonra, Ehtibar öz cinsi orqanını onun cinsi orqanına iki-üç dəfə salıb-çıxartmış və onun cinsi orqanından qan gəlmişdir. O, dəqiq bilmişdir ki, bakirəliyi pozulmuşdur. Onlar 10 dəqiqə sonra təxminən 30 dəqiqə ərzində cinsi əlaqədə olmuşlar. Bundan sonra, paltarlarını geyinib evdən çıxmışlar. Ehtibarla qərara almışlar ki, sonuncu ilə valideynlərinin yaşadığı Hacıqabul şəhərində yerləşən evinə gedib orada yaşasınlar. 2023cü ilin mart ayının ortalarında Ehtibarla sonuncunun valideynlərinin yaşadığı Hacıqabul şəhərində yerləşən evinə getmiş, el arasında deyildiyi kimi, “qoşularaq qaçmışdır". Ehtibarın valideynləri onu qəbul etmişlər və o, Ehtibarın ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Onlar razılaşmışlar ki, Ehtibarla nişanlansınlar, Ehtibar hərbi xidmətə gedibgəldikdən, həmçinin bu müddətdə onun da 16 yaşı tamam olduqdan sonra evlənsinlər. Həmin dövrdə də o, evin qızı kimi Ehtibarın valideynləri ilə birlikdə yaşasın. Onların Ehtibarın valideynlərinə onun bakirəliyinin pozulması ilə bağlı heç nə deməmişlər, o, Hacıqabul rayonunda qalanda Ehtibarın anası Naibə ilə yatmış, həmin ərəfələrdə Ehtibar ona sosial şəbəkələrdən istifadə etməyə icazə verməmişdir. Ona görə də, o, dəfələrlə Ehtibarla mübahisə etmiş, sonuncu mübahisələri də 2023-cü ilin may ayının əvvəllərində olmuşdur. Belə ki, o, Hacıqabul şəhərində olan zaman evdə Ehtibarla arasında mübahisə yaranmış və Ehtibar mübahisə zamanı əli ilə onun sinəsinə möhkəm vurmuş, zərbənin təsirindən sinəsi cızılmışdır. Bundan sonra, o da, Ehtibarla mübahisə etmiş və mübahisə zamanı Ehtibar əlində olan bolt açarını onun kürəyinə vurmuş, lakin o, bolt açarının dəyməsi nəticəsində xəsarət almamışdır. Ehtibarın valideynləri mübahisə səsinə görə, evə gəlmişlər və onları sakitləşdirmişlər. O, həmin gündən təxminən 10 gün sonra Bakı şəhərinə yaşadığı evə qayıtmış, Bakı şəhərinə gəldikdən sonra Ehtibarla əlaqə saxlamamış, lakin valideynləri ilə əlaqə saxlamışdır. O, Ehtibara qarşı çox əsəbi olmuş və 26 iyun 2023-cü il tarixdə saat 19 radələrində metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı parkda olan zaman Ehtibarı təsadüfən başqa qızla söhbət edən zaman gördüyü üçün əsəbiləşmiş və orada DİN-in 102 xidmətinə zəng edərək, Ehtibarı əri kimi təqdim edib sonuncu tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona zəng edilərək, harada olduğu soruşulmuş, o da, Bakı şəhərində olduğunu dedikdən sonra ona Hacıqabul rayonuna getməyinin zəruri olması bildirilmişdir. Lakin o, Hacıqabul rayonuna gedə bilmədiyi üçün oradan Bakı şəhərində yaşadığı evə polis əməkdaşları gəlib ərizəsini almışlar və o, izahat verən zaman əsəbindən Ehtibarla cinsi əlaqədə olduğunu da yazmışdır ki, Ehtibarı cəzalandırsınlar, çünki düşünmüşdür ki, Ehtibar əgər bir qızla danışıb söhbət edirsə, deməli onların evlənməsi baş tutmayacaqdır. O, Ehtibarla Bakı şəhəri, Yasamal rayonu ərazisində cinsi əlaqədə olduğu üçün onun müraciəti əsasında Hacıqabul rayon Polis Şöbəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə göndərilmişdir. Həmin vaxtda Ehtibar artıq müddətli həqiqi hərbi xidmətə (əsgərliyə) getmiş, bundan sonra o, müəyyən etmişdir ki, Ehtibarı gördüyü qız sevgilisi deyil, tanışı olmuşdur. Ona görə də, Ehtibarla münasibətləri düzəlmişdir. Ehtibarla ailə həyatı quracaqlar. O, Ehtibarla barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan qarşı hər hansı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Onun oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında ona bildirmişdir ki, Bakı şəhərində Aysu adlı qızı sevir və sonuncu ilə evlənmək istəyir. Onlar valideyn kimi Ehtibara başa salmışlar ki, hələ yaşı azdır, hərbi xidmətə gedib-gəldikdən sonra işləsin, Ehtibarı istədiyi qızla evləndirsinlər. Lakin oğlu Ehtibar dəfələrlə ona bu barədə dediyi üçün məcbur qalıb həmin ayın sonlarında o, Ehtibarla birlikdə Bakı şəhərinə Aysu adlı qızın, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs yaşadığı evə elçilik üçün getmişdir. Lakin elçilik zamanı Aysunun yaşının 16-dan az olduğunu bilmiş, valideynləri ilə razılaşmışlar ki, Aysunun 16 yaşı tamam olsun, Ehtibar da əsgərliyə gedib-gəldikdən sonra Aysu ilə Ehtibarı evləndirsinlər. Ehtibar da onlarla razılaşmışdır. 2023-cü ilin mart ayının ortalarında oğlu Ehtibar Zərərçəkmiş şəxs onların yaşadıqları Hacıqabul şəhərindəki evlərinə aparmış və bildirmişdir ki, Aysunu öz razılığı ilə gətirmişdir, Aysu onlarla yaşayacaqdır və Ehtibar əsgərliyə gedib-gəldikdən sonra evlənəcəklər. Onlar Aysunu qəbul etmişlər və Aysu ilə öz övladları kimi rəftar etmişlər. Aysu onların evinə getdikdən sonra onunla yatıb-durmuş, Ehtibarla Aysu arasında heç bir cinsi münasibət olmamış, o, dəfələrlə Ehtibar və Aysunu başa salmışdır ki, evlənməzdən əvvəl cinsi əlaqədə olmaq olmaz. O, dəqiq bilmişdir ki, onun oğlu Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yaşadıqları Hacıqabul rayonundakı evlərində cinsi əlaqədə olmamışlar. Dəfərələrlə o, Ehtibar və Aysuya bir ana kimi başa salmışdır ki, evlənməzdən əvvəl belə bir şey etmək olmaz, onlar da razılaşmışlar və belə bir şey düşünmədiklərini bildirmişlər. Onun əri Qabil də dəfələrlə ona tapşırmışdır ki, bu barədə Ehtibar və Aysuya başa salsın. Zərərçəkmiş şəxs onların evində yaşayan ərəfədə onunla yatıb-durmuş, onun nəzarəti Ehtibar və Aysunun üzərində olmuşdur. Aysu öz razılığı ilə onların evinə yaşamağa getmiş və onlar Aysunu öz qızları kimi qəbul etmişlər, onlar belə qərarlaşmışlar ki, oğlu Ehtibar hərbi xidmətdən qayıtdıqdan sonra, həmçinin Aysunun da 16 yaşı tamam olduqdan sonra evləndirəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da arvadı Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini tam təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, onun yaşadığı ev qaynı Qabil Rzayevin yaşadığı evlə eyni həyətdədir, ona görə, yaşadıqları ünvan eynidir. Təqsirləndirilən şəxs qaynı Qabilin doğma övladıdır. X5 Nazirliyinin Şuşa şəhərində yerləşən N saylı hərbi hissəsində əsgər kimi xidmət edir. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında anası Naibəyə bildirmişdir ki, Bakı şəhərində Aysu adlı qızı sevir və evlənmək istəyir. Valideynləri Ehtibarı başa salaraq demişdər ki, hələ yaşı azdır, hərbi xidmətə gedib-gəldikdən sonra işləsin, istədiyi qızla evləndirərlər. O da, bir qohum kimi Ehtibarı başa salmış, lakin Ehtibar dəfələrlə anasına bu barədə dediyi üçün məcbur qalıb həmin ayın sonlarında Naibə Ehtibarla birlikdə Bakı şəhərinə Aysu adlı qızın, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs yaşadığı evə elçilik üçün getmiş, lakin Naibə elçilik zamanı Aysunun yaşının 16-dan az olduğunu bilmiş və valideynləri ilə razılaşmışlar ki, Aysunun 16 yaşı tamam olsun, Ehtibar da əsgərliyə gedib-gəldikdən sonra Aysu ilə Ehtibarı evləndirsinlər, Ehtibar da razılaşmışdır. 2023-cü ilin mart ayının ortalarında Ehtibar Zərərçəkmiş şəxs yaşadıqları Hacıqabul şəhərindəki evə aparıb bildirmişdir ki, Aysunu öz razılığı ilə gətirmiş, Aysu Ehtibarın ailəsi ilə birlikdə yaşayacaqdır və Ehtibar əsgərliyə gedib-gəldikdən sonra evlənəcəklər. Onlar qohum olaraq yığışıb məsləhətləşmişlər ki, artıq Ehtibar Aysunu evə gətiribsə, Aysunu ata evinə qaytarmaq düzgün deyil. Ona görə də, Aysunu öz qızları kimi qəbul etmişlər. O, Naibədən Ehtibar ilə Aysunun cinsi əlaqədə olub-olmadığını soruşduqda, Naibə belə bir şey olmadığını, Ehtibar və Aysunun and-aman edərək, elə bir şey etmədiklərini dediklərini bildirmiş, dəfələrlə Aysu ilə Ehtibar arasında qısqanclıq zəminində mübahisə baş verəndə onlar Ehtibar və Aysuna başa salmışlar ki, mübahisə lazımsız bir şeydir, cavandırlar, belə şeylər olar, lakin küsülülük olmaz. Sonuncu dəfə Aysu ilə Ehtibar arasında 2023-cü ilin may ayının əvvəllərində yaşadıqları evdə mübahisə baş vermiş, belə ki, həmin gün o, qaynı Qabil və sonuncunun arvadı Naibə ilə həyətdə olmuş, evin içərisində səs-küy eşitdikləri üçün evə qalxıb Aysu ilə Ehtibarın mübahisə etdiklərini görmüşlər. Onlar Aysu ilə Ehtibarı sakitləşdirməyə çalışmışlar, mübahisə zamanı Ehtibar əsəbiləşərək, Aysunun sinəsinə əli ilə vurmuş, Aysu da əlində mətbəx bıçağı tutaraq, Ehtibara bildirmişdir ki, əgər bir daha Aysunu vursa, özünə həmin bıçaqla xəsarət yetirəcəkdir. Ehtibar da əlində olan bolt açarını Aysuya atmışdır ki, bıçağı buraxsın. Bolt açarı Aysunun kürəyinə dəymiş və Aysu əlindəki bıçağı tullamışdır. Onlar bir təhər Aysu və Ehtibarı sakitləşdirmişlər. Bundan təxminən 01 həftə sonra Aysunun imtahanları başladığı üçün qaynı Qabil Aysunu Bakı şəhərinə valideynlərinin yaşadığı evə aparmış, Aysu Ehtibar tərəfindən döyülməsi ilə bağlı şikayət etdikdən sonra Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılmış və araşdırma zamanı onlar bilmişlər ki, Aysu ilə Ehtibar 2023-cü ilin mart ayında Bakı şəhərində cinsi əlaqədə olmuşlar və Aysunun bakirəliyi pozulmuşdur. Lakin Ehtibar və Aysu nə onlara, nə də ki, Aysunun valideynlərinə bu barədə heç nə deməmişlər. Araşdırma zamanı o, Naibə və Qabil də izahat vermişdirlər. Şahid X2 əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, o, Hacıqabul rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı izahatında Ehtibarı məsuliyyətə cəlb olunmasından müdafiə etmək üçün bildirmişdir ki, Zərərçəkmiş şəxs, Hacıqabul rayonunda yaşadıqları vaxt Ehtibardan əvvəl 03 nəfər şəxslə sevgili olduğunu, həmin 03 nəfər şəxsdən biri ilə cinsi əlaqədə olduğunu etiraf etmiş, ona görə də, Ehtibar Aysunu döymüş və Aysu da əlindəki bıçaqla özünə və onlara xəsarət yetirmək istəsə də, buna imkan verməmişlər. Zərərçəkmiş şəxs nə Ehtibara, nə ona, nə də ki, qeyrisinə belə bir söz deməmiş və onlara bıçaqla xəsarət yetirməyə cəhd etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Mərkəzi ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sonuncunun arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, “cinsi əlaqə” dedikdə, kişi cinsiyyət üzvünün gərginləşmiş vəziyyəti başa düşülür, aşkar edilmiş dəyişikliklər arxa keçəcək dəliyi vasitəsilə gərginləşmiş kişi cinsiyyət üzvünün intensiv mexaniki təsirinə uyğun gəlir. Bu dəyişikliklər 10 dəqiqə ərzində əl barmaqlarının salınıb-çıxarılması zəminində yarana bilməz. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘'Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatmiya Birliyi" PHŞ-nin Bakı şəhər şöbəsinin məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərən Şahid5 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* mömrəli cinayət işi başlanmışdır. (İ/V. 1-2). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Bakı şəhər rayon şöbəsinin 21 avqust 2023-cü il tarixli, 360 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədək 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla dəfələrlə cinsi əlaqədə olmanın əlamətləri aşkar olundu. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı döş qəfəsinin ön səthində piqmentasiya sahəsi sağalmış sıyrıq izi olub, bərk küt əşyanın təsirindən törənmişdir, müddəti və şəraiti özünün göstərdiklərinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (İ/V. 29-32). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 20 iyun 2024-cü il tarixli, 1780 saylı kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəlik əlamətləri aşkar olunmayıb və onun hər hansı psixi xəstəlikdən müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə o, istintaq zamanı müvafq proseslərdə iştirak etmək iqtidarındadır. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun 2023-cü ilin mart ayının əvvəllərində, ondan əvvəlki və sonrakı tarixlərdə anlaqlı vəziyyətdə olubolmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisənin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönədməsi). İnadkarlıq, sərbəstliyə və müsəqilliyə can atmaq, eqosentrizm kimi xarakterik xusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən zərəkətlərin xarakterini, mahiyyətini və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və başqalarının təsiri altında uydurmağa meyillilik müəyyən olunmadı. (İ/V. 130-133). xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerinə yoxlanılmış və o, istintaqa verdiyi ifadəsini hadisə yerinə əyani şəkildə göstərərək, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci və ya 3-cü mərtəbəsində, xatırlaya bilmədiyi mənzildə cinsi əlaqədə olduğunu göstərmişdir. (İ/V. 85-86). xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerinə yoxlanılmış və o, istintaqa verdiyi ifadəsini hadisə yerinə əyani şəkildə göstərərək, 2023-cü ilin mart ayında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci və ya 3-cü mərtəbəsində, xatırlaya bilmədiyi mənzildə cinsi əlaqədə olduğunu göstərmişdir. (İ/V. 87- 88). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 89-90). xx.xx.2024-cü il tarixli “komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. (İ/V. 114-115). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" PHŞ-dən xx.xx.2024-cü il tarixli, 7713 saylı məktuba qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (İ/V. 122). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 iyun 2024-cü il il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (İ/V. 123). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-40/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsin seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri il əvəz edilmişdir. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarım, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-469/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar