Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-400/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi olaraq mebel ustası işləyən, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail RPİ-nin İnzibati binasında qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Mənzil X3 Yasamal yaşayış kompleksində yerləşən, ev 30, 21 saylı yeni təmir olunmuş 3 otaqlı mənzilində hər bir otağa yeni mebel dəsti yığıb quraşdırılması üçün ona müraciət etməsindən sonra Zərərçəkmiş şəxs1 onun sifarişi əsasında mebel dəstlərini hazırlayıb mənzilə quraşdıracağını yalandan vəd verib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 məxsus lakin həyat yoldaşı Zərərçəkmiş şəxs2 aid “Kapital banka” məxsus 416973******3030 nömrəli “X15” ödəniş kartının hesabında olmaqla faktiki olaraq sonuncunun sərəncamında saxladığı puldan Zərərçəkmiş şəxs1 təlimatı üzrə Zərərçəkmiş şəxs2 onun “Kapital bank”a məxsus 4169 7385 5099 5496 UMİKO bank kartının hesabına xx.xx.2021-ci il tarixdə saat 12:22-də internet üzərindən köçürdüyü 2500 manat, xx.xx.2022-ci il tarixdə saat 16:07-də köçürdüyü 800 manat, xx.xx.2022-ci il tarixdə saat 14:10-da köçürdüyü 200 manat, xx.xx.2022-ci il tarixdə saat 09:38-də köçürdüyü 200 manat, xx.xx.2021-ci il tarixdə saat 14:26-da köçürdüyü 350 manat, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “İçəri şəhər” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 əlbəl verdiyi 300 manat, sonuncu dəfə isə həmin tarixdə saat 15:31-də Zərərçəkmiş şəxs1 məxsus lakin həyat yoldaşı Zərərçəkmiş şəxs2 aid həmin kartında olan puldan Zərərçəkmiş şəxs1 təlimatı üzrə Zərərçəkmiş şəxs2 onun “Kapital bank”a məxsus 4169 7385 5099 5496 UMİKO bank kartının hesabına ünvan 2 ünvanında internet üzərindən köçürdüyü 150 manat pulu, ümumilikdə isə Zərərçəkmiş şəxs1 məxsus lakin, faktiki olaraq Zərərçəkmiş şəxs2 istifadəsində olmaqla birgə mülkiyyətində olmuş 4.500 manat (dörd min beş yüz manat) pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 qardaşı Vüqar Babayevə görə tanımışdır. Vüqar əvvəllər onunla bir yerdə mebel sexində işləmiş, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona özünə məxsus Yasamal rayonu ərazisində mənzil X3 Yasamal yaşayış kompleksində yeni inşa olunmuş binada 3 otaqlı mənzilində hər bir otağa mebel yığdırmaq istədiyini bilmişdir, həmin mənzilə getmiş və ölçüb biçdikdən Yaqub Vüqarın qardaşı olduğuna görə ona hörmət mənasında sonra bu işin 6.000 manata başa gələcəyini bildirmiş və Yaqubla razılaşdır. Bu minvalla Yaqub xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla onun adına olan 4169 7385 5099 5496 nömrəli kapital banka məxsus kartına müxtəlif məbləğlərdə pullar köçürmüşdür. Sonuncu dəfə səhv etmirsə, Yaqub onun kartına 150 manat pul köüçürmüşdür. Mebellərin yığılmasına görə o, Yaqubdan ümumilikdə 4.500 manat pul almış, lakin ailəsində maddi vəziyyət aşağı olduğundan məcbur olub həmin pulu xərcləmişdir. O, Yaqubla hər dəfə istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən Yaqubun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, evli olmasını, ailə vəziyyətinin ehtiyacları ucbatından həmin cinayəti törətməsini, hazırda ailəsinin vurulmuş ziyanı ödəmək üçün 500 manatı nəğd şəkildə zərərçəkənlərə ödəmək istədiyini, qalan məbləğin isə satılacaq əmlakının hesabına ödənilməsini təklif etdiyini, 05 uşağının olmasını, onlardan ikisinin azyaşlı olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 Yavər oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, qardaşı Vüqara görə tanımışdır. Natiq əvvəllər qardaşı ilə bir yerdə mebel sexində işləmişdir. Yasamal rayonu ərazisndə Mənzil X3 Yasamal yaşayış kompleksində yerləşən ev 30, mənzil 21-də 3 otaqlı mənzildə qonaq otağına, yataq otağına, mətbəx və uşaqların otağına, dəhlizdə mebel yığmaq üçün ümumilikdə 6.000 manat pula başa gələcəyini demişdi. Lakin Natiq mənə demişdi ki, məndən yalnız materialın pulunu alacaq, materialın pulu 6.000 manat edirdi. O, qardaşıma görə güya mənə hörmət etmişdi. Yerdə qalan 1.500 manat pulu da mən Natiqə mabel otaqlara yığılandan sonra verməli idim. Hətta bir dəfə Natiq qardaşı Vüqarın yaşadığı evində mebel quraşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Yasamal rayonu ərazisndə Mənzil X3 Yasamal yaşayış kompleksində yerləşən ev 30, mənzil 21-də 3 otaqlı mənzildə qonaq otağına, yataq otağına, mətbəx və uşaqların otağına, dəhlizdə mebel yığmaq üçün ümumilikdə 6.000 manat pula başa gələcəyini, ondan yalnız materialın pulunu alacağını, materialın pulu 6.000 manat etdiyini, qardaşı Vüqara görə güya ona hörmət etdiyini, qalan 1.500 manat pulu Natiqə mebel otaqlara yığılandan sonra verməli idi. O, Natiqə yeni tikilimiş hündürmərtəbəli yaşayış binasında özünə məxsus mənzilinə mebellərin quraşdırılması məqsədi ilə hissə hissə olmaqla ümumilikdə 4.500 manat pul vermişdir. Əsasən pullar Təqsirləndirilən şəxs «Kapital bank» aid 4169 7385 5099 5496 nömrəli Umico kartına həyat yoldaşı Zərərçəkmiş şəxs2 adına olan bir kart kapital bank kartından şəxsi telefonunun bir bank proqramı ilə köçürülmüşdür. Belə ki, xx.xx.2021-ci ildə həmin ünvandan Natiqin bank kartına 2.500 manat, 20 avqust 2021 -ci il tarixdə 800 manat, 26 avqst 2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 350 manat və xx.xx.2021-ci il tarixdə isə 150 manat pul eyni qaydada Natiqin kartına həyat yoldaşı Zərərçəkmiş şəxs2 bir kartından onun sözünə əsasən göndərilmişdir. 300 manat nəqd pulu isə o özü həmin tarixdə saat 12 radələrində Natiqə Səbail rayonu ərazisində İçəri şəhər metrostansiyasının yaxınlığında İqtisad universiteti ilə üz- üzə yolun kənarında əlbəəl Natiqin özünə vermişdir. Təxmini 2 saat sonra isə o,həyat yoldaşı Zərərçəkmiş şəxs2 dedikdən sonra o yaşadıqları ünvan 3 ünvandan 150 manat pulu Natiqin bank kartına göndərmişdir. Bununla da o,cəmi Natiqə 4.500 manat pul vermişdir. Natiqə göndərilən pullar həyat yoldaşı Zərərçəkmiş şəxs2 adına olan bir kartdan göndərilsə də həmin məbləği o, hər ay qazandığı pulla krediti ödəmişdir. Yəni həyat yoldaşı Zərərçəkmiş şəxs2 kartdan çıxartıdığı pulun əvəzini o özü ödəmişdir. Natiqə verilən 4.500 manat pul onun özünə məxsusdur, ona görə də maddi ziyan ona dəymişdir.Sonuncu dəfə o, Natiqi 15 sentyabr 2021-ci ildə, yəni 150 manatı ona göndərəndən bir gün sonra yəni xx.xx.2021-ci il tarixdə yaşadığı evə gələrək ona kataloq gətirmiş və onlar da həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə bir yerdə mebellərin rəngini seçmişlər. O, istifadəsində olan ***-***-**-** nömrəsindən Natiqin istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə zənglər etmişdir. Natiq hər dəfə ondan materiala pul lazım olduğunu deyəndə o, yoldaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə öz istifadəndə olan ***-***-**-** nömrəmdən zəng eldərək Natiqin bank kartına istədiyi məbləği göndərməsini xahiş etmişdir. O da deyən məbləği öz telefonundan Natiqə göndərmişdir. Sonradan Natiqə zənglər çatmamış, Natiqin onu aldatdığını və pulunu mənimsədiyini bilmişdir. Hazırda təqsirləndirilən tərəf ona 500 manat ödəniş etmək istəyir, qalan məbləğin isə sonra ödənilməsini təklif etsə də, həmin məbləğin az olduğu üçün götürmür, ziyanın hammısını istəyir, məqsədi təqsirləndirilən şəxsin tutulması deyil, ziyanının ödənilməsidir. Ziyanı ödənilmədiyi üçün şikayətçilir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2013-cü ildə Zərərçəkmiş şəxs1 ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, birgə nigahdan 2014 il tarixdə Aişə, 2015-ci ildə isə Həcər adlı iki qızım dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onları aldadaraq yeni tikilmiş binada 3 otaqlı mənzillərində bütün otaqlara mebel quraşdıracağı adı ilə onlardan hissə hissə olmaqla ümumilikdə 4.500 manat pul almışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Yaqub 10 il olar ki, tanıyır, Natiq qaynı Vüqarla əvvəllər bir yerdə mebel sexində işləmişdir. Natiq əvvəllər qaynının evində mebel quraşdırmışdır. Əsasən pulları o, Yaqubun sözündən sonra Natiqin adına olan Kapital bank 4169 7385 5099 5496 nömrəli Umico kartına şəxsi telefonunun bir bank proqramı ilə göndərmişdir. xx.xx.2021-ci ildə həmin ünvandan Natiqin bank kartının hesabına 2.500 manat, xx.xx.2021-ildə 800 manat, xx.xx.2021-də 200 manat, xx.xx.2021-də 200 manat, xx.xx.2021- ci ildə 350 manat və xx.xx.2021-ci ildə 150 manat pulu eyni qaydada Natiqin kartına göndərmişdir. 300 manat nəqd pulu isə əri Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Natiqə Səbail rayonu ərazisində İçəri şəhər metrostansiyasının yaxınlığında İqtisad universiteti ilə üz üzə yolun kənarında əlbəəl Natiqin özünə vermişdir, təxminən 2 saat sonra isə o, 150 manat pulu yaşadığı Yasamal rayonu, M.Əliyev küçəsi, ev 27 saylı ünvandan Natiqin bank kartına göndərmişdir. Bununla da Natiqə ümumilikdə 4.500 manat pul verilmişdir. Pulları o, kartdan Natiqin bank kartına köçürdüdü, kart onun adına olsa da içərisində olan vəsait əri Yaquba aid idi. O hər ay əmək haqqını onun kartına köçürdüdü. O da alış-verişi, yəni bazarlığı həmin kartdan etmişdir. Natiq təmir olunmuş 3 otaqlı mənzildə qonaq otağına, yataq otağına, mətbəx uşaqların otağı və dəhlizdə mebel yığmaq üçün ümumilikdə 6.000 manat pula başa gələcəyini demişdir. Həmin pul yalnız materialın pulu olmuş, Yaquba demişdi ki, ondan yalnız material pulu alacaq, qaynı Vüqara görə onlara güya hörmət edir. Yerdə qalan 1.500 manat pulu da mebel hazır olan ərəfədə Yaqub Natiqə verməli idi. Sonuncu dəfə 15 sentyabr 2021-ci ildə Yaqubun dediyindən sonra 150 manat pulu Natiqin kartına göndərəndən bir gün sonra Natiq yaşadıqları evə gələrək onlara kataloq gətirmiş, onlarda katoloqa baxaraq mebellərin rəngini seçmişlər. Həmin gündən sonra Natiqi görməmiş, ümumiyyətlə Natiq Yaqubun zənglərinə cavab verməmişdir. Yaqub həmişə istifadəsində olan ***- ***-**-** nömrəsindən Natiqin 055-273-74- 93 və ***-***-**-** nömrələrinə zəng etmişdir. Lakin Natiq onları aldadıb pullarını mənimsəyərək mebel düzəltməmişdir. Adına olan Kapital banka məxsus 1 kartdan pul çıxartıqdan sonra həmin pulu hər ay əri Yaqub ödəmişdir. Əlavə olaraq bildirdi ki, Natiq onlardan ümumilikdə 4.500 manat pulu mənzillərində yeni mebel quraşdırağacına vəd versə də pulu mənimsəmiş lakin heç bir iş belə görməmiş, ona görə də onun məsuliyyətə cəlb olunaraq pullarının ödənilməsində köməklik göstərilməsini xahiş edir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında 5 növ cəza yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2000-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyandan qismən ödəniş etməsi üçün və barışıq üçün cəhd etdiyini, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 05 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 01 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 01 ay 07 gün həbsdə olmuşdur. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 ay 07 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 03 ay 16 gün (bir il üç ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-400/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-400/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver